Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-347/2020 07.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə ümumi təmiz çəkisi 0.180 qram psixotrop maddə metamfetamini qardaşı Şahid1 vasitəsi ilə əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 12:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 113 ünvanın qarşısında saxlanılaraq 6-cı polis bölməsinə gətirilmiş və həmin gün saat 13:50-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0.047 qram və 0.113 qram olmaqla ümumi təmiz çəkisi 0.180 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşı Ramiz tutulmamışdan bir gün əvvəl Cəlilabad rayonundan tanımadığı şəxsdən bir bükümü 10 manat olmaqla 100 manat pul verərək istifadələri üçün 10 büküm metamfetamin almış, həmin 100 manatdan puldan 20 manatı öz pulu olmuş, 20 manat qardaşına əvvəlcədən verərək özü üçün də istifadəsi üçün 2 büküm metamfetamin almasını xahiş etmiş, bədənlərində ağrılar olduğu üçün metamfetamindən istifadə etmiş, həmin bükümləri əynindəki göy rəngli cins şalvarın sağ cibində saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində qardaşı Ramizlə yaşadığı ünvan 1 ünvanının qarşısında dayanıb söhbət edərkən mülki geyimdə şəxslər yaxınlaşaraq özlərini Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları olmalarını bildirərək qardaşı Ramizdən adını, soyadını və ata adını soruşmuş, qardaşı polis əməkdaşlarına özünü təqdim etmiş, həmin vaxtdı ondan da adını, soyadını və ata adını soruşmuş, özünü polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları onları Polis bölməsinə dəvət etmiş, Polis bölməsinin inzibati binasında hər birini ayrı-ayrılıqda xidməti otaqlara salmış, həmin vaxtı üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilməklə hüquqları izaha olunmuş, şəxsi axtarışa başlayarkən üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığını bildirildikdə əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 bükümdən ibarət metamfetamini cibindən çıxararaq masanın üzərinə qoymuşdur. O, əməlindən peşimandır, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə söz verdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tutulmamışdan bir gün əvvəl Cəlilabad rayonundan tanımadığı şəxsdən bir bükümü 10 manat olmaqla 100 manat pul verərək qardaşı Namiqlə istifadələri üçün 10 büküm metamfetamin almış, həmin 100 manat pulun 20 manatı Namiqə, 80 manatı isə özünə məxsus olmuş, Namiqin 20 manatının qarşılığında ona da bir bükümü 10 manat olmaqla 2 büküm psixotrop maddə metamfetamini vermiş, özü üçün 08 bükümü saxlamış, bədənlərində ağrılar olduğu üçün ondan istifadə etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində qardaşı Namiqlə yaşadıqları ünvan 1 ünvanının qarşısında dayanıb söhbət edərkən mülki geyimdə şəxslər yaxınlaşaraq özlərini Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları olmalarını bildirərək ondan adını, soyadını və ata adını soruşmuş, polis əməkdaşlarına özünü təqdim etmiş, həmin vaxtdı Namiqdən də adını, soyadını və ata adını soruşmuş, Namiq də özünü polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları onları Polis bölməsinə dəvət etmiş, polis bölməsinin inzibati binasında onu və Namiqi ayrıayrılıqda xidməti otaqlara salmış, həmin vaxtı üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilməklə hüquqları izah olunmuş, şəxsi axtarışa başlayarkən üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı bildirildikdə əynindəki idman şalvarının sağ yan cibində saxladığı 08 bükümdən ibarət metamfetamini cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin YYÇ üzrə inspektor vəzifəsində işləyən polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində YYÇ üzrə inspektor vəzifəsində xidmət aparır, polis mayorudur. Etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda ünvan 2 ünvanında yaşayan Şahid1 qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Şahid1 cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmiş, məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və xx xxxxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən ünvan 2 üvanında yaşayan Şahid1 və qardaşı Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da ünvan 3 ünvanın qarşısında saxlanılmış, həmin şəxslər onlartərəfindən Binəqdi RPİ-nin 6-ci PB-nə gətirilərək təhvil verilmiş, daha sonra həmin şəxslər barəsində araşdırma aparılması üçün ayrı-ayrı təhqiqatçılara həvalə edilmiş, daha sonra Namiq Sultanovun üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində hər hansı bir qanunsuz əşya və yaxud da maddə olub-olmadığı sual verildikdə Namiq Sultanov əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki büküm çıxararaq masanın üzərinə qoyaraq həmin bükümlərdə olan “şüşə” adlandırdığı psixotrop maddə-metamfetamin olmasını bildirmiş, ona istifadəsi üçün qardaşı Ramiz verdiyinibildirmişdir. Daha sonra həmin bükümlər qablaşdırılaraq zərfə qoyulmuş və protokol tərtib olunaraq imzalarla imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi rayon Pİ-nin 6-cı PBnin əməkdaşları Şahid2, Binəqədi RPİ-nin KTQ-nin ekspert kriminalisti Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 13:15 dəqiqədə şübhəli şəxs kimi tutulması qərara alınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/612 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, 02 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,180 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,130 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/612 saylı nömrəli, xx.xx.2020-ci il tarixli ekspertiza rəyi üzrə aparılmış tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-390/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin xx xxxxx 2020ci il tarixdən hesablanması və həbsdə saxlama yeri kimi Azərbaycan Respublikasının Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə bair ********* nömrəli cinayət işi icraata qəbul edilməli və həmin cinayət işi icraatında olan Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməklə cinayət işi ********* nömrə altında istintaqı davam etdirilməlidir. İş materiallarında olan cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2019-cu il tarixli qarardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs MOP (tiryək) aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28492 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Sultanov.......” sözlər və imzalar olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,270 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,220 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 28492 saylı nömrəli, xx.xx.2019-cu il tarixli ekspertiza rəyi üzrə aparılmış tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 2833 nömrəli, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən ona elan edilmiş ittihamın məzmununun dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,620 qram narkotik vasitə-heroin və S.Sarıyevin yaşadığı evə baxış keçirilən zaman aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan 19,9 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Bİnəqədi RPİ-nin anbarına təhvil verilməsi və s. qərara alınmışdır. İş materiallarında olan cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məlum olur ki, ciqnayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildyindən ********* saylı, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında ciqnayət işinin baxıdmasına xitam verilməsi və cinayət işinin Binəqədi rayon prokuroruna qaytarılması barədə qərar çıxarılmışdır. İş materiallarında olan cinayət işinin icraata götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan məlum olur ki, ********* saylı cinayət işi müstəntiq Fəraim Əsədli tərəfindən icraata götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 1950 nömrəli, xx.xx.2020-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan məlum olur ki, xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs 0,270 qram narkotik vasitə heroin aşkar olunmasına dair hissədə xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, DVD-R markalı disklərə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metasetafini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını və ilk dəfə olaraq az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınan və Binəqədi Rİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,130 qram çəkidə olan psixotrop maddə metamfetamin və ********* saylı cinayət işi üzrə kimyəvi təhqiqatdan sonra qalıq çəkisi 0,220 qram olan narkotik vasitə tiryəkdən kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi tanınan və cinayət işi materiallarına əlavə edilmiş 02 (iki) ədəd DVD-R markalı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 179,00 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-641/2019 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 42 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 179,00 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və BinəqədiRPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 0,130 qram psixotrop maddəmetamfetamin və ********* saylı cinayət işi üzrə kimyəvi təhqiqatdan sonra qalıq çəkisi 0,220 qram olan tiryəkdən kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-347/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-347/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver