Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-33/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X17, Xüsusi ittihamçı: X14, Xüsusi ittihamçının nümayəndəsi: “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs: X20 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X14 və X24 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallıya ünvanladığı müraciətin "youtube" sosial platformasında "Xural Tv" kanalında səsləndirilməsi, o cümlədən müxtəlif dövlət orqanlarına şikayətlər etməklə onların barəsində yalan məlumatlar yayaraq böhtan atdığına görə X5 İlahə Oqtay qızının CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdirlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Comərdova İlahənin "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallıya ünvanladığı müraciət "youtube" sosial platformasında "Xural Tv" kanalında sonuncu tərəfindən səsləndirilmişdir. Həmin şikayətin məzmunu aşağıdakı kimidir:“10 ay əvvəl “Funda” klinikasının həkimi Fərrux Nağıyev və “Medistyle” xəstəxanasında reanimatoloq işləyən Zəfər Hacı-Həsənli tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedilər ki, iki gün ömrü qalıb götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni nəyat yoldaşım təcili yardım maşını ilə gətirib son vəsiyyət edərək ölüm anımı gözlədim. Lakin nəyat yoldaşım daha sonra məni “EGE Hospitaf’a apardı. Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə “yarıtmaz”, “qeyri-peşəkar” ‘cəllad”, "ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Fərrux Nağıyev və Zəfər Hacı-Həsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı. Yenə də prokurorluğun müstəntiqi Anar İskəndərli onun tərəfində dayandı və bizi süründürür. Qərara aldım ki, baş verənləri sizin verlişinizlə ictimailəşdirim. Faktla bağlı obyektiv araşdırılmanın aparılmasına və mənim kimi insanların diri-diri torpağa gömülməsinə, belə qan çənlərin əlində qurbana çevrilməsinə qarşı araşdırmanın Respublika Baş Prokurorluğunda aparılmasına kömək etməyinizə xahiş edirəm”. Fərrux Nağıyev şikayətində qeyd etmişdir ki, o, xx.xx.2019-cu il tarixdən Funda Hospitalında həkim-terapevt işləyir. Həkim terapevt olaraq işi daxili orqanların xəstəliklərinin, qaraciyər, mədə və bağırsaq xəstəliklərinin müalicəsindən ibarətdir. X43 07 iyul 2021-ci il tarixdə müraciət edərək xəstəxanaya qəbul olunmuşdur. Müraciəti əsasında analizlər, yoxlamalar, müayinələr təyin olunmuş, xəstədə “budd chiori” sindromu ilə bağlı şübhələr yaranmışdır. Bununla bağlı müalicələr təyin olunmuşdur. Qanda leykosidi yüksək olduğundan qan xəstəliyi olması ehtimal edilmiş və bununla bağlı hernatoloqun baxışı tövsiyə olunmuşdur. “Funda” klinikasında hematoloq olmadığından digər səhiyyə müəssisəsinə müraciət etməsi bildirilmişdir. Azər Comərdov da gedəcəyini demişdir. 2 ay ərzində 3 dəfə İlahə Comərdovanı müayinə etmişdir. Müalicə olunması üçün qan sulandırıcı olan xartil, sidikqovucu olan Semilakt, qaraciyərqoruyucu olan hepastrong amino, surol, mədə qoruyucu lansil, iltihabı söndürmək, orqanizmi gücləndirmək, qaraciyəri qorumaq üçün aematon, deksametazon, ademta, bundan sonra iltihabı söndürmək üçün prednizolon, daha sonra adiomax, qaraciyəri qorumaq üçün hepatype, mədəqorumaq üçün parijon, faximin , "epatype təyin olunmuşdur, iki ay ərzində xəstənin vəziyyəti sabit olmuş, buna baxmayaraq səbəbi bilinməyən qarında maye dəyişkənliyi müşahidə olunmuşdur. Lakin mayenin yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. Müalicələr davam etdirilmişdir. X31 səhhəti iki gün ərzində kəskin pisləşmişdir. Azər Comərdov ona zəng edərək xəstənin qusmaları olduğunu və huşunun itdiyini bildirmişdir. O da, Azər Comərdova ilk öncə 5 ampula hepamerin 200 natrixlor köçürülməsini və stasionar şəraitdə müalicə olunmasını tövsiyə etmişdir. X37 xəstəxanasına getmələrini tövsiyə etmişdir. O, isə əvvəllər Sabunçu xəstəxanasında olduğunu və orada xəstəyə yaxşı baxılmadığını bildirmişdir. Bundan sonra Medistyle hospitala aparılmasını məsləhət görmüşdür. Azər Comərdov xəstə X9 “Medi Style” klinikasına aparmışlar. Orada xəstənin vəziyyətinin ağır olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra bir neçə dəfə zəng edərək ondan məsləhət almışdılar. Təxminən 20 gün onunla telefon vasitəsilə danışmışlar. Bundan sonra ona zəng etməmişlər və əlaqəni itirmişlər. X31 səhhəti, qaraciyəri bir qədər normallaşmış, vəziyyətində müsbət dinamika olmuşdur. Xəstədə xərçəngi göstərən CA 125 yüksək olduğu üçün müayinə olunmasından ötrü ginekoloqa, MRT müayinəsinə, asit mayesinin tətbiq olunması üçün patologiya mərkəzinə göndərmişdir. Qeyd etdiyi xüsusatlarla bağlı xəstəxanada aparatlar və mütəxəssislər olmadığı üçün həmin şəxsi başqa yerlərə yönləndirmişdir. İlahə Comərdovanın səhhətinin ağırlaşmasına səbəb aktivləşmiş kəskin qan xəstəliyinə bağlı poliorqan çatışmazlığı olmuşdur. Comərdov Azərin ona qarşı işlətdiyi belə ifadələr qərəzli münasibətdir pul alınması üçün söylənilmiş fikirdir. Azər Comərdovun şikayəti üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmiş, həmçinin eyni məsələ ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmışdır. Onun əməlində heç bir cinayət tərkibinin əlamətləri olmaması səbəbindən Binəqədi rayon prokurorluğunda da cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizasının da nəticəsinə əsasən barəsində şikayət verilən şəxsin sosial platformda qeyd etdikləri, o cümlədən Prokurorluğa şikayət ərizəsində bildirdikləri ilə hər hansı səbəbli-əlaqə mövcud deyildir. Belə ki, əsas sübut əhəmiyyəti daşıyan ekspert rəyində aparılmış müayinə və müalicələr İlahə Comərdovaya təyin olunmuş diaqnoza uyğun olmuş və tibbi manipulyasiya sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmaması qeyd edilmişdir. Comərdovlar müxtəlif dövlət orqanlarına ünvanlanmış çoxsaylı ərizələrdə onu səhlənkarlıq cinayətini törətməkdə ittiham etmiş və bu barədə dəfələrlə müxtəlif instansiyalara çoxsaylı şikayətlər etmiş, nəticədə onun vaxtı alınaraq mənəvi zərər vurmuşlar. Nərimanov rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında əks olunmuş Comərdov Azərin izahatında göstərilir: “X38 ilə bağlı dərmanlar yazmışdır. Həmin dərmanların alınması üçün Fərruxun adını bilmədiyi köməkçisi onu orijinal dərmanlar olduğunu bildirərək Yasamal rayonu ərazisində yerləşən Respublika xəstəxanasının yaxınlığında yerləşən aptekdən dərman almağa göndərmişdir. O, həmin aptekə getmiş və orada Samir adlı əczaçı ilə tanış olaraq Funda hospitaldan göndərildiyini bildirmişdir. Samir ona dərmanlar satmışdır. O, daha sonra həmin dərmanlar qurtardığından və Sumqayıt şəhərində yaşadığından Bakı şəhərinə gələ bilmədiyindən Sumqayıt şəhərində yerləşən aptekdən dərman almışdır. Həmin dərmanlara baxdıqda qiymətlərinin çox fərqli olduğunu görmüşdür. Belə ki, Samir adlı əczaçı üzərində Fərrux Nağıyevin adı yazılmış reseptə baxaraq dərmanlar üçün ondan 650 manat məbləğində pul almışdır. Sumqayıtda isə həmin reseptə görə dərmanların ümumi qiyməti 277 manat təşkil etmişdir. Fərrux Nağıyevin 01 ay 09 gün müddətində arvadı ilahəni müalicə etmişdir. Bu müddət ərzində İlahənin vəziyyəti daha da ağırlaşmışdır. O, da bu barədə Fərrux Nağıyevə dəfələrlə telefonla əlaqə saxlayıb bildirsə də, Fərrux Nağıyevin onunla biganə danışaraq, onu başından etmişdir. ” Yuxarıda qeyd olunan heç bir əsası olmayan və qəbzlərlə sübut edilməyən bu ifadələr tamamilə yalandır və böhtan xarakteri daşıyır. Bu arqumentlərin əksi məhkəmə baxışı zamanı lazımi sənədlər və sübutlarla təsdiq olunacaqdır. Qeyd etmək istər ki, “https://youtu.be/oYa2t_jedlg” linkindən də göründüyü kimi onun barəsində yalan olduğunu bilə-bilə xəstəyə yanlış diaqnoz qoyulması və ölüm həddinə çatdırılması barədə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla Azər Comərdov və İlahə Comərdova ona böhtan atmışdır. Bundan başqa onu səhlənkarlıq cinayətini törətməkdə ittiham edərək barəmdə prokurorluq orqanlarına çoxsaylı şikayətlər yazmış, haqqında “yarıtmaz”, “qeyri-peşəkar", “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan cinayətkar şəbəkə” kimi əsassız ifadələr işlətmişlər. Böhtan xarakterli işlər üzrə ifadələrin doğruluğu və həqiqiliyi müəyyən edilməli, əks halda adıçəkilən şəxslər bir nüfuzlu həkim, Azərbaycan Respublikasında öz sahəsi ilə faydalı işlərə imza atmış və bir çox şəxsə yardımları toxunmuş terapevt kimi onun barəsində işlədilmiş nalayiq və böhtan xarakterli ifadələrə görə eləcə də, onları cinayətkar şəbəkə adlandırdığına görə məsuliyyət daşımalıdırlar. Ötər, ilin avqustunda jurnalist X33 Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi, iddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X15 'X54” şirkətinin müşahidə şurasının sabiq sədri X21 haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi X25 vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən X26 Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Belə ki, şəxsin ünvanladığı müraciətin məzmunundan (“Mənə “yarıtmaz”, “qeyripeşəkar”, "cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu.”) görünür ki, şəxs bizləri cinayətkar şəbəkə olmaqda əsassız yerə ittiham edir. Onları cinayətkar şəbəkə adlandırmaqla şəxsin əməli bilavasitə şərəf və ləyaqətimin alçaldılmasına və nüfuzdan salınmasına yönəlmişdir. Beləliklə görülür ki, CM-in 147.1 və 147.2-ci maddəsində nəzərdə tutulan əməllərin əlamətləri reallaşmışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət edilən şəxs yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallıya ünvanladığı müraciət vasitəsilə “youtube” sosial platformasında “Xural Tv” səsləndirilməsinə yönəlmiş hərəkətlərlə həyata keçirmiş və bizləri “cinayətkar şəbəkə” adlandırmaqda ağır cinayətdə ittiham etmişdir. Bununla da şəxslər CM-in 147.1 və 147.2-ci maddəsində cinayət əməli kimi təsbit edilən əməli törədilmişdir. Barəsində yalan məlumatların yayılması ona ciddi şəkildə üzərək, mənəvi stress və əziyyət keçirməyinə, əsəbləşməyinə, narahat olmamağına səbəb olmuşdur. Yuxarıda sadalananlara, eləcə də istinad edilən hüquq normalarına əsasən hesab edir ki, X22 CM-in 147.2-ci maddəsi ilə və X35 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə onların müvafiq maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qərar qəbul olunmalı və bu şəxslər törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X14 ifadəsində gösytətrmişdir ki, X35 tərəfindən prokurorluq orqanına edilən şikayətlərdə ona qarşı müəyyən edilmiş tarif qiymətlərindən olduqca baha qiymətə dərman satması ilə bağlı əsassız, böhtan xarakterli ittihamlar irəli sürülmüş, həmçinin Əvəz Zeynallının rəhbəri olduğu “Xural TV” youtube kanalında səsləndirilən müraciətdə “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” ifadəsində Azər Comərdovun onu da şəbəkəyə daxil olan şəxs kimi nəzərdə tutaraq ona qarşı cinayət törətmişdir. X2 Azər Səfi oğlunun Azərbaycan Respublikası CM-in147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs X35 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İlahə Comərdova onun arvadıdır və qaraciyər serrozundan əziyyət çəkir. Arvadının xəstəliyi ilə bağlı Mərkəzi xəstəxanaya getmiş, orada həkim X46 Comərdovanı müayinə edərək ona bud-chiari diaqnozu qoymuşdur. X39 yaşaması üçün sonuncuya iki ay ərzində qara ciyər köçürülməsi edilməsinin labüdlüyü izah edilmişdir. Lakin o maddi imkanı olmadığından qaraciyər köçürülməsini təmin edə bilməmişdir. Bundan sonra İlahə Comərdovanı müalicə etmək üçün televiziyadan adı ciyər həkimi kimi eşitdiyi Fərrux Nağıyevin yanına getmişdir. Fərrux Nağıyev onu və yoldaşını Funda hospitalda qəbul etmiş və onu Funda hospital, Oksigen klinikası, Güvən klinikası, Medistyle hospital, Bakı patologiya mərkəzi, Kaspian xəstəxanasına və adını xatırlamadığı digər xəstəxanalara analizə göndərmişdir. X3raciyərindən başqa bütün xəstəlikləri yoxlatmışdır. Daha sonra ona qaraciyərlə bağlı damarlarında tromb olduğunu və bunların açılmalı olduğunu bildirmişdir. X1raciyərlə bağlı əməliyyat olunub-olunmayacağını soruşmuş, həkim ona buna zərurət olmadığını, arvadını sağaldacağını üzərinə götürdüyünü söyləmişdir. Bundan sonra 1 aydan çox müalicə aparılmış, müalicə ilə bağlı dərmanların alınması üçün Fərrux Nağıyevin köməkçisi onu orjinal dərmanlar olduğunu bildirərək Yasamal rayonu ərazisində yerləşən Respublika xəstəxanasının yanında yerləşən aptekdən almağa göndərmişdir. Samir adlı əczaçı üzərində Fərrux yazılmış reseptə baxaraq ondan 650 manat məbləğində pul almışdır. Sumqayıt şəhərində yerləşən aptekdə isə həmin reseptədəki dərmanların qiyməti 277 manat hesablanmşdır. Fərrux Nağıyev 01 ay 09 gün arvadı İlahə Comərdovanı müalicə etmiş, bu müddət ərzində sonuncunun vəziyyəti daha da ağırlaşmışdır. Arvadının vəziyyəti barədə Fərrux Nağıyev ona çox biganə yanaşmış, İlahə Comədovanı sağalda bilmədiyini görüb onu Medistyle hospitalda işləyən Zəfər Hacı-Həsənli yanına göndərmişdir. Zəfər Hacı-Həsənli İlahəni müayinə edərək xəstəxanada stasionar şəraitdə qalmalı olduğunu, xəzinəyə 2500 manat pul ödəməli olduğunu, xaricdən dərmanlar gətirilməsi adı ilə ondan 2500 manat, daha sonra isə digər xərclər adı ilə ondan 500 manat alındığını və iki gündən sonra İlahə Comərdovanın vəziyyətinin ağır olduğunu, onu xilas etmək mümkün olmadığını qeyd edərək xəstəxanadan çıxartmalarını söyləmişdir. Fərrux Nağıyevin səhv müalicəsi ilə bağlı prokurorluq orqanlarına şikayət etmiş, lakin cinayət işinin başlanması rədd edilmiş, çoxsaylı şikayətləri nəticəsiz qalmışdır. O və arvadı İlahə Comərdova hüquqmühafizə orqanından başqa heç kimə, heç bir kanalın rəhbərinə, o cümlədən Əvəz Zeynallıya müraciət etməmiş, özünün hazırda polis zabiti olduğunu və şikayətinin qanunamüvafiq araşdırılması üçün yalnız hüquqmühafizə oqanlarına müraciət etdiyini və qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş şikayətdən görünür ki, X14 və X24 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallıya ünvanladığı müraciətin "youtube" sosial platformasında "Xural Tv" kanalında səsləndirilməsi, o cümlədən müxtəlif dövlət orqanlarına şikayətlər etməklə oların barəsində yalan məlumatları yayaraq onlara böhtan atdıqlarına görə X10 CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulan, X20 isə CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdirlər. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nərimanov rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Funda klinikasında həkim terapevt işləyən Fərrux Nağıyevin və Medu Style klinikasında reanimotoloq işləyən Zəfər Hacıhəsənəliyevin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı “Xural” TV youtube kanalında yerləşdirilmiş xx.xx.2022ci il tarixli 3:35 dəqiqəlik videoya baxış keçirilən zaman Əvəz Zeynallıya poçtla X23 tərəfindən göndərildiyi iddia edilən müraciətin səsləndirildiyi, həmin müraciətin mətninin aşağıdakı kimi olduğu müəyyən edilmişdir: “10 ay əvvəl “Funda” klinikasının həkimi Fərrux Nağıyev və “Medistyle” xəstəxanasında reanimatoloq işləyən Zəfər Hacı-Həsənli tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedilər ki, iki gün ömrü qalıb götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni nəyat yoldaşım təcili yardım maşını ilə gətirib son vəsiyyət edərək ölüm anımı gözlədim. Lakin nəyat yoldaşım daha sonra məni “EGE Hospitaf’a apardı. Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə “yarıtmaz”, “qeyri-peşəkar” ‘cəllad”, "ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Fərrux Nağıyev və Zəfər Hacı-Həsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı. Yenə də prokurorluğun müstəntiqi Anar İskəndərli onun tərəfində dayandı və bizi süründürür. Qərara aldım ki, baş verənləri sizin verlişinizlə ictimailəşdirim. Faktla bağlı obyektiv araşdırılmanın aparılmasına və mənim kimi insanların diri-diri torpağa gömülməsinə, belə qan çənlərin əlində qurbana çevrilməsinə qarşı araşdırmanın Respublika Baş Prokurorluğunda aparılmasına kömək etməyinizi xahiş edirəm”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X23 hepatik venaların trombozundan əziyyət çəkir, xx.xx.2021-ci ildən xəstədir və yataq rejimindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” X40 xx.xx.2023-cü il tarixli, 713/KEŞ nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, 1. İlahə Comərdovanın adına tərtib edilmiş tibbi sənəndlərdə göstərilənlərə əsasən, onun “Qaraciyər vena trombozu” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. 2. İlahə Comərdovanın düçar olduğu xəstəlik xroniki gedişlidir. 3. İlahə Comərdovanın düçar olduğu xəstəliklə əlaqədar yataq rejimində olduğunu nəzərə alaraq hal-hazırda onun məhkəmə iclaslarında iştirakı məqəsəd müvafiq sayılmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X19” X40 xx.xx.2023-cü il tarixli, 892/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, adına tərtib edilmiş tibbi sənəndlərdə göstərilənlərə əsasən, onun “Qaraciyər vena trombozu” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. İlahə Comərdovanın düçar olduğu xəstəlik ağır gedişlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-211/2024 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə və X10 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin icraatından, X10 barəsində onun CM-in 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X35 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, xüsusi ittihamçının və təqdim edilmiş digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, X35 tərəfindən CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçıların gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində CM-in 147.1ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işi araşdırılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X35 xüsusi ittihamçı X24 və Hacı-X8 arvadı X16 düzgün müalicə etməməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna şikayət etmiş, həmçinin material üzrə izahatı alınarkən X4 baha qiymətlərlə dərman satdığını qeyd etmiş, Nərimanov rayon prokurorluğunun müstəntiqi Anar İsgəndərli tərəfindən Funda klinikasında həkim terapevt işləyən Fərrux Nağıyevin və MediStyle klinikasında reanimotoloq işləyən Zəfər Hacı-Həsənlinin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi xüsusi ittihamçılar X24 və X14 tərəfindən onların barəsində prokurorluq orqanına şikayətlər verilməsini ona qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi şikayətlərdə və onu ağır cinayətlərdə ittiaham etməklə böhtan xarakterli məlumatları yaymaqla işgüzar nüfuzunu alçaldılması kimi hesab etmişdirlər. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CM-in 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə,mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma- min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə X35 xüsusi ittihamçı X24 barəsində şikayətlə prokurorluğa şikayət etmiş və nəticədə Nərimanov rayon prokurorluğu tərəfindən müvafiq qərar qəbul edilmişdir. Bununla da X24 və X14 barəsində X35 tərəfindən prokurorluq orqanlarına şikayətlər verilməsi, şikayətdə göstərilən məlumatların kütləvi çıxış şəklində yayılması hesab edilmədiyindən X20 əməlində CM-in 147.1-ci maddəsi ilə cinayət tərkibinin olması istisna edilir. Həmçinin məhkəmə xx.xx.2022-ci il tarixdə youtube sosial şəbəkəsinin “Xural” TV kanalında yayımlanan videoda səsləndirilən müraciətlə əlaqədar onu qeyd edir ki, həmin müraciətin X35 tərəfindən edilməsi, ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə ifadəsində şəbəkə dedikdə X7 nəzərdə tutulması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, “Xural” TV kanalında yayımlanan həmin videoda müraciət Əvəz Zeynallı tərəfindən səsləndirilərkən müraciətin X23 tərəfindən edildiyi və həmin müraciətdə X7 adının çəkilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə X24 və X7 xüsusi ittiham qaydasında şikayətində X35 tərəfindən youtube sosial şəbəkəsinin “Xural” TV kanalında böhtan xarakterli məlumatların yayılmasını və həmin kanalda Əvəz Zeynallı tərəfindən səsləndirilən məlumatların təqsirləndirilən şəxsin müraciəti əsasında yayımlanmasıını təsdiq edən sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində (bundan sonra-CPM) nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 32-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. CPM-in 42.1-ci maddəsinə əsasən çəhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. CPM-in 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X28 qarşı CM-in 147.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, CPM-in tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X29 və X12 qarşı CMin 148-ci maddəlsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün onlara CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. CPM-in 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 120 (yüz iyirmi) saat saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X28 məhkəmə iclaslarında göstərdiyi cəmi 120 (yüz iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 720 (yeddi yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə X28 bəraət verilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. X28 məhkəmə iclaslarında göstərdiyi cəmi 120 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 720 (yeddi yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-33/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-33/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver