Məhkəmə qərarları › İş №1(001)-329/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-329/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-329/2025 02.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Xüsusi ittiham qaydasında şikayət vermiş X18 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 CM-in 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

2. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, X5 ona qarşı yol verdiyi hərəkətlər, CM-in 147.1 və 147.2-ci maddələri dispozisiyasında nəzərdə tutulmuş cinayət əməli ilə tam əhatə olunur. Ona görə də hesab edir ki, o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza tətbiq edilməlidir. Sonuncu ona qarşı böhtan əməllərini əsasən Binəqədi rayon ərazisində törətmişdir.

3. Belə ki, barəsində şikayət olunan X3 rayon Polis bölməsində ifadəsinə əsasən, 2016-cı ildən "xxxx" MTK-da mühafizəçi vəzifəsində işlədiyini bildirmişdir. 2017-ci ildə "xxxx" MTK tikinti şirkəti ünvan 1 ünvanında iki ədəd 8 mərtəbəli binaların tikintisinə başladıqdan sonra, o həmin binalara gecə növbəsində mühafizəçi kimi işləmişdir. X16 Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsində İXM-nin 192.1-ci maddəsinin pozulmasmsa görə məsuliyyətə cəlb edilmiş və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və Nəsimi Raron Məhkəməsinin 3(006)-4845/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" MTK İXM-in 192-1-ci maddəsində nəzərədə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində cərimə edilmişdir.

4. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:30 radələrində həyətdə binanın sakinləri ilə söhbət edərkən binada yaşayan qonşuları - X10, X19, X2 iştirak etmişlər. Qonşusu Pərviz ona bildirmişdir ki, "xxxx" MTK-da mühafizəçi kimi fəaliyyət göstərən Miryusif Məmmədov qaz idarəsinin işçiləri binaya qazı çəkmək istəyən zaman, guya o, həmin işçiləri söymüş və sonuncular da, qazı çəkməyib həmin yeri tərk etmişlər. Daha sonra bu söhbətə aydınlıq gətirmək məqsədi ilə qonşuların yanında Miryusifi çağırıb belə bir halın baş verib-vermədiyini sonuncudan soruşmuşdur. Miryusif isə hamının yanında belə bir halın baş vermədiyini bildirmiş və ona da “başına oyun açacağam” demişdir. Daha sonra o, üzərinə hücum çəkərək fiziki zor tətbiq etməyə çalışmış, onu təhqir etmiş, şərəf və ləyaqəti alçaldan ifadələr işlətmişdir. Qonşuları Miryusifi üzərindən aralayıb, mübahisənin böyüməməsinə səy göstərmişlər. X1 qarşı heç bir zor tətbiq edilməmişdir.

5. Bundan sonra, X13 Rayon Polis İdarəsinə gedərək yalan ifadə vermiş və əsassız olaraq cinayət işinin başlanmasına səbəb olmuşdur. Barəsində böhtan xarakterli məlumatlar verərək bildirmişdir ki, guya ki, o, MTK-dan tələblərinə görə binanın qarşısına gələrək Məmmədov Miryusifi dəfələrlə təhqir etmişdir. Daha sonra 09 sentyabr 2024-cü il tarixdə mühafizə otağının qarşısına gəldiyini və gecə saatlarında onu bayıra çağıraraq ölümlə hədələdiyini və binanı, mühafizə otağını yandıracağı barədə yalan məlumat verərək CM-in 297.2-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda xx.xx.2024-cü il tarixində saat 22:00 radələrində Məmmədov Miryusif mühafizə otağında olduğu zaman həyətdə olduğunu və qışqıraraq onu çağırdığını, nalayiq söyüşlər söydüyünü həmçinin, qarışıqlıqdan istifadə edərək onun başının arxa hissəsinə yumruqla zərbə endirdiyini qeyd etmişdir. Lakin bütün bunlar reallığı əks etdirmir və böhtan xarakteri daşıyır. Bununla da, onun şərəf və ləyaqətini ləkələyir. Miryusif Məmmədov, MTK-nın sədri X23 və X15 tərəfindən öyrədilərək həmin yerə göndərilmişdir. Binəqədi Rayon Polis İdarəsinə gələrək ifadə verən zaman Miryusif Məmmədova heç bir xəsarət yetirmədiyini bildirmiş, həmçinin bunu binada yaşayan qonşuları - X10, X19, X6 və binanın digər sakinləri də təsdiq etmiş, bu məlumatların böhtan xarakteri daşıdığını bildirmişlər.

6. MTEPAB-nin Binəqədi rayon şöbəsinin ekspert həkimi X4 rəyi əsasında cinayət işi açılmasına səbəb olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış keçirilən zaman video görüntüdə X9 X8 xəsarət yetirməsi öz əksini tapmamışdır. Həmin video görüntüdə X5 onun üzərinə hücum çəkdiyi aydın şəkildə görünür. Bütün bunlara əsasən, CM-in 127-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-cımaddəsinə əsasən xitam verilmişdir.

7. X14 ona qarşı qəlbində kök salmış bu nifrətli, şəxsi- qərəzliyi üzündən onu biabır etmək məqsədi böhtan ataraq, barəsində cinayət məsuliyyətinə cəlb olunmasına cəhd etmişdir.

8. Ona görə də hesab edir ki, yuxarıda qeyd edilənlər X5 CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayəti Binəqədi Rayon Məhkəmənin icraatına qəbul edilərək, baxılması və sonuncunun həmin maddələrdə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün tam əsaslıdır.

9. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini və X5 CM-in 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

10. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X14 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayətçi olduğunu, hal-hazırda onun şikayətinin prokurorluq orqanında araşdırıldığını bildirərək, onun böhtan atmadığını, pozulmuş hüququ ilə bağlı hüquq mühafizə orqanına müraciət etdiyini bildirmişdir. Şikayət ərizəsi əsassız olduğundan məhkəmədən işin məhkəmə baxışına verilməməsini ərizənin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmənin hazırlıq iclasında tədqiq edilmiş:

11. X5 şikayəti əsasında X18 barəsində aparılan araşdırmanın nəticəsinə uyğun olaraq, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.

12. X9 xüsusi ittiham qaydasında verdiyi şikayətə əsasən Binəqədi Rayon Məhkəməsinin 1(001)-309/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı ilə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.

13. X9 xx.xx.2025-ci il tarixli vəsatətinə əsasən cinayət işinin başlanması rədd edilməsi ilə bağlı qərarın tam araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq şöbəsindən ********* nömrəli cinayət işi materialının tələb edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

14. Məhkəmə hesab edir ki, X18 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsindən CPM-nin 302-ci maddəsinin tələbləri baxımından qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbi və şikayət əsassız olmaqla, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsinə görə imtina edilməlidir.

15. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir.

16. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Belə əsaslardan biri də CPM-in 293.3.3cü maddəsində təsbit edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edilməsi və CPM-nin 293.3.4-cü maddəsində təsbit edilmiş şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsidir.

17. Məhkəmədə müəyyən edilmişdir ki, X18 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə X5 ona böhtan atmasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.

18. Belə ki, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X18 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə ona böhtan atılmasını, eləcə də həmin əməlin X14 tərəfindən törədilməsini təsdiq edən, yəni kütləvi nümayiş etdirilən əsər, media və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında dərc edilmiş məlumatların məhz sonuncu tərəfindən dərc etdirilməsini təsdiq edən heç bir sübut göstərilməmiş, həmçinin bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır.

19. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.

20. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.

21. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlamalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir.

22. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir.

23. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan (əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edilməsi və şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi) şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir.

24. Bundan əlavə, şikayət ərizəsinin məzmunundan aydın olur ki, şikayətçi X9 böhtan hesab etdiyi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 işlətiyi ifadələr onun Binəqədi Rayon Polis İdarəsində ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən zaman olan izahatlarında öz əksini tapmışdır. Belə olan halda, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin izahatında qeyd etdiyi ifadələrin böhtan kimi qiymətləndirilməsi istisna olunur. Sözügedən cinayət işi üzrə icraata xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

25. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır:

26. CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə....

27. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X14 barəsində CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X5 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

28. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar