Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-33/2021 09.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işləməyən,əvvəllər məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Binəqədi rayonu, Xocasən qəsəbəsi, YYM-də yerləşən nömrəsiz ev ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27.04.2020-ci il tarixdə, günorta saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən-Lökbatan yolunun sağ kənarında yerləşən “Kəndimiz” adlı kafenin əl yumaq üçün nəzərdə tutulmuş tikilidə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 5,00 manat zəyərində 1 ədəd aliminum çaynik, 10,00 manat dəyərində 1 ədəd dəmir vedrə, 2,00 manat dəyərində bir ədəd ağ rəngli buzqalter, 10,00 manat dəyərində bir ədəd üzərində tünd göy rəngli güllər ilə bəzək vurlmuş ağ-qara rəngli qolsuz qadın koftası; 3,00 manat zəyərində bir ədəd ağ rəngli hamam dəsmalı; 3,00 manat dəyərində bir ədəd qırmızı rəngli hamam dəsmalı; 5,00 manat dəyərində bir ədəd üzərində ağ-göy rəngli dovşan şəkili ilə bəzək vurulmuş yaşıl rəngli yataq şalvarı; 15,00 manat dəyərində bir ədəd üzərinə qara parça ilə bəzək vurulmuş qırmızı rəngli qollu qadın koftası; 25,00 manat zəyərində bir ədəd qırmızı rəngli qollu trikotaj qadın donu; 10,00 manat dəyərində bir ədəd yaşıl rəngli qolsuz qadın koftası; 15,00 manat dəyərində bir ədəd üzərinə tikmə güllər ilə bəzək vurulmuş açıq qənvəyi rəngli qolsuz qadın koftası; 30,00 manat dəyərində bir ədəd qəhvəyi rəngli trikotaj qollu qadın donu; 25,00 manat dəyərində bir ədəd üzərinə ağ rəngli düymə ilə bəzək vurulmuş bənövşəyi rəngli qolsuz qadın koftası;10.00 manat dəyərində bir ədəd qara rəngli ətəklik; 10,00 manat dəyərində bir ədəd üzərinə qırmızı rəngli güllər ilə bəzək vurulmuş qəhvəyi rəngli qolsuz qadın koftasını, 28.04.2021-ci il tarixdə günorta saatlarında həmin yerdən 25,00 manat dəyərində bir ədəd qara rəngli yaxalığı olmayan qollu qadın donu; 10,00 manat dəyərində bir ədəd çəhrayı rəngli ətəklik; 15,00 manat dəyərində bir ədəd üzərinə ağ-qara rəngli güllər ilə bəzək vurulmuş qolsuz qadın koftası; 25,00 manat dəyərində bir ədəd firuzə rəngli yaxalığı açıq qollu qadın donu; 10,00 manat dəyərində bir ədəd üzərinə ağ-qara-qırmızı rəngli bina şəkili ilə bəzək vurulmuş qolsuz qadın koftası; 30,00 manat dəyərində bir ədəd qara boz rəngli yaxalığı olmayan, ağ rəngli tumurcuqlar ilə bəzək vurulmuş qollu qadın donu; 45,00 manat dəyərində bir ədəd qara rəngli yaxalığı olmayan, ağ rəngli tumurcuqlar və qızılı güllər ilə bəzək vurulmuş qısa qollu qadın donu; 15,00 manat zəyərində bir ədəd qırmızı rəngli yaxalığı olmayan qollu qadın donu; 10,00 manat zəyərində-bir ədəd qırmızı rəngli qısa qol qadın koftası; 20,00 manat dəyərində bir ədəd qırmızı rəngli yaxalıqlı qollu qadın donu; 30,00 manat dəyərində bir ədəd qırmızı rəngli yaxalığı olmayan, qollarında müxtəlif rəngli bəzək vurulmuş qollu qadın donu; 20,00 manat bir ədəd qara rəngli qısa qol setkalı parçadan qadın koftası; 40,00 manat dəyərində bir ədəd gilənarı rəngli yaxalığı ağ rəngli, qolsuz qadın donu; 10,00 manat dəyərində bir ədəd üzərinə dovşan şəkili ilə bəzək vurulmuş ağ rəngli qısa qol qadın koftası; 10,00 manat dəyərində bir ədəd ağ-qırmızı rəngli şalvar və koftadan ibarət yataq dəsti; 3,00 manat dəyərində bir ədəd ağ rəngli hamam dəsmalı; 3,00 manat dəyərində bir ədəd ağ rəngli üzərində meyvə şəkili olan hamam dəsmalı; 15,00 manat dəyərində bir ədəd tünd göy rəngli qollu qadın koftasını, 29.04.2020-ci il tarixdə səhər saatlarında həmin yerdən 40,00 manat dəyərində bir ədəd qara rəngli, ağ rəngli muncuqlar ilə bəzək vurulmuş qollu qadın jaketi; 1,00 manat dəyərində bir ədəd ağ qırmızı rəngli əlüz dəsmalı; 10,00 manat dəyərində bir ədəd qırmızı rəngli qollu qadın koftası; 10,00 manat dəyərində bir ədəd qəhvəyi rəngli yun saplar ilə toxunmuş papaq; 40 manat dəyərində qadın ayaqqabısı, 20 manat dəyərində pul kisəsi, 2 ədəd hər birinin dəyəri 15 manat, ümumilkdə 30 manat olan qadın əl çantası, 50 manat dəyərində ütü, 30 manat zəyərində krosno aparatı, 6 ədəd, hər birinin ayrı-ayrılıqda qiyməti 25 manat, ümumilkdə 125 manat dəyərində yemək bişirmək üçün tava, 4 ədəd hər birinin ayrı-ayrılıqda qiyməti 25 manat, ümumilikdə 100 manat dəyərində yemək bişirmək üçün qazan, 18 ədəd hər biri 3 manat, ümumilikdə 58 manat dəyərində stəkan, 12 ədəd hər biri 3 manat, ümumilkidə 36 manat dəyərində nəlbəki, 18 ədəd hər biri 5 manat ümumilikdə 90 manat dəyərində boşqab, 6 ədəd hər biri 2 manat, ümumilikdə 12 manat dəyərində çəngəl, 6 ədəd hər biri 2 manat ümumilikdə 12 manat dəyərində qaşıq, 6 ədəd hər biri 3 manat ümumilikdə 18 manat dəyərində kasa və 1 ədəd ümumi dəyəri 20 manat olan tefal çayniki gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs-ümumilikdə 1236 (min iki yüz otuz altı) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 ay olar ki, maddi çətinliklərlə əlaqədar ailəsi ilə birlikdə Binəqədi rayonu, Xocəsən qəsəbəsinə köçərək nömrəsiz ünvanda kirayə yaşayırdı. O, küçələrdən yer-yeşik və plasmas tullantı əşyalarını toparlayıb yığmaqla Xocəsən qəsəbəsində Ramiz adlı şəxsə (sonradan şəxsiyyəti ona məlum olan Şahid2) satmaqla övladlarını dolandırmışdır. 2020-ci ilin təxminən aprel ayının 20-də Şahid2 tullantı əşyalarını satanda sonuncu ona oturduğu yeri yığışdırıb təmizləməyi və qarşılığında hörmət edəcəyini bildirmişdir. O, razılaşıb həmin onun oturduğu yeri yığışdırmış, o, isə qarşılığında 5 manat pul vermişdir. Sonra o, Şahid2lə münasibət qurub onun geyim əşyalarını yuyub və işlədiyi yeri təmizləmişdir. O, 24.04.2020-ci il tarixdə anası ilə aralarında qazandığı pulları ona vermədiyinə görə münasibətləri pozulmuş o, evdən çıxıb Şahid2 yanına getməli olmuşdur. Onun gətirdiyi əşyaları yığmağa və yaşamağa yeri olmadığına görə sonuncudan yer istəmişdir. Şahid2 işlədiyi yerin qarşısında özlərinə məxsus kafenin açarını müvəqqəti orada qalmaq üçün ona vermişdir. O isə əlinə düşən tullantı əşyalarını həmin kafeyə yığmaqla orada arabir qalmışdır. 27.04.2020-ci il tarixdə o, Şahid2 işlədiyi yerə gəlib kafenin açarını ondan alıb ora yığdığı plasmas tullantı əşyaları götürmək üçün kafeyə daxil olmuş, ora topladığı plasmas tullantı əşyalarını götürəndə fikrini dəyişib kafenin əl-üz yumaq üçün nəzərdə tutulmuş yerə «yığılmış müxtəlif çeşiddə geyim və qab-qacaq əşyalarının olduğunu görüb və həmin əşyaları heç kimə demədən xəlvəti götürmək fikrinə düşmüşdür. 27.04.2020-ci il tarixdə günorta saatlarında o, həmin əşyaların bir hissəsini: 1 ədəd dəmir aliminum çaynik, 1 ədəd dəmir vedrə, və bir neçə dəst yubka-kofta, don və digər qadın geyim əşyaların sellofan torbalara yığıb əlində daşıyaraq avtobusa minib əvvəllər metal və plasmas tullantıları satdığına görə tanıdığı, Yasamal rayonunda metal qəbulu məntəqəsində işləyən, əvvəllər ona tullantı əşyalar satmaqla tanıdığı Rəfiqə adlı qadına 20 manata satmış, sonra həmin günün səhərisi qalan əşyaları da götürmək üçün oğurluq etdiyi “Kəndimiz” kafesinə gəlmiş, 28.04.2020-ci il tarixdə, günorta saatlarında orada qalan müxtəlif çeşiddə don, yubka-kofta qadın geyim əşyalarını özü ilə götürdüyü sellofan torbalara yığıb xəlvəti olaraq kafedən çıxaraq avtobusa minib yenə Yasamal rayonunda metal qəbulu məntəqəsində işləyən Rəfiqə adlı qadına 10 manata satıb yaşadığı evə getmişdir. Sonra o, 29.04.2020-ci il tarixdə, səhər saatlarında orada qalmış digər əşyaları da götürmək üçün kafeyə getmişdir. Özü ilə götürdüyü sellofan torbaları cibindən çıxarıb orada qalmış bir neçə çeşiddə qadın geyim əşyalarını: 1 ədəd göy rəngli koftanı, 1 ədəd qəhvəyi rəngli donu, 1 ədəd narıncı don, 1 cüt qış qadın çəkməsi və.s. geyim və məişət əşyalarını yığıb xəlvəti götürərək aparıb yaşadığı Xocəsən qəsəbəsində yerləşən evinə qoymuş və bu barədə də heç kimə məlumat verməmiş, 05.05.2020-ci il tarixdə kafeyə gəlib orada qalmış özünə məxsus əşyalarını götürən zaman tanımadığı xanımla sonradan adı ona məlum olan Mehribanla qarşılaşmışdır. Həmin qadın ona kafedə nə işlədiyimi soruşanda o, kafedə xadiməçi işlədiyini ona deyib kafedən çıxıb evə getmiş, sonra 05.05.2020-ci il tarixdə, axşam saatlarında küçələrdən topladığı plasmas tullantı əşyalarını aparıb metal qəbulu məntəqəsinə satmaq istəyərkən yolda qonşusu Məhəbbət adlı şəxslə rastlaşmış, ona bir qonşu olaraq xahiş etmiş ki onu Xocəsən qəsəbəsində yerləşən “Ay İşığı” dükanının yaxınlığında olan metal qəbulu məntəqəsinə düşürsün, sonuncu avtomaşını ilə onu dediyi yerə aparanda yolda polis əməkdaşları ilə qarşılaşmışlar. Həmin vaxt Məhəbbət idarə etdiyi avtomaşını möhkəm sürüb polislərdən uzaqlaşmaq istəmiş, həmin vaxt dalana keçib hərəkət edə bilməmiş, Məhəbbət isə qohumlarının evinə gedərək bayıra çıxmamışdır. Sonra polis əməkdaşları gəlib onu polis bölməsinə aparmış, polis əməkdaşları bölmədə kafedən oğurladığı əşyalarla bağlı sual verdikdə o, səmimi olaraq hadisəni etiraf edib həmin əşyaları polislərə təqdim etmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, YYM-də qızı ilə birlikdə yaşayır, özü fərdi əməklə məşğul olaraq Bakı şəhərində müxtəlif yeməkxanalarda aşbaz işləmişdir. 2019-cu ilin təxminən sentyabr ayında Binəqədi rayonu Xocəsən qəsəbəsində, Xocəsən- Lökbatan şössesinin sağ kənarında “Kəndimiz” adlı kafeni Xankişi adlı şəxsdən icarəyə götürərək işlədirmiş, həmin kafedə işləri çox olduğuna görə özü üçün şərait düzəldərək arabir orada da qalmalı olurmuş, o, həmin kafeni işlədən zaman ora öz pulu ilə müxtəlif çeşiddə 500 manat dəyərində qab-qacaq alaraq əşyaları istifadə edərək orada saxlamışdır. Eyni zamanda həmin kafenin giriş hissəsində yerləşən əl-üz yumaq üçün nəzərdə tutulmuş yerdə isə özünə məxsus geyim əşyalarını bir kənara yığıb karantin rejimi ilə bağlı kafeni təhvil vermək məcburiyyətində qalmışdır. O, “Kəndimiz” kafesinin icarədarı Xankişinin telefonuna zəng edərək kafenin açarlarını təhvil vermək istəmiş, Xankişi isə telefonda ona cavab verərək həmin açarları kafenin yaxınlığında gözətçi işləyən qaynatası Ramiz adlı şəxsə təhvil verməsini bildirmiş, o, Ramizin yanına gəlib Xankişinin tapşırığına görə kafenin açarlarını ona təhvil verməyini və yaxın günlərdə kafedə bir kənara yığdığı özünə məxsus əşyalarını gəlib aparacağını demişdir. Sonra Xankişi ona “Mehriban bəlkə karantindən sonra gəlib kafedə işləyəcəksən” sözlərini deyərək əşyalarını aparmamağını bildirmişdir. O, Xankişi ilə razılaşıb əşyalarını kafenin çölündə yerləşən qapısı açıq olan əlüz yumaq üçün nəzərdə tutulmuş yerdə bir küncə yığıb kafenin açarlarını isə Ramizə təhvil verib, 19.03.2020-ci il tarixdə, axşam saatlarında qeydiyyatda olduğu Tovuz rayonuna getmişdir. O, 25.04.2020-ci il tarixdə Xankişinin istifadəsində olan mobil telefonuna zəng edərək Bakı şəhərində kafelərin işləyib-işləməməsini soruşmuş, Xankişi ona kafelərin hələ işləmədiyini, may ayının 5-dən sonra açılacağını bildirmişdir. O, 05.05.2020-ci il tarixdə Tovuz rayonundan Bakı şəhəri Xocəsən qəsəbəsində yerləşən “Kəndimiz” adlı kafeyə gəlmiş, həmin vaxt saat 17 radələrində o, kafeyə daxil olanda tanımadığı bir qızın kafenin içərisində olduğunu görmüş, ondan kafedə nə iş gördüyünü soruşmuş, o, isə xadiməçi olduğunu və kafeni təmizlədiyini bildirmişdir. Sonra həmin qız kafedən çıxıb getmiş, o, kafenin çölündə yerləşən və orada saxladığı əşyalarına diqqətlə nəzər edəndə bir ədəd ağ rəngli buzqalter 10 manat; bir ədəd üzərində tünd göy rəngli güllər ilə bəzək vurlmuş ağ-qara rəngli qolsuz qadın koftası 20,00 manat; bir ədəd ağ rəngli hamam dəsmalı 5,00 manat; bir ədəd qırmızı rəngli hamam dəsmalı 5,00 manat; bir ədəd üzərində ağ-göy rəngli dovşan şəkili ilə bəzək vurulmuş yaşıl rəngli yataq şalvarı 10,00 manat; bir ədəd üzərinə qara parça ilə bəzək vurulmuş qırmızı rəngli qollu qadın koftası 20 manat; bir ədəd qırmızı rəngli qollu trikotaj qadın donu 30,00 manat; bir ədəd yaşıl rəngli qolsuz qadın koftası 10,00 manat; bir ədəd üzərinə tikmə güllər ilə bəzək vurulmuş açıq qənvəyi rəhgli qolsuz qadın koftası 15,00 manat; bir ədəd qəhvəyi rəngli trikotaj qollu qadın donu 30,00 manat; bir ədəd üzərinə ağ rəngli düymə ilə bəzək vurulmuş bənövşəyi rəngli qolsuz qadın koftası 20,00 manat; bir ədəd qara rəngli ətəklik 10,00 manat; bir ədəd üzərinə qırmızı rəngli güllər ilə bəzək vurulmuş qəhvəyi rəngli qolsuz qadın koftası 20,00 manat; bir ədəd qara rəngli yaxalığı olmayan qollu qadın donu 30,00 manat; bir ədəd çəhrayı rəngli ətəklik 10,00 manat; bir ədəd üzərinə ağ-qara rəngli güllər ilə bəzək vurulmuş qolsuz qadın koftası 20,00 manat; bir ədəd firuzə rəngli yaxalığı açıq qollu qadın donu 40,00 manat; bir ədəd üzərinə ağ-qara-qırmızı rəngli bina şəkili ilə bəzək vurulmuş qolsuz qadın koftası 20,00 manat; bir ədəd qara boz rəngli yaxalığı olmayan, ağ rəngli tumurcuqlar ilə bəzək vurulmuş qollu qadın donu 60,00 manat; bir ədəd qara rəngli yaxalığı olmayan, ağ rəngli tumurcuqlar və qızılı güllər ilə bəzək vurulmuş qısa qollu qadın donu 30,00 manat; bir ədəd qırmızı rəngli yaxalığı olmayan qollu qadın donu 30,00 manat; bir ədəd qırmızı rəngli qısa qol qadın koftası 20 manat; bir ədəd qırmızı rəngli yaxalıqlı qollu qadın donu 40,00 manat; bir ədəd qırmızı rəngli yaxalığı olmayan, qollarında müxtəlif rəngli bəzək vurulmuş qollu qadın donu 30,00 manat; bir ədəd qara rəngli qısa qol setkalı parçadan qadın koftası 20,00 manat; bir ədəd gilənarı rəngli yaxalığı ağ rəngli, qolsuz qadın donu 40,00 manat; bir ədəd üzərinə dovşan şəkili ilə bəzək vurulmuş ağ rəngli qısa qol qadın koftası 30,00 manat; bir ədəd ağ-qırmızı rəngli şalvar və koftadan ibarət yataq dəsti 30,00 manat; bir ədəd ağ rəngli hamam dəsmalı 5 manat; bir ədəd ağ rəngli üzərində meyvə şəkili olan hamam dəsmalı 5,00 manat; bir ədəd tünd göy rəngli qollu qadın koftası 25,00 manat; bir ədəd qara rəngli, ağ rəngli muncuqlar ilə bəzək vurulmuş qollu qadın jaketi 40,00 manat; bir ədəd ağ qırmızı rəngli əl-üz dəsmalı 4,00 manat; bir ədəd qırmızı rəngli qollu qadın koftası 20,00 manat; bir ədəd qəhvəyi rəngli yun saplar ilə toxunmuş papaq 30,00 manat; bir ədəd aluminum çaynik 20,00 manat; bir ədəd paslanmayan metaldan vedrə 30,00 manat; bir ədəd qara rəngli qadın çəkməsi 60 manat; 50 manat dəyərində 1 ödəd aliminum qazan, 25 manat dəyərində əlavə qazan, 20 manat dəyərində tefal çaynik, 30 manat dəyərində antena aparatı, 150 manat dəyərində don, bundan başqa 60 manat dəyərində əlavə don, bundan başqa 50 manat dəyərində əlavə don, bundan başqa 40 manat dəyərində əlavə don, bundan başqa 50 manat dəyərində isə villur yubka-koftası, 40 manat dəyərində qadın ayaqqabısı, 20 manat dəyərində pul kisəsi, 2 ədəd hər birinin dəyəri 15 manat, ümumilikdə 30 manat olan qadın əl çantası, 50 manat dəyərində ütü, 6 ədəd, hər birinin ayrı-ayrılıqda qiyməti 25 manat ümumilkdə 125 manat dəyərində yemək bişirmək üçün tava, 4 ədəd hər birinin ayrı-ayrılıqda qiyməti 25 manat olan ümumilikdə 100 manat dəyərində yemək bişirmək üçün qazan, 18 ədəd hər biri 3 manat olan ümumilikidə 58 manat dəyərində stəkan, 12 ədəd hər biri 3 manat olan ümumilikidə 36 manat dəyərində nəlbəki, 18 ədəd hər biri 5 manat olan ümumilikidə 90 manat dəyərində boşqab, 6 ədəd hər biri 2 manat olan ümumilikidə 12 manat dəyərində çəngəl, 6 ədəd hər biri 2 manat olan ümumilikidə 12 manat dəyərində qaşıq, 6 ədəd hər biri 3 manat olan ümumilikidə 18 manat dəyərində kasa və 1 ədəd ümumi dəyəri 20 manat olan tefal çaynik oğurlanmışdır. Ümumilikdə ona 2000 manat ziyan dəymişdir Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, yaşadığı evin yaxınlığında əlvan metalların qəbulu məntəqəsini işlədərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin məntəqədə əlvan metal qəbulu ilə yanaşı plasmas tullantıları da qəbul etmişdir. Həmin yerdə işlədiyi müddət ərzində təxminən 3 il olar ki, Sevinc adlı, sonradan anket məlumatları məlum olan Təqsirləndirilən şəxs tanımış, Sevinc müxtəlif vaxtlarda küçələrdən plasmas tullantıları yığıb onun işlədiyi məntəqəyə gətirib ona satmışdır. Belə ki, 2020-ci ilin aprel ayının, təxminən 27-28 tarixlərində axşam saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək imkanlı bir ailənin evində işlədiyini demiş, ev sahibinin buna görə Təqsirləndirilən şəxs əvəzli olaraq müxtəlif geyim və məişət əşyaları verdiklərini demiş, ona satmağı təklif etmişdir. O, Təqsirləndirilən şəxs göstərdiyi əşyalara baxaraq həmin əşyaların həqiqətən də köhnə geyim əşyaları, işlənmiş çaynik, stəkanlardan ibarət əşyalar olduğunu görmüşdür. Təqsirləndirilən şəxs təklifini qəbul edərək qarşılıqlı razılıq əsasında sonuncunun gətirdiyi əşyaları 20 manata almış və bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Sonra həmin əşyaları özü istifadə etmək üçün aparıb öz evinə qoymuşdur. 2020-ci ilin aprel ayının, təxminən 29-da, saat 18 radələrində Təqsirləndirilən şəxs yenə onun işlədiyi məntəqəyə gəlmiş və yaxınlaşıb yenə əlavə geyim əşyaları satdığını bildirmişdir. Bu dəfə də o, həmin əşyalara baxmış və qarşılıqlı razılıq əsasında 10 manat pulu Təqsirləndirilən şəxs verməklə almışdır. Sonra həmin əşyaları da evinə aparıb yuyub istifadə etmək üçün saxlamışdır. 06.05.2020-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə onun işlədiyi əlvan metal qəbulu məntəqəsinə gəlmişlər, Təqsirləndirilən şəxs ona satdığı əşyaların oğurluq əşyalar olmasını bildirmişlər. Belə olduqda o, Təqsirləndirilən şəxs aldığı bütün əşyaları tam olaraq polis əməkdaşlarına qaytarmışdır. Qeyd olunan əşyaları Təqsirləndirilən şəxs alan zaman sonuncu əşyaların oğurluq olmasını deməmiş, imkanlı şəxsin evində işlədiyinə görə həmin əşyaları ona əvəzsiz olaraq verdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs ona təqdim etdiyi paltarlar çox köhnə və işlənmiş formada olmuş, sonuncu imkansız olmaqla çox çətinliklə övladlarını saxlayır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşamaqla Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən- Lökbatan yolunun sağ kənarında kürəkəni Şahid3 məxsus “Kəndimiz” adlı kafenin arxasında yerləşən taxta yeşikləri düzəldilən yerdə gecələri gözətçilik etmişdir. Adını Sevinc kimi bildiyi, sonradan anket məlumatları Təqsirləndirilən şəxs tanıdığını və onun Xocasən qəsəbəsində metal və plasmas tullantıları toplayıb satmaqla özünə çörək pulu qazandığını bildirmişdir. O, Sevincin 20.04.2020-ci il tarixdə ona yaxınlaşaraq təmizlik işləri görmək üçün pul müqabilində işləmək istədiyini bildirmiş, o, isə Təqsirləndirilən şəxs işlədiyi yerdə olan zaman gözətçilik otağını təmizləməklə qarşılığında pul vermişdir. 24.04.2020-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs onun gözətçilik etdiyi yerə gəlmiş, anası ilə mübahisə etdiyini və qalmağa yeri olmadığını deyərək küçələrdə qaldığını bildirmişdir. O da həmin ərəfədə karantin rejimi ilə əlaqədar kürəkəni Xankişiyə məxsus “Kəndimiz” adlı kafenin açarları özündə olmasını demişdir. Belə ki, bir neçə gün əvvəl kafenin icarədarı Mehriban adlı qadın, yəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs “Covid-19” pandemiyası ilə əlaqədar kafeni bağlamış, açarı isə Xankişiyə verməsi üçün ona vermişdir. O da açarları Xankişiyə verən zaman, sonuncu açarların onda qalmasını demişdir. O da açarı gözətçi otağının divarından asmışdır. Bir insanlıq naminə həmin qıza uşağı ilə birlikdə qalmağa yerləri olmadığından, bayırda qalacaqlarını düşünüb müvəqqəti olaraq gecələri qalması üçün kafenin açarlarını Təqsirləndirilən şəxs vermiş, səhərlər isə açarı qaytarmasını tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə gün kafedə qalmışdır. 05.05.2020-ci il tarixdə kafeni əvvəllər işlədən Mehriban adlı qadın ona yaxınlaşaraq kafedə saxladığı əşyalarının oğurlandığını bildirmişdir. Bu zaman o, əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını güman edərək sonuncunun Xocasən qəsəbəsində yaşadığı evini Mehribana bildirmişdir. Sonradan polis əməkdaşlarından ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qaldığı kafedən Mehribana məxsus əşyaları icazəsiz götürərək oğurlamışdır. Lakin onun Təqsirləndirilən şəxs sözügedən kafedən hər hansı oğurluq etməsindən xəbəri olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs da kafenin açarını Xankişiyə çatdırması üçün ona təhvil verən kafedə hansısa əşyasının olub-olmaması barədə ona heç bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06.05.2020-ci il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) 06.05.2020-ci il tarixli protokoldan görünür ki, 27 aprel 2020-ci il tarixdə olan oğurluq hadisəsi Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən-Lökbatan yolunun sağ kənarında yerləşən adsız kafedə baş vermişdir. (i.v. 4-6) 06.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Xocəsən kafesindən oğurladığı 1 ədəd ağ rəngli əl daşmalı, 1 ədəd tünd boz rəngli tül kofta, 1 ədəd qara rəngli tül kofta, 1 ədəd ağ rəngli kofta, 1 ədəd göy rəngli kofta, 1 ədəd ayıq bənövşəyi don, 1 ədəd qırmızı rəngli don, 1 dəst ağ rəngli alt paltarı(penjama), 1 ədəd bənövşəyi rəngli dəsmal, 1 ədəd tünd qəhvəyi rəngli don, 1 ədəd qırmızı rəngli kofta, 2 ədəd ağ rəngli balış üzü, 1 ədəd narıncı rəngli don, 1 ədəd açıq qəhvəyi rəngli don, 1 dəst ağ rəngli alt paltarı(penjama), 1 ədəd qəhvəyi rəngli papaq, 1 ədəd qara rəngli kofta, 1 ədəd qara rəngli qış ayaqqabısı, 1 ədəd sarı rəngli çaydan, 1 ədəd çaynik, 2 ədəd bıçaq, 1 ədəd boşqab, 2 ədəd nəlbəki, 1 ədəd podnus, 1 ədəd tyorka, 1 ədəd vedrə, 1 ədəd gümüşü rəngli çaydan, 1 ədəd mətbəx dəsmalı, 1 ədəd dəsmal Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindən götürülmüşdür. (i.v. 15) 06.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 51-52) 07.05.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. (i.v. 64-65) 07.05.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. (i.v. 78-79,81) 07.05.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (i.v. 82-84) Doğum haqqlnda şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14.10.2007-cu il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. (i.v.103) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01.06.2020-ci il tarixli, 9/1256 nömrəli rəyindən görünür ki, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və köhnə istifadə edilmiş geyim və məişət əşyalarının satışı məntəqəsində mövcud olan qiymətlərə əsasən ekspertizaya təqdim edilən əvvəllər istifadə edilmiş tədqiqat obyektlərinin 2020-ci ilin may ayına respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kımı müəyyən edilir: - 1 ədəd ağ rəngli buzqalter 2,00 manat, - 1 ədəd üzərində tünd göy rəngli güllər ilə bəzək vurulmuş ağ-qara qolsuz qadın koftası10,00 manat, - 1 ədəd ağ rəngli hamam dəsmalı 3,00 manat, - 1 ədəd qırmızı rəngli hamam dəsmalı 3,00 manat, - 1 ədəd ağ-göy rəngli dovşan şəkli ilə bəzək vurulmuş yaşıl rəngli yataq şalvarı 5 manat, - 1 ədəd üzərinə qara parça ilə bəzək vurulmuş qırmızı rəngli qollu qadın koftası 15 manat, - 1 ədəd qırmızı rəngli qollu trikolaj qadın donu 25 manat, - 1 ədəd yaşıl rəngli qolsuz qadın koftası 10 manat, - 1 ədəd üzərinə tikmə güllər ilə bəzək vurulmuş açıq qəhvəyi rəngli qolsuz qadın koftası 15 manat, - 1 ədəd qəhvəyi rəngli trikotaj qollu qadın donu 30 manat, - 1 ədəd üzərinə ağ rəngli düymə ilə bəzək vurulmuş bənövşəyi rəngli qolsuz qadın koftası 25 manat, - 1 ədəd qara rəngli ətəklik 10 manat, - 1 ədəd üzərinə qara parça ilə bəzək vurulmuş qırmızı rəngli qollu qadın koftası 15,00 manat, - 1 ədəd qırmızı rəngli qollu trikotaj qadın donu 25,00 manat; - 1 ədəd yaşıl rəngli qolsuz qadın koftası 10,00 manat; - 1 ədəd üzərinə tikmə güllər ilə bəzək vurulmuş açıq qənvəyi rəhgli qolsuz qadın koftası 15,00 manat; - 1 ədəd qəhvəyi rəngli trikotaj qollu qadın donu 30,00 manat; - 1 ədəd üzərinə ağ rəngli düymə ilə bəzək vurulmuş bənövşəyi rəngli qolsuz qadın koftası 25,00 manat; - 1 ədəd qara rəngli ətəklik 10,00 manat; - 1 ədəd üzərinə qırmızı rəngli güllər ilə bəzər vurulmuş qəhvəyi rəngli qolsuz qadın kofta 10 manat, - 1 ədəd qara rəngli yaxalığı olmayan qollu qadın donu 25 manat, - 1 ədəd çəhrayı rəngli ətəklik 10 manat, - 1 ədəd üzərinə ağ-qara rəngli güllər ilə bəzək vurulmuş qolsuz qadın koftası 15 manat, - 1 ədəd firuzə rəngli yaxalığı açıq qollu qadın donu 25 manat, - 1 ədəd üzərində ağ-qara-qırmızı rəngli bina şəkili ilə bəzək vurulmuş qolsuz qadın koftası 10 manat, - 1 ədəd qara boz rəngli yaxalığı olmayan ağ rəngli tumurcuqlarla bəzək vurulmuş qollu qadın donu 30 manat, - 1 ədəd qara rəngli yaxalığı olmayan ağ rəngli tumurcuqlar və qızılı güllər ilə bəzək vurulmuş qısa qollu qadən donu 45 manat, - 1 ədəd qırmızı rəngli yaxalığı olmayan qollu qadın donu 15 manat, - 1 ədəd qırmızı rəngli qısaqol qadın koftası 10 manat, - 1 ədəd qırmızı rəngli yaxalıqlı qollu qadın donu 20 manat, - 1 ədəd qırmızı rəngli yaxalığı olmayan qollarında müxtəlif qara bəzək vurulmuş qollu qadın donu 30 manat, - 1 ədəd qara rəngli qısaqol setkalı parçadan qadın koftası 20 manat, - 1 ədəd gilənarı rəngli yaxalığı ağ rəngli olan qolsuz qadın donu 40 manat, - 1 ədəd üzərinə dovşanşəkli ilə bəzək vurulmuş ağ rəngli qısaqol qadın koftası 10 manat, - 1 ədəd ağ-qırmızı rəngli şalvar və koftadan ibarət yataq dəsti 10 manat, - 1 ədəd ağ rəngli hamam dəsmalı 3 manat, - 1 ədəd ağ rəngli üzərində meyvə şəkili olan hamam dəsmalı 3 manat, - 1 ədəd tünd göy rəngli qollu qadın koftası 15 manat, - 1 ədəd qara rəngli üzərində ağ rəngli muncuqlarla bəzək vurulmuş qollu qadın jaketi 40 manat, - 1 ədəd ağ qırmızı rəngli əl-üz dəsmalı 1 manat, - 1 ədəd qırmızı rəngli qollu qadın koftası 10 manat, - 1 ədəd qəhvəyi rəngli yun saplar ilə toxunmuş papaq 10 manat, - 1 ədəd aliminum çaynik 5 manat, - 1 ədəd paslanmayan metaldan olan vedrə 10,00 manat, - 1 ədəd qara rəngli qadın çəkməsi 20 manat göstərilməklə ümumilikdə 595 manat müəyyən edilmişdir. (i.v.106-108) 07.06.2020-ci il tarixli qəbzdən görünür ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən-Lökbatan yolunun sağ kənarında yerləşən “Kəndimiz” kafesindən oğurlanmış və istifadə edilmiş 45 ədəd müxtəlif çeşiddə geyim və məişət əşyaları Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. (i.v. 109) 02.06.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus məhkəməəmtəəşünaslıq ekspertizasının 01.06.2020-ci il tarixli 9/1256 nömrəli rəyində göstərilmiş əşyalar əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (i.v. 110-119) 21.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və tutulana qədər cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 51.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 144-145) 19.07.2020-ci il tarxili protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş və Binəqədi RPİ-nin 40-cı polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir.(i.v. 149) 19.07.2020-ci il tarxili qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 155) 16.11.2020-ci il tarxili protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş və Binəqədi RPİ-nin 40-cı polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir.(i.v. 222) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 1(001)-33/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. (i.v. 251-254) 12.03.2021-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. (i.v. 262) 18.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. (i.v.293) 06.07.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, CM-nin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Binəqədi rayonu, Xocasən qəsəbəsi, X5 yerləşən nömrəsiz evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06.05.2020-ci il tarixdən 07.05.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 1(001)-33/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 3 (üç) ay 28 (iyirmi səkkiz) gündür ki həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01.06.2020-ci il tarixli 9/1256 nömrəli rəyində göstərilmiş əşyalar saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 75 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.05.2020-ci il tarixdən 07.05.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1(bir) gün, 12.03.2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 3(üç) ay 27 (iyirmi yeddi) gün, cəmi 3(üç) ay 28 (iyirmi səkkiz) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Binəqədi rayonu, Xocasən qəsəbəsi, X5 yerləşən nömrəsiz evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd ağ rəngli buzqalter,1 ədəd üzərində tünd göy rəngli güllər ilə bəzək vurulmuş ağ-qara qolsuz qadın koftası,1 ədəd ağ rəngli hamam dəsmalı,1 ədəd qırmızı rəngli hamam dəsmalı,1 ədəd ağ-göy rəngli dovşan şəkli ilə bəzək vurulmuş yaşıl rəngli yataq şalvarı,1 ədəd üzərinə qara parça ilə bəzək vurulmuş qırmızı rəngli qollu qadın koftası,1 ədəd qırmızı rəngli qollu trikolaj qadın donu,1 ədəd yaşıl rəngli qolsuz qadın koftası,1 ədəd üzərinə tikmə güllər ilə bəzək vurulmuş açıq qəhvəyi rəngli qolsuz qadın koftası,1 ədəd qəhvəyi rəngli trikotaj qollu qadın donu,1 ədəd üzərinə ağ rəngli düymə ilə bəzək vurulmuş bənövşəyi rəngli qolsuz qadın koftası,1 ədəd qara rəngli ətəklik,1 ədəd üzərinə qara parça ilə bəzək vurulmuş qırmızı rəngli qollu qadın koftası,1 ədəd qırmızı rəngli qollu trikotaj qadın donu;1 ədəd yaşıl rəngli qolsuz qadın koftası;1 ədəd üzərinə tikmə güllər ilə bəzək vurulmuş açıq qənvəyi rəhgli qolsuz qadın koftası; 1 ədəd qəhvəyi rəngli trikotaj qollu qadın donu;1 ədəd üzərinə ağ rəngli düymə ilə bəzək vurulmuş bənövşəyi rəngli qolsuz qadın koftası;1 ədəd qara rəngli ətəklik;1 ədəd üzərinə qırmızı rəngli güllər ilə bəzər vurulmuş qəhvəyi rəngli qolsuz qadın kofta,1 ədəd qara rəngli yaxalığı olmayan qollu qadın donu,1 ədəd çəhrayı rəngli ətəklik,1 ədəd üzərinə ağqara rəngli güllər ilə bəzək vurulmuş qolsuz qadın koftası,1 ədəd firuzə rəngli yaxalığı açıq qollu qadın donu,1 ədəd üzərində ağ-qara-qırmızı rəngli bina şəkili ilə bəzək vurulmuş qolsuz qadın koftası,1 ədəd qara boz rəngli yaxalığı olmayan ağ rəngli tumurcuqlarla bəzək vurulmuş qollu qadın donu,1 ədəd qara rəngli yaxalığı olmayan ağ rəngli tumurcuqlar və qızılı güllər ilə bəzək vurulmuş qısa qollu qadən donu,1 ədəd qırmızı rəngli yaxalığı olmayan qollu qadın donu,1 ədəd qırmızı rəngli qısaqol qadın koftası, 1 ədəd qırmızı rəngli yaxalıqlı qollu qadın donu, 1 ədəd qırmızı rəngli yaxalığı olmayan qollarında müxtəlif qara bəzək vurulmuş qollu qadın donu, 1 ədəd qara rəngli qısaqol setkalı parçadan qadın koftası,1 ədəd gilənarı rəngli yaxalığı ağ rəngli olan qolsuz qadın donu, 1 ədəd üzərinə dovşanşəkli ilə bəzək vurulmuş ağ rəngli qısaqol qadın koftası, 1 ədəd ağ-qırmızı rəngli şalvar və koftadan ibarət yataq dəsti, 1 ədəd ağ rəngli hamam dəsmalı, 1 ədəd ağ rəngli üzərində meyvə şəkili olan hamam dəsmalı, 1 ədəd tünd göy rəngli qollu qadın koftası, 1 ədəd qara rəngli üzərində ağ rəngli muncuqlarla bəzək vurulmuş qollu qadın jaketi, 1 ədəd ağ qırmızı rəngli əl-üz dəsmalı, 1 ədəd qırmızı rəngli qollu qadın koftası, 1 ədəd qəhvəyi rəngli yun saplar ilə toxunmuş papaq, 1 ədəd aliminum çaynik, 1 ədəd paslanmayan metaldan olan vedrə, 1 ədəd qara rəngli qadın çəkməsi saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-33/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-33/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver