Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-326/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X10 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızının, Müdafiəçi – Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixldə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, orta təhsilli, Goranboy rayonu Səfikürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid4 sahibliyində olan ünvan 3ndə yerləşən fərdi yaşayış evinin satışını həyata keçirməsinə köməklik olunması barədə sonuncunun özünə müraciətindən sonra Zərərçəkmiş şəxs qızına qeyd olunan fərdi yaşayış evinin özünə məxsus olması və satması barədə yalan vədlər verib aldadaraq, sonuncunun xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-in ofisində 20.000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs qızına 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs qızı ilə arasında podrat münasibətləri olmuş, sadəcə olaraq öhdəliyini icra edə bilməmişdir. Yəni o, sonuncuya qarşı heç bir halda dələduzluq etməmişdir. Ona görə də barəsində bəraətverici hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi - Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxslə bağlı verilmiş ittihamla, habelə məhkəmə istintaqında verilmiş şahid ifadələri və özünün vermiş olduğu izahatla təsdiq olunur ki, həqiqətən də qeyd olunan vaxt və zamanda Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsdən qeyd olunan məbləğdə olan pul vəsaitini almışdır, bu həm ibtidai istintaqda həm də məhkəmə istintaqında sübuta yetirilmişdir. Həmçinin, verilmiş ittihamda təqsirləndirilən şəxsin dələduzluq niyyəti ilə etibardan sui-istifadə, aldatma yolu ilə zərər çəkmişin pulunu ələ keçirdiyi qeyd olunur. Lakin təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin verdikləri ifadələrdən görünür ki, onlar əvvəllər bir-birlərini tanımamışlar, yaxınlıq münasibətləri olmamış, aralarında yarana biləcək etibarlılığı təsdiq edən hər hansı sübut yoxdur. Dələduzluğun iki üsulundan yalnız biri – aldatmadan söhbət gedə bildiyi halda verilmiş ittihamda hər iki üsulla məbləğin alınması qeyd olunmuşdur. İş materiallarından açıq-aşkar görünür ki, tərəflər arasındakı münasibətlər mülki hüquq münasibətlərindən irəli gəlmişdir. Həqiqət də mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd olmasa belə təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs arasında şifahi razılıq əldə edilməsi, daha sonra hər hansı bir MMC-yə gedib orada öz iradələrini yazılı qaydada əks etdirməsi həyata keçirilmişdir. Yəni tərəflər arasında nisyə alqı-satqı və podrat müqavilələri bağlanmışdır. Belə olan halda, öhdəliyin icra edilməməsi dələduzluq kimi qiymətləndirilə bilməz. Təbii haldır ki, hər münasibətdə aldatma ola bilər, hətta mülki münasibətlərdə belə. Tərəf öz üzərinə götürdüyü öhdəliyi icra edə bilməyib, buna görə dələduzluq cinayətin törədilməsi ilə ittiham olunması qanunsuzdur. Bundan əlavə, Təqsirləndirilən şəxs zərərin ilkin olaraq 7.000 manat, daha sonra isə hər ay 1000 manat olmaqla ödəməyi zərər çəkmiş şəxsə təklif etsə də, sonuncu zərərin tam olaraq ödənilməsini tələb edir. Zərərin tam olaraq ödənilməsinə isə şəxsin maddi imkanı çatmır. Ona görə bu hal sərt cəza tətbiqi üçün əsas olmamalıdır. Bundan əlavə, söhbət cinayətdən gedirsə şəxsin ibtidai istintaqdan etirafedici ifadəsi, işin açılmasında köməkliyi (şahidlərin tapılması və sair) və himayəsində 2 azyaşlı uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 20.000 manatı uşağının ağır xəstəliyinə sərf etdiyindən öhdəliyini icra edə bilməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində bəraət verici hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, o, qızı üçün ev almaq qərarına gəlmişdir. Buna görə də o qərara gəlmişdir ki, qızına alacağı evi Binəqədi qəsəbəsindən alsın. Bu məqsədlə o, Binəqədi qəsəbəsində fəaliyyət göstərən maklerlərə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Eldar adlı maklerə yaxınlaşıb Binəqədi qəsəbəsi ərazisində 24.000 manat dəyərində ev almaq istədiyini bildirmiş və bu barədə ondan köməklik istəmişdir. Eldar adlı makler hal-hazırda əlində satış üçün nəzərdə tutulan dəyəri 26.000 manat olan bir mərtəbəli, iki otaqlı evin olduğunu və almağa razılıq veriləcəyi tədqirdə evi göstərə biləcəyini bildirmişdir. O, razılığını bildirdikdən sonra həmin gün, yəni xx.xx.2024-cü il tarixdə evə baxmağa getmişlər. O, yoldaşı və Eldar adlı makler ünvan 3ndə yerləşən satış üçün nəzərdə tutulan evin qarşısına gəlmişlər. Orada Eldar adlı makler evi satan Rasim adlı şəxsə zəng edərək evin qarşısında olduqlarını, özünün gəlib qapını açıb evi göstərmək lazım olduğunu bildirmişdir. Bir neçə dəqqiqədən sonra Rasim adlı şəxs gəlib evi onlara göstərmişdir. Ev xoşuna gəldikdən sonra Rasim adlı şəxslə evi 24000 manata almağa razılaşmışlar. Razılaşmaya əsasən ilkin olaraq 20.000 manat verməli idi, ev ona tam təhvil verildikdən sonra qalan 4000 manatı verməli idi. xx.xx.2024-cü il tarixdə o, yoldaşı və Rasim notariusa getmişlər. Lakin notariusda Rasimə bildirmişlər ki, rəsmiləşdirmədə həyat yoldaşı da iştirak etməlidir. Rasim isə həyat yoldaşının rayonda olduğundan iştirak edə bilməyəcəyini bildirmişdir. Bundan sonra Rasim onlara tanış MMC olduğunu və həmin MMC-də evi onun adına keçirə biləcəyini bildirmişdir. Təxminən 15 dəqiqədən sonra ünvanını dəqiq bilmədiyi "xxxx" MMC-in ofisinə getmişlər. Orada Rasimə 20.000 manat verdikdən sonra ünvan 3ndə yerləşən evin adına rəsmiləşdirilməsi barədə müqavilə bağlanmışdır. Bundan sonra Rasim oğluna xx.xx.2024-cü il tarixdə kiçik toy etdikdən sonra xx.xx.2024-cü il tarixdə evi ona təhvil verəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə Rasimə zəng etmiş və xx.xx.2024-cü il tarixdə evə köçüb-köçməyəcəyi barədə maraqlanmışdır. Rasim isə oğlunun sünnəti zamanı qanına virus düşdüyünü, ağır vəziyyətdə olduğunu bəhanə edib, iki-üç gün vaxt istəmiş və xx.xx.2024-cü il tarixdə evi tam olaraq təhvil verəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə Rasimin ***-***-**-** nömrəsinə zəng etsə də cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə Rasim Whatsapp vasitəsi ilə ona səs ataraq xx.xx.2024-cü il tarixədək vaxt verməyini xahiş etmiş və həmin evə onun köçəcəyini söz vermişdir. xx.xx.2024-cü il tarixdə yenə də Rasimə zəng etmiş və evin açarını ondan tələb etmişdir. Bu zaman Rasim ona Goranboy rayonunda olduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə evin açarlarını ona təhvil verəcəyinə söz vermişdir. Lakin razılaşdıqları kimi Rasim açarı ona təhvil verməmişdir. Rasimin onu aldatdığını görüb DİN-in 102 xidmətinə zəng etməklə və Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə ərizə ilə müraciət etməklə məlumat vermişdir. Pulunun tam ödənilməsini tələb edir. Əks halda Təqsirləndirilən şəxs ciddi cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o və yoldaşı Dilarə qızı üçün ev almaq qərarına gəlmişlər. Buna görə də onlar qərara gəlmişlər ki, qızına alacaqları evi Binəqədi qəsəbəsindən alsınlar. Bu məqsədlə Dilarə Binəqədi qəsəbəsində fəaliyyət göstərən maklerlərə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Eldar adlı maklerə yaxınlaşıb Binəqədi qəsəbəsi ərazisində 24.000 manat dəyərində ev almaq istədiklərini bildirmişlər və bu barədə ondan köməklik istəmişlər. Eldar adlı makler hal hazırda əlində satış üçün nəzərdə tutulan dəyəri 26.000 manat olan bir mərtəbəli, iki otaqlı evin olduğunu və almağa razılıq veriləcəyi tədqirdə evi göstərə biləcəyini bildirmişdir. Onlar razılıqlarını bildirdikdən sonra həmin gün, yəni xx.xx.2024-cü il tarixdə evə baxmağa getmişlər. O, yoldaşı və Eldar adlı maklet ünvan 3ndə yerləşən satış üçün nəzərdə tutulan evin qarşısına gəlmişlər. Orada Eldar adlı makler evi satan Rasim adlı şəxsə zəng edərək evin qarşısında olduqlarını, özünün gəlib qapını açıb evi göstərmək lazım olduğunu bildirmişdir. Bir neçə dəqqiqədən sonra Rasim adlı şəxs gəlib evi onlara göstərmişdir. Ev xoşlarına gəldikdən sonra Rasim adlı şəxslə evi 24000 manata almağa razılaşmışlar. Razılaşmaya əsasən ilkin olaraq 20.000 manat verməli idilər, ev tam satıldıqdan sonra qalan 4000 manatı verməli idilər. xx.xx.2024-cü il tarixdə o, yoldaşı və Rasim notariusa getmişlər. Lakin notariusda Rasimə biidirmişlər ki, rəsmiləşdirmədə həyat yoldaşı da iştirak etməlidir. Rasim isə həyat yoldaşının rayonda olduğundan iştirak edə bilməyəcəyini bildirmişdir. Bundan sonra Rasim onlara tanış MMC olduğunu və həmin MMC-də evi Dilarənin adına keçirə biləcəyini bildirmişdir. Təxminən 15 dəqiqədən sonra ünvanını dəqiq bilmədiyi "xxxx" MMC-nin ofisinə getmişlər. X12 20.000 manat verdikdən sonra ünvan 3ndə yerləşən evin adına rəsmiləşdirilməsi barədə müqavilə bağlanmışdır. Bundan sonra Rasim oğluna xx.xx.2024-cü il tarixdə kiçik toy etdikdən sonra xx.xx.2024-cü il tarixdə evi təhvil verəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə Dilarə Rasimə zəng etmiş və xx.xx.2024-cü il tarixdə evə köçüb-köçməyəcəyi barədə maraqlanmışdır. Rasim isə oğlunun sünnəti zamanı qanına virus düşdüyünü, ağır vəziyyətdə olduğunu bəhanə edib, iki-üç gün vaxt istəmiş və xx.xx.2024-cü il tarixdə evi tam olaraq təhvil verəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə Dilarə Rasimin ***-***-**-** nömrəsinə zəng etsə də cavab verən olmamışdır. xx.xx.2024-cü il tarixdə Rasim Whatsapp vasitəsi ilə Dilarəyə səs ataraq xx.xx.2024-cü il tarixədək vaxt verməyini xahiş etmiş və həmin evə köçəcəklərinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə yenədə Dilarə Rasimə zəng etmiş və evin açarını ondan tələb etmişdir. Bu zaman Rasim ona Goranboy rayonunda olduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə evin açarlarını ona təhvil verəcəyinə söz vermişdir. Lakin razılaşdıqları kimi Rasim açarı onlara təhvil verməmişdir. Rasimin onları aldatdığını görüb Dilarə DİN-nin 102 xidmətinə zəng etməklə və Binəqədi rayon polis İdarəsinin 43-cü polis bölməsinə ərizə ilə müraciət etməklə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024cü ilin təxminən iyul ayından etibarən "xxxx"-ni müqavilə əsasında işlədir, MMC-nin təsisçisi X2r. MMC-nin hüquqi ünvanı ünvan 2əaliyyəti daşınmaz əmlakların ilkin hesabatlarını aparmaq, tərəflər arasında xidməti müqavilələrin təşkilindən ibarətdir. xx.xx.2024-cü ildə ev alqı-satqısı ilə məşğul olan dəllal Eldar ona müraciət edib X5 Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən iki otaqlı həyət yanı evinin, evi alan Zərərçəkmiş şəxs qızına satmasına dair ilkin alqı-satqı aktı tərtib eləməyini xahiş etmişdir. Eldar ona artıq Rasim ilə Dilarə arasında şifahi alqı-satqı olduğunu, bunu müvəqqəti rəsmləşdirilməsinin lazım olduğunu bildirmişdir. O, razılıq verəndən sonra Təqsirləndirilən şəxs adlı tanımadığı şəxs onun ofisinə yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərə baxmışdır. Təqdim olunan sənədin həqiqətən Təqsirləndirilən şəxs adına hazırlanmış MMC lahiyəsi və digər sənədlər olduğu üçün, rəhbərlik etdiyi MMC-nin adından X9 ilə Zərərçəkmiş şəxs qızının adına müqavilə tərtib eləmişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə onların razılığına əsasən müqavilə tərtib olunmuşdur. Özləri müqavilənin şərtlərini oxuyub imzalamışlar. Onun ofisində heç bir ödəniş olmamışdır. Ödənişi onlar öz aralarında onun iştirakı olmadan ödəmişdilər. O, müqaviləni tərtib edib onlara vermişdir. Bunun qarşılığında Təqsirləndirilən şəxs ona 150 manat pul ödəmişdir. Evin başqa şəxsə məxsus olmasından onun məlumatı olmayıbdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qiymətləndirmə layihəsi var idi, hansı ki onu adi MMClər tərtib edir. Müqavilədə məbləğə fikir verməmişdir. Rasim sayğaclarında xanımın adına keçirəcəyini demişdir. Səlahiyyəti mənzillərə layihənin verilməsi, ilkin olaraq makler kimi aktların yazılmasıdır. Aktda kimə satıldığı yazılır.Vasitəçi olmasa rəsmiləşdirilmir, çünki zamin duran olmalıdır. Ümumiyyətlə evin çıxarışı yox idi. Müqavilənin formal tərtib olunduğunu, hüquqi qüvvəsi olmadığını bildirməmişdir. Pul yanında sayılmayıb. Akt tərtib olunan vaxtı Eldar yox idi. Aktda qeyd olunmuşdur ki, evə köçməlidir, yerdə qalan məbləğ sayğacların adına keçdikdən sonra verilməlidir. Bələdiyyədə ada keçirilməyib. Vergi kodu ada keçirilmişdir. Kod 20 adamın adına da keçirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən etibarən Binəqədi rayonu, Binəqədi qəsəbəsində ev alqı-satqısı ilə məşğul olur. Əsasən ev satanların, ev almaq istəyənlərin sifarişlərini qəbul edib, evlərin satılmasında və alınmasında müştərilərə köməklik edir. 2024-cü ilin oktyabr ayında Rasim adlı əvvəllər tanımadığı cavan oğlan ona yaxınlaşıb, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən iki otaqlı həyət yanı evini 25000 manata satdığını, müştəri olsa razılaşacağını bildirmişdir. O, onun sifarişini qəbul edib müştəri olanda ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra təxminən xx.xx.2024-cü il tarixdə bir xanım adını sonradan bildiyi Dilarə əri ilə ona yaxınlaşıb ev almaq istədiklərini bildirmişdir. O, Rasimin satdığı evin videosunu onlara göstərmişdir. Evi bəyəndikləri üçün ev satan Rasimə zəng vurub müştəri olduğunu bildirmişdir. Rasim onlara yaxınlaşıb Dilarə xanımla bazarlıq edib evin qiymətini razılaşıb çıxıb getmişlər. Bundan sonra xx.xx.2024-cü ildə Rasim və Dilarə ona zəng vurub evi alqı satqı eləmək istədiklərini bildirmişlər. O, onları notariat kontoruna gedib orada rəsmi alqı-satqı eləmələrini məsləhət görmüşdür. O, onlara onun elə bir səlahiyyəti olmadığını, işinin ancaq müştəriləri bir-birləri ilə görüşdürməkdən ibarət olduğunu bildirmişdir. Onlar notariat kontoruna gedib orada alqı-satqı edə bilməyib ona zəng vurmuşlar. Onun sənəd işindən başı çıxmadığını, ona görə rəsmi MMC-yə müraciət etmələrini məsləhət görmüşdür. Ondan belə bir MMC tanıdığı olduğunu soruşmuşlar. O da onlara Siyasət adlı MMC direktoruna müraciət etmələrini məsləhət görmüşdür. Bundan sonra onun Rasim və Dilarə arasında olan alqı- satqı prosesindən, tərəflərin bir-birlərinə nə qədər, harada pul vermələrindən xəbəri olmayıb. Həmin alqı-satqının iştirakçısı olmamışdır. Sonradan Dilarə ona yaxınlışıb, Rasimin ona satdığı evin təhvil vermədiyini, telefonlarına cavab vermədiyini bildirmişdir. O da onun yanında Rasimi telefonda dəfələrlə zəng vurmuşdur. Rasim onunda telefonuna cavab verməmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o vaxta kimi Rasimin evini görməmişdi. Ev Rasimə məxsus idi. Sonradan öyrənmişdir ki, əvvəlki evin yiyəsi Rasimə təmir edib satıb pulunu verməyini istəmişdir. Rasimə qazın, suyun, işığın notariusda ada keçməli olduğunu demişdi. Rasim isə həmin kommunal hesabların adında olan şəxsin rayonda olduğunu demişdir. Rasim sayğaclarında adına keçirəcəyini demişdi. İnsanlıq borcu kimi kömək etmək istəmişdir, heç bir maddi marağı olmayıb. Rasimdən qabaq ev Leyla adlı qadına məxsus olub. O da Rasimə satıb. Həmin evdə kirayə qalırdılar. Neçəyə alıb-satdığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin oktyabr ayının axırlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində almaq üçün ev axtarırmış. Bu məqsədlə müxtəlif maklerlərə müraciət etmişlər. Rasim adlı makler satışda Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı qəsəbəsində yerləşən bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin olduğunu bildirmişdir. Bundan sonra o və oğlu Süleyman qeyd olunan evə baxmışlar və evi bəyənmişlər. Rasimlə razılaşmışlar ki, evi 17.500 manata alsınlar. xx.xx.2022-ci il tarixdə Rasim, o və oğlu Süleyman notariusa getmişlər. Orada Rasimə 17.500 manat vermişlər. Bundan sonra oğlu Süleyman ilə Rasim arasında podrat müqaviləsi bağlanmışdır. Səhərisi Rasim evi onlara təhvil vermiş və evə yaşamağa başlamışlar. 2024-cü ilin oktyabr ayında evi satmaq qərarına gəlmişlər. Bu səbəbdən yenə də Rasim adlı maklerə müraciət etmişlər və evi 30.500 manata satmağı razılaşmışlar. 2024-cü ilin noyabr ayında Rasim onlarla görüşüb evə müştəri tapdığını bildirmiş və ona 1000 manat beh vermişdir. Razılaşmaya əsasən təxminən 10 gün ərzində onlara 29.500 manatı verməli idi. Təxminən iki həftə sonra Rasim onlara zəng edərək bildirmiş ki, evi alan müştəri onu aldadıb pulu verməmiş, onlara verdiyi beh 1000 manat isə onlarda qalır. Onlarda onunla razılaşmışlar. Bundan sonra onlar Rasimi görməmişlər. Lakin sonradan onlara məlum olmuş ki, Rasim onların evini Dilarə adlı xanıma 24.000 manata satıb, həmin xanımdan 20000 alıb və onlara beh kimi 1000 manat veribdir, qalan pulu isə Rasim xərcləyibdir. 2025-ci ilin yanvar ayında onlar həmin evi başqa şəxsə satmışlar. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, evdə özləri yaşayırdılar, alandan sonra yığışmışlar. Evi boşaldıb təmirə vermişdilər. 1 aydan artıq orada usta işləyib. Evi satmaq təklifi Rasim oğluna vermişdi. Evi alanda pulu nağd şəkildə vermişdilər. Problemsiz alqı-satqı olmuşdur. Rasimi yaxşı insan kimi tanımışlar. Etibar etməsəydilər onunla razılaşmazdılar. Zərərçəkmiş şəxs evlə tanış olan zaman onlar orada olmamışlar. Həmin vaxt ev təmir olunurdu. Evin açarının bir nüsxəsi maklerlərdə, digər nüsxəsini su sayğacının içərisinə qoymuşdular. Behi qaytarmamışdır, heç istənilmədi də. Rasimlə 30.500 manata razılaşsa da, 21.500 manata satmışdı. Heç bir makler evi satmağa yaxın durmurdu, problemli ev olduğunu deyirdilər. Rasim maklerlərə evin özünə məxsus olduğunu demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-ü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qızı ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 19). xx.xx.2024-cü il tarixli 443679 nömrəli qəbzdən görünür ki, xidmət haqqı olaraq "xxxx" MMC-yə 150 manat ödənilmişdir (cild 1, i.v 31). xx.xx.2024-cü il tarixli «yerli(bələdiyyə) büdcənin vergi ödəciyisi olan fiziki şəxsin uçota alınması haqqında» şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs qızına 100311QKAZW7 vergi ödəyicisinin kodu verilmişdir (cild 1, i.v 32). xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, satıcı Təqsirləndirilən şəxs eskiz lahiəsi və bələdiyyə şəhadətnaməsi əsasında 24000 manata daşınmaz əmlakı alıcı Zərərçəkmiş şəxs qızına satmışdır (cild 1, i.v 33-35). xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus ünvan 3ndə yerləşən ümumi sahəsi 67 m2 olan mənzili 24000 manata satmışdır. Zərərçəkmiş şəxs qızından nağd olaraq 20000 manat almış, yerdə qalan 4000 manatı hər ay 800 manat olmaqla 5 ay müddətinə satmışdır. 4000 manat ödənildikdən sonra kommunalları (qaz, işıq, su) Zərərçəkmiş şəxs qızının adına keçirməyi öz üzərinə götürmüşdür. Satdığı mənzilə görə gələcəkdə heç bir iddiası olmayacaq (cild 1, i.v 36). xx.xx.2024-cü il tarixli «götürmə aparılması və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs qızı 01 vərəqədə mədaxil qəbzini, 01 vərəqədə «yerli (bələdiyyə) büdcənin vergi ödəciyisi olan fiziki şəxsin uçota alınması haqqında» şəhadətnaməni, 03 vərəqədə müqaviləni və 01 vərəqədə iltizamı təqdim edərək bildirdi ki, həmin sənədlər ona Rasim tərəfindən ünvan 3ndə yərləşən fərdi yaşayış evinin onu adına rəsmiləşdirilməsi zamanı təqdim edilmişdir (cild 1, i.v 30). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuşdur (cild 1, i.v 47). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 57-58). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-941/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclasından dərhal azad edilmişdir (cild 1, i.v 75-80). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 81-82). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(011)-163/2020 saylı qərarından görünür ki, Hüseynov X7 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(045)-12/2017 saylı hökmü, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(011)-492/2018 saylı qərarları ilə təyin edilmiş cəzanın çəkilməmiş 11 ay 15 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyyələrinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulmuş, Təqsirləndirilən şəxs məhkəmə iclasından dərhal azad edilmişdir (cild 1, i.v 91-93, 95-97). xx.xx.2025-ci il tarixli «götürmə aparılması və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid4 02 vərəqədə «daşınmaz əmlakın qiymətləndirmə xidməti üzrə müqavilə»nin surətini, 01 vərəqədə podrat müqavilənin surətini təqdim edərək bildirmişdir ki, həmin sənədlər ona Rasim tərəfindən ünvan 3ndə yerləşən fərdi yaşayış evinin oğlu X4 adına rəsmiləşdirilməsi zamanı təqdim edilmişdir. Baxışla müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli ********** nömrəli «Daşınmaz əmlakın qiymətləndirmə xidməti üzrə müqavilə»nin surətindən görünür ki, müqavilə tam deyildir, sənəd müqavilənin birinci vərəqindən və daşınmaz əmlakın cizgisindən ibarətdir. Həmin müqavilədə ünvan 3 ünvanında yaşayan X4 yaşayış evinin və topaq sahəsinin qiymətləndirilməsi aparılması qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli podrat müqaviləsinə əsasən X6 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 64 kv.m-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin tikilməsi, təmir edilməsi və sifarişçiyə təhvil verilməsi müqabilində Təqsirləndirilən şəxs ilə nəzərdə tutulan icra etmək üçün 17400 manata razılaşmışlar (cild 1, i.v 105). Maddi sübut kimi tanınma haqqında və sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki,iş üzrə Zərərçəkmiş şəxs Əhməd qızı tərəfindən təqdim edilmiş 01 vərəqədə “yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə, 01 vərəqədə iltizam və Şahid4 tərəfindən təqdim edilmiş 02 vərəqədə “daşınmaz əmlakın qiymətləndirilməsi müqaviləsinin surəti, 01 vərəqədə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i.v 122-131). Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut: Zərərçəkmiş şəxs Əhməd qızı tərəfindən təqdim edilmiş 01 vərəqədə mədaxil qəbzi, 01 vərəqədə “yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə, 03 vərəqədə müqavilə və 01 vərəqədə iltizam, Şahid4 tərəfindən təqdim edilmiş 02 vərəqədə daşınmaz əmlakın qiymətləndirilməsi xidmətləri üzrə müqavilənin surəti, 01 vərəqədə podrat müqaviləsinin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə dəymiş ziyan: 20000 manatdır; ödəniş yoxdur. İş üzrə mülki iddia, müsadirə olunası təklif edilən cinayət törədərkən istifadə edilən alət və vasitələr yoxdur. İş üzrə məhkəmə xərci yoxdur (cild 1, i.v 155). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yəxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə müdafiə tərəfinin mövqeyinə qarşılıq olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ev satdığını bildirərək əmlakı özününkü kimi təqdim etmiş, faktiki olaraq isə nə həmin əmlak üzərində hüququ, nə də sahiblik səlahiyyəti olmuşdur. Bu halda o, bilə-bilə yalan danışaraq zərər çəkmiş şəxsə guya ev satmaq adı ilə yaxınlaşmış, aldatma yolu ilə ondan 20.000 manat pul almış, lakin nə evi vermiş, nə də pulu qaytarmışdır. O, alıcının əmlak əldə etməsinə əsas verəcək heç bir real hüquqi və ya faktiki imkan yaratmamışdır. Əksinə, evi vermək öhdəliyinin əsassız olduğunu bilə-bilə qarşı tərəfi aldatmışdır. Əgər müdafiə tərəfi düşünürsə ki, bu dələduzluq deyil, mülki hüquq münasibətləri çərçivəsində müqavilə öhdəliyinin icra edilməməsidir. O zaman bir incə məqama toxunmaq lazımdır ki, əgər Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızından aldığı 20.000 manatı Şahid4 çatdırmaq və real satış əməliyyatı aparmaq niyyətində olsaydı, Şahid4 “aldatdılar, evi almadılar” deməyə tələsməzdi. Çünki bu davranış əvvəlcədən düşünülmüş aldatma niyyətinin birbaşa sübutudur. Əks halda “evi almadılar” demək əvəzinə, satışın gecikdiyini izah edər, vaxt istəyər və əlaqəni davam etdirərdi. Bu davranışlar alqı-satqının həyata keçməsinə yönəlmiş vasitəçi davranışı olardı. Lakin Təqsirləndirilən şəxs qadına pulu artıq almış olduğu halda “evi almadılar” deməsi ilə əlaqəni qoparır, sanki satış olmayıb kimi təqdim edir. Bu isə onun nə Şahid4 pul vermək, nə də Zərərçəkmiş şəxs qızına ev vermək niyyəti olmadığını aydın şəkildə sübut edir. Nəticə etibari ilə Təqsirləndirilən şəxs bu hərəkətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında göstərilən “aldatma üsulu ilə əmlakın mənimsənilməsi” meyarlarına tam uyğun gəlir. Aldatmanın konkret formaları – bilə-bilə yalan məlumat, faktların gizlədilməsi, əmlakın verilməsi niyyətinin olmaması – Təqsirləndirilən şəxs əməllərində aydın müşahidə olunur. Müdafiə tərəfi Təqsirləndirilən şəxs uşağının ağır xəstəliyini əsas gətirərək onun bu davranışını izah etməyə çalışır. Əgər bu hal doğrudursa, bu, onun cinayəti törətməkdə subyektiv motivini aydınlaşdırır. Lakin cinayət hüququ baxımından uşağın xəstəliyi cinayət tərkibini dəyişmir və məsuliyyətdən azad etmir. Əksinə, Təqsirləndirilən şəxs özünün maddi çarəsizliyini nəzərə alaraq əvvəlcədən dələduzluq yolu ilə pul ələ keçirmək qərarına gəlməsi, onun niyyətinin qəsdli və məqsədyönlü olduğunu sübut edir. Odur ki, müdafiə tərəfinin gətirdiyi dəlillər işin həqiqi halları ilə uyğunsuzluq təşkil etdiyinə görə təqsirləndirilən şəxsi məsuliyyətdən kənarda saxlamağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-dən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Elektron Məhkəmə İnformasiya məlumatlarına əsasən Təqsirləndirilən şəxs şəxsi məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2022-ci il təvəllüdlü Rza və xx.xx.2024-cü il təvəllüdlü Sara adlı iki uşağı var. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyanı ödəmədiyi nəzərə alınaraq ona təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 03 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdən 07 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün cəzasının müddətinə hesablanmalı, barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar – Zərərçəkmiş şəxs qızı tərəfindən təqdim edilmiş 01 vərəqədə mədaxil qəbzi, 01 vərəqədə «yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» şəhadətnamə, 03 vərəqədə müqavilə və 01 vərəqədə iltizam, Şahid4 tərəfindən təqdim edilmiş 02 vərəqədə «daşınmaz əmlakın qiymətləndirmə xidməti üzrə müqavilə»nin surəti, 01 vərəqədə podrat müqavilənin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdən 07 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – Zərərçəkmiş şəxs qızı tərəfindən təqdim edilmiş 01 vərəqədə mədaxil qəbzi, 01 vərəqədə «yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» şəhadətnamə, 03 vərəqədə müqavilə və 01 vərəqədə iltizam, Şahid4 tərəfindən təqdim edilmiş 02 vərəqədə «daşınmaz əmlakın qiymətləndirmə xidməti üzrə müqavilə»nin surəti, 01 vərəqədə podrat müqavilənin surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-326/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-326/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver