Məhkəmə qərarları › İş №1(001)-335/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-335/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-335/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 10.40 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1989-cu il tarixdə Sabirabad şəhərində anadan olmuş, Sabirabad Rayon Məhkəməsinin 1(056)-127/2019 saylı, 09 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və və 69.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilmiş, evli, himayəsində 4 (dörd) yetkinlik yaşına çatmayan övladı olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad şəhəri, M.S.ünvan 1 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, T.İsmayılov küçəsi 72 fərdi evdə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən «Lallar Fabriki» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 1,489 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin»-i satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 15:40-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mərkəzi küçədə yerləşən “Araz” marketinin yaxınlığında saxlanılaraq gətirildiyi Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən içərisində 1,489 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin» olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 11 mart 2022-ci il tarixdə üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı deyə bilər ki, həmin tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsində yerləşən «Lallar Fabriki» adlanan ərazidə piyada gedən zaman tanımadığı bir şəxsdən öz istifadəsi üçün 25 manata bir büküm «şüşə» adlanan psixotrop maddə «metamfetamin» alaraq istifadə etmək üçün yaşadığı Masazır qəsəbəsinə qayıtmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi qəsəbəsi «Sentralnıy», yəni Mərkəzi adlanan küçədəki avtobus dayanacağı istiqamətində piyada hərəkət edərkən oradakı «Araz» marketinin yaxınlığında saat təxminən 15:40 radələrində ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edərək Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları olduqlarını, barəsində onlara əməliyyat məlumatı daxil olduğunu, məlumatı yoxlamaq üçün onlarla Polis Bölməsinə getməli olduğunu bildirdikdə o, məsələnin nə yerdə olduğunu anlayaraq heç bir etiraz etmədən və müqavimət göstərmədən onlarla birlikdə Polis Bölməsinə getmiş, PB-də xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir.Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda o özü könüllü olaraq əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən içərisində «şüşə» adlanan psixotrop maddə «metamfetamin» olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir.Polis əməkdaşlarının sualına cavab olaraq o həmin bükümün içərisindəki kütlələrin psixotrop maddə «metafetamin» olmasını təsdiq etmişdir.Təqdim etdiyi həmin sellofan büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmicinin bildirmişdir ki, əldə etdiyi psixotrop maddəni kimsəyə satmaq və ya ötürmək məqsədi olmamış, lakin öz istifadəsi üçün əldə etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış 04 (dörd) azyaşlı övladının olması, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 10 mart 2022-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1989-cu ildə Sabirabad rayonunda, anadan olmuş evli, əvvəllər məhkum olunmuş Sabirabad RPŞ-də 710020 saylı axtarış işi üzrə borclu fiziki şəxs cavabdeh kimi axtarışda olan Sabirabad şəhəri M.S.Ordubadi küçəsi ev 93A-da qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən məscidin yaxınlığında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi, istifadə etməsi barədə məlumat daxil olmuşdur.Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir.Məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və 11 mart 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, gəzdirməkdə və istifadə etməkdə şübhəli bilinən Abşeron rayonu Masazır qəsəbəsi Məscidin yaxınlığında kirayə yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mərkəz küçədə yerləşən Araz marketin yaxınlığında saxlanılmışdır.Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tərəflərindən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilərək təhvil verilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsində xidməti otaqların birinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur.Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd icərisində ağ rəngli kütlə olan şəffaf rəngli sellefon bükülü, əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli Samsunq markalı mobil telefon həmin gödəkcənin sol yan cibindən 5 manat pul əskinazını çıxarıb masanın üzərinə qoymuşdur. Sözü güdən bükülünü baxdıqda isə qeyd olunan şəffaf rəngli sellefonun içərisində ağ rəngli psixotrop maddəyə bənzər metamfetaminə bənzər maddə aşkar edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içində olan maddə psixotrop maddə metamfetamindir.Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin metametamini Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən Lallar fabirkinin yaxınlığında tanmadığı şəxsdən öz istifadəsi üçün 25 manat müqabilində almışdır.Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş və protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Binəqədi RPİ-nin Şahid2 digər Şahid1 Tariel oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahidin ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2022-ci il tarixli, 6/1440 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Əhədov.S..” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,489 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə və iş materiallarında olan hökmə əsasən müəyyən edilir ki, Əhədov X4 Rayon Məhkəməsinin 1(056)-127/2019 saylı, 09 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və və 69.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, həmin vaxtdan 1 (bir) il müddət keçdiyinə görə CM-nin 83.3.2-ci maddəsinə əsasən (yəni azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində) məhkumluğu ödənilmişdir. Həmçinin, iş materiallarında olan Sabirabad RİHB-nin şəhər İƏD üzrə nümayəndəsinin müavini A.B.Sadıxov tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli xasiyyətnaməyə əsasən məlum olur ki, xx.xx.1989-cu il təvəllüdlü, azərbaycanlı, evli, 4 uşaq atası, Sabirabad şəhəri, M.S.ünvan 4 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Sabirabad rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi nümayəndəliyinə hal-hazıra kimi şifahi və yazılı şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış 04 (dörd) azyaşlı övladının olması, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, evlidir, himayəsində yetkinlik yaşına çatmamış 04 (dörd) azyaşlı övladı var, ailənin yeganə qazanc gətirən şəxsidir, əməlində cəzanı ağırlaşdıran hal isə ümumiyyətlə, yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il, saat 16.30 tarixdən 13 mart 2022-ci il saat 10.55 tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ–nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantıFuad Alıyev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə 16.30-da tutulmuşdur.Həmçinin, Binəqədi RPİ İŞ-nin baş müstəntiqi Rasim Məmmədovun 13 mart 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir və o, həmin tarixdə, yəni 13 mart 2023-cü il tarixdə saat 10.55-də azad edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, T.İsmayılov küçəsi 72 fərdi evdə yerləşən yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron və işlədiyi Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə metamfetamin 1,439 qram olan qalığı məhv edilməlidir. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi Müdafiəçi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 50 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 11 mart 2022-ci il, saat 16.30 tarixdən 13 mart 2022-ci il saat 10.55 tarixədək tutulduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, T.İsmayılov küçəsi 72 fərdi evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron və işlədiyi Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan metamfetaminin 1,439 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ **********0 0********.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar