Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-338/2025 04.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Azərbaycan Respublikası Baş Dövlət ittihamçısı: Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımış və yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,467 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış metamfetamini əldə edərək, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:00-da Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, İsfahani küçəsində saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və orada həmin tarixdə saat 17:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,467 qram ağ rəngli kirstalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə xx.xx.2024cü il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsi ev 14 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan aşmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 01 ədəd 585 əyarlı, 40 qramlıq 5.000 manat dəyərində sünbül formalı qızıl boyunbağını, 01 ədəd 585 əyarlı, 10 qramlıq 1.500 manat dəyərində tək qaşlı qızıl üzük və sırğa komplektini, 01 ədəd üzərində 3 brilyant qaşı olan 3.000 manat dəyərində qızıl üzüyü, 01 ədəd 585 əyarlı yumru açılan formada 1.500 manat dəyərində qızıl klonu, üzərində şəffaf qaşları və 01 ədəd yaşıl rəngli qaşı olan 583/585 əyarlı, 8.59 qramlıq 2.000 manat dəyərində 01 qızıl üzük-sırğa dəstini, tək qaşlı 585 əyarlı, 5 qramlıq 500 manat dəyərində qızıl uşaq sırğasını, 585 əyarlı 5 qramlıq 500 manat dəyərində sadə uşaq qızıl sırğasını, 585 əyarlı ortasında qaşı olan, 6 qramlıq 1.000 manat dəyərində 01 dəst qızıl uşaq üzük və sırğasını, 02 ədəd hər biri 2 qram olan ümumilikdə 2.000 manat dəyərində brilyant qaşı, 01 ədəd 1 qramlıq 1.000 manat dəyərində brilyant qaşı, 01 ədəd üzərində 21 ədəd rəngsiz şəffaf qaşı və 583 damğası olan, sarı rəngli, 6.23 qramlıq 15.000 manat dəyərində qızıl üzüyü, üzərində rəngsiz şəffaf və 03 ədəd qara rəngli qaşı, həmçinin 583 damğası olan 7.18 qramlıq 1.500 manat dəyərində 01 dəst qızıl sırğa cütü-üzük dəstini, 01 ədəd sarı rəngli, üzərində 585 damğası olan 1.5 qramlıq 300 manat dəyərində qızıl qolbağı, üzərində “18K RGP” damğası olan, sarı rəngli 1.39 qramlıq 20 manat dəyərində bijuteriya boyunbağı, üzərində “18K RGP” damğası olan, sarı rəngli 1.72 qramlıq 20 manat dəyərində bijuteriya boyunbağı, 01 ədəd sarımtıl rəngli 30.32 qramlıq 30 manat dəyərində qalın bijuteriya tros boyunbağı, 01 cüt üzərində şəffaf qaşları olan 4.75 qramlıq 20 manat dəyərində bijuteriya sırğanı, 01 ədəd üzərində şəffaf qaşları və 925 damğası olan 10.19 qramlıq 25 manat dəyərində bijuteriya 01 dəst sırğa cütü və üzüyü, 01 cüt sarı rəngli, 8.10 qramlıq 20 manat dəyərində bijuteriya sırğaları, üzərində 2 ədəd sarı rəngli metaldan, 2 ədədi isə qeyri metaldan ibarət sarı rəngli hissəsi 900 əyarlı qızıla uyğun olan, ümumi çəkisi 7.27 qram olan 300 manat dəyərində bir-birinə birləşmiş şəkildə dişəbənzər məmulatı, 01 ədəd 1.100 manat dəyərində 140 diaqonallı Toşiba markalı televizoru, 01 ədəd 2.000 manat dəyərində “Probook 450 G” model, intel core i5 texniki xüsusiyyətli istifadə edilmiş “HP” markalı noutbuku, uşaq otağından əl işləməsi ilə olan 100 manat dəyərində şahmat suvenirini, 01 ədəd 100 manat dəyərində sadə İphone pover bankını, 01 ədəd 80 manat dəyərində İphone telefonuna məxsus komplekt pover bankını (saat, qulaqcıq və telefon üçün), 01 ədəd qara rəngli, istifadə olunmuş, 120 manat dəyərində “Zara” markalı dəri gödəkçəni, 01 ədəd 200 manat dəyərində Redmi 8 markalı telefonu, 01 ədəd “Philips” markalı 150 manat dəyərində ət çəkəni, 01 ədəd 60 manat dəyərində “Sonifer” markalı, “SF-8025” model 400W-luq blenderi, hər birində 6 ədəd olan və hər bir qutusu 25 manat dəyərində ümumilikdə 75 manat dəyərində 03 qutu Bogema su stəkanlarını, içərisində 6 ədəd çay stəkanı olan 25 manat dəyərində 01 ədəd Bogema markalı çay qutusunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 39.270 (otuz doqquz min iki yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, oğurluq epizodu üzrə Zərərçəkmiş şəxs ilə qonşudurlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 22:00 radələrində İsmayıl və ailəsinin evdə olmadığını bilib, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Öz evlərinin həyətində olan hasardan aşıb İsmayılın həyətinə keçmişdir. Giriş qapısının yanında olan pəncərənin setkasını çıxardıb, evə daxil olmuşdur. Pəncərədən içəri daxil olan kimi qonaq otağına keçmişdir. Qonaq otağından 01 ədəd telefon, 01 ədəd telefon adaptorunu götürmüşdür. Sonra isə yataq otağına daxil olmuşdur. Yataq otağında paltar dolabını açmışdır. Dolabın içərisindən qutu tapmışdır. Qutunu açdıqda içərisində qızıllar olduğunu görmüş və həmin qutunu cibinə qoymuşdur. Sonra qonaq otağından 01 ədəd “Toşiba” markalı televizoru, 01 ədəd “HP” markalı noutbuku götürüb pəncərənin ağzına gətirmişdir. Sonra digər otaqdan 01 ədəd suvenir şahmat götürmüşdür. Mətbəxə keçib, oradan 01 ədəd ətçəkən maşın, 01 ədəd mikser, 02 ədəd qab-qacaq dəsti, dolabdab 01 ədəd dəri gödəkçə götürmüşdür. Həmin əşyaları aparıb öz evlərinin həyətinə yığmışdır. Səhərisi gün hava işıqlananda oğurladığı əşyaları aparıb qəbirstanlığın yanında gizlətmişdir. Sonra isə taksi ilə oğurladığı əşyaları bit bazarına aparmışdır. Bit bazarında oğurladığı qab-qacaq dəstini və suvenir şahmatı tanımadığı bir nəfərə satmışdır. Qalan əşyaları sata bilmədiyindən, onları həyətlərində gizlətmişdir. Bundan sonra qızılları Sumqayıt şəhərinə aparıb satmaq qərarına gəlmişdir. Bunun üçün 3-ün kruqu deyilən yerə getmişdir. Orada Maqsud adlı taksi sürücüsünə yaxınlaşıb onu Sumqayıt şəhərinin Corat qəsəbəsinə aparmasını xahiş etmişdir. Maqsud əvvəllər onu iki dəfə Corata apardığından, o, Maqsudu tanımışdır. Sumqayıt şəhərində o, Maqsuda pulunun olmadığını, evin qızıllarını lombarda qoyub pul götürmək istidəyini demişdir. Orada bir neçə lombarda girmiş, lakin lombardlar qızılları götürməmişdir. Maqsud ona qızılları satmaqda kömək edə biləcəyini demiş və telefonu götürərək, bir nəfər qohumuna zəng etmişdir. Sonra onlar Maqsudla birlikdə Maqsudun Könül adlı qohumunun yanına gedib qızılları ona göstərmişlər. Könül də qızıllara baxıb bir ədəd tək qaşlı qızıl üzüyü almaq istədiyi bildirmişdir. Həmin qızıl üzüyü 250 manata Könülə satmışdır. Daha sonra Maqsudla birlikdə Bakıya qayıtmışdır. Bir-iki gün sonra təkrar Maqsudun yanına gedib onu Corata aparmasını demişdir. Maqsudla söhbət zamanı qızılları sata bilmədiyini demiş, Maqsud da ona 700 manat borc verərsə, qızılları satmaqda kömək edə biləcəyini bildirmişdir. O, Maqsudla razılaşmışdır və onlar birlikdə Moskva Univermağına getmişlər. O, küçədə gözləmiş, Maqsud isə bir ədəd qalın boyunbağını götürüb univermağa girmişdir. Təxminən yarım saatdan sonra Maqsud qayıtmış və boyunbağını 2.240 manata satdığını demişdir. Həmin pulun 700 manatını Maqsuda borc kimi vermiş, qalan pulu isə özündə saxlamışdır. Bir-iki gün sonra polis əməkdaşları onu saxlayıb, oğurluq edib-etməməsini soruşmuş, o, isə oğurluq etdiyini bildirib onda qalan əşyaları və satdığı qızıldan qalan 531 manat pulu polislərə təqdim etmişdir. Zərərçəkmiş şəxs evindən yalnız dediyi əşyaları oğurlamışdır, Zərərçəkmiş şəxs evdən daha çox qızıl oğurlandığı ilə bağlı dedikləri ilə razı deyildir. O, təqdim etdiyi və satdığı iki qızıldan başqa qızıl oğurlamamışdır. Cinayət Məcəlləsini 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla isə ümumiyyətlə razı deyildir. Belə ki, o, narkotik vasitələrin istifadəçisi olsa da, 43-cü polis bölməsinin əməkdaşları onu saxlayan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Həm də onu cinayət işinin materiallarında göstərildiyi kimi Bakı şəhəri, Binəqədi rayonu, İsfahani küçəsində saxlamamışlar. Polislər onu qonşusunun evindən aparmışlar. Bu zaman həmin evdə evin sahibi, o və X7 olmuşdur. Polislər onu və A.Məmmədovu həmin evdən bölməyə aparmışlar, bölmədə metamfetamini təqdim edərək ona işgəncələr verməklə həmin maddənin onun olması barədə ifadə verməyə məcbur etmişlər. Sonda Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2003-cü ildə Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsi ev 14 ünvanında yerləşən evi almışdır. Həmin ev əvvəllər Əminağanın əmisinin olmuşdur. Onun və Əminağanın yaşadığı ev bir həyətin içərisində olmuşdur. xx.xx.2024-cü il tarixdə ailəsi ilə birlikdə Şirvan şəhərinə qonaq getmiş, evinə səhərisi gün qayıtmışdır. Evə daxil olduqda bəzi əşyaların evdə olmadığını görmüşdür. Belə ki, evindən yataq otağında şfanerdə olan siyirmənin içərisindən qızılzinyət əşyaları oğurlanmışdır. Evindən oğurlanmış qızıllar və digər əşyaların siyahısını və qiymətlərini polisə bildirmişdir. Sonra zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Adətən 3-ün kruqu deyilən yerdə dayanıb, müştəri yığır. 2024-cü il oktyabr ayında, dəqiq xatırlamadığı gündə sonradan adının Əminağa olduğunu bildiyi şəxs ona yaxınlaşıb, onu Sumqayıt şəhəri Corat qəsəbəsinə aparmasını xahiş etmişdir. Sumqayıt şəhərində olan zaman Əminağa üzərində olan qızılları girov qoyub pul götürmək üçün lombard lazım olmasını bildirmişdir. Onlar bir neçə lombarda yaxınlaşmışlar, lakin artıq axşam olduğundan lombardlar bağlı olmuşdur. Sumqayıt şəhərini yaxşı tanımadığından, harada lombard olmasını soruşmaq üçün arvadının xalası oğluna zəng vurmuş və o, da bacısı Könülün işlədəyi yerin yaxınlığında lombard olmasını bildirmişdir. Bundan sonra onlar Könülün işlədiyi gözəllik salonuna getmişdir. Əminağa gözəllik salonunun qarşısında olan lombarda girmiş, bir neçə dəqiqədən sonra qayıdaraq qızılı götürmədiklərini demişdir. Sonra Əminağa qızılları Könülə göstərmişdir. Könül də qızılların içərisindən 01 ədəd tək qaşlı qızıl üzüyü seçmiş və həmin üzüyü 250 manata almışdır. Bir neçə gün sonra yenə müştəri gözləyərkən, Əminağa ona yaxınlaşaraq, qızıllarının olmasını və lombarda qoyub pul götürmək istədiyini bildirmiş, bu məqsədlə onu Sumqayıt şəhərinə aparmasını xahiş etmişdir. Əminağa Sumqayıtda bir neçə lombarda girib-çıxmış və qızılı götürmədiklərini demişdir. Bu zaman onun pula ehtiyacı olduğundan, Əminağaya demişdir ki, ona 700 manat borc verərsə qızılları satmağa köməklik edə bilər. Əminağa onunla razılaşmış və onlar birlikdə Moskva Univermağına gəlmişlər. Əminağa bir ədəd qızıl boyunbağını ona vermişdir. O, boyunbağını götürüb univermağa girmiş, orada işləyən sonradan tanıdığı Tahir adlı şəxsin yanına getmişdir. O, qızıl boyunbağını Tahirə göstərmişdir. Tahir boyunbağını 2240 manata almışdır. O, həmin pulun 1540 manatını Əminağaya vermiş, qalan 700 manat pulu isə özündə saxlamış, sonradan üzərinə 200 manat da əlavə edib bankda olan kreditini ödəmişdir. Əminağanın qızılları oğurlamasından xəbəri olmamışdır. Əminağadan borc kimi aldığı 700 manatı zərərçəkmişə ödəyəcəkdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğul olur. 2024-cü ilin oktyabr ayında sonradan adının Maqsud olduğunu bildiyi şəxs ona yaxınlaşaraq, bir ədəd qızıl boyunbağını satmaq istədiyini demişdir. O, həmin boyunbağını 2240 manata almışdır. Boyunbağını aldıqdan sonra əridib satmışdır. Bir neçə gün sonra polis əməkdaşları ona yaxınlaşaraq, boyunbağının oğurluq olduğunu demişlər. Boyunbağını əridib satdığından, həmin boyunbağını qaytara bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə rəisi, polis kapitanı Şahid6 Vaqif oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş məlumatın yoxlanması məqsədilə əməliyyat qrupu yaradılmış və o, da əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı 12 avqust 2024-cü il tarixdə saat 15:00-da Binəqədi qəsəbəsi, İsfahani küçəsi yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Binəqədi Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında bir nəfər də olmuşdur. Hər iki şəxsi idarəyə gətirmiş və bu barədə raportla rəhbərliyə məruzə etmişlər. Bundan sonra idarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin maddənin metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43cü polis bölməsinin məsul növbətçisi, polis mayoru X10 və həmin bölmənin cinayət axtarışı üzrə əməliyyatçısı, polis leytenantı Şahid5 digər Şahid6 Vaqif oğlunun ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 12 avqust 2024-cü il tarixdə əvvəllər bir yerdə məhkumluq həyata yaşadığı tanışının Binəqədi rayonunda yerləşən evinə qonaq getmişdir. Onlar evdə olarkən, əvvəllər tanımadığı və ilk dəfə gördüyü Əminağa da həmin evə gəlmişdir. Əminağa gəldikdən təxminən 10-15 dəqiqə sonra polislər gələrək, onları evdən bölməyə aparmışlar. Orada üzərlərinə narkotik qoyaraq, rəsmiləşdirmişlər. Verilən suallara cavab olaraq əlavə şahid X7 bildirdi ki, özü Təqsirləndirilən şəxsla birgə saxlanıldığı hadisə ilə bağlı məhkum edilmişdir, əvvəllər də bir neçə dəfə məhkum olunduğundan, işinə məhkəmədə baxılan zaman təqsirsiz olmasını, əslində ittihamda qeyd edildiyi kimi küçədə saxlanılaraq deyil, tanışının evindən bölməyə aparılmasını bildirməmiş, cinayət törətmədiyi halda verilmiş ittiham üzrə özünü təqsirli bilmiş, barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verməmişdir. Məhkəməyə şahid qismində dəvət edilmələrinə baxmayaraq, şahidlər Şahid2 və Şahid4 məhkəmə iclaslarına gəlməmişlər. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, cinayət işi üzrə keçiriləcək məhkəmədə iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclaslarında iştirak etməyən hər iki şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadələr elan olunmuş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsilə ********* saylı cinayət işi başlanılmış və araşdırma aparılması üçün icraata qəbul edilmişdir (cild İ, i.v. 1); • “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli Protokoldan görünr ki, hal şahidlərinin iştirakı ilə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi həyət evinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild İ, i.v. 8- 13); • “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” Protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsi ev 14 ünvanında yerləşən evdən oğurlamış olduğu bəzi əşyaları təqdim etmişdir (cild İ, i.v. 19-24); • “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” Protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ona satmış olduğu 01 ədəd sarı rəngli, üzərində 01 ədəd ağ rəngli qaşı olan üzüyü təqdim etmiş və üzüyün fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild İ, i.v. 31-32); • “zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 38); • “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00da tutulmuşdur (cild İ, i.v. 61-62); • “Cinayət işinin icraata qəbul edilməsi və digər cinayət işinə birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild İ, i.v. 70-71); • “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunması faktı əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild İ, i.v. 75); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində hərəkətdə olan vaxtı saxlanılmış Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddələrin və ya narkotik vasitələrin xeyli miqdarda gəzdirməsi, saxlaması və istifadə etməsi barədə kifayət qədər şübhələr olduğu üçün tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 12 avqust 2024-cü il tarixdə saat 15:00 dəqiqədən tutulmuş hesab edilmişdir (cild İ, i.v. 101-102); • “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan və məhkəmədə nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən DVD disklərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə nə olduğu soruşulduqda, o, həmin bükülüdə “patı” olduğunu, həmin “patı”nı tutulduğu gün səhər saatlarında 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild İ, i.v. 114-116); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4118 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertiza rəyinə əsasən “Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,467 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edilmiş, qalıq 0,417 qramdır.” Ekspertiza xərci 80 (səksən) manatdır (cild İ, i.v. 122-124); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v. 143); • “qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild İ, i.v. 168-169); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 16 avqust 2024-cü il tarixli, 5623 nömrəli rəyinə əsasən “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür” (cild İ, i.v. 220-221); • “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cm-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir (cild İİ, i.v. 1- 2); • “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild İİ, i.v. 4-5); • Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)- 806/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlanılma müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmışdır (cild İİ, i.v. 22-28); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Rəvanov X6 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3, 69.4-cü maddələri ilə 2.500 manat cərimə edilmişdir və cəriməni tam ödəmişdir, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsilə 500 manat cərimə edilmiş və xx.xx.2018-ci ildə cəriməni ödəmişdir, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 09 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti xx.xx.2021-ci ildə başa çatmışdır, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 180.1, 234.1, 66.2, 76.6.3, 67.1-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild İİ, i.v. 42-44); • Materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 6/5310-9/9673 nömrəli rəyinə əsasən “ekspertiza tədqiqatına təqdim edilmiş malların 2024-cü ilin noyabr ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 1. 07 adda zərgərlik məmulatlarının orta bazar qiymətilə ümumi dəyəri 3078,00 manat. Digər 8 adda bijuteriyalar istifadədə olduğundan və yerli internet saytlarında satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı; 2. 01 ədəd Çin istehsalı “HP” markalı, “Probook 450 G6” model, intel core i5 texniki xüsusiyyətli istifadə olunmuş notbuk – 480,0 manat; 3. 01 ədəd “Zara” markalı, qara rəngli, istifadədə olmuş dəri gödəkçə - 100.00 manat; 4. 01 ədəd “Sonifer” markalı, “SF-8025” model 400W-luq blender – 35,00 manat. Nəzəri qaydada: 1. 01 ədəd Redmi 8 markalı mobil telefon (istifadədə olması və komplektləşdirilməsinə daxil olan aksessuarların olmaması nəzərə alınmaqla) – 70.00 manat. Qərarda göstərilən digər mallar tədqiqata təqdim edilmədiyindən və haqqında ətraflı məlumat (markası, modeli və digər göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı” Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır (Cild İİ, i.v.72-75); • “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik edilərək həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir (cild İİ, i.v. 86-100); • İş materiallarına əlavə edilmiş “Qəbz”dən görünür ki, evindən oğurlanmış qəbzdə göstərilən əşyalar Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild İİ, i.v. 118); • “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarətlər almasını birdirməsi barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur (cild İİ). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda oğurluq epizodu üzrə qismən təqsirli, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda saxlamaqla üzərində daşıması epizodu üzrə ümumiyyətlə təqsirli bilməsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs bildirir ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir psixotrop maddə aşkar edilməmiş, həmin gün polis əməkdaşları onu qonşusunun evindən aparmışlar. Polis bölməsində ona işgəncələr verməklə psixotrop maddə metamfetamini əldə etməsi və üzərində daşıması barədə ifadə verməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, həmin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu ifadə verərək, polis əməkdaşlarının onu yaşadığı evdən apardıqlarını bildirmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bu dedikləri təsdiqini tapmamış və məhkəmə tərəfindən bu hal özünü müdafiə xarakterli hal kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs hər iki cinayət işində saxlanıldığı yeri mübahisələndirməsini nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, saxlanıldığı yerin mübahisələndirilməsi təqdirləndirilən şəxsin özünümüdafiə üçün seçdiyi taktikadır. Digər tərəfdən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs həbs olunması zamanı xəsarətlər alması barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinin inzibati binasına aparılarkən və orada olarkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmamışdır, heç bir şikayət və tələbi yoxdur, barəsində məhkəmə-tibbi müayindən keçməkdən imtina edir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 02 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, axtarışın keçirilməsinə xx.xx.2024-cü il tarixdə saat 17:00-da başlanılır. Təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoyub, həmin bükülüdə “patı” olduğunu, həmin “patı”nı tutulduğu gün səhər saatlarında 15 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bununla yanaşı, cinayət işi üzrə əlavə şahid X7 12 avqust 2024-cü il tarixdə əvvəllər bir yerdə məhkumluq həyata yaşadığı tanışının Binəqədi rayonunda yerləşən evinə qonaq getməsi, onlar evdə olarkən, əvvəllər tanımadığı və ilk dəfə gördüyü Əminağanın da həmin evə gəlməsi, Əminağa gəldikdən təxminən 10-15 dəqiqə sonra polislərin gələrək, onları evdən bölməyə aparmaları, bu zaman üzərlərində hər hansı narkotik vasitənin və ya psixotrop maddənin olmaması barədə ifadə vermişdir. Lakin, X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)- 246/2025 nömrəli hökmündən görünür ki, iş üzrə təqsirləndirilən şəxs A.Məmmədov ifadəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində piyada hərəkətdə olan zaman saxlanıldığını, şəxsi axtarış və götürmə aparılan zaman üzərindən narkotik vasitə heroin aşkar olunduğunu, narkotik vasitəni xx.xx.2024-cü il tarixdə tanımadığı şəxsdən istifadəsi üçün gəzdirdiyini göstərmiş, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqında X7 barəsində olan hökmdən apellyasiya şikayəti vermədiyini bildirmiş, iddia etdiyi kimi cinayət törətmədiyi halda məhkəmə istintaqında niyə etirafedici ifadə verməsi ilə bağl suala isə qeyri-müəyyən cavablar vermişdir. X3 dediklərində həqiqət payının olması qəbul edilsə belə, ilk dəfə gördüyü və 10-15 dəqiqə birlikdə evdə olduğu Təqsirləndirilən şəxs üzərində hər hansı psixotrop maddənin olmamasını əminliklə bildirməsi ağlabatan deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə uyğun olaraq cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020ci il 8 yanvar tarixli Qərarında göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Yuxarıda sadalanlara əsasən məhkəmə əlavə şahid X3 dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun bu cür ifadə verməsi Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Digər tərəfdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən istintaqa təqdim etdiyi və satdığı iki qızıldan başqa qızıl oğurlamaması barədə dediklərinə də tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs bununla oğurlanmış əşyaların dəyərini azaltmağa və məsuliyyətini yüngülləşdirməyə çalışmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü hissəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla ekspert rəyi, istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, 177.2.4-cü maddəsinə əsasən isə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin hissənin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM 59.1.14) Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 09 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş, bundan sonra isə yenə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 180.1, 234.1, 66.2, 76.6.3, 67.1-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törədənədək iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və onun həmin məhkumluqları ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə uyğun olaraq qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə uyğun olaraq cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə əvvəllər az ağır cinayətə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməmiş hissəsi ərzində hazırki cinayət əməlini törətmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin olunmalıdır. CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs saxlamaq üçün verilmiş əşyalar onun istifadəsində saxlanmalı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,417 qram psixotrop maddə - metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməldir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmış və həmin Qərar xx.xx.2025-ci il tarixdə dərc edilərək qüvvəyə minmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatı üçün 6 manat, həmin tarixdən sonra isə 11 manat haqq hesablanaraq ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 21 (iyirmi bir) günü hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd rəngsiz şəffaf qaşı və 583 əyar damğası olan 4,34 qramlıq sarı rəngli üzük, üzərində 21 ədəd rəngsiz şəffaf qaşı və 583 əyar damğası olan 6,23 qramlıq sarı rəngli üzük, üzərlərində rəngsiz şəffaf və 3 ədəd qara rəngli qaşı, həmçinin 583 əyar damğası olan 7,18 qramlıq 01 dəst qızıl sırğa cütü-üzük, üzərində rəngsiz şəffaf qaşları və 925 SL yazısı olan 10,06 qramlıq qiymətsiz metal ərintisi olan 01 ədəd dəst sırğa cütü-üzük, üzərində rəngsiz şəffaf qaşları və 01 ədəd yaşıl rəngli qaşı olan 8,59 qramlıq qızıl sırğa, sarı rəngli qitmərsiz metal ərintisi olan 8,10 qramlıq 01 cüt sırğa, sarı rəngli üzərində rəngsiz şəffaf qaşları və 583 əyar damğası olan 2,93 qramlıq 01 cüt qızıl sırğa, üzərində rəngsiz şəffaf qaşları olan 4,75 qramlıq qiymətsiz metal ərintisi sarı rəngli bir cüt sırğa, üzərində rəngsiz şəffaf qaşları və 925 əyar damğası olan 10,19 qramlıq qiymətsiz metal ərintisi olan 01 ədəd qolbaq, sarıntıl rəngli, 30,32 qramlıq qiymətsiz metal ərintisi olan 01 ədəd boyunbağı, üzərində 18K RGP damğası olan, 1,39 qramlıq qiymətsiz metal ərintisi olan 01 ədəd boyunbağı, üzərində 18K RGP damğası olan 1,72 qramlıq qiymətsiz metal ərintisi olan 01 ədəd boyunbağı, sarı rəngli, üzərində 583 damğası olan 1,50 qramlıq 01 ədəd qızıl qolbaq, 2 ədədi sarı rəngli metaldan, 2 ədədi qeyri-metaldan ibarət bir-birinə birləşmiş şəkildə ümumi çəkisi 7,27 qram olan məmulat (sarı rəngli hissəsinin tərkibi təx.900 əyarlı qızıla uyğundur, qızılın xalis çəkisini müəyyən etmək mümkün olmamışdır), 01 ədəd Çin istehsalı, “HP” markalı, “Probook 450 G6” model, intel core i5 texniki xüsusiyyətli istifadə olunmuş noutbuk, 01 ədəd “Zara” markalı, qara rəngli, istifadədə olmuş dəri gödəkçə, 01 ədəd “Sonifer” markalı, “SF-8025” model 400W-luq blender və 01 ədəd 140 diaqonallı Toşiba markalı televizor onların sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,417 qram psixotrop maddə - metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi “50” saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “450” manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-338/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-338/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver