Məhkəmə qərarları › İş №1(001)-330/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-330/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-330/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan təqsirləndirilir ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 10 dekabr 2024-cü il tarixdə, saat 23:18-də ünvan 2 ünvanında yerləşən "Al Market” MMCyə məxsus 6053 saylı mağazaya plastik qapını sıxaraq açmaq yolu ilə binaya qanunsuz daxil olaraq mağazanın vitrinlərindən bir ədədinin dəyəri 1.01 manat olan ümumilikdə 30.30 manat dəyərində 30 ədəd “Nestle Nuts 50 q”, bir ədədinin dəyəri 1.61 manat olan ümumilikdə 37.03 A manat dəyərində 23 ədəd “AlpenGold şokolad 80 q Klassik”, bir ədədinin dəyəri 1.54 manat olan ümumilikdə 46.20 manat dəyərində 30 ədəd “AlpenGold şokolad 90 q fındıqlı üzümlü", bir ədədinin dəyəri 0.38 manat olan ümumilikdə 6.08 manat dəyərində 16 ədəd “Dirol saqqız 14 q nanəli”, bir ədədinin dəyəri 0.36 manat olan ümumilikdə 10.08 manat dəyərində 30 ədəd “Dirol White saqqız 14 q çiyələk”, bir ədədinin dəyəri 0.88 manat olan ümumilikdə 17.60 manat dəyərində 20 ədəd “X28 23 q”, bir ədədinin dəyəri 0.38 manat olan ümumilikdə 7.22 manat dəyərində 19 ədəd “Dirol saqqız 13.5 q qarpız”, bir ədədinin dəyəri 0.80 manat olan ümumilikdə 6.40 manat dəyərində 8 ədəd “Snickers 50 q”, bir ədədinin dəyəri 0.80 manat olan ümumilikdə 19.20 manat dəyərində 24 ədəd “Twix 50 q”, bir ədədinin dəyəri 0.96 manat olan ümumilikdə 31.68 manat dəyərində 33 ədəd “Mars 51 q TR”, bir ədədinin dəyəri 1.61 manat olan ümumilikdə 37.03 manat dəyərində 23 ədəd “AlpenGold şokolad 80 q badamlı kokoslu”, bir ədədinin dəyəri 0.45 manat olan ümumilikdə 7.65 manat dəyərində 17 ədəd “Ozmo Happy peçenye 37.5 q”, bir ədədinin dəyəri 0.53 manat olan ümumilikdə 13.25 manat dəyərində 25 ədəd “Toybox saqqız 5 q oyuncaqlı”, bir ədədinin dəyəri 0.36 manat olan ümumilikdə 11.16 manat dəyərində 31 ədəd “Dirol saqqız 13.6 q kokos çiyələk”, bir ədədinin dəyəri 0.47 manat olan ümumilikdə 4.23 manat dəyərində 9 ədəd “X26 Met çiyələk 2 rg”, bir ədədinin dəyəri 0.48 manat olan ümumilikdə 13.92 manat dəyərində 29 ədəd “Toybox Metre saqqız 28 q alma böyürtkən” markalı ərzaq məhsullarını, həmin mağazanın müdür otağından isə bir ədədinin dəyəri 3.09 manat olan ümumilikdə 6.18 manat dəyərində 2 4 ədəd “X8”, bir ədəd 3.47 manat dəyərində “X4”, bir ədədinin dəyəri 3.08 manat olan ümumilikdə 9.24 manat dəyərində 3 ədəd “Winston XS Silver”, bir ədədinin dəyəri 2.02 manat olan ümumilikdə 4.04 manat dəyərində 2 ədəd “X19", bir ədəd 3.09 manat dəyərində “X5”, bir ədədinin dəyəri 3.24 manat olan ümumilikdə 6.48 manat dəyərində 2 ədəd “X20”, bir ədədinin dəyəri 2.63 manat olan ümumilikdə 7.89 manat dəyərində 3 ədəd “LD X23”, bir ədədinin dəyəri 2.4 manat olan ümumilikdə 4.80 manat dəyərində 2 ədəd “X10”, bir ədədinin dəyəri 2.17 manat olan ümumilikdə 4.34 manat dəyərində 2 ədəd “X27 siqaret”, bir ədədinin dəyəri 1.86 manat olan ümumilikdə 3.72 manat dəyərində 2 ədəd “Argo KS Blue”, bir ədədinin dəyəri 3.24 manat olan ümumilikdə 6.48 manat dəyərində 2 ədəd “Kent Nanotek NEO 04”, bir ədədinin dəyəri 3.09 manat olan ümumilikdə 6.18 manat dəyərində 2 ədəd “Winston XS Style Silver”, bir ədədinin dəyəri 2.4 manat olan ümumilikdə 4.80 manat dəyərində 2 ədəd “X29 silver”, bir ədədinin dəyəri 2.4 manat olan ümumilikdə 4.80 manat dəyərində 2 ədəd “X16 Nights”, bir ədədinin dəyəri 2.39 manat olan ümumilikdə 4.78 manat dəyərində 2 ədəd “X7 Compact Blue”, bir ədədinin dəyəri 2.01 manat olan ümumilikdə 4.02 manat dəyərində 2 ədəd “X17 siqaret”, bir ədədinin dəyəri 3.47 manat olan ümumilikdə 6.94 manat dəyərində 2 ədəd “X11”, bir ədəd 3.47 manat dəyərində “X14”, bir ədədinin dəyəri 2.41 manat olan ümumilikdə 7.23 manat dəyərində 3 ədəd “X6”, bir ədəd 2.78 manat dəyərində “LD Club Platinum L SS”, bir ədədinin dəyəri 2.17 manat olan ümumilikdə 6.51 manat dəyərində 3 ədəd “X24 siqaret”, bir ədədinin dəyəri 2.20 manat olan ümumilikdə 19.80 manat dəyərində 9 ədəd “X7”, bir ədədinin dəyəri 2.20 manat olan ümumilikdə 11 manat dəyərində 5 ədəd “X21”, bir ədədinin dəyəri 4 manat olan ümumilikdə 8 manat dəyərində 2 ədəd “X12”, bir ədədinin dəyəri 2 manat olan ümumilikdə 10 manat dəyərində 5 ədəd “X22”, bir ədədinin dəyəri 1.90 manat olan ümumilikdə 13.30 manat dəyərində 7 ədəd “Senate Rich” markalı tütün məmulatlarını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 472,37 (dörd yüz yetmiş iki manat, otuz yeddi qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsini oxuyub imzaladığını, ifadəsində yazılanların doğru olduğunu, oğurluq hadisəsini həqiqətən törətdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, 2024-cü ilin dekabr ayında axşam təxminən saat 22:00-23:00 radələrində həmin marketin yerləşdiyi yerdən təsadüfən keçərkən marketin qapılarının bağlı olduğunu görmüş, yaxınlaşaraq plastik qapını dartıb qıraraq marketə daxil olmuş və oradan selofan torbalara siqaretlər və şokoladlar yığaraq marketi tərk edib kirayə qaldığı Xırdalan ərazisinə getmişdir. Götürdüyü malları satmamış, kirayə götürdüyü evdə saxlamış, daha sonra polis əməkdaşları onu aparmağa gələrkən həmin malları ondan götürmüşlər. Verilmiş suallara cavab olaraq isə marketdən 10-12 metr aralaşdıqdan sonra polis avtomobilinə məxsus sirena səsi eşitdiyi üçün qaçmaq istəyərkən sellofan torbalardan birinin əlindən düşdüyünü, həmin vaxtı torbada olan malların bəzilərinin yerə töküldüyünü, yenidən torbanı götürərək ordan uzaqlaşdığını, lakin yerə düşmüş malları götürmədiyini, özü ilə götürdüyü qalan malları isə polis əməkdaşları onu aparmağa gələndə təhvil verdiyini, qaytarmadığı malların qiymətinin təxminən 70 manata yaxın olduğunu, ittiham aktında göstərilən malları həqiqətən də marketdən götürdüyünü bildirmişdir. İş materiallarında olan oğurluq hadisəsini əks etdirən videogörüntüyüə baxış keçirilərkən görüntüdə olan şəxsin özünün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs "Al Market” MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi ifadəsində cəmiyyətə məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən "xxxx"də 10 dekabr 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində onlara 472 manat 37 qəpik məbləğində ziyan dəydiyini, dəymiş ziyandan 411 manat 59 qəpik məbləğində malların geri qaytarıldığını, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək bu barədə cəmiyyətin adından ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ünvan 5ndə yerləşən "xxxx" mağazasında müdir vəzifəsində çalışır. 10 dekabr 2024-cü il tarixdə təxminən 22:00 radələrində mağazanı bağlayaraq evə getmişdir. Mağazanın yaxınlığında yaşadığı üçün saat 23:40-da qonşuya gedərkən mağazanın qarşısından keçəndə mağazanın plastik qapısının açıq olduğunu görmüşdür. Yaxınlaşıb baxdıqda içəridəki jalüz qapının da qaldırıldığını görmüş və oğurluq olduğundan şübhələndiyi üçün bölgə müdiri Nümayəndə1 dərhal bu barədə məlumat vermişdir. Bundan sonra Ramil də hadisə yerinə gəlmiş və bu barədə onlar Binəqədi RPİnin 40-cı polis bölməsinə yaxınlaşaraq şikayət ərizəsi yazmışlar. Polis əməkdaşları hadisə yerinə baxış keçirmişdir. Bundan sonrakı gün onlar mağaza daxilində sayım etmiş və oğurlanmış tütün və qida məhsullarının siyahısını və sayını müəyyən etmişlər. Lakin hazırda həmin malların adları və qiymətləri dəqiq yadında qalmamışdır. Verilmiş suallara cavab olaraq götürülmüş malların dəyərinin 400 manatdan çox olduğunu, həmin zaman mağazada nağd pul vəsaitinin olmadığını, hər günün sonu mağazada olan nağd pul vəsaitinin milliön ödəmə sistemi vasitəsiylə hesaba köçürüldüyünü, mağazadan oğurlanmış malların siyahısına və qiymətinə dair tərtib edilmiş aktdakı imzanın ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 dekabr 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2025-ci il tarixdə saat 23:18 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus Al marketdə plastik qapını açıb daxil olaraq oğurluq eedilməsi ilə bağlı Nümayəndə1 daxil olmuş müraciəti əsasında fakta görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında ” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus marketə baxış keçirilərkən marketin plastikdən olan qapısının klidi zədələnmiş halda aşkar edilmiş, marketdə olan təhlükəsizlik kameralarından baş vermiş oğurluq hadisəsinin özündə əks etdirən görüntülər 1 ədəd DVD diskə yazılaraq götürülmüş və hadisə yerinin 2 ədəd fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqdim edilmiş əşyaların götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus marketdən oğurladığı əşyalardan bir qismini könüllü olaraq təqdim etdiyindən və həmin əşyalar iş üçün əhəmiyyətli olduğu üçün götürülməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqdim etmə və maddi sübutları götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən əlində olan göy rəngli torbanın içərisində olan 40 ədəd Dirol markalı saqqızı, 9 ədəd Ozmo markalı şirniyyatı, 12 ədəd Twix markalı şokoladı, 3 ədəd Snickers markali sokoladı, 23 ədəd Mars markalı şokoladı, 19 ədəd Nestle Nuts markalı şokoladı, 10 ədəd AlpenGold markalı şokoladı, 3 ədəd Toybox Metre markalı saqqızı, 13 ədəd Toybox oyuncaq markalı saqqızı, 3 ədəd X30 markalı siqareti, 2 ədəd X9 markalı siqareti, 2 ədəd X18 Aroma markalı siqareti, 2 ədəd Prima Blue markalı siqareti, 9 ədəd X7 markalı siqareti, 5 eded X21 markalı siqareti, 5 ədəd X22 markalı siqareti, 4 edəd X15 markalı siqareti, 1 ədəd X10 markalı siqareti, 2 ədəd X12 markalı siqareti, 1 ədəd X31 markalı siqareti, 2 edəd X32 markalı siqareti, 9 ədəd X13 Nano Slim markalı siqareti, 9 ədəd Argo Compact markalı siqareti, 7 ədəd X8 markalı siqareti, 11 ədəd Premier Compact markalı siqareti, 11 ədəd X7 Nano markalı siqareti, 7 əded X7 Compact markalı siqareti, 7 ədəd Senate Rich markalı siqareti təqdim edərək bildirmişdir ki, həmin malları xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən "xxxx"dən oğurlamışdır. Qeyd edilən protokola Təqsirləndirilən şəxs həmin əşyaları təqdim edərkən çəkilmiş iki ədəd fotoşəkli əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə1 zərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD formatlı diskə baxış keçirilərkən 10 dekabr 2024-cü il tarixdə saat 23:00 radələrində, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus 6053 saylı mağazanın qarşısında 1 nəfər kişi cinsindən olan şəxsin bir neçə dəqiqə gəzişərək siqaret çəkdiyi daha sonra isə küçədə ondan başqa heç kimin olmadığını görərək həmin mağazaya məxsus plastik qapını çəkərək açıb, içəridəki jalüz qapını isə yuxarı qaldıraraq mağazaya daxil olması, ilk öncə həmin mağazanın kassasına baxıb boş olduğunu gördükdən sonra isə marketdən götürdüyü sellofan torbalara vitrindəki ərzaq məhsullarını və müdür otağındakı tütün məmulatlarını yığaraq oradan uzaqlaşması görüntüləri öz əksini tapmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntülərdə marketdən oğurluq edən şəxsin özü olduğunu bildirmiş və bu barədə tərtib edilmiş protokolu imzalamışdır. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanması” protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus oğurluq etdiyi mağzanı göstərərəkək etdiyi əməli etiraf etmiş və on iki ədəd fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-953/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 4(001)-209/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-330/2025 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/219 nömrəli 24 fevral 2025-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 339,90 manat, təqdiim edilməyən malların hər birinin 1 ədədinin 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dyəri nəzəri qaydada təxminən 69,50 manat müəyyən edilir. Həmin malların ayrı ayrılıqda adları və qiyməti rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Zərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 və cəmiyyətə məxsus oğurluq hadisəsinin baş verdiyi 6053 saylı mağazanın müdiri Şahid tərəfindən təsdiq edilərək istintaqa təqdim edilmiş xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində oğurluq hadisəsi ilə oğurlanmış malların siyahısından görünür ki, ümumuilikdə 472.37 manat məbləğində mallar oğurlanmışdır və həmin siyahıda oğurlanmış malların adları və qiymətləri ayrı-ayrılıqda göstərilmişdir. xx.xx.2025-ci il tarixli “Əşyaların maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 40 ədəd Dirol markalı saqqız, 9 ədəd Ozmo markalı şirniyyat, 12 ədəd Twix markalı şokolad, 3 ədəd Snickers markalı şokolad, 23 ədəd Mars markalı şokolad, 19 ədəd Nestle Nuts markalı şokolad, 10 ədəd AlpenGold markalı şokolad, 3 ədəd Toybox Metre markalı saqqız, 13 ədəd Toybox Oyuncaq markalı saqqız, 3 ədəd X30 markalı siqaret. 2 ədəd X9 markalı siqaret, 2 ədəd X18 Aroma markalı siqaret, 2 ədəd Prima Blue markalı siqaret. 9 ədəd X7 markalı siqaret, 5 ədəd X25 markalı siqaret. 5 ədəd X22 markalı siqaret, 4 ədəd X15 markalı siqaret, 1 ədəd X10 markalı siqaret. 2 ədəd X12 markalı siqaret, 1 ədəd X31 markalı siqaret. 2 ədəd X33 markalı siqaret, 9 ədəd X13 Nano Slim markalı siqaret, 9 ədəd Argo Compact markalı siqaret, 7 ədəd X8 markalı siqaret. 11 ədəd Premier Compact markalı siqaret, 11 ədəd X7 Nano markalı siqaret, 7 ədəd X7 Compact markalı siqaret, 7 ədəd Senate Rich markalı siqaret və baş vermiş oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, həmin malların cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra zərərçəkmiş hüquqi şəxsə təhvil verilməsi, 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, onun əməlində Cinayət Məcəlləsinin 177.2.4, 177.3.2, 177.4 və 180.1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, "xxxx" MMC-yə dəymiş ziyanın 472 manat 37 qəpik kimi nəzərə alınması, Təqsirləndirilən şəxs oğurladığı və ondan götürülmüş malların təqsirləndirilən şəxs və zərəçəkmiş şəxs cinayət işinin materilalları və maddi sübutlarla tanış olduqdan sonra sahibinə qaytarılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Təqsiləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 40 ədəd Dirol markalı saqqız, 9 ədəd Ozmo markalı şirniyyat, 12 ədəd Twix markalı şokolad, 3 ədəd Snickers markalı şokolad, 23 ədəd Mars markalı şokolad, 19 ədəd Nestle Nuts markalı şokolad, 10 ədəd AlpenGold markalı şokolad, 3 ədəd Toybox Metre markalı saqqız, 13 ədəd Toybox Oyuncaq markalı saqqız, 3 ədəd X30 markalı siqaret. 2 ədəd X9 markalı siqaret, 2 ədəd X18 Aroma markalı siqaret, 2 ədəd Prima Blue markalı siqaret. 9 ədəd X7 markalı siqaret, 5 ədəd X25 markalı siqaret. 5 ədəd X22 markalı siqaret, 4 ədəd X15 markalı siqaret, 1 ədəd X10 markalı siqaret. 2 ədəd X12 markalı siqaret, 1 ədəd X31 markalı siqaret. 2 ədəd X32 markalı siqaret, 9 ədəd X13 Nano Slim markalı siqaret, 9 ədəd Argo Compact markalı siqaret, 7 ədəd X8 markalı siqaret. 11 ədəd Premier Compact markalı siqaret, 11 ədəd X7 Nano markalı siqaret, 7 ədəd X7 Compact markalı siqaret, 7 ədəd Senate Rich markalı siqaret zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2. 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü madddəsi ilə təqsirli bilinərək CM-nin 62, 67.1, 68.2-ci maddəsinə əsasən 10 ay azadlıqdan məhrum etmə cəzasına və 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 ay 8 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan başqa Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3, 76.6.3 və 67.1-ci maddələrinə əsasən 3 il 7 ay müddətinə azadlıqdan məhrrum etmə cəzasına və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 1(015)-24/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxsCinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsili bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 23 gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək onun üzərində qəti olaraq 2000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(011)-638/2020 saylı qərarı ilə Ağstafa Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(015)-15/2019 saylı hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası 06 aprel 2021-ci il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 09 (doqquz) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 1(015)-56/2021 saylı 11 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi şəkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən onun Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə tətbiq edilmiş 03 (üç) ay 08 (səkkiz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə 11 iyun 2021-ci il tarixli hökmlə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi şəkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilmiş və o, qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddələrinə əsasən ona həmin hökmlə təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ona Ağstafa Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2000 (iki min) manat miqdarda cərimə cəzası ilə tamamilə birləşdirilmiş, o, qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 2000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 68.2-ci maddəsinə əsasən ona təyin olunmuş 2000 (iki min) manat miqdarda cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 352166/2024 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş 2000 manat məbləğində cərimə cəzasını ödəməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin nümayəndəsinin və iş üzrə şahidin ifadələri, hadisə yerinə baxış protokolu, oğurluq hadisəsinin qeydə alındığı videogörüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin tövsifi düzgün olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə həmin şəxslər cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasəm məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanın çox hissəsini ödəməsini (AR CM-in 59.1.14-cü maddəsi), zərəçəklmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12-ci maddəsi) törətdiyi əməli etiraf edərək peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə az ağır cinayətə görə məhkum edildiyi 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 5 gün hissəsindən Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azad edilmişdir. Hazırkı cinayət işi üzrə ictimai təhlükəli əməli isə Nizami Rayon Məhkəməsinin qərarı ilə azad edildiyi və şərti hesab edilmiş 3 ay 5 gün müddət keçdikdən sonra, yəni 10 dekabr 2024-cü il tarixdə törətmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, CM-nin 76.6.3-cü maddəsinə əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və təqsiləndirilən şəxsə CM-nin 67.1-ci maddəsinə əsasən cəza təyin edilməsi üçün əsas yoxdur. Lakin Təqsirləndirilən şəxs Ağstafafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2000 manat məbləğində cərimə cəzasını hazrkı tarixədək ödəmədiyindən Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli hökümləri ilə məhkum edildiyi qəsdən törədilmiş az ağır cinayətlərə görə onun üzərində yaranmış məhkumluqlar ödənilmədən qəsdən hazırkı cinayət əməlini törətməsi onun əməlində cinayətlərin xüsusi təhlükəli residivini yaradır. Qeyd edilənlərə əsasən də məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin xüsusi təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir (CM-61.1.1). Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi olduğundan ona təyin ediləcək cəza təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən az ola bilməyəcəyindən ona həmin həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun əməlində cinayətlərin xüsusi təhlükəli residivi olduğundan ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən az olmamalı (CM-65.2), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Ağstafa Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 1(015)-24/2017 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2000 manat miqdarında cərimə cəzası ilə tamamilə birləşdirilməli, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 2000 manat miqdarında cərimə cəzası müstəqil icra edilməli, onun həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməli və cəzasının əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablanmalı( CPM 158.6), cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.4), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), maddi sübut kimi tanınmış baş vermiş oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğurluq yolu ilə ələ keçirdiyi "xxxx" MMC-yə məxsus 40 ədəd Dirol markalı saqqız, 9 ədəd Ozmo markalı şirniyyat, 12 ədəd Twix markalı şokolad, 3 ədəd Snickers markalı şokolad, 23 ədəd Mars markalı şokolad, 19 ədəd Nestle Nuts markalı şokolad, 10 ədəd AlpenGold markalı şokolad, 3 ədəd Toybox Metre markalı saqqız, 13 ədəd Toybox Oyuncaq markalı saqqız, 3 ədəd X30 markalı siqaret. 2 ədəd X9 markalı siqaret, 2 ədəd X18 Aroma markalı siqaret, 2 ədəd Prima Blue markalı siqaret. 9 ədəd X7 markalı siqaret, 5 ədəd X25 markalı siqaret. 5 ədəd X22 markalı siqaret, 4 ədəd X15 markalı siqaret, 1 ədəd X10 markalı siqaret. 2 ədəd X12 markalı siqaret, 1 ədəd X31 markalı siqaret. 2 ədəd X32 markalı siqaret, 9 ədəd X13 Nano Slim markalı siqaret, 9 ədəd Argo Compact markalı siqaret, 7 ədəd X8 markalı siqaret. 11 ədəd Premier Compact markalı siqaret, 11 ədəd X7 Nano markalı siqaret, 7 ədəd X7 Compact markalı siqaret, 7 ədəd Senate Rich markalı siqaretin xx.xx.2025-ci il tarixli qəbzə əsasən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 36 (otuz altı) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdən sonra göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 306 (üç yüz altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 3 il 9 ay müddtə azadlıqdan məhrum etmə cəzası ona Ağstafa Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 1(015)-24/2017 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2000 manat miqdarında cərimə cəzası ilə tamamilə birləşdirilsin, o, qəti olaraq 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 2000 manat miqdarında cərimə cəzasına məhkum edilisin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2000 manat miqdarında cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutl- 40 ədəd Dirol markalı saqqız, 9 ədəd Ozmo markalı şirniyyat, 12 ədəd Twix markalı şokolad, 3 ədəd Snickers markalı şokolad, 23 ədəd Mars markalı şokolad, 19 ədəd Nestle Nuts markalı şokolad, 10 ədəd AlpenGold markalı şokolad, 3 ədəd Toybox Metre markalı saqqız, 13 ədəd Toybox Oyuncaq markalı saqqız, 3 ədəd X30 markalı siqaret. 2 ədəd X9 markalı siqaret, 2 ədəd X18 Aroma markalı siqaret, 2 ədəd Prima Blue markalı siqaret. 9 ədəd X7 markalı siqaret, 5 ədəd X25 markalı siqaret. 5 ədəd X22 markalı siqaret, 4 ədəd X15 markalı siqaret, 1 ədəd X10 markalı siqaret. 2 ədəd Dunhil! Golden Aroma markalı siqaret, 1 ədəd X31 markalı siqaret. 2 ədəd X33 markalı siqaret, 9 ədəd X13 Nano Slim markalı siqaret, 9 ədəd Argo Compact markalı siqaret, 7 ədəd X8 markalı siqaret. 11 ədəd Premier Compact markalı siqaret, 11 ədəd X7 Nano markalı siqaret, 7 ədəd X7 Compact markalı siqaret, 7 ədəd Senate Rich markalı siqaretin xx.xx.2025-ci il tarixli qəbzə əsasən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi nəzərə alınsın. Maddi sübut- baş vermiş oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 306 (üç yüz altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar