Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-328/2021 23.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cavabdeh kimi 13 sentyabr 2019-cu il tarixdən başlayaraq 28.01.2003-cü il təvəllüdlü X3, 04.10.2004-cü il təvəllüdlü X1, 22.04.2009-cu il təvəllüdlü X2 və 04.11.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 600,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli 2(001)-475/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 21 iyul 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növünün tətbiq edilməsinə, bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, qətnamə üzrə ümumilikdə 8700,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2001-ci ildə evlənmiş və birgə nikahlarından X8, X6, X7 və X9 adlı övladları doğulmuşdur. Zərərçəkmiş şəxs ilə evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığı üçün nikahları pozulmuş və sonuncu övladları ilə birlikdə valideynlərinin yanına köçərək orada yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs 2019-cu il tarixdə ona qarşı aliment tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin qətnaməsi ilə iddia təmin edilərək hər ay, bir uşağa 150,00 manat olmaqla, dörd uşağa görə cəmi 600,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Bundan sonra Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etmişdir. Hətta məhkəmənin 21 iyul 2020-ci il tarixli, qərarı ilə 10 gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edildikdən sonra hazıradək o, Zərərçəkmiş şəxs əlbəəl 1000 manat pul vermiş, övladlarına geyim, mobil telefon almış, bir sözlə övladlarına 11565 manat pul xərcləmişdir. Lakin onda Zərərçəkmiş şəxs pulun verilməsini təsdiq edəcək hər hansı bir sənəd yoxdur. Bundan başqa 2020-ci ilin oktyabr ayından dekabr ayının sonunadək övladları onunla birlikdə qalmış, daha sonra Zərərçəkmiş şəxs qız uşaqları ondan götürmüşdür. Hazırda da, böyük övladı Samir Cəlilov onunla birlikdə yaşayır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən icra işi icra məmurunun icraatında olan zaman məşğulluq xidmətinə göndərilmiş, lakin ona təklif edilmiş işin əməkhaqqısının az olması, yəni 500 manat olması səbəbindən həmin işdən imtina etmişdir. Göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2001-ci ildə evlənmiş və birgə nikahlarından X8, X6, X7 və X9 adlı övladları doğulmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından o, Təqsirləndirilən şəxs ayrılmış və həmin vaxtdan da uşaqları ilə birlikdə valideynlərinin yanana köçərək orada yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün o, aliment tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 14 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilərək əvvəli 13 sentyabr 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 150,00 manat olmaqla, dörd uşağa görə cəmi 600,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi qərara alınmışdır. Bundan sonra icra prosesi başlanılmış və icra zamanı Təqsirləndirilən şəxs ona aliment borcunu ödəmədiyi üçün 10 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra da icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəməmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs uşaqlarına cəmi 1300 manat dəyərində geyim əşyaları almış, bundan başqa sonuncu tərəfindən ona hər-hansı bir məbləğdə ödəniş edilməmişdir. O, 1300 manat pulu ümumi aliment borcundan çıxmış və Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayınadək 8700 manat məbləğində aliment borcu qalmışdır. Ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 13 sentyabr 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 150,00 manat olmaqla, dörd uşağa görə cəmi 600,00 manat sabit pul məbləğində aliment tutularaq 28 yanvar 2003-cü il təvəllüdlü Samir Cəlilovun, 04 oktyabr 2004-cü il təvəllüdlü Fəyyaz Cəlilovun, 22 aprel 2009-cu il təvəllüdlü Leyla Cəlilovanın və 04 noyabr 2016-cı il təvəllüdlü Yusif Cəlilovun yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 yanvar 2020-ci il tarixli, 2(001)-475/2020 saylı qətnaməsi icra edilməsi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək 31 yanvar 2020-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim etmişdir. Məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan Təqsirləndirilən şəxs adına əmlakları aşkar etmək mümkün olmamış və sonuncu müxtəlif tarixlərdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. Təqsirləndirilən şəxs verdiyi izahatlarda fərdi əməklə məşğul olduğunu bildirsə də, alimenti ödəməmişdir. Təqsirləndirilən şəxs üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından məhkəmənin 21 iyul 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra qətnamənin icra etməsindən ötrü Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin sonuncu həmin müddət ərzində də, məhkəmə qətnaməsini icra etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs işlə təmin edilməsi məqsədi ilə məşğulluq xidmətinə müraciət edilmiş və sonuncuya təklif edilmiş təxminən 900 manatlıq işdən, aliment avtomatik olaraq əməkhaqqısından tutulacağı səbəbindən imtina etmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla müraciət edilmişdir. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 15.02.2021-ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli, 2(001)-475/2020 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 23.07.2002-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu X14 bağlanmış, 509 nömrəsi ilə qeyd edilmiş nikah pozularaq 28.01.2003-cü il təvəllüdlü X8, 04.10.2004-cü il təvəllüdlü X6, 22.04.2009-cu il təvəllüdlü X7 və 04.11.2016-cı il təvəllüdlü X4 anası Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilmiş, 28.01.2003-cü il təvəllüdlü X8, 04.10.2004-cü il təvəllüdlü X6, 22.04.2009-cu il təvəllüdlü X7 və 04.11.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 31.01.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli, 2(001)-475/2020 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli, 3(001)- 1777/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 23.10.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət məşğulluq agentliyinin 03.12.2020-ci il tarixli məktubundan və vakansiya göndərişindən görünür ki, Təqsirləndirilən şəxs 900 əməkhaqqı olmaqla "xxxx" MMC-də sürücü işi təklif edilmişdir. 01.03.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 08.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 08.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmişdir. 31.05.2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Cəlilov X5 RPİ-nin 4-cü PŞ-in əməkdaşları tərəfindən tutulmuşdur. 01.06.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək verdiyi ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, axtarışda olmaqla Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə tutulmuş və 01 iyun 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 1 (bir) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 10 (on) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-328/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-328/2021
23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver