Məhkəmə qərarları › İş №1(001)-327/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-327/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-327/2022 17.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİİ mədən, korpus 124 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə pornoqrafik materialları reklam məqsədi ilə qanunsuz hazırlamış, habelə bu xarakterli materialları təkrarən yaymış və reklam etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadə etdiyi özünə məxsus sensor ekran “İOS 14.8.1” əməliyyat sistemi ilə təchiz olunmuş “İPhone 7 Plus” markalı “A1784” modelli mobil telefonla yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİİ mədən, korpus 124 ünvanında internet qlobal şəbəkəsindən istifadə etməklə +994 55 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi «Telegram» proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2021-ci ilin fevral ayının sonlarında orada “Xarici İfşalar+18” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə «Telegram» sosial şəbəkəsində “Xarici İfşalar+18” adlı kanalda 2021 -ci ilin fevral ayının sonlarından 2021 -ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 9 770 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək reklam etməklə yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istifadə etdiyi özünə məxsus sensor ekran “İOS 14.8.1” əməliyyat sistemi ilə təchiz olunmuş “İPhone 7 Plus” markalı “A1784” modelli mobil telefonla yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİİ mədən, korpus 124 ünvanında internet qlobal şəbəkəsindən istifadə etməklə +994 55 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi «Telegram» proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2021 -ci ilin may ayının ortalarında orada “memelenme” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə «Telegram» sosial şəbəkəsində “memelenme” adlı kanalda 2021 -ci ilin may ayının ortalarından 2021 -ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 18 047 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək təkrar reklam etməklə yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istifadə etdiyi özünə məxsus sensor ekran “İOS 14.8.1” əməliyyat sistemi ilə təchiz olunmuş “İPhone 7 Plus” markalı “A1784” modelli mobil telefonla yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİİ mədən, korpus 124 ünvanında internet qlobal şəbəkəsindən istifadə etməklə +994 55 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi «Telegram» proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2021-ci ilin iyul ayının əvvəllərində orada “Qozumaki.tv” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə «Telegram» sosial şəbəkəsində “Qozumaki.tv” adlı kanalda 2021 -ci ilin iyul ayının əvvəllərində 2021 -ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 6 668 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək təkrar reklam etməklə yaymışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, atası heç bir yerdə işləmir, anası da evdar qadındır ağır xəstəlikdən əziyyət çəkir. Özünə məxsus “İphone 7+” markalı mobil telefonla sosial şəbəkələrə daxil olmuşdur.Həmin telefonda ***-***-**-** nömrəsini istifadə edir.Həmin telefonla “Whatsapp”, “Telegram”, “İnstagram” və digər sosial şəbəkələrə daxil olur. Təxminən 2021 -ci ilin fevral ayının sonlarında telegram sosial şəbəkəsinə daxil olmuşdur. Orada istifadəsində olan ***- ***-**-** nömrəsi ilə qeydiyyatdan keçmişdir. İstifadəçi adını isə “Sedo” yazmışdır.İlk əvvəl telegrama sadəcə xəbərlərə baxmaq üçün daxil olmuşdur.Telegrama daxil olduqdan sonra orda olan “18+” kanallarda izləyici sayı çox olduğunu gördüyündən o da özünə belə bir kanal açmaq istəmişdir. Belə ki, teleqramda izləyicisi çox olan kanallarda “Mosbet”, “1Xbet” və digər xarici mərc oyunlarının reklamını etməklə pul qazanmaq olduğunu bilmişdir. Təxminən 2021-ci ilin fevral ayının sonlarında birinci dəfə “Xarici İfşalar+18” adlı telegram kanalı açmışdır. Telegramda kanal açmaq rahat olur. Bunun üçün heç bir ödəniş tələb edilmir. Həmin kanala izləyici yığmaq üçün internetdən və digər telegram kanallarından telefonuna yüklədiyi porno videoları paylaşmışdır. Kanallarda paylaşdığı foto və video materialları hər bir şəxs görə bilər, yəni hər hansı məhdudiyyət və parol qoymamışdır. Pornoqrafik materiallara baxmaq üçün yaş məhdudiyyəti tələb olunmamışdır, səhifə mütəmadi olaraq onun tərəfindən idarə olunmuşdur. Qeyd olunan pornoqrafik məzmunlu materialları, yəni video və fotoşəkilləri o, əsasən xarici ölkələrə məxsus olan internet saytlarından yükləmişdir. Paylaşdığı pornoqrafik materialların içində qərb ölkələrinin, türk, rus, həmçinin azəri seks videoları olmuşdur. Həmin zaman telegram kanalını hamı üçün açıq etmişdir ki, istənilən şəxs daxil olub videolara baxa bilsin. Lakin bir neçə saatdan sonra həmin şəxs kanala qoşulmasa avtomatik olaraq kanaldan çıxarılmışdır. O bu formada kanalda xeyli sayda poma videolar və şəkillər paylaşmışdır. 2021-ci ilin dekabr ayında həmin “Xarici İfşalar+18” adlı telegram kanalında 9.770 nəfər abunəçi olmuşdur, ümumilikdə kanalda 301 şəkil və 383 porno video paylaşmışdır. Əsasən evdə olduğundan həmin videoları yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİİ mədən, korpus 124 ünvanında olan evindən istifadəsində olan telefonla paylaşmışdır. Paylaşılan videonu 3-4 min şəxs izləmişdir. Bundan başqa da 2021 -ci ilin may ayın ortalarında isə “MEMELENME” adlı daha bir kanal da açaraq orda da porno video və şəkillər paylaşmışdır. 2021-ci ilin dekabr ayında həmin “memelenme” adlı telegram kanalında 18 047 nəfər abunəçi olmuş, ümumilikdə kanalda 659 şəkil və 436 porno video paylaşmışdır. Bundan başqa təkrarən 2021 -ci ilin iyul ayın əvvəllərində isə “Qozumaki.tv” adlı daha bir kanal da açaraq orda da porno video və şəkillər paylaşmışdır. 2021-ci ilin dekabr ayında həmin “Qozumaki.tv” adlı telegram kanalında 6 668 nəfər abunəçi olmuş, ümumilikdə kanalda 190 şəkil və 186 porno video paylaşmışdır. Kanalda izləyici yığdıqdan sonra orada reklam edərək gəlir də qazanır. Kanallarda “MostBet”, “1xbet” və digər idman mərc oyunun reklamını paylaşmışdır. Bunun müqabilində öz adına açdırdığı Kapital Bank tərəfindən verilmiş 4169-7413-9249-2649 nömrəli karta ayda 150-200 manat ödəniş göndərilmişdir. Ümumilikdə ***-**** manat arası gəlir əldə etmişdir.Bu barədə telegramda tanımadığı şəxslə razılaşmışdır. Əksər telegram kanalları da bu üsulla gəlir əldə edirlər.Hər üç kanalda ondan başqa heç kim adminlik etməmişdir.Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşmançılıq keçirdiyini, ilk dəfə cinayət törətməsini, himayəsində xərcəng xəstəliyindən əziyyət çəkən anasının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, 2021-ci ilin dekabr ayının əvvəllərində Baş İdarəyə «Telegram» mobil tətbiqində yaradılmış “qozumaki.tv”, “xarici ifşalar +18” və “memelenme” adlı kanallarında pornoqrafik xarakterli video və şəkillərin paylaşılması, həmin məlumatların hamının istifadəsi üçün açıq olması, yəni yaş məhdudiyyətinin qoyulmaması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həyata keçirilmiş kiber-texniki tədbirlər nəticəsində teleqram kanallarını idarə edən Bakı şəhər sakini Təqsirləndirilən şəxs müəyyən olunaraq araşdırma ilə əlaqədar Baş İdarəyə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Baş İdarəyə gəldikdən sonra onun iştirakı ilə istifadəsində olan “İphone 6” markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı “İphone 7+” markalı mobil telefonun yaddaşında olan «Telegram» sosial şəbəkəsində Təqsirləndirilən şəxs istifadəçi adının isə “Sedo” olması, ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçməsi, “qozumaki.tv”, “xarici ifşalar +18” və “memelenme” adlı kanalların olması müəyyən edilmişdir. “Xarici İfşalar+18” adlı telegram kanalında 9.770 nəfər abunəçi olması, ümumilikdə kanalda 301 şəkil və 383 porno videonun paylaşılması, “memelenme” adlı telegram kanalında 18 047 nəfər abunəçi olması, 659 şəkil və 436 porno video paylaşılması və “Qozumaki.tv” adlı telegram kanalında 6 668 nəfər abunəçi olması, 190 şəkil və 186 porno video paylaşılması müəyyən edilmişdir. Həmçinin kanallarda “MostBet”, “1xbet” və digər idman mərc oyunlarının reklamının paylaşılması da müəyyən edilmişdir. Həmin fotoşəkillərdə və videogörüntülərdə çılpaq formada qadın şəkilləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesi göstərilmişdir. Baxış zamanı həmin kanallardan videogörüntü və fotoşəkili texniki vasitələrdən istifadə etməklə 01 ədəd CD diskə yüklənərək bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri DİN-in 06 nömrəli möhrü ilə möhürlənmişdir. Telefona baxış zamanı ekran görüntüləri (screen shot) götürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, pornoqrafik məzmunlu materialları həmin səhifələrdə o, paylaşmışdır ki, izləyici sayı çoxalsın. Səhifələrə baxış zamanı həqiqətən də erotik və pornoqrafik materialların olması və səhifələrə daxil olan şəxslərin açıq-aşkar istifadəsinə verilməsini aşkar edilmişdir. Baxış nəticəsində əldə edilmiş videogörüntü və şəkilləri ekspertiza tədqiqatına təqdim edilmiş və əldə edilmiş ekspertiza rəyinə əsasən materialların pornoqrafik xarakterli olması müəyyən olunmuşdur. Buna görə də toplanmış materialda cinayət tərkibinin əlamətləri olduğuna görə istintaq aidiyyəti üzrə Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertiza Mərkəzinin “Məhkəmə-sənətşünaslıq” ekspertizasının 13 dekabr 2021 -ci il tarixli 11/482 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs istifadəsində olan “İphone 7 Plus” markalı mobil telefonun yaddaşındakı “Telegram” sosial şəbəkəsinə baxış zamanı “Memelenme”, “Xarici İfşalar+18” və “Qozumaki.tv” adlı kanallardan aşkar olunaraq götürülmüş videolar və foto materiallar pornoqrafik xarakterlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertiza Mərkəzinin “məhkəmə kompyuter-texniki” ekspertizasının 02 mart 2022-ci il tarixli 5/180 nömrəli rəyindən görünür ki, təqdim olunmuş bir ədəd sensor ekran və “İOS 14.8.1” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 7 Plus” markalı “A1784” modelli “**********18061” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.Təqdim edilmiş “İphone 7 Plus” markalı “A1784” modelli mobil smartfonun “Menyu” hissəsinə baxış keçirilən zaman həmin smartfonun yaddaşında “+994 55 495 26 84” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Telegram” proqram təminatı və həmin proqram təminatında mövcud olan “memelenme chat”, “Xarici ifşlar+18” və “Qozumaki.tv” adlı kanallar müəyyən olundu. Təqdim edilmiş “İphone 7 Plus” markalı “A1784” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “+994 55 495 26 84” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Telegram” proqram təminatında mövcud olan “memelenme chat”, “Xarici ifşlar+18” və “Qozumaki.tv” adlı kanallarda istifadəçinin “admin” funksiyasının, yəni kanal üzərində bütün idarəetmə (foto, video faylları paylaşma, yeni üzvlər əlavə etmə, silmə, kanala tipinin dəyişdirilməsi (gizli və ya genel-görünüən) və sairə kimi əməliyyatların həyata keçirilməsi texniki cəhətdən mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 242-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 242-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 242-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində xərcəng xəstələyindən əziyyət çəkən anasının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-cı maddəsinə əsasən cinayətin təkrar törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin olunması, qanuni, ədalətli və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. CM-nin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli, bu cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olan 01 (bir) ədəd «İphone 7 Plus» markalı mobil telefon aparatı sahibinə qaytarılmalı, 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdr. Eyni zamanda, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi qızı hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 50 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 1(bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs islah işləri cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olan 01 (bir) ədəd «İphone 7 Plus» markalı mobil telefon aparatı sahibinə qaytarılsın. İş üzrə maddi sübut – 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar