Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-341/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 177.2.3, 177.2.4 və 185.2.1ci maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi “Zoo-Star” heyvandarlıq məhsulları satılan mağazaya giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb açmaqla, binaya qanunsuz daxil olaraq, mağazadakı kassa aparatında olan 33 manat məbləğində qəpik pulları və kassa aparatının altındakı siyirmədən 565 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 598 (beş yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs5 məxsus «Soloha» adlı kafeyə pəncərəni üzərində gəzdirdiyi vintaçanla sıxıb güc tətbiq edərək açmaqla, binaya qanunsuz daxil olaraq, kafedə olan kassa aparatmdakı 250 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus «Caffe Ciusta» adlı kafeyə giriş qapısının üzərində gəzdirdiyi vintaçanla sıxıb güc tətbiq edərək açmaqla, binaya qanunsuz daxil olaraq, kafedəki kassa aparatında olan 1100 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 1100 (bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 oktyabr 2024-cü il tarixdə, saat 04 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Natural Fish” dəniz məhsulları satılan mağazaya giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb açmaqla binaya qanunsuz daxil olaraq, mağazadakı dolabın siyirməsində saxlanılan 4328 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 4328 (dörd min üç yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 oktyabr 2024-cü il tarixdə, saat 03 radələrində ünvan 6 ünvanda olarkən həmin ünvanda yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Şərab evi” adlı mağazaya plastik materialdan olan giriş qapısını sıxıb açmaqla binaya qanunsuz daxil olaraq, mağazadan 380 manat nağd pulu, hər bir qutusu 4.2 manat olmaqla cəmi 252 manat dəyərində 60 qutu “Kent” markalı siqaretləri, hər bir qutusu 3.60 manat olmaqla cəmi 180 manat dəyərində 50 qutu “LD” markalı siqaretləri, hər bir qutusu 2.75 manat olmaqla cəmi 137.50 manat dəyərində 50 qutu “Maqna” markalı siqaretləri, hər bir qutusu 3.70 manat olmaqla cəmi 148 manat dəyərində 40 qutu “Rothmans” markalı siqaretləri, hər bir qutusu 4.50 manat olmaqla cəmi 405 manat dəyərində 90 qutu “Sobiranie” markalı siqaretləri, hər bir qutusu 2.90 manat olmaqla cəmi 66.70 manat dəyərində 23 qutu “Vest” markalı siqaretləri, hər bir qutusu 3.10 manat olmaqla cəmi 186 manat dəyərində 60 qutu “Vinçestr” markalı siqaretləri, hər bir qutusu 4 manat olmaqla cəmi 320 manat dəyərində 80 qutu “Vinston” markalı siqaretləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2075,2 (iki min yetmiş beş manat iyirmi qəpik) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamlarda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə 2 dəfə məhkum olunmuşdur. Axırıncı dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmünə əsasən 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2024-cü ilin sentyabr ayının 20-də cəzasını çəkib azadlığa buraxılmışdır. Həmin vaxtdan bu günə kimi Bakı şəhəri ərazisindən bir neçə mağazadan oğurluq etmişdir. İlk dəfə 07 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, ünvan 8 ünvanda qarşısına «Zoo Star» adlı mağaza çıxmışdır. O, mağazanın qapısındakı plakata baxan zaman mağazanın saat 22:00-a kimi işləməsini görmüşdür. Həmin vaxt saat 21 radələri olmuş və mağazada adamlar vardır. O, Nərimanov metrosunun yanındakı parka getmiş və orada bir qədər gözləmişdir. Sonradan mağazadan oğurluq etmək üçün mağazanın olduğu binanın arxasına gəlmiş və mağazanın arxa qapısının seyfli qapı olduğunu görmüş və ön qapıdan daxil olmaq qərarına gəlmişdir. Təxminən 08 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində mağazanın ön qapısına gələrək üzərində olan vintaçanı ön qapının qıfıl hissəsinə bağlanan hissə arasına salmış və qapı rahat açılmışdır. Daha sonra o, mağazaya daxil olmuşdur. O, mağazanın kassa aparatına yaxınlaşmış və görmüşdür ki, kassada qəpik puldan başqa heçnə yoxdur. Lakin kassanın altında olan siyirməni açdıqda orada 565 manat pul olduğunu görüb həmin pulu və qəpik pulları götürərək mağazadan çıxmışdır. Sonradan qəpikləri saydıqda 33 manat olduğunu müəyyən etmişdir. O, həmin mağazadan ümumilikdə 598 manat pul oğurlamışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 10 oktyabr 2024-cü il tarixdə saat təxminən 01:30 radələrində Bakı şəhəri ünvan 10 ünvanın qarşısında yerləşən «Soloha» adlı kafeni görüb həmin kafedən oğurluq etmək məqsədi ilə kafenin pəncərəsinə yaxınlaşıb ətrafa baxaraq heç kəsin olmadığını gördükdən sonra üzərində gəzdirdiyi vintaçanı plasmas pəncərənin arasına yerləşdirib bir qədər fiziki güc tədbiq edərək pəncərəni açıb içəri daxil olmuşdur. Həmin kafedə olan kassa aparatının içərisindən 250 manat nəğd pulu oğurlamış və dərhal kafeni tərk etmişdir. Bundan başqa elə həmin günü o, yenidən oğurluq etmək məqsədi ilə yəni 10 oktyabr 2024-cü il tarixdə saat təxminən 02:30 radələrində ünvan 11 ünvanın qarşısında yerləşən «Caffe Ciusta» adlanan kafeni görüb həmin kafenin ümumi giriş qapısına yaxınlaşıb ətrafa baxaraq heç kəsin olmadığını gördükdən sonra üzərində gəzdirdiyi vintaçanı qapının arasına yerləşdirib bir qədər fiziki güc tədbiq edərək qapını açıb içəri daxil olmuş və kafedə olan kassa aparatının içərisindən 1100 manat nəğd pulu oğurlamışdır. Bundan sonra dərhal kafeni tərk etmişdir. Sonra o, həmin 1350 pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 14 oktyabr 2024-cü il tarixdə yenidən oğurluq etmək qərarına gəlmiş və bu səbəbdən Nərimanov rayonu ərazisinə gəlmişdir. Piyada hərəkət edən zaman ilk öncə tütün məmulatları satılan köşkə daxil olmaq istəsə də qapısını aça bilməmişdir. Biraz irəlilədikdən sonra ünvan 12 ünvanında yerləşən dəniz məhsulları satılan “Natural Fish” yazısı olan dükana girmək qərarına gəlmişdir. Özü ilə gətirdiyi dəmir parçası ilə dükanın qapısını açmış və içəri daxil olmuşdur. Dükana daxil olduqdan sonra içəridə olan taxta materiallı siyirməli dolaba yaxınlaşaraq siyirməni çəkmiş və içərisində olan 4328 manat nağd pulu oğurlayaraq oranı tərk etmişdir. Bundan sonra həmin tarixdə “tap.az” elan səhifəsində yerləşdirilmiş VAZ 2106 markalı avtomobili almaq qərarına gəlmiş və avtomobili satan şəxslə əlaqə saxlayaraq Xocasən qəsəbəsində görüşmüşdür. 3300 manat qarşılığında ağ rəngli VAZ 2106 markalı avtomobili etibarnamə əsasında almışdır. Geri qalan məbləği isə geyimə, ərzaq və içkiyə xərcləmişdir. Bundan başqa, 17 oktyabr 2024-cü il tarixdə Gəncə şəhərində yaşayan qohumlarıgildən Bakı şəhərinə gəlib, Biləcəri qəsəbəsində taksidən düşmüşdür. Saat təxminən 23 radələri olardı o, piyada gəzərək, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsinə gəlib oradakı “Şərab evi” adlanan mağazanın açıq olduğunu görüb, həmin mağaza bağlandıqdan sonra oradan oğurluq etmək qərarına gəlib yaxınlıqdakı çoxmərtəbəli yaşayış evlərinin həyətindəki oturacaqda əyləşib, mağazanın bağlanmasını gözləməyə başlamışdır. Lakin həmin vaxtı onu yuxu tutduğuna görə bir neçə saat yatmışdır. Ayılanda saatın artıq 04 radələri olduğunu və mağazanın bağlandığını görüb, ətrafa nəzər salmışdır. Heç kimin olmadığını hiss edib həmin mağazanın giriş qapısına yaxınlaşmış və özü ilə götürdüyü vintaçana oxşar dəmirlə mağazanın plastik qapısını aralayıb sıxmaqla açıb içəriyə daxil olmuşdur. Sonra cibində olan alışqanın işığını yandırıb mağazanın kassasına tərəf gedib oradakı dolabın siyirməsini axtarmağa başlamışdır. Oradan 4 ədəd 50 manatlıq, 1 ədəd 100 manatlıq, 80 manat da 20, 10 və 5 manatlıq pul əskinazları olduğunu görüb həmin pulları götürüb cibinə qoymuşdur. Sonra həmin mağazadan 50 qutu müxtəlif markalardan olan siqaretləri oradan götürdüyü kağız qutuya yığıb özü ilə götürüb mağazadan küçəyə çıxıb oradan uzaqlaşmışdır. Bundan sonra taksiyə minib, Masazır qəsəbəsində yaşayan bacısıgilə getmişdir. Onlar evdə olmadıqlarına görə o, həmin taksi ilə Sabunçu rayonu dəmiryol vağzalında düşüb, sonra başqa taksi ilə yaşadığı evə getmişdir. Oğurladığı siqaretləri unutduğu üçün taksidə qoymuşdur. Həmin taksinin dövlət qeydiyyat nişanını bilmir. Oğurluqdan əldə etdiyi pulları ertəsi günü şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs1 mağazasından müxtəlif markalardan olan 50 qutu siqaret və 380 manat nağd pul oğurlamışdır. Oğurluq cinayətlərini törədən zaman onu kənardan heç kim görməmişdir. Oğurluq cinayətləri törədərkən tək olmuş, ona heç kim kömək etməmişdir. Əməlindən peşmandır. Himayəsində 1 azyaşlı övladı var. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs şikayətçi olduğunu, zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 25 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, zərərin ödənilməsini tələb etdiyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, özünə məxsus “Mercedes-Benz” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərir. Adətən gecələr işləyir və yaşadığı Biləcəri qəsəbəsi Ordubadı küçəsindəki “Rio Baku” adlı gecə klubunun qarşısında dayanıb müştəri gözləyirdi. 18 oktyabr 2024-cü il tarixdə gecə saat 04:10 radələrində avtomobilinə mindirdiyi qadın müştərini sifariş etdiyi ünvana apararkən həmin müştəri Binəqədi qəsəbəsindəki “Araz” marketin qarşısında avtomobili saxladıb, marketə nəsə almağa getmişdir. Bu zaman bir sarışın, orta boylu, əynində qara rəngli dəri gödəkçəsi, başında turist papağı olan cavan oğlan əlində bir kağız qutu ilə ona yaxınlaşıb onu Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış kompleksinə neçəyə aparmağını soruşmuşdur. O da həmin şəxsi müştərini düşürdükdən sonra 10 manata apara biləcəyini söyləmişdir. Həmin şəxs də razılaşıb, ondan avtomobilə minməyə icazə istəmişdir. O da müştərinin qadın olduğunu deyib, icazə verməmişdir. Həmin vaxtı həmin şəxs onu gözləyəcəyini deyib, əlindəki qutunu avtomobilin yük yerinə qoymasına icazə istəmişdir. O da sükan arxasından düşüb avtomobilin yük yerini açmışdır. Həmin şəxs həmin qutunu yük yerinə qoyduqdan sonra o, qadın müştərini yaxın məsafədə olan “Azercell”in binasının yanında düşürüb, həmin cavan oğlanın yanına qayıtmış və həmin şəxsi avtomobilinə mindirib sifariş etdiyi ünvana aparmışdır. Cavan oğlan “Qurtuluş-93” yaşayış kompleksindəki bir binanın qarşısında avtomobildən yerə düşüb, mobil telefonla kiminləsə danışdıqdan sonra avtomobilə minib, rayona siqaret aparacağını və həmin mallarının hazır olmadığını deyib, onu Sabunçu Bazarına neçəyə aparacağını söyləmişdir, o da əlavə 15 manat pul alacağını bildirmişdir. Həmin şəxs də razılaşmışdır. Bundan sonra o, avtomobili Sabunçu Bazarı istiqamətində sürmüşdür. Təxminən 40 dəqiqədən sonra onlar Sabunçu rayonu ərazisindəki Polis bölməsinin yanına çatanda həmin şəxs avtomobili saxladıb ona cəmi 25 manat pul vermişdir. Sonra avtomobildən yerə düşmüşdür. O da avtomobilin yük yerini açıb qutusunu vermək üçün yerə düşmüşdür. Cavan oğlan qutunu götürəndə açıb oradan ona bir qutu “Vinçester” markalı siqareti hədiyyə vermişdir. Sonra içərisində siqaret olan qutunu götürüb getmişdir. O da avtomobilinə minib oradan birbaşa yaşadığı ünvana qayıtmışdır. Bundan sonra həmin cavan oğlanı görməmişdir. O, həmin cavan oğlanı əvvəllər heç vaxt görməmiş, avtomobilinə qoyduğu həmin qutudakı siqaretlərin oğurluq olduğunu bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 84). Şübhəli şəxsin tutulması haqqında 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 109). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 120). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin tarixdə Nərimanov RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v. 133-134). Zərər çəkmiş şəxs qismində tanınma haqqında 23 və 26 oktyabr 2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışlar (cild 1, i.v 138, 165). Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Binəqədi RPİ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 172). Şübhəli şəxsin tutulması haqqında 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ tərəfindən həmin tarixdə Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 53). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 59,173). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 19 oktyabr 2024-cü il tarixdən, saat 22:00-dan hesablanmışdır (cild 1, i.v 74-77). Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-in istintaq şöbəsinin müstəntiqi Kamran Namazov tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi eyni şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (cild 1, i.v 78-79). Cinayət işi başlanması barədə 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Səbail RPİ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 2, i.v 14). Zərər çəkmiş şəxs qismində tanınma haqqında 29 dekabr 2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışlar (cild 2, i.v 48, 58). Cinayət əməlinin tövsif edilməsi haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə əməl Azərbyacan Respublikasının CMin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrində tövsif edilməsi və istintaqın həmin maddələrlə davam etdirilməsi qərara alınmışdır (cild 2, i.v 79). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 2, i.v 85). “CD markalı video görüntüyə baxış keçirilməsi” haqqında 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi diskə baxış keçirilən zaman diskdə videogörüntünün 02 ədəd fayldan ibarət olması müəyyən edilmişdir. Qeydə alınmış videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat təxminən 01:30 radələrində ünvan 14 ünvanda yerləşən «Soloha» adlı kafenin plasmas pəncərəsinə yaxınlaşaraq ətrafa baxır və üzərində olan vintaçanı pəncərənin arasına yerləşdirərək fiziki güc tədbiq etməklə pəncərəni açab pəncərədən içəri daxıl olur və kafenin içərisində olan kassa apratından pulları oğurlaması müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cu il tarixdə saat təxminən 01:30 radələrində ünvan 14 ünvanda yerləşən «Soloha» adlı kafedən 250 manat pulun oğurluq hadisəsinin onun tərəfindən törədildiyini və peşman olduğunu bildirmişdir (cild 2, i.v 97). “CD markalı video görüntüyə baxış keçirilməsi” haqqında 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi diskə baxış keçirilən zaman diskdə videogörüntünün 03 ədəd fayldan ibarət olması müəyyən edilir. Qeydə alınmış videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat təxminən 02:35 radələrində Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi 5 nnvanda yerləşən «Caffe Ciusta» adlanan kafenin giriş qapısına yaxınlaşaraq ətrafa baxır və üzərində olan vintaçanı pəncərənin arasına yerləşdirərək fiziki güc tədbiq etməklə qapını açab qapıdan içəri daxil olur və kafenin içərisində olan kassa apratından pulları oğurlaması müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat təxminən 02:35 radələrində Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi 5 ünvanda yerləşən «Caffe Ciusta» adlanan kafedən 1100 manat pulun oğurluq hadisəsinin onun tərəfindən törədildiyini və peşman olduğunu bildirmişdir (cild 2, i.v 98). Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİnin İŞ-nin müstəntiqi polis mayoru Fuad Nəsirovun icraatında Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır (cild 2, i.v 99-100). Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail RPİ-nin istintaq şöbəsinin müstəntiqi Valeh Nəbiyev tərəfindən Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və eyni şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə istintaq ********* nömrəsi altında Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə davam etdirilmişdir (cild 2, i.v 6-7). Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 25 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı elan edilmiş ittihamlar dəyişdirilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməlinin törətməsi cinayətlərin residivi kimi qiymətləndirilmiş, istintaq zamanı içərisində hadisələrin videogörüntülərini özündə əks etdirən 03 ədəd disk 25 fevral 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmışdır (cild 2, i.v 110-124). Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Fuad Nəsirov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdən həbsdədir. İstintaq zamanı içərisində hadisələrin videogörüntülərini özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılır. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə zərər çəkmiş şəxslərə vurulmu ümumi ziyan 8351,2 manat təşkil edir. İş üzrə məhkəmə xərci yoxdur (cild 2, i.v 160). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətə, yəni 19 mart 2025-ci ilədək uzadılmış, həmin məhkəmənin 17 mart 2025-ci il tarixli qərar ilə isə Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə, yəni 08 aprel 2025-ci ilədək uzadılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun həmin hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrilə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN verilmiş 09 yanvar 2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il (ümumi) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 il, 11 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 sentyabr 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, i.v.71-72). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qiymətləndirərkən qeyd edir ki, onun barəsində cinayət residivi mövcuddur, təhlükəli residiv halı mövcud deyildir. Belə ki, təhlükəli residivin müəyyən olunması yalnız yetkinlik yaşına çatdıqdan sonra törədilmiş və müəyyən kateqoriyaya aid edilmiş cinayətlər əsasında mümkündür. Hazırki iş üzrə təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə məhkum olunarkən 17 yaşında olmuş,yəni yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü və 84.1-ci maddələrində əks olunmuş müddəalara əsasən, yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayət əməli residivin formalaşması üçün hüquqi əsas yarada bilməz. Belə olan halda, təqsirləndirilən şəxsin qeyd edilən məhkumluğu bu tələblərə cavab vermədiyindən, təhlükəli residiv halı yaranmamış hesab edilməlidir. Lakin, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdıqdan sonra qəsdən az ağır cinayət törətməyə görə Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətdiyinə görə cinayətin residivi yaranmışdır ki, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən də, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olduğunu bildirsə də Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq barədə çıxarışdan görünür ki, onun valideyn olması ilə bağlı hər hansı məlumat mövcud deyil, eyni zamanda uşaqla bağlı məhkəməyə heç bir sübut da təqdim edilməmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslərin ikisilə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdən 19 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış istintaq zamanı içərisində hadisələrin videogörüntülərini özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdən 19 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün ona təyin edilmiş cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Maddi sübutlar –hadisələrin videogörüntülərini özündə əks etdirən 03 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-341/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-341/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver