Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-331/2025 22.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 19 oktyabr 2024-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolunda yerləşən “Lake” otelin 3 saylı kottecinin qapısının açıq olmasından və yataq otağında müştəri Zərərçəkmiş şəxs5 yatmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq otaqda olan Zərərçəkmiş şəxs5 məxsus şalvarın cibindən 500 manat pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 500 (beş yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 26 oktyabr 2024-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi yolunda yerləşən “Lake” otelin 4 saylı kottecinin qapısının açıq olmasından və yataq otağında müştəri Zərərçəkmiş şəxs2 yatmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq otaqda olan Zərərçəkmiş şəxs2 məxsus şalvarın cibindən 300 manat pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 30 oktyabr 2024-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi yolunda yerləşən “Lake” otelin 5 saylı kottecinin qapısının açıq olmasından və yataq otağında müştəri Zərərçəkmiş şəxs1 yatmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq otaqda olan dolabın üzərindən Zərərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 863 manat pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 863 (səkkiz yüz altmış üç) manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 27 noyabr 2024-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi yolunda yerləşən “Lake” otelin 1 saylı kottecinin qapısının açıq olmasından və yataq otağında müştəri Zərərçəkmiş şəxs3 yatmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq otaqda olan Zərərçəkmiş şəxs3 məxsus şalvarın cibindən 2400 manat pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 2400 (iki min dörd yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 27 noyabr 2024-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi yolunda yerləşən “Lake” otelin 2 saylı kottecinin qapısının açıq olmasından və yataq otağında müştəri Zərərçəkmiş şəxs4 yatmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq otaqda masanın üzərindən Zərərçəkmiş şəxs4 məxsus 120 manat dəyərində «BVLGARİ» markalı kişi ətrini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 19 oktyabr 2024-cü il tarixdə Mingəçevirdə bacısının toyunda olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəl “Lake” oteldə ofisiant işləmiş, bacısının toyu ilə bağlı işdən icazə almışdır. O, həmin oteldə işə 2023-cü ildə başlamışdır. O, bir həftə gündüz, bir həftə gecə növbəsinə işləmiş, 1 gün istirahət günü olmuşdur. O, 18 oktyabr 2024-cü ildə ayın 22-nə kimi işdən icazə almışdır. O, 19 oktyabr 2024-cü il tarixdə həmin oteldə olmamışdır. O, icazəni şifahi formada almışdır. O, 18 oktyabr 2024-cü ildə səhər vaxtı rayona getmiş, 22 oktyabr 2024-cü il tarixdə işdə olmuşdur. Müstəntiq ona vurulmuş zərəri ödədiyi halda onu buraxacağı demiş, o, da zərərin bir hissəsini ödəmişdir. Zərəri onun atası ödəmişdir. O, 2023-cü ilin oktyabr ayının sonlarından 2024-cü il oktyabr ayının 26 və ya 27-nə kimi “Lake” oteldə işləmişdir. O, 18 oktyabr 2024-cü il tarixdə rayona gedərkən telefonu üzərində olmuşdur. O, 26 oktyabr 2024-cü il tarixdə də heç bir oğurluq etməmişdir. O, tutulan gün təzyiqlərə məruz qalaraq törətmədiyi əməlləri üzərinə götürməsini bildirmişlər. Ona sənədləri oxumağa imkan vermədən imza etdirmişlər. Müstəntiq onu buraxacağını demiş, lakin təcridxanaya göndərilmişdir. O, 26 oktyabr 2024cü il tarixdə saat 09-dan 21-ə kimi “Lake” oteldə işdə olmuşdur. O, oteldə işləyən xadimə ilə münasibət qurmaq istədiyinə görə müdir onu işdən çıxarmışdır. O, 28 oktyabr 2024-cü il tarixə kəndə getmiş, bir ay orada qalıb, yenidən Bakı şəhərinə qayıtmışdır. O, kənddə qaldığı müddətdə Bakı şəhərinə gəlib getməmişdir. O, 30 oktyabr 2024-cü il tarixdə Tərtər rayonun Cəmilli kəndində olmuşdur. O, Bakı şəhərinə 31 noyabr 2024-cü il tarixdə qayıtmışdır. Evdə onunla birlikdə atası, anası və qardaşı olmuşdur. O, zərər çəkmiş şəxslərdən heç kimi tanımır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadədə qeyd olunanlarla razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022ci ildə internet vasitəsi ilə Binəqədi rayonu, Xırdalan- Binəqədi yolunda yerləşən “LAKE” oteldə ofisiant vəzifəsində işə düzəlmişdir. İşlədiyi müddət ərizində orada heç bir şəxslə arasında problem olmamışdır. Sonradan iş yerində yaranan mübahisə səbəbindən təxminən 2024-cü ilin oktyabr ayının əvvəllərində onu işdən çıxartmışlar. O, işdən çıxandan sonra pula ehtiyacı olduğu üçün “LAKE” otelə gələn müştərilərin otaqlarına girib oradan oğurluq etmək qərarına gəlmişdir. 19 oktyabr 2024-cü ildə saat 03 radələrində “LAKE” oteldən oğurluq etmək məqsədi ilə otelin yerləşdiyi ünvana gəlmişdir. Yenə də əlverişli olsun deyə otelin arxa tərəfinə kotteclər olan tərəfə gəlmişdir. Hasar olmadığı üçün o, bir qədər dayanıb ətrafı müşahidə etmişdir. Kotteclərin işıqları sönülü olduğundan o, oğurluq etmək üçün 3 saylı kottecə yaxınlaşmışdır. Pəncərədən içəri baxmış, içəridə yataq otağında bir nəfərin yatdığını görüb qapıya yaxınlaşmışdır. Qapını yoxlayan zaman qapının açıq olduğunu görmüşdür. Sakitcə içəri daxil olmuşdur. Taxtın yanında olan dolabçanın üzərində şalvarı götürüb cibinə baxmışdır. Şalvarın cibində 500 manat olduğu üçün götürüb çölə çıxmışdır. Oradan yaşadığı evə gəlmişdir. Onu orada oğurluq edən zaman heç kəs görməmişdir. Pulları öz ehtiyacı üçün xərcləmişdir. Bundan sonra 26 oktyabr 2024-cü ildə saat 03 radələrində “LAKE” otelə gəlmişdir. Otelin arxa tərəfinə kotteclər olan tərəfə gəlmişdir. Orada hasar olmadığı üçün o, bir qədər dayanıb ətrafı müşahidə etmişdir. kotteclərin işıqları sönülü olduğundan o, oğurluq etmək üçün 4 saylı kottecə yaxınlaşmışdır. Pəncərədən içəri baxmışdır. İçəridə yataq otağında bir nəfərin yatdığını görüb qapıya yaxınlaşmışdır. Qapını yoxlayan zaman qapının açıq olduğunu görmüşdür. Sakitcə içəri daxil olmuşdur. Taxtın yanında olan dolabçanın üzərində şalvarı götürüb cibinə baxmışdır. Şalvarın cibində 300 manat olduğu üçün götürüb çölə çıxmışdır. Oradan yaşadığı evə gəlmişdir. Onu orada oğurluq edən zaman heç kəs görməmişdir. Pulları öz ehtiyacı üçün xərcləmişdir. Bundan sonra 30 oktyabr 2024-cü ildə saat 03 radələrində “LAKE” otelə gəlmişdir. Yenə də əlverişli olsun deyə otelin arxa tərəfinə kotteclər olan tərəfə gəlmişdir. Hasar olmadığı üçün o, bir qədər dayanıb ətrafı müşahidə etmişdir. Kotejlərin işıqları sönülü olduğundan o, oğurluq etmək üçün 5 saylı kottecə yaxınlaşmışdır. Pəncərədən içəri baxmışdır. İçəridə yataq otağında bir nəfərin yatdığını görüb qapıya yaxınlaşmışdır. Qapını yoxlayan zaman qapının açıq olduğunu görmüşdür. Sakitcə içəri daxil olmuşdur. Taxtın yanında olan dolabçanın üzərində şalvarı götürüb cibinə baxmışdır. Şalvarın cibində 800 manat olduğu üçün götürüb çölə çıxmışdır. Oradan yaşadığı evə gəlmişdir. Onu orada oğurluq edən zaman heç kəs görməmişdir. Pulları öz ehtiyacı üçün xərcləmişdir. Bundan sonra təxminən 27 noyabr 2024-cü ildə saat təxminən 03 radələrində otelə gəlmişdir. Orada otelin hamamına düşüb, hamamda istirahət edənlərin ciblərindən pul oğurlamağı planlaşdırmışdır. Hamamda buxar otağından “parnoy”dan keçib yataq otağına girmişdir. İçəridə yataq otağında bir nəfərin yatdığını görmüşdür. Sakitcə yataq otağında olan güzgülü dolabın üzərində cins şalvarı götürüb cibinə baxmışdır. Şalvarın cibində 15 ədəd yüz manatlıq 1500 manatı götürüb çölə çıxmışdır. Sonra oradan otelin digər tərəfində olan 2 saylı kottecə yaxınlaşmışdır. Pəncərədən içəri baxmışdır. İçəridə yataq otağında bir nəfərin yatdığını görüb qapıya yaxınlaşmışdır. Qapını yoxlayan zaman qapının açıq olduğunu görmüşdür. Sakitcə içəri daxil olmuşdur. İstirahət otağında masanın üzərində ətir qutusu görmüşdür. Qutudan ətiri çıxarıb götürmüşdür. O həmin günün istirahətə gələn müştərinin pulunu oğurladığından 2 saylı kottecdən ətiri götürüb çölə çıxmışdır. O, çölə çıxıb ətrafa baxıb getmək istəyərkən kottecdə olan müştəri pəncərəni açıb ondan çöldə nə etdiyini soruşmuşdur. O, da taksi sifariş verdiyini bildirmişdir. Həmin müştəri pəncərəni bağlayanda o, oradan çıxıb getmişdir. Oradan yaşadığı evə gəlmişdir. Yolda ətiri salıb sındırmışdır. Oğurladığı pulları öz ehtiyacı üçün xərcləmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 6-7 ay bundan qabaq oktyabr ayında oğurluq olmuş, ona dəymiş ziyan ödənilmiş və şikayətçi olmadığını bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 26 oktyabr 2024-cü il tarixdə onun 300 manat pulu oğurlanmışdır. O, oğurluq barədə əvvəlcə otel sahibinə məlumat vermişdir. O, oteldən çıxdıqdan sonra öz işləri məşğul olmuş, Bakı şəhərində olmuşdur. Ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 29 oktyabr toydan çıxıb otelə getmiş, saat 3-ə qədər oyaq qalmış, saat 3-dən sonra yatmışlar. Saat 3-8 arasında cibindən 863 manat pul götürülmüşdür. O, əvvəl polisə şikayət etməmiş, sonradan başqa şəxslərin pullarının oğurlandığını bilmişdir. Bundan sonra hadisə barədə ərizə yazmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, tez-tez oteldə qalıb, istirahət etmişdir. Əvvəllər ona qarşı belə hadisə baş verməmişdir. O, təqsirləndirilən şəxsi oteldə işləyən ofisiant kimi tanımış, aralarında hər hansı mübahisə olmamışdır. O, təqsirləndirilən şəxsin otağa girməsini görməmişdir. Hadisə günü oteldə pullarını sayarkən başqa bir ofisiant görmüşdür. Təqsirləndirilən şəxs həmin gün ofisiant kimi onlara qulluq etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmişdir. O, 29 oktyabr 2024cü il tarixdə toydan çıxmış, hadisə 30 oktyabr 2024-cü il tarixdə saat 04-05 radələrində törədilmişdir. O, 30 oktyabr 2024-cü il saat 15 radələrinə kimi oteldə olmuşdur. O, otelə gələn vaxt təqsirləndirilən şəxs oteldə olmamış, həmin vaxt orada işləməmişdir. Onların otelə gəlməyi barədə təqsirləndirilən şəxsə kimsə məlumat vermişdir. Oğurlanmış pulların arasında müxtəlif əskinazlar olmuşdur. Onlar hadisə vaxtı iki otaqlı kottecdə 4 nəfər birlikdə qalmışdır. Hadisə vaxtı ancaq onun pulu oğurlanmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra oteldə oğurluq olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qonaqları ilə birlikdə otelə getmiş, səhər oyandıqda pulunun oğurlandığını bilmişdir. Hadisə saat 3-dən sonra olmuş, səhər saat 8-də hesabı ödəmək istədikdə pulun olmadığını görmüşdür. Həmin obyektin sahibi dostu olduğuna görə, utanıb bu barədə bildirməmişdir. Orada işləyən işçilərə pulunun düşdüyünü demiş, onlar da görmədiklərini bildirmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisənin baş verdiyi oteldə əvvəllər də çox olmuşdur. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Oğurlanmış pul zalda olan şalvarının cibində olmuşdur. Puldan başqa heç nə oğurlanmamışdır. O, otelə 27 noyabr 2024-cü il tarixdə dostları ilə birlikdə getmişdir. Həmin vaxt yanında Vüsal adlı köməkçisi olmuş, sonuncunun da 20-25 manat pulu götürülmüşdür. Ona vurulmuş zərər ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçi deyil, sonuncunun atası zərəri may ayında ödəyəcəyini demiş, lakin ödəməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, qonağı ilə birlikdə hadisənin baş verdiyi otelə getmiş, hərəsi bir otaqda qalmış, zalda bahalı ətirləri olmuşdur. O, həmin ətiri başqa bir şəxsə göndərmək üçün özü ilə götürmüşdür. Gecə saat 03-04 radələrində qapı açılıb bağlanmışdır.O, İlqar adlı dostunu çağırmış, sonuncu cavab verməmişdir. O, İlqarın otağına keçib sonuncunu oyatmış, İlqar da otaqdan çıxmadığını demişdir. O, pəncərəni açdıqda bir nəfərin əyilmiş vəziyyətdə durduğunu görmüş, həmin şəxs taksi gözlədiyini demişdir. O, həmin şəxsin üzünü tam görə bilməmişdir. O, paltarlarını geyinib çölə çıxdıqda həmin şəxs sol tərəfə qaçmışdır. Onun pulu yataq otağında olmuş, pulu götürülməmiş, ətir zalda olduğu üçün ətir götürülmüşdür. Ətir bağlı olmuş, qutusu qalmış, ətir isə götürülmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi tanımamışdır. Hadisə gecə saat 2-3 radələrində baş vermişdir. O, çöldə bir nəfər şəxs görmüş, qaranlıq olduğu üçün üzünü yaxşı görə bilməmişdir. Ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. O, otelə 26 noyabr 2024-cü il tarixdə saat 19:30 radələrində getmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisənin baş verdiyi oteldə həm ofisiant, həm də mühafizəçi işləmişdir. O, ancaq “Lake” otelin 5 saylı kottecində baş vermiş oğurluq haqqında bilmişdir. Hadisə günü 5 saylı kottecə gələn qonaqlar üçün qapını o, açmışdır. Həmin kottecə 5 nəfər şəxs gəlmişdir. Həmin şəxslər ondan siqaret istəmişlər. O, kassaya qayıtdıqda həmi kottecin ofisiantı Namiqi görmüş, sonuncuya 5 saylı kottecdə müştəri olmasını, qulluq eləməsini demişdir. Bundan sonra o, heç bir kottecə getməmiş, həyətdə olan qonaqlar xidmət göstərmişdir. Səhər o, evə getmiş, saat 11-ə işləmiş, onu və gecə növbəsində olan digər ofisiantları işə çağırmışlar. Oteldə 5 saylı kottecdə olan müştərilərlə üzləşmiş, həmçinin müdirinə həmin kottecdə olan qonaqları qarşılayıb yerləşdirdiyini demişdir. Namiq də həmin müştərilərə qulluq göstərməsini danışmışdır. Bundan sonra onları 43-cü polis bölməsinə aparmışlar. İzahatları alındıqdan sonra otelə qaytarmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər oteldə oğurluq olmasını eşitməmişdir. O, oteldə işləmiş təqsirləndirilən şəxsi hadisə günü oteldə görməmiş, həmin günü telefonla danışmamış və yazışmamışdır. O, İmranın toya getməsi barədə heç nə eşitməmişdir. Hadisə günü İmran artıq həmin oteldə işləməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, oteldə gecə növbəsində işləyərkən, saat 5-ə işləmiş, 4 saylı kottecdən qayıtdıqda İmranı görmüşdür. O, İmrandan həmin vaxt oteldə nə etdiyini soruşmuş, sonuncu işə qayıtmaq istədiyini demiş, çıxıb getmişdir. O, da İmranın işə qayıtmaq istədiyini müdiriyyətə demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, O, İmranı oteldə 3 saylı kottecin qabağında görmüş, həmin vaxt sonuncunun əynində sarı gödəkcə, idman şalvarı olmuşdur. Həmin ərazidə müşahidə kamerası olmamışdır. O, İmranı görərkən sonuncunun əlində heçnə görməmişdir. Məhkəmə iclasına çağırılmış zərər çəkmiş şəxs X2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2024cü il tarixdə saat 20:15-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolunda yerləşən “Lake” otelin kotteclərində törətdiyi oğurluq hadisəslərinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-947/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(103)-1361/2024 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-947/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı X3 istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-197/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 29 mart 2025-ci il tarixədək uzadılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-947/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-197/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 29 mart 2025-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 455 (dörd yüz əlli beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslər cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 455 (dörd yüz əlli beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərər çəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-331/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-331/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver