Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-339/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Şəfəqli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxx 2020-ci il tarixdə saat 23:15 radələrində ünvan 2 ünvanın qarşısında, həmin binada ondan aşağı mərtəbədə yaşayan qonşusu Zərərçəkmiş şəxs mənzilinə onun yaşadığı mənzildən su axdığına görə sonuncunun buna irad tutması ilə əlaqədar aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə qonşusu Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq ona üst çənədə İİİ dişin tac hissəsinin travmatik natamam sınığı ilə müşayiət olunan üst dodağın selikli qişasına qansızma, alt dodağın selikli qişasının kənarları qansızmalı əzilmiş yarası, alın nahiyəsinin, sol yanaq nahiyəsinin, boyun nahiyəsinin, hər iki bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin, qarın nahiyəsinin və sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onun yaşadığı mənzil binanın 4-cü mərtəbəsində, qonşusu Zərərçəkmiş şəxs mənzili isə ondan bir mərtəbə aşağıda, 3-cü mərtəbədə yerləşir. Müxtəlif vaxtlarda onun yaşadığı mənzildən alt qonşusu Zərərçəkmiş şəxs yaşadığı mənzilə su axmış, o, hər dəfə usta gətirib həmin su axan yeri təmir etdirmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində o, yaşadığı evdən çıxıb toy məclisinə getmiş, həmin gün saat təxminən 23 radələrində yaşadığı evə qayıdanda arvadı Cəmalə Kərimova ona qonşuları Elmanın yaşadıqları mənzilin qapısını döyüb kobud formada danışaraq mənzilinə axan suyun qarşısını almaq və təmir etdirmək göstərişini verdiyini demişdir. Elmanın kobud formada ailəsi ilə danışığı onun xoşuna gəlməmiş və sonuncunun yaşadığı mənzilə gedib qapını döymüşdür. Elman qapının astanasına çıxıb mənzilinə onun yaşadığı mənzildən suyun damdığını demiş, o, isə sonuncuya həmin su axan yeri təmir etdirdiyini söyləmişdi. Bundan sonra Zərərçəkmiş şəxs onu evinə dəvət edib su axan yeri göstərmişdi. O, isə orada heç nə görmədən sonuncuya həmin su axan yeri təmir etdirəcəyini demiş, eyni zamanda onun ailəsi ilə kobud danışdığını diqqətinə çatdırıb öz evinə qayıtmışdır. Təxminən 2-3 dəqiqədən sonra yaşadığı mənzilin qapısının döyüldüyünü eşitmiş, qapını açıb qonşusu Elmanın olduğunu görmüşdür. Sonuncu onunla birlikdə icazəsi ilə evə daxil olub su axan yerə baxmışdır. Sonra Elman evdən çıxan zaman hündürdən danışmaqla yenə öz iradlarını bildirmişdi. O, Zərərçəkmiş şəxs səsinin tonunu aşağı salmasını xahiş etmiş, sonuncu isə onun sözündən nəticə çıxartmadan yenə öz istədiyi kimi hündürdən danışmağa başlamışdı. O isə, Elmanın səsindən qonşuların narahat olacağını düşünüb sonuncunu sakitcə yaşadıqları binanın həyətinə dəvət etmişdi. Həmin vaxt onların aralarında sözlə mübahisə baş vermiş, Elman qəflətən onun sinəsindən itələyərək sifətinə bir dəfə yumruq zərbəsi vurmuşdu. O, da Elmanın hərəkətlərinə cavab olaraq sonuncunun sifətindən bir dəfə yumruq zərbəsi vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxılmışdı. Elman ayağa qalxmaq istədikdə o, ayağa qalxmağına mane olub əlləri ilə Elmanı saxlamışdır. Sonra sakitləşdiyini görüb əllərini Elmandan çəkmiş, sonuncu ayağa qalxdıqdan sonra yenə də aralarında sözlə mübahisə baş vermişdi. Həmin vaxt Elmanın anasının onların yanına gəldiyini görüb oradan ayrılaraq evinə getmişdi. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudur və sonuncu ondan bir mərtəbə yuxarıda yaşayır. Sonuncu ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Yaşadığı müddətdə Firdovsinin evindən onun evinə dəfələrlə su axmışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində o, yaşadığı evinə daxil olanda arvadı ona yuxarı qonşusu olan Firdovsigilin evlərindən onların yaşadıqları evə yenə suyun axması ilə bağlı məlumat vermişdi. O, dərhal yuxarı qonşusu olan Firdovsigilin evlərinə qalxıb mənzilin qapısını əli ilə yavaşca və mədəni surətdə döyməyə başlamışdı. Həmin vaxt Firdovsinin arvadı qapını açmış və o, sonuncuya bildirmişdi ki, Firdovsi gələndə ona desin ki, yenə də evindən onların evinə su axır, həmin su axan yeri təmir etdirsin. Həmin günü, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində o, evində olarkən evinin qapısının döyüldüyünü eşitmiş, o, qapı tərəfə gedib evin qapısını açmışdır. Həmin vaxt Firdovsi qapılarına gedib arvadına evinə suyun axması ilə bağlı məlumat verdiyi üçün ona öz iradını bildirib, bununla bağlı söhbət etmək üçün onu yaşadıqları binanın həyətinə dəvət etmişdi. Onlar birlikdə binanın həyətinə düşmüş, sonuncu təkrar olaraq ona öz iradını bildirməyə başlamışdı. Həmin vaxt onların aralarında sözlə mübahisə baş vermişdi. Mübahisə zamanı Firdovsi qəflətən əli ilə onun əynində olan göynəyin yaxasından tutub dartışdırmağa başlamış, həmin vaxt o, Firdovsini itələmişdi. Firdovsi isə cavab olaraq onun bədəninin müxtəlif yerlərindən yumruq və təpik zərbələri endirərək ona xəsarətlər yetirmişdi. Həmin vaxt anası Lida Orucova yaşadıqları evin eyvanından onların hərəkətlərinə irad tutub həyətə düşmüş və onları sakitləşdirərək evlərinə yola salmışdı. Sonra o, Firdovsi ilə aralarında olan münaqişəyə son qoyulmasının qarşısının alınması məqsədi ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstətmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Onlar birlikdə Binəqədi rayonu A.Kunanbayev küçəsi ev 20 mənzil 22 ünvanda yaşayırlar. Yaşadıqları mənzilin yuxarı mərtəbəsində, yəni 4-cü mərtəbədə qonşusu Təqsirləndirilən şəxs öz ailəsi ilə yaşayır. Yaşadığı müddətdə Firdovsinin evindən onların evinin yuyunma otağına və digər yerlərinə dəfələrlə su axmışdır. Bununla bağlı dəfələrlə o, oğlu Elman qonşuları Firdovsinin ünvanına gedərək hörmətlə suyun qarşısını almaq məqsədilə müraciət etmişlər. Firdovsi müraciətdən sonra təmir etsə də, lakin həmin təmir qısa zamanda öz keyfiyyətini itirərək təkrar su dammağa başlamışdır. Təxminən xx xxxx 2020-ci il tarixdə onlar evdə olarkən evə suyun dammağını görmüşlər. X4 evlərinə qalxıb hörmətlə su daman yerdə təmir etməklə bağlı müraciət etmişdir. Firdovsi isə Elmanın müraciət etməsindən əsəbiləşərək Elmanı yaşadıqları evin həyətinə dəvət etmişdir. O, evdə olan zaman eşitmişdi ki, Firdovsi ilə Elmanın arasında mübahisə yaranıb. Pəncərədən baxanda görmüşdü ki, Elmanın xırıltılı səsi gəlir. O, tez aşağı, yəni binanın həyətinə düşüb oğlu Elmanın Firdovsi tərəfindən döyüldüyünü və qanın içində olduğunu görmüşdü. O, sonunculara müdaxilə edib polis çağırması ilə bağlı xəbərdarlıq etmiş, həmin vaxt Firdovsi sakitləşib oğlu Elmandan əl çəkmişdi. O, oğlu Elmanı götürüb yaşadığı evə getmiş, Elman Firdovsinin hərəkətlərinə qanuni qiymət verilməsi üçün DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu təsdiq olunmadan Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, hadisə ünvan 3 ünvanında baş vermişdir. xx.xx.2020-ci il taricli, 406 nömrəli Məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki,, vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - üst çənədə İİİ dişin tac hissəsinin travmatik natamam sınığı ilə müşayiət olunan üst dodağın selikli qişasına qansızma, alt dodağın selikli qişasının kənarları qansızmalı əzilmiş yarası, alın nahiyəsinin, sol yanaq nahiyəsinin, boyun nahiyəsinin, hər iki bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin, qarın nahiyəsinin və sağ diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) ilə yetirilə bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 1 saylı Mənzil- Kommunal İstismar sahəsinin xx.xx.2020-ci il tarixli, 477 nömrəli arayışından və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 80 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2020-ci il tarixli, 478 nömrəli xasiyyətnaməsindən görünür ki, Kərimov X2 rayonu, 7ci mkr. A.Kunanbayev küçəsi, 20 saylı evin 25 nömrəli mənzildə yaşayır və müsbət xarakterizə olunur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. AZE 18700210 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3 adlı azyaşlı uşağı vardır. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-339/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-339/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver