Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-334/2023 06.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 13 avqust 1971-ci ildə Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də 85 saylı marşrut üzrə avtobusun sürücüsü işləyən, Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə saat 18:03 radələrində “A, B, C, D” kateqoriyalı AC 583127 nömrəli sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında "xxxx" MMCyə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “OTOKAR” markalı “KENTLF12M CNG” modelli **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusu 85 saylı marşrut üzrə Bakı şəhəri, Binəqədi rayonu, Mirhəsən Seyidov küçəsindən Xutor qəsəbəsi ilə Azadlıq prospekti istiqamətində idarə edərkən Xutor qəsəbəsi, Eldar Babayev küçəsi, 14 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni sürücünün yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaları, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaları barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq diqqətini daimi dəyişən yol şəraitindən və avtobusun idarə olunmasından ayıraraq yolun sağ hissəsində uzanmış vəziyyətdə olan X2 təhlükəsiz yan məsafə saxlamamış və avtobusu dayandırmaq üçün tədbir görməmiş, nəticədə avtobusun sağ yan hissəsi ilə sonuncunun baş nahissənə vuraraq ehtiyyatsızlıqdan Əlikubar Kubarova baş beyinin yumşaq qışaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sol təpə-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası və ənsə nahiyyəsinin sol yarısının qançır-şişkinliyi və səhti əzilmiş yaraları, sağ yanaq və sağ çənəaltı nahiyyənin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirilmiş, bu xəsarətlərdən baş beyin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar sonuncunun ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 17 il olar ki, Bakı şəhərində muxtəlif şirkətlərdə avtobus sürücüsü işləmiş, son təxminən 10 il ərzində "xxxx" MMC-də 85 saylı marşrut üzrə avtobusda sürücü işləyir. İdarə etdiyi **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun markası “Otokar”-dır, KENTLF12M CNG modellidir, iri həcmli, 12 metr 40 sm üzunluğu olan, 25 oturacaqlı və cəmi 80 sərnişinli avtobusdur, 2021-ci il istehsalıdır. Sürücülük vəsiqəsi AC 583127 nömrəli, “ABCD” kateqoriyalıdır, vəsiqəsi qüvvədədir və sürücülük hüququndan məhrum edilməmişdir. 09 dekabr 2022-ci il tarixdə səhər saat 06:30 radələrində işlədiyi avtobusu texniki cəhətdən saz vəziyyətdə qəbul edərək 85 saylı marşruta çıxmışdır. Marşrut başlayır 9-cu Mikrorayon 7-ci PB-nin yaxınlığında və bitir Fizuli prospektində "xxxx" ASC-nin əsas binasının yanında. Həmin tarixdə saat 18:03-də avtobusu Binəqədi rayonu, Xutor qəsəbəsi, Eldar Babayev küçəsi ilə təxminən saatda 17-18 km sürətlə idarə edərkən 14 saylı ünvanın qarşısında avtobusun sağ arxa hissəsindən zərbə səsinin gəldiyini eşitmiş, güzgüyə baxanda görmüşdür ki, bir nəfər kişi yerdə uzanıqlı vəziyyətdədir. Avtobusu saxlayıb bu kişiyə yaxınlaşmış və görmüşdür ki, həmin kişi yerdə başı yola tərəf çəpinə uzanmışdır və başından qan axır. Hadisə yerinə toplaşan tanımadığı bir şəxs bu kişiyə əl vuraraq demişdir ki, kişi vəfat etmişdir və nəfəs almır. Həmin vaxt oraya polis əməkdaşları gəlmişlər, X13 briqadası çağırılaraq həkimlər gəlmiş, həkim demişdir ki, bu kişi artıq vəfat etmişdir və onun meyitini meyitxanaya göndərmək lazımdır. Sonra o, zəng vurub dispeçerə hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, idarə etdiyi “Otokar” markalı KENTLF12M CNG modelli **-JT- *** dövlət qeydiyyat nişanlı avtobusu avtobus təzədir, texniki vəziyyəti hər gün iki dəfə yəni xəttə çıxanda və qayıdanda yoxlanılır. Hadisə zamanı avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur və hazırda da sazdır. Hadisə zamanı hava şəraiti çiskinli yaxış olmuş və asfalt örtüyü yaş idi. Hava qaranlıq olduğundan avtobusu fara işığında idarə edirmiş. Hadisə axşam vaxtında baş vermişdir, bu zaman yolda avtomobillər çox olmuş və bərk sürətlə getmək olmurdu. Bunun ona maneçiliyi olmamışdır. Hadisə baş verməmişdən əvvəl o, avtobusu kamera altında idarə edirmiş, yuxulu və ya yorğun olmamış, telefonla danışmamış, fikiri yalnız yolda və sərnişinlərdə olub. Hadisə qəflətən baş verib, həmin yerdə onun fikiri qarşıdan gələn yolda olmuş, odur ki, yolda uzanmış şəxsi, hazırda anket məlumatları ona məlum olan X1nu əvvəlcədən görməmiş, avtobusu cüzi olaraq sola yönləndirərkən arxa hissəsi sağa yönələrək həmin şəxsə dəymişdir və zərbənin səsi gəlmişdir. Məhz onda bilmişdir ki, yolun kənarında bu şəxs uzanmış vəziyyətdə olmuşdur. Hadisə baş verdikdən sonra sərnişinlər çıxıb getmişlər, hadisə yerinin ətrafına tanımadığı şəxslər toplaşmış və avtomobillər olmuş, lakin bu şəxslərin heç birini tanımır və anket məlumatları, telefonları və ya avtomobillərinin nömrələri ona məlum deyildir. Hadisənin istəmədən baş verdiyini etiraf edən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını, ona dəyən ziyanı ödədiyini, himayəsində görmə qabiliyyətini itirmiş anasının, xəstə arvadının, yeganə gəlir gətirəni və dolanışığının sürücülükdən olduğunu qeyd edərək bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyən zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda yaşayır. X1 onun əri olmuşdur və onlar bir ünvanda yaşamışlar. Birgə nigahdan üç azyaşlı övladları vardır. 09 dekabr 2022ci il tarixdə saat 17 radələrində Əlikubar evdən çıxıb demişdir ki, məhəllədə olacaq və birazdan qayıdacaqdır. Həmin vaxt Əlikubar sərxoş olmamış və evdə spirtli içki içməmişdir. Həmin tarixdə təxminən saat 20 radələrində qardaşı Rüfət ona xəbər vermişdir ki, Əlikubarı avtobus vurmuş və sonuncu aldığı xəsarətdən vəfat etmişdir. Belə ki, Rüfət işdən gələndə təsadüfən hadisə yerinin yanından keçəndə görmüşdür ki, Əlikubarın meyiti yolun kənarındadır və qabağda onu vurmuş avtobus saxlanılmış, hadisə yerinə polis əməkdaşları və sakinlər toplaşmışlar. Araşdırma zamanı ona məlum olmuşdur ki, 09 dekabr 2022-ci il tarixdə saat 19 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “OTOKAR” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəhəri, Binəqədi rayonu, Mirhəsən Seyidov küçəsindən M.Ə.Rəsulzadə qəsəbəsi ilə Azadlq prospekti istiqamətdə hərəkət etdirərkən, Binəqədi rayonu, Xutor qəsəbəsi, Eldar Babayev küçəsi, 14 ünvanın qarşısında avtomobillərin hərəkət etməsi üçün nəzərdə tutulmuş yolda piyada olan əri X4 avtobusun sağ yan hissəsi ilə vurmuş, nəticədə Ə.A.Kubarov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisənin şahidləri barədə məlumatı yoxdur. Hüzür zamanı sürücü Təqsirləndirilən şəxs onlara gəlib üzr istəmiş, onlara dəymiş maddi ziyanı ödəmişdir, sürücüdən şikayətçi deyillər. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasının xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. X1 onun bacısı Raifənin əri olmuşdur və Əlikubar ilə bacısı Raifə bir ünvanda yaşamışlar. Nigahdan üç azyaşlı övladları vardır. Onda olan məlumata görə 09 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Əlikubar evdən çıxıb demişdir ki, məhəllədə olacaq, birazdan evə qayıdacaq. Raifənin deməsinə görə həmin vaxt Əlikubar sərxoş olmamış və evdə spirtli içki içməmişdir. Həmin tarixdə təxminən saat 19:10 radələrində o, öz işləri ilə əlaqədar məhəlləyə çıxanda görmüşdür ki, artıq Əlikubarı avtobus vurub və Əlikubar aldığı xəsarətdən vəfat etmişdir, yolun kənarında uzanmış vəziyyətdədir və başından qan gəlir. Belə ki, o, bunu təsadüfən hadisə yerinin yanından keçəndə görmüş, hadisəni birbaşa görməmişdir. Həmçinin, hadisə yerindən biraz irəlidə Əlikubarı vurmuş avtobus saxlanılmış, hadisə yerinə polis əməkdaşları və sakinlər toplaşmışlar. Araşdırma zamanı ona məlum olmuşdur ki, 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “OTOKAR” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəhəri, Binəqədi rayonu, Mirhəsən Seyidov küçəsindən M.Ə.Rəsulzadə qəsəbəsi ilə Azadlq prospekti istiqamətdə hərəkət etdirərkən, Binəqədi rayonu, Xutor qəsəbəsi, Eldar Babayev küçəsi, 14 ünvanın qarşısında avtomobillərin hərəkət etməsi üçün nəzərdə tutulmuş yolda piyada olan bacısının əri X4 avtobusun sağ yan hissəsi ilə vurmuş, nəticədə Ə.A.Kubarov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisənin şahidləri barədə məlumatı yoxdur. Hüzür zamanı sürücü Təqsirləndirilən şəxs onların evinə gəlib üzr istəmiş, bacısı gilə dəymiş maddi ziyanı ödəmişdir, sürücüdən şikayətçi deyillər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220041398 saylı cinayət işi 09 dekabr 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. 09 fevral 2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmış və 28 fevral 2023-cü ildə işin icraatı təzələnmişdir. 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 09 dekabr 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokolla, ona əlavə edilmiş sxem və fotocədvəllə sürücü Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə saat 18:03 radələrində “ABCD” kateqoriyalı AC 583127 nömrəli sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında "xxxx" MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “OTOKAR” markalı “KENTLF12M CNG” modelli **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusu 85 saylı marşrut üzrə Bakı şəhəri, Binəqədi rayonu, Mirhəsən Seyidov küçəsindən Xutor qəsəbəsi ilə Azadlıq prospekti istiqamətində idarə edərkən Xutor qəsəbəsi, Eldar Babayev küçəsi, 14 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətdiyi və nəticədə yolun sağ hissəsində uzanmış vəziyyətdə olan X3 aldığı xəsarətlərdən öldüyü faktı təsdiqini tapmışdır. 09 dekabr 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 2/40641 nömrəli aktından görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İstintaq zamanı götürülmüş, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Otokar” markalı KENTLF12M CNG modelli **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun qeydiyyat şəhadətnaməsinin, "xxxx" MMC-nin 85 saylı avtobus marşrutunda 01-15 dekabr 2022-ci il tarixlərinin günləri üzrə işləməsi barədə cədvəlin (yol vərəqəsinin), 195/2017 nömrəli "xxxx" MMC ilə əmək müqaviləsinin surətləri ilə istintaq zamanı müəyyən edilmiş hallar təsdiqini tapmışdır. Binəqədi RPİ DYPŞ-nin 14 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X7 baxış zamanı sürücü Təqsirləndirilən şəxs “A, B, C, D” kateqoriyalı AC 583127 nömrəli sürücülük vəsiqəsi hadisə baş verdiyi tarixə aktiv olmuş və onun sürücülük hüququndan məhrum edilməsi barədə hər hansı məlumat mövcud deyildir. İş üzrə 09 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanın qarşısında baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı "xxxx" MMC-dən istintaqa təqdim edilmiş, həmin MMC-yə məxsus “Otokar” markalı KENTLF12M CNG modelli **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun kameraları çəkilmiş videogörüntülər yazılmış 01 ədəd «DVD» diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, **-JT-*** dövlət qeydiyyat nişanlı avtobus yol ilə keçəndə sağ tərəfi çəkilmişdir, saat 18:03-də, avtobusun sürəti saatda 17,7 km kimi göstərilir, yolda, X1 başı yola tərəf, ayaqları isə yolun kənarı istiqamətində arxası üstə uzanılmış vəziyyətdədir, avtobusun arxa sağ yan hissəsi Əlikubar Kubarovun baş nahiyyəsinə toxunaraq istiqamətini dəyişir, zərbədən sonra onun bədəni çəpinə, yəni başı yola tərəf uzanmış vəziyyətdə qalır. Ön kamera ilə olan çəkilişə baxdıqda da görünür ki, həmin avtobusun qabaq şüşəsindən X1nun uzanmış vəziyyətdə olması ani görünür.. Məhkəmə-tibbi ekspertizasının 09 dekabr 2022-ci il tarixli 228 nömrəli rəyindən görünür ki:
1. Mərhum Ə.A.Kubarovun meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - baş beyinin yumşaq qışaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sol təpə-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası və ənsə nahiyyəsinin sol yarısının qançır-şişkinliyi və səhti əzilmiş yaraları; - sağ yanaq və sağ çənəaltı nahiyyənin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən ölümündən az əvvəl əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Ə.A.Kubarovun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə, saat 21:00-da meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.
2. Mərhum Ə.A.Kubarovun meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtobusun vurması əmələ gələ bilərdilər.
3. Mərhum Ə.A.Kubarovun ölümünə səbəb baş beyin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar olmuşdur. Beləliklə, Ə.A.Kubarovun meyitində aşkar edilmiş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. 3. Mərhum Ə.A.Kubarovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin 17 fevral 2023-cü il tarixli 8/255 nömrəli rəyindən görünür ki, hadisə zamanı “OTOKAR” markalı “KENTLF12M CNG” modelli **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. "xxxx" MMC-yə məxsus “OTOKAR” markalı “KENTLF12M CNG” modelli **-JT-*** dövlət qeydiyyat nişanlı avtobus və avtobusun kameraları çəkilmiş videogörüntülər yazılmış 01 ədəd «DVD» diski xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, avtobus saxlanılması üçün sahibi "xxxx" MMC-yə təhvil verilmiş və 01 ədəd «DVD» diski istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmaması barədə ərizəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərinhəyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – “KENTLF12M CNG” modelli, **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan avtobusun kameralarından çəkilmiş videogörüntülər yazılmış 01 ədəd “DVD”disk cinayət işinin materialında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsiniAzərbaycanRespublikasınındövlətbüdcəsivəsaitihesabınatəminetməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “KENTLF12M CNG” modelli, **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan avtobusun kameralarından çəkilmiş videogörüntülər yazılmış 01 ədəd “DVD”disk cinayət işinin materialında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 20 iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygün Qurbanova