Məhkəmə qərarları › İş №1(001)-329/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-329/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-329/2024 11.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, idmanın kikboksinq növü üzrə məşqçi-müəllim işləyən, məhkumluğu olmayan, Zəngilan rayonu Vəliqulubəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi beton zavod adlanan ərazidə nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü ildə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs dayısı Şahid1 ilə aralarında olan mübahisəyə müdaxilə edərək Zərərçəkmiş şəxs sonuncudan üzr istəməsini tələb etməsi və Zərərçəkmiş şəxs da tələbini icra etməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən iki dəfə yumruq zərbəsi ilə vuraraq ona üst dodağın selikli qişasına qansızma ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərərvurmayan, burun tənəffüsünün pozulması, burun belinin qançır-şişkinliyi ilə müşayiət edilən sağ burun sümüyünün minimal yerdəyişmiş sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, idmanın kikboksinq növü üzrə məşqçi-müəllim işləyir. Özü və tələbələri dəfələrlə ölkə birinciliyinin və müxtəlif yarışların qalibləri olmuşlar. Bakı və Sumqayt şəhərlərində, habelə Abşeron və Xızı rayonlarında idmanın kikboksinq növü üzrə seminarlar keçir. Zərərçəkmiş şəxs ilə əvvəllər tanışlığı olmamışdır. Yusubu hadisə baş verən gün, yəni xx.xx.2023-cü ildə görmüş və həmin zaman Yusubun yaxın dostu Şahid1 bacısının oğlu olduğunu bilmişdir. Sumqayıt şəhərindən Bakı şəhərinə gələndə yolüstü sərnişin düşəndə taksi fəaliyyəti ilə məşğul olduğundan xx.xx.2023-cü ildə avtomobilinə tanımadığı müştəri əyləşərək Biləcəri qəsəbəsinə getmək istədiyini demişdir. Düşünmüşdür ki, Biləcəri qəsəbəsində müştərini ünvana çatdırdıqdan sonra həmin qəsəbədə yaşayan dostu Koroğluya baş çəkib onunla görüşər. Bu məqsədlə Koroğlu ilə telefon əlaqəsi yaradaraq evdə olub-olmaması ilə maraqlanmışdır. Koroğlu isə evdə olmadığını, lakin bir neçə dəqiqə ərzində evdə olacağını demişdir. O, Biləcəri qəsəbəsinə çatan zaman Koroğlu ilə təkrar əlaqə saxlayıb evdə olub-olmadığını soruşduqda Koroğlu problem yaşadığını və bir qədər sonra gələ biləcəyini dedikdə o, olduğu ünvanı soruşub yaxınlaşmaq istədiyini sonuncuya demişdir. Həmin zaman Koroğlu olduğu yeri təsvir etmiş və o, sonuncunun dediyi ünvana getmişdir. Bu zaman müştəridən xahiş edərək qısa zamanda gedəcəyi ünvana aparacağını demişdir. Koroğlunun olduğu yerə çatan zaman Koroğlunun piyada ayaq üstə dayanaraq avtomobildə əyləşmiş sürücü ilə sözlə mübahisə etdiyini görmüşdür. Həmin zaman ətrafda səs-küy yarandığını izah edib avtomobilə əyləşməyi onlara tövsiyə etmişdir. Onlar həmin şəxsin avtomobilinə əyləşdikdə həmin şəxsin Zərərçəkmiş şəxs olduğu və Koroğlu ilə arasında qohumluq münasibəti olduğu ona məlum olmuşdur. O, mübahisəyə müdaxilə edərək hər iki tərəfə sakitləşməyi, mübahisəni böyütməməyi və Yusubdan dayısından üzrxahlıq edərək mübahisəyə son qoymasını bildirmişdir. X2 yüksəs səs tonu ilə danışdığından maşının olduğu yerdə yerləşən evlərdən birindən çıxan şəxs narahatçılıq yaratdıqlarını bildirib onlara irad tutmuş və oradan getmələrini xahiş etmişdir. Bu zaman o, Yusuba avtomobili Koroğlunun yaşadığı ünvana doğru idarə etməsini, avtomobilində olan müştərini ünvanına düşürdükdən sonra özünün də oraya gələrək normal qaydada söhbət etməyi təklif etmişdir. Yusub bundan sonra avtomobili işə salmaq istəsə də, avtomobil işə düşməmişdir. Bu zaman Yusub avtomobildən aşağı enərək kənara çəkilib açıq sahədə söhbət etməyi təklif etmişdir. Bundan sonra Yusubla Koroğlu piyada şəkildə açıq sahəyə doğru getmişdir. O isə öz avtomobilinə əyləşərək gediş-gəlişə maneçilik törətməmək üçün onların olduğu yerə getmişdir. Avtomobilində əyləşmiş müştəridən üzrxahlıq edərək 2-3 dəqiqə ərzində geri qayıdacağını dedikdə həmin şəxs heç bir narazılıq etməmişdir. Bundan sonra o, avtomobilindən düşərək Koroğlu ilə Yusuba yaxınlaşmışdır. Yusubun Koroğlu ilə kobud danışmasını görüb sonuncuya iradını bildirmiş və dayısı ilə bu tərzdə danışmamasını tələb etmişdir. Yusub isə onun haqlı iradından nəticə çıxarmayaraq ona kobud cavab vermiş və barəsində nalayiq ifadə işlətmişdir. Bu zaman Yusuba sözlərinə diqqət etməsini deyərək barəsində bu cür ifadələr işlətməsinin düzgün olmadığını bildirmiş və Yusubu sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq Yusub onun və ailə üzvlərinin ünvanına söyüşlər söyməyə davam etmişdir. Dəfələrlə Yusuba bununla bağlı irad bildirib sakitləşdirmək istəsə də nəticəsi olmamışdır. Bundan sonra onun və ailə üzvlərinin ünvanına söyüşlər söyməsinə görə əsəbləşib bir dəfə sillə ilə Yusubun sifət nahiyəsindən vurmuşdur. Yusubun zərbədən sonra əlini belinə tərəf apardığını görüb üzərində kəsici deşici alət olduğunu zənn edib bir dəfə də təkrar sillə ilə Yusubun sifətindən vurmuşdur. Daha sonra Yusub özü normal tərzdə danışmağa başladığından o da sakitləşib mübahisəyə son qoymaq qərarına gəlmişdir. Bu zaman Yusubun sifət nahiyəsində qan olduğunu görüb avtomobilində olan müştəridən su tapmasını xahiş etmişdir. Həmin şəxs bir qədər sonra plasmas qabda su ilə geri qayıdıb ona təqdim etmişdir. O, həmin su ilə Yusubun sifət və ayaqlarını yumuşdur. Daha sonra Yusubdan üzrxahlıq etmişdir. Yusub evinə getmək istədiyini dedikdə o, apara biləcəyini desə də Yusub onunla razılaşmayıb özü getmək istədiyini bildirmişdir. Bundan sonra Yusub onlardan uzaqlaşaraq getmişdir. Avtomobilində olan müştəri gecikdiyini deyərək özü getmək istədiyini bildirib çıxıb getmişdir. O da bundan sonra Koroğlu ilə birlikdə sonuncunun yaşadığı evə getmişdir. Sonradan məlum olmuşdur ki, Yusub onun barəsində şikayət etmişdir. Əməlindən peşmandır. Zərər çəkmiş şəxslə barışmışdır. Qeyd edilənləri nəzərə alıb ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 doğma dayısıdır. Təqsirləndirilən şəxs ilə heç bir tanışlıq olmamışdır. Səfəri ilk dəfə hadisə baş verən zaman görmüş və həmin şəxsin adını təhqiqat araşdırması müddətində öyrənmişdir. Koroğlu onun doğma dayısı olsa da 3-4 ildir münasibətləri yaxşı deyil və dayısı ilə danışmırlar. xx.xx.2023-cü ildə saat 20:30 radələrində özünə məxsus **-BS-*** qeydiyyat nişanlı, Hyundai i30 markalı avtomobil ilə Biləcəri qəsəbəsində ara küçə ilə yaşadığı ünvana gedən zaman yol örtüyü pis olduğundan avtomobilini təxminən 10 km/saat surətlə hərəkət etdirmişdir. Qarşıda çuxur olduğundan avtomobilini manevr etdirib çuxurdan yan keçdikdə bir nəfər şəxsin narazılıq edirmiş kimi səsini eşitmişdir. Avtomobilin yan güzgülərindən arxaya baxdıqda bir nəfər şəxsin dayanaraq əli ilə işarə etdiyini gördükdə şüşəni aşağı endirərək avtomobilini arxaya doğru hərəkət etdirib həmin şəxsdən üzrxahlıq etməyi düşünmüşdür. Həmin şəxsə yaxınlaşaraq qaranlıq olduğundan görmədiyini və bu səbəbdən onu üzrlü saymasını xahiş etmək istədikdə həmin şəxs anidən onun barəsində nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin şəxsin dayısı Koroğlu olduğunu görmüşdür. Avtomobildən aşağı enmədən şüşəni aşağı endirib Koroğluya sözlərinə diqqət etməsini, heçnəyi qəsdən etmədiyini, Koroğlunun yerində başqa bir şəxs olacağı təqdirdə də üzrxahlıq edəcəyini bildirmişdir. Buna baxmayaraq Koroğlu uca səslə onun barəsində xoşagəlməz sözlər demişdir. O, Koroğluya əhəmiyyət vermək istəməsə də, Koroğlu avtomobilin ön sağ qapısını açaraq avtomobildə əyləşib Sumqayıt şəhərinə gedərək məsələyə aydınlıq gətirməyi ondan tələb etmişdir. O isə Koroğlu ilə razılaşmayaraq heç bir yerə getməyəcəyini bildirib maşınından aşağı enməsini tələb etmişdir. Koroğlu maşından enməyəcəyini və həmin gün məsələyə son qoyacağını bildirmişdir. Bundan sonra Koroğlu mobil telefonu ilə kiməsə zəng edərək öz yaşadığı ünvana çağırmışdır. Onların olduğu yerdən Koroğlunun yaşadığı evə qədər məsafə təxminən 500-600 metr təşkil edir. Koroğlu telefonla danışdıqdan sonra onunla ümumi məsələləri aydınlaşdıraraq ailə söhbətini etməyə başlamışdır. Bu söhbət 20-25 dəqiqə davam etmiş və həmin zaman sözlə mübahisə olsa da dava-dalaş baş verməmişdir. Təxminən 20-25 dəqiqə sonra Koroğlunun mobil telefonuna zəng gəldikdə Koroğlu zəng edən şəxsə olduqları yeri təsvir edib həmin şəxsi ora dəvət etmişdir. Bir qədər sonra onun avtomobilinin arxasında Toyota Corolla markalı qeydiyyat nişanını xatırlamadığı avtomobil dayanmışdır. Həmin avtomobilin sürücüsü, adını araşdırma müddətində öyrəndiyi Təqsirləndirilən şəxs aşağı enərək onlara yaxınlaşmış və arxa sağ qapını açaraq avtomobildə əyləşmişdir. Daha sonra Səfər söhbətə başlayaraq hansı səbəbdən Koroğlu ilə mübahisə etdiyini ondan soruşmuşdur. O, həmin şəxsə Koroğlunun dayısı olduğunu, məsələni öz aralarında həll edəcəklərini bildirsə də Səfər onunla kobud danışmağa başlamış, Koroğludan üzr istəməyini, əks halda onun üçün yaxşı olmayacağmı demişdir. O isə ailə problemi olduğunu, dayısı ilə məsələyə öz aralarında son qoyacağını dedikdə Koroğlu onun barəsində yenidən nalayiq ifadə işlətmişdir. Həmin zaman avtomobilin şüşəsi aşağı endirilmiş vəziyyətdə olduğundan çöldə səs-küy eşidilmişdir. Buna görə avtomobili saxladığı yerdə yerləşən evlərdən birindən çıxan şəxs qapının qarşısında səs-küy etdiklərini irad bildirdikdə o, avtomobili işə salıb kənarlaşmaq istədikdə işıqlar açıq qaldığından akkumlyator işləməmiş və avtomobil işə düşməmişdir. Bu zaman Səfər avtomobili ilə getməyi təklif etdikdə o, sonuncu ilə razılaşmayıb bir qədər kənarda açıq sahədə söhbət edə biləcəklərini demişdir. Bundan sonra avtomobildən aşağı enmişlər. Həmin zaman o, telefonlarını maşınına qoyaraq qapını bağlamış və piyada açıq sahəyə doğru getmişdir. Həmin zaman Koroğlu onun ardınca, Səfər isə avtomobili ilə həmin yerə gəlmişdir. Bundan sonra Koroğlu ilə söhbət edən zaman Səfər avtomobilini onların yanında saxlayıb aşağı enmişdir. Bu zaman Səfərin avtomolindən bir nəfər də tanımadığı şəxs aşağı enmişdir. Belə ki, Koroğlu onun sağ tərəfində, Səfər üzbəüz tərəfində, sonradan onlara yaxınlaşan şəxs isə onun sol tərəfində dayanmışdır. O, bu zaman Səfərin avtomobilinə söykənmişdir. Səfər ondan diz çökərək üzr istəməyini tələb etdikdə o razılaşmadığından mübahisə bir qədər böyümüşdür və o, dayısı ilə aralarında olan mübahisəyə müdaxilə etməməsini Səfərdən tələb etmişdir. Koroğlu isə onun bacısı oğlu olmadığını nalayiq formada bildirmişdir. Gözləmədiyi halda Səfər anidən yumruqla bir dəfə onun sifət nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o, müvazinətini itirib Səfərin maşınına söykənmişdir. Bundan sonra Səfər yenidən eyni şeyi ondan tələb etsə də o, dayısından üzr istəməyəcəyini demişdir. Bundan sonra Səfər 3-4 dəfə yumruqla onun sifət nahiyəsindən zərbələr endirmişdir. Həmin zaman orada olan Koroğlu və adını bilmədiyi şəxs onlara tamaşa etmişdir. Belə ki, həmin şəxslər ona heç bir fiziki təsir etməmişdir. Həmin zaman Səfərin əlini bel nahiyəsinə bir neçə dəfə apardığını görüb sonuncunun təsəvvüründə guya onun da üzərində nəsə varmış kimi əlini bel nahiyəsinə aparmışdır. Bu zaman Səfər üzərində nəsə olacağını zənn edib onu döyməyə son qoymuşdur. Orada olan 3-cü şəxs Səfəri kənara aparmışdır. Koroğlu isə yanında dayanmışdır. O, özünü yaxşı hiss etmədiyini deyərək daşın üstündə əyləşmişdir. Bu zaman 3-cü şəxs gedərək plasmas qabda su ilə geri qayıdıb ona yaxınlaşmışdır. Bu zaman Səfər onun əl üzünü yumağını tələb etmişdir. Bundan sonra Səfər su ilə onun əl üzünü, ayaqlarını yumuşdur. Daha sonra Koroğlu barələrində şikayət etməməyini ondan tələb etmişdir. O, ayağa qalxaraq uzaqlaşmışdır. Ailə üzvlərinə zəng edərək məlumat verdikdə isə anası Şahid2 102 xidmətinə zəng edib şikayət etmişdir. Mübahisə zamanı onu yalnız Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə sifət nahiyəsindən bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı Koroğlu onunla sözlə mübahisə etsə də onu vurmamışdır. Onlara sonradan Səfərin avtomobilindən düşərək yaxınlaşan tanımadığı şəxs onunla heç bir formada mübahisə etməmiş, onu vurmamışdır. Həmin şəxs Səfəri onu vurduqdan sonra sakitləşdirməyə çalışmışdır. Mübahisə ümumilikdə 10- 15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Şahid2 oğludur, son 3-4 ildir ki, danışmırlar, əlaqələri kəsilmişdir. Təqsirləndirilən şəxs isə yaxın dostudur. xx.xx.2023-cü ildə saat 20:30-da piyada Biləcəri qəsəbəsində yaşadığı evə doğru gedən zaman yanından keçən avtomobilin sürücüsünün anidən avtomobili onun üzərinə doğru hərəkət etdirdiyini görüb yana çəkilmiş və sürücüyə iradını bildirmişdir. Həmin zaman maşının qeydiyyat nişanından avtomobilin Yusuba məxsus olduğunu görmüşdür. Yusub avtomobili arxaya doğru hərəkət etdirib onun yanında saxlayaraq kobud şəkildə “nolub ə” kimi ifadə işlətmişdir. O isə Yusuba əsəbləşib böyük kimi tənbeh etməyə çalışmışdır. Buna baxmayaraq Yusub onun barəsində nalayiq sözlər işlətmişdir. Həmin zaman Yusub avtomobilinə əyləşməyini və kənarda onu başa salacağını dedikdə o, sonuncu ilə razılaşmayıb heç bir yerə getməyəcəyini demişdir. Təxminən 30 dəqiqə bu formada söhbət etmişlər. Həmin zaman dostu Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb yaşadığı evin yaxınlığına müştəri gətirdiyini, müştərini düşürdükdən sonra onlara qonaq gəlmək istədiyini bildirmişdir. O, Səfərə probleminin olduğunu, qısa zamanda evə gedəcəyini dedikdə Səfər ondan olduğu yeri soruşmuşdur. O, evinin yaxınlığında olduğunu deyərək ərazini təsvir etmişdir. Bir qədər sonra Səfər idarə etdiyi avtomobil ilə onlara yaxınlaşmışdır. Səfər avtomobildən aşağı endikdə Yusubla aralarında sözlə mübahisə olduğunu görüb avtomobilə əyləşərək səs-küy salmadan mübahisəni aydınlaşdırmağı təklif etmişdir. Bundan sonra o, Yusubun maşınında öndə, Səfər isə arxa oturacaqda əyləşmişdir. Onlar avtomobildə sözlə mübahisə etsə də aralarında dava-dalaş baş verməmişdir. Həmin zaman olduqları yerdə yerləşən evlərdən birindən çıxan şəxs səsküy saldıqlarına görə etirazını bildirdikdə Səfər Yusuba avtomobilini onun yaşadığı evə doğru idarə etdirməsini, orada çay içərək normal qaydada məsələyə aydınlıq gətirməyi təklif etmişdir. Yusub avtomobili işə salmaq istədikdə avtomobil işə düşmədiyindən onlar avtomobildən aşağı enmişdir. Yusub kənara gedərək söhbət etməyi təklif etmişdir. Bu zaman etiraz etmədən bir qədər kənara gedərək açıq sahədə söhbət etməyə başlamışlar. Səfər isə avtomobilinə əyləşərək onların olduqları yerə idarə edib yanlarında saxlamışdır. Bundan sonra Səfər aşağı enib onlara yaxınlaşmışdır. Yusubun kobud danışıq tərzinə görə Səfər Yusuba iradını bildirib onun dayısı olduğunu xatırlatmış və məsələni böyütmədən üzrxahlıq edərək getməsini bildirmişdir. X5 haqlı iradlarından nəticə çıxarmayaraq kobud danışması səbəbindən Səfər bir dəfə sillə ilə Yusubun sifət nahiyəsindən vurmuşdur. Həmin zaman Yusub əlini belinə apararaq şübhəli hərəkətlər etdiyindən Səfər yenidən bir dəfə sillə ilə Yusubun sifət nahiyəsindən vurmuşdur. Həmin zaman Yusub bir qədər yumşaldığından Səfər də sakitləşmişdir. Bu zaman Səfərin avtomobilində olan tanımadığı şəxs aşağı enərək onlara yaxınlaşmışdır. Həmin şəxs kimdənsə plasmas qabda su taparaq geri qayıtmış və Səfər su ilə Yusubun əl üzünü yumuşdur. Bundan sonra Yusub evə getmək istədiyini deyib onlardan uzaqlaşmışdır. Səfər isə avtomobilində müştəri qismində olan şəxsi yola salaraq onunla yaşadığı ünvana getmişdir. Bundan sonra barələrində şikayət edildiyi məlum olmuşdur. Mübahisə ümumilikdə 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs onlara heç bir xəsarət yetirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Məhkəmə-tibbi ekspertiza və X3 X4 Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2090 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər burun sümüyünün hər iki qanadında zəif yerini dəyişmiş sınıq ilə müşaiyət olunan burun belinin qançır-şişkinliyi, üst dodağın selikli qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, zərərçəkənin təsvir etdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə burun sümüyünün hər iki qanadında zəif yerini dəyişmiş sınıq ilə müşaiyət olunan burun belinin qançır-şişkinliyi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, üst dodağın selikli qişasına qansızma isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır (cild 1, i.v 12-15). Məhkəmə-tibbi komisyon ekspertizasının 29 yanvar 2024-cü il tarixli T 34/2024 sayh rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması, burun belinin qançır-şişkinliyi ilə müşayiət edilən sağ burun sümüyünün minimal-yerdəyişmiş sınığı, üst dodağın selikli qişasına qansızma olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların), kənar şəxs tərəfindən əllə yetirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü ilə uyğun gələ bilər, dərəcəsinə görə burun tənəffüsünün pozulması, burun belinin qançır şişkinliyi ilə müşayiət edilən sağ burun sümüyünün minimal yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakteri və lokalizasiyası onların istər zərərçəkmişin özü tərəfindən yetirilə bilməsini, istərsə də öz boyu hündürlüyündən yıxılması zamanı yaranmasını inkar edir (cild 1, i.v.86-89). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.120-121). Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 137-139). Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir (cild 1, i.v 159). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 162-163). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs imzası notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İşdə olan Azərbaycan Kikboksinq Federasiyasından verilmiş 021 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs idmanın kikboksinq növü üzrə məşqçidir. İşdə olan Fəxri Fərmanlardan görünür ki, Təqsirləndirilən şəxs idmanın kikboksinq növü üzrə dəfələrlə açıq ölkə çempionatlarının qalibi olmuşdur. İşdə olan Diplomlardan görünür ki, Təqsirləndirilən şəxs tələbələri Emin Məmmədov və Leyla Məmmədova idmanın kikboksinq növü üzrə dəfələrlə ölkə birinciliyinin və müxtəlif beynəlxalq yarışların qalibi olmuşlar. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərər çəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs idmanın kikboksinq növü üzrə ölkə birinciliyinin və müxtəlif yarışların qalibi olmasını, ictimai faydalı əməklə məşğul olub idmanın kikboksinq növü üzrə məşqçilik etməklə gənc nəslin sağlam ruhda böyüməsinə verdiyi töhfəni Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı, habelə idmanın kikboksinq növü üzrə seminarlar keçdiyi Bakı və Sumqayıt şəhərlərinin, Abşeron və Xızı rayonlarının hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxsə cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən ibtidai istintaq orqanında və məhkəmədə iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri (Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi beton zavod adlanan ərazidə nömrəsiz ev) üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 0000-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı, habelə idmanın kikboksinq növü üzrə seminarlar keçdiyi Bakı və Sumqayıt şəhərlərinin, Abşeron və Xızı rayonlarının hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar