Məhkəmə qərarları › İş №1(001)-337/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-337/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-337/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Nəcəfqulu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 04.06.2021-ci il tarixdə saat 19 radələrində Binəqədi rayonu 6-cı mikrorayon M.Kazımovski küçəsi 134 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1-ci mərtəbəsində yerləşən əyani müayinə otağında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək yumruq zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs1 boyun və baş nahiyələrinə qəsdən vurmaqla, ona qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah nahiyəsinin dərialtı hemotoması və təpə nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş və Zərərçəkmiş şəxs1 onun əlindən ayırmaq istəyən Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-oftalmoloq Zərərçəkmiş şəxs2 qarşı müqavimət göstərərək ona əl barmaqlarının dırnağı ilə sağ said nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsi zamanı almış olduğu travma nəticəsində ikinci qrup Qarabağ əlili olduğu üçün ona təqaüd verilirmiş, həmin təqaüdün verilməsi 2021-ci ilin yanvar ayının 21dən dayandırılmışdır. Buna səbəb isə onun əlillik dərəcəsinin müddətinin bitməsi olmuşdur. 2021-ci ilin fevral ayının 19-dan isə əlilliyinin təsdiqi ilə bağlı Bərdə rayonu üzrə həkim komissiyası sənədlərini Respublika əlillərinin bərpası mərkəzinə göndərmiş, əlilliyinin yoxlanılması ilə bağlı araşdırma aparılsa da həmin mərkəzə araşdırma müddətində qəbul etdiyi dərmanların ona verilməsi haqqında 21 dəfə müraciət etmişdir. Lakin onlar bu barədə qanuni tədbir görməmişlər. Təqaüdün verilməsinin dayandırılması ilə yanaşı xəstəliyin müalicəsi üçün ayrılmış dərmanların da verilməsi dayandırılmışdır. O, dərman qəbul etmədiyi zaman anlaqsız vəziyyətə düşməklə hərəkətlərini idarə edə bilməmişdir. 04.06.2021-ci il tarixdə o, göndəriş Binəqədi rayon ərazisində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə getmişdir. O, saat 19 radələrində komissiya üzvlərinin olduğu otağa daxil olmuşdur. O, içəri daxil olub orada ayrılmış yerdə əyləşmiş və bu zaman ona yalınız xəstəliyi ilə bağlı qəbul etdiyi dərmanların lazım olduğunu demişdir. O, komissiya üzvlərinədən yoxlamanı vicdanla yerinə yetirib qərar qəbul etmələrini xahiş etmiş, lakin həmin vaxt adını sonradan bildiyi Leyla adlı həkim ona onların vicdanlarının olduğunu, lakin onun vicdanının olub-olmamasında şübhəli olduqlarını bildirmişdir. Bu sözdən sonra özünü itirmiş, özünə gələn zaman mərkəzin həyətində olduğunu görmüşdür. O, həmin zaman hər hansı bir həkimi vurub-vurmamağını xatırlamamış, həmin vaxt təhqir edildiyi üçün özündə olmamışdır. Bu hadisədən sonra müayinə otağında olan müşahidə kameralarına baxan zaman özünü itirərək Zərərçəkmiş şəxs1 yumruqla vurmasını və orada olan digər həkimlər araya girərək onu sakitləşdirib müayinə otağında çölə çıxarılmasını görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onu təhqir etdiyi üçün özünü itirib anlaqsız vəziyyətə düşmüş, buna səbəb isə xəstəliyi ilə bağlı dərmanları qəbul edə bilməməsi olmuşdur. O, sonradan video görüntülərə baxan zaman Zərərçəkmiş şəxs1 vurduğunu aşkar etmiş və qadına əl qaldırdığı üçün peşmandır. Lakin hadisənin baş verməsinin günahkarı Zərərçəkmiş şəxs1 olmuşdur. Məhkəmədən birinci Qarabağ müharibə veteranı olmasının, eləcə də, oğlunun ikinci Qarabağ müharibəsində iştirak etməsinin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial və X1 Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloq vəzifəsində işləyir. 04.06.2021-ci il tarixdə saat 19 radələrində xəstə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyinin müddətinin bitməsi ilə bağlı keçirilən komissiya zamanı komissiya üzvləri tərəfindən qəbul edilmiş qərar elan edən zaman Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla razılaşmayaraq qəflətən oturduğu stuldan qalxaraq onun üzərinə hücum çəkmiş və yumruqları ilə baş-boyun nahiyəsinə, xüsusən üz nahiyəsinə, sağ gicgahına, kürək nahiyəsinə və ümumilikdə isə bədən nahiyəsinə zərbələrlə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt komissiya üzvlərinin müdaxiləsindən sonra Təqsirləndirilən şəxs ondan uzaqlaşdırlmışdır. O, sonradan iş yoldaşı həkim ekspert Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan aralayan zaman xəsarət almasını bilmişdir. O, bu hadisədən sonra polisə müraciət etmişdir. Həmin gün digər əlillərin də müraciətlərinə baxmaları olduqları halda baş vermiş hadisə nəticəsində komissiyanın iş fəaliyyətinin pozulmuşdur. Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Ona görə də, məhkəmədən ona ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Milli Oftomologiya Mərkəzində oftomoloq vəzifəsində çalışmış, 2017-ci ilin may ayından isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial və X1 Sosial Ekspertiza Komissiyasının ekspert həkim-oftalmoloq vəzifəsində çalışır. 04.06.2021-ci il tarixdə saat 19 radələrində xəstə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyinin müddətinin bitməsi ilə bağlı keçirilən komissiya zamanı komissiya üzvləri tərəfindən qəbul edilmiş qərarı ekspert həkim nevropatoloq Zərərçəkmiş şəxs1 tərəfindən elan edilən zaman Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla razılaşmayaraq qəflətən oturduğu stuldan qalxaraq Zərərçəkmiş şəxs1 üstünə hücum çəkmiş və yumruqları ilə onun baş-boyun nahiyəsinə vurmağa başlamışdır. Həmin vaxt onun və komissiya üzvlərinin müdaxiləsindən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 uzaqlaşdırlmışdır. Həmin vaxt Leylanı Təqsirləndirilən şəxs əlindən alan zaman Şamayıl ona da xəsarət yetirmişdir. Bundan sonra həkim Zərərçəkmiş şəxs1 hadisə ilə bağlı polisə müraciət etmişdir. Hadisədən sonra komissiyanın iş ahəngi pozulmuş və digər şəxslərin işlərinə baxılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Ona görə də, məhkəmədən ona ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial və X1 Sosial Ekspertiza Komissiyasının ekspertiza şöbəsinin müdiri Şahid1 ifadəsində göstərmişdir ki, 04.06.2021-ci il tarixdə saat 19 radələrində xəstə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyinin müddətinin bitməsi ilə bağlı keçirilən komissiya zamanı komissiya üzvləri tərəfindən qəbul edilmiş qərar ekspert həkim nevropatoloq X2 tərəfindən elan edilən zaman Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla razılaşmayaraq qəflətən oturduğu stuldan qalxaraq Zərərçəkmiş şəxs1 üstünə hücum çəkmiş və yumruqları ilə onu vurmağa başlmışdır. Həmin vaxt komissiya üzvlərinin müdaxiləsindən sonra həmin şəxsi Zərərçəkmiş şəxs1 uzaqlaşdırılmışdır. Bu zaman həkim yoldaşı Yusifdə xəsarət almışdır. Bundan sonra həkim Zərərçəkmiş şəxs1 hadisə ilə bağlı polisə müraciət etmişdir. Həmin gün digər əlillərin də müraciətlərinə baxmaları olduqları halda baş vermiş hadisə nəticəsində komissiyanın iş fəaliyyətinin pozulmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial və X1 Sosial Ekspertiza Komissiyasının ekspert cərrah travmatoloqu Şahid2 ifadəsində göstərmişdir ki, 04.06.2021-ci il tarixdə saat 19 radələrində xəstə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyinin müddətinin bitməsi ilə bağlı keçirilən komissiya zamanı komissiya üzvləri tərəfindən qəbul edilmiş qərar ekspert həkim X2 tərəfindən elan edilən zaman Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla razılaşmayaraq qəflətən oturduğu stuldan qalxaraq Zərərçəkmiş şəxs1 üstünə hücum çəkmiş və yumruqla onu vurmağa başlamışdır. Həmin vaxt komissiya üzvlərinin müdaxiləsindən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 uzaqlaşdırılmışdır. Həmin vaxt həkim X6 Mustafayevin əlindən aralaşdıran zaman sonuncu ona da xəsarət yetirmişdir. Bundan sonra həkim Zərərçəkmiş şəxs1 hadisə ilə bağlı polisə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində komissiyanın normal iş rejimi pozulmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial və X1 Sosial Ekspertiza Komissiyasının ekspert terapevti Şahid3 ifadəsində göstərmişdir ki, 04.06.2021-ci il tarixdə saat 19 radələrində xəstə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyinin müddətinin bitməsi ilə bağlı keçirilən komissiya zamanı komissiya üzvləri tərəfindən qəbul edilmiş qərar ekspert həkim X2 tərəfindən elan edilən zaman Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla razılaşmayaraq qəflətən oturduğu stuldan qalxaraq Zərərçəkmiş şəxs1 üstünə hücum çəkmiş və yumruqla onu baş nahiyəsində vurmağa başlamışdır. Həmin vaxt komissiya üzvlərinin müdaxiləsindən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 uzaqlaşdırılmışdır. Həmin vaxt digər həkim Yusifdə xəsarət almışdır. Bundan sonra həkim Zərərçəkmiş şəxs1 hadisə ilə bağlı polisə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində komissiyanın normal iş rejimi pozulmuş, digər şəxslərin müayinəsi həyata keçirilə bilinməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial və X1 Sosial Ekspertiza Komissiyasının ekspert həkim-psixiatrı Şahid4 ifadəsində göstərmişdir ki, 04.06.2021-ci il tarixdə saat 19 radələrində xəstə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyinin müddətinin bitməsi ilə bağlı keçirilən komissiya zamanı komissiya üzvləri tərəfindən qəbul edilmiş qərarı ekspert həkim X2 tərəfindən elan edilən zaman Təqsirləndirilən şəxs qəflətən oturduğu stuldan qalxaraq Zərərçəkmiş şəxs1 üstünə hücum çəkib onu yumruqla vurmağa başlmışdır. Həmin vaxt komissiya üzvlərinin müdaxiləsindən sonra Təqsirləndirilən şəxs Lela Seyidovadan uzaqlaşdırılmışdır. Təqsirləndirilən şəxs aralayan zaman həkim yoldaşı Yusifdə xəsarət almışdır. Bundan sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət edilmişdir. Hadisə nəticəsində komissiyanın iş fəaliyyəti pozulmuş, digər şəxslərin qəbul edilməsi mümkün olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial və X1 Sosial Ekspertiza Komissiyasının eksperthəkim nevroloqu Şahid5 ifadəsində göstərmişdir ki, 04.06.2021-ci il tarixdə saat 19 radələrində xəstə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyinin müddətinin bitməsi ilə bağlı keçirilən komissiya zamanı komissiya üzvləri tərəfindən qəbul edilmiş qərarı ekspert həkim neropatoloq X2 elan edən zaman Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla razılaşmayaraq qəflətən Zərərçəkmiş şəxs1 üstünə hücum çəkib onu vurmuşdur. Bu zaman komissiya üzvlərinin müdaxiləsində sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aralaşdırılmışdır. Həmçinin baş vermiş hadisə zamanı digər həkim yoldaşı Yusifdə xəsarət almışdır. O, hadisə baş verən zaman həmin otaqda olmamış, komissiya üzvlərinin əyləşdiyi otaqla qonşuluqda olan otaqda olmuşdur. Səs-küy düşdüyü üçün sözü gedən otağa daxil olmuş və Zərərçəkmiş şəxs1 yardım göstərərək dərman vermişdir. O, hadisənin şahidi olmamış, hadisədən sonra həkim yoldaşlarının danışmasından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurması ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material əsasında fakta görə CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 04.06.2021-ci il tarixli protokoldan görünür ki, 04.06.2021-ci il tarixdə olan xuliqanlıq hadisəsi ünvan 1 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1-ci mərtəbəsində yerləşən əyani müayinə otağında baş vermişdir. 05.06.2021-ci il tarixli, 792 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah nahiyəsinin dərialtı hematoması və təpə nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 04.06.2021-ci il tarixdə insan bədəninin hissələri (yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. 08.06.2021-ci il tarixli, 806 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər - sağ said nahiyəsinin sıyrığı ilə nəticələnən və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmədiyindən dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 04.06.2021-ci il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnağı və s.) təsirindən əmələ gələ bilərdi. 08.06.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilmişdir. 08.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 08 iyun 2021-ci il tarixdə saat 14:30-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 09.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 09.06.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nuru Həsənovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. 09.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona həmin tarixdə saat 16:30-da elan olunmuşdur. 12.06.2021-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial və Reabilitasiya Agentliyinin 1-ci mərtəbəsində yerləşən əyani müayinə otağında X1 Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Zərərçəkmiş şəxs1 üstünə hücum edərək yumruq zərbələri ilə sonuncunu vurması və orada olan komissiya üzvlərinin Zərərçəkmiş şəxs1 yumruq zərbələri ilə vuran Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aralaşdırmaları müəyyən edilmişdir. 15.06.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 16.06.2021-ci il tarixli, 1292 nömrəli “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Üzvi (travmamənşəli) şəxsiyyət pozuntusu” F 07,0 müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Üzvi şəxsiyyət pozuntusu xroniki xəstəlik olmaqla, yaxşılaşma və pisləşmə dövrləri müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” rublik hüquqi şəxsdə stasionar müalicə olduğu üçün psixi vəziyyətdə yaxşılaşma qeyd edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. 18.06.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs X1 Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq hərəkətlərini etməsinin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 12.07.2021-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 onu təhqir etdiyinə görə özünü itirib anlaqsız vəziyyətə düşərək baş verənləri xatırlamaması barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 08 iyun 2021-ci il tarixdə saat 14:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 09 iyun 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın verilməsindən imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, qərar ona həmin tarixdə saat 16:30-da elan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində həbsdə olmuşdur. Çünki məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu 08 iyun 2021-ci il tarixdə saat 14:30-dan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək ona elan edildiyi 09 iyun 2021-ci il tarixə saat 16:30-dək olan müddəti 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar