Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-332/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2 və 66.3-cü maddələri ilə 14 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən əməli Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 315-ci maddəsilə tövsif edilmiş və qəti olaraq cəzası dəyişdirilmədən qüvvəsində saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X8» ilə qadağan olunmuş əşya sayılan - ümumi uzunluğu 17,5 sm bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən turist bicağını özündə saxlamış, gəzdirmiş və xx.xx.2025-ci il tarixdə, saat 09:10 radələrində cəza çəkdiyi müəssisəsinin əməkdaşları tərəfindən əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən səhər yoxlaması zamanı nəzarət-buraxılış məntəqəsində onun üzərində axtarış-baxış tədbirləri aparılarkən əynində olan şalvarının bel hissəsinə keçirərək gizlətdiyi qeyd olunan turist bıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 317-2.1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2 və 66.3-cü maddələrilə təqsirli bilinərək 14 il 06 ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən əməli Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsindən Azərbaycan Respublikası CM-in 315-ci maddəsilə tövsif edilmiş və qəti olaraq cəzası dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hal hazırda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Həmin müəssisədə cəza çəkərkən hadisədən bir müddət öncə saxlanıldığı korpusun önündən 1 ədəd bıçaq taparaq özündə saxlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 09:10 radələrində cəza çəkdiyi müəssisəsinin əməkdaşları tərəfindən əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən səhər yoxlaması zamanı nəzarətburaxılış məntəqəsində onun üzərində axtarış-baxış tədbirləri aparılarkən əynində olan şalvarının bel hissəsində gizlətdiyi qeyd olunan bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, üzərindən aşkar olunan bıçağı cəzaçəkmə müəssisəsinin ərazisindən tapmışdır və müəssisə əməkdaşlarına təhvil vermək üçün götürüb üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı X5-nəzarət şöbəsinin rəsi Şahid3 ifadəsində Təqsirləndirilən şəxs işlədiyi müəssisədə cəza çəkən məhkum kimi tanıdığını, onunla heç bir tanışlığı, ədavəti və ya qərəzli münasibətinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə, saat 09:10 radələrində qabaqcadan əldə olunmuş əməliyyat məlumatına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2 və 66.3-cü maddələrilə təqsirli bilinərək 14 il 06 ay müddətinə azadlıqdan məhrum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən həmin hökmü ilə müəyyən edilmiş əməli Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsindən Azərbaycan Respublikası CM-in 315-ci maddəsilə tövsif edilmiş və qəti cəza dəyişdirilmədən qüvvəsində saxlanılmışdır və hazırda Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr. ünvanında yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X9» ilə qadağan olunmuş əşya sayılan - ümumi uzunluğu 17,5 sm olan zavod üsulu ilə hazırlanmış bir ədəd zavod üsulu İlə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, turist bicağını özündə saxlamış, gəzdirmiş və yuxarıda qeyd edilən tarixdə və vaxtda səhər yoxlaması zamanı nəzarət-buraxılış məntəqəsində üzərinə baxış tədbirləri aparılarkən, əynində olan şalvarın bel hissəsinə keçirilmiş vəziyyətdə bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bıçağı tapdıqdan sonra cəzaçəkmə müəssisəsinin əməkdaşlarına təhvil verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Lakin onun üzərindən bıçaq cəzaçəkmə müəssisəsində həyata keçirilən səhər yoxlaması zamanı aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı X3 Şöbəsinin rəisi Şahid1, həmin şöbənin baş inspektoru Şahid2 və həmin şöbənin böyük nəzarətçisi Şahid4 məhkəmə baxışı zamanı dindirilmiş digər şahid 11 saylı X5-nəzarət şöbəsinin rəsi Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış şahid Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı X2 şöbəsinin böyük inspektoru Şahid5 ifadəsində bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 09:10 radələrində müəssisənin əməkdaşları tərəfindən müəssənin nəzarət-buraxılış məntəqəsinə məhkum Təqsirləndirilən şəxs üzərində axtarış-baxış tədbiri keçirilərkən hal şahidi qismində iştirak etmək üçün dəvət olunduğunu, axtarış-baxış zamanı məhkum Təqsirləndirilən şəxs əynindəki olan şalvarın bel hissəsinə keçirilmiş vəziyyətdə olan zavod üsulu ilə hazırlanmış 1 ədəd «Cəzaçəkmə müəssisələrinin X8» ilə qadağan olunmuş əşya sayılan bıçaq aşkar edilərək götürüldüyünü bildirmiş, bundan sonra müəssisənin əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edilmiş, həmin bıçaq qablaşdırılaraq zərfə qoyulub möhürlənərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs üzərindən qadağan olunmuş əşyanın aşkar edilməsi faktına görə CM-in 317-2.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan vı aktdan görünür ki, məhkum Təqsirləndirilən şəxs nəzarət-buraxılış məntəqəsinə dəvət edilərək qəflətən onun üzərində axtarış aparılan zaman əynindəki şalvarın bel hissəsinə keçirilmiş ümumi uzunluğu 17,5 sm (tiyısi 7,5, tutacağı 10 sm) olan zavod üsuli ilə hazırlanmış 1 ədəd bıçaq aşakr olunaraq götürülmüşdür. xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs dövlətçilik əleyhinə fəaliyyətdə israrlı olmasına mənsub olduğu “şiə” dini təriqətini radikal yönümlü təbliğ etməyə, digər dini təriqətlərin əqidəsinə mənfi münasibət bəsləməklə dini zəmində münasibətləri qızışdırmaq niyyətində olması ilə yanaşı, imtiyazlı şərait əldə etmək məqsədi ilə, yuxarı orqanlara şikayət edəcəyi ilə əməkdaşlara hədə-qorxu gələrək şantaj etməyə, məhkumlar arasında əməkdaşlar barədə şər və böhtan xarakterli yersiz söhbətlər apararaq mənfi fikir formalaşdırmağa, hiyləgərcəsinə hərəkətlər etməyə, yalan danışmağa, lüzumsuz müraciətlər etməyə, ailə üzvləri və yaxınlarına o cümlədən məhkumlara yalan məlumat verərək onları həqiqətə uyğun olmayan müraciətlər etmələrinə təhrik etməyə, itaətsizlik etməyə, müəssisənin normal iş fəaliyyətini pozmağa yönələn həərkətlər etməyə, bu hərəkətləri ilə müəssisənin fəaliyyətinə təsir etməyə, məhkumlar arasında çaşqınlıq yaratmağa, mənfi xarakterizə olunan məhkumlara dəstək olmağa, gözlənilməz hərəkətlər etməyə, özünə xəsarət yetirməyə, intihar etməyə digər hərəkətləri ilə məhkumların islah olunmasına, qanuna itaətə həvəsləndirilməsinə maneə törətməyə meyilli məhkum kimi qeydiyyata alınmışdır. Buraxdığı səhvləri dərk etmir, profilaktiki söhbətlərdən özünə müsbət nəticə çıxarmaq istəmir. Törətdiyi cinayətin ağırlığını dərk etmir və peşmanlıq hissi keçirmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 3/48 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuqsilah hesab edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-102/2017 nömrəli hökmü ilə CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2 və 66.3-cü maddələri ilə təqsirləndirilərək qəti olaraq 14 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2015-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(002)-823/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə müəyyən edilmiş əməli Azərbaycan Respublikası CMnin 315.1-ci maddəsindən CM-nin 315-ci maddəsinə tövsif edilmiş və ona CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş cəza dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanıma və cinayət işinə əlavə etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilmiş bir ədəd zavod üsulla hazırlanaraq konstruksiyasına görə soyuq silah hesab edilməyən bıçaq maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddəylə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 11 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2025-ci il tarixli 1591/2025 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 05 il 01 ay 11 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinin tələblərinə görə təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu üçün, həmin cinayət əməli residivlik müəyyən edilərkən nəzərə alınmamalıdır. Buna görə də, hal-hazırda Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası olsa da, onun tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə uyğun olaraq residiv yaratmır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-102/2017 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 28 aprel 2025-ci il tarixdən, yəni hazırkı cinayət işi üzrə hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zavod üsulla hazırlanaraq konstruksiyasına görə soyuq silah hesab edilməyən bıçaq məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-102/2017 nömrəli hökmü ilə təyin olunmuş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən əməli Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 315-ci maddəsilə tövsif edilmiş və qəti olaraq cəzası dəyişdirilmədən qüvvəsində saxlanılmış azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 05 (beş) il 01 (bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti cəza olaraq 05 (beş) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə-ballistik ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖEN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFTBİK CTREAAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış zavod üsulla hazırlanaraq konstruksiyasına görə soyuq silah hesab edilməyən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı - 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-332/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-332/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver