Məhkəmə qərarları › İş №1(001)-343/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-343/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-343/2023 26.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 10 avqust 1992-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu Mehdili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi döngə 9 nömrəsiz fərdi yaşayış evi ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 may 2022ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9, nömrəsiz fərdi yaşayış evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Naz Lifan” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının şüşəsini əli ilə sıxıb aşağı endirməklə, həmin qapını açıb avtomobilin içərisindən ümumi dəyəri 450 manat olan “Pioneer” markalı 04 ədəd kolonka və 01 ədəd maqnitoladan ibarət musiqi dəstini, 450 manat dəyərində 01 ədəd “Panasonic” markalı monitoru, 50 manat dəyərində 01 ədəd “Nokia” markalı mobil telefonu, 50 manat dəyərində 01 ədəd “Luç” markalı kişi qol saatını, hər hansı bir maddi dəyəri olmayan 01 ədəd kitabçanı və avtomobilin mühərrik olan hissədən 100 manat dəyərində 01 ədəd “Mutlu” markalı akkumlyatoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 may 2022-ci il tarixdə saat 07:30 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən “Korona 044” adlı kafenin mətbəxinin plastik qapısına fiziki güc tətbiq etməklə açıb içərisinə qanunsuz olaraq daxil olaraq, mətbəxtdən sonuncuya məxsus hər biri 1 manat 50 qəpik dəyərində 35 ədəd «GO» markalı spirtli içkiləri, hər biri 2 manat dəyərində 6 ədəd «Kuller» markalı spirtli içkiləri, ümumi dəyəri 18 manat olan bir qutu «Beloçka» tumlarını, ümumi dəyəri 100 manat olan 01 ədəd pivə çəlləyini, ümumi dəyəri 15 manat olan 01 qutu «Berqa» markalı çayı, ümumi dəyəri 25 manat olan 3 kiloqram pendiri, 30 manat dəyərində qida məhsulu olan toyuq boğazını, 30 manat dəyərində toyuq filesini, 17 manat dəyərində «Alpen Gold» markalı şokoladı, hər biri 1 manat dəyərində 10 ədəd «Bizon» markalı energetik içkilərini, hər biri 1 manat dəyərində 10 ədəd «Hell» markalı energetik içkilərini, kafenin zal hissəsində divara asılmış 01 ədəd 150 manat dəyərində qara rəngli kiçik ölçülü rəngli lazer işıq saçan avadanlığı, 01 ədəd 250 manat dəyərində qara rəngli böyük ölçülü rəngli lazer işıq saçan avadanlığı, ümumi dəyəri 60 manat olan 02 ədəd qara rəngli “Pioneer” markalı musiqi kolonkalardan ibarət dəsti, ümumi dəyəri 20 manat olan qara rəngli 02 ədəd “Edifiei” markalı musiqi kolonkalardan ibarət dəsti, həmçinin kafedə müvəqqəti istifadə edilməsi üçün quraşdırılmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 200 manat dəyərində qara rəngli “Yamaha” markalı musiqi kolonkasını və 01 ədəd 300 manat dəyərində qara rəngli “YGY” markalı səsgücləndiricini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 799 manat 50 qəpik və Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, talama məqsədi olmadan Gəncə şəhərinə getmək üçün avtomobil qaçırmaq məqsədilə 17 may 2022-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən avtomobil təmir sexinin daş hasarından sexin həyətinə keçib orada saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus 2013cü il buraxılışlı, qara rəngli, “Hyundai” markalı, “Elantra” modelli, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını götürüb həmin avtomobilin mühərrikini işə salıb idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə saat 01:30 radələrində maddi vəziyyəti ilə bağlı olaraq nə isə oğurlayıb satmaqla pul əldə etmək qərarına gəlmiş, buna görə də, yaşadığı Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 9 ünvanda yerləşən evlərin birinin qarşısında “Naz Lifan” markalı, **-HF- *** qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görüb yaxınlaşmış, həmin vaxt avtomobilin arxa sol qapısının şüşəsini əllərilə sıxaraq aşağı endirmişdir. Avtomobil ustası olduğu üçün bunun mümkün olduğunu əvvəlcədən bilmişdir. Pəncərə bir qədər aşağı düşdükdən sonra həmin qapını açmış, avtomobilin salonundan 4 ədəd səsgücləndirici, 01 ədəd maqnitola, 01 ədəd monitor, 01 ədəd Nokia markalı mobil telefon, 01 ədəd qol saatı götürmüş, mühərrik olan hissədən isə bir ədəd akumlyatoru söküb götürməklə oradan uzaqlaşmışdır. Həmin əşyalardan başqa avtomobilin salonundan kiçik kitabça kimi sənəd qabını içində pul olmasını zənn edərək götürmüşdür. Lakin sonradan baxdıqda içərisində Naz Lifan markalı ** HF *** nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və idarə etmək üçün etibarnamə olduğunu, başqa əşya və pul olmadığını görmüş, həmin sənədləri özündə saxlamışdır ki, gələcəkdə hər hansı bir üsulla sənədləri sahibinə qaytarsın. Çünki niyyəti sənəd oğurlamaq olmamışdır. Həmin yer onun yaşadığı döngədə yerləşməklə qonşuluqda yerləşir. Lakin avtomobili orada ilk dəfə idi ki, görmüşdür və kimə məxsus olmasını bilməmişdir. Hadisə zamanı gecə vaxtı olduğundan küçə qaranlıq olmuş və ətrafda heç kim olmamışdır. Həmin əşyaları iki dəfəyə aparıb yaxınlıqda gizlətmiş, təxminən 2-3 gün sonra həmin əşyalardan səsgücləndiricilər, maqnitola və monitoru götürüb avtomobil ehtiyat hissələri bazarında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib 200 manata satmış, həmçinin mobil telefonu və qol saatını hər birini 15 manata tanımadığı şəxsə özünə məxsus olmasını deyib satmışdır. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa əvvəllər Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Korona 044” adlı kafedə müştəri kimi olmuşdur və həmin vaxt yüksək məbləğdə hesab ödəmişdir. Buna görə də, həmin kafeni işlədən şəxslərdən acıq çıxmaq qərarına gəlmişdir. Bu məqsədlə 15 may 2022-ci il tarixdə saat 07:30 radələrində sərxoş vəziyyətdə olarkən həmin kafedən oğurluq etmək qərarına gəlmiş, qeyd etdiyi tarixdə və saatda kafenin qarşısına gəlib mətbəxin qapısının plastik olduğunu bildiyi üçün küçədən həmin qapıya yaxınlaşmışdır. Daha sonra qapıya təpiklə zərbə vuraraq qapını açıb mətbəxə daxil olmuşdur. Mətbəxə daxil olduqdan sonra mətbəxlə zalın arasındakı divarda boşluq olduğunu görmüş, yəni həmin boşluq yer mətbəxdən sifarişlərin zala ötürülməsi üçün nəzərdə tutulmuş yer olmuşdur. Həmin hissədə heç bir pəncərə və barmaqlıq olmadığı üçün oradan birbaşa zala daxil olmuş, zalda olan balaca və böyük olmaqla markalarını dəqiq xatırlamadığı ümumilikdə 06 ədəd səs gücləndiriciləri, 02 ədəd rəngli işıq saçan avadanlıqları götürmüşdür. Həmin avadanlıqlar kafenin zalında masanın üzərində, yerdə və divarda asılmış vəziyyətdə imişlər. Oğurladığı əşyaları götürərək içəriyə daxil olduğu yerdən çölə çıxmışdır. Ümumilikdə kafedə 10 dəqiqə vaxt ərzində olmuş, küçədə yoldan keçən tanımadığı taksi avtomobili saxladıb bildirmişdir ki, özünə məxsus olan musiqi avadanlıqlarını avtomobilə yükləmək lazımdır və ona köməklik etməsini xahiş etmişdir. Birlikdə həmin musiqi avadanlıqlarını avtomobilin yük yerinə yerləşdirmişlər. Daha sonra avtomobilə əyləşib sürücüyə onu Binəqədi qəsəbəsi Baksol yolu deyilən ərazidə yerləşən avtomobil sexinə aparmasını bildirmiş, həmin sürücü onu dediyi ünvana aparmış, orada əşyaları boşaltdıqdan sonra pulunu ödəmiş və sürücü çıxıb getmişdir. Həmin vaxt sərxoş olduğu üçün və əşyaları hara aparacağını bilmədiyi üçün və əvvəllər həmin sexdə işlədiyi üçün sexin əşyaları sexin qarşısına yığıb oradan çıxıb getmişdir. Bundan başqa 17 may 2022-ci il tarixdə şəxsi işi ilə bağlı olaraq Gəncə şəhərinə getməli olduğundan qərara gəlmişdir ki, avtomobil qaçırsın, həm avtomobil idarə etsin, həm də həmin avtomobillə Gəncə şəhərinə getsin. Yaşadığı evin yaxınlığında Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Davam” marketlə üzbəüz yerləşən avtomobil təmir sexi var və bilmişdir ki, orada daima avtomobil saxlanılır. Təmir sexi yaşayış evlərinin arasında yerləşən qarajdır və dəmir darvaza ilə bağlanılır. Lakin orada əvvəllər olduğu üçün bilmişdir ki, darvazanın yanındakı hasarın üzərindən aşaraq həmin qaraja daxil olmaq mümkündür. Avtomobil qaçırmaq məqsədilə 17 may 2022-ci ilin tarixdə gecə saat 03:30 radələrində həmin sexin qarşısına gəlmiş, darvazanın yanındakı daş hasarın üzərinə qalxıb, qarajla qonşu evin arasında olan açıq dəhlizə düşmüşdür. Həmin dəhlizdən qaraja daxil olmaq üçün qapı vardır, həmin qapı açıq vəziyyətdə imiş. Qapıdan təmir sexi olan qaraja daxil olmuş və qara rəngli “Hyundai Elentra” markalı nömrəsini xatırlamadığı avtomobilin olduğunu, qapısının açıq olduğunu, açarın isə sexdə masanın üzərində olduğunu görmüşdür. Gecə saat 04 radələri olmuş, sexin həyətinə bir nəfər yaşlı kişi gəlmiş, ondan kim olduğunu soruşduqda həmin kişiyə yalandan bildirmişdir ki, “dayı məni tanımırsanmı? Mən burda sexdə usta işləyirəm”. Həmin sexdə rəngsaz işləyən Abış və onun qardaşını üzdən tanıdığı üçün həmin kişinin ona inanması üçün sexdə işləyən Abış və qardaşının rayona getdiklərini, özünün isə sexdə qaldığını bildirib ondan siqaret istəmişdir. Həmin kişi də siqaret çəkmədiyini deyib sanitar qovşağa girib çıxıb getmişdir. Bundan sonra orada heç kimin olmamasından istifadə edərək avtomobilin nömrələrini çıxarıb avtomobilin yük yerinə qoymuş və avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra açarla mühərriki işə salmış və hərəkətə salıb idarə etməklə oradan çıxıb uzaqlaşmışdır. Qarajın qapısını içəridən açmış və avtomobillə oradan çıxdıqdan sonra qarajın qapısı açıq vəziyyətdə qalmışdır. Oradan birbaşa Gəncə şəhərinə yola düşmüş, bir neçə saat sonra Gəncə şəhərinə çatmışdır. Oraya çatdıqdan sonra əməlindən peşman olduğu üçün avtomobili kiçik qardaşı olan Şahid5 təhvil vermiş və avtomobili sahibinə qaytarmasını bildirmişdir. Qardaşı Səfiyar sonradan bildirmişdir ki, avtomobilin sahibini tapıb Gəncə şəhərinə dəvət etmiş və avtomobili Yaşar adlı şəxsə qaytarmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən «Korona 044» adlı kafedə inzibatçı vəzifəsində işləmişdir. Həmin kafeni Yasin adlı şəxs icarəyə götürüb işlətmiş və özü də onun işçisi olmuşdur. 2022-ci ilin may ayının əvvəlində Yasin obyekti işlətmək üçün vaxtının olmadığını bildirib təhvil vermək istədiyini söyləmiş, buna görə də obyekti özü icaryə götürmüş və fəaliyyətini davam etdirmişdir. Kafe hər gün saat 18:00-dan saat 02:00-dək fəaliyyət göstərmişdir. 15 may 2022-ci il tarixdə saat 02:30 radələrində kafenin fəaliyyəti dayandığı üçün həmişə olduğu kimi kafedə işlərini yekunlaşdırıb qapı və pəncərələri bağlayaraq çıxıb getmişdir. Kafeyə daxil olmaq üçün küçədən pilləkənla düşdükdə dəhliz yerləşir, həmin dəhlizdə iki qapı vardır. Həmin qapılardan biri mətbəxə giriş olan plastik qapıdır, digəri isə kafenin ümumi zalına giriş olan şüşə qapıdır. Daha sonra 15 may 2022-ci il tarixdə saat 17:00 radələrində həmişəki kimi özü kafeni açmaq üçün oraya gəlmiş, kafeyə daxil olmaq üçün küçədən pilləkənla endikdə, dəhlizdə olan qapılardan mətbəxə giriş olan plastik qapının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Kafeyə daxil olmadan polisə zəng edərək məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gələrək sənədləşmə aparmışlar. Məlum olmuşdur ki, mətbəxdə yerləşən soyuducuda olmuş hər biri 1 manat 50 qəpik dəyərində 35 ədəd «GO» spirtli içki, hər biri 2 manat dəyərində 6 ədəd «Kuller» markalı spirtli içki olan pivə, 18 manat dəyərində bir qutu «Beloçka» tumlar, 100 manat dəyərində bir ədəd pivə çəlləyi, 15 manat dəyərində 01 qutu «Berqa» markalı çay, 25 manat dəyərində 3 kiloqram çəkidə qida məhsulu olan pendir, 30 manat dəyərində qida məhsulu olan toyuq boğazı, 30 manat dəyərində qida məhsulu olan toyuq filesi, 17 manat dəyərində «Alpen Gold» markalı şokolad, hər biri 1 manat dəyərində 10 ədəd «Bizon» markalı içki, hər biri 1 manat dəyərində 10 ədəd «Hell» markalı içki oğurlanmışdır. Daha sonra kafenin ümumi zalına keçmiş və orada masanın üzərinə qoyulmuş səsgücləndiricinin, divara asılmış musiqi səsgücləndiricilərinin və divarda asılmış rəngli lazer işıqları olan qurğuların çıxarıldığını aşkar etmişdir. Həmin zaman ona aydın olmuşdur ki, kafe bağlı olduğu müddətdə, yəni 15 may 2022-ci il tarixdə saat 02:30 radələrindən saat 17:00 radələrinədək olan müddətdə naməlum şəxs və ya şəxslər kafeyə daxil olaraq qeyd etdiyi əşyaları oğurlamışlar. Kafeyə mətbəxin plastik qapısı vasitəsilə daxil olunmuşdur. Oğurlanmış qida məhsullarından hər biri 1 manat 50 qəpik dəyərində 35 ədəd «GO» spirtli içki, hər biri 2 manat dəyərində 6 ədəd «Kuller» markalı spirtli içki olan pivə, 18 manat dəyərində bir qutu «Beloçka» tumlar, 100 manat dəyərində bir ədəd pivə çəlləyi, 15 manat dəyərində 01 qutu «Berqa» markalı çay, 25 manat dəyərində 3 kiloqram çəkidə qida məhsulu olan pendir, 30 manat dəyərində qida məhsulu olan toyuq boğazı, 30 manat dəyərində qida məhsulu olan toyuq filesi, 17 manat dəyərində «Alpen Gold» markalı şokolad, hər biri 1 manat dəyərində 10 ədəd «Bizon» markalı içki, hər biri 1 manat dəyərində 10 ədəd «Hell» markalı içki olmaqla ümumilikdə 319,50 manat təşkil edir. Divara asılmış 04 ədəd musiqi səsgücləndiriciləri və divarda asılmış rəngli lazer işıqları olan 02 ədəd qurğular ona məxsusdur. Lazer işıqlarının biri 400 manat, digəri 350 manat, 02 ədəd «Pioneer» markalı səsgücləndiricilərdən ibarət dəsti 150 manata, 02 ədəd «Edifiei» markalı səsgücləndiricilərdən ibarət dəsti 100 manata almışdır. Bununla da hadisə nəticəsində ona 1319 manat 50 qəpik maddi ziyan dəymişdir. Səsgücləndirici və bir ədəd böyük musiqi kolonkası isə Rizvan adlı şəxsə məxsusdur, həmin avadanlıqları ondan aylıq icarəyə götürmüşdür. Buna görə də həmin avadanlıqlarla bağlı ziyan Rizvana vurulmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi olaraq musiqi ifaçısı kimi fəaliyyət göstərir. Həmçinin özünə məxsus olan musiqi aparatlarını bir neçə kafelərə icarəyə verməklə qazanc əldə edir. 2 ay öncə özünə məxsus 01 ədəd kolonka və 01 ədəd səsgücləndiricini Binəqədi şossesində yerləşən «Korona 044» adlı kafeyə aylıq 150 manat ödənilməsi şərti ilə icarəyə vermişdir. Xatırladığına görə 18 may 2022-ci il tarixdə ona həmin kafedə işləyən Tural məlumat verərək bildirmişdir ki, 15 may 2022-ci il tarixdə kafedən oğurluq olmuş, həmçinin oğurlanmış əşyaların arasından onun icarəyə verdiyi həmin 01 ədəd kolonka və 01 ədəd səsgücləndirici də oğurlanmışdır. Həmçinin Tural ona hadisə ilə bağlı polisə ərizə ilə müraciət etdiyni bildirmişdir. Buna görə də özü əlavə olaraq əşyalarının oğurlanması ilə bağlı əlavə şikayətlə müraciət etməmişdir. Oğurlanmış əşyaların arasında ona məxsus 01 ədəd 400 manat dəyərində «Yamaha» markalı musiqi kolonkası və 01 ədəd 400 manat dəyərində «YGY» markalı səs gücləndirici aparat olmuşdur. Oğurlanmış digər əşyaların nədən ibarət olmasını və dəyərlərini bilmir. Özünə aid olan əşyalara görə ona ümumilikdə 800 manat maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsi iştirakçısıdır, müharibədə yaralandığı üçün sonradan ona 2-ci qrup əlillik təyin edilmiş və bununla bağlı təqaüd almışdır. 2014-cü ildə Sosial Müdafiə Fondu tərəfindən ona «Naz Lifan» markalı avtomobil verilmişdir. Həmin avtomobil onun adına rəsmiləşmişdir və **-HF-*** nömrə nişanı ilə qeydiyyata alınmışdır. Bununla da, 2014-cü ildən hazırki vaxtadək həmin avtomobil ona məxsus olmaqla onun istifadəsində olmuşdur. Lakin son zamanlar səhhəti ilə bağlı olaraq avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün avtomobilini idarə etməsini, onu həkimə və digər yerlərə aparmasını uşaqlıqdan tanıdığı Şahid2 xahiş etmişdir və avtomobili müvəqqəti olaraq Qabil idarə etmişdir. 11 may 2022-ci il tarixdə səhhəti ilə bağlı həkimə getmiş, həmin gün avtomobilini Qabil idarə etmişdir. Həmin tarixdə axşam saatlarında Qabil onu yaşadığı Abşeron rayonuna aparmış, daha sonra avtomobili onda qalmışdır. Belə ki, növbəti gün səhər saatlarında Qabil onu yenidən həkimə aparmalı imiş. Buna görə də avtomobil onda qalmışdır ki, gəlib-getməsi rahat olsun. 12 may 2022ci il tarixdə səhər saatlarında Qabil avtomobili ilə onun yaşadığı Abşeron rayonuna gələrək onu götürməli imiş. Lakin Qabilin vaxtında gəlmədiyini görüb onunla əlaqə saxlamışdır. Qabil ona bildirmişdir ki, 11 may 2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi ona məxsus avtomobili yaşadığı evin qarşısında saxlamış, 12 may 2022-ci il tarixdə səhər saat 07 radələrində evdən çıxarkən avtomobildən oğurluq olmasını aşkar etmişdir. Bu barədə dərhal 102 xidmətinə zəng edib məlumat verilmiş, həmçinin 6-cı Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Avtomobil və avtomobildə olan oğurlanmış əşyalar məxsus olduğu üçün maddi ziyan ona vurulmuşdur. Avtomobildən ümumi dəyəri 450 manat olan “Pioneer” markalı 04 ədəd səsgücləndirici və maqnitola, 450 manat dəyərində 01 ədəd “Panasonic” markalı monitor, avtomobilin mühərriki olan hissədən 100 manat dəyərində 01 ədəd “Mutlu” markalı akkumlyator, 50 manat dəyərində 01 ədəd üzərində mobil nömrə olmayan “Nokia” markalı mobil telefon, 50 manat dəyərində 01 ədəd “Luç” markalı kişi üçün qol saatı oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1100 manat məbləğdə maddi ziyan vurulmuşdur. Bundan başqa avtomobilin salonundan heç bir maddi dəyəri olmayan kitabçanın içərisində kitabça ilə birlikdə həmin avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi və idarə edilməsi üçün onun tərəfindən oğlu X3 verilmiş etibarnamə oğurlanmışdır. Avtomobilin arxa sol qapısındakı ayna aşağı salınaraq salona daxil olunmuşdur. Şüşə sındırılmadığı və ya hər hansı bir detal zədələnmədiyi üçün bununla bağlı əlavə maddi ziyan vurulmamışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, «Hyundai» markalı «Elantra» modelli, AZ** TC *** nömrə nişanlı, 2013-cü il buraxılışlı, qara rəngli avtomobil ona məxsusdur və özünün istifadəsindədir. Avtomobilin xarici səthində cızıqlar olduğu üçün rəngsaz işləri aparılmasına ehtiyac var imiş. Buna görə də, 10 may 2022-ci il tarixdə avtomobili Abış adlı ustanın təmir etməsi üçün onun işlədiyi Binəqədi rayonu, Binəqədi şossesində yerləşən avtomobil təmiri sexinə gətirmişdir. Abış usta avtomobilə baxdıqdan sonra təmir işlərini bir həftə ərzində bitirəcəyini söyləyib avtomobilin həmin müddət ərzində sexdə qalacağını bildirmişdir. Abış usta ilə razılaşaraq avtomobili təmir edilməsi üçün orada saxlamışdır. Daha sonra arabir olaraq vaxtı olanda sexə gələrək avtomobilə nəzər yetirmişdir. 16 may 2022-ci il tarixdə Abış usta ona avtomobilin hazır olduğunu və gəlib götürə biləcəyini demişdir. Həmin gün vaxtı olmadığı üçün növbəti gün getməyi planlaşdırmışdır. 17 may 2022-ci il tarixdə səhər saat 09 radələrində Abış usta ona məlumat vermişdir ki, avtomobil sexdən naməlum şəxs tərəfindən qaçırılmışdır. Özü də dərhal həmin sexə gəlmiş və avtomobilin sexdə olmadığını görmüşdür. Daha sonra bu barədə ərizə ilə 6-cı Polis Bölməsinə müraciət etmişdir. Həmin gün axşam ona tanımadığı şəxs zəng edərək, avtomobilini qaçırmış şəxsin qohumu olduğunu bildirmiş və avtomobilin Gəncə şəhərində olduğunu söyləmişdir. Bundan sonra Gəncə şəhərinə gedib avtomobilini tanımadığı şəxsdən təhvil almışdır. Avtomobilini qaçırmış şəxsi tanımamışdır və onunla heç bir ədavəti, düşməçiliyi olmamışdır. Avtomobilində hər hansı bir qiymətli əşya və s. olmamışdır, həmçinin avtomobilindən hər hansı bir əşya oğurlanmamışdır və avtomobili zədələnməmişdir, yalnız qaçırılmışdır. Qeyd olunan hadisə nəticəsində ona hər hansı bir maddi ziyan vurulmamışdır. Avtomobili Hyundai» markalı «Elantra» modelli, AZ** TC *** nömrə nişanlı, 2013-cü il buraxılışlı, qara rəngli, 190000 km yürüşlü avtomobildir və dəyəri 18000 manat təşkil edir. Lakin avtomobili qaytarıldığı üçün və avtomobildən hər hansı bir oğurluq olmadığı üçün ona maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Şahid qismində dindirilmiş Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun vermişdir. Şahid qismində dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Götürmə və baxış keçirilməsi haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu deyilən ərazidə yerləşən sexlərdən birinin qarşısında yerə qoyulmuş vəziyyətdə qutunun içərisində Zərərçəkmiş şəxs1 işlətdiyi “Korona Pub” kafedən oğurlanmış 01 ədəd musiqi mərkəzinin kolonkası, 01 ədəd aparat, 02 ədəd elektrik işıqları və ona aid olan naqillər aşkar edilərək götürülmüşdür (cild 1,i.v.13-21). Tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.58-59). Əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v.141-142). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.145-147). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.163-167). Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə seçilmiş həbs qətimkan tədbiri qalan müddətə (xx.xx.2022-ci ilədək) ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, i.v.174-176). Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 30 iyun 2022-ci il tarixli 9/4266 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qara rəngli 2013-cü il buraxılışlı, “Hyundai” markalı, “Elantra” model, AZ **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin may ayına orta bazar qiyməti təxminən 18500 manat müəyyən olunur (cild 1, i.v.193-195). Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 30 iyun 2022-ci il tarixli 9/4267 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin may ayına olan orta bazar qiyməti qara rəngli kiçik ölçülü 01 ədəd rəngli lazer işıq saçan avadanlıq 150 manat, qara rəngli böyük ölçülü 01 ədəd rəngli lazer işıq saçan avadanlıq 250 manat, qara rəngli 02 ədəd “Pioneer” markalı musiqi kolonkalardan ibarət dəst 60 manat, qara rəngli 02 ədəd “Edifiei” markalı musiqi kolonkalardan ibarət dəst 20 manat, qara rəngli 01 ədəd “Yamaha” markalı musiqi kolonkası 200 manat, qara rəngli 01 ədəd “YGY” markalı səsgücləndirici 300 manat müəyyən olunur (cild 1, i.v.196-197). Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şahid2 məxsus “Naz Lifan” markalı **-HF-*** qeydiyyat nişanlı avtomobildən baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədədi xx.xx.1992-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir (cild 1, i.v.208-211). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir (cild 1, i.v.226-231). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd kiçik ölçülü rəngli lazer işıq saçan avadanlıq, 01 ədəd böyük ölçülü rəngli lazer işıq saçan avadanlıq, 02 ədəd qara rəngli “Pioneer” markalı musiqi kolonkaları, 02 ədəd “Edifiei” markalı musiqi kolonkaları maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs1 verilmiş, 01 ədəd “Yamaha” markalı musiqi kolonkası, 01 ədəd “YGY” markalı səsgücləndirici maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilmiş, 01 ədəd kitabça maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilmiş, “Hyundai” markalı, “Elantra” modelli, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs4 verilmiş, “Naz Lifan” markalı **-HF-*** qeydiyyat nişanlı avtomobildən baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, i.v.252-252). Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, onların hər birinə dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, lakin Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsilə cinayət məsuliyyətindən azad olunmalı və həmin hissədə işin icraatına hissəvi xitam verilməlidir (qərar əlavə olunur). Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan AA3488675 nömrəli və AA3488676 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Davud və xx.xx.2020-ci il təvəllüdlü Miran adlı uşaqları var (cild 1, i.v.47). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlar olmasını, CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsir şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası aşağı həddə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsinin zəruriliyi barədə qərarını onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs əvvəllər də qəsdən az ağır cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmişdir. Törətdiyi cinayət əməlləri təkrarçılıq və saxlanc yerinə qanunsuz daxil olma kimi ağırlaşdırıcı tərkib əlamətlərinə malikdir. Təsvir olunanlara əsasən azadlığın məhdudlaşdırılması cəzasının yetərsizliyini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza aşağı həddə təyin təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə maddi sübutlar – 01 ədəd kiçik ölçülü rəngli lazer işıq saçan avadanlığın, 01 ədəd böyük ölçülü rəngli lazer işıq saçan avadanlığın, 02 ədəd qara rəngli “Pioneer” markalı musiqi kolonkaların, 02 ədəd “Edifiei” markalı musiqi kolonkaların sahibi Zərərçəkmiş şəxs1 qaytarılması, 01 ədəd “Yamaha” markalı musiqi kolonkasının, 01 ədəd “YGY” markalı səsgücləndiricinin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması, 01 ədəd kitabçanın sahibi Zərərçəkmiş şəxs3 qaytarılması, “Hyundai” markalı, “Elantra” modelli, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalı, “Naz Lifan” markalı **-HF-*** qeydiyyat nişanlı avtomobildən baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – 01 ədəd kiçik ölçülü rəngli lazer işıq saçan avadanlığın, 01 ədəd böyük ölçülü rəngli lazer işıq saçan avadanlığın, 02 ədəd qara rəngli “Pioneer” markalı musiqi kolonkaların, 02 ədəd “Edifiei” markalı musiqi kolonkaların sahibi Zərərçəkmiş şəxs1 qaytarılması, 01 ədəd “Yamaha” markalı musiqi kolonkasının, 01 ədəd “YGY” markalı səsgücləndiricinin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması, 01 ədəd kitabçanın sahibi Zərərçəkmiş şəxs3 qaytarılması, “Hyundai” markalı, “Elantra” modelli, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. “Naz Lifan” markalı **-HF-*** qeydiyyat nişanlı avtomobildən baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri cinayət işində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar