Məhkəmə qərarları › İş №1(001)-344/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-344/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-344/2022 22.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Yeni yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin 1-ci mədən ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə ümumi çəkisi 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir bükümdə ümumi çəkisi 0,072 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 20:30 radələrində Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Poladtökmə” zavodunun qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş və saat 22:10-da bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəndli şalvarın qabaq sağ yan cibindəki üzərində “Söbranie” yazısı həkk olunmuş siqaret qutusunun içərisindən iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram, 0,392 qram ümumi təmiz çəkisi 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,072 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir neçə dəfə o, el arasında kakos adlanan narkotik vasitə olan heroin və şüşə adlanan psixotrop maddə olan metamfetamin istifadə etmişdir. 01 mart 2022-ci il tarixdə səhər təxminən 10 radələrində o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1- ci mədən ünvanında yerləşən Lallar fabrikinin yaxınlığında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 25 manat müqavilində 2 ədəd ayrıayrı bükümdə şəffaf sellofana bükülmüş vəziyyətdə olan heroin və bir ədəd ağ kağıza bükülmüş bülkümdə metamfetamin alaraq şalvarının cibinə qoyaraq üzərində saxlamışdır. Həmin gün, yəni 01 mart 2022-ci il tarixdə axşam təxminən saat 20:30 rədlərində iş yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun yaxınlığında piyada olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edib üzərində saxlamasında şübhəli olduğunu bildirdilər. Bu səbəblə də onu polis şöbəsinə aparmışlar. Şöbədə video çəkiliş aparılmaqla üzərində aparılan şəxsi axtarış zamanı o, əynindəki göy rəngli şalvarının qabaq yan cibindəki “Söbranie” siqaret qutusunun içərisində olan 2 ədəd ayrı-ayrı bükümdə şəffaf sellofana bükülmüş vəziyyətdə olan heroini və bir ədəd ağ kağıza bükülmüş bülkümdə metamfetamini siqaret qutusunun içərisindən çıxararaq könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və həmin psixotrop maddəni və narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, tutlduğu gündən sonra narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitələrdən asılığının olmadığını bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə xx xxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki Yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində üzərində qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat Şöbə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Binəqədi RPİ-si 4-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru Şahid2 da daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 01 mart 2022-ci il tarixdə təxminən saat 19 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi şossesi ərazisinə getmişdir. Təxminən saat 20:30 radələrində Binəqədi rayonunun Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında onlar alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra o, həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü xx xxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki Yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bildirdi ki, onun qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o (Təqsirləndirilən şəxs), onlarla Binəqədi RPİ-si 4-cü PŞ-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 4-cü PŞ-nə gəlmişdir. Polis Şöbəsində təhqiqatçı, polis kapitanı Davud Zamanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra, Şöbədə təhqiqatçımn xidməti otağında, Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onun və əməliyyat qrupunun üzvü olan Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla onun (Təqsirləndirilən şəxs) üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşuldu, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın qabaq sağ yan cibində olan bir ədəd üzərində “SOBRANİE” yazısı həkk olunmuş siqaret qutusunun içərisindəniki ədəd şəffaf sellofan bükümü və bir ədəd ağ rəngli kağız bükümü təqdim etmiş və iki ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə olan heroinin və bir ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminin olmasını bildirmişdir. İki ədəd şəffaf sellofan bükümlər açıldıqda içərilərində heroinə bənzər kütlənin, ağ rəngli kağızbüküm açıldıqda içərisində metamfetaminə bənzər kütləniolması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dediyinə görə təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümlərdəki heroinin və bir ədəd ağ rəngli kağız bükümdə olan metamfetamini o (Təqsirləndirilən şəxs), öz şəxsi istifadəsi üçün 25 manata Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən almışdır. Aşkar olunmuş 2 ədəd şəffaf sellofana bükülmüş toz halında olan heroinə bənzər kütlən və ağ rəngli kağıza bükülmüş 1 ədəd bükümdə kristal formada olan metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü İlə möhürlənərək götürülmüşdür. Zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər, o cümlədən də Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə protokolu tərtib edilmiş və həmin protokol da hər bir iştirakçı tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən onun ibtidai istintaq dövründə verdiyi ifadə elan edilmişdir. Elan edilmiş ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə xx xxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki Yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində üzərində qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat Şöbə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Binəqədi RPİ-si 4-cü Pş-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 rəhbərliyiilə əməliyyat qrupu yaradılmışdır. O, da həmin əməliyyat qrupuna daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 01 mart 2022-ci il tarixdə təxminən saat 19 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi şossesi ərazisinə getmişdir. Təxminən saat 20:30 radələrində Binəqədi rayonunun Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında onlar alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra qrupun rəhbəri olan Şahid1 həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü xx xxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki Yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs bildirmişdir ki, onun (Təqsirləndirilən şəxs) qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o (Təqsirləndirilən şəxs), onlarla Binəqədi RPİ-si 4-cü Pş-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 4-cü Pş-nə gəlmişdir. Polis Şöbəsində təhqiqatçı, polis kapitanı Davud Zamanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra, Şöbədə təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onun və əməliyyat qrupunun rəhbəri olan Şahid1 iştirakı ilə video çəkiliş aparılmaqla onun (Təqsirləndirilən şəxs) üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşuldu, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın qabaq sağ yan cibində olan bir ədəd üzərində “SOBRANİE” yazısı həkk olunmuş siqaret qutusunun içərisindəniki ədəd şəffaf sellofan bükümü və bir ədəd ağ rəngli kağız bükümü təqdim etmiş və iki ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə olan heroinin və bir ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminin olmasını bildirmişdir. İki ədəd şəffaf sellofan bükümlər açıldıqda içərilərində heroinə bənzər kütlənin, ağ rəngli kağızbüküm açıldıqda içərisində metamfetaminə bənzər kütləniolması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dediyinə görə təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümlərdəki heroinin və bir ədəd ağ rəngli kağız bükümdə olan metamfetamini o (Təqsirləndirilən şəxs), öz şəxsi istifadəsi üçün 25 manata Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən almışdır. Aşkar olunmuş 2 ədəd şəffaf sellofana bükülmüş toz halında olan heroinə bənzər kütlən və ağ rəngli kağıza bükülmüş 1 ədəd bükümdə kristal formada olan metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər, o cümlədən də Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə protokolu tərtib edilmiş və həmin protokol da hər bir iştirakçı tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 mart 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ 4cü Pş-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən fakt üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə başlanmış, istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş və 03 mart 2022-ci il tarixdə icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 01 mart 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Zəkizadə X3 RPİ 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Davud Zamanov tərəfindən şübhəli şəxs qismində tutulmuş və 03 mart 2022-ci il tarixdə cinayət işi aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 03 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 01 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə Protokoluna görə Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq əynində olan göy rəngli şalvarın qabaq sağ yan cibindən bir ədəd üzərində “SOBRANİE” yazısı həkk olunmuş siqaret qutusunun içərisində ayrı-ayrı bükümdə iki ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər kütləni və ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə metamfetaminə bənzər kütləni təqdim edərək həmin bükümdəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğunu və Bakı şəhəri, Binəqədi rayonu ərazisində 25 manat müqavilində tanımadığı şəxsdən almasım və şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütləninin olduğu iki ədəd şəffaf sellofan bükülü və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu bir ədəd ağ rəngli kağıza bükülü bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. 03 mart 2022-ci il tarixli şəxsi axtarışın video görüntüsünün baxış Protokoluna görə şəxsi axtarışda mütəxəssis Binəqədi RPİ-nin KTQ-nun ekspert kriminalisti vəzifəsində xidmət aparan, X7, Binəqədi RPİ-nin 4-cü PŞ-nin C/A üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Təhqiqatçımn təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın qabaq sağ yan cibindən bir ədəd üzərində “SOBRANİE” yazısı həkk olunmuş siqaret qutusunun içərisində ayrı-ayrı bükümdə iki ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər kütləni və ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə metamfetaminə bənzər kütləni təqdim edərək həmin bükümdəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğunu və Bakı şəhəri, Binəqədi rayonu ərazisində 25 manat müqavilində tanımadığı şəxsdən almasını və şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükülünün içərisində olan narkotik vasitəyə və psixotrop maddəyə bənzər kürlələrin çəkisinin və tərkibinin müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi təhqiqatçı tərəfindən iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan iki ədəd şəffaf selofona bükülmüş büküm və içərisində psixotrop maddəyə bənzər kütlə olan bir ədəd ağ rəngli kağıza bükülmüş büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq zərfin ağzı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2022-ci il tarixli 6/1291 saylı rəyinə görə Təqsirləndirilən şəxs üzərindən götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram,0,392 qram, ümumi təmiz çəkisi 0,604 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İki bükümdəki heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Bir ədəd bükümdə təmiz çəkisi 0,072 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra 0,554 qramı qalıq qalmışdır. Metamfetaminin 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,052 qramı qalıq qalmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 04 mart 2022-ci il tarixli 1081 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-in BƏSİİ-nin 16 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon xalq məhkəməsinin 08 iyul 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin 2-ci hissəsi və 215-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər məhkəməsinin 15 avqust 19940cü il tarixli Qərarı ilə hökm dəyişdirilmiş, CM-nin 215-ci maddəsi hökmdən çıxarılmış, CM-nin 213-cü maddəsinin 2-ci hissəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 41-ci maddəsi tətbiq edilərək 03 il şərti sınaq müddəti təyin edilmişdir. 22 sentyabr 1994-cü ildə Hökmə əsasən azad olunmuşdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,072 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin təmiz çəkisi 0,072 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,072 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin istehlak miqdarından artıq miqdarda olmadığından həmin əməl cinayət məsuliyyətinə səbəb olmur və bu əmələ görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə, psixotrop maddə ilə bağlı müddəaların Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama daxil edilməsini əsassız sayır və hesab edir ki, bu hal ittihamdan xaric olunmalı və maddi sübut kimi tanınan psixotrop maddənin taleyi həll olunmadan hazırki hökmün surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün müvafiq orqana göndərilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət əməlini etiraf etməsini, səmimi peşmanlığnı, ailənin yeganə gəlir gətirəni olmasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılmasının dörd günü hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs verilmiş ittihamdan 01 ədəd bükümdə təmiz çəkisi 0,072 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ilə bağlı müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Yeni yaşayış massivi ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan 01 ədəd bükümdə təmiz çəkisi 0,072 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Yeni yaşayış massivi ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, işlədiyi Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,554 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar