Məhkəmə qərarları › İş №1(001)-335/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-335/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-335/2020 01.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının mü-da-fiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müda-fiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx xxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X10 ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,184 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,208 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üstündə saxlayaraq daşıyarkən Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx xxx 2020-ci il tarixdə saat 19:10 radələrində ünvan 2 korpus ünvanında, yaşadığı evin yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsi döngə 1 ünvanında yerləşən Binəqədi RPİnin 43-cü PB-nə gətirilmiş, orada inzibati otaqların birində saat 20.40-da video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sol yan cibindən yaşıl qapaqlı şüşə bankanın içərisindən bir ədəd ağ rəngli sellofana bükülmüş 0, 184 qram çəkidə narkotik vasitə heroin və bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində 0,208 qram narkotik vasitə qurudulmuş marixuana və bundan başqa 17,435 qram çəkidə bitki toxumları çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasındatəqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx xxx 2020-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən, korpus 93 ünvanında yaşadığı evin yaxınlığı ilə piyada gedərkən iki nəfər polis formasında olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onlarda qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması ilə bağlı məlumatları olduğunu bildirmişlər. O, həmin suallara qeyri-adi formada cavab verdiyi üçün və şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Bundan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. O, öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd göy rəngli “Honor” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən toxumlar, bir ədəd ağ rəngli kağız və bir ədəd ağ rəngli sellofan bükülü olan bir ədəd yaşıl qapaqlı balaca şüşə banka, əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində West yazısı olan boz rəngli siqaret qutusu və bir ədəd çəhrayı rəng alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra, ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun göy rəngli şalvarının və göy rəngli gödəkçəsinin ciblərini açmaq tələb olunmuş, onun şalvarının və gödəkçəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra onun üzərindən aşkar olunan yaşıl qapaqlı balaca şüşə bankanın içərisindəki bükümləri və toxumlarını çıxarıb təqdim etməyi tələb olunmuşdur. O, həmin yaşıl qapaqlı şüşə bankanın içərisində olan ağ rəngli kağız bükülünü, ağ rəngli sellofan bükülünü və toxumları çıxararaq masanın üzərinə qoymuşdur. O, əvvəlcə ağ rəngli kağız bükülünü açmış, kağız bükülünün içərisində olan yaşıl rəngli qurudulmuş bitkini göstərərək onun narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Daha sonra üzərindən çıxan ağ rəngli sellofan bükülünü açaraq içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddəni göstərərək onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, bundan sonra üzərindən çıxan şüşə bankanın içərisində olan toxumları göstərərək onların narkotik vasitə olan marixuana toxumları olduğunu bildirmişdir. O, içərisində toxumlar və narkotik vasitə olan həmin bankanı həmin gün səhər saat 07:40-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində 3-cü mədəndə 15 sutka adlanan yerin yaxınlığında yerləşən zibil yeşiklərindən qurumuş çörək yığarkən zibillikdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Saxlanılan vaxtı və polis bölməsində şəxsi axtarış zamanı ona qarşı heç bir təzyiq edilməmişdir. O, həmin narkotik vasitəni özünün istifadəsi üçün götürmüşdür, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Psixi və fiziki cəhətdən sağlam olduğunu qeyd etmişdir. Təxminən 2-3 il olar ki, arabir narkotik vasitə marixuana əldə edib siqaretə doldurub çəkməklə məşğul olur. Kağız paketdəki ümumi çəkisi 17,435 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumları olduğunu və onların tərkibində narkotik olmadığını bildiyini, onları siqaretin içinə dolduraraq yandırıb çəkdiyini qeyd etmişdir. O, əməlindən eşiman olduğunu bildirərək ona kömək olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-də CAüzrə əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə ünvan 4 ünvanında yaşayan X5 qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə həmin gün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və əməliyyat qrupunun yaradılmasına dair qərar qəbul edilmişdir. Bundan sonra tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 19:10 da əvvəllər tanımadığı, ilk dəfə gördüyü və heç bir münasibəti olmadığı X8 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 yaxınlığında küçədə olduğunu müəyyən etmişlər və sonra ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar ona özünü təqdim etməsini və şəxsiyyət vəsiqəsini göstərməsini xahiş etmişlər. O, özünü X10 olduğunu bildirmiş və onun qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması ilə bağlı məlumatlarının olduğunu və bununla bağlı üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 43-cü polis bölməsinə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və onunla birlikdə qəsəbədə yerləşən 43-cü PB-nə gəlmişlər. Bu barədə bölmənin rəhbərliyinə raportla məruzə edilmiş və onun üzərinə şəxsi axtarışın keçirilməsi təhqiqatçıya həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, ona qanunda nəzərdə tutulmuş hüquqları izah edilmiş və hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra ekspertkrminalistin iştirakı ilə onun video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, şəxsi axtarışın video çəkiliş vasitəsi ilə keçirilməsinə heç bir etirazı olmadığını söyləmişdir. Bundan sonra ona üzərində olan geyim paltarlarında hər-hansı bir qeyri-qanuni əşyanın olub-olmaması soruşulmuşdur. X10 əynində olan şalvarın sağ yan cibinə əlini salaraq oradan bir ədəd göy rəngli “Honor” markalı mobil telefon çıxardıb masanın üzərinə qoydu. Sonra şalvarının sol yan cibindən içərisində toxumlar olan bir ədəd ağ kağız büküm və bir ədəd ağ rəngli sellofan bükülü olan bir ədəd yaşıl qapaqlı balaca şüşə banka, göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd üzərində “Vest” yazısı olan boz rəngli siqaret qutusu və bir ədəd çəhrayı rəng alışqanını çıxarıb masanın üzərinə qoydu. Bundan sonra o, üzərində hər-hansı bir qanunsuz saxlanılan əşyanın olmadığını bildirmişdir. Daha sonra o, onların tələbinə əsasən şalvarının və göy rəngli gödəkcəsinin ciblərini açaraq çevirib onlara göstərmişdir. Hər hansı bir əşya aşkarlanmamışdır. Ayaqqbısını çıxardıqdan sonra içərisinə baxılmışdır. Ayaqqabısından heç bir əşya aşkar edilməmişdir. Bundan sonra o, şüşə bankanın içərisindəki bükümləri və toxumları çıxarıb göstərmiş, kağız bükümün içərisində olan yaşıl rəngli bitki kütləsinin qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra ağ rəngli sellofan bükülünü açmış və içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddəni göstərmiş, onun narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra o, şüşə bankanın içərisində olan toxumların narkotik vasitə olan marixuana toxumları olduğunu söyləmişdir. X1 və onun üzərinə şəxsi axtarış keçirilərkən hər hansı bir təzyiq edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş RPİ-nin 43-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsindən məlum olur ki, o, Şahid2 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, X10 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/896 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Baxşıyev...” əl yazıları və AR DİN “Zərflər üçün 243” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.184 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 0.134 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxx 2020ci il tarixli, 6/896 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 109 ( yüz doqquz) manat 90 (doxsan) qəpik təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 7/896 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Baxşıyev...” əl yazıları və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,208 qram olan bitki mənbəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,208 qram, tədqiqata istifadə olundu 0.02 qram, qalıq 0.188 qram. Tədqiqata təqdim edilmiş üzərində 1. Baxşiyev…. Yazıları və imzalar olan kağız paketdəki ümumi çəkisi 17,435 qram olan bitkt toxumları çətənə bitktsinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdu və onlar narkotik vasitələrə aid deyildir. Tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 0.134 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxx 2020ci il tarixli, 7/896 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 69,82 ( altmış doqquz manat səksən iki) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” Binəqədi rayon prokurorunun xx xxx 2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X5 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Mehman Ələsgərovun vəsatətinin təmin edilməməsi və təqsirləndirilən şəxs X5 barəsində digər qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxs X5 Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, X5 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X3 xx xxxx 2020-ci il tarixli, 1460 nömrəli rəyindən görünür ki, X6 Çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham əsaslı və qanuni olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılması və haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin nəzərə alınmasını, təqsirləndirilən şəxs X5 xx xxx 2020-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sol yan cibindən yaşıl qapaqlı şüşə bankanın içərisindən bir ədəd ağ rəngli kağıza bükülmüş kustar üsulla hazırlanmış 0,184 qram çəkidə narkotik vasitə heroin və bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində 0,208 qram narkotik vasitə qurudulmuş marixuana və bundan başqa 17,435 qram çəkidə bitki toxumları çətənə (kannabis) bitkisinin toxumları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmasını, cinayət işinə əlavə edilərək həmin narkotik vasitə heroinin ümumi qalığı 17,405 qramı istintaqın sonunda saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsini qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X7 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxx 1984-cü il təvəllüdlü X10 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət mərkəzi”nin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 133610 nömrəli və AZ-İİ seriyalı 642203 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 himayəsində xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X14 adlı yetkinlik yaşına çatmayan övladları vardır . Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, DVD markalı diskə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla X2 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini, marixuananı və çətənə(kannabis) bitkisinin toxumlarını əldə edib saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs X10 cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxs X5 cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X5 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, X5 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli X5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X9 elektron nəzarət vasitəsi tətbiq edilməli, X9 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 179 (yüz yetmiş doqquz) manat 72 (yetmiş iki) qəpik X4 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkiləri 0,134 qram narkotik maddə olan heroin, 0,188 qram marixuana, 17,405 qram çətənə toxumu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə X5 üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul (“Kapitalbank” X12 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulması təklif olunan əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X5 barəsində seçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X5 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X9 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 179 (yüz yetmiş doqquz) manat 72 (yetmiş iki) qəpik manat X4 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul (“Kapitalbank” X12 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatlarından sonra qalıq çəkiləri 0,134 qram narkotik maddə olan heroin, 0,188 qram marixuana 17,405 qram çətənə toxumu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə X5 üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar