Məhkəmə qərarları › İş №1(001)-346/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-346/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-346/2022 07.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X8, Müdafiəçi1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçının nümyəndəsi) Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə,

2. xx.xx.1996-cı il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (cəzasını çəkib qurtarmamış), Quba rayonu, Rustov Ə/D, Rüstov kəndində qeydiyyatında olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 2 ünvanının qarşısında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 3 ünvanının yaxınlığında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 4 ünvanın qarşısında yolun kənarında quraşdırılmış 02 ədəd və vahid niyyətlə əhatə edilən qəsdlə cinayət əməllərini davam etdirərək ünvan 5 ünvanın qarşısında yolun kənarında quraşdırılmış 02 ədəd, həmin tarixdə gecə saat 04 radələrində Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki “Çermet” adlanan körpünün yaxınlığında, Yusifzadə küçəsi, ev 21 ünvanının qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla hər birinin dəyəri 175 manat təşkil edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus ümumilikdə 05 ədəd su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə cəmi 875 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi 10 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 6 ünvanının qarşısında yolun kənarında quraşdırılmış 02 ədəd və vahid niyyətlə əhatə edilən qəsdlə cinayət əməllərini davam etdirərək həmin prospektin, ev 21 ünvanının qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd, həmin tarixdə gecə saat 04 radələrində ünvan 7 ünvanın qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd, həmçinin, ünvan 8 ünvanın qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla, hər birinin dəyəri 175 manat təşkil edən ümumilikdə 05 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə cəmi 875 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi 11 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 9 ünvanın qarşısında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə cəmi 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi 12 dekabr 2021-ci il tarixdə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 30nın qarşısında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə cəmi 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 10 ünvanında yerləşən “HB” avtoservisin yaxınlığında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 11 ünvanında yerləşən “Tayqa” marketin yaxınlığında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 12 ünvanda yerləşən “White” şadlıq sarayının yaxınlğında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 13 ünvanın yaxınlığında olan avtobus dayanacağının qarşısında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 14 ünvanında yerləşən “AKB” inşaat mağazasının yaxınlğında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 15 ünvanında yerləşən Bakı Polad Əritmə Zavodunun yaxınlğında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi 19 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 17 ünvanında yerləşən Azərişıq İdarəsinin Biləcəri Enerji İstismarı şöbəsinin yaxınlığında yolun kənarında quraşdırılmış hər birinin dəyəri 175 manat təşkil edən 03 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə cəmi 525 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 18 ünvanın qarşısında yolun kənarında quraşdırılmış dəyəri 175 manat təşkil edən 01 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 fevral 2022-ci il tarixdə gecə saat 03 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 19 ünvanındakı “Kəmalə-Nərmin” restoranın qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd, həmin tarixdə gecə saat 04 radələrində vahid niyyətlə əhatə edilən qəsdlə cinayət əməllərini davam etdirərək ünvan 30nın qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla hər birinin dəyəri 175 manat təşkil edən cəmi 02 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 fevral 2022-ci il tarixdə gecə saat 03 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 20 ünvandakı “Prins” şadlıq evinin qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd, həmin tarixdə saat 04 radələrində vahid niyyətlə əhatə edilən qəsdlə cinayət əməllərini davam etdirərək ünvan 32 qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla hər birinin dəyəri 175 manat təşkil edən, ümumilikdə 02 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə cəmi 350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 10 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd gümüşü kağızdan olan bükümündə təmiz çəkisi 1,122 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayıb daşıyaraq, 11 fevral 2022-ci il tarixdə saat 21:20-da ünvan 21 ünvanında Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış və ünvan 23 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağızdan olan bükümündə təmiz çəkisi 1,122 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 fevral 2022-ci il tarixdə gecə saat 03 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 20 ünvandakı “Prins” şadlıq evinin qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd, həmin tarixdə saat 04 radələrində vahid niyyətlə əhatə edilən qəsdlə cinayət əməllərini davam etdirərək ünvan 32 qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla hər birinin dəyəri 175 manat təşkil edən ümumilikdə 02 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə cəmi 350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 11 fevral 2022-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd gümüşü kağızdan olan bükümdə təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayıb daşıyaraq, 12 fevral 2022-ci il tarixdə saat 10:20-də ünvan 24 ünvanının yaxınlığında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış və ünvan 26 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman ənində olan göy rəngli, cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü kağızdan olan bükümdə təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğundan narkotik vasitələrdən istifadə etmişdir. İşləmədiyindən fərdi olaraq müxtəlif yerlərdən, zibilliklərdən tullantı metalları yığaraq aparıb satmaqla pul əldə etmişdir. Pula ehtiyacı olduğundan o, oğurluqlar etmiş və əldə etdiyi pulları narkotik vasitə almağa sərf etmişdir. 2021-ci ilin dekabr ayından başlayaraq o, qərara gəlmişdir ki, gecə vaxtı kimsəsiz yerlərdə yolların kənarında yerləşən su otürücüləri qurğularının dəmir barmaqlıqlarını oğurlayıb digər tullantılar ilə birlikdə metal qəbulu məntəqələrinə satsın. O, 07 dekabr 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, “Yeganə” şadlıq sarayından avtomobillərin yerüstü körpüsü istiqamətinə yolun sağı ilə getdikdə yaşıllıq hissənin qarşısında, yolun kənarında quraşdırılmış 01 ədəd su otürücüləri qurğularının dəmir barmağını gizli olaraq talayayıb oğurlamışdır. Bundan başqa, o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 115 nömrəli orta məktəbin yaxınlığında, yolun kənarında quraşdırılmış 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq oğurlamışdır. Pula ehtiyacı olduğundan o, 09 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi, yolun kənarında qırmızı rəngli metlax və ağ hasarı olan yerlərdə ətrafda sakitçiliyin olmasından istifadə edərək yolun kənarında quraşdırılmış 02 ədəd və bunun yaxınlığında olan, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, qonşu binaların qarşısında yolun kənarında quraşdırılmış 02 ədəd, ümumilikdə 04 ədəd su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq oğurlamışdır. Eyni məqsədlə o, 09 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində havanın qaranlıq olaraq ətrafda digər şəxslərin olmamasından istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki “Çermet” adlanan körpünün yaxınlığında, yolun kənarında quraşdırılmış 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq oğurlamışdır. Bundan başqa, Binəqədi rayonu, Ayna Sultanova adına parkın qarşısındakı körpünün yanında, Ziya Bünyadov prospektindəki binaların qarşısında olanda 10 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək yolun kənarında quraşdırılmış 02 ədəd və həmin prospektdə, biraz aralıda olan evlərin qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla ümumilikdə 03 ədəd su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb oğurluq etmişdir. Sonra həmin yerlərdə dəmir yığanda ünvanların ünvan 27 bilmişdir. Bundan başqa, 10 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində yenə də Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsinə getmiş, əvvəl oğurluq etdiyi yerdən biraz aralıda, ev 55 ünvanın qarşısında ətrafda digər şəxslərin olmamasından istifadə edərək yolun kənarında quraşdırılmış 01 ədəd və onun yaxınlığındakı, Svetlana Məmmədova küçəsi, ev 57 ünvanın qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd, cəmi 02 ədəd su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayayıb oğurlamışdır. O, 11 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində ünvan 9 ünvanın qarşısında olanda ətrafda digər şəxslərin olmamasından istifadə edərək yolun kənarında quraşdırılmış 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını oğurlamışdır. Həmin yerdə dəfələrlə olduğundan ünvanını bilir. Bundan başqa, o, 12 dekabr 2021-ci il tarixdə saat 04 radələrində Binəqədi rayonu, C.Xəndan küçəsində olanda ətrafda digər şəxslərin olmamasından istifadə edərək 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq oğurlamışdır. Həmçinin, oğurluq məqsədilə o, 13 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “HB” avtoservisin yaxınlığında olanda ətrafda digər şəxslərin olmamasından istifadə edərək yolun kənarından 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayayıb oğurlamışdır. Bundan başqa, 14 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində havanın qaranlıq olaraq ətrafda digər şəxslərin olmamasından istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “Tayqa” marketin yaxınlığında olanda şosenin kənarından 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayayıb oğurlamışdır. Bundan başqa, 15 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində havanın qaranlıq olaraq ətrafda digər şəxslərin olmamasından istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “White” şadlıq sarayının yaxınlğında 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayayıb oğurlamışdır. Həmçinin, o, 16 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində havanın qaranlıq olaraq ətrafda digər şəxslərin olmamasından istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 36 ünvanın yaxınlığında olan avtobus dayanacağının yanında quraşdırılmış 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayayıb oğurlamışdır. Həmçinin, 17 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində havanın qaranlıq olaraq ətrafda digər şəxslərin olmamasından istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “AKB” inşaat mağazasının yaxınlğında yolun kənarından 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayayıb oğurlamışdır. Sabahısı gecə, yəni 18 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Şossesi, Bakı Polad Əritmə Zavodunun yaxınlğında ətrafda digər şəxslərin olmamasından istifadə edərək yolun kənasrından 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayayıb oğurlamışdır. 19 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən Azərişıq İdarəsinin Biləcəri Enerji İstismarı şöbəsinin yaxınlığında ətrafda digər şəxslərin olmamasından istifadə yolun kənarında quraşdırılmış 03 ədəd su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayayıb oğurlamışdır. Bundan başqa, o, 20 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində “20 Yanvar” küçəsinə, gül mağazasının yaxınlığında, yaşıllıq olan yerdə, ətrafda digər şəxslərin olmamasından istifadə edərək yolun kənarından 01 ədəd su otürücüləri qurğularının dəmir barmaqlığını gizli olaraq talayayıb oğurlamışdır. Daha sonra, 07 fevral 2022-ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində, “Kəmalə-Nərmin” restoranın qarşısında ətrafda digər şəxslərin olmamasından istifadə edərək yolun kənarında quraşdırılmış 01 ədəd, həmin tarixdə gecə saat 04 radələrində Binəqədi rayonu, C.Xəndan küçəsində yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla cəmi 02 ədəd su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayayıb oğurlamışdır. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Onu da qeyd edir ki, Təvəkkül də onun kimi narkotik vasitə aludəçisidir. Təvəkkülün pula ehtiyacı olduğundan onunla razılaşmışdır, odur ki, 08 fevral 2022-ci il tarixdə gecə saat 03 radələrində Binəqədi rayonu, S.Bəhlulzadə küçəsindəki “Prins” şadlıq evinin qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd və Atatürk prospekti, Ayna Sultanova adına parkın böyür tərəfindəki mağazaların qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla, ümumilikdə 02 ədəd su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq birlikdə oğurlamışlar. Oğurluq edən zaman onu, eləcə də bir dəfə birlikdə oğurluq etdiyi Təvəkkülü heç kim görməmiş, bu əməllərində digər şəxslərin iştirakları olmamışdır. 08 fevral 2022-ci il tarixdə səhər açıldıqdan sonra o, gecədən oğurladığı lyuk barmaqlıqlarını götürüb Binəqədi şosesinə Şahid6 işlədiyi metal qəbulu məntəqəsinə apararaq digər tullantılara qarışdırıb satmış və sonuncuya həmin barmaqlıqları zibilxanadan tapdığını demişdir. Əldə etdiyi pulun yarısını tanışı Təvəkküllə vermişdir. Özünə qalan pula isə şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. 10 fevral 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu «Papanin» adlanan ərazidən üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manata el arasında “kakos” adlanan narkotik vasitəni alıb üzərində saxlamışdır ki, münasib vaxtda istifadə etsin. 11 fevral 2022-ci il tarixdə saat təxminən 21 radələrində ünvan 29 ünvanında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 5-cı PB-nə dəvət edib gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Binəqədi RPİ-nin 5-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında şəxsi axtarış keçirilərkən ona edilən təklif əsasında əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Həmin narkotik vasitədən başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, vurulmuş maddi ziyanı ödəməyə imkanının olmamasını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 234.1ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır və o, işsiz olduğundan metal tullantılarını yığıb sataraq pul əldə edir və pula narkotik vasitə əldə edir. 08 fevral 2022-ci il tarixdə təxminən gecə saatlarında o, tanışı Seymur ilə birlikdə olan zaman Seymur ona təklif etmişdir ki, birlikdə gedib gecə vaxtı kimsəsiz yerlərdə yolların kənarında yerləşən su otürücüləri qurğularının dəmir barmaqlıqlarını oğurlasınlar, sonra onları özü satıb onun pulunu verəcəkdir. O, psixotrop maddə olan metamfetamin almaq üçün pul əldə etmək niyyəti olduğundan Seymur ilə razılaşmış və onlar həmin gün saat təxminən 03 radələrində birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, “Prins” şadlıq sarayının qarşısında və daha sonra isə saat 04 radələrində Atatürk prospekti, Ayna Sultanova adına parkın yan tərəfindəki mağazaların qarşısında heç kəsin bizi görmədiyinə əmin olaraq su otürücüləri qurğularının dəmir barmaqlıqlarını oğurlamışlar. Həmin barmaqlıqları Seymurun yaşadığı evin yanına gətirmişlər və həmin yerdə saxlamışlar. Sonra o, yaşadığı evə getmişdir. Səhəri gün Seymur onunla görüşərək həmin su otürücüləri qurğularının dəmir barmaqlıqlarını metal qırıntılarına qarışdırıb 24 manata satmasını bildirərək ona 12 manat pul vermişdir. O, həmin pul ilə özü üçün psixotrop maddə alaraq istifadə etmişdir. 11 fevral 2022-ci il tarixdə saat 18 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqbailində bir bükümdə psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır. 12 fevral 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb gedən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslər onun psixtorop maddələrdən istifadə etməyi barədə şübhələr olduğunu bildirərək Binəqədi RPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 4-cü PB-yə aparılmış və orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra onun üzərindən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra masanın üzərinə qoyduğu bir ədəd gümüşü rəngli kağıza bükülmüş büküm açıldıqda bükümün içərisində nə olduğu soruşulduqda, o, həmin bükülünün metamfetamin olduğunu, onu 11 fevral 2022-ci il tarixdə saat 18 radələrində Nəsimi rayonu “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imza olunmşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, vurulmuş maddi ziyanı tam şəkildə ödəməsini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Avtomobil Yolları X12 Təminat və X13 Təşkili İdarəsinin Hüquq Şöbəsinin hüquqşunası vəzifəsində işləyir. Fəaliyyəti dövründə müəyyən edilmişdir ki, 2021-ci ilin noyabr-dekabr ayları ərzində Bakı şəhərinin bir sıra rayonlarının ərazilərindən su otürücüləri qurğularının dəmir barmaqlıqları oğurlanmışdır. Bununla bağlı Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə məktub göndərilmişdir. 2021ci ilin noyabr-dekabr ayları ərzində su otürücüləri qurğularının 26 ədədinin Binəqədi rayon ərazisindən oğurlanması nəticəsində Agentliyə 4550 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan sonra 2022-ci ilin əvvəllərində yenidən iki ədəd su otürücüləri qurğuları oğurlanmış və nəticədə Agentliyə ümumilikdə 4900 manat maddi ziyan dəymişdir. Aparılmış istintaqla sözügdən dəmir barmaqlıqların 26 ədədinin Təqsirləndirilən şəxs1 tərəfindən, 2 ədədinin isə Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması faktı onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış həmin dəmir barmaqlıqların əvəzi olaraq ümumilikdə 350 manat ödəniş etmiş və bununla da tərəfindən Agentliyə vurulmuş maddi ziyanı tamamilə ödəmişdir. Sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. Lakin Təqsirləndirilən şəxs1 tərəfindən onlara vurulmuş maddi ziyan ödənilməmişdir. Bununla bağlı da mülki iddia və sonradan iddia məbləğinin dəqiqləşdirilməsi məhz Təqsirləndirilən şəxs1 qarşı verilmişdir. Təqsirləndirilən şəxs2 qarşı isə verilmiş mülki iddiadan imtina edirlər. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, verilmiş mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxslər barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 14 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-də yol ustası işləyir. 2021-ci ilin sonlarında eşitmişdir ki, şəhərinin bir sıra rayonlarının ərazilərindən Agentliyə məxsus su otürücüləri qurğularının dəmir barmaqlıqları oğurlanmışdır. Bununla bağlı da, Agentlik tərəfindən Azərbaycan Respublikası DİN-nin müraciət edilmişdir. Oğurluq hadisəsinin baş verdiyi yerlər dəqiq yadında qalmasa da, 28 ədəd su otürücüləri qurğularının dəmir barmaqlıqlarının oğurlanmasından məlumatı olmuşdur. Bildiyi qədəri ilə baş vermiş oğurluqlar nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 4900 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantıdır. 11 fevral 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumat əməliyyat qrupu təşkil edilmişdir. 11 fevral 2022-ci il tarixdə saat 21:20 radələrində Əhmədov X7 rayonu S.S.Axundov küçəsi 2 ünvanında saxlanılmışdır. Bu zaman özlərini ona təqdim etmişlər və şübhəli olduğundan onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 isə buna etiraz etməmişdir. Bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 razılığı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş, ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümün nə olduğu soruşulduqda sonuncu gümüşü rəngli kağıza bükülmüş bükümün el arasında “kakos” adlanan narkotik maddə olduğunu onu Nəsimi rayonu “Papanin” adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin bükülü qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edildikdən sonra imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayorudur. 12 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq psixotrop maddə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və 12 fevral 2022-ci il tarixdə saat 10:20 radələrində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə, yaşadığı fərdi evin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 özlərini təqdim edərək onu şübhəli olduğundan şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 isə etiraz etməyərək şöbəyə gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs2 müdafiəçi təyin edilərək ona hüquq və vəzifələri izah edilmiş, həmçinin zərində videoçəkilişlə axtarış aparılması bildirilmişdir. Bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 razılığı ilə vəkil iştirak etmədən üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərinə olan əşyaları könüllü təqdim etməsi təklif edildikdə sonuncu əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim edərək, həmin bükümdəki maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu, onu Bakı şəhəri, Nəsimi rayonunun “Kubinka” adlanan məhəllədən 10 manat müqabilində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üərinən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə aşkar olunmuş büküm qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmiş, bu barədə protokol tərtib edildikdən sonra tərəflərindən imzalanmışdır. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid6, Şahid2 və Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və diskdən görünür ki, ünvan 19 ünvanındakı “Kəmalə-Nərmin” restoranın qarşısında, ünvan 30nın qarşısında, ünvan 31 qarşısında və ünvan 32 qarşısında yolun kənarında quraşdırılmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlıqlar oğurlanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı məktubdan görünür ki, Agentliyin 14 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin xidmət etdiyi Binəqədi və Nəsimi rayonları ərazisindəki küçə və prospektlərdə 2021-ci ilin dekabr ayı ərzində naməlum səbəblərdən yoxa çıxmış Agentliyə məxsus su ötürücüləri qurğularının dəmir barmaqlıqlarının oğurlanması nəticəsində ümumilikdə 4550 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıması və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 fevral 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq bölməyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/872 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,122 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi – 1,122 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq - 1,072 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs statusuna xitam verilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində psixotrop maddələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 fevral 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq şöbəyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli, cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızada olan maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/882 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,256 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,206 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 234.1ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 234.1-ci maddələrinə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-159/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 12 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-158/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus dəmir barmaqlıqlarının Bakı şəhəri, Binəqədi rayonu ərazisində yolların kənarlarına quraşdırılmış su otürücüləri qurğularının oğurlandığı ərazilərə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Nuriyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(059)-35/2021 nömrəli hökmü ilə CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 (iki) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-224/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 icarə əsasında işlətdiyi metal qəbulu məntəqəsinin jurnalındakı məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 2021-ci il tarixdə dekabr ayının 07, 08, 09, 11, 13, 15, 18, və 20 tarixlərində metal metal məmulatları ilə birlikdə oğurladığı su ötürücüləri qurğularının dəir barmaqlıqlarını təhvil verməsi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli, 1179 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli, 1227 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetaminin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati otağında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, üzərində narkotik vasitə olmasını etiraf edərək əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümdəki maddənin el arasında “kakos” adlanan narkotik vasitə olmasını, onu 10 fevral 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu «Papanin» adlanan ərazidən üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 (on) manata alıb üzərində saxladığını bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati otağında Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, üzərində narkotik vasitə olmasını etiraf edərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümdəki maddənin metamfetamin olduğunu, onu 11 fevral 2022-ci il tarixdə saat 18 radələrində Nəsimi rayonu “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata alıb üzərində saxladığını bildirmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 1,122 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd «DVD» disk, həmçinin Təqsirləndirilən şəxs2 aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,256 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd «DVD» disk, hadisə yerlərinin baxış protokollarına əlavə edilmiş videoçəkilişlərin 3 ədəd DVD diski, Binəqədi rayonu, Binəqədi Şossesi 294 B ünvanında yerləşən metal qəbulu məntəqəsinin VÖEN-in, icarə müqaviləsinin və metal qəbulu jurnalından 2021-ci ilin dekabr ayının çıxarışının surətləri cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, 5 ədəd «DVD» disk və Binəqədi rayonu, Binəqədi Şossesi 294 B ünvanında yerləşən metal qəbulu məntəqəsinin VÖEN-in, icarə müqaviləsinin və metal qəbulu jurnalından 2021-ci ilin dekabr ayının çıxarışının surətləri cinayət işinin materiallarına əlavə edilmişlər, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1,072 qram qalığı və psixotrop maddə metamfetaminin 0,206 qram qalığı saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin X4 Kamerasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-489/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün müddətə uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-490/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanılma müddəti 20 gün, yəni 01 iyun 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. xx.xx.2022-ci il tarixli, 21-1/203597/17 nömrəli Bakı şəhər Probasiya İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Nuriyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(059)-35/2021 nömrəli hökmü ilə CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 (iki) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-286/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 (bir) il müddətə azaldılmışdır. Bakı şəhəri Binəqədi Rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məhkum edildiyi 2 (iki) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 24 (iyirmi dörd) gün hissəsi icra edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mülki iddiaçı qismində, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə mülki iddaçının nümayəndəsi qismində tanınaraq, onlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki cavabdehlər qismində tanınsınaraq, onlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iddianın əsasının və iddia tələbinin məbləğinin dəqiqləşdirilməsi barədə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vurulan ziyan tam şəkildə ödənildiyindən, cinayət işi üzrə sonuncuya qarşı heç bir iddia və tələbləri yoxdur. Yol təsərrüfatına vurulmuş 4550 (dörd min beş yüz əlli) manat məbləğində zərərin Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 13 fevral 2022-ci il tarixdə şübhəli şəxs statusuna xitam verilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 11 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-159/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 12 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, tərəfindən cinayət hadisəsi nəticəsində vurmuş olduğu maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Nuriyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(059)-35/2021 nömrəli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını hazırkı vaxtadək çəkməmişdir. Məhkəmə, CM-in 18.4.4-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(059)-35/2021 nömrəli hökmü ilə məhkum olunduğu və hazırkı vaxtadək çəkilməmiş qalan cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından onun əməlində cinayətlərin residivinin olması nəzərə alınmamalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-158/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılma müddətinin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-224/2022 nömrəli qərarı ilə isə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə iclas zalından həbsdən azad edilmiş və sonuncu 12 fevral 2022-ci il tarixdən hazırkı vaxtadək şübhəli şəxs qismində tutulmaqla həbsdə və ev dustaqlığında saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dutaqlığında saxlanıldığı 4 (dörd) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(059)-35/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və sonuncu barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alınmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Maddi X1 saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,072 qram narkotik vasitə olan heroin və 0,206 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə iş üzrə maddi sübut kimi tanınmış metal qəbulu məntəqəsinin VÖEN-in, icarə müqaviləsinin və metal qəbulu jurnalından 2021-ci ilin dekabr ayının çıxarışının surətləri, həmçinin iş üzrə sübut kimi tanınmış 5 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, və iş üzrə digər məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutulmalıdır. Məhkəmə verilmiş mülki iddiaya münasibətdə qeyd edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçının nümayəndəsi) Nümayəndə təqsirləndirilən şəxslərə (mülki cavabdehlərə) qarşı vermiş olduğu mülki iddiadan Təqsirləndirilən şəxs2 aid hissədə imtina etdiyindən, həmin hissədə mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçının nümayəndəsi) Nümayəndə tərəfindən verilmiş mülki iddianın digər Təqsirləndirilən şəxs1 aid hissəsinə dair isə qeyd edir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb Agentliyə ümumilikdə 4550 (dörd min beş yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsi faktı istər özünün etirafedici və digər cinayət prosesinin işirakçılarının ifadələri ilə, istərsə də cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2.1-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçının nümayəndəsi) Nümayəndə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 4550 (dörd min beş yüz əlli) manat pul tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank hesabına ödənilməlidir. Müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatlardan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 32 (otuz iki) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X15 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 32 (otuz iki) saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və X15 təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 32 (otuz iki) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 187, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(059)-35/2021 nömrəli hökmü ilə məhkum edildiyi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-286/2022 nömrəli qərarı ilə 1 (bir) il azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 24 (iyirmi dörd) gün hissəsi hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Maddi X1 saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,072 qram narkotik vasitə olan heroin və 0,206 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış metal qəbulu məntəqəsinin VÖEN-in, icarə müqaviləsinin və metal qəbulu jurnalından 2021-ci ilin dekabr ayının çıxarışının surətləri və iş üzrə sübut kimi tanınmış 5 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçının nümayəndəsi) Nümayəndə təqsirləndirilən şəxslərə (mülki cavabdehlərə) qarşı mülki iddiasının Təqsirləndirilən şəxs2 aid hissəsi üzrə icraata xitam verilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçının nümayəndəsi) Nümayəndə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 4550 (dörd min beş yüz əlli) manat pul tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar