Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-342/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 A ünvanında qeydiyyatda olmaqla, ünvan 203, mənzil 96 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29,178.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək qərarına gələrək həmin məqsədlə “YOUTUBE” sosial şəbəkəsində özünün mobil telefonuna xüsusi proqram yükləməklə baxdığı verilişlərin vasitəsi ilə saxta mobil telefon nömrəsi almağın üsulunu öyrəndikdən sonra 30 manat dəyərində aldığı mobil telefonla saxta nömrə ilə “Whatsap”a, xx xxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində isə həmin şəbəkədə yerləşdirilmiş elanlara daxil olaraq həmin elanların birindən hər birinin dəyəri 510 manat olmaqla ümumilikdə dəyəri 1020 manat olan iki ədəd mobil telefon qulaqcıqları sifariş edərək, həmin qulaqcıqların Binəqədi rayonu, Ə.Naxçivani küçəsindəki “Azza” şirniyyat evinin yaxınlığında çatdırılmasını xahiş etmiş və göstərilən ünvana sifariş verilən qulaqcıqları gətirmiş X7 ilə görüşüb sonuncunun idarə etdiyi “Toyota Prius” markalı **-GH- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşərək pulunu gətirmək adı ilə aldadıb ələ keçirmək məqsədi ilə qulaqcıqları götürmək istəmiş, lakin onun pulunun olmadığını hiss edən Zərərçəkmiş şəxs pulu əvvəlcədən ödəmədən qulaqcıqları ona verməkdən qəti şəkildə imtina etdiyinə görə Təqsirləndirilən şəxs bilavasitə özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirilməsinə yönəlmiş əməli iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək dələduzluq cinayətini törətməyə cəhd etmiş, bundan sonra Təqsirləndirilən şəxs mobil telefon qulaqcıqlarını dələduzluq yolu ilə ələ keçirməyin mümkün olmamasını başa düşüb, həmin vaxt maşının arxa oturacağının üzərində olan bir neçə mobil telefon aparatlarının olduğunu görüb onlardan birini oğurlamaq qərarına gələrək oğurluğu asanlaşdırmaq üçün vaxt və imkan qazanmaq məqsədi ilə qulaqcıqların pulunu gətirəcəyini bildirib avtomaşının salonunda qalaraq avtomaşını ünvan 3 ünvanında yerləşən “Qoç Ət” restoranının binasının yaxınlığına sürməsini Zərərçəkmiş şəxs xahiş etmiş və göstərilən ünvana çatdıqdan sonra, yəni xx xxxxx 2020-ci il tarixdə saat 21:15 radələrində Zərərçəkmiş şəxs diqqətinin avtomaşını idarə etməsi ilə əlaqədar və yol şəraitinə yayınmasından istifadə edərək “Toyota Prius” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda arxa oturacağın üzərində olan sonuncuya məxsus ümumi dəyəri 2300 manat olan bir ədəd “Samsung Galaxy” markalı “SM-G988B/DS” (S20 Ultra) modelli mobil telefon aparatını satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları, yəni bir ədəd adapteri, bir ədəd qulaqcığı qutusu ilə birlikdə gizli talayaraq avtomaşından düşüb gedərək, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,178.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayının ortalarında borcu olduğu üçün ona təcili 1500 manat pul lazım olmuş və həmin pulu başqa cür tapa bilmədiyindən cinayət yolu ilə əldə etmək qərarına gəlmişdır. “Youtube” sosial şəbəkəsində öz mobil telefonuna proqram yükləyib bu üsulla saxta nömrə almaq barədə verilişlərə baxaraq saxta nömrə əsasında telefonuna “Whatsapp” proqramı yazmışdır. xx xxxxx 2020-ci il tarixdə axsam təxminən saat 20 radələrində o, mobil telefonu ilə “Whatsapp” vasitəsi ilə sosial şəbəkələrdə yerləşdirilmiş elanlara daxil olub, elanların birindən hər birinin dəyəri 510 manat olmaqla, ümumilikdə 1.020 manat dəyərində iki ədəd mobil telefon üçün qulaqcıq sifariş edib, onları Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən “Azza” şirniyyat evinin yanına çatdırılmasını kuryerdən xahiş etmişdır. Həmin vaxtı o, tək olmuş və qulaqcıqları almaq üçün pulu olmamışdır. Məqsədi həmin qulaqcıqları kuryerdən götürüb pulu gətirmək adı ilə kuryeri aldadıb çıxıb getmək olmuşdur. Kuryer həmin qulaqcıqları pulu ödəməmiş ona vermədiyi halda isə, kuryerlə söhbət zamanı o, həmin qulaqcıqları kuryerin avtomobilindən oğurlamaq fikrində olmuşdur. Sifariş edərkən söhbət zamanı kuryer qulaqcıqları öz avtomobili ilə ona çatdıracağını demişdir. Belliklə, təxminən saat 21 radələrində qulaqcıqları əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi Zərərçəkmiş şəxs “Whatsapp” vasitəsi ilə istifadə etdiyi nömrəyə zəng etmiş və sifariş etdiyi qulaqcıqları o, dediyi yerə, yəni “Azza” şirniyyat evinin yanına gətirdiyini bildirmişdir. Təxminən 5 dəqiqə ərzində o, da həmin yerə yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxsla görüşüb onun avtomobilinin arxa oturacağına əyləşmişdir. Avtomobilin arxa oturacağında karobkaların içində 4-5 ədəd mobil telefonların olmasını görmüşdür. O, sifariş etdiyi qulaqcıqlara baxmaq istədiyini Vüqara bildirmiş və sonuncu isə pulu ödəmədiyi halda qulaqcıqları ona verməyəcəyini demişdir. Pulu olmadığı üçün o, başa düşdü ki, Vüqar könüllü olaraq qulaqcıqları ona verməyəcəkdir. Buna görə də, o, avtomobilin arxa oturacağında olan mobil telefonların birini oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, Zərərçəkmiş şəxs avtomobili bir az qabağı sürməyi xahiş etmişdir. Vüqarın başı avtomobilin idarə edilməsinə qarışdığına görə o, avtomobilin arxa oturacağında olan mobil telefonların birini qutu ilə qarışıq götürüb əynində olan gödəkcənin içərisinə qoymuşdur. “Qoç Ət” restoranına çatanda o, Vüqara avtomobili saxlamasını və gedib qulaqcıqların pulunu gətirəcəyini demişdir. Sifariş etdiyi qulaqcıqların pulu olan 1020 manatı gətirmək adı ilə o, avtomobildən düşüb sonuncuya onu gözləməsini demişdir. Vüqar onunla razılaşdıqdan sonra o, avtomobildən düşərək çıxıb getmişdir. Sonradan Vüqarın avtomobilindən götürdüyü mobil telefona baxanda oana məlum olmuşdur ki, oğurladığı telefon istifadə edilməmiş “Samsung Galaxy” markalı (S 20 Ultra) modelli mobil telefondur. Bundan sonra o, qohumu Şahid zəng edib satdıq təzə “Samsung” markalı mobil telefonun olmasını demiş və sonuncu ilə görüşüb oğurladığı mobil telefonu Samirə 1300 manata satmışdır. O, Samirə həmin telefonun özünə məxsus olmasını deyib satmışdır. Törətdiyi cinayət əməlindən peşmandır və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 29,178.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində “Telefon_aze” səhifəsinə daxil olan tanımadığı özünü Cəmil kimi təqdim etmiş şəxs onunla istifadəsində olan +1(***)******* nömrəli “Whatsapp” nömrəsi ilə əlaqə saxlayaraq 2 ədəd mobil telefon üçün qulaqlıq sifariş etmişdir. Danışıq zamanı həmin şəxs sifariş etdiyi qulaqcıqları Binəqədi rayonu, Ə.Naxçivani küçəsində yerləşən “Azza” şirniyyat mağazasının yanına gətirməyi xahiş etmişdir. O, da işlədiyi mağazadan hər birinin qiyməti 510 manat olmaqla,1020 manat dəyərində iki ədəd qulaqcıqları götürüb təxminən saat 21 radələrində özünə məxsus avtomobil ilə Binəqədi rayonu, Ə.Naxçivani küçəsində yerləşən “Azza” şirniyyat mağazasının yanından Cəmilin “Whatsapp” nömrəsinə zəng edib sifariş etdiyi qulaqcıqları gətirdiyini ona bildirmişdir. Təxminən 10 dəqiqədən sonra onun yanına əvvəllər tanımadığı, adını sonradan Binəqədi RPİ-nin 5-ci PB-də bildiyi Təqsirləndirilən şəxs yaxınlaşaraq avtomobilin arxa oturacağında oturub qulaqcıqları ona verməyi xahiş etmişdir. Avtomobilin arxa oturacağının üzərində onun karobkanın içərisində, dəyəri 2300 manat olan təzə bir ədəd “Samsung Galaxy” markalı “SM-G988B/DS” (S20 Ultra) modelli mobil telefonu olmuşdur. O, Arifə bildirdi ki, gətirdiyi qulaqcıqların dəyəri olan 1020 manat pulu verməsə, o, qulaqcıqları ona, yəni Arifə verməyəcəkdir. Arifin danışıqından o, başa düşmüşdür ki, Arifin pulu yoxdur. Buna görə də o, Ariflə söhbət edərək avtomobili sürüb həmin yerdən uzaqlaşıb 8-ci mikrorayonda C.Xəndan küçəsində yerləşən “Qoç Ət” restoranın yanında saxlamış və Arifə avtomobildən düşməyi təklif etmişdir. Arif mobil telefonla danışa-danışa avtomobildən düşüb “Qoç Ət” restoranın böyründən qaranlıq olan istiqamətdə getmişdir. Arif avtomobildən düşüb gedəndən sonra o, avtomobilin arxa oturacağına baxanda, “Samsung Galaxy” markalı “SM-G988B/DS” (S20 Ultra) modelli mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə, yəni bir ədəd adapteri, bir ədəd qulaqcığı qutusu ilə birlikdə yox olmasını görüb Arifin telefonu oğurladığını başa düşmüşdür. Buna görə də o, avtomobildən düşüb Arifin arxası ilə gedəndə, artıq onu tapa bilməmişdir. Buna görə də, məcburiyyət qarşısında qalıb o, baş vermiş oğurluq hadisəsi barədə əvvəlcə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra isə ərizə ilə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət etmişdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində qohumu Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini demişdir. Bundan təxminən 30 dəqiqədən sonra Arif onun yaşadığı ünvana gələrək bir nəfərin Arifə borcu olduğunu və pul əvəzi ona “Samsung Galaxy” markalı “S20-Ultra” modelli mobil telefon verdiyini bildirmiş və həmin telefonu o, 1300 manata satmaq istədiyini demişdir. O, Arif ona göstərdiyi “Samsung Galaxy” markalı “S20-Ultra” modelli mobil telefonu nəzərdən keçirib, telefonun təzə, qutusunun içində aksesuarları ilə, yəni adapteri və qulaqcığı ilə birlikdə olmasını görüb həmin mobil telefonu 1300 manata almış və aparıb işlətdiyi mağazaya 1600 manata satışa qoymuşdur. Lakin sonradan həmin mobil telefonun oğurluq yolla əldə edilməsi polis əməkdaşlarından məlum olandan sonra o, Arifdən 1300 manata aldığı “Samsung Galaxy” markalı “S20-Ultra” modelli mobil telefonu Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xx xxxxx 2020-ci il tarixdə təxminən saat 21:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən “Qoç-Ət” restoranının yaxınlığında idarə etdiyi “Tayota Prius” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilindən 2300 manat dəyərində bir ədəd “Samsung Galaxy” markalı “SM-G988B/DS” (S20 Ultra) modelli mobil telefonunun oğurlanması barədə ərizəsi ilə bağlı Binəqədi RPİ-si 5-ci PB-də toplanmış material üzrə fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxx 2020-ci il tarixdə “Tayota Prius” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilindən olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən “Qoç-Ət” restoranının yaxınlığında baş vermişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid bir ədəd “Samsung Galaxy” markalı “SM-G988B/DS” (S20 Ultra) modelli mobil telefon aparatı satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarları ilə birlikdə, yəni qutunun içərisində bir ədəd adapteri, bir ədəd qulaqcığı olmaqla götürülmüşdür. xx.xx.2020-ci il tarixli 9/1138 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd təzə vəziyyətdə “Samsung Galaxy” markalı “SM-G988B/DS” (S20 Ultra) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə orta bazar qiyməti 2300 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid götürülmüş “Samsung Galaxy” markalı “SM-G988B/DS” (S20 Ultra) modelli mobil telefon aparatını Zərərçəkmiş şəxs təqdim edilmiş və o, həmin telefonun xx xxxxx 2020-ci il tarixdə avtomobilindən oğurlanmış ona məxsus telefon olması bildirərək tanımışdır. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə ona məxsus “Samsung Galaxy” markalı “SM-G988B/DS” (S20 Ultra) modelli mobil telefon aparatını istintaqdan təhvil almışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsriləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə görə yenidən ittiham elan olunmuşdur. AZ-İİİ 876578 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti tələbi yoxdur. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndiriləsinə dair hissədə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 29,178.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığından Təqsirləndirilən şəxs CM-in 29,178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair epizod üzrə sonuncu cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 73- 1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs CM-in 29, 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə o, Zərərçəkmiş şəxs ilə barışmış və sonuncuya qeyd edilən cinayət əməli nəticəsində ziyan dəyməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 29,178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 21:15 radələrində ünvan 3 ünvanında yerləşən “Qoç Ət” restoranının yaxınlığına Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacağın üzərində olan sonuncuya məxsus ümumi dəyəri 2300 manat olan bir ədəd “Samsung Galaxy” markalı “SM- G988B/DS” (S20 Ultra) modelli mobil telefon aparatını satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə gizli talayaraq avtomaşından düşüb gedərək, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etməsi üzrə əməli CM-in 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, CM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərinə düzgün qiymət verilərək onun əməllərində cinayətlərin təkrar törədilməsi müəyyən edilsə də, hazırda yaranmış yeni vəziyyət üzrə məhkəmədə Təqsirləndirilən şəxs əməlində təkrarçılığın olmasına dair müddəalar istisna edilir. Çünki, Təqsirləndirilən şəxs CM-in 29,178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair epizod üzrə sonuncu cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam həmin hissədə veriləcəyindən artıq onun əməlində cinayətlərin təkrar törədilməsi halı mövcud olmayacaqdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi hesab edilmir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 21:15 radələrində Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq talayıb təkrarən oğurluq etməsi üzrə əməlinin CM-in 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlmişdir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və sonuncuya CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törəməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (barəsində Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.2-ci maddəsi ilə istintaq aparılmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində hazırda baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq, sonuncu azadlıqda qaldığı müddətdə yenidən eyni xarakterli cinayətləri törətməkdə ittiham olunaraq haqqında Binəqədi RPİ-nin İŞ-də CM-in 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi aparılır və o, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbirinin seçilmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-695/2020 nömrəli qərarından görünür ki, Binəqədi RPİ-nin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. CPM-in 155.3 və 155.3.3-cü maddələrinə əsasən həbs qətimkan tədbiri yalnız əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung Galaxy” markalı “SM-G988B/DS” (S20 Ultra) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X2 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 46 (qırx altı) saat, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 46 (qırx altı) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi adına ibtidai istintaq zamanı və məhkəmə iclaslarında Təqsirləndirilən şəxs göstərdiyi cəmi 46 (qırx altı) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 adına ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 39, 197-198, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən, həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung Galaxy” markalı “SM- G988B/DS” (S20 Ultra) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi adına ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi 46 (qırx altı) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 adına ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-342/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-342/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver