Məhkəmə qərarları › İş №1(001)-340/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-340/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-340/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs C.Cabbarlı adına "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1952-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, 95 saylı mkis-də texniki işçi kimi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində vət. ünvan 2 ünvanına gələrək orada yaşayış binasının qarşısında, küçədə quraşdırılmış yaşıl rəngli oturacağın üzərindəki Şahid təhkim edilmiş C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına məxsus içərisində bir ədəd 2400 manat dəyərində Sony FE 85mm f/1.4 GM markalı obyektiv (Video foto linza), bir ədəd 2700 manat dəyərində Sony FE 200-600mm f5.6-6.3 OSS markalı obyektiv (linza), hər birinin qiyməti 70 manat olan dörd ədəd ümumilikdə 280 manat dəyərində Sony NP-FZ 100 X2 (2280mAh) markalı qidalandırıcı element (batareya), hər birinin qiyməti 550 manat olan üç ədəd ümumilikdə 1650 manat dəyərində Sony 160 GB Cfexpress Type A X5 markalı foto yaddaş kartı, bir ədəd 100 manat dəyərində Sony BC-QZ1 Battery Charger markalı cərəyan qidalandırıcı (adaptor) və dəyəri 50 manat olan gümüşü rəngli, kvadrat formalı, orta ölçülü metal əl çantasını gizli yolla talayıb, zərərçəkmiş hüquqi şəxs C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına ümumilikdə 7180,00 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə işlədiyi 95 saylı mkis-dən çıxıb 9-cu mikrorayonda yerləşən çay evində oturub çay içdikdən sonra saat təxminən saat 18 radələrində oradan çıxıb yaşadığı evə gedərkən Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ilə hərəkət edən zaman məhəllədə binanın qarşısında ağacların yanında olan yaşıl rəngli oturacağın üzərində bir ədəd alüminium materialdan əldə daşımaq üçün olan çantanın olduğunu görmüşdür. O, çantanı gördükdən sonra bir qədər hərəkətini dayandırmış və təxminən bir neçə dəqiqə həmin çantaya nəzər yetirmişdir. O, ətrafda heç kəsin olmadığından tam əmin olduqdan sonra oturacağa yaxınlaşaraq həmin çantanı oradan götürüb yaşadığı evə aparmışdır. Ailə üzvlərinin çantadakı texniki əşyaları onun oğurlamasından xəbərləri olmamışdır. Həmin çantanı təxminən bir ay evdə saxlamışdır. xx.xx.2023-cü il tarixdə polis bölməsinə dəvət edildikdə çantanın onda olduğunu səmimi etiraf etmiş və həmin çantanı içərisindəki texniki əşyalar ilə birlikdə polis bölməsinə təqdim etmişdir. İstintaq zamanı oğurladığı avadanlıqların C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına məxsus olmasını bilmişdir. Zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan tamamilə ödənildiyindən ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs C.Cabbarlı adına "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən etibarən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında hüquq şöbəsinin rəisi vəzifəsində işləyir. İşlədiyi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında olan çəkiliş üçün nəzərdə tutulan avadanlıqlar nazirlik tərəfindən təmin edilmişdir. Həmin avadanlıqlardan hər hansı bir çəkiliş aparılması zamanı istifadə olunduqda müvafiq icazə aktı əsasında müraciət etmiş şəxsə təhkim olunmaqla verilir. Mədəniyyət və İncəsənət Universitetində 3-cü kurs tələbəsi olan Şahid 29 oktyabr 2022-ci il tarixdə müvafiq icazə aktı əsasında müraciət edərək universitetdən ona verilmiş tapşırıq əsasında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına məxsus içərisində bir ədəd Video foto linza –Sony FE 85mm f/1.4 GM lens markalı, bir ədəd Sony FE 200-600mm f5.6-6.3 G OSS markalı, bir ədəd Sony BC-QZ1 Battery Charger markalı, dörd ədəd Sony NP-FZ 100 X2 (2280mAh) markalı, üç ədəd Foto yaddaş kartı-Sony 160 GB Cfexpress Type A X5 markalı çəkiliş avadanlıqları olan gümüşü rəngli əl çantasını götürmüşdür. xx.xx.2022-ci il tarixdə verilən məlumata əsasən həmin avadanlıqların naməlum şəxs tərəfindən oğurlandığından xəbərləri olmuşdur. Daha sonra isə istintaqın gedişində avadanlıqları oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. İstintaq zamanı oğurlanmış həmin avadanlıqlar onlara geri qaytarılmışdır. Onlara dəymiş ziyanın məbləğinin ekspertiza rəyində göstərilən məbləğ ilə müəyyən edilməsinə etiraz etmirlər. Onlara vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən ona qarşı heç bir şikayət və tələbləri yoxdur və aralarında barışıq olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, o, Mədəniyyət və İncəsənət Universitetində 3-cü kurs tələbəsidir. Universitetdən verilmiş icazə məktubu əsasında xx.xx.2022-ci il tarixdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına məxsus içərisində bir ədəd Video foto linza –Sony FE 85mm f/1.4 GM lens markalı, bir ədəd Sony FE 200-600mm f5.6-6.3 G OSS markalı, bir ədəd Sony BC-QZ1 Battery Charger markalı, dörd ədəd Sony NP-FZ 100 X2 (2280mAh) markalı, üç ədəd Foto yaddaş kartı-Sony 160 GB Cfexpress Type A X5 markalı çəkiliş avadanlıqları olan alüminium çantanı sənədli film çəkilişi üçün gedib götürərək həmin gün saat 18 radələrində Binəqədi rayonu Mircəlal küçəsindəki məhəlləyə getmişdir. Məhəllədə olan zaman binanın qarşısında içərisində avadanlıqlar olan alüminium çantanı oradakı yaşıl rəngli oturacağın üzərinə qoymuş və çəkiliş etmək üçün təxminən 40-50 metr məsafəyədək uzaqlaşmışdır. O, həmin vaxt çəkiliş etsə də, tez-tez geriyə baxıb çantanın yerində olub-olmadığına nəzarət etmişdir. Təxminən 20-dəqiqə orada çəkiliş etmiş və arada 3-4 dəqiqəlik çəkdiyi kadra baxan zaman başı qarışdığı üçün çantaya nəzarət edə bilməmişdir. Bu zaman geriyə baxdıqda çantanın yerində olmadığını görmüşdür. O, dərhal oturacağa yaxınlaşıb ətrafa nəzər salsa da ətrafda heç kəsin olmadığını görmüşdür. O, çantanın içərisində olan avadanlıqlarla birlikdə oğrulandığını başa düşüb dərhal bu barədə 102 xidmətinə məlumat vermişdir. Hadisənin növbəti günü xx.xx.2022-ci il tarixdə o, yenidən həmin məhəlləyə getmiş və məhəllədə olan obyektlərdən, həmçinin orada olan 95 saylı mkis-in işçilərindən sifahi olaraq dünən çəkiliş edərkən çantasının naməlum şəxs tərəfindən oğurlandığını bununla bağlı hər hansı bir məlumatlarının olub-olmadığını soruşsa da heç bir məlumat əldə edə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 3 ünvanı ərazisində baş vermiş və hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyətli əşya, predmet aşkar edilməmişdir. Əşyanın götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı bir ədəd Video foto linza – Sony FE 85mm f/1.4 GM lens markalı, bir ədəd Sony FE 200-600mm f5.6-6.3 G OSS markalı, bir ədəd Sony BC-QZ1 Battery Charger markalı, dörd ədəd Sony NP-FZ 100 X2 (2280mAh) markalı, üç ədəd Foto yaddaş kartı-Sony 160 GB Cfexpress Type A X5 markalı və çəkiliş avadanlıqları olan çantanı təqdim etmiş, həmin əşyalar götürülərək bu barədə protokol tərtib edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Əşyanın təqdim edilməsi və baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Video foto linza –Sony FE 85mm f/1.4 GM lens markalı, bir ədəd Sony FE 200-600mm f5.6-6.3 G OSS markalı, bir ədəd Sony BC-QZ1 Battery Charger markalı, dörd ədəd Sony NP-FZ 100 X2 (2280mAh) markalı, üç ədəd Foto yaddaş kartı-Sony 160 GB Cfexpress Type A X5 markalı və çəkiliş avadanlıqları olan çantaya zərərçəkmiş hüquqi şəxs C.Cabbarlı adına "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Nümayəndə təqdimolunan və baxış keçirilən əşyaları tanıyaraq onların C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına məxsus olduğunu bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/791 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7180,00 manat müəyyən edilir: 1) 1 ədəd–Sony FE 85mm f/1.4 GM markalı obyektiv (Video foto linza) – 2400 manat; 2) 1 ədəd Sony FE 200-600mm f5.6-6.3 G OSS markalı obyektiv (linza) – 2700 manat; 3) 4 ədəd Sony NP-FZ 100 Rechargeable Lithium-lon Battery (2280 mAh) markalı qidalandırıcı element (batareya) - hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə 280 manat; 4) 3 ədəd Sony 160 GB Cfexpress Type A X5 markalı foto yaddaş kartı - hər birinin qiyməti 550 manat olmaqla ümumilikdə 1650 manat; 5) 1 ədəd Sony BC-QZ1 Battery Charger markalı cərəyan qidalandırıcısı (adaptor) – 100 manat; 6) 1 ədəd gümüşü rəngli, kvadrat formalı, orta ölçülü metal əl çantası – 50 manat. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Video foto linza –Sony FE 85mm f/1.4 GM lens markalı, bir ədəd Sony FE 200-600mm f5.6-6.3 G OSS markalı, bir ədəd Sony BC-QZ1 Battery Charger markalı, dörd ədəd Sony NP-FZ 100 X2 (2280mAh) markalı, üç ədəd Foto yaddaş kartı-Sony 160 GB Cfexpress Type A X5 markalı və çəkiliş avadanlıqları olan çanta maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs C.Cabbarlı adına "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs C.Cabbarlı adına "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına məxsus oğurlanmış texniki avadanlıq onlara geri qaytarılmışdır. Bununla əlaqədar olaraq, C.Cabbarlı adına "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddiası və ya tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (yaşlı olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşlı olmasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək, yəni 1 (bir) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və içərisində 1 (bir) ədəd Sony FE 85mm f/1.4 GM markalı obyektiv (Video foto linza), 1 (bir) ədəd Sony FE 200-600mm f5.6-6.3 G OSS markalı obyektiv (linza), 4 (dörd) ədəd Sony NP-FZ 100 Rechargeable Lithium-lon Battery (2280 mAh) markalı qidalandırıcı element (batareya), 3 (üç) ədəd Sony 160 GB Cfexpress Type A X5 markalı foto yaddaş kartı, 1 (bir) ədəd Sony BC-QZ1 Battery Charger markalı cərəyan qidalandırıcısı (adaptor) olan 1 (bir) ədəd gümüşü rəngli, kvadrat formalı, orta ölçülü metal əl çantasının saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs C.Cabbarlı adına "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və içərisində 1 (bir) ədəd Sony FE 85mm f/1.4 GM markalı obyektiv (Video foto linza), 1 (bir) ədəd Sony FE 200-600mm f5.6-6.3 G OSS markalı obyektiv (linza), 4 (dörd) ədəd Sony NP-FZ 100 Rechargeable Lithium-lon Battery (2280 mAh) markalı qidalandırıcı element (batareya), 3 (üç) ədəd Sony 160 GB Cfexpress Type A X5 markalı foto yaddaş kartı, 1 (bir) ədəd Sony BC-QZ1 Battery Charger markalı cərəyan qidalandırıcısı (adaptor) olan 1 (bir) ədəd gümüşü rəngli, kvadrat formalı, orta ölçülü metal əl çantasının saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs C.Cabbarlı adına "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar