Məhkəmə qərarları › İş №1(001)-345/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-345/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-345/2020 13.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Dəlləkli kəndində pasport qeydiyyatında olan, ünvan 1 saylı ünvanda yerləşən “Xəzri” mehmanxanasının inzibati binasında məskunlaşmış, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində ünvan 1 saylı ünvanda yerləşən “Xəzri” mehmanxanasının direktoru Zərərçəkmiş şəxs iş otağında, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisənin gedişatında qəsdən Zərərçəkmiş şəxs sol ayağından təpiklə vurub ona - sol aşıq baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın iç səthinin əzilmiş yarası və şişkinliyi kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. İşüzrətəqsirləndirilənşəxsqismindədindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsiilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1993-cü ildən ailəsi birlikdə Zəngilan rayonundan məcburi köçkün kimi Səfərbərlik idarəsinin Biləcəri qəsəbəsində yerləşən “Xəzri” mehmanxanasında məskunlaşmışlar. 1995-ci ildən 2019-cu ilin yayına kimi mehmanxananın həyətində çayxana işlətmişdir. 2019-cu ilin iyun ayından sonra Oqtay adlı şəxsə çayxananın əşyalarını satmışdır. Eşitdiyinə görə Oqtay çayxananın torpaq sahəsini də Validə pul verib almışdır. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibəti çox yaxşı olmuşdur. Ancaq 2019-cu ilin iyunundan sonra Validlə münasibətləri korlanmışdır. Belə ki, Valid çayxanın əşyalarını satanda ondan pul istəmiş, ancaq pul vermədiyinə görə onunla münasibəti pozmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində mehmanxanada məskunlaşdığı 5-ci mərtəbədə yerləşən otağın eyvanından baxarkən Validin mehmanxananın girişinin sağ tərəfində yerləşən xeyir-şər məclislərində mətbəx kimi istifadə olunan yerdə işləyən usta ilə mübahisə etdiyini, uca səslə “Ağakişi atasından torpaq gətirib?” deyə söyləndiyini eşitmişdir. Bu söz ona çox pis təsir etdiyindən oğlu Fərruxun köməyi ilə aşağı düşmüşdür. Validin 1-ci mərtəbədə yerləşən iş otağına girib Validdən nə səbəbə onun barəsində belə ifadə işlətdiyini soruşmuş, Valid ustanı onun gətirdiyini düşündüyünü, buna görə belə söz işlətdiyini demiş, o isə ustanı onun gətirmədiyini, orada heç bir tikinti aparmadığını bildirmişdir. Əsəbi olduğundan mübahisə vaxtı otaqda olan stullardan birini götürüb Validi vurmaq istəmiş, ancaq fikrindən daşınıb stulu yerinə qoymuşdur. Xəstəliyi ilə əlaqədar olaraq hadisəni tam ətraflı xatırlaya bilmir, ancaq o, Validin ayağından qəsdən vurmamış, ola bilər ki, mübahisə vaxtı ayağı Validin ayağına toxunmuşdur. O, Validlə barışmışdır, ona qarşı şikayət və tələb yoxdur, barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 1 saylı ünvanda yerləşən “Xəzri” Mehmanxanasının direktoru vəzifəsində çalışır. Həmin mehmanxada Zəngilan və Cəbrayıl rayonundan olan məcburi köçkünlər məskunlaşıb. Zəngilan rayonundan məcburi köçkün olan və mehmanxananın 5ci mərtəbəsində yaşayan Təqsirləndirilən şəxs mehmanxananın torpaq sahəsində qanunsuz olaraq çayxana işlədir. Təqsirləndirilən şəxs onun direktorluq dövründən əvvəl həmin yerdə çayxana açmış, bundan başqa bir neçə otağı özünə götürüb başqa şəxslərə satmış, ancaq o, direktor təyin olunduqdan sonra Ağakişinin belə qanunsuz hərəkətlərə yol verməsinə imkan verməmişdir və buna görə də Təqsirləndirilən şəxs ondan narazı idi. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində işə gəldikdə mehmanxananın həyətində binanın girişinə çatmamış sağ tərəfdə məcburi köçkünlərin xeyir-şər zamanı mətbəx kimi istifadə etdikləri kiçik tikilidə bir nəfər Bəxtiyar adlı ustanın işlədiyini, metrə ilə ölçü işləri gördüyünü görüb nə etdiyini soruşmuş, usta ona Təqsirləndirilən şəxs həmin tikilini başqa şəxsə satdığını, indi həmin yerdə obyekt tikiləcəyini demiş, o isə ərazinin mehmanxanaya məxsus olduğunu, orada heç bir tikinti aparılmayacağını bildirdikdən sonra usta çıxıb getmişdir. O, mehmanxanın 1-ci mərtəbəsində yerləşən otağına getmiş, bir qədər sonra Zəngilan rayonu kənd icra nümayəndəsinin müavini Şahid2 onun otağına gəlmiş, onlar Zamiqlə otaqda söhbət edərkən təxminən saat 10:30 radələrində Təqsirləndirilən şəxs oğlu Fərruxla birlikdə ucadan söyüş söyə-söyə əlində taxta ilə onun otağına daxil olub, ondan nə səbəbə tikintiyə icazə vermədiyini soruşub üzərinə gəlmiş, Ağakişinin oğlu Fərrux taxtanı atasının əlindən almış, sonra Ağakişi otaqda olan stulu götürüb onu vurmaq istədikdə Zamiq araya girib stulu əlindən alıb yerə qoymuşdur. O, Ağakişiyə sakit olmasını oturub söhbət etməyi təklif etmiş, Zamiq bundan sonra otaqdan çıxıb getmiş, Ağakişi ilə oğlu Fərrux otaqda qalmışlar. Söhbət əsnasında Ağakişi yenidən onu ədəbsiz söyüşlərlə söyüb təhqir edərək, “sən kimsən? səni məhv edərəm” kimi ifadələr işlədib üzərinə gəlmiş, o, stulda əyləşmiş vəziyyətdə olarkən Ağakişi qarşısına gəlib ayaqqabısının dabanı ilə təpiklə qəsdən onun sol ayağının oynaq nahiyəsinə güclü zərbə vurmuş və oğlu Fərrux tez atasını aralaşdırıb otaqdan çıxarmışdır. Ayağının oynaq hissəsi çox ağır zədələnmiş, o, bundan sonra 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Hal-hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 14/214 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol aşıq-baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın iç səthinin əzilmiş yarası və şişkinliyi bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə təpiklə vurulan zərbə nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan “Zərər çəkmiş şəxs qismində tanımaq haqqında” 03.04..2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görnür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və materialda olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-345/2020 saylı, xx.xx.2020-cu il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-cu il tarixdən məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ibtidai istintaq orqanında və məhkəmə istintaqında ümumilikdə 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90(doxsan) manat məbləğində pul (“Kapitalbank” X2 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülkü iddia verilməmişdir, məhkəmə xərcləri və əmlak müsadirəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 40.2.2, 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul (“Kapitalbank” X2 Binəqədi filialının kod- 200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədirlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar