Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-344/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,334 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxlamaqla üzərində daşımış, 14 yanvar 2025-ci il tarixdə saat 16:57-də Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq üzərinə aparılan yoxlama zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,334 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 yanvar 2025-ci il tarixdə saat 16:57-də Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 87 ünvanında olan zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə və ya psixotrop maddə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə, 01 ədəd alışqan və 01 ədəd arqo markalı siqareti təqdim etmişdir. Sonra qara rəngli cins şalvarının sol yan cibindən 8 manat kağız əskinaz və 35 qəpiyi təqdim etmişdir. Yoxlama zamanı başqa heç bir əşya predmet aşkar edilməmişdir. Sonra psixotrop maddə olan vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 0,36 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, o, polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etməyən pul ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddəni istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra onu polis əməkdaşları Binəqədi RPİ-nin 7-ci PB-yə aparmışlar. Orada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, təqsirləndirilən şəxsin anası onkoloji xəstəlikdən əziyyət çəkir, davamlı olaraq müayinə və müalicə olunur. Evə qazanc gətirən yeganə şəxs Təqsirləndirilən şəxsdur. Anasının xəstə olması, övladını itirməsi halları Təqsirləndirilən şəxs psixoloji gərginlik fonunda narkotikdən istifadəyə meyilləndirmişdir. Təqsirləndirilən şəxs etdiyi əməlindən peşmandır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ 7-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Binəqədi RPİ-nin 7-ci PB-yə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. 14 yanvar 2025-ci il tarixdə, saat 16:57-də o, qrup üzvü Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və bölmənin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs video çəkiliş ilə izləyib saxlamışdılar. Ona özlərini təqdim etdikdən sonra, onun da özünü təqdim etməsini təklif eləmişdilər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olduğunda şübhəli olduğunu, bu səbəbdən üzərinə tərəflərindən yoxlama aparılmalı olduğunu bildirib, hüquq və vəzifələrini izah etmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər vasitə, 01 ədəd «Arqo» siqaret, 01 ədəd alışqanı çıxararaq onlara təqdim etmişdir. Sonra əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 8 manat əskinaz, 35 qəpik təqdim etmişdir. Bundan sonra onun üstü tərəflərindən yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca aşkar olunan psixotrop maddəyə bənzər maddə elektron tərəzi ilə çəkilərək tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs tərəfindən zərfin üzəri imzalanmış və tərəflərindən götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində «patı» olduğunu, həmin bükümü “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və maddi sübutu raport tərtib edərək Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin təhqiqatçısı Rəşad İsmayılova təhvil vermişlər. Təhqiqatçı tərəfindən maddi sübuta baxış keçirilmiş və müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:57-də Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 26). Şübhəli şəxsin üstünün yoxlanılması haqqında 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, yoxlanma həmin tarixdə saat 16:57-də başlamış, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər vasitə, 01 ədəd «Arqo» siqaret, 01 ədəd alışqanı çıxararaq onlara təqdim etmişdir. Sonra əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 8 manat əskinaz, 35 qəpik təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca aşkar olunan psixotrop maddəyə bənzər maddə elektron tərəzi ilə çəkilərək polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs tərəfindən zərfin üzəri imzalanmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Yoxlanma saat 17:08-də bitmişdir (cild 1, i.v 9-10). Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-yə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu, 14 yanvar 2025-ci il tarixdə, saat 16.57-də ünvan 5 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq üzərinə baxış keçirilən zaman isə 01 ədəd bükümdə psixotrop maddəyə bənzər kütlə aşkar edilərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və 01 ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli şəffaf selofan bükümdə psixotrop maddə qablaşdırıldığı zərfdən 01 bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd DVD-R formatlı diskə LG markalı kompüterdə baxış keçirilmişdir. DVD-R formatlı diskdə olan görüntüdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan “patı”metamfetamin aşkar olunması baradə bildirməsi əksini tapmışdır (cild 1, i.v.14-15). Məhkəmə kimyəvi ekspertizasının 15 yanvar 2025-ci il tarixli, 6/185 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №176” dairəvi möhür əksləri olan, “7. PB-si; baş ə/m Şahid2 “imza”; baş ə/m Şahid3 “imza”; ə/m Şahid1 “imza”; Təh. “imza” Rəşad İsmayılov yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,334 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,284 qram (cild 1, i.v.45-47). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.57-58). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 79-80). Məhkəmə-narkoloji ekspertizanın 23 yanvar 2025-ci il tarixli, 364 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və sedativ və ya yuxu gətirici vasitələrin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.103- 104). 27 yanvar 2025-ci il tarixli «DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı məlum olmuşdur ki, DVD diskdə 02 ədəd videogörüntü aşkar edilmişdir. Birinci faylda əks edilmiş görüntülər 14 yanvar 2025-ci il tarixdə, saat 16:57-də ünvan 6 ünvanın qarşısında qeydə alınmışdır. Video çəkilişdə əynində qara rəngli papaqlı gödəkçə və əlində siqaret olan bir nəfərin yaşayış binalarının ara məhəlləsində hərəkət etdiyini, onun arxasınca bir nəfərin müəyyən ara məsafəsində ardınca gəldiyi, həmin zaman arxadan gələn şəxsin öndə gedən əynində qara rəngli papaqlı gödəkçə və əlində siqaret olan şəxsə tərəf qaçdığını, bu zaman qarşı tərəfdəndə onlara doğru iti addımlarla bir nəfərin yaxınlaşıb dayan polis dediyi müəyyən edilir. Həmin şəxsi saxlayanlar özlərini Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və çəkilişi aparan şəxsin Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 olduqlarını bildirirlər. Saxlanılan şəxsə polis əməkdaşları özünü təqdim etməsini bildirirlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Polis əməkdaşları tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılma səbəbi, hüquq və vəzifələri izah olunur. Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofon bükümü, 01 ədəd «Arqo» markalı siqareti, 01 ədəd alışqanı təqdim edir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində «patı» olduğunu, həmin bükümü şəxsi istifadəsi üçün «Papanin» adlanan ərzazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra bükümə baxış keçirilir, şəffaf bükümün içərisində ağ rəngli kristalik maddə olduğu aşkar edilir. Sonra həmin büküm elektron tərəzidə çəkilir və çəkisinin 0,36 qram olması müəyyən edilir. Büküm ağ rəngli boş zərfin içərisinə qoyularaq qablaşdırılır, həmin zərf Təqsirləndirilən şəxs tərəfindən imzalanır və əməkdaşlar tərəfindən götürülür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan digər əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 8 manat 35 qəpik pulu təqdim edir. Bunun ardınca Təqsirləndirilən şəxs üstü yoxlanılır. Yoxlama zamanı sonuncudan heç bir əşya və ya predmet aşkar edilmir. İkinci faylda əks edilmiş görüntülər 14 yanvar 2025-ci il tarixdə, saat 19:00-da Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad İsmayılovun xidməti otağında qeydə alınmışdır. Video çəkilişdə Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad İsmayılov iştirak edirlər, video çəkiliş Binəqədi rayon polis idarəsinin Kriminalistik tədqiqatlar qrupunun inspektoru, polis mayoru Elvin Bəylərbəyov tərəfindən aparılır. Videoçəkilişin davamında təhqiqatçı Rəşad İsmayılov tərəfindən təqdim olunan 01 ədəd ağ rəngli zərfə baxış keçirilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli şəffaf selofan bükümdə psixotrop maddə qablaşdırıldığı zərfdən 01 bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə aşkar olunur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənir (cild 1, i.v 83-87). Maddi sübut kimi tanınma haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,334 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,284 qram çəkidə olan psixotrop maddə metamfetamin, həmçinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması zamanı, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı aparılmış videoçəkilişlərin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla, psixotrop maddə Binəqədi rayon Polis İdarəsində, 1 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i.v 105). Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının epikrizindən və İnformaika və Statistika İdarəsinin Forma “27/U-dan görünür ki, X5 okoloji xəstəlikdən əziyyət çəkir və bununla bağlı müalicə olunur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.89). Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla öz əməlinə mənfi münasibətini, səmimi peşmançılığını, anasının onkoloji xəstə olmaqla onun himayəsində yaşadığını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəzasını yüngülləşdirilən halları və üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin miqdarını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın 23 yanvar 2025-ci il tarixli, 364 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,284 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (ünvan 1) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,284 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-344/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-344/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver