Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-34/2024 19.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1988-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli – himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü «SOCAR» şirkətinin tikinti sektorunda yeni lahiyə rəhbəri Türkiyə Respublikasının vətəndaşı Ali adı ilə təqdim etməklə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib «SOCAR» şirkətinin tikinti sektorunda sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmış, 28 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl market»in qarşısında 1000(min) manat alıb ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü «SOCAR» şirkətinin tikinti sektorunda yeni lahiyə rəhbəri Türkiyə Respublikasının vətəndaşı Ali adı ilə təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib «SOCAR» şirkətinin tikinti sektorunda «formen» vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmış, 01 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, metronun «Avtovağzal» stansiyasının yanında yerləşən «Şəki» kafesinin qarşısında 3500(üç min beş yüz) manat alıb ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü «SOCAR» şirkətinin tikinti sektorunda yeni lahiyə rəhbəri Türkiyə Respublikasının vətəndaşı Ali adı ilə təqdim etməklə Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib «SOCAR» şirkətinə 800 manat əmək haqqısı olan sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmış, 01 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, metronun «Avtovağzal» stansiyasının yanında yerləşən «Şəki» kafesinin qarşısında 1000(min) manat alıb ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü «SOCAR» şirkətinin tikinti sektorunda yeni lahiyə rəhbəri Türkiyə Respublikasının vətəndaşı Ali adı ilə təqdim etməklə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib «SOCAR» şirkətinin tikinti sektorunda 2000 manat əmək haqqısı olan «formen köməkçisi» vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmış, 12 avqust 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən ödəmə vasitəsi ilə kart hesabına köçürülmüş 350(üç yüz əlli) manat və 13 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, metronun «Avtovağzal» stansiyasının yanında yerləşən «Şəki» kafesinin qarşısında 650(altı yüz əlli) manat alıb ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1000(min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü «SOCAR» şirkətinin tikinti sektorunda yeni lahiyə rəhbəri Türkiyə Respublikasının vətəndaşı Ali adı ilə təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib «SOCAR» şirkətinin tikinti sektorunda 2000 manat əmək haqqısı olan xəzinadar vəzifəsində işə düzəldəcəyinə dair yalan vəd verib aldatmış, 26 iyun 2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Biləcəri İstirahət parkında 2000(iki min) manat, həmin tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, metronun «Avtovağzal» stansiyasının yanında yerləşən «Şəki» kafesinin qarşısında 2000(iki min) manat, 29 iyul 2022-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində yerləşən «Yaşıl market»də quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsi ilə **********100303 bank kartına mədaxil edilmiş 1100(min yüz) manat, 05 avqust 2022-ci il tarixdə İmişli rayonu, H.Əliyev prospekti 109 ünvanında yerləşən «Bazar Store» marketində quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsi ilə **********100303 bank kartına mədaxil edilmiş 600(altı yüz) manat, 06 avqust 2022-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində yerləşən «Bəyaz market»də quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə **********100303 bank kartına mədaxil edilmiş 300(üç yüz) manat, 10 avqust 2022-ci il tarixdə İmişli rayonu, H.Əliyev prospekti 109 ünvanında yerləşən «Bazar Store» marketində quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə **********100303 bank kartına mədaxil edilmiş 500(beş yüz) manat, 13 avqust 2022-ci il tarixdə İmişli rayonunda «Birbank» tədbiqi vasitəsi ilə **********100303 bank kartına mədaxil edilmiş 650(altı yüz əlli) manatı, 19 avqust 2022-ci il tarixdə İmişli rayonu, Hacırüstəmli kəndində «Birbank» tədbiqi vasitəsi ilə **********100303 bank kartına mədaxil edilmiş 300(üç yüz) manatı və 24 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, metronun «Avtovağzal» stansiyasının yanında yerləşən «Şəki» kafesinin qarşısında 650(altı yüz əlli) manat alıb ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 8100(səkkiz min yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə Şəhanə adlı xanımla tanış olmuşdur. Şəhanə “Honda Motors” şirkətində işləmişdir. X5 Respublikasının vətəndaşı Alibəy kimi təqdim etmiş, Bakı şəhərində SOCAR şirkətinin Tikinti sektorunda işlədiyini ona bildirmişdir. Şəhanə xalası oğlu İkramın işsiz olduğunu, imkan olsa onu işlədiyi şirkətdə işə düzəltməyini xahiş etmişdir. O, Şəhanəyə əlaqə saxlaması üçün öz nömrəsini vermiş və Şəhanənində mobil telefonunu götürmüşdür. Şəhanə ona iş üçün onun mobil nömrələrini xalası oğlu İkrama verəcəyini, İkramın ona zəng vurmasına ondan icazə almışdır. O da ona heç bir etiraz etməmiş və zəng vurmasını bildirmişdir. xx.xx.2022-ci ildə dəqiq yadında deyil ya o, yada İkram bir-birləri ilə telefon əlaqəsi yaratmışlar. O, İkramada telefonda özünü Türkiyə Respublikasının vətəndaşı Ali kimi təqdim etmişdir. İkramla söhbət edib onun hansı işdə işləyə biləcəyi və təhsili ilə maraqlanmışdır. Onun ali təhsilli olduğunu bilib, 2000 manat aylıq əmək haqqı qarşılığında xəzinədar işi olduğunu, bu iş üçün 4000 manat əvvəlcədən ofis yaratmaq üçün pul lazım olduğunu bildirmişdir. Onun təklifindən sonra İkram onunla razılaşmış və ona Bakı şəhərinə gəlib onunla görüşüb pulu verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlib, xalası oğlu Yaşarla birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Biləcəri İstirahət parkında onunla görüşmüşlər. O, onlarla üzbəüz danışanda da özünü onlara Ali Bəy kimi təqdim edib türk dilində danışmışdır. Bir daha İkrama onu SOCAR şirkətinin Tikinti Sektorunda xəzinadar işinə düzəldəcəyini bildirmişdir. Həmin zaman İkram ona 2000 manat pul vermiş, qalan 2000 manatı isə axşam görüşüb verəcəyini demişdir. O, İkrama onu düzəldəcəyi işin xərcinin artıq olduğunu, dediyi 4000 manatı patrona bütöv verməli olduğunu, qalan 2000 manatı təcili verməli olduğunu bildirmişdir. İkram ona qalan pulu həmin günü saat 17:00-da verəcəyini bildirmişdir. O, onlardan ayrılanda İkrama bir daha qalan pulu mütləq çatdırmağını, yoxsa işin uzanacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:00-da İkram xalası oğlu Yaşarla birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Avtovağzal metrostansiyasının üstündə yerləşən Şəki kafesinin qarşısında onunla görüşüb 2000 manat ona vermişdir. Söhəbət zamanı İkram şirkətdə başqa iş olub-olmadığını soruşmuşdur. O da İkrama bildirmişdir ki, şirkətin patronuna şəxsi sürücü lazımdır. İkram xalası oğlu Yaşarın sürücülük vəsiqəsi olmadığından, qohumu Aqşinə demiş, Aqşində İkrama razılıq vermişdir. O, sürücülük işi üçün 2000 manat lazım olduğunu bildirmişdir. İkram Aqşinə pul barədə məlumat vermiş, Aqşində 2000 manat pul verməyə razılaşmışdır. İkram onunla sağollaşıb yaşadığı İmişli rayonuna getmişdir. İkram rayona gedəndə ona, onu rayonda gözləyəcəyini, orada ona qonaqlıq verib yaxından tanış olmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci ildə o, İkramla telefon əlaqəsi saxlayıb icarəyə götürdüyü Mersedes Galenvagen markalı maşınla İmişli rayonuna getmişdir. Sonra İkramla rayonda görüşüb birlikdə yemək yeyib, istirahət edib Aqşinlə görüşmək üçün Bakı şəhərinə gəlmişlər. xx.xx.2022-ci ildə Aqşinlə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl market»in qarşısında görüşmüşlər. O, Aqşinlə türk dilində danışıb, özünü onada Ali kimi təqdim edib Aqşinin düzələcəyi sürücülük işindən danışmışdır. Aqşində razılaşıb, ona 1000 manat pul vermiş, qalanını tapa bilmədiyini, qalan 1000 manatı isə düzəldib verəcəyini bildirmişdir. Elə həmin günü Aqşin İkrama zəng vurub atasının razı olmadığını, verdiyi 1000 manat pulu geri qaytarmağını bildirmişdir. İkram bu barədə ona bildirmişdir. Səhəri gün o, İkrama zəng edib işi üçün əlavə olaraq 1000 manat lazım olduğunu bildirmişdir. İkramda səhvən verdiyi kart hesabına xx.xx.2022-ci il tarixdə 1000 manat əvəzinə 1100 manat pul Milli Ön aparatından göndərmişdir. İkramla telefon danışığında şirkətə Formen və mühafizəçiyə ehtiyac olduğunu bildirdmişdir. İkram xalası oğlu Zərərçəkmiş şəxs2 Formen vəzifəsinə və dayısı oğlu Zərərçəkmiş şəxs4 isə mühafizəçi vəzifəsinə işə düzəltməyini xahiş etmişdir. O da, Formen işi üçün 3500 manat və mühafizəçi 1500 pul lazım olduğunu bildirmişdir. Hətta özü Yaşar və Zahidlə telefonla danışmışdır. xx.xx.2022-ci il tarixdə İkram, xalası oğlu Yaşar və dayısı oğlu Zərərçəkmiş şəxs4 ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında yerləşən Şəki kafesinin qarşısında görüşmüşlər. Yaşar Formen işi üçün ona 3500 manat pul vermişdir. Dayısı oğlu Zərərçəkmiş şəxs4 isə mühafizə işinə görə elə həmin vaxt ona 1000 manat pul vermişdir. O, onlara yaxın günlərdə işə başlayacaqlarını deyib onlardan ayrılmışdır. xx.xx.2022-ci ildə İkramla əlaqə saxlayıb şirkətin xususi forması üçün 600 manat pul lazım olduğunu ona bildirmişdir. İkram xx.xx.2022-ci ildə İmişli rayonundan MilliÖn ödəmə terminalından kartına forma üçün 600 manat pul köçürmüşdür. xx.xx.2022-ci ildə İkramla əlaqə saxlayıb şirkətin ofisinə stol-stul və digər ləvazimatların alınması üçün 300 manat pul lazım olduğunu bildirmişdir. İkram xx.xx.2022-ci ildə İmişli rayonu MilliÖn ödəmə terminalından ona verdiyi karta ofis ləvazimatları üçün 300 manat pul köçürmüşdür. Bundan sonra o, İkrama işin düzəlməsi üçün 500 manat lazım olduğunu bildirmişdir. İkramda xx.xx.2022-ci ildə İmişli şəhərindəki ödəmə terminalından ona 500 manat pul göndərmişdir. Sonra o, İkrama şirkətə Formen köməkçisi lazım olduğunu bildirmişdir. Bundan sonra İkram xalası oğlu Zərərçəkmiş şəxs3 Formen köməkçisi barədə bildirmiş, Amildə onun təklifi ilə razılaşıb birlikdə onunla görüşmüşlər. O, bu iş üçün 2500 manat pul lazım olduğunu onlara bildirmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında yerləşən Şəki kafesinin qarşısında İkram və xalası oğlu Amil onunla görüşüb söhbət etmişlər. Amil özü şəxsən razılaşandan sonra xx.xx.2022-ci ildə Sumqayıt şəhərində yerləşən ödəmə terminalından verdiyi kart hesabına 350 manat pul köçürmüşdür. Bundan sonra o, yenədə İkramdan işi üçün 650 manat istəmişdir. xx.xx.2022-ci il tarixdə İkram onun verdiyi kart hesabına 650 manat göndərmişdir. Sonra o, İkramdan yenidən ofis ləvazimatlarını gömrükdən keçirmək üçün 300 manat pul istəmişdir. İkram xx.xx.2022-ci il tarixdə İmişli rayonunda onun verdiyi kart hesabına 300 manat göndərmişdir. Sonra İkram onunla danışıb işə nə vaxt çıxacaqlarını soruşmuşdur. O da ona narahat olma tezliklə işə çıxacaqlarını bildirmişdir. xx.xx.2022-ci ildə İkram onunla işləri ilə bağlı zəng vurub əlaqə saxlamışdır. O, İkrama qızıl sığorta üçün 650 manat pul lazım olduğunu, bundan sonra işə çıxacaqlarını bildirmişdir. xx.xx.2022-ci ildə İkram rayondan şəhərə gəlib, onunla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında Şəki kafesinin qarşısında görüşüb, qızıl sığorta üçün 650 manat pul lazım olduğunu, bundan sonra ona işə çıxacağını bildirmişdir. İkram orada ona istədiyi 650 manat pulu vermişdir. O, İkramdan pulu alıb ona yaxında işə çıxacaqlarını deyib söz verib ayrılmışdır. İkramın artıq onları işə düzəldə bilmədiyini, onun onu aldatdığını başa düşəcəyini, verdikləri pulları alb xərclədiyindən, verdikləri pulu xərclədiyi üçün geri qaytara bilməyəcəyindən o, onun zənglərinə gec- gec cavab verib onunla görüşməmək üçün bəhanələr gətirmişdir. İkramgil onu dəfələrlə yığandan sonra, o, xx.xx.2022-ci ildə İkramın kart hesabına 250 manat, xx.xx.2022-ci ildə 150 manat, xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 100 manat pul köçürmüşdür. İkramın deməsinə görə kart hesabından kredit çəkdiyi üçün, ödədiyi pulların həmin kartın Bankı tərəfindən kredit haqqına çıxmışdır. O, İkramın və tanışlarının ödədiyi pullardan 1400 manat pul qaytarmış, qalan pulları imkan edib qaytaracaqmış. Sonradan ona məlum olmuşdur ki, İkram və qohumları ondan polis bölməsinə şikayət etmişlər. Zərər çəkmiş şəxslərdən aldığı pulları tam olaraq qaytarmışdır. Əməlindən peşmandır. Səmimi peşmançılığını, himayəsində 2 azyaşlı uşağı olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə iş axtarmağa gəlmişdir. xx.xx.2022-ci ildə bacısı Şahid1 ona zəng vurub bildirmişdir ki, xalası X2 işlədiyi “Hondo Motors” şirkətində bir nəfər türk vətəndaşının işçi axtardığını, xalası qızı Şəhanə onun iş axtartardığına görə həmin türk vətənlaşı ilə əlaqə saxlamağı üçün onun nömrəsini götürdüyünü, bu səbəbdən bacısına həmin şəxslə əlaqə saxlamağı üçün onun nömrəsini ona verməsini bildirmişdir. Bacısı Tünzalə ona bu barədə məlumat verib, özünü onlara Türkiyə Respublikasının vətəndaşı Ali kimi təqdim edən sonradan bildiyinə görə azərbaycanlı olan Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı əlaqə nömrəsini ona vermişdir. xx.xx.2022-ci il tarixdə həmin Ali adlı şəxs özü ona zəng vurub telefonda danışmışdır. Ali ona bildirmişdir ki, 2000 manat aylıq əmək haqqı qarşılığında xəzinədar işi var, bu iş üçün 4000 manat əvvəlcədən ofis yaratmaq üçün pul lazımdır. O, Qamətin təklifi ilə razılaşmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Xalası oğlu Zərərçəkmiş şəxs2 demişdir ki, işi ilə əlaqədar olaraq türk vətəndaşına pul verməlidir, bu səbəbdən onun yanında olmasını bildirmişdir. O, xalası oğlu Yaşarla birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Biləcəri İstirahət parkının yanında Qamətlə görüşmüşlər. Telefonda da və üzbəüz danışanda da Qamət özünü onlara Ali kimi təqdim edib türk dilində danışmışdır. O, onun danışığından şübhələnib 2000 manat pul ona vermiş, qalan 2000 manatı verməyə tərəddüd etmişdir. Ali ondan qalan 2000 manatı istəyəndə, o, ona işi düzəlsin, işə çıxanda qalan pulu verəcəyini bildirmişdir. Qamət isə ona onun düzəldiyi iş 10000 manatlıqdır, patron pulu bütöv tələb edir, 2000 manatı təcili verməli olduğunu bildirmişdir. O, Qamətə qalan pulu həmin günü saat 17:00-da verəcəyini bildirmişdir. Onunla ayrılandan sonra Qamət ona zəng vurub qalan pulu mütləq çatdırmağını, yoxsa işinin düzəlməyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:00-da xalası oğlu Yaşarla birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Avtovağzal metrostansiyasının üstündə yerləşən Şəki kafesinin qarşısında Qamətlə görüşüb 2000 manatı ona vermişdir. Bundan sonra Qamət ona bildirmişdir ki, şirkətin patronuna şəxsi sürücü lazımdır. O, xalası oğlu Yaşarın sürücülük vəsiqəsi olmadığından, qohumu Aqşinə demişdir, Aqşində ona razılıq vermişdir. Ali sürücülük işi üçün 2000 manat istəmişdir. O, Aqşinə pul barədə məlumat vermişdir. Aqşində 2000 manat pul verməyə razılaşmışdır. O, Qamətlə sağollaşıb yaşadığı İmişli rayonuna getmişdir. xx.xx.2022-ci ildə Qamət onunla telefon əlaqəsi saxlayıb Mersedes Galenvagen markalı maşınla İmişli rayonuna gəlmişdir. Qamətlə rayonda görüşüb birlikdə Aqşinlə görüşmək üçün Bakı şəhərinə gəlmişdir. xx.xx.2022-ci ildə Aqşinlə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl market»in qarşısında görüşmüşlər. Qamət onunlada türk dilində danışıb, özünü Ali kimi təqdim edib Aqşinin düzələcəyi sürücülük işindən danışmışdır. Aqşində razılaşıb, Qamətə 1000 manat pul vermiş, qalanını tapa bilmədiyini, qalan 1000 manatı isə düzəldib verəcəyini bildirmişdir. Elə həmin günü Aqşin ona zəng vurub atasının razı olmadığını, verdiyi 1000 manat pulu Qamətin geri qaytarmağını bildirmişdir. O, bu barədə Aliyə yəni Qamətə bildirmişdir.xx.xx.2022-ci il tarixdə Qamət ona zəng edib işinin düzəlməsi üçün 1000 manat istəmişdir. O, işi alınsın deyə Qamətin kart hesabına xx.xx.2022-ci il tarixdə 1000 manat əvəzinə 1100 manat pulu İmişli rayonu, Çaxırlı kəndindəki Yaşıl marketdə olan Milli Ön aparatından ona göndərmişdir. Təxminən bir gündən sonra Qamət ona zəng edərək bildirmişdir ki, şirkətə Formen və mühafizəçiyə ehtiyac vardır. O da bu barədə xalası oğlu Zərərçəkmiş şəxs2 və dayısı oğlu Zərərçəkmiş şəxs4 bildirmişdi. Sonra Qamət özü Formen işi üçün xala oğlu Zərərçəkmiş şəxs2 və mühafizəçi işi üçün dayısı oğlu Zərərçəkmiş şəxs4 zəng vurub danışmışdır. Qamət bu iş üçün Zərərçəkmiş şəxs2 3500 manat, Zərərçəkmiş şəxs4 1500 manat pul istəmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında yerləşən Şəki kafesinin qarşısında onun və dayısı oğlu Zərərçəkmiş şəxs4 yanında Yaşar 3500 manat pulu Qamətə vermişdir. Dayısı oğlu Zərərçəkmiş şəxs4 isə mühafizəçi işinə görə elə həmin vaxt Qamətə 1000 manat pul vermişdir. Bundan sonra o, Qamətdən işin nə vaxt başlayacağını soruşmuşdur. Qamətdə onlara yaxın günlərdə işə başlayacaqsınız deyə bildirmişdir. xx.xx.2022-ci ildə Qamət onunla əlaqə saxlayıb şirkətin xususi forması üçün 600 manat pul lazım olduğunu bildirmişdir. O, xx.xx.2022-ci ildə İmişli rayonu, H.Əliyev prospekti 109 ünvanda yerləşən Bazar Store marketdə olan MilliÖn ödəmə terminalından Qamətin bank kartına forma üçün 600 manat pul köçürmüşdür. xx.xx.2022-ci ildə Qamət onunla əlaqə saxlayıb şirkətin ofisinə stol-stul və digər ləvazimatların alınması üçün 300 manat pul lazım olduğunu bildirmişdir. O, xx.xx.2022-ci ildə İmişli rayonu, Aranlı kəndində olan MilliÖn ödəmə terminalından Qamətin kartına ofis ləvazimatları üçün 300 manat pul köçürmüşdür. Bundan sonra Qamət ona zəng edərək bildirmişdir ki, işin başlaması üçün əlavə olaraq 500 manat pul lazımdır. Qamətin kart hesabına xx.xx.2022-ci ildə İmişi şəhərindəki Bazarstore marketdə yerləşən ödəmə terminalından 500 manat pul göndərmişdir. Qamət şirkətə Formen köməkçisi lazım olduğunu bildirmişdir. O, bu barədə xalası oğlu Zərərçəkmiş şəxs3 bildirmiş, Amildə təkliflə razılaşıb birlikdə Qamətlə görüşmüşlər. Qamət bu iş üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında yerləşən Şəki kafesinin qarşısında o və xalası oğlu Amil Qamətlə görüşüb onunla söhbət etmişlər. Amil özü şəxsən razılaşandan sonra xx.xx.2022-ci ildə yaşadığı Sumqayıt şəhərində yerləşən ödəmə terminalından Qamətin kart hesabına 350 manat pul köçürmüşdür. Sonra Qamət ondan əlavə olaraq 650 manat istəmişdir. O da xx.xx.2022-ci il tarixdə «Birbank» tədbiqi vasitəsi ilə Qamətin kart hesabına 650 manat köçürmüşdür. Sonra Qamət ondan yenidən ofis ləvazimatlarını gömrükdən keçirmək üçün 300 manat pul istəmişdir. xx.xx.2022-ci il tarixdə İmişli rayonu Hacırüstəmli kəndində «Birbank» tədbiqi vasitəsi ilə Qamətin hesabına 300 manat göndərmişdir. Bundan sonra o, Qamətlə kəskin danışıb işə nə vaxt çıxacaqlarını soruşmuşdur. Qamət ona narahat olma tezliklə işə çıxacaqlarını bildirmişdir. xx.xx.2022-ci ildə o, Qamətlə işləri ilə bağlı zəng vurub əlaqə saxlamışdır. Qamət ona qızıl sığorta üçün 650 manat pul lazım olduğunu, bundan sonra işə çıxacaqlarını bildirmişdir. xx.xx.2022-ci ildə o, rayondan Bakı şəhərə gəlib, Qamətlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında Şəki kafesinin qarşısında görüşüb Qamətə 650 manat vermişdir. Qamət pulu ondan alıb «kişi sözü verirəm, yaxında işə çıxacaqsınız» deyib ondan ayrılmışdır. Bundan sonra Qamət müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən yayınıb, nə işlərini düzəltmiş, nədə ki, pullarını qaytarmışdır. O və digərləri Qaməti dəfələrlə yığandan sonra, Qamət xx.xx.2022-ci ildə onun kart hesabıma 250, xx.xx.2022ci ildə 150 manat, xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 100 manat pul köçürmüşdür. Həmin kart hesabından kredit çəkdiyi üçün, Qamətin ödədiyi pullar həmin kartın Bankı tərəfindən kredit haqqına çıxılmışdır. Qamət ona ödədiyi pullardan cəmi 1400 manat pul qaytarmış, qalan pullarını isə qaytarmadığından onlar Binəqədi RPİ-də bilmişdirlər ki, onlara özünü Türkiyə vətəndaşı Ali kimi təqdim edən şəxs Qamətdir. Onun heç bir şirkətlə əlaqəsi yoxdur, onları aldadaraq dələduzluq yolu ilə pullarını mənimsəyibdir. Onlar, ödəmə terminalından və kart hesablarından pulları Qamətin onlara verdiyi X3 adına olan **********100303 saylı hesaba köçürmüşdürlər. Qalan nəğd verdikləri pulları isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında Şəki kafesinin qarşısında vermişdirlər. Qamət ondan və digər zərər çəkmiş şəxslərdən aldığı pulları qaytarmışdır. O, Qamətə verdiyi pulları banklardan kredit götürdüyü üçün hazırda kreditlərə hesablanan faizləri və cəriməni ödəyir. Həmin faizlərə və cəriməyə görə zərərə düşdüyündən Qamətə qarşı mülki iddia qaldırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2006-cı ildən etibarən Bakı şəhərinə gəlib bir müddət yaşayandan sonra, Abşeron rayonuna köçüb orada kirayədə yaşayır. xx.xx.2022-ci ildə İmişli rayonunda yaşayan xalası oğlu İkram ona zəng vurub Bakı şəhərinə gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. O, İkramla Avtovağzalda görüşmüş, söhbət zamanı İkram ona bildirmişdir ki, bacısı Tünzalə zəng vurub ona bildirmişdir ki, xalası X2 işlədiyi “Hondo Motors” şirkətində bir nəfər türk vətəndaşının işçi axtardığını, xalasının İkramın iş axtartardığına görə həmin türk vətənlaşı ilə əlaqə saxlamağı üçün onun nömrəsini götürdüyünü, bu səbəblə Tünzaləyə həmin şəxslə əlaqə saxlamağı üçün onun nömrəsini İkrama verməsini bildirmişdir. Tünzalə İkrama bu barədə məlumat vermiş, özünü onlara Türkiyə Respublikasının vətəndaşı Ali kimi təqdim edən sonradan bildiklərinə görə azərbaycanlı olan Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı əlaqə nömrəsini İkrama vermişdir. İkramda xx.xx.2022-ci il tarixdə həmin Ali ilə telefonda danışmışdır. Ali İkrama bildirmişdir ki, 2000 manat aylıq əmək haqqı qarşılığında xəzinədar işi var, bu iş üçün 4000 manat əvvəlcədən ofis yaratmaq üçün pul lazımdır. İkramda Qamətin təklifi ilə razılaşıb xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Ona da işiylə əlaqədar olaraq həmin şəxsə pul verərkən onun yanında olmağını bildirmişdir. O, xalası oğlum İkramla birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Biləcəri İstirahət parkının yanında Qamətlə görüşmüşdürlər. Üzbəüz danışanda Qamət özünü onlara Ali kimi təqdim edib türk dilində danışmışdır. Onlar onun danışığından şübhələndikləri üçün İkram 2000 manat pul ona vermiş, qalan 2000 manatı verməyə tərəddüd etmişdir. Ali İkramdan qalan 2000 min manatı istəyəndə, İkram ona işi düzəlsin işə çıxanda qalan pulu verəcəyini bildirmişdir. Qamət isə İkrama düzəltdiyi iş 10000 manatlıqdır, patron pulu bütöv tələb edir, 2000 manatı təcili verməli olduğunu bildirmişdir. İkram Qamətə qalan pulu həmin günü saat 17:00-da verəcəyini bildirmişdir.Onunla ayrılandan sonra Qamət İkrama zəng vurub qalan pulu mütləq çatdırmağını, yoxsa işinin düzəlməyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:00-da İkramla birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Avtovağzal metrostansiyasının üstündə yerləşən Şəki kafesinin qarşısında Qamətlə görüşüb 2000 manat ümumilikdə 4000 manat pulu İkram ona vermişdir. Bundan sonra Qamət İkrama bildirmişdir ki, şirkətin patronuna şəxsi sürücü lazımdır. Onun sürücülük vəsiqəsi olmadığından, onun həmin işə düzəlməyi mümkün olmamışdır. Onlar pulu Qamətə verəndən sonra İkram çıxıb İmişli rayonuna getmişdir. Bundan bir iki gün keçmiş İkram ona zəng vurub şirkətə Formen vəzifəsində işçi lazım olduğunu Qamətin dediyini bildirmişdir. Sonra ona Qamətin özü şəxsən yığıb həmin vəzifənin əmək haqqısı və vəzifəsinin funksiyasını izah etmişdir. Bunun üçün 4000 manat lazım olduğunu, 3000 manatı əvvəlcədən verməyini, qalan 1000 manatı isə işə başlayandan sonra əmək haqqısından çıxacağını, 600 manat isə forma pulu lazım olduğunu bildirmişdir. O, əvvəlcə Qamətə pul verməyə narazılıq etsədə, Qamət narahat olmamağını, hər şeyin yaxşı olacağına onu inandırıb pulu ödəməyinə razı salmışdır. xx.xx.2022-ci il tarixdə o, xalası oğlu İkram və dayısı oğlu Zərərçəkmiş şəxs4 iştirakı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında yerləşən Şəki kafesinin qarşısında Qamətlə görüşüb 3500 manat pulu ona vermişdir.Dayısı oğlu Zərərçəkmiş şəxs4 isə mühafizə işinə görə elə həmin vaxt əvvəlcədən danışdıqlarına görə Qamətə 1000 manat pul vermişdir.Sonradan Qamətlə işə nə vaxt çıxacaqları ilə bağlı əlaqə saxlayanda, Qamət ona şirkətin işə başlaması üçün qrup lazım olduğunu, bundan sonra şirkətin fəaliyyətə başlayacağını deyib, əlavə işçi axtardığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Amil və Aqşin adlı şəxslərdə işə düzəltmək üçün Qamətə pul veribdirlər. O və digərləri Qaməti dəfələrlə yığandan sonra, xx.xx.2022-ci ildə Qamətlə Xırdalan şəhərində H.Əliyev adına parkda görüşmüşlər. Onlar Qamətdən pullarını tələb etmişlər və onlara artıq iş lazım olmadığını bildirmişlər. Qamət orada xx.xx.2022-ci ildə Zahidin 1000 manatını, xx.xx.2022-ci ildə isə onun 3500 manat pulunu ödəyəcəyinə söz vermişdir. Lakin, Qamət sözünə əməl etməyib, müxtəlif bəhanələr gətirərək nə onları işə düzəltmiş, nədə ki, aldığı pulları geri qaytarmışdır. Qamətin onları aldatdığını görüb, məcbur qalıb 40-cı PB-yə ərizə yazmışlar. Bundan sonra Qamət İkramın kart hesabına onlara ödəməsi üçün 1400 manat pul köçürmüşdür. İkramda həmin kart hesabımdan kredit çəkdiyi üçün, Qamətin ödədiyi pullar həmin kart tərəfindən kredit haqqına çıxarılmışdır. Sonradan onlar Binəqədi RPİ-də bilmişdilər ki, onlara özünü Türkiyə vətəndaşı Ali kimi təqdim edən şəxs Azərbaycan Respublikası vətəndaşı Qamətdir. Onun heç bir şirkətlə əlaqəsi yoxdur, onu SOCAR şirkətinin tikinti sektoruna Formen vəzifəsinə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pulunu mənimsəyibdir. O, Qamətə 3500 manat pulu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında Şəki kafesinin qarşısında vermişdir. İşə düzəlmək üçün Qamətə verdiyi pul tam olaraq qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, İkram və Yaşar onun bibisi oğlanlarıdır. O, rayonda dolanışığı yaxşı olmadığından qohumlarına Bakı şəhərində iş tapsalar ona xəbər etmələrini xahiş etmişdir. Xalası oğlu İkram ona təxminən xx.xx.2022-ci il tarixdə Ali adlı türk tanışının SOCAR şirkətinin nəznində olan şirkətə mühafizəçi vəzifəsinə işçi axtardığını demişdir. O, işləməyə razı olduğuna görə İkramdan Qamətin nömrəsini götürmüşdür. Qamətə zəng vurub özünü təqdim edib, İkrama dediyi SOCAR şirkətinə mühafizəçi kimi işləməyə razı olduğunu bildirmişdir. Qamət ona həmin işin əmək haqqısının 800 manat olduğunu, iki gün evdə, bir gün işdə olacağını demişdir. Həmin işə görə Ali olduğunu bildiyi şəxs, həmin işə düzəlməyi üçün ona 1500 manat pul lazım olduğunu bildirmişdir. O, Qamətə 1500 manat pulun çox olduğunu, o qədər pulu olmadığını bildirmişdir. Qamət, ona həmin pulun 1000 manatının dərhal ödənilməli olduğunu bildirmişdir. O, Qamətə işə çıxandan sonra onun istədiyi pulu ödəyə biləcəyini demişdir. Qamət isə onunla söhbət edib ona istədiyi məbləği, yəni 1000 manat pul ödəməyinə razı salmağa çalışmışdır. O, Qamətin israrına aldanıb onun təklifini qəbul etmişdir. Onunla razılaşıb Bakı şəhərinə gəlib görüşüb pulu ona verməyi planlaşdırmışlar. xx.xx.2022-ci il tarixdə o, bibisi oğlu İkram və Yaşarla birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında yerləşən Şəki kafesinin qarşısında Qamətlə görüşmüşdülər. Bibisi oğlu Yaşar öz işi ilə əlaqədar Qamətə 3500 manat pul vermişdir. O, isə mühafizə işinə görə elə həmin vaxt əvvəlcədən danışıb razılaşdıqları kimi Qamətə 1000 manat pul vermişdir. Qamət həmin zaman türk dilində danışmış və onlara özünü Ali kimi təqdim etmişdir. Sonradan Qamətlə işə nə vaxt çıxacaqları ilə bağlı əlaqə saxlayanda, Qamət ona şirkətin işə başlaması üçün qrup lazım olduğunu, bundan sonra şirkətin fəaliyyətə başlayacağını deyib, əlavə işçi axtardığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Amil və Aqşin adlı şəxslərdə işə düzəltmək üçün Qamətə pul veribdirlər. Bir müddət gözləyib Qamətlə əlaqə saxlayıb işlərinin nə yerdə olduğunu xəbər almışdılar. Lakin Qamət sözünə əməl etməyib, müxtəlif bəhanələr gətirərək nə onları işə düzəltmiş, nədə ki, aldığı pulları geri qaytarmışdır. Qamətin onları aldatdığını görüb, məcbur qalıb 40-cı PB-yə ərizə yazmışlar. Bundan sonra Qamət İkramın kart hesabına onlara ödəməsi üçün 1400 manat pul köçürmüşdür. Sonradan onlar Binəqədi RPİ-də bilmişlər ki, özünü onlara Türkiyə vətəndaşı Ali kimi təqdim edən şəxs Azərbaycan Respublikası vətəndaşı Qamətdir. Onun heç bir şirkətlə əlaqəsi yoxdur, onları aldadaraq dələduzluq yolu ilə pullarını mənimsəyibdir. O, Qamətə 1000 manat nəğd pul ödəmişdir. İşə düzəlmək üçün Qamətə verdiyi pul tam olaraq qaytarılmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə xalası oğlu İkram ona zəng vurub Ali adlı türk tanışının SOCAR şirkətinin nəznində olan şirkətə Formen köməkçisi vəzifəsinə işçi axtardığını, həmin işin 2000 manat əmək haqqısının olduğunu ona bildirmişdir. O, İkramın təklifi ilə razılaşıb Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında yerləşən Şəki kafesinin qarşısında Qamətlə görüşmüşdülər. Söhbət zamanı Ali kimi özünü təqdim edən sonradan Qamət adlı şəxs olduğunu bildiyi şəxs həmin işə düzəlməyi üçün ona 4500 manat pul lazım olduğunu bildirmişdir. O, Qamətə 4500 manat pulun çox olduğunu, o qədər pulu olmadığını bildirmişdir. Qamət, ona həmin pulun 3500 manatının dərhal ödənilməli olduğunu bildirmişdir. O, Qamətə işə çıxandan sonra onun istədiyi pulu ödəyə biləcəyini demişdir. Qamət isə onunla söhbət edib ona istədiyi məbləği və yaxud istədiyi məbləğdən bir az kəsir olmaqla pul ödəməyinə razı salmağa çalışmışdır. O, Qamətin israrına baxmayaraq təklif etdiyi işdən imtina etmişdir. Bu zaman Qamət ona heç olmasa bu gün 1000 manat pul ödəməyini, 2500 manat isə işə çıxandan sonra ödəməyini ona təklif etmişdir. O, Qamətin bu təklifi ilə razılaşıb çıxıb evə getmişdir. O, evə gedəndən sonra Qamət ona zəng vurmağa başlamış, məcbur qalıb xx.xx.2022-ci ildə yaşadığı Sumqayıt şəhərində yerləşən ödəmə terminalından Qamətin kart hesabına 350 manat pul köçürmüşdür. xx.xx.2022-ci il tarixdə Qamətin təklifi ilə Qamətlə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında yerləşən Şəki kafesinin qarşısında görüşmüşdür. Bir daha Qamətlə iş barəsində söhbət edib əlavə 650 manat pulu nəğd Qamətə vermişdir. Qamət pulu alandan sonra bir həftə ərzində işə çıxacağını bildirmişdir. O, həmin ərəfədə eşitmişdi ki, Qamət, İkramdan, Yaşardan, Zahiddən və Aqşindəndə işə düzəltmək adı ilə pul alıbdır. Onlar bir müddət gözləyib Qamətlə əlaqə saxlayıb işlərinin nə yerdə olduğunu xəbər almışdılar. Lakin Qamət sözünə əməl etməyib, müxtəlif bəhanələr gətirərək nə onları işə düzəltmiş, nədə ki, aldığı pulları geri qaytarmışdır. Qamətin onları aldatdığını görüb, məcbur qalıb 40-cı PB-yə ərizə yazmışlar. Bundan sonra Qamət İkramın kart hesabına onlara ödəməsi üçün 1400 manat pul köçürmüşdür. Sonradan Binəqədi RPİ-də bilmişdilər ki, özünü Türkiyə vətəndaşı Ali kimi təqdim edən şəxs Azərbaycan Respublikası vətəndaşı Qamətdir. Onun heç bir şirkətlə əlaqəsi yoxdur, onları aldadaraq dələduzluq yolu ilə pullarını mənimsəyibdir. O, Qamətə 350 manat kartına ödəməklə, 650 manat isə nəğd ödəməklə 1000 manat pul ödəmişdir. 650 manat nəğd pulu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal metrosunun yanında Şəki kafesinin qarşısında vermişdir. İşə düzəlmək üçün Qamətə verdiyi pul tam olaraq qaytarılmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun xalası qızının əridir. Münasibətləri yaxşıdır və o, İmişli rayonunda yaşayır. 27 iyul 2022-ci ildə İkram ona zəng vurub işə düzələcəyi SOCAR şirkətinin nəznində tikinti sektorunda işləyən Ali adlı Türkiyə vətəndaşının patronunun şəxsi sürücü vəzifəsinə sürücü lazım olduğunu bildirmişdir. O, İkrama razılıq vermiş, işlə bağlı İkramın ona ətraflı məlumat verməsini bildirəndə, İkram onun nömrəsini Aliyə verəcəyini, Alinin özü ona zəng vurub onunla danışıb işlə bağlı məlumat verəcəyini demişdir. Bundan sonra İkram onun əlaqə nömrəsini Aliyə vermişdir. Ali ona zəng vurub öz aralarında telefonda danışıb razılığa gəlmişlər. Ali həmin işə görə ona müəyyən xərclər üçün 2000 manat pul lazım olduğunu demişdir. O da 2000 manat pulunun olmadığını Aliyə deyəndə, Ali 2000 manat pulun 1000 manatını bu gün, qalan 1000 manatını isə başqa vaxtı verməyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Ali və qohumu İkram ilə Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən «Bayıl market»in qarşısında görüşmüşlər. Orada Ali ondan vəd etdiyi iş üçün 1000 manat pul almış, qalan 1000 manatı isə səhər ödəməyini tapşırmışdır. O, Alinin istədiyi əlavə 1000 manat pulu düzəldə bilmədiyi üçün elə axşam Aliyə zəng vurub işə düzəlməkdən imtina edib verdiyi 1000 manatı qaytarmasını istəmişdir. Ali isə ona əsəbləşib, artıq verdiyi 1000 manat pulu və əlavə onun əvəzindən ödəyəcəyi 1000 manat pulu ümumilikdə 2000 manat pulu şirkətin kassasına ödədiyini demişdir. O, İkrama zəng vurub bu barədə danışmış və pulunu geri istəmişdir. İkram isə ona narahat olma verdiyi 1000 manat pulu ona verəcəyini bildirmişdir. Bundan sonra o, taksi fəaliyyəti ilə məşğul olduğundan İkramın və Alinin arasında nə baş verdiyindən xəbəri olmamışdır. O, sonradan bilmişdir ki, özünü Türkiyə vətəndaşı Ali kimi təqdim edən şəxs Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxsdur. Onun heç bir şirkətlə əlaqəsi yoxdur, Ali onu, İkramı və başqa şəxsləri aldadaraq dələduzluq yolu ilə pullarını mənimsəyibdir. O, Qamətə 1000 manat pulu xx.xx.2022-ci ildə Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən Bayıl marketin qarşısında Alinin patronuna şəxsi sürücü kimi işə düzəlməyi ilə bağlı onun deməsinə görə müəyyən xərclər üçün vermişdir. İşə düzəlmək üçün Qamətə verdiyi pul tam olaraq qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2006-cı ildən etibarən Bakı şəhərinə gəlib bir müddət yaşayandan sonra, Abşeron rayonuna köçüb orada kirayədə yaşayırlar. Zərərçəkmiş şəxs2 onun əridir, Zərərçəkmiş şəxs1 isə qardaşıdır. İkram təxminən xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə iş axtarmağa gəlmişdir. Bir neçə gün Bakı şəhərində və Abşeron rayonunda iş axtarıb tapa bilmədiyi üçün qayıdıb İmişli rayonuna getmişdir. Bu səbəbdən qohumları İkramın Bakı şəhərinə gəlib iş axtarmasını və işə ehtiyacı olduğundan xəbərdar olmuşdurlar. xx.xx.2022-ci ildə xalası X2 və qızı Şəhanə onlara gəlib işlədikləri “Honda Motors” şirkətində bir nəfər türk vətəndaşının SOCAR şirkətində yaradacaqları tikinti sektoruna işçi axtardığını, İkramında iş axtardığına görə həmin türk vətəndaşı ilə əlaqə saxlamağı üçün onun nömrəsini götürdüklərini, bu səbəblə İkramın həmin şəxslə əlaqə saxlamağı üçün onun nömrəsini İkrama verməyini ona bildirmişdilər. O da bu barədə İkrama məlumat verib həmin şəxsin nömrəsini İkrama vermişdir. Bundan sonra İkramın ona deməsinə görə Türkiyə Respublikasının vətəndaşı Ali kimi təqdim edən sonradan bildirdiklərinə görə azərbaycanlı olan Təqsirləndirilən şəxs xəzinadar vəzifəsinə işə düzəltməsi üçün ümumilikdə 8100 manat vermişdir. İkram Qamətə 4000 manatı verərkən əri Zərərçəkmiş şəxs2 onun yanında olmuşdur. Bundan başqa Qamət əri Yaşarı Formen vəzifəsində işə düzəldəcəyinə söz vermiş və bunun üçün 4000 manat lazım olduğunu bildirmişdir. Ona bu barədə Yaşar danışanda, ona İkramı gözləməsini, onun işi düzələndən sonra Qamətə öz işi ilə əlaqədar pul verməsini bildirmişdir. Buna baxmayaraq Yaşar ona qulaq asmayıb xx.xx.2022-ci il tarixdə, qardaşı İkram və dayısı oğlu Zərərçəkmiş şəxs4 iştirakı ilə Avtovağzal metrosunun yanında Qamətlə görüşüb 3500 manat pulu ona vermişdir. Dayısı oğlu Zərərçəkmiş şəxs4 isə mühafizə işinə görə elə həmin vaxt əvvəlcədən danışdıqlarına görə Qamətə 1000 manat pul vermişdir. X6 işə nə vaxt çıxacaqları ilə bağlı əlaqə saxlayanda, Qamət ona şirkətin işə başlaması üçün qrup lazım olduğunu, bundan sonra şirkətin fəaliyyətə başlayacağını deyib, əlavə işçi axtardığını bildirmişdir. Sonradan Yaşar və İkramın söhbətindən ona məlum olmuşdur ki, Amil və Aqşin şəxslərdə işə düzəltmək üçün Qamətə pul veribdirlər. Əri Yaşar və qardaşı İkram digərləri Qaməti dəfələrlə yığıb işlərinin nə yerdə olduqlarını soruşanda, Qamət müxtəlif bəhanələr gətirib onlardan yayınmağa başlamışdı. Bir müddət Yaşargil Qaməti yığandan sonra, xx.xx.2022-ci ildə Qamətlə görüşmüşdülər. Onlar Qamətdən pullarını tələb etmiş artıq iş lazım olmadığını ona bildirmişdilər. Qamət orada xx.xx.2022-ci ildə Zahidin 1000 manatını, xx.xx.2022-ci ildə isə əri Yaşarın 3500 manat pulunu ödəyəcəyinə söz vermişdi. Lakin Qamət sözünə əməl etməyib, müxtəlif bəhanələr gətirərək nə onları işə düzəltmiş, nədə ki, aldığı pulları geri qaytarmışdı. Yaşar və digərləri Qamətin onları aldatdığını görüb, məcbur qalıb 40-cı PB-yə ərizə yazmışlar. Yalnız bundan sonra Qamət onların pullarını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən anası Xatirə Xəlilova ilə birlikdə “Honda Motors” şirkətində inzibatçı vəzifəsində işləyir. 2022-ci ilin yay ayında şirkətə bir nəfər müştəri gəlmiş, ona yaxınlaşıb özünü Türkiyə Respublikasının vətəndaşı Ali kimi təqdim edib Bakı şəhərində SOCAR şirkətinin nəznində tikinti sektorunda işə işçi düzəltmək üçün adam axtardığını bildirmişdir. O, ona qohumlarından iş axtaran olsa xəbər edəcəyini deyib, ondan əlaqə nömrəsini götürmüşdüe. Evdə anası ilə söhbət edərkən məlum olmuşdur ki, xalası oğlu İkram Bakı şəhərinə gəlib iş axtarırmış. Bu səbəbdən o, həmin Ali kimi özünü təqdim edən şəxsin nömrəsini xalası qızı Tünzaləyə vermişdir ki, qardaşı İkramla danışıb işlə əlaqədar Aliyə zəng vursun. Bundan sonra İkramın ona deməsinə görə Türkiyə Respublikasının vətəndaşı Ali kimi təqdim edən sonradan bildiklərinə görə azərbaycanlı olan Təqsirləndirilən şəxs xəzinadar vəzifəsinə işə düzəltməsi üçün ümumilikdə 8100 manat vermişdir. Bundan başqa Qamət qohumu Yaşarı Formen vəzifəsində işə düzəldəcəyinə söz vermiş və bunun üçün 3500 manat pul almışdır. Qohumu Zahid isə mühafizə işinə görə Qamətə 1000 manat pul vermişdir. Həmçinin Amil və Aqşin adlı şəxslərdə işə düzəltmək üçün Qamətə pul veribmişlər. Lakin, Qamət sözünə əməl etməyib, müxtəlif bəhanələr gətirərək nə onları işə düzəltmiş, nədə ki, aldığı pulları geri qaytarmışdı. İkram və digərləri Qamətin onları aldatdığını görüb, məcbur qalıb 40-cı PByə ərizə yazmışdılar. Yalnız bundan sonra Qamət onların pullarını qaytarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Maddi sübut kimi tanımaq haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 06 ədəd qəbzlər maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 119). AR DİN BƏSİİ-dən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild İ i.v.127). Sübutların qiymətləndirilməsi haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v 171). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 182-184). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbrinin seçilməsi barədə 15 aprel 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 197-200). Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Ayxan və xx.xx.2015-ci il təvəllüdlü Ayla adlı uşaqları var (cild 1, i.v 204-205). Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış qəbzlərdən görünür ki, onlar işə düzəlmək üçün Təqsirləndirilən şəxs verdikləri pulu sonuncunun atasından tam olaraq geri almışlar (cild 1, i.v 206-211). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozub məhkəmənin çağırışlarına təkrarən üzrsüz səbəbdən gəlmədiyi üçün barəsində həbsli axtarış elan edilmişdir. Bakı İstintaq Təcridxanasının 22 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Binəqədi RPİ-in əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsindən görünür ki, o banklardan götürdüyü kredit məbləğlərinə hesablanmış faizlərin və cərimələrin əvəzinin ödənilməsi, habelə əldən çıxmış faydanın verilməsi tələbinə dair Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində iki azyaşlı uşağın olmasını, CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, vurulmuş ziyanı tam ödəməsini və himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməklə o məhkəmə iclas zalında dərhal azad edilməli, hökmün icrası yaşayış yeri üzrə müvafiq Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2024cü ilədək həbsdə saxlanıldığı 2 (iki) ay 5 (beş) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmalıdır. Məhkəmə maddi sübutların həlli ilə bağlı hesab edir ki, maddi sübut kimi tanınmış 6 vərəq qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, habelə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi banklardan götürdüyü kredit məbləğlərinə hesablanmış faizlərin və cərimələrin əvəzinin ödənilməsi, habelə əldən çıxmış faydadan ibarət olduğundan məhkəmədə sübut olunmalı idi. Zərərçəkmiş şəxs1 isə dəfələrlə çağırılmasına baxmayaraq iddia ərizəsini verdikdən sonra məhkəmə iclaslarına gəlməmiş, iddia ərizəsinin həlli ilə bağlı zəruri xüsusatlara aydınlıq gətirməmiş, müdafiə tərəfinin bununla bağlı yaranmış suallarını cavablandırmamışdır. Belə olan halda isə iddianı həll etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs1 sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia verilməsinin mümkünlüyü izah edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 50 (əlli) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) ay 5 (beş) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (ünvan 2) Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonu və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar – 6 vərəq qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 cinayət mühakimə icraatı zamanı verdiyi mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs1 izah edilsin ki, sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-34/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-34/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver