Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-338/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Laçın rayonu, Fətəlipəyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 16 noyabr 2023-cü il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Binəqədi qəsəbəsi, Binəqədi şossesi istiqamətində “AC 090634” nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan mülkiyyətində olan “Mitsubishi Airtrek minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Röyal” şadlıq sarayının qarşısında idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada X2 vuraraq sonuncuya alın, sağ gicgah və sol təpə nahiyələrinin, burun belinin, burun əsasının, sağ və sol bilək oynağı nahiyələrinin, sağ əlin arxa səthinin, sol bud nahiyəsinin, sağ və sol bud çanaq oynağı nahiyələrinin, sağ diz oynağı nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, döş qəfəsinin, qarın nahiyəsinin sıyrıqları, sağ əlin arxa səthinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfdən İİİ-İV qabırğaların sınıqları, sol bud-çanaq və sol diz oynağının, sol bud sümüyünün, sol tərəfli qalça və qasıq sümüklərinin qapalı sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aid, baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəlidir, üç uşağı vardır və “Binəqədi-OYL Company”də qaynaqçı işləmişdir. İşə özünə məxsus «Mitsubishi Airtrek» markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gedibgəlmişdir. 16 noyabr 2023-cü il tarixdə səhər saat 06 radələrində işi olduğundan idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Ankara” şadlıq evinin yaxınlığından iş yerinə getmişdir. İdarə etdiyi avtomobil ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti istiqamətindən Binəqədi qəsəbəsi, Binəqədi şosesi istiqamətində saatda 60 km sürətlə öz hərəkət zolağında hərəkətdə omluşdur. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən “Röyal” şadlıq evinin qarşısına çatan zaman yolun sağ tərəfindən sol tərəfinə bir nəfər qadın piyadanın keçdiyini görmüş, lakin hadisənin qarşısını ala bilməmişdir. Adını sonradan öyrəndiyi mərhum piyada X2 avtomobilinin qabaq sol hissəsi vurmuş və sonuncu yerə yıxılmışdır. Avtomobilini dərhal saxlayıb avtomobildən yerə düşmüş, hadisənin təsirində olduğundan həyəcnanlanmış və özünü itirmişdir. Zərbənin təsirindən piyada yolun digər tərəfində qoşa xəttə yaxın hissədə düşmüş və uzanıqlı vəziyyətdə qalmışdır. Piyada qadının hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və həmin vaxt aydın olmuşdur ki, piyada artıq ölmüşdür. Hadisənin təsirində olduğundan qadını vurduqdan sonra baş verənlərdən məlumatı olmasa da, sonradan məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı adını sonradan bildiyi mərhum X2 idarə etdiyi avtomobil ilə vurduqdan sonra sonuncunu yolun əks istiqamətində hərəkətdə olan digər nəqliyyat vasitəsidə vurmuşdur. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmış, həmin şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X4 anası olmuşdur. Hadisə baş verən gün yəni, 16 noyabr 2023-cü il tarixdə yaşadığı evdə olan zaman səhər saat 07 radələrində polis əməkdaşları zəng vuraraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq proskpetində yerləşən “Röyal” şadlıq evinin qarşısında anası Aygünün piyada şəkildə hərəkətdə olan zaman yolu sağdan sola keçmək istədikdə “Mitsubishi Airtrek” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin anasını vurmasını, anasının zərbənin təsirindən yolun əks istiqamətinə getməsini və həkətdə olan “Opel Astra” markalı avtomobilin anasını vurmasını, nəticədə anasının hadisə yerində ölməsini bildirmişlər. Bu barədə xəbər tutduqdan sonra dərhal hadisə yerinə gəlmişdir. 10 dəqiqə keçdikdən sonra hadisənin baş verdiyi ünvana gəlib çatdıqda anası Aygün Həsənovanın hadisədə öldüyünün şahidi olmuşdur. 16 noyabr 2023-cü il tarixdə mərhum anası Aygün Həsənovanın 6 saylı Ə.D.Məlikovun adına xəstəxanada məhkəmə tibbi ekspertizasının pataloji anatomiya birliyində tibbi müayinəsi yekunlaşdıqdan sonra dəfn mərasimi baş tutmuşdur. Baş vermiş hadisənin birbaşa şahidi olmamış və ona bu barədə məlumat verilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda ona qarşı heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Röyal” şadlıq sarayının qarşısında baş vermişdir. Bu barədə tərtib edilmiş sxem və çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, 2/45948 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluğun məyyən edilməsi məqsədi ilə 11 noyabr 2023-cü il tarixdə aparılmış tibbi müayinə zamanı onda sərxoşluq əlamətləri aşkar edilmişdir. AC 090634 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş B kteqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlıdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 xx.xx.2023-cü il tarixli, 233 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsinə və əlavə müayinənin cavabına əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1,2. Mərhumə A.Ş.Həsənovanın meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı; - sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfdən İİİ-İV qabırğaların sınıqları; - sol bud-çanaq oynağının, sol diz oynağının, sol bud sümüyünün, sol tərəfli qalça və qasıq sümüklərinin qapalı sınıqları; - alın nahiyəsinin, sağ gicgah nahiyəsinin, sol təpə nahiyəsinin, burun belinin, burun əsasının, sağ və sol mil-bilək oynağı nahiyələrinin, sağ əlin arxa səthinin, sol bud nahiyəsinin, sağ və sol bud-çanaq oynağı nahiyələrinin, sağ diz oynağı nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, döş qəfəsinin, qarm nahiyəsinin sıyrıqları; - sağ əlin arxa səthinin qançırı. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfdən İİİ-İV qabırğaların sınıqları, sol bud-çanaq oynağının, sol diz oynağının, söl bud sümüyünün, sol 'tərəfli qalça və qasıq sümüklərinin qapalı sınıqları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 3. Mərhumə A.Ş.Həsənovanm ölümünə səbəb baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhumə A.Ş.Həsənovanm ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə, saat 08:45də meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. 4. Mərhumə A.Ş.Həsənovanm meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. 5. Mərhumə A.Ş.Həsənovanm meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşınının A.Ş.Həsənovanı vurması və bu zərbənin təsirindən onun yolun əks tərəfinə keçərək hərəkətdə olan digər avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazıda baxılan cinayət işi üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamışdır. Avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Mitsubishi Airtrek” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin metallik rəngdə olması, avtomobilin qabaq sol hissəsinin əzilməsi, belə ki, qabaq sol işıqların, bufer və kapotun sol tərəfinin əzilməsi müəyyən olunmuşdur. Avtomobilin həmin hissələrindən başqa xarici səthinin digər yerlərində hər hansı bir əzik, rəng töküntüsü, şüşələrinin qırılması, faralarının sınması müəyyən edilməmişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilərdən görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Binəqədi qəsəbəsi, Binəqədi şossesi istiqamətində idarə etdiyi “Mitsubishi Airtrek” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Röyal” şadlıq sarayının qarşısında avtomobilin qabaq sol hissəsi ilə yolun yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada X2 vurduğunu deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq edib hadisə yerini göstərmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş diskə baxış keçiriləkən müəyyən edilmişdir ki, diskin içərisində iki ədəd fayl olması müəyyən olunmuş, həmin fayıllar özlərində videogörüntüləri əks etdirmiş, birinci fayl, 03 dəqiqə, ikinci fayl isə 03 dəqiqə 01 saniyədən ibarətdir, həmin fayllarda olan videogörütülər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektindən Binəqədi şossesi istiqamətində olan TŞ 8-001 və TŞ 8-035 nömrəli videomüşahidə qurğusunda 16 noyabr 2023-cü il tarixdə saat 06 radələrinfə qeydə alınmış, hər iki görüntü eynidir, birinci görüntü hərəkət etməyən qurğuda, ikinci görüntü isə fırlanan qurğuda qeydə alınmış, birinci görüntüdə yolla çoxsayda avtomobillər hərəkət etmiş, heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmamış, ikinci görüntüdə yol-nəqliyyat hadisəsi qeydə alınmamış, lakin mebel mağazasının qarşısında yolda hərəkət edən avtomobillərin hərəkəti dayanmış, belə ki, yolda arxa-arxaya iki avtomobillər dayanmış və avtomobillərin yanında çoxsayda şəxslər vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 090634 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/156 nömrəli rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mitsubishi Airtrek” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xsüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 xx.xx.2024-cü il tarixli, T 134/2024 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü X1 adma tərtib edilmiş sənədlərə, qəzada iştirak etmiş avtomobillərdə aşkar edilən zədələrə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2,3,4,5,6,7,8,10. Mərhum A.Ş.Həsənovanın meyitinin müayinəsi zamanı sağ əlin arxa səthində sıyrıq, alm, sağ gicgah, sol təpə, burun beli, burun əsası, sağ və sol mil-bilək oynağı, sağ əlin arxa səthi, sol bud, sağ və sol bud-çanaq oynağı, sağ diz oynağı, sol dirsək oynağı, döş qəfəsi və qamın sıyrıqları, sol bud-çanaq oynağı, sol diz oynağı, sol bud sümüyü, sol qalça və qasıq sümüklərinin qapalı sınığı, sol ağciyərə qansızma ilə müşayiət olunan sol İİİ, İV qabırğaların sınığı, baş beynin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızma ilə müşayiət olunan sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidir, böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü ilə uyğun gəlir və yol-nəqliyyat travması nəticəsində yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sol təpə- gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfdən İİİ-İV qabırğaların sınıqları, sol bud-çanaq və sol diz oynağının, sol bud sümüyünün, sol tərəfli qalça və qasıq sümüklərinin qapalı sınıqları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı uzun müddətə pozan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən onların yaranma mexanizmini belə izah etmək olar: mərhum A.Ş.Həsənova vertikal və ya buna yaxın vəziyyətdə olarkən hərəkətdə olan “Mitsubishi Airtrek” markalı avtomaşının qabaq sol tərəfi piyadanın sol aşağı ətrafı, döş qəfəsi ilə kontaktda olmuş, sonrakı etapda piyada yer səthinə çırpılmışdır. Piyadanın avtomobillə vurulması və yol örtüyünə dəyməsi zamanı sol bud-çanaq oynağı, sol bud sümüyü, sol diz oynağı, sol qalça və qasıq sümüyünün qapalı sınıqları, sol İİİ, İV qabırğaların sınıqları və sol ağciyərə qansızma, sol və sağ bud-çanaq oynağı, sol təpə, sol bud, sol dirsək oynağının sıyrıqları, sol təpə- gicgah, sümüklərinin kəllə əsasına keçən sınıqları, baş beyin toxuması, qişa və mədəciklərinə, beyinciyə qansızmalar yaranmışdır. Artıq yol örtüyündə uzanmış və ya ona yaxın vəziyyətdə olarkən yolun əks istiqamətində hərəkətdə olan “Opel Astra” markalı avtomobilin piyadaya dəyməsi və yol örtüyündə sürtülməsi nəticəsində sağ əlin arxa səthində, sağ diz oynağı, alm, sağ gicgah, burun beli və əsasında, sağ və sol milbilək oynağında, döş qəfəsi və qarında sıyrıqlar yaranmışdır. 9. Mərhum A.Ş.Həsənovanın ölümünə səbəb ağır qapalı kəllə-beyin travması nəticəsində beyin toxuması, qişaları, mədəciklərə və beyinciyə qansızma olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “Mitsubishi Airtrek” markalı, **-RJ-*** və «Opel Astra» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. DİN-nin X6 Xidmətindən götürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd “DVD” disk xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs hüquqi varisinin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (zərərçəkmiş şəxslə barışığın əldə edilməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mitsubishi Airtrek” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı və «Opel Astra» markalı, **- MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səkksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üzrə maddi sübut kimi tanınmış “Mitsubishi Airtrek” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı və «Opel Astra» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səkksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-338/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-338/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver