Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-339/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs1 oğlu Nicat Quliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilənməsinə dair Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsinin icraatında olan cinayət işi üzrə istintaqın tamamlanaraq aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi və sonuncunun aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin may ayında Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında 2.500 manat, 2022-ci ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 7.000 manat və 2022-ci ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 3.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 12.500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək, qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 12.500 (on iki min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib qonşuluqda yaşayan X1 Bakı şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən məktəbəqədər təhsil müəssisəsi hesab olunan uşaq bağçalarının birində nəzarətçi vəzifəsi üzrə işə qəbul olunmasına köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 26 saylı notariat ofisinin qarşısında 3.000 manat və 2022-ci ilin iyun ayının ortalarında 2.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 5.000 manat məbləğində pul vəsaitini Sevinc Babayevdən alıb ələ keçirərək, qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs X2 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanıdığı Zərərçəkmiş şəxs3 nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almağa köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 950 manat pul istəyib həmin məbləğdən 600 manat olan hissəsini əvvəlcədən, qalan 350 manat hissəsini isə sürücülük vəsiqəsi alan zaman verməli olduğunu bildirib Zərərçəkmiş şəxs3 razılığını aldıqdan sonra 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin surətini və 600 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qonşuluqda yaşana Samirlə münasibəti yaxşı olmuşdur. 2022-ci ilin iyun ayında Samirgildə olanda söhbət zamanı Sevincin işsız olduğu, uşaq bağçasında özünə iş axtardığı ona məlum olmuşdur. Sevincin işə düzəlməsinə kömək etmək üçün tanışı Seymurla əlaqə saxlamış, Seymur 5000 manata X10 metro stansiyasına yaxın yerdə olan uşaq bağçalarından birinə işə düzəltdirə biləcəyinə söz vermişdir. Sevinc və Samir həmin məbləği verməyə razı olmuş və üç dəfəyə yaşadıqları evdə ona 5000 manat pul vermişlər. Sevincin təklifi ilə 5000 manat pulun ona verilməsi telefonla videoya çəkilmiş, bundan əlavə 5000 manat pulu Sevincdən alması ilə bağlı iltizam da yazmışdır. Nərimanov parkında Seymurla görüşüb 5000 manatı ona vermiş, Seymur zəhmət haqqı kimi onun “Kapital Bank”a məxsus 6768 6771 7817 4615 nömrəli kartına 300 manat göndərmişdir. Bir aydan sonra Seymur uşaq bağçasında tərbiyəçi yeri olmadığından Sevinci sanitar kimi işə düzəltdirə biləcəyini desə də Sevinc bununla razılaşmamışdır. Seymur Sevincin işə düzəldilməsini həll edə bilmədiyindən verdiyi pulu ondan geri almışdır. Həmin ərəfədə qızı Aydanın toy mərasimini keçirmək üçün vəsait lazım olduğundan Seymurdan geri götürdüyü pulu toya sərf etmiş, toyda ziyan etdiyindən, Sevincin pulunu qaytara bilməmiş, bu barədə Sevincin özünə də bildirmişdir. Bundan başqa Sevinc Babayevanın əri Şahid2 vasitəsi ilə onun həmyerlisi Zərərçəkmiş şəxs3 ilə tanış olmuş, Elgün sürücülük vəsiqəsi almaq istədiyindən ona sürücülük vəsiqəsi düzəldəcəyinə söz verib 2022-ci ilin noyabr ayında M.Ə.Rəsulzadə qəsəbəsindəki çay evində ondan 600 manat pul almış, adını Xırdalan şəhərindəki "xxxx" MMC-də sürücülük kursuna yazdırmışdir. Sürücülük vəsiqəsi almaq üçün əlavə 500 manat da lazım olduğundan, Elgün isə həmin məbləği vermədiyindən ondan almış olduğu 600 manat pulu qızının toyuna sərf etmiş, toydan qazanc götürə bilmədiyindən Elgünün pulunu qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin aprel ayının axırlarında dayısı oğlu Vüqarin işlədiyi, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən parkdakı çayxanada Zərərçəkmiş şəxs1lə tanış olmuş, söhbət əsnasında Vahidin oğlu Nicatın narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsi tərəfindən həbs olunduğunu bilmişdir. Vahid ondan oğluna kömək etməyə imkanı olan adam tapmağı xahiş etmişdir. Naxçıvan şəhərindəki qonşusu Elvinin Sərhəd Xidmətində işlədiyini bildiyindən onunla telefon əlaqəsi saxlamış, Zərərçəkmiş şəxs1lə birlikdə dənizkənarı bulvarda onunla görüşmüşlər. Şahid1 Zərərçəkmiş şəxs1 oğluna yüngül cəza təyin olunması üçün 15.000 manat pul lazım olduğunu bildirdiyinə görə səhəri gün 20 Yanvar dairəsində Vahidlə birlikdə Elvinlə görüşmüş, Zərərçəkmiş şəxs1 2500 manatı Şahid1 vermişdir. Zərərçəkmiş şəxs1 pulun qalan hissəsini düzəldə bilməmiş, 5-6 aydan sonra Nicatın işi məhkəməyə göndərilmiş, Vahid pulunu geri istəyəndə Elvin onun kartına nə qədərsə pul köçürmüşdür. Zərərçəkmiş şəxs1 oğluna kömək etməsi üçün başqa adam tapmağı ondan xahiş etdiyindən bu barədə yenə də Seymurla danışıb onunla Nərmanov RPİ-nin yaxınlığında Vahidlə birlikdə görüşmüşdür. Seymur onun oğluna aşağı həddə cəza verilməsinə kömək edə biləcəyini Vahidlə 10000 manata razılaşmış və Vahid həmin pulu Seymura vermişdir. Sonradan işin nə yerdə olmasını öyrənmək üçün bir neçə dəfə Zərərçəkmiş şəxs1lə birlikdə Seymurla görüşmüş, Seymur işin normal həll olunacağına hər dəfə onları arxayın etsə də vədinə əməl etməmiş, bir müddət sonra isə Seymurun hansısa xarici ölkəyə getdiyi ona məlum olmuş, beləliklə də Zərərçəkmiş şəxs1 oğlunun məhkəmə işi həll olunmamışdır. Göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Nicat 2022-ci ilin aprel ayında Biləsuvar rayonunda külli miqdarda müxtəlif adda narkotik vasitələr əldə etməsinə görə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həbs olunmuşdur. 2022-ci ilin aprel ayının axırlarında kirayədə yaşadığı evin yaxınlığındakı çayxanada tanışları ilə görüşərkən oğlunun həbs olunmasını və oğluna kömək edə biləcək tanış adam axtardığını tanışları da bildiyindən çayxanada işləyən Vüqar onu belə işlərdə səriştəsi olan adam kimi Rəşad adlı bir nəfərlə tanış etmişdir. O, oğlunun törətdiyi cinayət hadisəsi barədə Rəşadı məlumatlandırmı və sonuncu kiminləsə telefonla danışmış və onun oğluna məhkəmədə 5-7 il müddətinə cəza veriləcəyinə kömək edə biləcəyinə söz vermişdir. Bir müddət sonra Rəşad zəng vurub oğlunun işinə onun Sərhəd Xidmətində işləyən qohumunun kömək edəcəyini bildirib həmin qohumu ilə tanış etməsi üçün “Park Bulvar” çağırmış, qohumu kimi təqdim etdiyi Elvin adlı bir nəfərlə tanış etmişdir. Təqsirləndirilən şəxs onu “Park Bulvar”da Elvinlə tanış edib görüşmələrinin səbəbini ona izah etdikdən sonra Elvin kənara çəkilib onun oğlu Nicatın işi ilə bağlı kiminləsə danışmış, ilkin olaraq 3000 manat pul lazım olmasını bildirmişdir. Buna görə 2022-ci ilin may ayında 2500 manat borc alıb Rəşadla zəngləşmiş, 20 Yanvar metro stansiyasından Z.Bunyadov prospekti istiqamətinə gedən yolda Elvinlə görüşmüşlər. Əvvəlcədən Rəşada verdiyi 2500 manatdan Rəşad zəhmət haqqı kimi 100 manat götürmüş, 2400 manatı öz maşınında onları gözləyən Elvinə vermişdir. Səhəri gün Rəşad zəng edib işin həlli üçün 10.000 manat pul lazım olmasını bildirmiş, bir neçə gündən sonra, təxminən 2022-ci ilin iyun ayının ortalarında 7000 manat və bir neçə gündən sonra 3000 manat pulu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən parkdakı çayxanada Rəşada vermişdir. Beləliklə də oğlu Nicata məhkəmədə az cəza verilməsi məsələsini həll etməsi üçün Rəşad ondan ümumilikdə 12500 manat pul almışdır. Ondan şikayəti olduğunu bildirərək pulunun qaytarılmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Samirlə kirayədə yaşadığı küçədə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə aralarında normal münasibət yaranmış, Rəşad rəsmi olaraq hər hansı bir dövlət qurumunda işləməsə də özünü ona müraciət edən şəxslərin problemlərinin həllinə kömək etmək imkanı olan şəxs kimi tanıtmışdır. Həyat yoldaşının qazancı ailənin maddi tələbatlarını ödəmədiyindən özünün də işləmək istəməsini onlarla daimi ünsiyyətdə olan Rəşad bildiyindən 2022-ci ilin may ayında müəyyən qədər pul müqabilində onun uşaq bağçalarından birinə nəzarətçi kimi işə düzəlməsinə kömək etmək imkanı olduğunu bildirmişdir. Rəşadın təklifini ciddi qəbul etməsə də bir müddətdən sonra Rəşad yenidən öz təşəbbüsü ilə onu işə düzəltməyə imkanı olması təklifini ona və yoldaşına xatırlatmış, hətta üzərində öz şəkli əks olunmuş adı, soyadı və atasının adı yazılan şəxsiyyət vəsiqəsinə oxşar plastik kartı onlara göstərib guya müəyyən işlərlə məşğul olması üçün hansısa təşkilat tərəfindən ona verildiyini bildirmiş, iş məsələsini həll edəcəyinə onları inandırmaq üçün həmin kartı ona vermişdir. Bütün bunlara görə Rəşadın vədinə inanıb 5000 manat müqabilində 9-cu MKR-dakı “Tərlan” şadlıq evinin yanında yerləşən uşaq bağçasına işə düzəlməsinə razılaşmışlar. Rəşadın istədiyi məbləğdə pulu olmadığından Kürdəmir rayonunda yaşayan qohumlarından 3000 manat borc almış, anası və bacısının qızıl əşyalarını banka girov qoyub aylıq faiz ödəmək şərti ilə 2000 manat pul götürmüş, ilkin olaraq 3000 manatı M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 26 saylı notariusun qarşısında, 2000 manatı isə qəsəbədəki parkın qarşısında Rəşada vermişlər. Rəşad onun işini təxminən üç ay müddətinə həll edəcəyinə söz vermişdir. Deyilən vaxt tamam olandan sonra Rəşad onun üçün bağçada işin düzəlməyəciyini, bunun əvəzində pensiya düzəltdirə biləcəyini bildirmiş, lakin Rəşadın bu təklifini qəbul etməmiş, pensiya məsələsi ortaya çıxandan sonra Rəşadın onu aldatdığını bilib verdiyi pulu geri istəmişdir. Lakin Rəşad onları aldadaraq pullarını geri verməmişdir. Ondan şikayəti olduğunu bildirərək pulunun qaytarılmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin payızında həyat yoldaşının dayısı qızının toyunda iştirak edənlərdən kimlərinsə Rəşad adlı bir nəfərin sürücülük vəsiqəsi düzəltdirməyə imkanı olması barədə danışığının şahidi olmuş, sürücülük vəsiqəsi almaq istədiyindən həyat yoldaşının dayısı oğlu Əlidən həmin adamla maraqlanmasını xahiş etmiş, Əli onu tanıdığından mobil nömrəsinə zəng etmiş, M.Ə.Rəsulzadə qəsəbəsindəki parkda Əli ilə birlikdə onunla görüşmüşlər. Rəşad 950 manata onun üçün sürücülük vəsiqəsi düzəldəcəyinə söz vermiş, şəxsiyyət vəsiqəsinin sürətini də əlavə etməklə 600 manatı qabaqcadan, 350 manatı isə sürücülük vəsiqəsini əlinə alanda verməli olmasını bildirmişdir. 2022-ci ilin noyabr ayında əlaqə saxlayıb M.Ə.Rəsulzadə qəsəbəsindəki parkda Rəşadla görüşüb 600 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini ona vermiş, Rəşad ay yarım müddətində sürücülük vəsiqəsinin hazır olacağını, onu almaq üçün birlikdə BDYPİ-yə gedəndə pulun qalan 350 manatını da orada ondan alacağını bildirmişdir. Rəşadın söz verdiyi müddət tamam olandan sonra sürücülük vəsiqəsini alması həll olunmadığından bunun səbəbi ilə maraqlanmış, Rəşad guya bununla bağlı kiminləsə telefonla danışıb onu arxayın etmişdir ki, işlər qaydasında gedir və tezlklə ona sürücülük vəsiqəsi veriləcəkdir. Rəşadla bu barədə danışıqları bir neçə dəfə təkrar olunmuş və növbəti görüşlərin birində Rəşad yenə də kiminləsə telefonla danışıb ona bildirmişdir ki, səhər sürücülük vəsiqəsini götürmək üçün gedəcəklər. Səhəri gün Rəşadın mobil nömrəsinə zəng çatmamış, vəziyyəti öyrənmək üçün DİN-in BDYPİ-yə getmişdir. Orada Rəşad tərəfindən adının hansısa sürücülər hazırlayan kursa yazıldığını, lakin sürücülük vəsiqəsinin alınması üçün heç bir iş görmədiyi məlum olmuş, beləliklə də onun tərəfindən aldadıldığına görə DİN-in 102 Xidmətinə məlumat vermiş, sonradan isə Binəqədi RPİ-nin 4-cü PŞ-yə ərizə ilə müraciət etmişdir. Ondan şikayəti olduğunu bildirərək pulunun qaytarılmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Sevinc Babayeva ilə yaşadıqları evin yaxınlığında kirayədə yaşayan,əslən Ordubad rayonundan olan Təqsirləndirilən şəxs ilə qonşu kimi münasibətləri olmuş, Rəşad hərdən onların evinə gəlib-getmişdir. Rəşadın rəsmi olaraq harada və nə işlə məşğul olmasını bilməsələr də söhbətlərindən onun kimlərinsə işə düzəldilməsinə, kimlərinsə həbsdə olan qohumlarının cəzasını yüngülləşdirməyə kömək etməklə, kimlərəsə müxtəlif sənədlər düzəltməklə məşğul olmasını bilmişlər. Kirayədə yaşadıqlarından və xeyir-şər evində xidmətçi kimi çalışmaqla əldə etdiyi qazanc mənzilin kirayə haqqını ödəməyə və ailənin dolandırılmasına kifayət etmədiyindən həyat yoldaşı Sevinc də işləmək istəmiş, lakin münasib iş tapa bilməmişlər. Həyat yoldaşı Sevincin işləmək üçün iş axtarmasını qonşu kimi Rəşad da bildiyindən 2022-ci ilin may ayında həyat yoldaşına və onun özünə müəyyən qədər pul müqabilində onun uşaq bağçalarından birində nəzarətçi kimi işə düzəlməsinə kömək etmək imkanı olmasını bildirmişdir. İlk əvvəl Rəşadın təklifinin reallığına inamı olmadığından onun dediklərinə o qədər də əhəmiyyət verməmiş, bir müddətdən sonra Rəşad yenidən öz təşəbbüsü ilə həyat yoldaşı Sevinci işə düzəltmək imkanı barədə xatırlatmış, üzərində öz şəkli əks olunmuş adı, soyadı və atasının adı yazılan şəxsiyyət vəsiqəsinə oxşar kartı onlara verib müəyyən işlərlə məşğul olması üşün hansısa təşkilat tərəfindən ona rəsmi verilən sənəd olmasını bildirmiş, odur ki, Rəşadın sözünə inanmış və 5000 manat pulun müqabilində Sevinci işə düzəltməsinə razı olmuşlar. Rəşad onun həyat yoldaşı Sevinci 9-cu MKR-dakı “Tərlan” şadlıq evinin yanında yerləşən uşaq bağçasına işə düzəldəcəyinə söz vermişdir. Rəşadın istədiyi məbləğdə pulları olmadığından Sevincin Kürdəmir şəhərində yaşayan valideynlərindən pul almaq üçün 2022-ci ilin yayında Şamo adlı tanışından onları Kürdəmirə aparıb geri gətirməsini xahiş etmiş, özü, həyat yoldaşı Sevinc və Rəşadın özü ilə birlikdə Kürdəmirə getmişlər. Sevinc qohumlarından 3000 manat borc almış, anası və bacısının qızıl əşyalarını banka girov qoyub aylıq faiz ödəmək şərti ilə 2000 manat pul götürmüşdür. İlkin olaraq 3000 manatı M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 26 saylı notariusun qarşısında, 2000 manatı isə qəsəbədəki parkın qarşısında Rəşada vermişlər. Rəşad təxminən üç ay müddətinə Sevincin işini həll edəcəyinə söz versə də sonradan bağçada işin düzəlməyəciyini bildirib, bunun əvəzində Sevincə pensiya düzəltməyi təklif etmiş, pensiya məsələsi ortaya çıxandan sonra Rəşadın onları aldatdığını bilib verdiyi pulları geri istəmişlər. Rəşad pulu geri qaytaracağına söz versə də sözünə əməl etməmiş, onları aıdatmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Beyləqan rayonundan olan Samiri tanımış, hərdən qəsəbənin parkındakı çayxanada oturub çay içmişlər. Samirə görə onun həyat yoldaşı Sevinci də, Rəsulzadə qəsəbəsində yaşayan əslən Naxçıvandan olan Rəşadı da tanımışdır. 2022-ci ilin yay aylarında Samir ondan özü ilə həyat yoldaşı Sevinci onun valideyinlərinin yaşadığı Kürdəmir rayonuna aparıb, geri qaytarmasını xahiş etdiyindən özünüə məxsus avtomobillə onları və Rəşadı Kürdəmir şəhərinə aparmışdır. Kürdəmir rayonuna hansı məqsədə getdiklərini Samirdən soruşmamış, amma Samirlə söhbətlərindən onun qayınanasının Kürdəmir rayonunda yaşadığını bilmişdir. Kürdəmir şəhərində Sevinc maşından düşüb anasıgilə getmiş, onlar isə maşında gözləmişlər. Təxminən 30 dəqiqədən sonra Sevinc çıxmış və yenidən Bakıya qayıtmışlar. Həmin vaxt onların Kürdəmirə nə səbəbə getdiklərini bilməsə də bir müddətdən sonra ona məlum olmuşdur ki, Rəşad Sevinci işə düzəltmək istəyib, bunun üçün pul lazım olduğundan Sevinc anasıgilə gedib pul alıb və Rəşad onu işə düzəldəcəyinə söz verdiyindən ona 5000 manat pul veriblər. Rəşad isə onları aldadıb, pullarını ələ keçirsə də vədinə əməl etməyibdir. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X1 ərizəsi əsasında toplanmış material üzrə CM-in 178.1-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pul verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.1ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023cü il tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1208/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X4 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-103/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-147/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətinə uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittihamlar üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1208/2023 nömrəli qərarı ilə 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-103/2024 nömrəli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-147/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətinə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X5 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X5 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə maddi mülki iddia, ekspertiza xərci və müsadirə ediləsi əmlak yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X5 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-339/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-339/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver