Məhkəmə qərarları › İş №1(001)-333/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-333/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-333/2020 17.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, Dövlət İttihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Kamil oğlunun, Zərərçəkmiş şəxs – X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırmaq niyyəti ilə xx xxxxx 2020-ci il tarixdə saat 21.00 radələrində Abbasova Gözəl Feyruz qızının mülkiyyətində olan, lakin sonuncunun adına olan daşınar əmlakın üzərində sərəncam vermək hüququ verən etibarnamə əsasında Şahid1 tərəfindən X1 və faktiki olaraq sonuncunun sərəncamında olmaqla onun tərəfindən yaşadığı ünvan 2 saylı ünvanın qarşısında saxlanılmış «Mersedes Benz C220» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və mühərrikin ehtiyat açarının salonda olmasından istifadə edərək açarla avtomobili işə salmış və nəqliyyat vasitəsini talama məqsədi olmadan ələ keçirib qaçıraraq, həmin gün saat 22 radələrindək Bakı şəhərində idarə etmiş, daha sonra Binəqədi rayon Hərbi Komissarlığının qarşısında olarkən orada saxlanılmış «Azərmaş MMC»-yə məxsus «Renault Tondar» markalı avtomaşının üzərində olan **-RV-*** dövlət qeydiyyat nişanlarını açaraq qaçırdığı avtomaşının tapılmasını çətinləşdirmək məqsədi ilə «Mersedes Benz C220» markalı avtomaşının üzərinə bağlayıb həmin avtomaşınla Novxanı çimərliyinə gedərək xx.xx.2020-ci il saat 02 radələrinədək çimərlikdə olduqdan sonra yaşadığı ünvana gəlmiş, bundan sonra da «Mersedes Benz C220» markalı avtomaşınını idarə etməkdə davam edərək, həmin maşını xx.xx.2010-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon, A.Kunabayev küçəsi, «Ankara» şadlıq sarayının qarşısında dayanmış vəziyyətdə olan «Volsvaqen Passat» markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşınına vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və avtomaşınların əzilməsi nəticəsində «Volsvaqen Passat» markalı maşının sahibi Şahid2 600 manat, «Mersedes Benz C220» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Tural Mikaıylova isə 575 manat məbləğində maddi ziyan vurmşudur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək izahatında göstərdi ki, hazırda o, dəymiş ziyanı tam olaraq ödəmişdir və zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 fadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında kirayədə yaşamışdır. Onun avtomobili idarə etmək hüququ olmuş və xx.xx.2018-ci ildə verilmiş xx.xx.2028-ci ilə qədər hüquqi qüvvəsi olan AE 232291 seriyalı, «BC» dərəcəli sürücülük vəsiqəsi olmuşdur. O, 2019-cu ilin dekabr ayında avtomobil almaq qərarına gəlmiş, həmin vaxtı Batamdar qəsəbəsində yerləşən maşın bazarında satdığa qoyulmuş qızılı metallik rəngində, Mercedes Benz C220 minik markalı, AZ ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənmiş, həmin avtomobil 8100 manata satışa qoyulmuşdu. O, həmin avtomobili satan şəxslə danışıb razılaşmışdır ki, bəri başdan 3500 manat ödəyəcəkdir, qalan pulu da hər ay ödəyəcəyini təklif etmişdir. Maşının sahibinə nağd ödəniş etmədiyinə görə onunla belə razılaşmışdır ki, avtomobilə görə o, 3500 manat ilkin ödəniş etdiyi təqdirdə ona 15 ay ərzində hər ay 520 manat ödəniş etməlidir, belə olan halda avtomobilin dəyəri 3500 manat, ilkin ödənişin üstünə 15 ayın 520 manatını gələndə cəmi 11300 manat təşkil edəcəyini qərarlaşmışlar. O, razılaşmış və qeyd etdiyi qaydada razılaşma baş tutandan sonra o, xx xxxxxx 2019-cu il tarixdə həmin 1995-ci il istehsallı, metallik rəngində, Mercedes Benz C220 minik markalı, AZ ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili sahibi Abbasova Gözəl Feyruz qızından almışdır. Belə ki, o, ilkin olaraq avtomobil sahibinə 3500 manat ödəniş etmiş, razılaşmaya görə qalan 4600 manat pulu o, bir il ərzində Gözəl Abbasovaya hissə-hissə ödəməli olmuşdur. O da, ona hələlik, yəni pulu tam ödənilənə qədər avtomobil üçün 3 aydan bir etibarnamə verməli olmuşdur. Avtomobilin pulu onun tərəfindən tamı ödənildikdən sonra avtomobilin onun adına keçirilməsi qərara alınmışdı. Beləliklə razılaşma baş tutandan sonra xx xxxxxx 2019-cu il tarixdə Abbasova Gözəl Feyruz qızı onun adına Mercedes Benz C220 minik markalı, AZ ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 7 E-21812 reysterli etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti xx xxxx 2020-ci ilə qədər olmuşdur. Beləliklə xx xxxx 2020-ci ilə qədər o, Mercedes Benz C220 minik markalı, AZ ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci ildə verilmiş xx.xx.2028-ci ilə qədər hüquqi qüvvəsi olan AE 232291 seriyalı, «BC» dərəcəli sürücülük vəsiqə ilə və xx.xx.2019-cu ildə verilmiş xx.xx.2020-ci ilə qədər hüquqi qüvvəsi olan 7 E-21812 reysterli etibarnamə ilə idarə etmişdir. O, hazırki vaxta qədər razılaşmaya əsasən Gözəl Abbasovaya ödənişləri etmiş, sadəcə yadından çıxdığından və mövcud koranavirus pandemiyası səbəbindən bəzi yerlərin işləməməsinə görə xx xxxx 2020-ci il hüquqi qüvvəsi bitmiş etibarnamənin müddətini uzatmamışdır. xx xxxx 2020-ci il tarixindən sonra da, yəni avtomobil qaçırılana qədər onun istifadəsində olmuşdur. xx xxxxxx 2019-cu ildə Mercedes Benz C220 minik markalı, az ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili alandan sonra, yəni qaçırılana qədər ondan başqa həmin avtomobili idarə edən olmamışdır. O, işə nadir hallarda avtomobillə getmiş, avtomobili həmin yaşadığı ünvan 4 saylı ünvanın qarşısındakı küçədə, evinə yaxın yerdə saxlamışdır. Avtomobilin səsli siqnalizasiya olmasa da, mərkəz kiliti olmuşdur. Avtomobildə avtoreqistrator, müşahidə kamerası olmamışdır. Avtomobildə o, heç vaxtı qiymətli əşyalar, pul, sənədlər saxlamamışdır. Avtomobilin iki açar nüsxəsi olmuşdur. Hər iki açar nüsxəsini ona avtomobilin sahibi Gözəl Abbasova vermişdir. Açar nüsxələrindən biri qırıq olmuş, yəni ancaq dəmiri qalmışdır, həmin dəmirlə də, avtomobilin qapılarını açmaq və avtomobilin mühərrikini işə salmaq mümkün olmuşdur. Həmin qırıq açarı o, avtomobilin həmişə salonunda surətlər qutusunun yanındakı kül qabı kimi olan ehtiyyat yerdə və ya qoltuqaltıda saxlamışdır. Qırıq olmayan açar nüsxəsi isə həmişə onun özündə olmuşdur. Son aylar avtomobilin onda olan açarının batareyasında problem olduğundan bəzən, avtomobilin qapıları yaxşı bağlanmamış, qapılar örtülsə də, kiliti açıq qalmışdır. Bunu da heç kim bilməmiş, fikirləşmişdir ki,vaxtı olanda gedib açarı ustaya göstərəcəkdir ki, batareyasını dəyişsin. Belə hallar yəni qapının kilitinin bağlanması həmişə olmasa da, hərdən olmuşdur. Kiminsə evinin qabağından maşını götürüb qaçması onun ağlına belə gəlməmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində idarə etdiyi Mercedes Benz C220 minik markalı, AZ ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsinə gəlmiş, evinin düz qarşısında avtomobili saxlamaq mümkün olmadığından avtomobili evindən təxminən 10 metr kənarda olan qonşuluqdakı Aydınbəyov küçəsi 66 saylı ünvanın qarşısında saxlamışdır. Avtomobildən düşmüş və qapıları bağlamış, açar nüsxəsi ilə qapıların kilitini bağlasa da, ola bilər ki, qapıların kiliti bağlanmamış qalmış, lakin avtomobilin qapıları örtülü, şüşələri də tam bağlı olmuşdur. Ehtiyyat qırıq açar avtomobilin salonunda qalmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində avtomobili saxlayıb evə getmiş, səhərisi günü, yəni xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrinə qədər evdə qalmış, Koronavirus pandemiyası ilə bağlı karantin vəziyyətinin elan olunması ilə əlaqədar evdən bayıra çıxmamışdır. xx xxxxx 2020-ci il tarixdə avtmobilə baxmaq üçün küçəyə çıxanda, avtomobilinin yerində olmadığını və qaçırıldığını aşkar etmişdir. Ətrafı nəzərdən keçirmiş, lakin dəqiq olaraq avtomobili qaçırıldığını müəyyənləşdirdikdən sonra X7 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə barədə o, polisə ərizə və izahat vermişdir. Həmin hadisədən bir neçə saat sonra ona polisdən zəng olunmuş, avtomobilinin tapıldığı, onun avtomobilini qaçıran şəxsin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanı taxdığını və 7-ci mikrorayon ərazisində Abay Kunanbəyov küçəsində başqa avtomobili vuraraq yolnəqliyyat hadisəsi törətdiyini və hadisə yerindən qaçdığını bildirilmişdir. Ona qaçırılmış avtomobilini polis əməkdaşları təqdim etmişlər, avtomobilinin üzərində başqa tanımadığı dövlət qeydiyyat nişanı, yəni az ** PV *** dövlət qeydiyyat nişanı olduğunu müəyyən etmişdir. Onun avtomobilinin həqiqi dövlət qeydiyyat nişanları, yəni az ** UX *** dövlət qeydiyyat nişanı avtmobilin salonunda arxa oturacağın üzərində olmuşdur. O, avtomobilinin həqiqi dövlət qeydiyyat nişanının yanında tanımadığı başqa az ** ZV *** dövlət qeydiyyat nişanları da olmuşdur. Avtomobilinin arxa dövlət qeydiyyat nişanı olmamış, oğru avtomobilin hər iki dövlət qeydiyyat nişanlarını çıxarıb yalnız avtomobilinin qabağına başqa dövlət qeydiyyat nişanını, qeyd etdiyi kimi az ** PV *** dövlət qeydiyyat nişanını vurmuşdur. Avtomobilini qaçıran şəxsin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilinin qabaq sol qanadı, qabaq buferinin solu əzilmiş, habelə qabaq sol faranın kənarında olan yana dönmə işığı qırılmışdır. Avtomobilimin zədələnməsi nəticəsində ona təxminən 625 manat maddi ziyan dəymişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən məhkəməyə yazılı şəkildə ərizə təqdim edərək, cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abbasova Gözəl Feyruz qızı onun qohumu olmuş və o, hazırda ölkə hüdudlarından kənarda yaşayır. xx xxxx 2020-ci il tarixdə onun tərəfindən 99 UX-867 dövlət qeydiyyat nişanlı “Mersedes Benz C220 markalı avtomobil ona baş etibarnamə əsasında satılmışdır. Sadəcə olaraq o, həmin avtomobili öz adına DYPİ-də keçirməmişdir. Belə ki, 2019-cu il tarixdə həmin avtomobili Mikayılov Tural Rasim oğluna satmışdır. O, ilkin olaraq ona 3500 manat ödəmiş, qalan məbləği isə hər ay ödəniş etmişdir. Razılaşmaya əsasən o, pulu tam ödədikdən sonra o, ona baş etibarnamə verəcəyini qərara almışdır. Ona görə də, o, ona hələlik avtomobili idarə etməyə görə etibarnamə vermişdir.Polis idarəsində ona məlum olmuşdur ki, tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs həmin avtomobili qaçırmış və sonra yol-nəqliyyat hadisəsi törətmişdir. O, avtomobili X2 və faktiki olaraq avtomobili Turala məxsus olmuşdur. Ona görə də, avtomobilin qaçırılması və onunla YNH-nin törədilməsinin və avtomobilin zədələnməsinin maddi ziyanın dəyməsi ilə bağlı ona heç bir aidiyyəti məsələ olmadığını, ona heç bir ziyan dəymədiyini, heç kimə qarşı iddiası və şikayəti olmadığını və bu səbəbdən X6 zərəçəkmiş şəxs qismində tanınmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Volksvagen Passat” markalı, **-HG-*** d.q.n-lı avtomaşın X3 adına olsa da, faktiki olaraq avtomobil ona məxsus olmuş, həmin avtomobili o, alqı-satqı ilə ondan xx xxxxxx 2010-cu ildə təxminən 25.000 manata almışdır. O, isə avtomobili etibarnamə ilə oğlu Azərə sürməyə vermişdir. Oğlu Azər xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində qeyd olunan avtomaşınla Binəqədi rayonu. 7-ci Mikrarayon Abay Kunanbəyov küçəsində yerləşən “Ankara” şadlıq evinin qarşısında avtomaşını saxlayaraq içərisində oturub mobil telefonla danışdığını, anidən yaşayış binaısnın ara küçələri ilə hərəkət edən metal qızılı rəngli Mercedes markalı, üzərində **-PV-*** dövlət qeydiyyat nişan nömrəsi olan avtomaşının hərəkət edərək sol qanad hissəsi ilə idarə etdiyi avtomaşının sol qanad hissəsindən vurarq Yol Nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Azər hadisə zamanı nə baş verməsini başa düşməmiş, avtomobildən yerə düşdükdə həmin vaxtı Mercedes markalı avtomaşından təxminən 28-30 yaşlı, 1.73 sm hündürlüyündə boyu olan, arıq bədən qurluşlu şəxsin sükan arxasından düşərək ona “bağışla” sözlərini deyərək, yolu keçib yaşayış binası istiqamətində qaçdığını söyləmişdir. Oğlu nə baş verməsini baş düşməmiş, lakin özünü itirməmiş, polisə bu barədə məlumat vermişdir. Bundan sonra, hadisə yerinə Binəqədi DYPŞ-nin və Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları gələrək müfaviq araşdırma aparmışlar. Tanımadığı və hadisə yerindən qaçan sürücü tərəfindən törədilmiş YNH- zamanı avtomobilin sol qanad, sol bufer və sol fara hissələri nasaz vəziyyətə düşmüşdür və ona təxminən 500-600 manat civarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid3 şahid qismində elan olunmuş ifadəsindən görünür ki, “Volksvagen Passat” markalı, **-HG-*** d.q.n-lı avtomaşın X3 adına olsa da, lakin faktiki olaraq avtomobil onun atası Şahid2 məxsus olmuşdur, həmin avtomobili atası alqı-satqı ilə Aydın Bədəlovdan xx xxxxxx 2010-cu ildə almışdır Ona isə atası avtomobili etibarnamə ilə sürməyə vermişdir və BC dərəcəli sürücülük vəsiqəsinə əsasən avtomobili idarə etmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində qeyd olunan avtomaşınla Binəqədi rayonu. 7-ci mikrarayon Abay Kunanbəyov küçəsində yerləşən “Ankara” şadlıq evinin qarşısında avtomaşını saxlayaraq içərisində oturub mobil telefonla danışdıqda, anidən yaşayış binaısnın ara küçələri ilə hərəkət edən metal qızilı rəngli Mercedes markalı, üzərində **-PV-*** dövlət qeydiyyat nişan nömrəsi olan avtomaşın hərəkət edərək, sol qanad hissəsi ilə idarə etdiyi avtomaşının sol qanad hissəsindən vurarq Yol Nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, nə baş verməsini başa düşməyib avtomobildən yerə düşdükdə həmin vaxtı Mercedes markalı avtomaşından təxminən 28-30 yaşlı, 1.73 sm hündürlüyündə boyu olan, arıq bədən qurluşlu şəxs sükan arxasından düşərək ona “bağışla” sözlərini deyərək yolu keçib yaşayış binası istiqamətində qaçmışdır. O, nə baş verməsini baş düşməmiş, lakin özünü itirməmiş və polisə bu barədə məlumat vermişdir. Bundan sonra, hadisə yerinə Binəqədi DYPŞ-nin və Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları gələrək müfaviq araşdırma aparmışlar. O, Mercedes markalı avtomaşını idarə edən şəxsi tanımamış, onu birinci dəfə idi ki, hadisə yerində görmüşdür. Onunla hec bir əlaqəsi olmamışdır. Avtomobilin sol qanad, sol bufer və sol fara hissələri nasaz vəziyyətə düşmüşdür və atasına təxminən 500-600 manat civarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Mersedes Benz markalı 10-zv-125 dövlət nömrə nişanlı avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olmuşdur. O, öz avtomobilini xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evin Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən korpus 140-da yerləşən 26 saylı evin yaxınlığında olan Binəqədi rayon hərbi komissarlığının qarşısında saxlayaraq evə getmişdir. Səhəri günü yəni xx xxxxx 2020-ci il tarixdə səhər saat 06 radələrində avtomobilinə yaxınlaşdıqda avtomobilin hər iki yəni qabaq və araxa nömrə nişanlarının yerində olmadığını, açılaraq götürüldüyünü aşkar etmiş və o, bu barədə DİN 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Həmin vaxtdan 2-3 gün sonra bir nəfər Firudin adlı şəxsin başqa bir şəxsin avtomobilini qaçırdığı, avtomobilindən oğurladığı nömrələri isə qaçırdığı avtomobilin üzərinə taxmaq üçün götürdüyü məlum olmuşdur. Məhkəmə iclasında Şahid5 şahid qismində elan olunmuş ifadəsindən görünür ki, o, “xxxx” MMC-yə məxsus “Renault Tondar” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, həmin avtomobili ilə taksi faliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobilə lizinq müqaviləsinə əsasən aylıq 400 manat kredit ödəniş etmişdir. xx xxxxx 2020-ci il tarixdə o, avtomobili təmir etdirmək məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən Binəqədi hərbi komisarlığının yaxınlığında yerləşən avtomobil təmiri sexinə qoymuş və avtomobili sexin qarşısında bayır tərəfdə saxlamışdır. Səhəri günü yəni xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında o, avtomobilə baxmaq üçün həmin sexə getmiş, avtomobilin üzərində olan hər iki dövlət nömrə nişanlarının yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal polisə məlumat vermişdir. Bundan sonra bir nəfər Firudin adlı şəxsin başqa bir şəxsin avtomobilini qaçırdığı, avtomobilindən oğurladığı nömrələri isə qaçırdığı avtomobilin üzərinə taxmaq üçün götürdüyü məlum olmuşdur Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 saylı ünvanın qarşısını göstərərək həmin yerdə saxlanılmış «Mersedes Benz C220» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və mühərrikin açarlarının üzərində olduğunu gördüyünü və bundan istifadə edərək avtomobili işə salaraq nəqliyyat vasitəsini talama məqsədi olmadan ələ keçirərək qaçırdığını və bundan sonra Binəqədi rayonu Abay Kunanbayev küçəsində YNH-törətdiyi barədə ətraflı izah vermiş və hadisə yerini tam dəqiqliyi ilə göstərmişdir. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Mersedes- Benz” markalı **-KU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qaçırılması hadisəsi ünvan 6 saylı ünvanında qeydə alınmışdır.Təqsirləndirilən şəxs tərəfindən “Mersedes- Benz” markalı **-KU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qaçırıldıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon Abay Kunanbayev küçəsində yerləşən “Ruslan” marketin qarşısında “Volsfagen-Passat markalı **-HG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş vəziyyətdə aşkar edilmişdir. Hadisə yerində Mersedes-Benz” markalı **-KU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərindən bir ədəd əl barmaq izi aşkarlanaraq götürülmüş və hadisənin necə baş verməsinə dair marketdə quraşdırılmış kamera qurğusundan video görüntülər diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan video müşahidə qurğusunun kamerasında xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində qeydə alınmış və 1 ədəd video-diskə köçürülmüş görüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs qaçırmış olduğu “Mersedes Benz C220” markalı 99 UX-867 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, orada yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış ağ rəngli “Volsvagen- Passat” markalı **-HG-*** dövlət qeydiyyat nömrəli avtomobilin qabaq sol hissəsinə idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toxunduğu və bundan sonra avtomobili saxlayaraq avtomobildən düşüb hadisə yerini tərk etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 146 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd “Mersedes Benz C220” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin müəyyən hissələrinin əzilməsi nəticəsində avtomobilin faktiki sahibinə 575 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası DİN-nin EKTİ-nin xx xxxxx 2020-ci il tarixli 011-3941-1220 saylı arayışından görünür ki, Binəqədi rayonu Aydınbəyov küçəsi ev 66-da yaşayan X5 məxsus “Mersedes-Benz C220” markalı **-UX-*** dövlət nömrə nişanlı avtomobilin qaçırılması və xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu 7-ci mikrorayonda aşkar edilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx xxxxx 2020-ci il tarixdə KTİ-nə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-nin KTİnin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədəd əl-barmaq izinin (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olan) xx.xx.1987-ci ilə Naxçıvan MR-da anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X8 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, hadisə yerinə keçirilmiş baxış protokolları, məhkəmə-daktiloskopik və məhkəmə əmtəəşünaslıq ekspertiza rəyləri, ifadənin hadisə yerində yoxlanılmasına dair protokol və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-c il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 % tutulmaqla 01 il 01 ay 03 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarına əsasən təyin olunmuş cəzadan azad edilmişdir.Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İşüzrəmaddisübutlar- «Mersedes Benz C220» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin X5 qaytarılması nəzərə alınmalı, hadisə yerində video kamera vasitəsi ilə qeydə alınmış görüntülər 1 ədəd video-disk, hadisə yerində «Mersedes Benz C220» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən aşkar edilib götürülmüş bir ədəd Təqsirləndirilən şəxs əl-barmaq izi cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar onun zərərçəkmiş şəxslə barışmasl və ziyanı tam olaraq ödəməsi hesab edilir, onun onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1 185.1, 186.1, 187.1, 187.2, 189.-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə, habelə Azərbaycan Respublikasının CPM-nin 39.1.11 və 43.1.2-ci maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, cinayət təqibi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nın 346-347, 356, 358 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- «Mersedes Benz C220» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin X5 qaytarılması nəzərə alınsın, hadisə yerində video kamera vasitəsi ilə qeydə alınmış görüntülər 1 ədəd video-disk, hadisə yerində «Mersedes Benz C220» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən aşkar edilib götürülmüş bir ədəd Təqsirləndirilən şəxs oğlunun əl-barmaq izi cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə vəkil Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat xidmət haqqı ödənilsin. Xidmət haqqının ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar