Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-33/2025 14.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Qaraxanbəyi ərazi dairəsi, Merdinli kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən vəkil ofisində Azərbaycan Respublikası Vəkillər kollegiyası 8 saylı Vəkil Bürosunun cinayətdən xəbərsiz olan vəkili Şahid3 ilə görüşərkən tanış olduğu Zərərçəkmiş şəxs sonuncunun bacısının əri, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X3 cəzasının Azərbaycan Respublikası Ali Məhkəməsinin vasitəsilə azaldılmasını təmin edəcəyinə dair yalan vəd verib, 2019-cu ilin mart ayında Zərərçəkmiş şəxslə Bakı şəhərində görüşləri zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri vasitəsilə X4 təyin edilmiş 13 il azadlıqdan məhrum etmə cəzasının 7 il müddətinə azaldılmasına nail olacağını, həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs ilə razılaşmaqla şövdələşib, həmin adla 6 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi və Azadlıq prospektinin kəsişməsində yerləşən “Ağçiçəyim” gül mağazasının yaxınlığındakı kafedə Zərərçəkmiş şəxslə görüşərək sonuncunun cinayətdən xəbərsiz qohumları Şahid1 və Şahid2 iştirakı ilə Zərərçəkmiş şəxs 20.000 manat pul vəsaitini alıb, törətdiyi cinayət əməlini pərdələmək üçün kağız parçasına sonuncudan 3 ay müddətə 20.000 manat borc pul alması barədə yazı yazaraq özü və yuxarıda göstərilən şəxslər tərəfindən imzalanmış vərəqi Zərərçəkmiş şəxs təqdim etdikdən sonra, eyni niyyətlə, 2019-cu ilin iyun ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 3-cü km ünvanda yerləşən Bakı Beynəlxalq Avtovağzalında Zərərçəkmiş şəxs “ümumi xərclər" adı altında əlavə olaraq 200 manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi ümumilikdə 20.200 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 20.200 (iyirmi min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun zərərçəkmiş şəxsdən aldığı pulu ödəmək niyyəti var. Dəymiş ziyanı ödəyib zərərçəkmiş şəxslə barışıq əldə etmək istəyir. Şahid3 onun barəsində olmuş cinayət işi üzrə onun vəkili olmuşdur. Bundan əlavə Şahid3 mülki işlər üzrə ona köməklik göstərmişdir. O, Zərərçəkmiş şəxslə Şahid3 ofisində tanış olmuşdur. O, Zərərçəkmiş şəxs bacısının həyat yoldaşı barəsində məhkəmədə baxılan cinayət işi üzrə Ali Məhkəmənin hakimləri vasitəsilə köməklik göstərə biləcəyini demiş, pulu o niyyətlə almışdır. Halbuki Ali Məhkəmənin hakimlərini tanımamış, heç bir əlaqəsi olmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxslə söhbət zamanı məsələnin həlli ilə köməklik edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs ona 20000 manatı bacısının əri barəsində olan iş üzrə cəzanın azaldılması məqsədilə vermişdir. Zərərçəkmiş həmin məbləğdə pul olduğunu dediyinə görə 20000 manatla razılaşmışdır. Zərərçəkmiş şəxs ona pul verməsinin şahidi sonuncunun qohumları olmuşdur. Zərərçəkmiş şəxsdən pul alması ilə bağlı aralarında müqavilə bağlanmış, müqavilə bağlamaqda məqsədi zərərçəkmiş şəxsi arxayın etmək olmuşdur. O, aldığı pulu kimə verəcəyi ilə bağlı heç bir söz deməmişdir. O, sonradan vəkil orderinin ödənişi məqsədilə zərərçəkmiş şəxsdən 200 manat almışdır. O, zərərçəkmişə şəxsə təxminən 3250 manat pul qaytarmışdır. O, Zərərçəkmiş şəxslə Şahid3 vasitəsi ilə tanış olmuşdur. Bütün proseslər Zərərçəkmiş şəxslə Şahid3 arasında getmişdir. O, sadəcə bir dəfə kafedə Zərərçəkmiş şəxslə görüşüb pulu götürmüşdür. Ramin ona müəyyən məbləği ödəməsini və ondan heç bir şikayəti, tələbi və iddiası olmayacağını demişdir. O, istintaq dövründə zərərçəkmiş şəxsə pul ödəmişdir. O, pulu götürmüş, 20.000 manat məbləğində pulu borc götürməsini yazmışdır. Onun susmağının səbəbi o olmuşdur ki, özləri aralarında razılaşar və pulu da ödəyərlər, dövlətin də pulunu ödəyərlər və o, bu sıxıntıdan çıxar. Odur ki, azadlıqdan buraxılmasının 7 il olmasını, məhkumluğun üzərindən götürülməsinin 5 il 6 ay 17 gün olmasını, müharibə veteranı, Qarabağ qazisi, məcburi köçkün olmasını və ödəniş etməsini nəzərə alaraq, məhkəmədən ona azadlığın məhdudlaşdırılması və ya cərimə cəzası təyin edilməsini xahiş etmişdir Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacısının əri Samid Əliyev məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid3 hökmə baxdıqdan sonra Samid Əliyevin heç bir təqsiri olmadığını demiş, Samid Əliyevin bəraət alması məqsədilə 60-80 min manat pul lazım olduğunu bildirmişdir. O, həmin məbləğin çox olduğunu dedikdə 20.000 manata razılaşmışlar. O, təqsirləndirilən şəxsə 20.000 manat pulu Şahid3 və iki qohumunun yanında vermişdir. Bir neçə dəfə məhkəmə prosesləri keçirilmiş, lakin sonra heç bir nəticə olmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsə 20.000 manatı 2019-cu ilin aprel ayında vermişdir. O, pulu “Ağçiçəyim” mağazasının yaxınlığında olan kafedə vermiş, həmin vaxt başqa stol arxasında Şahid3 əyləşmişdir. Həmçinin qohumları pulu verməsinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs ondan pulu alarkən qaçaqmalçılıqla bağlı maddənin götürələcəyini, cəzanın azaldılacağını vəd etmişdir. Təqsirləndirilən şəxs ona aldığı pulu kimə verəcəyini deməmişdir. Məhkəmə yekunlaşdıqdan sonra o, cəzanın dəyişdirilmədiyini görüb Təqsirləndirilən şəxs pulu geri tələb etmiş, sonuncu isə pulu başqa bir şəxsə verdiyini demiş, lakin kimə verdiyini deməmişdir. Təqsirləndirilən şəxs aldığı pulun bir hissəsini ona qaytarmış, təxminən 17.000 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun bibisinin oğludur. Təqsirləndirilən şəxsə pulun verilməsində iştirak etməyi ona Zərərçəkmiş şəxs təklif etmişdir. O, da Şahid2la birlikdə pulun verilməsində iştirak etmişdir. Cahangir həmin vaxt onların stoluna gəlmiş, pul sayılıb verimişdir. Bundan sonra Cahangirin aldığı pulu kimə verməsindən onun xəbəri olmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs Samir Əliyevin azadlığa çıxması ilə bağlı köməklik edəcəyini vəd etmişdir. Pul Nəsimi rayonu ərazisində köhnə bazar tərəfdə verilmiş, pulun verilməsində o, Turan, Ramin və o, birlikdə iştirak etmiş, pulu sayıb vermişlər. Cahangirin tanışı Murtuzəli digər stol arxasında əyləşmişdir. Həmin vaxt 20000 manata yaxın pul verilmiş, sənəd tərtib edilmiş, hər biri imza çəkmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, pulun verilməsində və alınmasında şahid kimi iştirak etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsinin qardaşıdır. Zərərçəkmiş şəxs yeznəsi türmədə olmuş, sonuncunun azadlığa çıxması məsələsi olmuşdur. Təqsirləndirilən şəxsə pul veriləndə o, da iştirak etmiş, kağıza ol çəkmişdir. Həmin ərəfədə o, Bakı şəhərinə gəlmiş, Ramin ona zəng edib, bir nəfərlə görüşüb pul verəcəyini demişdir. Həmin vaxt 3-4 il keçdiyindən o, dəqiq tarixi xatırlmamır. Həmin görüşdə o, Ramin, təqsirləndirilən şəxsin özü və Kənan iştirak etmişdir. Təqsirləndirilən şəxsə verilən pulun məbləği təxminən 20.000 manat olmuşdur. Qeyd edilən məbləğin 2500 manatını Ramin ondan borc almışdır. Ramin pulu təqsirləndirilən şəxsə özü vermişdir. Təqsirləndirilən şəxs onların stolunda tək oturmuş, amma yan tərəfdə başqa bir neçə şəxs oturmuş, telefonla danışmışlar. O, digər stolda oturan şəxsi tanımamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaxın qohumu üçün onunla müqavilə bağlamış və daha sonra tərəfindən kasasiya şikayəti tərtib olunmuş, Azərbaycan Respublikasının Ali Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsində icraat zamanı məhkəmə iclas katibi bildirmişdir ki, məhkumun adından kasasiya şikayətinin geri götürülməsi barədə ərizə daxil olmuşdur. O zaman o, məlumatsız olmuş, təəccüblə qarşılamışdır. Bundan sonra Cahangir və Ramin sözünə əsasən yenidən kassasiya şikayəti vermişdir. Lakin kassasiya şikayəti təmin edilməmişdir. Ona sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20.000 manat pul almışdır. O, bununla bağlı Təqsirləndirilən şəxs iradlarını bildirmiş, üç dəfə Füzuli rayonuna gedib, pulu qaytarmasını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs şikayət ərizəsi yazmış və cinayət işi başlanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs qohumu ilə bağlı onunla müqavilə bağlamaq istədiyini demiş, o, vəkil xidmətinə görə 500 manat alacağını, kassasiya şikayəti tərtib edəcəyini, məhkəmədə çıxış edəcəyini bildirmişdir. O, 2012-ci ildə Təqsirləndirilən şəxs vəkili olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti tərtib etmiş və apellyasiya icraatında iştirak etmişədir. Həmin işlə bağlı Təqsirləndirilən şəxs ondan çoxsaylı şikayətlər etmiş, bir neçə rədd qərarı qəbul edilmiş, Kollegiyada intizam icraatı başlanmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs onun ofisinə gəlmiş, ondan əsassız şikayət etdiyinə görə halallıq istəmişdir. Təqsirləndirilən şəxs onun ofisinə gəlib getdiyi vaxtlarda zərərçəkmiş şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxsin görüşlərindən, söhbətlərindən onun məlumatı olmamış, iştirak etməmişdir. O, dostu ilə kafedə olarkən Təqsirləndirilən şəxs ona zəng edib harada olduğunu soruşmuş, bir müddət sonra zərərçəkmiş şəxs və başqa iki nəfərlə birlikdə həmin kafeyə gəlmiş, başqa stol arxasında əyləşmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkilllərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20.000 manat pulu aldıqdan sonra əlavə 200 manat pulu Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında almışdır. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-in178.3.2 və 184.3.2-ci maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə əməli CM-in 178.3.2-ci maddəsinin həmin məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 05 ilə endirilərək CM-in 184.3.2-ci maddəsi hökmdən xaric edilməklə azad olunmuş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə məhkumluğu üzərindən götürülmüşdür. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** GSM nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** GSM nömrəsi arasında müxtəlif tarixlərdə müxtəlif müddətli danışıqlar olmuşdur. Qeyd edilən diskdə iş üçün əhəmiyyət kəsb edən SMS məlumatı aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4 və 32.4, 312.2-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CMin 178.2.4 və 32.4, 312.2-ci maddələrindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokol əsasında götürülmüş qəbzlərdən görünür ki, Əhmədov X2 Ramin Şirzad oğluna hissə-hissə olmaqla cəmi 3350 manat pul ödəmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə aid xx.xx.2022, xx.xx.2021, xx.xx.2023, xx.xx.2022, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli qəbzlər, "xxxx" ASC-yə aid xx.xx.2021-ci il tarixli qəbz və "xxxx" MMC-dən daxil olmuş elektron daşıyıcı, üzərinə “X1 Mən Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat məbləğində pulu 3 (üç) ay müddətinə borc götürürəm” sözləri yazılmış damalı kağız parçasının surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-311/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxsn qarşı dələduzluq etmək niyyətinin olmaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsinin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-in178.3.2 və 184.3.2-ci maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə əməli CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 05 ilə endirilərək CM-in 184.3.2-ci maddəsi hökmdən xaric edilməklə azad olunmuş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə məhkumluğu üzərindən götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, 2019-cu ilin iyun ayının əvvəllərində, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-311/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuş, xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 26 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, "xxxx" MMC-yə aid xx.xx.2022, xx.xx.2021, xx.xx.2023, xx.xx.2022, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli qəbzlər, "xxxx" ASC-yə aid xx.xx.2021-ci il tarixli qəbz və "xxxx" MMC-dən daxil olmuş elektron daşıyıcı, üzərinə “X1 Mən Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat məbləğində pulu 3 (üç) ay müddətinə borc götürürəm” sözləri yazılmış damalı kağız parçasının surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 80 (səksən) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 (səksən) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci, mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 26 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin İş üzrə maddi sübut kimi tanınmış, "xxxx" MMC-yə aid xx.xx.2022, xx.xx.2021, xx.xx.2023, xx.xx.2022, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli qəbzlər, "xxxx" ASC-yə aid xx.xx.2021-ci il tarixli qəbz və "xxxx" MMC-dən daxil olmuş elektron daşıyıcı, üzərinə “X1 Mən Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat məbləğində pulu 3 (üç) ay müddətinə borc götürürəm” sözləri yazılmış damalı kağız parçasının surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-33/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-33/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver