Məhkəmə qərarları › İş №1(001)-347/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-347/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-347/2022 02.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, 07 avqust 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsində inşa edilmiş fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsi maraq niyyətilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 avqust 2015-ci il tarixdən baylayaraq 21 oktyabr 2009-cu il tarixdə anadan olmuş X5 və 28 yanvar 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 80,00 manat, ümumilikdə cəmi 160,00 manat məbləğində pulun tutularaq X6 ödənilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(041)-301/2015 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 3(001)-1324/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 15 (on beş) gün müddətinə həbs tənbeh növü və 03 iyul 2020ci il tarixli, 3(001)-1745/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 15 oktyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 oktyabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs X6 məhkəmə qətnaməsi üzrə ümumilikdə 4 081,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində fərdi qaydada fəhləliklə məşğul olaraq aylıq gəliri orta hesabla 500,00 manat müqabilində təşkil edir.O, 2009-cu ilin dekabr ayının 3-də Kərimova (Məmmədova) Aidə Rizvan qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahları Kürdəmir Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir.Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 21 oktyabr 2009-cu il tarixdə Gülay adlı bir qız və 28 yanvar 2011-ci il tarixdə Qəhrəman adlı bir oğlan övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Aidə Kərimova ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2014-cü ilin axırlarında sonuncu iki azyaşlı uşaqlarını götürərək ona heç bir söz demədən gəlin getdiyi evdən çıxaraq valideyinlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır.Bundan bir neçə ay keçəndən sonra 2015-ci ilin yay aylarında Aidə Kərimovadan boşanmağa görə aidiyyəti üzrə Kürdəmir rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.Məhkəmə baxışı zamanı keçmiş həyat yoldaşı Aidə Kərimova ondan aliment pulunun alınmasından ötrü iddia qaldırmışdır. Kürdəmir rayon Məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 14 avqust 2015-ci il tarixdən baylayaraq 21 oktyabr 2009-cu il tarixdə anadan olmuş qızı Gülay Kərimlinin və 28 yanvar 2011-ci il tarixdə anadan olmuş oğlu Qəhrəman Kərimlinin yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 80,00 manat, ümumilikdə cəmi 160,00 manat məbləğində pulun ondan tutularaq keçmiş həyat yoldaşı Aidə Kərimovaya ödənilməsinə dair 14 avqust 2015-ci il tarixli, 2(041)-301/2015 saylı qətnamə çıxarılmışdır.Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Aidə Kərimovaya ödənilməsi barədə rəsmi qaydada bildiriş təqdim edilmişdir.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tərəfindən icra olunmadığına görə icra məmuru onun inzibati məsuliyyətə cəlb olunmağı haqqında protokol tərtib edərək baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərmiş və həmin rayon məhkəməsinin 01 may 2019-cu il tarixli, 3(001)-1324/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 15 (on beş) gün müddətinə həbs tənbeh növü və 03 iyul 2020-ci il tarixli, 3(001)-1745/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir.İnzibati məsuliyyətə cəlb edildikdən sonra icra məmuru tərəfindən məhkəmə qətnaməsinin icrasını təmin etməyi ilə bağlı ona bildiriş təqdim edilməklə yenidən müddət təyin edilmişdir.Lakin qeyd olunanlara baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tam olaraq icra edə bilməmişdir. İmkanı daxilində əldə etdiyi qazanca görə müəyyən məbləğlərdə alimentə görə ödəniş etsə də, keçmiş həyat yoldaşı Aidə Kərimovaya qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 22 oktyabr 2021-ci il tarixədək alimentə görə borclu olduğu 4081,00 manat puldan 2160,00 manat məbləğində ödəniş etmişdir.O, keçmiş həyat yoldaşı Aidə Kərimovanın iki azyaşlı uşaqları ilə ona görüşə icazə verməməsi üçün aliment borcunu qərəzli olaraq ödəməkdən yayındığını, bundan əlavə 2016-cı ilin oktyabr ayında Kərimova (Cavadova) Günel Məhəmməd qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğunu və rəsmi nikahlarından Uğur adlı bir oğlan övladının dünyaya gəldiyini bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs artıq ittiham aktı üzrə keçmiş aliment borclarını ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını bildirmiş və borcunu ödəməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 2009-cu ilin dekabr ayının 3-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və nikahları Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 21 oktyabr 2009-cu il tarixdə Gülay adlı bir qız və 28 yanvar 2011-cı il tarixdə Qəhrəman adlı iki oğlan övladları dünyaya gəlmişdir.Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, o, 2014-cü ilin axırlarında iki azyaşlı uşaqlarını götürərək gəlin getdiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır.Bundan bir müddət sonra 2015-ci ilin yay aylarında keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ondan boşanmağa görə aidiyyəti üzrə Kürdəmir rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.Məhkəmə baxışı zamanı iki azyaşlı övladlarının saxlanmasından ötrü Təqsirləndirilən şəxs aliment pulunun alınması üçün iddia qaldıraraq ərizə ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir rayon Məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 14 avqust 2015-ci il tarixdən baylayaraq 21 oktyabr 2009-cu il tarixdə anadan olmuş X5 və 28 yanvar 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 80,00 manat, ümumilikdə cəmi 160,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 14 avqust 2015-ci il tarixli, 2(041)-301/2015 saylı qətnamə çıxarılmışdır.Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə borcluya rəsmi qaydada bildiriş təqdim edilmişdir.İcra məmuru tərəfindən rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru tərəfindən sonuncunun inzibati məsuliyyətə cəlb olunması haqqında bir neçə dəfə protokol tərtib edilmiş və baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərmişdir.Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 3(001)-1324/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 15 (on beş) gün müddətinə həbs tənbeh növü və 03 iyul 2020ci il tarixli, 3(001)-1745/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir.Lakin bunu baxmayaraq Təqsirləndirilən şəxs yenə də, qanuni qüvvəyə məhkəmə qətnaməni qərəzli olaraq icra etməmişdir.Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra icra məmuru tərəfindən məhkəmə qətnaməsinin icrasını təmin edilməsi ilə bağlı bildiriş təqdim edilməklə yenidən müddət təyin edilmişdir.Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs qalan borcunun da təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 bildirmişdir ki, şöbəyə daxil olmuş Kürdəmir rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(041)-301/2015 saylı icra sənədinə əsasən 14 avqust 2015-ci il tarixdən başlayaraq 21 oktyabr 2009-cu il tarixdə anadan olmuş X7 və 28 yanvar 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər bir uşağa görə 80,00 manat, ümumilikdə cəmi 160,00 manat məbləğində alimentin tutularaq X6 ödənilməlidir. İcra sənədi 06 iyun 2016-cu il tarixdə icraat daxil olmuş “İcraata başlamaq Haqqında” qərar və tələbin dərhal icrası haqqında bildiriş “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə əsasən iş üzrə borcluya göndərilsə də, tələbin icrasını təmin etmək mümkün olmamışdır.Borclu edilmiş çağırışlara gəlmədiyindən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11nə gedilmiş, evdə olmadığından onun tapılması mümkün olmamış və bu barədə 08 iyun 2016-cı il tarixdə müvafiq akt tərtib edilmişdir. Borclunun məcburi gətirilməsi barədə isə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdimat verilmişdir.Borclunun adına daşınar və daşınmaz əmlakların olub-olmaması barədə aidiyyatı orqanlara sorğular edilmiş və sorğular zamanı borclunun adına əmlak aşkar olunmamışdır. 14 iyul 2016-cı il tarixdə Təqsirləndirilən şəxs İcra Şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilmiş və qərardadın surəti icra olunması üçün 06 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nə göndərilmişdir. 07 sentyabr 2016-cı il tarixdə isə borcluya aliment borcunun ödənilməsi barədə xəbərdarlıq göndərilmiş və 09 sentyabr 2016-cı il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdimat verilmiş və məhkəmənin 10 oktyabr 2016-cı il tarixli, 8(001)-1727/2016 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.Borclu edilmiş çağırışlara gəlmədiyindən 13 oktyabr 2016-cı il tarixdə İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardadın surəti təkrarən icra olunması üçün Bakı şəhəri Binəqədi RPİ-nə göndərilmişdir.15 fevral 2017-ci il tarixdə məhkəmənin məcburi gətirmə qərarı əsasında polis əməkdaşı tərəfindən borclu Təqsirləndirilən şəxs İcra Şöbəsinə gətirilərək ondan izahatı alınmışdır.Borcluya qanunun tələbləri izah edilmiş və 3040,00 manat məbləğində aliment borclu olduğu məbləğdən 500,00 manatını 18 fevral 2017-ci il tarixə kimi ödəyəcəyini söz vermişdir. 21 fevral 2017-ci il tarixdə borclu Təqsirləndirilən şəxs tərəfindən aliment borcundan 450,00 manat Aidə Kərimovaya ödəniş etmişdir. 27 aprel 2017-ci il tarixdə isə alimentə görə olan borcundan 255,00 manat tələbkara ödəniş etməsi təmin edilmişdir. Borclu izahatında ödənilməmiş aliment borcunu ödəməyə söz vermiş, əks halda isə ona inzibati məsuliyyətə cəlb olunacağı izah olunmuşdur.Lakin, borclu aliment borcunu ödəməkdən yayındığına və çağırışlardan yayındığına görə məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli, 8(001)-1179/2016 saylı qərardadının surəti 21 iyun 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə göndərilmiş, RPİ-nin 4-cü PB-nin 31 iyul 2017-ci il tarixli cavab məktubunda borclunun yerini müəyyən etmək mümkün olmamışdır. 12 dekabr 2017-ci il tarixdə icra sənədinin icrası ilə əla- qədar borclunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 11-ci döngədə yerləşən fərdi yaşayış evinə gedilmiş və borclu icradan yayınaraq gizləndiyindən onun gətirilməsini təmin etmək müm- kün olmamışdır. Bu barədə həmin tarixdə müvafiq akt tərtib edilmişdir.İcra tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəfindən aliment borcundan 100,00 manat məbləğində ödəniş olunmuş və bu barədə qəbz tələbkar tərəfindən şöbəyə təqdim edilmişdir. Sonrakı müddət ərzində qeyd edilən ünvana dəfələrlə gedilmiş, borclunu göstərilən ünvanda tapmaq mümkün olmadığından onun valideynləri ilə danışıqlar aparılaraq aliment borcunun ödənilməsi, edilmiş çağırışlara gəlməsi və icradan yayınmaması izah olunmuşdur.Borclu Təqsirləndirilən şəxs yaranmış 5760,00 manat məbləğində aliment borcundan 815,00 manat məbləğində aliment pulunu tələbkara ödəniş etmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsinə görə 01 may 2019-cu il tarixdə barəsində inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin 01 may 2019cu il tarixli, 3(001)-1324/2019 saylı qərarı ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 27 iyun 2019-cu il tarixdə borcluya aliment borcunun ödənilməsi ilə bağlı yeni müddət təyin edilmiş və izahatı alınaraq xəbərdarlıq edilmişdir.Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi 03 iyul 2020-ci il tarixdə təkrarən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 3(001)-1745/2020 saylı qərarı ilə borclu 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.Borcluya aliment borcunun ödənilməsi ilə bağlı yeni müddət təyin edilərək xəbərdarlıq verilmişdir. Lakin, borclu aliment borcunu tam şəkildə ödəməmiş və aliment borcundan 7759,00 manat ödəniş etmiş, 4081,00 manat aliment görə borcu qalmışdır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində olan X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 01 aprel 2021-ci il tarixli, **********2 saylı məktubundan məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs Mərkəz vasitəsilə işlə təmin olunmasından ötrü göndəriş verilməsinə baxmayaraq o, həmin işə getməkdən imtina etmişdir.X9 02 aprel 2021-ci il tarixdə İcra Şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməməsini göstərməklə icra materiallarına hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində dəfələrlə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində gəstərilənləri təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona 4081 manat tam ödənilmiş, onunla barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 28 fevral 2022-ci il tarixli, 012-3037-1222 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs, şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(041)-301/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, CM-nin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən məlum olur ki, Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyinə göərə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Odur ki, CPM-in 193-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi adına onun vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına məhkəmə baxışı zamanı sərf etdiyi 50 (əlli) saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat məbləğində pul keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 306-cı və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən (məhkəmə qətnaməsi tam icra edildiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 (əlli) saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37 NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar