Məhkəmə qərarları › İş №1(001)-331/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-331/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-331/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1993-cü il tarixdə İmişli rayonu, Yuxarı Qaralar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Yuxarı Qaralar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair

2. xx.xx.1988-ci il tarixdə Şəki rayonu, Aşağı Daşağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Aşağı Daşağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020- ci ilin aprel ayının 28-də saat 23-24 radələrində Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi “Zəngəzur” şadlıq evinin arxasında yerləşən santexnik malları anbarının dəmir darvaza qapısının kilidini və sonra anbarın giriş qapısının qıfılını dəmir armatur parçası ilə sındıraraq qanunsuz olaraq anbara daxil olmuş və oradan hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 2000 manat təşkil edən 022 markalı 10 ədəd unitazı, hər birinin dəyəri 15 manat olan cəmi dəyəri 225 manat təşkil edən 15 ədəd unitaz qapağını və hər birinin dəyəri 30 manat olan cəmi dəyəri 1500 manat təşkil edən 50 ədəd hamam-tualet üçün duş aksesuarlarını, ümumilikdə 3725 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs qeyd olunan miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin may 10-da saat 23-24 radələrində Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi “Zəngəzur” şadlıq evinin arxasında yerləşən santexnik malları anbarının dəmir darvaza qapısının kilidini və sonra anbarın giriş qapısının qıfılını dəmir armatur parçası ilə sındıraraq qanunsuz olaraq anbara daxil olmaqla, oradan hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 022 markalı unitazı və hər birinin hər birinin dəyəri 30 manat olan cəmi dəyəri 300 manat təşkil edən hamam-tualet üçün duş aksesuarlarını, ümumilikdə 1300 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs qeyd olunan miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin may ayının 15-də təxminən saat 23-24 radələrində Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi “Zəngəzur” şadlıq evinin arxasında yerləşən santexnik malları anbarının dəmir darvaza qapısının kilidini və sonra anbarın giriş qapısının qıfılını dəmir armatur parçası ilə sındıraraq qanunsuz olaraq anbara daxil olmaqla oradan hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 022 markalı unitazı və hər birinin hər birinin dəyəri 30 manat olan cəmi dəyəri 300 manat təşkil edən hamam-tualet üçün duş aksesuarlarını, ümumilikdə 1300 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs qeyd olunan miqdarda maddi ziyan vurmaqla, təkrarən oğurluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin may ayının 20-dən 21-nə keçən gecə Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi “Zəngəzur” şadlıq evinin arxasında yerləşən santexnik malları anbarının dəmir darvaza qapısının kilidini və sonra anbarın giriş qapısının qıfılını dəmir armatur parçası ilə sındıraraq, qanunsuz olaraq anbara daxil olmaqla oradan hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 5 ədəd 022 markalı unitazı, hər birinin dəyəri 190 manat olan cəmi dəyəri 1710 manat təşkil edən 9 ədəd 003 markalı unitazı, hər birinin dəyəri 140 manat olan cəmi dəyəri 560 manat təşkil edən 4 ədəd 2066 markalı unitazı, hər birinin dəyəri 30 manat olan cəmi dəyəri 6300 manat təşkil edən 210 ədəd hamam-tualet üçün duş aksesuarlarını və hər birinin dəyəri 25 manat olan cəmi dəyəri 250 manat təşkil edən 10 ədəd unitaz qapağım, ümumilikdə 9820 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakım gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin aprel ayının 28-də saat 23-24 radələrində Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi “Zəngəzur” şadlıq evinin arxasında yerləşən santexnik malları anbarının dəmir darvaza qapısının kilidini və soma anbarın giriş qapısının qıfılını dəmir armatur parçası ilə sındıraraq qanunsuz olaraq anbara daxil olmuş və oradan hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 2000 manat-təşkil edən 022 markalı 10 ədəd unitazı, hər birinin dəyəri 15 manat olan cəmi dəyəri 225 manat təşkil edən 15 ədəd unitaz qapağını və hər birinin dəyəri 30 manat olan cəmi dəyəri 1500 manat təşkil edən 50 ədəd hamam-tualet üçün duş aksesuarlarını, ümumilikdə 3725 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs qeyd olunan miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin may 10-da saat 23-24 radələrində Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi “Zəngəzur” şadlıq evinin arxasında yerləşən santexnik malları anbarının dəmir darvaza qapısının kilidini və sonra anbarın giriş qapısının qıfılını dəmir armatur parçası ilə sındıraraq qanunsuz olaraq anbara daxil olmaqla, oradan hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 022 markalı unitazı və hər birinin hər birinin dəyəri 30 manat olan cəmi dəyəri 300 manat təşkil edən hamam-tualet üçün duş aksesuarlarını, ümumilikdə 1300 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs qeyd olunan miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin may ayının 15-də təxminən saat 23-24 radələrində Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi “Zəngəzur” şadlıq evinin arxasında yerləşən santexnik malları anbarının dəmir darvaza qapısının kilidini və sonra, anbarın giriş qapısının qıfılını dəmir armatur parçası ilə sındıraraq qanunsuz olaraq anbara daxil olmaqla oradan hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 022 markalı unitazı və hər birinin hər birinin dəyəri 30 manat olan cəmi dəyəri 300 manat təşkil edən hamam-tualet üçün duş aksesuarlarını, ümumilikdə 1300 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs qeyd olunan miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin may ayının 20-dən 21-nə keçən gecə Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi “Zəngəzur” şadlıq evinin arxasında yerləşən santexnik malları anbarının dəmir darvaza qapısının kilidini və sonra anbarın giriş qapısının qıfılını dəmir armatur parçası ilə sındıraraq, qanunsuz olaraq anbara daxil olmaqla oradan, hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 5 ədəd 022 markalı unitazı, hər birinin dəyəri 190 manat olan cəmi dəyəri 1710 manat təşkil edən 9 ədəd 003 markalı unitazı, hər birinin dəyəri 140 manat olan cəmi dəyəri 560 manat təşkil edən 4 ədəd 2066 markalı unitazı, hər birinin dəyəri 30 manat olan cəmi dəyəri 6300 manat təşkil edən 210 ədəd hamam-tualet üçün duş aksesuarlarını və hər birinin dəyəri 25 manat olan cəmi dəyəri 250 manat təşkil edən 10 ədəd unitaz qapağını, ümumilikdə 9820 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. 2020-ci ilin aprel ayının təxminən 28də tanışı Təqsirləndirilən şəxs2 ilə görüşmüş və sonuncu ona Binəqədi qəsəbəsində “Zəngəzur” şadlıq evinin arxasında anbar olduğunu deyərək oradan oğurluq etməyi təklif etmiş və o, həmin təkliflə razılaşmışdır. Həmin gün saat 23-24 radələrində o, Tariyel ilə birlikdə anbarın yanına getmiş, ətrafa göz gəzdirdik də orada heç kimin olmaması onlara məlum olmuşdur. Bundan sonra o, Tariyel ilə birlikdə hasarı aşmaqla anbarın həyətinə daxil olmuş və anbarın qapısı açıq olduğundan anbara daxil olmuşlar. Anbarda ətrafa göz gəzdirdikdə orada çoxlu sayda hamam-tualet aksesuarları olması ona məlum olmuş, o, Tariyel ilə birlikdə oradan 10 ədəd unitaz, 15 ədəd unitaz qapağı və 50 ədəd hamam-tualet üçün duş aksesuarları götürüb darvazanın qarşısına yığmışlar. Daha sonra Tariyel dəmir parçası ilə darvazanın kilidin qurdalayaraq açıb çölə çıxmış, o, isə malların yanında qalmışdır. Bundan təxminən 5 dəqiqə sonra Tariyel “Qazel’ markalı avtomobillə onun yanına gəlmiş, sonuncu ilə birlikdə oğurladığı əşyaları avtomobilə yükləmiş, Tariyel sürücüyə öz ünvanını verərək avtomobili həmin ünvana sürməsini demişdir. Tariyelin yaşadığı ünvana çatdıqdan sonra oğurladıqları malları boşaldaraq sonuncunun yaşadığı ünvana yığmışlar. Bundan sonra o, çıxıb getmiş və səhəri gündən başlayaraq Tariyel ilə birlikdə oğurladıqları malları hissə-hissə satıb pulu öz aralarında bölmüşlər. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Tariyel ilə görüşüb yenidən həmin anbara daxil olmaqla oradan oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, Tariyel ilə birlikdə yenidən eyni qaydada həmin anbara daxil olub oradan 5 ədəd unitaz, 10 ədəd duş aksesuarlarını oğurlayıb yoldan keçən tanımadığı avtomobil saxlayaraq həmin əşyaları Tariyelin yaşadığı evə yığmışlar. Həmin əşyaları da, Tariyel ilə birlikdə hissə-hissə satmağa başlamışlar. O, əşyaları tanımadığı şəxslərə özünə məxsus əşyalar kimi təqdim edib satmışdır. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Tariyel ilə görüşüb yenidən həmin anbara daxil olmaqla oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin günü o, Tariyel ilə birlikdə yenidən eyni qaydada qeyd edilən anbara daxil olub oradan 5 ədəd unitaz, 10 ədəd duş aksesuarlarını oğurlayıb yoldan keçən tanımadığı avtomobil saxlayaraq həmin əşyaları da Tariyelin yaşadığı evə yığmışlar. Ümumilikdə oğurladıqları əşyalardan bir hissəsini Tariyel ona vermiş və o, həmin əşyaları öz yaşadığı evdə satmaq məqsədi ilə saxlamışdır. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Tariyel ilə görüşüb yenidən həmin anbara daxil olmaqla oradan oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, Tariyel ilə birlikdə yenidən eyni qaydada həmin anbara daxil olub oradan 18 ədəd unitaz, təxminən 200 ədəd hamam-tualet üçün duş aksesuarları, 10 ədəd unitaz qapağını götürərək darvazanın qabağına yığmışlar. Daha sonra Tariyel yol maşını saxlamaq üçün getmiş, o, isə anbarın yanında qalıb gözləmiş, təxminən yarım saatdan sonra sonuncu qayıtmış və ona avtomobil tapa bilmədiyini demişdir. Həmçinin Tariyel ona tanışı Faiqə zəng etdidiyini, onu aldadaraq guya bu anbarda işlədiyini, karantin rejimi ilə bağlı satış olmadığından mağaza sahiblərinin aldıqları malları gətirib anbarın qarşısına boşaltdıqlarını, anbarın müdirinin rayonda olduğundan və anbarın açarı onda olduğundan, bir yük taksisi tapıb anbarın yanına gəlməyi, malları götürüb müvəqqəti olaraq evinə aparıb saxlamağı dediyini, taksi tapmadığı üçün bir taksi tutub onların yanına gətirməyini xahiş etdiyini bildirmişdir. Təxminən 10-15 dəqiqə keçmiş, əvvəllər qəsəbədə üzdən tanıdığı, lakin heç bir münasibəti olmadığı Faiq və ilk dəfə görüb, adını sonradan bildiyi Vüqarla onun “Opel- Astra” markalı avtomobil ilə anbarın yaxınlığına gəldiyini görmüşdür. Faiq və sürücü avtomobildən yerə düşmüş və o, Tariyel ilə köməkləşib oğurladıqları əşyaları avtomobilin salonuna, baqaj hissəsinə və yuxarı baqajına yükləmişlər. Avtomobildə oturmağa yer olmadığı üçün o, və Tariyel piyada getmiş, taksi sürücüsü və Faiq avtomobildə getmişlər. O, yolda Tariyeldən ayrılaraq öz yaşadığı evə getmişdir. Bundan sonra o və Tariyel oğurladıqları malları tanımadığı şəxslər özlərinə məxsus olmasını bildirərək satmışlar. Oğurladığı malların bir hissəsini sata bilməmiş və həmin mallar onun evində qalmışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmaqla zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödənilmişdir. Ona görə də, məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. 2020-ci ilin aprel ayının təxminən 28-də tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüş və sonuncu ona Binəqədi qəsəbəsində “Zəngəzur” şadlıq evinin arxasında anbar olduğunu, orada hamam-tualet aksesuarları saxlanıldığını deyib oradan oğurluq etməyi təklif etmiş və o, həmin təkliflə razılaşmışdır. Həmin gün saat 23-24 radələrində o, Muradla birlikdə anbarın yanına getmiş, ətrafa göz gəzdirdik də orada heç kimin olmaması onlara məlum olmuşdur. Bundan sonra o, Muradla birlikdə hasarı aşmaqla anbarın həyətinə daxil olmuşdur. Anbarın qapısını yoxladıqda qapının açıq olmasını görüb anbara daxil olmuşlar. Anbarda ətrafa göz gəzdirdik də orada çoxlu sayda hamam-tualet aksesuarlarının olması onlara məlum olmuş, o, Muradla birlikdə oradan 10 ədəd unitaz, 15 ədəd unitaz qapağı və 50 ədəd hamam-tualet üçün duş aksesuarları götürüb darvazanın qarşısına yıqmışlar. Daha sonra o, dəmir parçası ilə darvazanın kilidin qurdalayaraq açıb çölə çıxmış, Murad isə malların yanında qalmışdır. Bundan sonra o, yolla gedib sürücüsünü tanımadığı bir “Qazel’ markalı avtomobili saxlatmış və ona, özünə məxsus anbardan əşyaların olduğunu və onları həyətinə aparmasını bildirmişdir. Sürücü heç nədən şübhələnməmiş və 30 manata aparmağa razılaşmışdır. Bundan sonra o, həmin avtomobilə minərək anbarın qarşısına gəlmiş, Muradla birlikdə oğurladığı əşyaları avtomobilə yükləmiş və sürücüyə öz ünvanının verərək avtomobili həmin ünvana sürməsini demişdir. O, Muradla birlikdə oğurladıqları əşyaları öz yaşadığı ünvana boşaltdıqdan sonra sonuncu ilə həmin əşyaları müştəri tapib satmaq barədə razılığa gəlmişdir. Bundan sonra Murad çıxıb getmiş və səhəri gündən başlayaraq sonuncu ilə birlikdə oğurladıqları malları hissə-hissə satıb pulu öz aralarında bölmüşlər. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Muradla görüşüb yenidən həmin anbara daxil olmaqla oradan oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, Muradla birlikdə yenidən eyni qaydada həmin anbara daxil olub oradan 5 ədəd unitaz, 10 ədəd duş aksesuarlarını oğurlayıb yoldan keçən tanımadığı avtomobil saxlayaraq həmin əşyaları yaşadığı evə yığmışlar. Həmin əşyaları da, Muradla birlikdə hissə-hissə satmağa başlamışlar. O, əşyaları tanımadığı şəxslərə özünə məxsus əşyalar kimi təqdim edib satmışdır. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Muradla görüşüb yenidən həmin anbara daxil olmaqla oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin günü o, Muradla birlikdə yenidən eyni qaydada qeyd edilən anbara daxil olub oradan 5 ədəd unitaz, 10 ədəd duş aksesuarlarını oğurlayıb yoldan keçən tanımadığı avtomobil saxlayaraq həmin əşyaları yaşadığı evə yığmışlar. Həmin əşyaları o, Murad ilə birlikdə hissə-hissə satmışdır. O, malların müəyyən hissəsini satmaq üçün Murada vermişdir. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Muradla görüşüb yenidən həmin anbara daxil olmaqla oradan oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, Muradla birlikdə yenidən eyni qaydada həmin anbara daxil olub oradan 18 ədəd unitaz, təxminən 200 ədəd hamam-tualet üçün duş aksesuarları, 10 ədəd unitaz qapağını götürərək darvazanın qabağına yığmış, o, qəsəbəyə yol maşını saxlamağa getmiş, Murad isə anbarın yanında qalıb gözləmişdir. Lakin o, heç bir yük və münasib avtomobil tapa bilməmiş və geri qayıdanda yolda saat təxminən 01 radələrində uzun müddətdir ki, tanıdığı və normal münasibətdə olduğu, Binəqədi qəsəbəsində qonşu məhəllədə yaşayan Faiqin mobil telefonuna zəng etmiş və sonuncuya yalandan demişdir ki, guya o, Zəngəzur şadlıq evinin arxasında yerləşən santexnik malları saxlanılan anbarda satıcı işləyir, karantin rejimi ilə bağlı satış olmadığından mağaza sahibləri malları gətirib anbarın qarşısına qaytarıb boşaltmış, anbarın müdiri rayonda olduğundan və anbarın açarı onda olduğundan müdir ona zəng edib malları aparıb yaşadığı evə yığmasını demişdir. Bundan sonra o, Faiqə malları tək qoyaraq taksi axtarmağa gedə bilmədyini deyərək sonuncudan taksi tutaraq olduğu yerə gəlməsini xahiş etmişdir. Faiq onun xahişini qəbul etmiş və təxminən yarım saat sonuncu “Opel Astra” markalı avtomobili ilə onun olduğu yerə gəlmişdir. Bundan sonra o, Murad ilə birlikdə küçədə korobkalarda olan santexnik mallarını avtomobilin salonuna baqaj hissəsinə və banının üzərindəki yük yerinə yığıb bağlamış və Faiqə həmin malları onun yaşadığı evin yanına aparıb orada onu gözləməsini demişdir. Faiq və taksi sürücüsü avtomobildə getmiş, o, isə Muradla avtomobildə yer olmadığından piyada getmişlər. Murad yolda ondan ayrılmış və Sulutəpəyə öz evinə getmişdir. Sonra o, qaçaqaça evinin qarşısına təxminən 20 dəqiqəyə çatmış və evinin yaxınlığında avtomobilin dayanıb gözləyən taksini görmüş və sonra o, Faiqdən xahiş etmişdir ki, köməkləşib həmin əşyaların hamısını onun həyətimə boşaltsınlar. Bundan sonra, Faiq və adını sonradan bildiyi Vüqar adlı sürücü çıxıb getmişlər. Həmin zaman Faiq və Vüqar onun Muradla birlikdə anbardan oğurluq etdiyini bilməmiş və şübhələnməmişlər. Bundan sonra o və Murad oğurladıqları malları tanımadığı şəxslər özlərinə məxsus olmasını bildirərək satmışlar. Oğurladığı malların bir hissəsini sata bilməmiş və həmin mallar onun evində qalmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmaqla zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödənilmişdir. Ona görə də, məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi Zəngəzur küçəsində yerləşən “Zəngəzur” şadlıq evinin arxasında santexnik avadanlıqlarının saxlanılması üçün özünə məxsus anbarı olmuşdur. O, həmin anbara hamam-tualet aksesuarları, unitaz komlektlərini yığmışdır. xx xxxx 2020-ci il tarixdə o, anbarı bağlayaraq çıxıb getmiş, orada işləyən gözətçini isə karantinlə bağlı rayona evinə göndərmişdir. xx xxx 2020-ci il tarixdə o, həmin anbara baş çəkmək üçün getmiş və anbarın həyətinin darvaza qapısının asma kilidinin nasaz vəziyyətdə olduğunu, anbarın qapısının açar hissəsinin isə azacıq əyilmiş olmasını görmüşdür. O, hər iki qapının açarlarını dəyişmiş, yenisi ilə əvəz etmiş, amma o, heç bir oğurluq hadisəsinin olmasından şübhələnməmişdir. Bundan sonra, xx xxx 2020-ci il tarixdə saat 10 radələrində anbardar Şahid1 ona zəng etmiş, anbara baş çəkməyə getdiyini və anbarın darvaza qapısının qıfılın qırıq olduğunu və anbarın qapısının örtülü olduğunu, kilidinin isə qırıq vəziyyətdə olmasını, anbardan müəyyən qədər unitazların, düş aksesuarlannm oğurlandığını bildirmişdir. O, tez bir zamanda anbara gəlmiş və naməlum şəxslərin anbara girib oğurluq etdiklərini aşkarlamışdır. Bundan sonra o, yoxlama aparmış və hər birinin dəyəri 30 manat olmaqla cəmi dəyəri 8.400 manat təşkil edən 280 ədəd hamam-tualet duş dirəklərinin, hər birinin dəyəri 200 manat olan ümumi dəyəri 5000 manat təşkil edən 25 ədəd 022 markalı unitazın, hər birinin dəyəri 190 manat olan, ümumi dəyəri 1710 manat təşkil edən 9 ədəd 003 markalı unitazın, hər birinin dəyəri 140 manat olan, ümumi dəyəri 560 manat təşkil edən 4 ədəd 2066 markalı unitazın, hər birinin dəyəri 25 manat olan cəmi dəyəri 625 manat təşkil edən 25 ədəd unitaz qapağının oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 16.295 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra o, polis orqanlarına ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənilmiş və təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2020ci il tarixdə saat 24 radələrində uzun müddətdir tanıdığı və normal münasibətdə olduğu, Binəqədi qəsəbəsində qonşu məhəllədə yaşayan Təqsirləndirilən şəxs2 ona zəng edərək Binəqədi qəsəbəsində, Zəngəzur şadlıq evinin yaxınlığında yerləşən santexnik malları saxlanılan anbarda satıcı işlədiyini, karantinlə bağlı satış olmadığından mağaza sahibləri malları gətirib anbarın qarşısına yığdıqlarını, anbarın müdirinin rayonda olduğundan və anbarın açarı onda olduğundan ona zəng etdiyini, tez evdən çıxıb malları aparmaq üçün anbara gəlməsini, malları götürüb müvəqqəti olaraq evinə aparıb saxlamasını, yoxsa yağış altında qalıb xarab olacağını, ya da, kimsə oğurlayıb aparacağını demişdir. O, Tariyelin xahişini qəbul etmiş və sonuncuya yük maşını tapıb ora gələcəyini demişdir. O, evdən çıxıb qəsəbənin mərkəzinə doğru getmiş, lakin yük maşını tapa bilməmiş və qərara gəlmişdir ki, dostu taksi sürücüsü Vüqara zəng edib ondan xahiş etsin ki, malları daşımaqda ona köməklik etsin. Bundan sonra o, Vüqarla danışaraq Tariyelin dediklərini ona danışmışdır. Təxminən 5 dəqiqəyə Vüqar idarə etdiyi “Opel Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə gəlib onu götürmüş və onlar Tariyelin dediyi yerə yola düşmüşlər. Təxminən saat 01 radələrində Vüqarla birlikdə anbarın yanına gəlmişdir. Həmin zaman o, Tariyelin yanında tanıdığı, lakin heç bir münasibətinin olmadığı Murad adlı şəxsin olmasını və sonuncuların yanında qutularda santexnik mallarının olmasını görmüşdür. Bundan sonra Murad və Tariyel qutuları avtomobilin salonuna, baqajına və yük yerinə yığmışlar. Avtomobildə yer olmadığı üçün o, Vüqarla birlikdə Taryelin yaşadığı ünvana getmişdir. Təxminən yarım saat sonra Tariyel onların yanına gəlmişdir. Bundan sonra Tariyel avtomobildə olan malları boşaldaraq yaşadığı evə yığmış və o, bu işdə sonuncuya köməklik etmişdir. xx xxx 2020-ci il tarixdə polis əməkdaşları onu və Vüqarı polis bölməsinə çağırmış, orada onlarla aparılan sorğu-sual zamanı ona Tariyelin yalan danışdığı əslində sonuncunun həmin anbardan oğurluq etməsi məlum olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Yüzbəyov Vüqar Rövşən oğlu ifadəsində göstərmişdir ki, ki, o, uzun müddətdir ki, idarə etdiyi “Opel Astra” markalı, **-DN-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx xxx 2020-ci ildə təxminən 24 radələrində ona məhəllə yoldaşı və dostu Şahid3 mobil telefonu ilə zəng etmiş və bir yer gedib qayıtmağı xahiş etmişdir. O, Faiqin təklifini qəbul etmiş və avtomobil ilə gedib sonuncunu götürmüşdür. Yolda olan zaman Faiq ona, dostu Tariyelin Binəqədi qəsəbəsində, Zəngəzur şadlıq evinin yaxınlığında yerləşən santexnik malları saxlanılan anbarda satıcı işlədiyini, karantin rejimi ilə bağlı satış olmadığından mağaza sahiblərinin malları gətirib anbarın qarşısına qaytarıb boşaltdığlarını, anbarın müdürinin rayonda olduğundan və anbarın açarı onda olduğundan malları anbara yığa bilmədiyini, bir taksi tutmağı, anbarın qarşısında malları götürüb onun Mədən küçəsində yerləşən evinə aparmağını xahiş etməsini demişdir. O da, heç nədən şübhələnməmiş və təklifi qəbul etmişdir. Bundan sonra, təxminən saat 01 radələrində anbarın yaxınlığına gəldikdən sonra, küçədə qutuların yığıldığını və onların yanında üzdən tanıdığı, lakin heç bir münasibəti olmadığı Tariyeli və əvvəllər tanımadığı və sonradan adının Murad olduğunu bildiyi şəxsin olmasını görmüşdür. Bundan sonra Muradla Tariyel həmin qutuları avtomobilin baqajına, salonuna və yük yerinə yığıb doldurmuşlar. Bunda sonra avtomobildə yer olmadığı üçün Tariyel və Murad avtomobilə minə bilməmiş, o, isə Faiqlə birlikdə avtomobillə Tariyelin yaşadığı evə getmişdir. Təxminən yarım saat sonra Tariyel onların yanına gəlmiş və sonuncu Faiqlə birlikdə avtomobildə olan malları boşaldıb Tariyelin evinə yığmışdır. Bundan sonra o və Faiq çıxıb getmişdir. xx xxx 2020-ci il tarixdə polis əməkdaşları onu və Faiqi polis bölməsinə çağırmış, orada onlarla aparılan sorğusual zamanı ona Tariyelin yalan danışdığı əslində sonuncunun həmin anbardan oğurluq etməsi məlum olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Zəngəzur küçəsində Zəngəzur şadlıq evinin arxasında santexnik malları saxlanılan anbarı işləmişdir. 2020-ci ilin may ayının 21-də oğlu ilə telefon əlaqəsi saxladıqda sonuncu ona anbara baş çəkən zaman həmin anbara naməlum şəxslərin girərək xeyli miqdarda unitaz, duş aksesuarları, unitaz qapaqlarının oğurlandığını demişdir. Zərərçəkmiş şəxs anbarda apardığı yoxlama nəticəsində 16295 manat məbləğində əmlakın oğurlanması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən etibarən Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Zəngəzur küçəsində yerləşən “Zəngəzur” şadlıq evinin yerləşən santexnik avadanlığı saxlanıldığı anbarda satıcı kimi fəaliyyət göstərmişdir. xx xxxx 2020-ci il tarixdə karantin rejimi ilə əlaqədar Tovuz rayonuna getmiş və xx xxx 2020-ci il tarixdə anbara gələrkən anbarın bayır qapısının qıfılının qırıldığını, qapının örtülü olduğunu görmüş və anbarın içinə daxil olarkən anbarın qapısının kilidində qırıldığını, anbardan oğurluq edildiyini aşkar etmişdir. Dərhal o, Zərərçəkmiş şəxs bu barədə məlumat vermişdir. Daha sonra anbarda malları sayıb yoxladıqdan sonra məlum olmuşdur ki, ümumilikdə 16295 manat məbləğində unitaz, duş aksesuarları, unitaz qapaqları oğurlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən santexnik avadanlıqlar anbarına bir qrup şəxsin qanunsuz daxil olması və oradan xeyli miqdarda santexnik avadanlıqlarının oğurlanması ilə bağlı toplanmış material üzrə fakta görə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən Zərərçəkmiş şəxs məxsus olan santexnik malları saxlanılan anbarda baş vermişdir. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Zəngəzur küçəsində yerləşən santexnik avadanlıqları saxlanılan anbardan unitaz, duş stoyakları və unitaz qapaqları, ümumilikdə 16.295 manat məbləğində əmlak oğurlandığı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində yerləşən santexnik avadanlıqları saxlanılan anbardan Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyi oğurluq hadisəsinin baş vermə mexanizmini əyani şəkildə göstərmiş və evində saxladığı santexnik avadanlıqlarını, yəni 35 ədəd duş avadanlıqlarının hissələrini, 5 ədəd unitaz qapağını və duş aksesuar avadanlıqlarını könüllü olaraq istintaqa təqdim etmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində yerləşən santexnik avadanlıqları saxlanılan anbardan Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyi oğurluq hadisəsinin baş vermə mexanizmini əyani şəkildə göstərmiş və evində saxladığı santexnik avadanlıqlarını, yəni 1 ədəd unitazı, 58 ədəd duş komplektini, 5 ədəd unitaz qapağını könüllü olaraq istintaqa təqdim etmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təhvil verilmiş hamamtualet aksesuarları Zərərçəkmiş şəxs tanınma üçün təqdim edilmiş və sonuncu həmin əşyaları tanımış, qeyd olunan əşyaların onun anbarından oğurlandığını bildirmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələri bir daha təsdiqləmiş və santexnik malları saxlanılan anbara Təqsirləndirilən şəxs1 ilə birlikdə dörd dəfə girdiyini, həmin anbardan santexnik avadanlıqları oğurladığını sonuncunun üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN X1 arayışından görünür ki, təqdim edilmiş bir ədəd asma qıfıl, gövdəsində hər iki üzündə zavod nişanı və ® olan qırmız rəngli plastik üzlükdən və asmaq üçün oval formalı asılqandan ibarətdir. Müayinə nəticəsində qırmızı rəngli plastik üzlüyün yuxarı üst hissəsində (asılqanın gövdəyə daxil olan hissəsində) sıxılma, əzilmə və cızılma izləri aşkar edildi. Təqdim edilmiş asma qıfılın öz açarı ilə və yaxud kənar predmetlə mexaniki təsir nəticəsində dartılaraq (asılqanı gövdədən dartaraq) açılması istisna edilmir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli, 153 nömrəli xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş əşyaların 2020-ci ilin aprel ayının 28-dən, may ayının 21-i tarixinə kimi olan dövrdə orta bazar satış qiymətləri müəyyən edilmiş, markalanma göstəricisinə “X4 KD-002 X8 veight 43 Net Veight 40 kq” Türkiyədə istehsal edilmiş, KD-002 modelli bir ədəd unitaz 200,00 manat, 1 ədəd Türkiyədə istehsal edilmiş oturacaq hissəyə bərkidilən unitaz qapağı 25,00 manat, 10 ədədinin dəyəri 250,00 manat, 1 ədəd Türkiyədə istehsal edilmiş hamam- tualet üçün duş aksesuar dəsti 30,00 manat, 58 ədədinin dəyəri 1740,00 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd unitaz, 15 (on beş) ədəd unitaz qapağı, 58 (əlli səkkiz) ədəd hamam-tualet üçün duş aksesuar dəsti və 35 ədəd duş avadanlıqlarının hissələri iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş, eləcə də iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd asma qıfıl Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. AZE 12732429 və AZE 12732428 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X2 adlı və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyan təqsriləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəslərlə barışmış və onalara qarşı heç bir şikayəti, tələbi yoxdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməlləri törətməsi onların etiraf edici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİnin İŞ-nin müstəntiqi Mehman Ələsgərov tərəfindən verilmiş vəsatət Binəqədi rayon prokurorluğu tərəfindən təmin edilməmiş və Təqsirləndirilən şəxs1 saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, o, məhkəmənin hazırlıq iclasından həbsə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək 1 (bir) ay 17 (on yeddi) gün həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi üzrə xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək və xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 1 (bir) ay 19 (on doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Habelə Təqsirləndirilən şəxs1 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİnin İŞ-nin müstəntiqi Mehman Ələsgərov tərəfindən verilmiş vəsatət Binəqədi rayon prokurorluğu tərəfindən təmin edilməmiş və Təqsirləndirilən şəxs1 saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, o, məhkəmənin hazırlıq iclasından həbsə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək 1 (bir) ay 17 (on yeddi) gün həbsdə olmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək və xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 1 (bir) ay 19 (on doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Habelə Təqsirləndirilən şəxs2 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd unitaz, 15 (on beş) ədəd unitaz qapağı, 58 (əlli səkkiz) ədəd hamam-tualet üçün duş aksesuar dəsti və 35 (otuz beş) ədəd duş avadanlıqlarının hissələri saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd asma qıfıl sahibi Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. Həmçinin məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaq və məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmiş, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaq və məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmiş və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə iclasları zamanı göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə iclasları zamanı göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək və xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 1 (bir) ay 19 (on doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək və xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 1 (bir) ay 19 (on doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd unitaz, 15 (on beş) ədəd unitaz qapağı, 58 (əlli səkkiz) ədəd hamam-tualet üçün duş aksesuar dəsti və 35 (otuz beş) ədəd duş avadanlıqlarının hissələri saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd asma qıfıl sahibi Zərərçəkmiş şəxs geri qaytarılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxx” ASC X5 KOD 201025, VÖEN **********, SWİFT Kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** saylı hesabına keçirilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə iclasları zamanı göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə iclasları zamanı göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar