Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-327/2023 19.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, usta işləyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şossesi, döngə 11 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 125 ünvanının qarşısında, keçmiş həyat yoldaşı Şahid1 qohumu Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Prius» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşməsini görüb, ona yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ilə mübahisə edib, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edib, tətbiq etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ənsə, döş qəfəsi və qarın nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq, sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, ənsə nahiyəsinin kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin, döş qəfəsinin sol yan səthinin, qarın nahiyəsinin sol yarısının ön səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin qançırından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirib, qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, DSK 4 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. 2013-cü il tarixdə Şahid1 ilə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı olmuşdur. Onlar əvvəllər Günəş ilə mehriban bir ailə kimi yaşamışlar, lakin sonradan onların münasibətləri pozulduğu üçün Günəş məhkəməyə boşanma ərizəsi vermiş, o, isə heç məhkəməyə belə getməmişdir. 2018-ci il tarixdə onlar rəsmi olaraq boşanmışlar. Bundan sonra o, övladlarını görmək üçün anası X1 vasitəsi ilə arabir övladları ilə görüşmüşdür. Belə ki, anası ayda bir dəfə çox çətinliklərlə də olsa gedib övladlarını yaşadıqları evə gətirmiş, o, da uşaqlarını görmüşdür. Lakin çox zaman Günəş müxtəlif bəhanələr ilə övladlarını görüşə buraxmamışdır. Boşandıqdan sonra o, bir dəfə də olsun keçmiş həyat yoldaşı Günəşlə görüşməmişdir. 30 sentyabr 2022-ci il tarixdə təxminən axşam saatlarında anası Əlifə «whatsapp» vasitəsi ilə Günəşgilə səsli mesaj göndərmişdir ki, sabah altıncı gündür, dərs yoxdur, uşaqları gəlib görmək üçün evlərinə gətirmək istəyir. Lakin həmin günü heç bir cavab olmamışdır. 01 oktyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində o, işdən evə gəlmiş, evə daxil olarkən anası Əlifədən uşaqlarının gəlib-gəlməməsini soruşmuş, anası bildirmişdir ki, səhər səs atmışlar ki, uşaqlar xəstədir, gələ bilməyəcəklər. O, artıq bir aya yaxın uşaqlarını görmədiyi üçün bərk darıxmış və bu məqsədlə uşaqlarını görmək üçün onların yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, 125-ci korpusda fərdi evin yaxınlığına getmişdir ki, uşaqlarını görə bilsin. O, həmin evin darvazasına yaxınlaşıb qapını döymüşdür. Lakin qapını açan olmamışdır, o, başa düşmüşdür ki, evdə heç kim yoxdur. Siqaret çəkə-çəkə o, təxminən həmin evdən 100 metr aralanmış və orada olan marketin qarşısında dayanmışdır. Saat təxminən 23 radələrində bir «Prius» markalı taksi avtomobili gəlib onun yanından keçdiyini və gedərək Günəşin yaşadığı evin qarşısında saxladığını görmüşdür. Hava qaranlıq olduğu üçün o, dəqiq həmin avtomobilin içərisindən kimin düşməsini görməmiş, lakin uşaqların səslərini eşitmişdir. Onlar avtomobildən düşərək evə daxil olmuşlar. Bundan sonra həmin avtomobil yenidən qayıdaraq onun yanından sürətlə sürüb çıxıb getmişdir. O, həmin vaxt onların haradan gəlməsini və həmin avtomobili kimin sürməsini, niyə onun yanından gələrək sürətlə sürüb getməsini düşünmüşdür. Ona görə də o, yenidən gəzəgəzə həmin evin yanına gəlib dayanmış və siqaret çəkməyə başlamışdır. Təxminən saat 01:30 radələrində tünd rəngli «Toyota Prius» markalı dövlət nömrə nişanına fikir vermədiyi avtomobilin gələrək Günəşin yaşadığı evin darvazasının qarşısında saxladığını görmüşdür. O, fikir verib bu şəxsin Ağayar olduğunu görmüşdür. Ağayar onun keçmiş baldızı Aytacın həyat yoldaşıdır. Əvvəllər onunla aralarında ədavət və düşmənçilik olmamışdır, həmçinin, münasibətləri də olmamışdır. O, avtomobilə sürücü tərəfdən yaxınlaşanda Ağayar qapını açıb avtomobildən düşmüşdür. ona yaxınlaşıb «gecə vaxtı mənim uşaqlarımın qapısında nə edirsən?» deyə sual vermişdir. Ağayar isə ona «get işinlə məşğul ol» deyərək cavab vermişdir. Bunun üstündə onların arasında sözlə mübahisə baş vermiş və mübahisə davaya çevrilmişdir. O, da Ağayara gücünün çatmayacağını görüb əynində olan qolsuz gödəkcənin sol iç cibinə qoyduğu bıçağı çıxararaq Ağayarın bədəninin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi vurmuş və çıxıb getmişdir. Həmin vaxt onların səs-küyünə qonşular evlərindən çıxmışlar. Lakin hava qaranlıq olduğu üçün o, kimlərin çıxmasını görməmişdir. O, oradan piyada olaraq yola çıxmış və əlindəki bıçağı yolun kənarında otluq hissəyə ataraq, oradan da piyada Masazır qəsəbəsinə gəlmişdir. Həmin vaxtdan o, yaşadığı evə getməmişdir, küçədə günlük evlərdə yaşamışdır ki, ara sakitləşsin. Mübahisəyə səbəb Ağayarın həmin saatda onun övladlarının yaşadığı evin qarşısına gəlməsi olmuşdur. Mübahisə 02 oktyabr 2022-ci il tarixdə təxminən saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən 125-ci korpusda yerləşən fərdi yaşayış evinin qarşısında baş vermişdir. O, Zərərçəkmiş şəxs üzərində olan məişətdə istifadə edilən bıçaq ilə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı orada saat gec olduğu üçün ondan və Ağayaradan başqa heç kim olmamış, lakin hadisədən sonra səs-küyə qonşular çıxmışlar. Onun Ağayarı öldürmək fikri olmamış, ona «sizi öldürəcəyəm» sözünü deməmişdir. Həmin vaxt o və Ağayar ikisi olmuşlar, sonradan səs-küyə qonşular çıxmışlar. Yəni Ağayarın həyat yoldaşı Aytac hadisə zamanı avtomobildə olmamış, o, da nə Aytacın, nə də ki, anası Gülxarın üstünə getməmişdir. O, Ağayarı vurduğu bıçağı iş yerindən götürmüş, belə ki, o, elektrik işlədiyi üçün həmin vaxt onun cibində vint açan, bıçaq, yapışdırıcı, kəlbətin də olmuşdur. Çünki o, həmin gün işdən evə gəlib uşaqların gəlmədiyini görərək elə qapıdan həmin yerə çıxıb gəlmişdir. Hadisədən sonra isə o, həmin bıçağı yolun kənarında kolluq hissədə atmışdır. Bir daha bildirmişdir ki, onun niyyəti Ağayan qorxutmaq olmuşdur ki, ondan uzaqlaşsın. Ona görə də ona bir neçə yüngül zərbələr yetirmişdir. Bundan əlavə cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, özünü ona elan edilmiş CM-in 221.3-cü maddəsi ilə deyil CM-in 127-ci maddəsi ilə təqsirli bildiyini, keçmiş həyat yoldaşı Günəşlə boşansalar da, Günəşin hələ də onun uşaqlarının anası olduğunu, Günəşi hələ də qısqandığını, elə bu səbəbdən hadisə baş verdiyi gün gecə saatlarına qədər orada gözlədiyini bildirmişdir. Bundan əlavə cinayət işi üzrə Təqsirləndirilən şəxs hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş olan ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını, eyni zamanda onun əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olmadığının da nəzərə alınmasını və törətdiyi cinaət əməlinin CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışması nəzərə alınmaqla barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanısa da, onunla əvvəllər heç bir əlaqəsi və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onun baldızı Şahid1 keçmiş həyat yoldaşıdır. O, 2019-cu ildən Məlikova Aytac ilə ailə həyatı qurmuşdur. Lakin o, Aytac ilə ailə həyatı qurandan sonra Günəş ilə Elçin rəsmi qaydada boşanmışlar. Günəş hal-hazırda 2 övladı ilə birlikdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən 125-ci korpusda yaşayır. Onun Elçin ilə aralarında heç bir münasibət, ədavəti olmamışdır. Elçini tanıdığı müddət ərzində 2-3 dəfə uzaqdan uzağa görmüşdür. Həyat yoldaşı hamilə olduğu üçün hər gün həyat yoldaşını işə gedəndə özü aparıb anasının yaşadığı ünvana qoymuş, işdən çıxanda isə gələrək həyat yoldaşı Aytacı həmin ünvandan götürüb yaşadığı evə aparmışdır. xx.xx.2022-ci il tarixdə işə gedəndə o, həyat yoldaşı Aytacı həmişəki kimi aparıb Aytacın anası yaşadığı evə qoymuş, özü isə işə getmişdir. Həmin gün işdən gec çıxdığı üçün xx.xx.2022-ci il tarixdə saat 01:25 radələrində o, həyat yoldaşı Aytacı götürmək üçün qayınanası Şahid2 yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125 ünvanının qarşısına gəlmişdir. Bu zaman Elçin ona yaxınlaşmış, onunla aralarında sözlə mübahisə aranmış, belə ki, Elçin ondan bu vaxt orada nə işinin olduğunu soruşmuş, o isə elçinə cavabında bunun ona aidiyyətinin olmadığını bildirmiş, beləcə aralarında mübahisə yaranmış və bu zaman Elçin gözlənilmədən sağ əlində olan bıçaqla onun başına, boynuna, ürək nahiyyəsinə zərbələr endirməyə başlamışdır. Elçinin vurduğu bıçaq zərbələrindən özünü müdafiə etmək üçün əli ilə onun qarşısını almağa cəhd edən zaman bəzi zərbələrin qarşısını ala bilsə də, bəziləri onun baş, boyun və sol kürək nahiyyəsinə dəymişdir. O, əli ilə Elçinin bıçaq olan əlindən tutmuş və onu arxaya tərəf itələmişdir. Elçin onu bıçaqıla vBundan sonra səs küyə qaynanası, Günəş çıxmışdır. Məhkəmə baxışı zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq, hadisənin baş verdiyi vaxt orada ondan və Elçindən başqa heç kəsin olmadığını, orada yaşayan qonşuların, qaynanası Gülxarın və baldızı Günəşin hadisə baş verdikdən sonra səsə çıxdıqlarını, onlar küçəyə çıxan zaman Elçinin artıq getdiyini, Elçin ona bıçaqla zərbə endirən zaman həyat yoldaşı Aytacın avtomobildə olmamasını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olması səbəbindən, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, ifadələr arasında ziddiyyətlərin aydınlaşdırılması məqsədi ilə verilmiş olan suallara cavab olaraq Zərərçəkmiş şəxs həmin vaxt baş vermiş hadisənin təsiri altında olduğunu, həyat yoldaşı Aytacın hamilə olmasını, baş vermiş hadisə ilə əlaqədar çox qorxmasını, elə bu səbəbdən Elçinin onu ğldürmək niyyətinin olması, nəinki ona qaynanası və keçmiş həyat yoldaşı Gülxara sözü öldürəcəyəm deməsi, hadisə baş verdiyi vaxt həyat yoldaşı Aytacın da avtomobildə əyləşməsi barədə ifadə verdiyini bildirmişdir. Lakin, bütün bunların heç biri olmamışdır. Hadisə məhkəmə istintaqı zamanı verdiyi ifadədə göstərdiyi kimi baş vermişdir. Bundan əlavə cinayət işi üzrə Zərərçəkmiş şəxs hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan maddi ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmiş, bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək göstərilən halın məhkəmə tərəfindən cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2013-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı olmuşdur. Onlar əvvəllər Elçinlə mehriban bir ailə kimi yaşamışlar, lakin sonradan onların münasibətləri pozulduğu üçün o, məhkəməyə boşanma ərizəsi vermiş və 2018-ci il tarixdə onlar rəsmi olaraq boşanmışlar. Zərərçəkmiş şəxs onun bacısı Şahid3 həyat yoldaşıdır. 2022-ci il oktyabr ayının 1-dən 2-nə keçən gecə saat 01:00 radələrində o, öz evində olduğu zaman qadın qışqırmağının sələrini eşitmiş, sonra ona məlum olmuşdur ki, bu onun bacısı Aytacın və anası Gülxarın səsləridir. O, bayıra, qapının qarşısına çıxan zaman anası və bacısının kürəkənləri Ağayarı kömək edərək gətirdiklərini görmüşdür. O, nə baş verdiyini soruşanda, anası Gülxar bildirmişdir ki, keçmiş həyat yoldaşı Elçin bıçaqla Ağayarı vuraraq ona xəsarətlər yetirmişdir. Ağayarın əynindəki köynəyi qanlı vəziyyətdə görüb DİN-in 102 xidmətinə və təcili tibbi yardıma zəng edib məlumat vermişdir. Lakin, onlar təcili tibbi yardımın gəlməsini gözləmədən anası Gülxar və bacısı X6 Tibbi mərkəzə aparmışlar. Məhkəmə baxışı zamanı Şahid1 ona verilmiş suallara cavab olaraq ibtidai istintaq dövründə qeyd etdiyi kimi, hazırda məhkəmə iclasında da hadisənin necə baş verməsinin birbaşa şahidi olmamasını, hadisə baş verən vat Ağayarın avtomobildə tək olmasını və bacısı Aytacın avtomobildə olmamasını, həmin gün uşaqları ilə birgə ad günü tədbirindən geri qayıtdığını, o bayıra çıxan zaman artıq Elçinin orada olmamasını bildirmişdir. Cinayət işi üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olması səbəbindən, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, ifadələr arasında ziddiyyətlərin aydınlaşdırılması məqsədi ilə verilmiş olan suallara cavab olaraq Şahid1 həmin vaxt baş vermiş hadisənin təsiri altında olduğunu, Aytacın hamilə olmasını, baş vermiş hadisə ilə əlaqədar çox qorxmasını, hadisə baş verdiyi vaxt Aytacın da avtomobildə əyləşməsini, sonradan Elçinin ona hədə qorxu gəlməsi barədə ifadə verdiyini bildirmişdir. Lakin, bütün bunların heç biri olmamışdır. Hadisə məhkəmə istintaqı zamanı verdiyi ifadədə göstərdiyi kimi baş vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Günəşin keçmiş həyat yoldaşıdır. 2018-ci ilin sentyabr ayından onlar ayrılmışlar. Ayrıldıqdan sonra Elçin onun qızı Günəşi təqib etmiş, onun iş yerinə getmişdir. 2022-ci il tarixdə oktyabr ayının 1-dən 2-nə keçən gecə o, evdə olmuşdur. Qızı Aytac da onlarda olmuşdur. Bu zaman Aytacın həyat yoldaşı Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə mesaj göndərmişdir ki, evin qarşısına çıxsın ki, öz evlərinə getsinlər. Aytac da onlarla sağollaşıb yaşadıqları evin qarşısına çıxmışdır. Daha sonra o, darvazanı bağlayıb evə gələndə bayırdan qızı Aytacın qışqırıq səsini eşitmişdir. O, tez darvazanı açıb bayıra çıxmışdır ki, Ağayarın əynindəki paltarının qanlı olduğunu, kürəyindən qan axdığını görmüşdür. Bundan sonra o, qonşularla birlikdə Ağayara kömək edərək X7 Mərkəzə aparmışlar. O Elçinin Ağayarı nə səbəbə vuraraq xəsarət yetirməsinin səbəbini bilməmiş, belə ki, Ağayarla Elçinin heç bir şəxsi ədavəti, düşmənçiliyi olmamış, aralarında dava, mübahisə olmamışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq o hadisənin necə baş verməsini görmədiyini, həmin vaxt Ağayardan və Elçindən başqa orada heç kimin olmamasını, Ağayarı qonşuların köməkliyi ilə xəstəxanaya apardıqlarını bildirmişdir. Cinayət işi üzrə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olması səbəbindən, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, ifadələr arasında ziddiyyətlərin aydınlaşdırılması məqsədi ilə verilmiş olan suallara cavab Şahid2 həmin vaxt baş vermiş hadisənin təsiri altında olduğunu, qızı Aytacın hamilə olmasını, baş vermiş hadisə ilə əlaqədar çox qorxmasını, elə bu səbəbdən Elçinin Ağayarı, onu və qızı Günəşi öldürmək niyyətinin olması, sizi öldürəcəyəm deməsi, hadisə baş verdiyi vaxt Aytacın da avtomobildə əyləşməsi barədə ifadə verdiyini bildirmişdir. Lakin, bütün bunların heç biri olmamışdır. Hadisə məhkəmə istintaqı zamanı verdiyi ifadədə göstərdiyi kimi baş vermişdir. Məhkəmə iclasına çağırılmış Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid5 Sadiq qızı və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 10 hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 125, 3-cü mədəndə baş vermişdir. xx.xx.2022-ci il tarixli, 2115 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər- döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin), ənsə nahiyəsinin kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin, döş qəfəsinin sol-yan səthinin, qarın nahiyəsinin sol yarısının ön səthinin səthi kəsilmiş yaraları kəsici əşyanın (alətin), döş qəfəsinin sağ yarısının ön səthinin qançırı isə bərk küt əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün «X9» PHŞ-nə müraciət etdiyi xx.xx.2022- ci il saat 02:14-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları bıçağın tiyəsinin deşici-kəsici təsirindən, ənsə nahiyəsinin kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin, döş qəfəsinin sol-yan səthinin, qarın nahiyəsinin sol yarısının ön səthinin səthi kəsilmiş yaraları bıçağın tiyəsinin kəsici təsirindən, döş qəfəsinin sağ yarısının ön səthinin qançırı isə insan bədəninin hissəsinin (əl, yumruq və s.) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə, deşici-kəsici və kəsici əşyaya dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-833/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli notarial təsdiqli ərizədən görünür ki, Məlikov X4 Elçin Əhməd oğlu ilə barışmışdır. Ona qarşı hər hansı bir tələbi, iddiası, məhkəmə mübahisəsi yoxdur və gələcəkdə də olmayacaqdır. xx.xx.2023-cü il tarixli Şahid1 tərəfindən Binəqədi Rayon Polis İdarəsinə ünvanlanmış ərizədən görünür ki, ünvan işi üzrə Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü CM-in 221.3-cü maddəsi ilə ilə deyil, CM-in 128-ci maddəsi ilə təqsirli bilməsi, bu səbəbdən onun tərəfindən törədilmiş cinayət əməlinin CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallar ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02 dekabr 2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmişdir. Həmin gün onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutub, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlmişdir ki belə olan halda onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-327/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-327/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver