Məhkəmə qərarları › İş №1(001)-337/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-337/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-337/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X10 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1960-cı ildə Ağcabədi rayonu, Kəhrizli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İ Qarabağ müharibəsi veteranı, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X9 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək heç bir səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs İİ Qarabağ müharibəsində yaralandığı üçün sonuncuya İİ qrup əlillik dərəcəsi almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində naməlum yerdən onun istifadəsində olan 416974******2082 hesab nömrəli "xxxx" ASC-yə aid karta köçürülmüş 150 manat, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Xəngəl evi” kafesinin qarşısında 2000 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində naməlum yerdən onun istifadəsində olan 416974******2082 hesab nömrəli "xxxx" ASC-yə aid karta köçürülmüş 500 manat, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Xəngəl evi” kafesinin qarşısında 5000 manat, xx.xx.2024-cü il tarixdə saat 18:05-də Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsində yerləşən “Bizim market” adlı marketdən “Mpay” terminaldan onun istifadəsində olan 416974******2082 hesab nömrəli "xxxx" ASC-yə aid karta köçürülmüş 600 manat, xx.xx.2024-cü il tarixdə saat 13:38-də Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsində yerləşən “Bizim market” adlı marketdən “Mpay” terminaldan onun istifadəsində olan 416974******2082 hesab nömrəli "xxxx" ASC-yə aid karta köçürülmüş 150 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 8400 manat pul vəsaitini ələ alıb keçirərək öz aralarında bölməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət törətməmiş və bugünədək heç bir cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, 1991- 1996-cı illərdə İ Qarabağ döyüşlərində iştirak etmiş və 1997-ci il tarixdən Ağcabədi rayonu üzrə Zabitlər konfederasiyasının sədri vəzifəsində işləyir. 2023-cü ilin axırlarında o, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Müdafiə Nazirliyinin Hərbi hospitalının qarşısından keçən zaman görmüşdür ki, bir nəfər cavan oğlan hospitalın qarşısında oturubdur. O, həmin cavan oğlandan niyə burada oturduğunu soruşmuşdur. Həmin cavan oğlan isə ona demişdir ki, o, İİ Qarabağ döyüşlərində iştirak etmiş, həmin döyüşlər zamanı sol tərəfindən qəlpə yaraları almışdır, həmin cavan oğlan sol ayağını ona göstərən zaman görmüşdür ki, həmin cavan oğlanın sol ayağında çox saylı qəlpə izləri vardır. O, hospitaldan həkimlərdən xahiş etmişdir ki, bu cavan oğlanı həkim komissiyasından keçirsinlər. Həmin cavan oğlan ona demişdir ki, onun adı Ayəddindir. O da Ayəddinə demişdir ki, onun adı Əlibaladır. Ayəddini həkim komissiyasına çağırmışlar və o da çıxıb Ağcabədi rayonuna getmişdir. Təxminən ay yarımdan sonra o, Bakı şəhərinə gələn zaman Zəngilan rayonundan olan Yunislə Bakı şəhəri, Səbail rayonu, 20ci sahədə görüşüb çay içən zaman ona demişdir ki, onun evində bir ailə kirayə qalır, ailə başçısı İİ Qarabağ döyüşlərinə iştirak edib, sol tərəfi qəlpə yaraları alsa da, dərəcə almaqda ona köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O isə demişdir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən Şahin həkim var, ona deyər, köməklik edər. Təxminən 4-5 gündən sonra o, Ağcabədi rayonu Kəhrizli kəndində olan zaman Ayəddin zəng vuraraq, onun Hərbi Hospitalda komissiyadan keçməyinə köməklik etdiyini, indi isə əlillik dərəcəsi almağa köməklik etməsini demişdir. O, Ayəddinə demişdir ki, Bakı şəhərinə gələndə zəng vuracaq, görüşüb söhbət edərlər. Ayəddinə onun kart hesabına 150 manat göndərməsini, Bakı şəhərinə gəlib onun işləri ilə məşğul olacağını bildirdikdə, Ayəddin razılıq vermişdir. xx.xx.2024-cü il tarixdə Ayəddin ona “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi kart hesabına 150 manat göndərmişdir. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərinə gəlib Ayəddinə zəng vurub Bakı şəhərinə gəldiyini demişdir. Ayəddin ona demişdir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin həkim komissiyasından keçmək üçün növbə götürüb və gəlsin həkimlərlə əlillik dərəcəsi məsələsini danışsın. Həkim komissiyasının inzibati binasının qarşısına gəlib Ayəddinlə görüşmüş və Ayəddin ona sənədlərinin sistemə vurulduğunu demişdir. O, Ayəddinə demişdir ki, həkim komissiyasında işləyən Şahin həkim var, onunla münasibəti vardır, onun məsələsini həmin həkimə deyəcək. Bundan sonra o, Şahin həkimlə görüşmüş və ona demişdir ki, Ayəddin İİ Qarbağ döyüşlərində iştirak edib, sol tərəfindən qəlpə yaraları alıb, ona köməlik etsin, həkim komissiyasından keçib əlillik dərəcəsi alsın. Şahin həkim isə öz növbəsində demişdir ki, əlillik dərəcəsi meyarına uyğun gəlsə, ona əlillik dərəcəsi veriləcək. Bundan sonra Ayəddini həkim komissiyasından keçmək üçün çağırmışlar. Ayəddin gəlib ona demişdir ki, cərrah həkimin bildirdiyinə görə onun əlillik dərəcəsi meyarına uyğun gəlmədiyinə görə ona əlillik dərəcəsi düşmür. O, Ayəddinə demişdir ki, belə olan halda bu işi məhkəmə qaydasında həll etsinlər. Ayəddin isə öz növbəsində ona demişdir ki, məhkəmə məsələsi uzun çəkəcək. Bundan sonra o, Ayəddindən ayrılıb Ağcabədi rayonu, Kəhrizli kəndinə getmişdir. Təxminən 3-4 gündən sonra Ayəddin ona zəng vurub demişdir ki, onun müharibə yoldaşlarından 8000 manat pul verib 2 və 3-cü qrup əlillik dərəcəsi alanlar var. O, Ayəddinə demişdir ki, belə iş görən adam tanımır. Ayəddin ona 2000 manatının olduğunu, həmin pulu həkimə verib, ona əlillik dərəcəsini verilməsini demişdir. O da ona demişdir ki, Bakı şəhərinə gələndə söhbət edərlər. Təxminən 5 gündən sonra Bakı şəhərinə gəlib Ayəddinə zəng vurub Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında görüşməyini demişdir. O, həmin yerdə Ayəddinlə görüşmüş və yaxınlıqda olan çayxanada əyləşmişlər. O, Ayəddinə onun əlillik dərəcəsi məsələsini inzibati məhkəmə ilə həll etməyini demişdir. Ayəddin isə öz növbəsində hörmət etməyəcəyi təqdirdə bu işin alınmayacağını demişdir. Ayəddin ona 2000 manat verib həkim komissiyasında işləyən Şahin həkimlə danışmağını, onun əlillik dərəcəsini düzəltməyini, daha sonra 6000 manat verəcəyini də demişdir. O, 2000 manat və müvafiq tibbi sənədləri götürüb Şahin həkimin yanına gəlib ona Ayəddinin əlillik dərəcəsinin alınmasına köməklik edə biləcəyini soruşmuşdur. Onun 2000 manat pulunun onda olduğunu, qalan 6000 manatı daha sonra verəcəyini demişdir. Şahin həkim isə özünün pulla iş görmədiyini, bu işlə bağlı onun yanına gəlməməyini, kim edə bilərsə ona yaxınlaşmağını demişdir. O, Ayəddinə zəng vurub bu işin düzəlməsi üçün adam tapa bilmədiyini, özünün Ağcabədi rayonuna gedəcəyini, adam tapandan sonra gəlib onun işini həll edəcəyini demişdir. Həmin ərəfədə Penitensiar Xidmətin 9 nömrəli cəzaçəkmə müəssisində cəza çəkən tanışı X4 şəhər nömrəsi ilə onun mobil telefonuna zəng vurub danışmışdır. İmanverdi ona arada zəng vururdu və onunla danışırdı. Həmin vaxtı Ayəddinin məsələsi yadına düşdüyü üçün İmanverdiyə İİ Qarabağ döyüşlərində iştirak etmiş Ayəddin adlı şəxsin olduğunu, sol tərəfli qəlpə yaraları aldığını, hazırda əlillik dərəcəsi ala bilmədiyini, ona əlillik dərəcəsi almaq üçün adamının olub-olmadığnı soruşmuşdur. İmanverdi ona Samir adlı tanışının olduğunu, onunla danışıb köməklik edəcəyini demişdir. O da razılıq vermiş və İmanverdi ona Samirin ona zəng vuracağını demişdir. Təxminən 3-4 gündən sonra Samir adlı şəxs ona zəng vuraraq, nömrəsinin ona İmanverdinin dediyini, özünün Bakı şəhərinə gəlib əlilik dərəcəsinin alınması haqqında danışacaqlarını demişdir. Səhəri günü o, Bakı şəhərinə gəlib Samirə zəng vuraraq özünün Bakı şəhərinə gəldiyini demişdir. Samir ona Bakı şəhəri, Nizami rayonu ərazisində “Qara Qarayev” metrostansiyasının gəlib görüşməyini demişdir. O da onun dediyi yerə gəlmiş və orada Samirlə görüşmüşdür. Bundan sonra onlar yaxınlıqda olan çayxanaya gəlmiş və o, Ayəddinin sənədlərini Samirə göstərmişdir. Samir sənədlərə baxıb sənədlərin surətini çıxarıb tanış həkimə göstərməli olacağını demişdir. O da razılıq vermişdir. Həmçinin demişdir ki, o, bu sənədləri həkimə verməlidir ki, həkimlər sənədləri təzədən işləsin və Ayəddinə İİ qrup əlillik dərəcəsi düşsün. Samir ona həkimin sənədləri təzədən işləmək üçün 500 manat vermək lazım olduğunu demişdir. Onlar yenidən çayxanaya gəlmiş və o, həmin çayxanada Samir adlı şəxsə 500 manatı vermişdir ki, həkimə versin. Samir ona sənədlərin hazırlanmasının 1 ay çəkəcəyini demişdir. O isə ona razılıq vermiş, Samirdən ayrılıb Ağcabədi rayonuna getmişdir. Təxminən 3-5 gündən sonra Samir ona zəng vurub harada olduğunu soruşmuşdur. O isə ona Ağcabədi rayonu, Kəhrizli kəndində olduğunu demişdir. Samir ona WhatsApp proqramı vasitəsi ilə kart nömrəsi gələcəyini, həmin kart nömrəsinə 3500 manat köçürməyini, həkim Ayəddinə İİ qrup əlillik dərəcəsi yazacağını demişdir. O, Samirə demişdir ki, onda 1500 manat pul var, Bakı şəhərinə gəlib Ayəddinlə görüşüb ondan pul alıb verəcəkdir. Samir ona WhatsApp proqramı vasitəsilə mobil nömrəni və nömrəsini xatırlamadığı kart göndərmişdir. Bundan sonra o, Ayəddinə zəng vurub bir adam tapdığını, onun İİ qrup əlillik dərəcəni düzəltməkdə köməklik edəcəyini, qalan 6000 manat pulu düzəltməyini demişdir. Bundan sonra o, Samirə zəng vuraraq, onun söz verdiyi məsələni həll etməsini və onun kartına 3500 manat köçürəcəyini demişdir. Samir buna razılıq vermiş və bir neçə gündən sonra o Samirə nə qədər zəng vursa da, zənglərə cavab verməmişdir. Bundan sonra o, İmanverdiyə zəng vuraraq, onun tanışı olan Samirə 500 manat kart hesabına köçürdüyünü, lakin telefon zənglərinə cavab vermədiyini demişdir. İmanverdi isə öz növbəsində demişdir ki, Samirə deyər, ona zəng vurar. Samir ona zəng vurmadığı üçün, o, ona dəfələrlə zəng vursa da, WhatsApp proqramı vasitəsi ilə yazsa da, Samir cavab verməmişdir. Təxminən bir həftədən sonra İmanverdi ona zəng vurub demişdir ki, Samir zənglərə cavab vermir, onun tanışı olan Vüsal ona zəng vuracaq, Vüsala demişdir ki, Samirlə onu görüşdürsün. Təxminən 3 gündən sonra, 2024-cü ilin aprel ayının axırları Vüsal adlı şəxs ona zəng vurub demişdir ki, “İmanverdi sizin nömrəni verib, harada görüşək, sənə deyəsi sözüm var”. Həmin vaxtı o, Bakı şəhərində idi və o, Vüsala Bakı şəhərində olduğunu demişdir. Vüsal ona Bakı şəhəri, Nizami rayonunda yerləşən "Neftçilər" metrostansiyasının yaxınlığında görüşməyini bildirmişdir. Həmin günü saat 11- 12 radələrində qeyd olunan yerdə Vüsal adlı şəxslə görüşmüş və Vüsal ona demişdir ki, İmamverdi ondan xahiş etmişdir ki, Ayəddinin əlillik dərəcəsi alması üçün köməklik etsin, o da həmin işə görə köməlik edəcəkdir. O, Vüsala Ağcabədi rayonu Zabitlər konfederasiyasının sədri olduğunu, İmanverdi ilə çoxdan tanış olduğunu, onunla yaxın münasibəti olduğunu demişdir. Bundan sonra onlar Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin yaxınlığında yerləşən “Meşəbəyi" restoranına gəlib yemək yemiş və söhbət etmişlər. O, Vüsala qohumunun müharibə veteranının olduğunu, ona İİ qrup əlillik almaqda köməklik edə biləcəyini soruşmuşdur. Vüsal isə ona tanışının dostu olduğunu, onun vasitəsilə işi 6000 manata həll edəcəyini demişdir. Həmin vaxtı Vüsal ondan işin ilkin həll olunması üçün 500 manat istəmişdir. O isə ona kartının şəklini göndərməsini istəmişdir. Həmin vaxtı o, yeməyin pulunu vermiş və Vüsala onun Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Qızıl bağ” restoranın yanında olan hotelə gedəcəyini demişdir. Vüsal onu idarə etdiyi Kia Rio markalı avtomobillə dediyi hotelə aparmışdır. Təxminən 2024-cü ilin aprel ayının axırları o, Ayəddinə zəng vurub demişdir ki, kart hesabına onun işinin həlli üçün 500 manat göndərməsini istəmişdir. O da həmin 500 manatı Vüsalın ona göndərdiyi kart hesabına köçürmüşdür. Təxminən 4-5 gündən sonra 2024-cü ilin may ayında əvvəlləri o, Bakı şəhərinə gəlmiş və Ayəddinlə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşdür. Yaxınlıqda olan çayxanada Ayəddin ona 5000 manatı vermişdir. Həmin günü axşam Vüsal ona zəng vurub demişdir ki, pensiya məsələsini düzəldən yoldaş zəng vurmuşdur, sabah saat 15 radələrində “Neftçilər” metrostasiyasının yaxınlığında görüşəcəklər. O da Vüsala razılıq vermişdir. Sabahısı günü saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığına gəlib Vüsalla görüşmüş və yaxınlıqda olan çayxanada əyləşmişlər. Vüsala zəng gəlmiş və o, mobil telefonla danışandan sonra “Neftçilər” metrostansiyasının yaxınlığında olan “LC WAİKİKİ” mağazanın qarşısında onları pensiya məsələsini düzəldən şəxsin gözlədiyini demişdir. Bundan sonra o, Vüsalla birlikdə “LC WAİKİKİ” mağazanın qarşısına gəlmiş, Vüsal tanımadığı bir nəfər, sarıyanız cavan oğlanla görüşmüşdür. Bundan sonra onlar Nizami Rayon Polis İdarəsinin yaxınlığında olan “Meşəbəyi” kafesinə getməyi razılaşmış, o da Vüsalın idarə etdiyi Kia Rio markalı avtomobili ilə “Meşəbəyi” kafesinə gəlmiş və yemək yemişlər. Həmin şəxs ona həkim komissiyasında işləyən Aydının qohumu olduğunu demişdir. Həmçinin demişdir ki, 4000 manatı versin ki, o da Aydına versin, Aydın da Ayəddini komissiyadan keçirə bilsin. O, həmin şəxsə onda 3000 manat olduğunu, işlər görülsün, qalan 1000 manatı verəcəyini demişdir. Həmin cavan oğlan razılıq vermiş və o 3000 manatı Vüsalın yanında həmin şəxsə vermişdir. O da həmin şəxsə pulun saymağını demişdir. Həmin şəxs də narahat olma, düz olar demiş, pulu Aydın həkimə evində aparıb verəcəyini və Ayəddini komissiyadan keçməyə köməklik edəcəyini demişdir. Həmin şəxs də çıxıb getmişdir. Bundan sonra o Vüsalla restorandan durub getmiş və Vüsal idarə etdiyi avomobillə onu hotelə gətirib düşürmüş və Vüsal çıxıb getmişdir. 2024-cü ilin may ayının ortaları Vüsal ona zəng vurub demişdir ki, 500 manat pulu vermək lazımdır ki, sənədləri hazırlasın. O isə Vüsala Ayəddinin 500 manat pulun düzəltdiyini, həmin pulu ona göndərə biləcəyini demişdir. Səhəri günü Vüsal ona WhatsApp proqramı vasitəsi ilə “LeoBank” kartının şəkilini göndərmişdir. Bir neçə gündən sonra o da həmin karta 500 manat köçürmüş və Vüsala onun kartına 500 manat pulun göndərdiyini demişdir. 2024-cü ilin iyun ayının əvvəllərində o, Ayəddinə zəng vurub demişdir ki, onun işinə görə Bakı şəhərinə gedir, ona 150 manat göndərsin. Bundan sonra Ayəddin onun kartına 150 manat köçürmüş və qəbzin şəklini WhatsApp proqramı vasitəsi ilə ona göndərmişdir. 1-2 gündən sonra o, Bakı şəhərinə getmiş və Vüsala zəng vurub Bakı şəhərinə gəldiyini demişdir. O, “Neftçilər” metrostansiyasının yaxınlığında Vüsalla görüşmüş və Vüsalla Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində olan “İmperator” hamamına getmişdir. Hamamda olan zaman o, iki hərbçi yoldaşını görmüş və onlarıda qonaq çağırmışdır. Onlar birlikdə yemək yemiş və yuyunmuşdur və Vüsal orada 170 manat pul vermişdir. Bundan sonra o, Ağcabədi rayonuna qayıdıb getmiş və bir neçə gündən sonra Bakı şəhərinə gəlib Vüsal ilə görüşmüşdür. O, Vüsaldan Ayəddin işinin nə yerdə olduğunu soruşmuşdur. Öz isə növbəsində tez bir zamanda həll oluncağını demişdir. Bundan sonra razılaşmışdılar ki, İmanverdinin yanına getsinlər. O, Vüsalla birlikdə İmanverdinin cəza çəkdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə getmişlər. Binə qəsəbəsində olan zaman İmanverdiyə 170 manatlıq ərzaq məhsulu alıb onun cəza çəkdiyi 9 nömrəli Cəzaçəkmə Müəssisəsinə getmiş və ərzaq məhsullarını İmanverdiyə göndərmişlər. Həmin vaxtı o, Vüsaldan 100 manat almışdır ki, gələndə qaytarar. Bundan sonra Ağcabədi rayonuna qayıdıb getmiş və təxminən 1 həftədən sonra Vüsal ona zəng vurub demiş ki, 500 manat pulu göndər. O, razılıq vermiş və Vüsalın göndərdiyi kart hesabına Ağcabədi rayonu, Şərəfanlı kəndində mağazada olan terminalda 500 manat göndərmişdir. Bakı şəhərinə gələn zaman o, ondan qabaq Ayəddinin işinə görə Samir adlı şəxs epikrizə görə 500 manat verdiyini, indidə telefona cavab vermədiyini demişdir. O, Samir adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəsini Vüsala vermiş və demişdir ki, bu şəxslə maraqlansın. Bir müddətdən sonra Yunis ona zəng vurub demişdir ki, Ayəddin lİ qrup əlillik dərəcəsi alıbdır. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Samir kimi tanıdığı şəxsin əsl adının sonradan Elşad olduğunu öyrənmişdir. Ayəddin pulu özü verirdi. Ondan heç kim pul istəməmişdi. Birinci dəfə 2000 manat pul vermişdi. 1- 2 aydan sonra Vüsal ona zəng vuraraq, işə görə daha 3000 manat pulun lazım olacağını demişdir. 3000 manat pulu Ayəddin ona vermişdi. Vüsala 3000 manatı nağd olaraq, kartına 1500 manat pul ödəmiş, cəmi ona 4500 manat pul vermişdir. Həmin pullar Ayəddinin pulları idi. - 4000 manatı adını xatırlamadığı həkimə vermişdir, lakin daha sonra ondan pulu geri ala bilməmişdir. Məhkəmə iclasında müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, müdafiə etdiyi şəxs İ Qarabağ müharibəsi veteranıdır, hazırda 65 yaşındadır və yaşına, keçmiş xidmətlərinə, həmçinin ailə vəziyyətinə görə sosial cəhətdən həssas kateqoriyaya aiddir. O, bu hadisəyə qəsdən və ya pis niyyətlə deyil, kömək etmək niyyəti ilə daxil olmuşdur. Təəssüf ki, sonradan özü də müəyyən şəxslər tərəfindən aldadılmış və nəticədə özü də zərər görmüşdür. O, zərər şəkmiş şəxsə dəymiş ziyanın böyük hissəsini könüllü olaraq ödəmiş, törətdiyi əmələ görə səmimi peşmançılığını ifadə etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, bu onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasıdır. Ona görə də yuxarıda qeyd olunan halların yüngülləşdirici hallar kimi qiymətləndirilməsini və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan, daha yüngül cəza tədbirinin təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2011-2022-ci illərdə Azərbaycan Respublikası Müdafi Nazirliyinin “N” hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi manqa komandiri vəzifəsində xidmət etmiş və çavuş hərbi rütbəsi daşımışdır. 2020ci il sentyabr ayından İİ Qarabağ müharibəsinə cəlb olunmuş və xx.xx.2020-ci il tarixdə döyüşlər zamanı sol ayaq, sol qulaq və sol gözündən qəlpə yaraları almışdır. Uzun müddət müalicə almış və hazırda İİ Qarabağ müharibəsi qazisidir. 2023-cü ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən X2 zaman təsadüfən özünü Zabitlər konfederasiyasının sədri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, onunla söhbət edən zaman əlillik dərəcəsinin yubandığını demişdir. Təqsirləndirilən şəxs ona təqdim etdiyim sənədlərə baxmış və görmüşdür ki, o, sol tərəfli qəlpə yaraları almışdır. Təqsirləndirilən şəxs ona 7500 manata ömürlük 2-ci qrup əlillik dərəcəsi təyin etdirməkdə köməlik edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs o qədər pula gücü çatmadığını deyərək söhbətləri yarımçıq qalmışdır. O, bu barədə kirayə yaşadığı evin sahibinə demişdir. 2023-cü ilin axırları ona Əlibala zəng vurub “sənin nömrəni Yunis verib, onu tanıyırsan?” deyə soruşmuşdur. O, Əlibalaya Yunisi tanıdığını, onun evində kirayədə qaldığını demişdir. Əlibala ona 7500 manata ona 2-ci qrup əlillik dərəcəsi almaqda köməklik edə biləcəyini demişdir. O, ona razılıq vermiş və demişdir ki, əlaqə saxlayar. Fikirləşirdir ki, özü gedib əlillik dərəcəsini alar. O, iki dəfə X7 getsə də, əlillik dərəcəsi ala bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə Əlibalaya zəng vurub demişdir ki, görüşsünlər, ona ilkin olaraq 2000 manat versin, onun məsələsinin həll olunmasına köməklik etsin. Əlibala razılıq vermiş və ona demişdir ki, o, Ağcabədi rayonunda yaşayır, Bakı şəhərinə gələn kimi onunla əlaqə saxlayacaqdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona demişdir ki, 150 manat kart hesabına göndərsin, sabah Bakı şəhərinə gəlib onun məsələsini danışacaqdır. O da razılıq vermiş və Əlibala ona kart şəklini göndərmiş, o da həmin kartın hesabına xatırlamadığı marketdən 150 manat pulu köçürmüşdür. xx.xx.2024-cü il tarixdə Əlibala ona zəng vurub Bakı şəhərinə gəldiyini, “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmələrini demişdir. Həmin günü günorta saatlarında o, 2000 manat götürüb “Neftçilər” metrostansiyasına gəlmiş və ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin Neftçilər filialının yanında yerləşən “Xəngəl evi” kafesinin qarşısında Əlibala ilə görüşmüşdür. Həmin vaxtı o, Əlibalanı tanımış və yadına düşmüşdür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında Bakı şəhəri, Binqədi rayonu, 6-cı mikrorayonda yerləşən X2 zaman təsadüfən özünü Zabitlər konfederasiyasının sədri kimi təqdim edən şəxsdir. Təqsirləndirilən şəxs onunla görüşə tək gəlmişdir. O, xəsarət almağı ilə bağlı sənədləri Təqsirləndirilən şəxs vermiş və Təqsirləndirilən şəxs sənədlərə baxandan sonra sənədlərini X5 sistemə vurdurmağını, o da onun 2-ci qrup əlillik dərəcəsini alıb verdirəcəyini bildirmişdir. O, ona razılıq vermiş və həmin vaxtı 2000 manatı Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı o, üzərində olan videokamera vasitəsi ilə Təqsirləndirilən şəxs xəbəri olmadan videoçəkiliş aparmışdır. Bir neçə gün keçəndən sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq 2-ci qrup əlillik ömürlük məsələsi alınmır, 5 illik 2-ci qrup əlillik dərəcəsi almaqda köməklik edə biləcəyini demişdir. O, razılıq verərək Təqsirləndirilən şəxs ona 5000 manat hazırlamağını, o, Bakı şəhərinə gələndə onunla görüşüb alacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq “cərraha pul çatmayıb, sənədini yazmaq istəmir, mən sənə kart şəkili göndərəcəm, sən həmin karta 500 manat göndərərsən, mən həmin pulu cərraha verəcəm” demişdir. O, razılıq vermiş və Təqsirləndirilən şəxs kart hesabına xatırlamadığı marketdən 500 manat köçürmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vuraraq, onun kart hesabına 500 manatın köçürdüyünü demişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq onun işi ilə bağlı “Qara Qarayev” metrostansiyasının yaxınlığında bir nəfər şəxslə görüşüdüyünü demişdir. Ona 5000 manat pulu götürüb “Neftçilər” metrostasiyasının yaxınlığına gəlməyini, onunla görüşüb pulu ona verməyini demişdir. xx.xx.2024-cü il tarixdə o, 5000 manat pulu götürüb “Neftçilər” metrostasiyasının yaxınlığında oları “Xəngəl evi” kafesinin qarşısında Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs onunla görüşə tək gəlmişdir. Təqsirləndirilən şəxs ona həkimlə razılaşdığını demişdir. O, həmin yerdə 5000 manatı Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı onun üzərində olan videokamera vasitəsi ilə Təqsirləndirilən şəxs xəbəri olmadan videoçəkiliş aparmışdır. Təxminən xx.xx.2024-cü il tarixdə “e-sosial.az” elektron səhifəyə girən zaman ona 3-cü qrup əlillik dərəcəsi verildiyini görmüşdür. Fikirləşmişdir ki, bu barədə Təqsirləndirilən şəxs deməsin, görsün nə deyəcək. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, əlilliklə bağlı ona imtina gəlib. Təqsirləndirilən şəxs onun üçün ayrıca həkim komissiyasının təyin ediləcəyini və onu həkim komissiyasına təkrarən çağırılacağını demişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq onun kartına 600 manatın göndərməyini, Bakı şəhərinə gəlib, həkimlə yekunlaşdıracağını bildirmişdir. O da razılıq verərək xx.xx.2024-cü il tarixdə saat 18:05-də Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşaov küçəsində yerləşən “Bizim market” adlı marketdən “Mpay” terminalından Təqsirləndirilən şəxs kart hesabına 600 manat köçürmüş və 600 manat pulun qəbzini özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxsla “Neftçilər” metrostansiyasının yaxınlığında olan “Xəngəl evi” kafesinin qarşısında görüşmüş və Təqsirləndirilən şəxs işi ilə bağlı soruşmuşdur. Təqsirləndirilən şəxs ona Vüsalın gəldiyini, onunla görüşəcəyini demişdir. O, Təqsirləndirilən şəxs zəng vuraraq Vüsala zəng vurub, onunla danışmağını demişdir. Təqsirləndirilən şəxs Vüsala zəng vurmuş və Vüsala onu gözlədiyini demişdir. Vüsal özünün işdə olduğunu, gecə gələcəyini demişdir. Onlar Vüsalı gözləsələr də, gəlib çıxmadığı üçün o, Təqsirləndirilən şəxs ayrılıb getmiş, Təqsirləndirilən şəxs ona Vüsalla görüşə getdiyini demişdir. Həmin günü o, Təqsirləndirilən şəxs zəng edərək Vüsalla görüşdüyünü soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona özünün sərxoş olduğunu, özündə olmadığını, səhər danışmalarını demişdir. Səhəri günü o, yenə Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs telefonu danışmaq üçün Vüsala vermiş və Vüsal ona narahat olmamağını, işinin şəffaf şəkildə həll olunduğunu, ona əlillik dərəcəsinin veriləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq onun kart hesabına 150 manat göndərməyini, Bakı şəhərinə gəlib, onunla görüşüb 2-ci qrup əlillik dərəcəsinin verilməsi məsələsinin yekunlaşdıracağını demişdir. xx.xx.2024-cü il tarixdə saat 13:38-də Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bizim market” adlı marketdən “Mpay” terminalından Təqsirləndirilən şəxs kart hesabına 150 manat köçürmüş və 150 manat pulun qəbzini özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxsla “Neftçilər” metrostansiyasının yaxınlığında olan “Xəngəl evi” kafesində görüşmüş və o, Təqsirləndirilən şəxs işinin necə olacağını soruşmuşdur. Təqsirləndirilən şəxs isə əgər ona əlillik dərəcəsini verməsələr, məhkəməyə müraciət edəcəyini demişdir. O, o zaman görmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır, onun əlillik dərəcəsi barədə heç bir məlumatı yoxdur və qərara gəlmişdir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etsin, çünki Təqsirləndirilən şəxs həkimlərin adını çəkmişdir. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs barəsində qeyd olunan quruma şikayət edərək, Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 8400 manat pulunun ələ keçirdiyini bildirmişdir. İbtidai istintaq və işə məhkəmədə baxıldığı dövrdə təqsirləndirilən şəxs ona dəymiş maddi ziyandan 7900 manat ödəmiş, qalan 500 manat məbləğin isə ödəyəcəyinə dair söz vermişdir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Həmçinin yekun olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi veteranıdır, yaşlı insandır, ailəlidir və özü də müəyyən mənada bu məsələdə aldadılmışdır. Həmçinin etiraf edir ki, onun da bu prosesə yanaşmaq cəhdi düzgün olmamışdır. Qanunla deyil, bu yolla məsələnin həllinə çalışmaqla səhv etmişdir. Bütün halları nəzərə alaraq, təqsirləndirilən şəxsə mümkün olan ən yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin təxminən yanvar ayında ünvan 4 ünvanda Zərərçəkmiş şəxs və ailəsi ona məxsus olan evdə kirayə qalırlar. Ayəddin İİ Qarabağ döyüşlərinin iştirakçısıdır. Onu əvvəllər tanımasa da, sonradan tanışlığı yaranmışdır. Söhbət zamanı Ayəddin ona müxtəlif təşkilatlara müraciət eləsə də, lakin əlillik dərəcəsini ala bilmədiyini demişdir. O, bu barədə qonşuluqda yaşayan Əlibalaya çayxanada çay içəndə danışmışdır. Əlibalada ona narahat olma, köməklik edəcəyini demişdir. O, Ayəddinə Əlibalanın nömrəsini vermişdir. Sonradan ona məlum olmuşdur ki, bunlar bir-birlərini əvvəlcədən tanıyırmışlar. O, Ayəddinə əgər Əlibala işləri ilə əlaqədar pul istəsə, verməməsini, işi düzələndən sonra hörmət etməsini tapşırmışdır. Bu hadisədən bir müddət keçəndən sonra Əlibala ona zəng vurub Ayəddinin ondan şikayət elədiyini bildirmişdir. O, Ayəddinə zəng vurub şikayətinin səbəbini soruşmuşdur. Ayəddin ona Əlibalanın onu aldadıb pulunu aldığını, İİ qrup əlillik dərəcəsi almaq əvəzinə, İİİ qrup əlillik dərəcəsi aldığını bildirmişdir. Həmin pulu Əlibalanın harada nə məqsədlə aldığını, Ayəddinin Əlibalaya nə qədər, nə məqsədlə və harada pul verməsindən xəbəri olmamışdır. O, heç bir hadisənin şahidi olmamışdır. Sadəcə Əlibalanın nömrəsini Ayəddinə əlaqə saxlaması üçün vermişdir. Əlibala Ayəddini onun müalicə aldığı Hərbi Hospitaldan tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2014-cü il tarixdən X4 ilə təsadüfən Bakı şəhəri, Nizami rayonunda tanış olmuş və onunla münasibəti yaranmışdır. Bir-birləri ilə mobil telefonla əlaqə saxlayırdılar. xx.xx.2024-cü il tarixdə İmanverdi Quliyev ona zəng vurub demişdir ki, o, Penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Onun Ağcabədi rayonundan olan Əlibala adlı tanışı var, o, zəng vuracaq, tanışı Rəşadla Əlibalanı görüşdürsün, Rəşad Əlibalanın tanışının pensiya məsələsinə köməklik etsin. X13 Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əməkdaşı Anar adlı şəxsin köməkçisidir. O, İmamverdidən niyə tutulduğunu soruşan zaman o bildirmişdir ki, bir qadın onu şikayət etmiş, hazırda çəkilməmiş 2 il 6 ay cəzası qalır. Təxminən 1 gündən sonra Əlibala adlı şəxs ***-***-**-** nömrəsi ilə onun mobil telefonuna zəng vurub nömrənin İmamverdinin verdiyini, özünün hazırda Ağcabədi rayonun da olduğunu, xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gəlib onunla görüşəcəyini demiş, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində o, Əlibala adlı şəxslə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüş və “Dakar” dairəsinin yaxınlığında olan “maklerlər” bağı kimi tanınan bağa keçmiş və orada söhbət etmişlər. Əlibala ona Ağcabədi rayonu Zabitlər Konfederasiyasının sədri olduğunu, İmamverdini çoxdan tanıdığını, onunla yaxın münasibəti olduğunu demişdir. Bundan sonra onlar Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin yaxınlığında yerləşən “Meşəbəyi” restoranına gəlib yemək yemiş və söhbət etmişlər. Əlibala ona qohumunun müharibə veteranı olduğunu, ona İİ qrup əlillik almağına köməklik göstərməyini soruşmuşdur. O, Əlibalaya tanışının dostu olduğunu, onun köməklik edə biləcəyini demişdir. O, İmanverdini nəzərdə tutmuşdur, çünki İmanverdi ona demişdir ki, Rəşad adlı şəxslə Əlibalanı görüşdürər, Rəşad ona köməklik edəcək. Əlibala yeməyin pulunu vermiş və ona Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Qızıl Bağ” restorananın yanında olan hotelə getdiyini demişdir. O, Əlibalanı idarə etdiyi “Kia Rio” markalı, **-MY- *** dövlət qeydiyyat nişanlı avtomobillə dediyi hotelə aparmışdır. Bundan sonra o, yaşadığı evə getmişdir. Həmin günü axşam tərəfi ona “WhatsApp” proqramı vasitəsi ilə Rusiya Federasiyasına aid nömrə ilə zəng gəlmiş və o, cavab verəndə tanımadığı kişi cinsli şəxs ona demişdir ki, adı Rəşaddır, onun nömrəsini İmamverdi veribdir. Rəşad ona demişdir ki, sabah saat 12-13 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına göz xəstəxanasının yaxınlığında görüşsünlər. O, demişdir ki, Əlibala oraları tanımır, ona görə “Neftçilər” metrostansiyasının ətrafında görüşsünlər. Rəşad razılıq vermiş və razılaşmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostasiyasının yaxınlığında görüşəcəklər. Bu zəngdən sonra o, Əlibalaya zəng vurub demişdir ki, pensiya məsələsini düzəldən yoldaş zəng vurmuşdur, sabah saat 15 radələrində “Neftçilər” metrostasiyasının yaxınlığında görüşəcəklər. Əlibala isə razılıq vermişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Əlibala ona zəng vurub demişdir ki, o, “Neftçilər” metrostansiyasının yaxınlığında gözləyir. O, qeyd olunan yerdə Əlibala ilə görüşmüş və yaxınlıqda olan çayxanada əyləşib çay içən zaman Rəşad ona “WhatsApp” proqramı vasitəsi ilə Rusiya Federasiyasına aid nömrəsi ilə zəng vurmuş və ona demişdir ki, onlar çayxanada çay içirlər. Rəşad ona “Neftçilər” metrostansiyasının yaxınlığında olan “LC WAİKİKİ” mağazanın qarşısında onları gözlədiyini demişdir. O, Əlibala ilə qeyd olunan yerə gəlmiş və Rəşadla görüşmüşlər. Əlibala gedib yemək yemələrini təklif etmişdir. Onlar razılıq vermiş və birlikdə idarə etdiyi “Kia Rio” markalı avtomobillə “Meşəbəyi” restoranına gəlmiş və yemək yemişlər. Həmin restoranda Əlibala qohumunun İİ dərəcəli əlillik qrupu məsələsini Rəşada danışmışdır. Rəşad demişdir ki, onun qohumuna köməlik edəcəkdir. Əlibala Rəşaddan bu işin xərcinin nə qədər olduğunu soruşmuşdur. Rəşad isə 4000 manata 18 gün müddətinə onun qohumuna İİ dərəcəli əlillik qrupu alacağını demişdir. Əlibala Rəşada razılıq vermiş və onun yanımda Əlibala kağız paketdə Rəşada pul vermiş və demişdir ki, 3000 manatdır, 1000 manatda iş düzələndən sonra verəcək. Rəşad Əlibaladan kağız paketi götürmüş və Rəşad çıxıb getmişdir. Bundan sonra o, Əlibala ilə restorandan qalmış və idarə etdiyi avomobillə Əlibalanı hotelə gətirib düşürmüş və özü də işinin dalınca getmişdir. xx.xx.2024-cü il tarixdə Rəşad ona “WhatsApp” proqramı vasitəsi ilə Rusiya Federasiyasına aid nömrəsi ilə zəng vurub demişdir ki, Əlibala 1000 manat pul verməyib, həmin pulu vermək lazımdır ki, sənədləri hazırlasın. Bundan sonra o, Əlibalaya zəng vurub demişdir ki, Rəşad 1000 manat pul istəyir, sənədlərin hazırlanması üçün lazımdır. Əlibala demişdir ki, danışıb ona bir söz deyər, bir neçə dəqiqədən sonra Əlibala ona zəng vurub, qohumunun 500 manat pul düzəltdiyini bildirib, həmin puiu göndərə biləcəyini demişdir. O, Rəşada “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub demişdir ki, Əlibala deyir ki, 500 manat vardır, onu göndərə bilər. Rəşad isə razılaşaraq, onunla əlaqə saxlayacağını demişdir. Səhəri günü, yəni, xx.xx.2024-cü il tarixdə İmamverdi onun mobil telefonuna Bakı şəhər nömrəsi ilə zəng vurub işlərin nə yerdə olduğunu, Rəşadla görüşə bildiyini soruşmuşdur. O, İmamverdiyə Rəşadla görüşüb söhbət etdiyini Əlibalanın Rəşada 3000 manat verdiyini, 1000 manat söz versə də, 500 manatı olduğunu demişdir. İmanverdi ona özünün Əlibala ilə danışacağını demişdir. Həmin günü Əlibala ona zəng vurub kartının şəklini göndərməyini, ora 500 manat pul köçürəcəyini demişdir. O, razılıq verib “WhatsApp” proqramı vasitəsi ilə Əlibalaya “LeoBank” kartının şəkilini Əlibalaya göndərmişdir. 03-04 may 2024-cü il tarixlərdə Əlibala ona zəng vurub 500 manatı ona göndərdiyini demişdir. Təxminən xx.xx.2024-cü il tarixdə Əlibala ona Bakı şəhərinə gəldiyini, onu restorana aparmağını demişdir. O, Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında Əlibala ilə görüşmüş, həmin vaxtı Əlibalanın yanında tanımadığı bir xanım var idi. Onlarla birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində olan “İmperator” hamamına getmiş və o, qonaqlıq vermişdir. Həmin günü o, 500 manatdan 290 manat qonaqlığa pul vermişdir. Səhəri günü Əlibala ilə görüşmüş və Əlibala ona İmamverdinin yanına getmək lazım olduğunu demişdir. O, Əlibala ilə birlikdə İmamverdinin cəza çəkdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə getmişlər. Binə qəsəbəsində olan zaman İmanverdiyə qalan 310 manatdan 170 manatlıq ərzaq məhsulu alıb İmamverdinin cəzaçəkdiyi cəzaçəkmə müəssisəsinə getmiş və ərzaq məhsullarını İmamverdiyə göndərmişlər. Həmin vaxtı Əlibala ona üzərində pulun olmadığını, ona 100 manat verməyini, daha sonra ona göndərəcəyini demişdir. O, razılaşmış və qalan 140 manatdan 100 manatı Əlibalaya vermişdir. Əlibalanın onun kartına köçürdüyü 500 manatdan 40 manat onda qalmışdır. Həmin 40 manatı avtomobilin yanacağına və siqaretə xərcləmişdir. Təxminən 07-08 may 2024-cü il tarixdə İmamverdi onun mobil telefonuna Bakı şəhər nömrəsi ilə zəng vurub Əlibalanın ona 500 manatın göndərib-göndərmədiyini soruşmuşdur. O, ona Əlibalanın onun kartına 500 manat göndərdiyini demişdir. İmamverdi ona kart nömrəsi demiş və 500 manatı həmin karta köçürmə etməyini demişdir. O da İmanverdiyə 500 manatı xərclədiyini deməmişdir. Bundan sonra o, həmin 500 manatı borc-xərc edib düzəldib qeyd olunan karta köçürmüş və görmüşdür ki, həmin kart "xxxx" ASC-yə aiddir, kartın sahibi qadındır. Həmin kartın nömrəsini və qadının adını xatırlamır. Təxminən 1 həftədən sonra Əlibala ona zəng vurub demişdir ki, ondan qabaq Samir adlı şəxslə görümüşdür, qohumunun epikrizinin düzəlməsi üçün Samirə 500 manat versə də, düzəltmədi. Əlibala ona Samir adlı şəxsin mobil telefon nömrəsini vermişdir ki, həmin şəxslə görüşsün. O da Samir adlı şəxsə zəng vurub görüşmüş və görmüşdür ki, həmin şəxs İmanverdinin dostu Elçin Əliyevdir. O, Elçin Əliyevə demişdir ki, Əlibalanın işini düzəltməyib, onun 500 manatı versin. Elçin Əliyev demişdir ki, 2 günə düzəldib verəcəkdir. Həmin günü axşam İmanverdi ona zəng vurub demişdir ki, Samirlə işi olmasın. Bundan sonra o, Samirlə bağlı məsələnin üstünə düşməmişdir. O, Əlibalaya zəng vurub demişdir ki, 500 manatını versin, xx.xx.2024-cü il tarixdə Əlibala onun kart hesabına 500 manat köçürmüş və 500 manatı göndərdiyini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır (cild 1, i.v 1). Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai istintaq davam etdirilmişdir (cild 1, i.v 12). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v 26). Götürmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd A4 kağızında 02 ədəd qəbzin surəti telefondan götürülmüşdür (cild 1, i.v 80). Götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd A4 kağızında 02 ədəd qəbz götürüldü və protokola əlavə olundu. Qəbzlərə baxışla müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 18:05-də Bakı şəhəri, Binəqədi rayonu, Paşa Dadaşov küçəsində yerləşən «Bizim market»də quraşdırılmış «Mpay» ödəmə terminalı vasitəsi ilə 416974******2082 kart hesabına 600 manat, xx.xx.2024-cü il tarixdə saat 13:38-də Bakı şəhəri, Binəqədi rayonu, Paşa Dadaşov küçəsində yerləşən «Bizim market»də quraşdırılmış «Mpay» ödəmə terminalı vasitəsi ilə 416974******2082 kart hesabına 150 manat köçürülmüşdür (cild 1, i.v 81). Tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (cild 1, i.v 94). Şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs saxlandığı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Müvəqqəti Saxlam Yerindən azad edilmişdir (cild 1, i.v 119-120). Götürmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş öz adına olan "xxxx" ASC-nin 3 vərəqli mədaxil və məxaric çıxarışını, "xxxx" ASC-nin 7 vərəqli mədaxil və məxaric çıxarışı götürülmüşdür (cild 1, i.v 126). Əməlin tövsif edilməsi edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v 195-196). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 198-199). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 210-211). Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhər prokurorluğunun vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir (cild 1, i.v 233-234). Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və istintaqının aparılması qərara alınmışdır (cild 1, i.v 239-240). Maddi sübut kimi tanınma və maddi sübutun qiymətləndirilməsi haqqında xx.xx.2025ci il tarixli qərarlardan görünür ki, iş üzrə zərər çəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş 01 ədəd A4 kağızında 02 ədəd qəbzin surəti maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i.v 277-293). Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut: Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd A4 kağızında 02 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılır. İş üzrə dəymiş ziyan: 8400 manatdır, 7500 manat ödənilmişdir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə edilən alət və vasitələr yoxdur. İş üzrə məhkəmə xərci yoxdur (cild 1, i.v 329). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bildiyini bildirsə də, istintaq zamanı verdiyi ifadələrində özünü tam təqsirli kimi göstərmiş, hadisənin mahiyyətinə dair eyni məzmunlu açıqlamalar vermişdir. Onun bu ifadələri göstərir ki, o, baş vermiş hadisəni daha çox insani müstəvidə yəni kömək məqsədilə yanaşdığı bir məsələ kimi dəyərləndirmiş, bu səbəbdən də hüquqi baxımdan özündə cinayət tərkibi olan davranışın fərqində olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin bu yanaşmasını onun hüquqi bilik səviyyəsinin aşağı olması, yəni hüquqi savadsızlığı ilə əlaqələndirir. Əslində isə təqsirləndirilən şəxsin verdiyi izahatlar hüquqi cəhətdən kifayət qədər məna daşıyır və aldatma yolu ilə zərərçəkmişin pul vəsaitinin ələ keçirilməsi faktı bu izahatların təfərrüatlarında tam əks olunur ki, bu da onun həmin cinayət əməlini törətdiyini açıq-aşkar sübuta yetirir. Qısacası, təqsirləndirilən şəxsin öz izahatında yer alan təfərrüatlar və hadisənin faktiki gedişi təqsirləndirildiyi maddələrin tələblərinə tam uyğun gəlir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi zərərin əhəmiyyətli hissəsi könüllü şəkildə ödənilmiş, yalnız cüzi məbləğ 500 manat qalmışdır. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəmədə çıxış edərək təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətinin olmadığını bildirmiş, ona qarşı yüngül cəza tədbiri seçilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, AR CM-in 59.1.14-cü maddəsi nəzərə alınaraq, ziyanın qismən (əksər hissəsinin) könüllü şəkildə ödənilməsi və zərərçəkmişin barışıq mövqeyi birgə şəkildə cəzada yüngülləşdirici hal qismində qiymətləndirilməlidir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əvvəllər məhkum edilmədiyini və cinayət törətməyə meyilli şəxs olmadığını, səmimi peşmançılığını, həmçinin təqsirləndirilən şəxsin irəli yaşı (65 yaş) və İ Qarabağ müharibəsi veteranı statusu hallarını da Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən digər yüngülləşdirici hallar qismində qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Ağcabədi rayonun hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdən 31 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş 01 ədəd A4 kağızında 02 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 30 saatın hər iş saatının 6 manatdan, 5 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 235 manat (30 saat x 6 AZN + 5 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdən 31 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Ağcabədi rayonu, Kəhrizli kəndi) Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağcabədi rayonu hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut – zərər çəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş 01 ədəd A4 kağızında 02 ədəd qəbzin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 235 (iki yüz otuz beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar