Məhkəmə qərarları › İş №1(001)-346/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-346/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-346/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, Dövlət İttihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cu ildə Beyləqan rayonunda anadan olmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Dünyamallılar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Yaşar Hüseynov küçəsindən fərdi həyət evində yaşaması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 №-li siyahısına daxil edilən külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq tamah niyyəti ilə o, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədilə qanunsuz olaraq 01 ədəd blisterdə ümumi sayı 50 olan tablet şəklində ümumi təsiredici maddəsinin miqdarı 0.1 qram triheksifenidil maddəsi olan “Siklodol” adlı preparatını əldə edib saxlayaraq əcraçı işlədiyi ünvan 1 saylı ünvanda fəaliyyət göstərən “Ampula” aptekinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında xx xxxx 2019-cu il tarixdə saat 15.40-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Kibercinayətkarlığa, Saxta pul, Sənəd, Mal və Məhsulların Dövriyyəsinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şərti alıcı qismində iştirak edən Şahid3 qeyd olunan “Siklodol” dərmanını 10 manata satdıqdan sonra saxlanılmış və aptekin kassa aparatından 10 manat pul aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-2013-cü illərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirmiş, 2013-2014-cü illərdə hərbi xidmətimi başa vurub, həmin tarixdən etibarən müxtəlif apteklərdə əczaçı kimi işləmişdir. Son iş yeri ünvan 2 ünvanında yerləşən “Ampula” aptekində əczaçı olmuşdur. Aylıq maaşı 144 manat olmuşdur. xx xxxx 2019-cu il tarixdə işə gələrkən yoldan 01 ədəd karobkada “Siklodol” dərmanı tapmışdır. Üzərinə baxdıqda görmüşdür ki, istifadə müddəti keçməmişdir. Qutunu açdıqda içərisində 50 ədəd həb olduğunu görmüşdür. Uzun müddət əczaçı işlədiyindən belə başa düşmüşdür ki, bu dərmanı istifadə etmək mümkündür. Belə qərara gəlmişdir ki, müraciət edən şəxs olarsa bu dərmanı satar ən azından yol pulu çıxar. Çünki bu dərmanın qiyməti 10 manatdan çox deyildir. Dərmanı götürüb işlədiyi aptekə gətirmişdir. Lakin bu barədə müdiri Hikmət Mehralıyevə heç nə deməmişdir. Çünki istəmişdir ki ondan qazandığı pulu özünə yol pulu kimi sərf etsin. xx xxxx 2019-cu il tarixdə aptekə əvvəllər tanımadığı müştəri gəlib 01 qutu “Siklodol” istədiyi zaman qeyd etdiyi qutunu ona 10 manata satmışdır. Satışı isə rəsmiləşdirib vətəndaşa kassa çeki vermiş və kompyuterdə də bu barədə müvafiq qeydiyyatı aparmışdır. Bundan dərhal sonra yəni təxminən saat 15:40 radələrində təxminən müdir Hikmət müəllimlə birlikdə mülki geyimli şəxslər aptekə daxil olmuşdurlar. Belə başa düşmüşdür ki, onlar müdir Hikmətdən icazə alıb daxil olmuşdurlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyib yanlarında olan 2 nəfər vətəndaşın hal şahidi olduqlarını bildirmişdirlər. Onu qərarla tanış edib demişdirlər ki, aptekdə güclü təsir edən “Siklodol” dərmanı 10 manata satılmışdır. O, belə olduqda polislərə heç bir müqavimət görtərmədən, onların bütün göstərişlərinə tabe olaraq səmimi şəkildə etiraf etmişdir ki, az öncə aptekdən çıxan müştəriyə 10 manat pulun müqabilində 50 həb “Siklodol” dərmanı satıb bu barədə ona çek verib kompyuterdə qeydiyyatını aparmışdır. Polislərlə birlikdə kassaya baxdıqda oradan həqiqətən də 10 manat pul çıxmış və belə başa düşmüşdür ki, bu pul nömrələnmiş pul olmuşdur. Polislər həmçinin kompyuterə də baxdıqları zaman orada da “Siklodol”un satılması barədə müvafiq qeydi görmüşdürlər. Bundan sonra qeyd etdiyi hallar ilə bağlı fotoşəkillər çəkilmişdir. Aptekdən qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Əməlindən peşmandır.Daimi iş yeri vardır və halhazırda “DOKTA” şirkətinə məxsus aptekdə əczaçı kimi işləyir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirinə rəhbərliyi həyata keçirmişdir. Belə ki, daxil olmuş məlumatda ünvan 3 ünvanında fəaliyyət göstərən “Ampula” aptekində qanunsuz olaraq güclü təsir edən vasitələrin satışı həyata keçirildiyi göstərildiyindən həmin tarixdə bu məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. 2 nəfər vətəndaş hal şahidi qismində dəvət olunub hüquq və vəzifələri izah edildikdən sonra tədbirdə şərti alıcı qismində iştirak edəcək Şahid3 10 manat pul nömrələnib protokolla verilmişdir. Bundan sonra hal şahidləri və Anarla birlikdə qeyd olunan ünvana gedib mövqe seçmişdirlər. Saat təxminən 15:30-da Şahid3 “Ampula” aptekinə daxil olub 10 dəqiqə sonra çıxdıqdan sonra “Siklodol” dərmanını onlara göstərmişdir. Bundan sonra onlar aptekin qarşısında olduqları zaman Şahid4lə qarşılaşmışdır. Sonuncu özünü aptekin müdiri kimi təqdim etmişdir. Polislər onu qərarla tanış edib güclü təsir edən preparatların satışı barədə sorğu-sual etikdləri zaman sonuncu bildirmişdir ki, bu işlərdən heç bir xəbəri yoxdur və ikisi də demək olar ki polislərlə bərabər aptekə gəlmişdir. Bu zaman aptekə daxil olub baxış keçirilməsinə etirazının olub-olmamasını soruşduqları zaman heç bir etirazının olmadığını bildirib bu barədə ərizə yazdıqdan sonra aptekə daxil olmuşdurlar. Aptekdə Təqsirləndirilən şəxs adlı satıcı işləyirdi. Ondan “Siklodol” dərmanı barədə sorğu sual etdikləri zaman bildirmişdir ki, həqiqətən də 10 dəqiqə bundan qabaq müştəriyə 10 manat müqabilində “Siklodol” dərmanı satıb ondan aldığı pulu kassaya mədaxil edib bu barədə kompyuterdə müvafiq qeyd aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs kassadan 10 manatı çıxarıb polislərə göstərdiyi zaman müəyyən olunmuşdur ki, polislərin Şahid3 protokol əsasında verdikləri B13537101 nömrəli 10 manatdır. Bundan sonra fotoşəkillər çəkilib tərtib edilmiş protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid2 Şahid1la ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Binəqədi rayonu Ruslan Allahverdiyev küçəsi B1 ünvanında yerləşən “Ampula” aptekinin müdiridir. Təqsirləndirilən şəxs onun işçisi olmuşdur. Təqsirləndirilən şəxs həmin aptekdə güclü təsir edici maddə olan “Siklodol” preparatının satılmasından onun heç bir məlumatı olmamışdır. O, əməliyyat-tədbiri keçirilən günü yəni xx xxxx 2019-cu il tarixdə bu barədə xəbər tutmuşdur. Belə ki, həmin günü saat 15:40-da mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını deyərək xidməti vəsiqələrini hal şahidlərini və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı göstərib aptekə baxış keçirilməsinə etirazının olubolmamasını soruşduqda heç bir etirazının olmaması ilə bağlı ərizə yazmışdır. Aptekə baxış keçirilən zaman işçi Təqsirləndirilən şəxs səmimi etiraf etmişdir ki, az öncə müştəriyə 50 həb “Siklodol” preparatı satıb 10 manat pulu kassaya qoymuşdur. Polislərlə birlikdə kassaya baxdıqda həmin pul vəsaiti oradan aşkar edilmişdir. Təqsirləndirilən şəxs hətta komyuterin yaddaşına bu satışı rəsmiləşdirmişdir. Ondan bu barədə soruşduqda heç bir məlumatının olmadığını bildirmişdir. Hadisə yerində fotoşəkillər çəkilib protokol tərtib edilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin iyun ayının ortalarında səhər saatlarında Binədəqi rayonu , R.Allahverdiyev küçəsində fəaliyyət göstərən “Ampula” aptekinə mədəsində yaranmış ağrılarla əlaqədar müraciət etdiyi zaman orada Azad adlı satıcının 10 manat müqabilində “Siklodol” dərmanını 10 manata satdığını və bu zaman ətrafa şübhəli-şübhəli baxdığını gördüyündən o, belə başa düşmüşdür ki, həmin dərmanın satılması qanunsuzdur. Belə olduqda o, bu barədə Baş X1 İdarəsinə gedib ərizə ilə müraciət etmişdir. Hətta bildirmişdir ki, özü tədbirdə alıcı qismində iştirak edə bilər. Belə olduqda polislər ona nömrələri protokolda qeyd olunmuş 10 manat pul vermişdirlər. Bu proses hal şahidlərinin iştirakı ilə olmuşdur. Bundan sonra hamısı saat 15.30 radələrində həmin aptekə çatmışdır. O, aptekə daxil olub Azad ilə danışdıqdan sonra belə razılaşmışdır ki, 10 manata 50 həb “SİKLODOL” dərmanı alacaqdır. O, Azada 10 manat pulu verib “SİKLODOL” qutusunu alıb çölə çıxıb polislərə tərəf gedib dərmanı göstərmiş və 15:40-da polislər aptekə daxil olub baxış keçirmişdirlər. Baxış zamanı oradan başqa qanunsuz əşya aşkar olunmamışdır. Azad etiraf etmişdir ki, həqiqətən də 10 manata 50 həb “SİKLODOL” satmışdır. Onun müdiri Hikmət isə bildirmişdir ki, onun bu satışdan heç bir xəbəri olmamışdır. Həqiqətən də o, Azaddan “SİKLODOL” dərmanı alanda Hikmət orada olmamışdır. Polislər protokol tərtib edib fotoşəkillər çəkmişdirlər. Azad ondan aldığı 10 manat pulu da kassadan götürüb polislərə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid5 Şahid3la eyni məzmunlu ifadələr vermişdirlər. Cinayət işinin materiallarında olan xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin cinayət işi xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin materiallarında olan xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat həmin tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 5921 nömrəli rəyindən görünür ki,tədqiqada təqdim olunan üzərində “ünvan 4 ünvanda fəaliyyət göstərən “Ampula” aptekdən satışı həyata keçirilmiş 50 həb “Triheksifenidil tərkibli “Siklodol” dərman preparatı...” yazıları olan bir ədəd zərfdəki üzərində “SİKLODOL QRİNDEKS...Trihexyphenidylum 2mq ... 50 Tabletok” yazıları olan 01 ədəd blisterdə ümumi sayı 50 olan tabletlər blisterdəki üzərindəki ada uyğun “Siklodol” dərman preparatlarıdır. Triheksifenidel təsiredici maddəsinin və 50 tabletdə triheksinefidil təsiredici maddəsinin ümumi miqdarı 0.1 qram (01 ədəd tabletdə 0.002 qr) təşkil edir. Son istifadə tarixi göstəricisinə görə və təsiredici maddəsinin aktivliyinə görə təyinatı üzrə istifadəyə yarardılır. Cinayət işi materiallarında olan xx xxxx 2019-cu il tarixli «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə» protokoldan görünür ki, həmin tarixdə saat 15:10 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən “Ampula” aptekində şərti alıcı Şahid3 B13537101 seriyalı 10 manat pulu alıb ona 50 həb “SİKLODOL” dərmanı satdıqdan sonra polis əməkdaşları tərəfindən həmin aptekə baxış keçirilmiş və kassadan 10 manat pul aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İV 359379 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il tarixli bir azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Abşeron Rayon Poliklinikası tərəfindən verilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X4 (Təqsirləndirilən şəxs anası) daimi olaraq ürəyin işemik xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş “Dokta” şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında iş yoldaşları tərəfindən heç bir şikayət və ya narazılıq olmamışdır.Əməkdaşlıq fəaliyyəti qənaətbəxşdir.Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında icra etmişdir. İş materiallarına əlavə edilmiş elektron dövlət (e-gov.az) portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Dokta” şirkətinə məxsus “Ozon” aptekində əczaçı kimi rəsmi olaraq işləyir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır.. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmanlığı, öz əməlinə mənfi münasibəti, himayəsində bir azyaşlı uşağının olması, iş yeri üzrə müsbət xarakterizə olunması, himayəsində ağır xəstəlikdən əziyyət çəkən valideyninin olması ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidirr. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə törətdiyi cinayətin zorakı cinayət olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğunun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikasının CM-nin 240.1-ci maddəsi üzrə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, lakin təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti tətbiq edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat başa çatdıqdan sonra dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməlidir, qiyməti olmayan əşyalar məhv edilməlidir. Qanunun qeyd olunan normasından çıxış edərək məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübutlar 44 həb “Siklodol” və 01 ədəd 10 manatlıq pul əskinazı dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 198-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkumdan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə keçirilmiş ekspertiza xərci-109 (yüz) manat 90 (doxsan) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Şərti məhkum edilmiş Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertizaların xərci – 109,90 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar – 44 həb “Siklodol” və 01 ədəd 10 manatlıq pul əskinazı qanunla dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə vəkil Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat xidmət haqqı ödənilsin. Xidmət haqqının ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fərid Əmirəliyev İş №: 1(001)-280/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN H Ö K M xx xxxxxx 2020-ci il Bakı şəhəri BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, Dövlət İttihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı,, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 05.11.1 ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri, M.Şəfi küçəsi, ev 10-da qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 5 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Şərti məhkum edilmiş Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertizaların xərci – 109 (yüz doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar – 848 qutu qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş müxtəlif adda dərman vasitələri, 2 ədəd təzyiq ölçən, 12 ədəd şampun, 9 ədəd antiperspirant və uşaq üçün 4 komplekt plastik qaşıq qanunla dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 68 (altmış səkkiz) saat hüquqi yardıma görə vəkil Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 408 (dörd yüz səkkiz) manat xidmət haqqı ödənilsin. Xidmət haqqının ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar