Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-346/2021 22.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesində Bünyad Sərdarov adına zavodun 7 saylı sexin ərazisində məskunlaşmış, hal-hazırda barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olub tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli talamaqla oğurluq etmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli talama məqsədi ilə dostu X5 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 02.01.2021-ci il tarixdə gecə saatlarında yaşadıqları ünvanın yaxınlığında, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi Şossesində 2-ci Mədən küçəsində yerləşən Bünyad Sərdarov adına Poladtökmə zavodunun 7 saylı sexinin ərazisində yerləşən qapı-pəncərə emalatxanasının nəfəslik pəncərəsinin üzərində olan dəmir qoruyucu barmaqlığı və daha sonra plastik pəncərənin özünü birlikdə yerindən çıxararaq emalatxananın içərisinə qanunsuz daxil olmaqla oradan bir ədəd 30 manat dəyərində təzə açar dəstini, bir ədəd “Bosch” markalı “GKF550” modelli 250 manat dəyərində təzə lazer aparatını, bir ədəd “Volyet” markalı 50 manat dəyərində işlənmiş boyavuran aparatı, bir ədəd “Bosch” markalı “GST 100 BCE” modelli 300 manat dəyərində işlənmiş lobziki, bir ədəd “Özçelik” markalı 800 manat dəyərində işlənmiş elektrik mişarını, bir ədəd “Özçelik” markalı 800 manat dəyərində işlənmiş elektrik mişarını, bir ədəd “Bosch” markalı “AL1820CV” modelli 350 manat dəyərində işlənmiş adaptoru, bir ədəd “Jonway” markalı 400 manat dəyərində istifadə olunmuş hava kompressorunu, bir ədəd “Yato YT-622” markalı 25 manat dəyərində 3 predmetdən ibarət təzə yegə dəstini, bir ədəd 100 manat dəyərində işlənmiş elektrik uzadıcısını, bir ədəd “Royce F30” markalı 55 manat dəyərində təzə elektrik drelini, bir ədəd 40 manat dəyərində taxta qutunun içərisində olan taxta dəstəkli təzə yegəni, bir ədəd 350 manat dəyərində istifadə olunmuş dəzgahı, bir ədəd 1200 manat dəyərində taxta kəsən dəzgahı, bir ədəd “Bosch” markalı 250 manat dəyərində elektrik prefaratorunu, dörd ədəd 350 manat dəyərində elektrik drellərini, bir ədəd “Bosch” markalı 250 manat dəyərində vibrakəsim dəzgahını, bir ədəd 300 manat dəyərində lazer ölçən cihazı, bir ədəd 400 manat dəyərində qaynaq aparatını, bir ədəd “Kitay” markalı 400 manat dəyərində elektrik mişarını, bir ədəd “Makita” markalı 350 manat dəyərində elektrik mişarını, bir ədəd “Yato” markalı 100 manat dəyərində avtomobil açarları dəstini, bir ədəd 150 manat dəyərində taxta rəndəni, üç ədəd 500 manat dəyərində ölçü alətlərini, bir ədəd 150 manat dəyərində taxta oyma iskənəni, bir ədəd 100 manat dəyərində laqondanı, bir ədəd 50 manat dəyərində mıx vuran kompressoru birlikdə gizli talamaqla ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs 8100 manat məbləğində xeyli miqdarda maddi zərər vurub oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02.01.2021-ci il tarixdə gecə saat 02.00 radələrində küçədən siqaret alıb evə qayıdarkən yolda təsadüfən qonşusu X6 ilə rastlaşdıqda sonuncu ona iki ədəd elektrik dəzgahlarını təqdim edərək xahiş etmişdir ki, onları aparıb onun üçün özündə saxlasın, sonra lazım olanda götürəcək, lakin həmin dəzgahların oğurluq olması, haradan əldə etməsi barədə bir söz deməmişdir.O da İlkini çoxdan tanıdığından, aralarında dostluq münasibətləri olduğundan İlkinə inanaraq xahişini etdiyi iki ədəd dəzgahları ondan təhvil alaraq bir-bir daşıyıb məhəllərindəki zibil quyusunda gizlətmişdir, sonradan da artıq İlkin həbs olunduqdan sonra polislər ondan həmin dəzgahlar barədə soruşduqda özü könüllü surətdə həmin dəzgahların yerini polis əməkdaşlarına göstərmişdir, lakin İlkin ona həmin əşyaların oğurluq olması barədə bir söz deməmişdir, nə də ki, o, İlkinlə əlbir olaraq törətdiyi oğurluqda iştirak etməmişdir.Ona görə də, hazırda ona elan olunmuş ittihamla razı deyil, özümü təqsirli bilmir.İlkin oğurluq etməsi barədə həmin vaxt ona bir söz deməmişdir, o da İlkindən bu barədə heç nə soruşmamışdır, sadəcə olaraq soruşmuşdur ki, xətalı bir iş yoxdur ki, İlkin də onu arxayın etmişdir ki, heç bir problem yoxdur, narahat olmasın. İlkinin ona həmin əşyaları gizltməsini deyil, özundə saxlamağını xahiş etmişdir, lakin o, evlərində artıq sorğu-sual olmasın deyə həmin əşyaları evə aparmayıb zibillikdə gizlətmişdir.İlkini çoxdan tanıdığından, aralarında dostluq münasibətləri olduğundan ona həmişə etibar etmişdir, ona görə də İlkindən şübhələnməmişdir, həm də ki, İlkin onu arxayın etmişdir ki, heç bir narahatçılıq yoxdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin əməlin törədilməsində təqsiri olmadığına görə məhkəmədən onun barəsində ittiham olunduğu maddələr üzrə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən Bünyad Sərdarov adına Polad Tökmə zavodunun 7 saylı Sexinin ərazisində fəaliyyət göstərən ona məxsus pəncərə sexindən 30.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək olan müddət ərzində baş vermiş oğurluq hadisəsi zamanı oradan bir ədəd 30 manat dəyərində təzə açar dəsti, bir ədəd “Bosch” markalı “GKF550” modelli 250 manat dəyərində təzə lazer aparatı, bir ədəd “Volyet” markalı 50 manat dəyərində işlənmiş boyavuran aparat, bir ədəd “Bosch” markalı “GST 100 BCE” modelli 300 manat dəyərində işlənmiş lobzik, bir ədəd “Özçelik” markalı 800 manat dəyərində işlənmiş elektrik mişarı, bir ədəd “Özçelik” markalı 800 manat dəyərində işlənmiş elektrik mişarı, bir ədəd “Bosch” markalı “AL1820CV” modelli 350 manat dəyərində işlənmiş adaptor, bir ədəd “Jonway” markalı 400 manat dəyərində istifadə olunmuş hava kompressoru, bir ədəd “Yato YT-622” markalı 25 manat dəyərində 3 predmetdən ibarət təzə yegə dəsti, bir ədəd 100 manat dəyərində işlənmiş elektrik uzadıcısı, bir ədəd “Royce F30” markalı 55 manat dəyərində təzə elektrik dreli, bir ədəd 40 manat dəyərində taxta qutunun içərisində olan taxta dəstəkli təzə yegə, bir ədəd 350 manat dəyərində istifadə olunmuş dəlik açan dəzgah, bir ədəd 1200 manat dəyərində taxta kəsən dəzgah, bir ədəd “Bosch” markalı 250 manat dəyərində elektrik prefaratoru, ümumi dəyəri 350 manat olan dörd ədəd elektrik drelləri, bir ədəd “Bosch” markalı 250 manat dəyərində vibrakəsim dəzgahı, bir ədəd 300 manat dəyərində lazer ölçən cihaz, bir ədəd 400 manat dəyərində qaynaq aparatı, bir ədəd “Kitay” markalı 400 manat dəyərində elektrik mişarı, bir ədəd “Makita” markalı 350 manat dəyərində elektrik mişarı, bir ədəd “Yato” markalı 100 manat dəyərində avtomobil açarları dəsti, bir ədəd 150 manat dəyərində taxta rəndə, üç ədəd 500 manat dəyərində ölçü alətləri, bir ədəd 150 manat dəyərində taxta oyma iskənə, bir ədəd 100 manat dəyərində laqonda, bir ədəd 50 manat dəyərində mıx vuran kompressor oğurlanmaqla ümumilikdə ona 8100 manat məbləğində maddi zərər dəymişdir. Ona görə də cinayət işi üzrə alımış məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil, belə ki, əvvəla, həmin rəydə emalatxanasından oğurlanmış və istintaq zamanı yeri müəyyən edilməyən on üç ədəd alət və dəzgahının dəyəri göstərilməyib, sonrası da ki, hər birini 800 manata aldığı «Özçelik» markalı dəzgahların qiyməti cəmi 300-350 manat civarında göstərilmişdir, ekspert rəyində göstərilən qiymətlər əksər hissəsində onun həmin əmlakı alarkən ödədiyi qiymətlərlə heç uyğun gəlmir, əşyalarının dəyəri çox aşağı qiymətləndirilmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs - təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi rayon polis İdarəsinin 4-cü Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır.Belə ki, 04.01.2021-ci il tarixdə səhər saatlarında xidmətdə olarkən ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs onlara müraciət edərək bildirmişdir ki, ona məxsus, ünvan 4 ünvanında yerləşən Bünyad Sərdarov adına Poladtökmə zavodunun 7 saylı Sexinin ərazisində fəaliyyət göstərən pəncərə sexindən 30.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək olan müddət ərzində oğurluq baş verib. Həmin müraciətlə əlaqədar hadisə yerinə getdikdə müəyyən etmişlər ki, həqiqətən də qeyd olunan pəncərə sexinin arxa divarının yuxarı hissəsində yerləşən qoşa laylı plastik nəfəslik pəncərə və üzərində olan qoruyucu dəmir barmaqlıq yerindən çıxarılmaqla yerində yaranmış dəlikdən sexin içərisinə qanunsuz daxil olunub, sexin içərisindəki əşyalar dağınıq vəziyyətdədir və hadisə yerində olan müraciət müəllifi Zərərçəkmiş şəxs deməsinə görə, sexindən təxminən 6000(altı min) manat dəyərində müxtəlif çeşidli plastik pəncərə təmir-quraşdırma avadanlıqları, plastmass və taxta kəsən dəzgahları, qaynaq və lazer cihazları, elektrik drelləri, müxtəlif açar dəstləri, hava kompressoru və digər əmlakı oğurlanıb. Dərhal hadisə ilə əlaqədar ətrafda yaşayan sakinlər və obyektlərin işçiləri ilə kəşfiyyat xarakterli söhbətlər apararaq müəyyən etmişlər ki, baş vermiş hadisənin törədilməsində oğurluq olan sexin qonşuluğunda yaşayan X5 və Təqsirləndirilən şəxs şübhəlidirlər. İlk olaraq İlkin Nəcəfovun yerini müəyyən edərək saxlamışlar, elə ilk sorğu-sual zamanı İlkin Nəcəfov qonşuluqdakı pəncərə sexindən 02.01.2021-ci il tarixdə gecə saatlarında oğurluq törətməsini etiraf edərək taladığı əmlakın bir hissəsinin özündə olmasını, bir hissəsinin isə qonşuluqda yaşayan dostu Təqsirləndirilən şəxs olmasını bildirmiş və özündə olan oğurluq əşyaları həyətində gizlətdiyi saxlanc yerində göstərərək istintaq orqanına təqdim etmişdir. Təxminən iki gündən sonra isə törətdiyi oğurluqda İlkin Nəcəfovla birlikdə iştirak etmiş dostu Təqsirləndirilən şəxs da yerini müəyyən edərək saxlamışlar, o da öz növbəsində həmin oğurluqda iştirakınını etiraf edərək pəncərə sexindən taladıqları əmlakın bir hissəsi olan iki ədəd iri qabaritli dəzgahları yaşadığı evin yaxınlığındakı zibillikdə gizlətdiyi yerdən çıxararaq istintaqa təqdim etmişdir. Bundan sonra hər ikisi şübhəli şəxs kimi saxlanılmışlar, İlkin Nəcəfov həbs olunsa da, Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmişdir, buna baxmayaraq əldə etdiyi məlumata görə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini qərəzli olaraq pozmaqla təyin olunmuş saatlarda yaşadığı ünvanda olmur, yenə də cinayətə meyillilik nümayiş etdirməkdədir, son vaxtlar isə ümumiyyətlə yaşadığı ünvanı tərk edərək Lənkəran rayonuna qaçmışdır, bunu onun atası Ramil özü də ona təsdiq etmişdir.İlkin Nəcəfov tərəflərindən saxlanılarkən törətdiyi oğurluğu etiraf edərək həmin hadisəni dostu Təqsirləndirilən şəxs ilə birlikdə törətdiklərini, talanmış əmlakı aralarında bölüşdürməklə, bir hissəsini özündə saxladığını, bir hissəsinin isə Coşqun tərəfindən götürülüb aparıldığını bildirmişdir.Həmçinin də, sonradan saxlanılan Təqsirləndirilən şəxs də İlkinlə birlikdə oğurluqda iştirak etdiyini etiraf edərək talanmış əmlakın özündə saxlanılan hissəsini gizlətdiyi yeri göstərməklə təqdim etmişdir. Hazırda onların hadisənin tək İlkin tərəfindən törədilməsi barədə ifadə vermələri anlaşılandır, ona görə ki, onlar cinayətə meyilli, avaraçılıqla məşğul olan, savadsız şəxslər olsalar da bütün günlərini çöl-bayırda cinayətkar ünsürlərlə keçirdiklərindən çox yaxşı bilirlər ki, cinayətin törədilməsində bir qrup şəxs halında iştirak etmək, onların sözü ilə desə, “qruppovoy cinayətə” görə məsuliyyət və cəza daha ağır olur, ona görə də hazırda istintaqa qeyri-səmimi və özünü müdafiə xarakterli ifadələr verməklə daha yüngül cəza ilə məsuliyyətdən yayınmağa çalışırlar. Onların həmin cinayəti birlikdə törətmələri şübhəsizdir, ona görə ki, hadisə yerini və talanmış əmlakı nəzərdə keçirdikdə açıq-aydın görünür ki, bu qədər sayda, ağır çəkidə və iri qabaritlərdə əşyaların fiziki cəhətdən elə də bir güclü olmayan tək bir İlkin Nəcəfov tərəfindən boyca özündən iki dəfə hündür məsafəyə qaldıraraq orada yaratıdığı balaca dəlikdən zədələmədən səliqəli halda çıxararaq sexin bayır tərəfindən yerə düşürməsi, onları qısa zaman kəsiyində bir-bir xeyli aralı məsafədə yerləşən yaşadığı ünvana daşıması, sexin yuxarı hissəsində yerləşən pəncərənin üzərinə vurulmuş və hər bir tərəfdən divara bərkidilmiş qoruyucu dəmir barmaqlığı və sonra da divara bərkidilmiş pəncərənin özünü tək halda İlkin Nəcəfov tərəfindən güc gəlinərək yerindən çıxarılması fiziki və texniki baxımdan qeyri-mümkündür. Sonrası da ki, əgər özlərinin dedikləri kimi, İlkin Coşquna oğurluq törətməsi barədə heç nə bildirməmişdirsə, nə üçün sonuncu onun saxlanması üçün verdiyi əşyaları evinə aparmaq əvəzinə aparıb ümumi zibillikdə tullantıların altında gizlədirdi, deməli Coşqun çox gözəl bilirmiş ki, həmin əşyalar oğurluqdur, özü də haradan oğurlanıb, məhz buna görə də qonşuluğunda törədilmiş hadisədə onlar şübhələnərək evində və həyətində axtarış aparılacağından ehtiyat edərək həmin əşyaları evində deyil, zibillikdə gizlətmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, Binəqədi rayon polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır.Belə ki, 04.01.2021-ci il tarixdə səhər saatlarında xidmətdə olarkən ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs onlara müraciət edərək bildirmişdir ki, ona məxsus, ünvan 4 ünvanında yerləşən Bünyad Sərdarov adına Poladtökmə zavodunun 7 saylı Sexinin ərazisində fəaliyyət göstərən pəncərə sexindən 30.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək olan müddət ərzində oğurluq baş verib. Həmin müraciətlə əlaqədar hadisə yerinə getdikdə müəyyən etmişlər ki, həqiqətən də qeyd olunan pəncərə sexinin arxa divarının yuxarı hissəsində yerləşən qoşa laylı plastik nəfəslik pəncərə və üzərində olan qoruyucu dəmir barmaqlıq yerindən çıxarılmaqla yerində yaranmış dəlikdən sexin içərisinə qanunsuz daxil olunub, sexin içərisindəki əşyalar dağınıq vəziyyətdədir və hadisə yerində olan müraciət müəllifi Zərərçəkmiş şəxs deməsinə görə, sexindən təxminən 6000(altı min) manat dəyərində müxtəlif çeşidli plastik pəncərə təmir-quraşdırma avadanlıqları, plastmass və taxta kəsən dəzgahları, qaynaq və lazer cihazları, elektrik drelləri, müxtəlif açar dəstləri, hava kompressoru və digər əmlakı oğurlanıb. Dərhal hadisə ilə əlaqədar ətrafda yaşayan sakinlər və obyektlərin işçiləri ilə kəşfiyyat xarakterli söhbətlər apararaq müəyyən etmişlər ki, baş vermiş hadisənin törədilməsində oğurluq olan sexin qonşuluğunda yaşayan X5 və Təqsirləndirilən şəxs şübhəlidirlər.İlk olaraq İlkin Nəcəfovun yerini müəyyən edərək saxlamışlar, elə ilk sorğu-sual zamanı İlkin Nəcəfov qonşuluqdakı pəncərə sexindən 02.01.2021-ci il tarixdə gecə saatlarında oğurluq törətməsini etiraf edərək taladığı əmlakın bir hissəsinin özündə olmasını, bir hissəsinin isə qonşuluqda yaşayan dostu Təqsirləndirilən şəxs olmasını bildirmiş və özündə olan oğurluq əşyaları həyətində gizlətdiyi saxlanc yerində göstərərək istintaq orqanına təqdim etmişdir.Təxminən iki gündən sonra isə törətdiyi oğurluqda İlkin Nəcəfovla birlikdə iştirak etmiş dostu Təqsirləndirilən şəxs da yerini müəyyən edərək saxlamışlar, o da öz növbəsində həmin oğurluqda iştirakınını etiraf edərək pəncərə sexindən taladıqları əmlakın bir hissəsi olan iki ədəd iri qabaritli dəzgahları yaşadığı evin yaxınlığındakı zibillikdə gizlətdiyi yerdən çıxararaq istintaqa təqdim etmişdir.Bundan sonra hər ikisi şübhəli şəxs kimi saxlanılmışlar, İlkin Nəcəfov həbs olunsa da, Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmişdir, buna baxmayaraq əldə etdiyi məlumata görə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini qərəzli olaraq pozmaqla təyin olunmuş saatlarda yaşadığı ünvanda olmur, yenə də cinayətə meyillilik nümayiş etdirməkdədir, son vaxtlar isə ümumiyyətlə yaşadığı ünvanı tərk edərək Lənkəran rayonuna qaçmışdır, bunu onun atası Ramil özü də ona təsdiq etmişdir. Bunun nəticəsidir ki, Coşqun istintaq orqanından yayınmaqla rəsmi axtarışa düşmüşdür, lakin 06.04.2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Coşqun tutularaq istintaq orqanına təhvil verilmişdir. İlkin Nəcəfov tərəflərindən saxlanılarkən törətdiyi oğurluğu etiraf edərək həmin hadisəni dostu Təqsirləndirilən şəxs ilə birlikdə törətdiklərini, talanmış əmlakı aralarında bölüşdürməklə, bir hissəsini özündə saxladığını, bir hissəsinin isə Coşqun tərəfindən götürülüb aparıldığını bildirmişdir.Həmçinin də, sonradan saxlanılan Təqsirləndirilən şəxs də İlkinlə birlikdə oğurluqda iştirak etdiyini etiraf edərək talanmış əmlakın özündə saxlanılan hissəsini gizlətdiyi yeri göstərməklə təqdim etmişdir. Hazırda onların hadisənin tək İlkin tərəfindən törədilməsi barədə ifadə vermələri anlaşılandır, ona görə ki, onlar cinayətə meyilli, avaraçılıqla məşğul olan, savadsız şəxslər olsalar da bütün günlərini çöl-bayırda cinayətkar ünsürlərlə keçirdiklərindən çox yaxşı bilirlər ki, cinayətin törədilməsində bir qrup şəxs halında iştirak etmək, onların sözü ilə desə, “qrup cinayətinə” görə məsuliyyət və cəza daha ağır olur, ona görə də hazırda istintaqa qeyri-səmimi və özünü müdafiə xarakterli ifadələr verməklə daha yüngül cəza ilə məsuliyyətdən yayınmağa çalışırlar. Onların həmin cinayəti birlikdə törətmələri şübhəsizdir, ona görə ki, hadisə yerini və talanmış əmlakı nəzərdə keçirdikdə açıqaydın görünür ki, bu qədər sayda, ağır çəkidə və iri qabaritlərdə əşyaların fiziki cəhətdən elə də bir güclü olmayan tək bir İlkin Nəcəfov tərəfindən boyca özündən iki dəfə hündür məsafəyə qaldıraraq orada yaratıdığı balaca dəlikdən zədələmədən səliqəli halda çıxararaq sexin bayır tərəfindən yerə düşürməsi, onları qısa zaman kəsiyində bir-bir xeyli aralı məsafədə yerləşən yaşadığı ünvana daşıması, sexin yuxarı hissəsində yerləşən pəncərənin üzərinə vurulmuş və hər bir tərəfdən divara bərkidilmiş qoruyucu dəmir barmaqlığı və sonra da divara bərkidilmiş pəncərənin özünü tək halda İlkin Nəcəfov tərəfindən güc gəlinərək yerindən çıxarılması fiziki və texniki baxımdan qeyri-mümkündür. Sonrası da ki, əgər özlərinin dedikləri kimi, İlkin Coşquna oğurluq törətməsi barədə heç nə bildirməmişdirsə, nə üçün sonuncu onun saxlanması üçün verdiyi əşyaları evinə aparmaq əvəzinə aparıb ümumi zibillikdə tullantıların altında gizlədirdi, deməli Coşqun çox gözəl bilirmiş ki, həmin əşyalar oğurluqdur, özü də haradan oğurlanıb, məhz buna görə də qonşuluğunda törədilmiş hadisədə onlar şübhələnərək evində və həyətində axtarış aparılacağından ehtiyat edərək həmin əşyaları evində deyil, zibillikdə gizlətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 19.03.2021-ci il tarixli 9/803 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatlarına təqdim olunmuş 01 ədəd təzə açar dəstinin dəyəri 20 manat; bir ədəd “Bosch” markalı “GKF550” modelli təzə lazer dəyəri aparatının120 manat; bir ədəd “Volyet” markalı işlənmiş boyavuran aparatının dəyəri 50 manat; bir ədəd “Bosch” markalı “GST 100 BCE” modelli işlənmiş lobzikin dəyəri 150 manat; bir ədəd “Özçelik” markalı işlənmiş elektrik mişarının dəyəri 300 manat; bir ədəd “Özçelik” markalı işlənmiş elektrik mişarının dəyəri 350 manat; bir ədəd “Bosch” markalı “AL1820CV” modelli işlənmiş adaptorun dəyəri 15 manat; bir ədəd “Jonway” markalı istifadə olunmuş hava kompressorunun dəyəri 160 manat; bir ədəd “Yato YT-622” markalı 3 predmetdən ibarət təzə yegə dəstinin dəyəri 10 manat; bir ədəd işlənmiş elektrik uzadıcısının dəyəri 30 manat; bir ədəd “Royce F30” markalı təzə elektrik drelinin dəyəri 55 manat; bir ədəd taxta qutunun içərisində olan taxta dəstəkli təzə yegənin dəyəri 40 manat; bir ədəd istifadə olunmuş dəzgahın dəyəri 350 manat müəyyən edilməklə ümumilikdə ekspertiza tədqiqatlarına təqdim edilmiş əşya və predmetlərin dəyəri 1650(bir min altı yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri cinayət işi üzrə dinirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin materialları ilə tam sübut olunduğundan o, ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, onun cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdən 06 aprel 2021-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 3 (üç) ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bundan başqa, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 06 yanvar 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİnin İŞ-nin müstəntiqi, polis mayoru İlqar Həmidov tərəfindən qəbul olunmuş qərara əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə tutulmuşdur.Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-9/2021 saylı, 07.01.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəlinin 06 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır.Bundan sonra, Təqsirləndirilən şəxs ev dustaqlığı qətimkan tədbirinin tələblərini pozduğuna görə onun barəsində 29 mart 2021-ci il tarixdə axtarış elan edilməsi və tutulması barədə qərar qəbul olunmuş və o, 06.04.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və bundan sonra, Binəqədi rayon Məhkəməsinin 4(001)-324/2021 saylı, 07.04.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və tutmanın əvvəli 06 aprel 2021-ci il tarixdən hesablanmış və sonradan həbs qətimkan tədbiri Binəqədi Rayon Məhkəməsinin 4(001)-639/2021 saylı, 28.06.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti 20 gün müddətə, 18.07.2021-ci il tarixədək uzadılmışdır. Həmçinin, məhkəmə hesab edir ki, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - bir ədəd 30 manat dəyərində təzə açar dəsti, bir ədəd “Bosch” markalı “GKF550” modelli 250 manat dəyərində təzə lazer aparatı, bir ədəd “Volyet” markalı 50 manat dəyərində işlənmiş boyavuran aparatı, bir ədəd “Bosch” markalı “GST 100 BCE” modelli 300 manat dəyərində işlənmiş lobzik, bir ədəd “Özçelik” markalı 800 manat dəyərində işlənmiş elektrik mişarı, bir ədəd “Özçelik” markalı 800 manat dəyərində işlənmiş elektrik mişarı, bir ədəd “Bosch” markalı “AL1820CV” modelli 350 manat dəyərində işlənmiş adaptor, bir ədəd “Jonway” markalı 400 manat dəyərində istifadə olunmuş hava kompressoru, bir ədəd “Yato YT-622” markalı 25 manat dəyərində 3 predmetdən ibarət təzə yegə dəsti, bir ədəd 100 manat dəyərində işlənmiş elektrik uzadıcısı, bir ədəd “Royce F30” markalı 55 manat dəyərində təzə elektrik drel, bir ədəd 40 manat dəyərində taxta qutunun içərisində olan taxta dəstəkli təzə yegə, bir ədəd 350 manat dəyərində istifadə olunmuş dəzgah, bir ədəd 1200 manat dəyərində taxta kəsən dəzgah, bir ədəd “Bosch” markalı 250 manat dəyərində elektrik prefarator, dörd ədəd 350 manat dəyərində elektrik drel, bir ədəd “Bosch” markalı 250 manat dəyərində vibrakəsim dəzgah, bir ədəd 300 manat dəyərində lazer ölçən cihaz, bir ədəd 400 manat dəyərində qaynaq aparatı, bir ədəd “Kitay” markalı 400 manat dəyərində elektrik mişarı, bir ədəd “Makita” markalı 350 manat dəyərində elektrik mişarı, bir ədəd “Yato” markalı 100 manat dəyərində avtomobil açarları dəsti, bir ədəd 150 manat dəyərində taxta rəndə, üç ədəd 500 manat dəyərində ölçü alətləri, bir ədəd 150 manat dəyərində taxta oyma iskənə, bir ədəd 100 manat dəyərində laqonda, bir ədəd 50 manat dəyərində mıx vuran kompressorunun sahibi – Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınsın. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdən 06 aprel 2021-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 3 (üç) ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 06.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübutların bir ədəd 30 manat dəyərində təzə açar dəsti, bir ədəd “Bosch” markalı “GKF550” modelli 250 manat dəyərində təzə lazer aparatı, bir ədəd “Volyet” markalı 50 manat dəyərində işlənmiş boyavuran aparatı, bir ədəd “Bosch” markalı “GST 100 BCE” modelli 300 manat dəyərində işlənmiş lobzik, bir ədəd “Özçelik” markalı 800 manat dəyərində işlənmiş elektrik mişarı, bir ədəd “Özçelik” markalı 800 manat dəyərində işlənmiş elektrik mişarı, bir ədəd “Bosch” markalı “AL1820CV” modelli 350 manat dəyərində işlənmiş adaptor, bir ədəd “Jonway” markalı 400 manat dəyərində istifadə olunmuş hava kompressoru, bir ədəd “Yato YT-622” markalı 25 manat dəyərində 3 predmetdən ibarət təzə yegə dəsti, bir ədəd 100 manat dəyərində işlənmiş elektrik uzadıcısı, bir ədəd “Royce F30” markalı 55 manat dəyərində təzə elektrik drel, bir ədəd 40 manat dəyərində taxta qutunun içərisində olan taxta dəstəkli təzə yegə, bir ədəd 350 manat dəyərində istifadə olunmuş dəzgah, bir ədəd 1200 manat dəyərində taxta kəsən dəzgah, bir ədəd “Bosch” markalı 250 manat dəyərində elektrik prefarator, dörd ədəd 350 manat dəyərində elektrik drel, bir ədəd “Bosch” markalı 250 manat dəyərində vibrakəsim dəzgah, bir ədəd 300 manat dəyərində lazer ölçən cihaz, bir ədəd 400 manat dəyərində qaynaq aparatı, bir ədəd “Kitay” markalı 400 manat dəyərində elektrik mişarı, bir ədəd “Makita” markalı 350 manat dəyərində elektrik mişarı, bir ədəd “Yato” markalı 100 manat dəyərində avtomobil açarları dəsti, bir ədəd 150 manat dəyərində taxta rəndə, üç ədəd 500 manat dəyərində ölçü alətləri, bir ədəd 150 manat dəyərində taxta oyma iskənə, bir ədəd 100 manat dəyərində laqonda, bir ədəd 50 manat dəyərində mıx vuran kompressorunun sahibi – Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-346/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-346/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver