Məhkəmə qərarları › İş №1(001)-335/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-335/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-335/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili ( Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə, Zərərçəkmiş şəxs1 Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1980-ci ildə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom adlanan ərazidə yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib dövlət mülkiyyətində olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi sayılan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 366,0 kv/m torpaq sahəsini sonuncuya sataraq, adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «Motodrom» yaşayış massivində 100 manat və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Şəki» adlanan kafenin daxilində 14.400 manat pul vəsaitini alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 14.500 (on dörd min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya məxsus 10.000 manat dəyərində olan 1989-cu il buraxılışlı sarı rəngli “T-170” markalı buldozer tipli sepli traktoru 1000 manata təmir edəcəyini vəd verib aldadaraq və bu məqsədlə 2024-cü ilin may ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «Motodrom» yaşayış massivində yerləşən fərdi evinin həyətində Zərərçəkmiş şəxs2la görüşüb həmin buldozer tipli sepli traktorunu və 1000 manat məbləğində pulu alıb ələ keçirərək həmin traktoru təmir etmədən sonuncudan xəbərsiz istintaqa məlum olmayan tarixdə və şəraitdə özgəninkiləşdirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ibitida istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda göstərilən hər iki epozod üzrə üzrə özünü təqsirli bilir. Belə ki, o, həmin torpağı ehtiyacı olduğu üçün satmışdır. İlham özü həmin torpağa gəlib baxmış, onun qardaşı isə Rusiyada olmuşdur. İlk əvvəl həmin torpağa görə 100 manat beh, daha sonra da pulun geri qalan hissəsini vermişlər. Ümumilikdə 2022-ci ildə həmin torpağa görə Biləcəridə 14500 manat pul almışdır. Hazırda həmin vəsaiti 2 ay müddətində qaytarmağa hazırdır. Lakin çöldə heç kimi yoxdur. Mülkiyyətində avtomobili var və həmin avtomobilinin üzərində həbs vardır. Azadlığıa çıxa bilsə, avtomobilin üzərindən həbsi götürüb ödənişləri edəcəkdir. Onun verdiyi torpaq sahəsi isə neftin ərazisi deyildir, həmin ərazinin hər tərəfində evlər tikilmişdir. Zərərçəkmiş şəxs2la bağlı olan epizod barədə isə bildirir ki, o, 2014-2015-ci il tarixlərindən Zərərçəkmiş şəxs2 ilə birlikdə işləmiş, ona məxsus texnikaları pulsuz təmir etmişdir. Uşağının müalicəsi ilə bağlı ehtiyacı yarandığına görə traktorun təmiri üçün 1000 manat almış, həmin traktoru isə metal qəbulu məntəqəsinə 3500 manata satmışdır. Ümumilikdə Zərərçəkmiş şəxs2 4500 manat ziyan vurmuşdur. 2024-cü ilin təxminən yaya aylarında Zərərçəkmiş şəxs2 traktorunu Xocasən qəsəbəsindən təmir etmək üçün evakuatorla götürüb aparmış, evakuatroun pulunu olan 600-700 manatı da özü vermişdir. Zərərçəkmiş şəxs traktorun qiymətini 10000 manat olaraq qeyd etsə də, hal-hazırda həmin traktorlar işlək vəziyyətdə 6000-7000 manat satılırlar. O, isə həmin teraktoru metal qəbul sexinə metal kimi 3500 manata satmışdır. Verilmiş suallara cavab olaraq isə özü rayonda olduğu üçün ilk olaraq İlhamın Mehmanla danışdığını, özü rayondan qaytdıqdan sonra Mehman ona torpağı almaq istəyən şəxsin olduğunu dediyini, özünün sənədləşdirmədən anlayışı olmadığı üçün pulun alınması ilə əlaqədar qəbzin onun yanında Mehman tərəfindən tərtib edildiyini, həmin qəbzi özünün imzaladığını və ümumilikdə 14500 manat pulu həqiətən də aldığını buna görə də tərtib edilmiş qəbzi İlhama verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə himayəsində yaşlı anası və bir azyaşlı övladı olduğunu, anasının evini və avtomobilini satışa çıxardığını, həmin əmlakları satıb dəymiş zərərləri ödəyəcəyini, azadlıqda qalsa bütün ziyanı ödəyəcəyini bildirməklə məhkəmədən bağışlanmağımı xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, əvvəllər Rəşadı tanımamışdır. Onun Rusiyada yaşayan qaradaşı torpaq almaq istədiyi üçün ona zəng edərək Biləcəridə, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında torpaq sahəsi olduğunu və gedib həmin torpağa baxmaq lazım olduğunu bildirmişdir. O da gedib həmin torpaq sahəsinə baxmış və bununla bağlı Mehman adlı şəxslə danışmış, həmin zaman Rəşad da orada olmuşdur. Yəni görüşəndə Mehman və Rəşad birlikdə gəlmişlər. Rəşad yazıb-oxuya bilmədiyi üçün Mehman da onunla birlikdə gəlmişdir. Həmçinin telefon nömrəsi kimi də elanda Mehmanın nömrəsi qeyd edilmişdi. Rəşadın başı çıxmadığı üçün Mehman danışıqları aparmış, lakin torpağın sahibi kimi Rəşad özünü təqdim etmişdir. Torpağı ümumilikdə 14500 manata razılaşmışlar, həmin vaxt o torpağın sənədi olubolmadığını soruşmuşdur. Mehman və Rəşad ona torpağın sənədinin olduğunu, amma pay torpaq olması səbəbi ilə bir sənədlərində bir az problem olduğu üçün sənədləşdirmənin bir az vaxt alacağını bildirmişlər. Bundan sonra o, sənədləşməni düzəldə biləcəkələri barədə sual vermiş, onlar isə düzəldəcəklərini, lakin sənədlərin Salyanda, yəni Rəşadın qaynatası gildə olduğunu bildirərək ona torpağa görə alınmış pula dair qəbz vermişlər. O, bildirmişdir ki, həmin qəbzlə burada tikinti işləri apara bilməyəcəkdir. Rəşad yazı yaza bilmədiyi üçün onun əvəzinə dostu Mehman qəbzi yazmış, Rəşad isə həmin qəbzi imzalamışdır. Qəbzə yazmışdır ki, 3.5 sot torpağı satmağı razılaşır, Rəşad da Mehmanın həmin yazının aşağı hissəsindən öz imzasını atmışdır. 100 manat əvvəlcədən beh vermişdir, daha sonra «Şəki» kafesinin yanında 14400 manat da əlavə olaraq vermişdir. Rəşad ona qazi olmasını və narahat olmamağı bildirmiş, o da inanmışdır ki, Rəşad qazidir və sənədləşməni düzəldibverəcəkdir. Daha sonra müəyyən vaxt keçmiş, sənədləşdirmə işləri həyata keçirilməmiş, onun da pulu geri qaytarılmamışdır. O, əvvəlcə həmin torpaq sahəsinin neftin ərazisi olmadığını bilməmiş, bilsə idi həmin torpaq sahəsinə görə ödəniş etməzdi. Həm də həmin torpaq sahəsinin hər tərəfi evlər olduğundan həmin torpaqın neftin ərazisi olmasını düçünməmişdir. Hal-hazırda 14500 manat pulunu tələb edir. O, həmin pulu Rəşada vermişdir, Rəşad da Mehmanın yazdığı qəbzi imza etməklə pulu ondan götürmüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, Rəşadı bir neçə il əvvəldən traktor ustası kimi tanıyır. Daha sonra traktorunda problem yaranmış, yəni traktorun bloku çatlamışdır. O, özü blok almışdı, sadəcə dəyişmək lazım idi. Rəşad ona traktoru təmir edə biləcəyini bildirdiyi üçün Rəşadla razılaşmışdır. Rəşad ona traktoru evinin yanına aparıb, orada təmir etdirəcəyini bildirmiş, o isə etiraz etməmişdir. Rəşad ondan təmir üçün 1000 manat pul istəmiş və o, həmin pulu Rəşada vermişdir. Rəşad texnikanı Xocasən qəsəbəsindən götürüb, Biləcəri qəsəbəsi, «Motodrom» deyilən yerə, evinin yanına aparmış və ona traktorun 1 aya hazır olacağını bildirmişdir. O, özü gedib traktora bir dəfə baxmışdır. Traktorla bərabər aldığı bloku da Rəşada vermişdir. Bir qədər sonra o uşaqları göndərmişdir ki, gedib traktora baxsınlar, lakin həmin uşaqlar Rəşadı tapa bilməmişdir. Özü də Rəşadın arxasınca getmiş, lakin o da Rəşadı tapa bilməmişdir. Bundan sonra isə hadisə barədə polisə şikayət etmişdir. Verilmiş suallara cavab olaraq isə həmin traktorun sənəddə oğlu Şahid adına olsa da onun öz vəsaiti hesabına alındığını, sadəcə oğlu Mahirin adına sənədləşdirdiyini, həmin tarktorun faktiki sahibi özünün olduğunu, ona vurulmuş ziyanın ödənilmədiyini, təqsiləndirilən şəxslə barışmadığını və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxsı əvvəllər tanımmamışdır. 1989-cu il buraxışlı sarı rəngli “T-170” markalı 18-T-315 dövlət qeydiyyat nişanlı buldozer tipli sepli traktoru atası Zərərçəkmiş şəxs2 özü vəsaiti hesabına alsa da onun adına rəsmiləşdirmişdir. Təxminən 2024-cü ilin may ayında atasından ona məlum olmuşdur ki, əvvəllər qarajda usta işləmiş Təqsirləndirilən şəxs həmin bulduzeri təmir etmək adıyla götürüb sonradan başqa şəxsə satmışdır. Baş vermiş cinayət nəticəsində maddi ziyan da atası Şakir Cabaolva dəymişdir. Verilmiş suallara cavab olaraq həmin traktoru təxminən 2010-cu il tarixdə 14000 və ya 15000 ABŞ dollarına alındığını, hazırkı bazar qiymətinin təxminən 20000 mana olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə 14500 manat pul vəsatini alaraq dələduzluq yolu ilə ələ keçirməsinə dair toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixli, Təqsirləndirilən şəxs Allehverən oğlunun şəxsiyyət vəsiqəsinin surətinin əks etdirildiyi və Təqsirləndirilən şəxs Allehverən oğlu tərəfindən imzalanmış qəbzdən görünür ki, alqı-satqı qəbzi A4 formatlı kağızın üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti, həmin şəxsiyyət vəsiqəsinin kserosurətinin altında kiril əlifbası ilə əlyazma ilə « Я Маммадов Рашад Аллахверен продаю участок земли 3.5с находящийся в Бинагадинском района (Мотодром) находящийся в моем распоряжини с 2013 года продаю Ханкишиев Илхам Балахан (и получил взамен деньги) Для информации: С моим участком 3,5 с никаких проблем нету и если будед в ответе я Имза Меммедов Решад Аллахевран оьлы 22 ийун ики мин ийирми икинчи ил» yazılmışdır. Həmin sənədin tərcüməçi X4 tərəfindən azərbaycan dilinə edilmiş tərcüməsindən görünür ki, mətndə “Mən Təqsirləndirilən şəxs Alahverən Binəqədi rayonunda (Motodrom) yerləşən və 2013-cü ildən sərəncammda olan 3.5 sot torpaq sahəsini Zərərçəkmiş şəxs1 satdım və əvəzində pulu aldım. Məlumat üçün: 3.5 sot torpaq sahəmlə bağlı hər hansı problem yoxdur və yaranacağı halda cavabdehəm” qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış kemirilməsi barədə” protokoldan və əlavə edilmiş foto-şəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Motodrom” yaşayış massində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsi ölçülərək sahəsinin 0,03 ha oldluğu müəyyən edilmişdir. Eyni zamanda sahədən təqribi 45 metr məsafədə işlək neft quyusu, 93 metr məsafədə isə fəaliyyətsiz neft quyusunun olması müşahidə olunmuşdur. Qeyd olunan sahə bütövlükdə yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus traktoru təmir edəcəyini vəd edərək satması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icratda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəlli cinayət işi ********* cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-500/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs törətdiyi əməli sonuncunun üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan və əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sonuncu Zərərçəkmiş şəxs2 traktoru aldığı yeri, yaşadığı evin qapısı və pulu aldığı yeri göstərmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-711/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasına dair verilmiş vəsatət təmin edilməmiş, onun barəsində xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif olunması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2008-ci il tarixli TŞ 030493 qeydiyyat şəhadətnaməsindən görünür ki, 1989-cu il buraxışlı sarı rəngli “T-170” markalı 18-T-315 dövlət qeydiyyat nişanlı buldozer tipli sepli traktor Şahid adına qeydiyyata alınmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-179758 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında xx.xx.2022-ci il tarixdən “BMW 316” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Həmin məktuba əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli BD252071 saylı şəhadətnamə verilmiş, buraxılış ili 1995-ci il, mühərrik nömrəsi 05678327, Ban nömrəsi WBACG21050AG45403, dövlət qeydiyyat nişan 90BU109 olan BMW 316 minik markalı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(001)-355/2025 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən Təqsirləndirilən şəxs adına olan “BMW 316” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, qərarın icrası Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-169/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 1 ay, 12 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-335/2025 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxsn Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilməsi və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli ********* saylı məktubla müraciət edərək Bakı şəhəri, Biunəqədi rayonu, Motodrom yeni yaşayış massivində yerləşən 0,035 ha torpaq sahəsinin naturada kordinatlarının təyin olunması, həmçinin əraziyə birgə vaxış keçirilməsi və ərazinin sərhədlərinin müəyyən olunması üçün mütəxəssisin ayrılmasına göstəriş verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6623/2025 saylı məktubundan görünür ki, idarəsnin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 366,00 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Eyni zamanda sahədən təqribi 45 metr yaxınlığında işlək neft quyusu, 93 metr məsafədə isə fəaliyyətsiz neft quyusu məlumatı var. Sahə bütövlükdə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı torpaq sahəsi ”sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 -ci maddənin tərkibi olmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, «Mehman» adlı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından, onun barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişş, Zərərçəkmiş şəxs1 götürülmüş bir ədəd əlyazma ilə yazılmış qəbz cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, cinayət işi üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, üzləşdirmə, digər istintaq hərəkətinin protokolları və əhəmiyyət kəsb edən sənədlər sübut növü kimi qəbul edilmişdir. AZE seriyalı, 18447344 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Ayna Məmmədova adlı azyaşlı övladı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. (3-cü bənd); Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. (30-cu bənd); Məhkəmələrə izah edilsin ki, dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. (35-ci bənd); Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə himayəsində azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, həmçinin onun törədiyi əməli etiraf edərək səmimi ifadə verməsini CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını, vurulmuş ziyandan ümumiyyətlə ödəniş edilməməsini, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM 69.3), cəzasının əvvəli həbsdə saxlanıldığı 26 fevral 2025-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, maddi sübut Zərərçəkmiş şəxs1 götürülmüş bir ədəd alqı-satqı qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış müsadirə edilməli əmlaklar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs mülkiyyətində “BMW 316” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması və həmin nəqliyyat vasitəsinin üzərinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(001)-355/2025 saylı qərarı ilə həbs qoyluması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslərdən cinayət yolu ilə əldə etdiyi əmlak hazırda mövcud olmadığı üçün qanuni sahiblərinə qaytarıla bilmədiyindən onun mülkiyyətində olan xx.xx.2022-ci il tarixli, BD252071 saylı şəhadətnamə verilmiş, buraxılış ili 1995-ci il, mühərrik nömrəsi 05678327, Ban nömrəsi WBACG21050AG45403, dövlət qeydiyyat nişan 90BU109 olan BMW 316 minik markalı nəqliyyat vasitəsinin xüsusi müsadirə edilərək hazırkı cinayət işi üzrə zərəçəkmiş şəxslər şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsinə yönəldilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 174 (yüz yetmiş dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 götürülmüş bir ədəd alqı-satqı qəbzi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs mülkiyyətində olan xx.xx.2022-ci il tarixli, BD252071 saylı şəhadətnamə verilmiş, buraxılış ili 1995-ci il, mühərrik nömrəsi 05678327, Ban nömrəsi WBACG21050AG45403, dövlət qeydiyyat nişan 90BU109 olan BMW 316 minik markalı nəqliyyat vasitəsi xüsusi müsadirə edilərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsinə yönəldilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 174 (yüz yetmiş dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar