Məhkəmə qərarları › İş №1(001)-336/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-336/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-336/2020 13.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 201 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində yaşadıqları ünvan 2 ünvanında ailəməişət münasibətlərinin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qayınanası Zərərçəkmiş şəxs çiyinlərindən tutaraq bir neçə dəfə dəhlizin divarına çırpmış, daha sonra əli ilə sifət nahiyəsindən bir dəfə vuraraq onu itələyib yataq otağının qapısına çırpmaqla sonuncuya sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və göz altı nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2012-ci ilin oktyabr ayında X3 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. O, ailəsi və qayınanası Zərərçəkmiş şəxs, baldızı Şahid ilə birlikdə ünvan 2 ünvanında yaşayır. O, ailə həyatı qurub həmin ünvanda yaşayan gündən etibarən evin daxilində baldızı Elnarə və qayınanası Tamazərlə aralarında arabir mübahisələr olmuş və mübahisə bu günədək davam etməkdədir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evin daxilində yerləşən yataq otağını təmizləyən zaman qayınanası Zərərçəkmiş şəxs onu təhqir etdiyini eşitmiş və sonuncuya yaxınlaşıb onu niyə təhqir etdiyini soruşmuşdu. Zərərçəkmiş şəxs cavabında onu təhqir etmədiyini deyərək yaşadığı evdən çıxıb getməsini ondan tələb etmişdir. O, həmin zaman qayınanası Zərərçəkmiş şəxs evdən çıxmayacağını dedikdə sonuncu onun otağına daxil olub övladının çarpayısına oturaraq evin özünə məxsus olduğunu demişdir. O, qayınanası Tamazəri öz otağından dəhlizə çıxarıb qapını örtmüş və həmin vaxt sonuncu otağın qapısını döyməyə başlamışdır. Bundan sonra o, məcbur olub qapını açmış və həmin vaxt Tamazər onun sifətinə əl ataraq üzünü cızmışdır. O, isə qayınanası Tamazərin belə hərəkətinə cavab olaraq sonuncunun çiynindən tutub, otağın qapısı tərəfə itələmiş və sonuncu müvazinətini itirib sifəti otağın qapısının tininə dəymişdir. Sonra qayınanası Tamazər ayağa qalxaraq evdə ona məxsus olan əşyaları dağıtmağa başlamışdır. O, Zərərçəkmiş şəxs əşyalarından uzaqlaşdırmağa çalışan zaman sonuncu onun saçından tutaraq yolmağa başlamışdır. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs ondan əl çəkmiş və mənzilin mətbəx otağına keçərək oradan götürdüyü plastmas vedrə ilə onun belindən bir neçə dəfə vurmuşdu. Sonra onlar sakitləşərək aralaşmış və həmin günün axşamı baldızı Şahid DİN-nin 102 xidmətinə zəng edərək onun tərəfindən qayınanası Zərərçəkmiş şəxs döyülməsi barədə məlumat vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, qayınanası Zərərçəkmiş şəxs qəsdlə vuraraq xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ona xəsarət yetirən zaman o, sonuncunu özündən aralamaq üçün itələmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qızı Şahid, oğlu X3, gəlini Təqsirləndirilən şəxs və nəvələri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Birlikdə yaşadıqları müddət ərzində gəlini Təqsirləndirilən şəxs ilə arasında hərdənbir sözlə mübahisə olsa da, həmişə ailəni nizam intizama dəvət etmiş, məsələni böyütməyə çalışmamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində o, yaşadığı evdə televizora baxan zaman Xocalı soyqırımı ilə bağlı süjetlər göstərilmişdir. Bu zaman o, həmin faciəni törədən şəxsləri, düşmənləri uca səslə lənətləməyə başlamışdır. Həmin vaxt qonşu otaqda olan gəlini Ülviyyə onun oturduğu otağa daxil olaraq səbəb olmadan onu söyüb təhqir etməyə başlamışdır. Bundan sonra Ülviyyə ilə aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı Ülviyyə evin dəhlizində üzərinə gedərək, arxadan qəflətən əlləri ilə iki çiynindən tutub onu bir neçə dəfə divara çırpmışdır. Bundan sonra Ülviyyə öz hərəkətlərinə davam edib onun sifət nahiyəsindən vurub itələmiş və o, müvazinətini qapının daş örtüklü yan tininə dəyərək xəsarət almışdır. Bundan sonra Ülviyyə ondan əl çəkib öz otağına keçmişdir. Həmin gün axşam saat 20 radələrində qızı Elnarə işdən evə gələndə sifət nahiyəsində olan xəsarətləri görüb nə hadisə baş verdiyini soruşmuş, o da baş vermiş hadisə barədə Elnarəyə məlumat vermişdir. Bundan sonra qızı Elnarə dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdi. Həmin hadisə zamanı o, gəlini Ülviyyəni vuraraq sonuncuya heç bir xəsarət yetirməmiş, lakin özünü qorumaq üçün sonuncuya qarşı müqavimət göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs, qardaşı X3, qardaşının arvadı Təqsirləndirilən şəxs və qardaşı uşaqları ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Anası ilə Ülviyyə arasında arabir sözlə mübahisə olmuşdur. O, xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində işdən yaşadığı evə gəldikdə anası Zərərçəkmiş şəxs sifətinin şişmiş və göyərmiş vəziyyətdə olmasını görmüşdür. O, anası Zərərçəkmiş şəxs nə baş verməsini soruşduqda, sonuncu ilkin olaraq baş vermiş hadisəni gizlətməyə çalışmışdır. Həmin vaxt Ülviyyənin mənzilin dəhlizdə anası Tamazərin ünvanına təhqiredici ifadələr işlətməsini eşitmişdir. O, anası Zərərçəkmiş şəxs təkidlə nə baş verməsini soruşduqda, sonuncu həmin gün saat 12 radələrində Ülviyyə tərəfindən döyülməsini ona demişdir. O, bundan sonra DİN-nin 102 zəng xidmət mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs mübahisə zamanı gəlini Təqsirləndirilən şəxs tərəfindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül bədən xəsarətləri yetirməsi faktına görə CM-in 128-ci maddəsi ilə başlanmış sadələşdirilmiş icraat materialı üzrə tərtib edilmiş yekun protokol ləğv edilərək, həmin maddə ilə cinayət işi başlanmışdır. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi ünvan 2 ünvanında baş vermişdir. xx.xx.2020-ci il tarixli, 356 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, vətəndaş T.A.Hacyevanın bədən səthində aşkar edilmiş xəsarət – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və göz altı nahiyənin qançırı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə sillə ilə yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin 14-15-14-18/43 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, yataqxana 42 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Yolu ünvanında yaşayır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət təqibinə xitam verilmiş və sonuncu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 6-cı PB-nə göndərilmişdir. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. AA ******* və AA ******* nömrəli şəxsiyyət vəsiqlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi qayınanası Zərərçəkmiş şəxs qəsdlə vuraraq xəsarət yetirməməsi barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar