Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-347/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qaraçuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qaraçuq kəndində ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 32.5,318.2, 32.5,29,318.2 və 318-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Əfqanıstan İslam Respublikasının vətəndaşları X58 və X12 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmələrinə köməklik göstərməklə, bundan başqa həmin şəxslərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçmələrinə köməklik göstərməklə onların Azərbaycan Respublikasına qanunsuz gəlmələrini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmalarını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçmələrini və Azərbaycan Respublikasından qanunsuz getmələrini, yəni qanunsuz miqrasiyanı təşkil etmiş, X58 və X28 saxlanıldıqlarına görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlləri öz iradələrindən asılı olmayan başa çatdıra bilməmişdir. Belə ki o, Azərbaycan Respublikası vətəndaşı X29, şəxsiyyəti istintaqa Səccad adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiklərindən tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə Türkiyə Respublikasına getmək məqsədilə Əfqanıstan İslam Respublikasının vətəndaşları X58 və X12 11 may 2023-cü il tarixdə saat 03:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X24 Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmələrinə köməklik göstərməklə onların Azərbaycan Respublikasına qanunsuz gəlmələrini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmalarını, Azərbaycan Respublikasından qanunsuz tranzit keçmələrini və Azərbaycan Respublikasından qanunsuz getmələrini, yəni qanunsuz miqrasiyanı təşkil etmişdir. Bundan başqa o, X29, şəxsiyyəti istintaqa Səccad adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmək üçün Əfqanıstan İslam Respublikasının digər vətəndaşı X58 və X13 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X24 Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçmələrinə köməklik göstərməklə onların Azərbaycan Respublikasına qanunsuz gəlmələrini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmalarını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçmələrini və Azərbaycan Respublikasından qanunsuz getmələrini, yəni qanunsuz miqrasiyanı təşkil etmiş, lakin X58 və X28 12 may 2023-cü il tarixdə saat 04:00 radələrində “Tır parkı” deyilən ərazidə piyada Türkiyə Respublikası istiqamətində hərəkət edərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin mühafizəçisi Şahid2 tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verildiklərinə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlləri öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Elşad Haqverdiyev verdiyi ifadəsində bütün günahları onun üstünə atmışdır. Lakin o, cinayət əməlinin törədildiyi müddətlərdə Türkiyə Respublikasında olmuşdur. Onun mobil nömrəsinə cəmi bir dəfə zəng gəlmiş, Elşada zəng çatmadığı bildirilmişdir. O da həmin zəng barədə Ayaz Şükürova məlumat vermiş, başqa heç bir günahı olmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Səccad Elşadın telefonuna zəng çatmıyanda ona zəng vurmuş, o da Elşada demişdir ki, qonaqlar gömrükdən keçmişdir, qonaqları gedib götürsün. Elşada zəng çatmadığı üçün bu barədə Ayaz Şükürova məlumat vermiş, Ayaz da Elşada bildirmişdir. Onların məqsədinin nə olduğunu bilməmiş, sadəcə İranlının ona dediklərini Ayaza söyləmişdir. Lakin avtomobilin işıqlarının yandırılıb-söndürülməsini barədə nəsə deyib-demədiyini xatırlamır. Əgər İranlı ona işıqları söndürüb-yandırmağı deməyi bildirmişdirsə, həmin halda o da Ayaza demiş ola bilər. Elşad əvvəllər də İrana gedib-gəlmiş, lakin orada Elşadın qohumları yaşayıb-yaşamağı barədə heç bir məlumatı yoxdur, Elşad əvvəllər ticarətlə məşğul olmuşdur. Qonaqlar deyilən şəxslərin kim olduğu barədə ona heç nə deyilməmişdir, həmin şəxslər nəzarət-buraxılış məntəqələrinin olduğu Nehrəm və Culfa istiqamətindən gəlməli idilər. Əfqan vətəndaşları keçdikdən sonra Səccad və yaxud Elşad həmin şəxslərin keçməyi barədə ona nəsə bildirməmişlər. Ayaz və Elşad onun əleyhinə ifadə vermişdir. Onlarla heç bir düşmənçiliyi yoxdur, amma işi özləri görsələr də, onun boynuna atmışlar. O, qonaqlar deyilən şəxslərin qaçaq olaraq keçdiklərini bilsəydi belə bir iş görməzdi. Özü şəxs istintaq orqanına gəlmiş, cinayət işi ilə bağlı axtarılması barədə onun nə evinə, nə də telefonuna heç bir bildiriş gəlməmiş, həmçinin telefonunu da özü araşdırılması üçün vermişdir. Elşad əmisioğlu olduğu üçün o Elşada zəng etməkdən imtina edə bilməzdi, həmin vaxt əmisioğluna nə zəng çatmadığı üçün ona yığıb demişlər, o da əmisioğluna bildirmişdir. O, Səccad adlı şəxsi şəxsən tanımasa da Səccad ona telefonla zəng edib danışmış, telefon danışığı zamanı Səccad ona Türkiyəyə gəlsə iş tapa biləcəyi barədə sual vermiş və ailəsi ilə gələcəyini bildirmiş, o da Səccada gəldiyi halda köməklik edəcəyini bildirmişdir. Səccadla onun telefon danışıqları vardır, lakin səsyazısının olubolmadığını bilmir. O, Səccaddan pul və sair bir şey istəməmişdir. Elşadla aralarında “Səccadla danış 500 manat göndərsin, orada adamlar o tərəfdən bu tərəfə, bu tərəfdən o tərəfə göndərək, vəziyyət yaxşıdı, sakitçilikdi” məzmunlu danışıqlar olub-olmaması barədə verilmiş suala cavab olaraq yadına düşənləri danışdığını, Səccada zəng çatmayandan sonra Elşadın ona “Səccada de ki, mənim kartıma pul atsın” dediyini, lakin Səccadın Elşada nə məqsədlə pul atacağından xəbərinin olmadığını, bu onların şəxsi işləri olduğu üçün həmin pul barədə heç nə soruşmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolu və səs yazısı tədqiq edildikdən sonra ona verilmiş suallara cavab olaraq danışıqlara qulaq asdıqdan sonra o danışığı xatırladığını, həmin səslərin əmisi oğlu Elşad Haqverdiyevlə aralarında aparılan danışıqlar olduğunu, həmin səsin ona və əmisi oğlu Elşada məxsus olduğunu, həmin səsi Elşadı özündən uzaq tutmaq üçün göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə heç bir təqsiri olmadığı üçün özübü təqsirli bilmədiyini bildirməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, 01 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Sədərək gömrük postunda inspektor işləməyə başlamışdır. 2022-ci ilin may ayından baş inspektor vəzifəsindədir. İki gündən bir bütün sutka ərzində xidmətdə aparır. Onun vəzifəsi gömrük postu ərazisindən keçən şəxslərin yüklərinə, əl çantalarına və nəqliyyat vasitələrinə baxış keçirməkdən, onlara nəzarət etməkdən, Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçidlərin edilməsinin, qanunsuz yüklərin daşınmasının qarşısını almaqdan ibarətdir. Növbədə olan zaman 15 nəfər əməkdaşın xidməti fəaliyyətinə nəzarət edir. 11 may 2023-cü il tarixdə saat 09:00-da Sədərək gömrük postunda növbəyə daxil olmuş, 12 may 2023-cü il tarixdə saat 09:00-da isə növbəni təhvil vermişdir. Növbədə olarkən postun ərazisində yerləşən “Tır parkı”-nda mühafizəçi işləyən Şahid2 mobil nömrəsinə zəng edib üzərlərində heç bir sənəd, pasport olmayan iki nəfər mülki şəxsin parkın ərazisinə daxil olduqlarını demişdir. Telefon danışığını sonlandıran kimi baş müfəttiş Şahid3 “Tır parkı”-na göndərmiş, sonuncu sonradan Əfqanıstan İslam Respublikası vətəndaşları olan X58 və X18 Sədərək gömrük postunun inzibati binasına gətirmişdir. Həmin şəxslərin üzərilərinə baxış keçirilərkən çantalarından çirkli geyimlər və əşyalar, 2-3 ədəd şirniyyat aşkar edilmiş, pul, hər hansı qiymətli əşya və sənəd aşkarlanmamışdır. Həmin şəxslərin yanlarında başqa heç kim olmamış, onlar ingilis və rus dillərində danışa bilməmiş, sadəcə ingilis dilində “Haralısan?” sualına cavab olaraq “Əfqan” cavabını vermişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərərək ailəsini dolandırır. X29 yaşadığı kəndlə qonşuluqda yerləşən Qaraçuq kəndində yaşayır. Bundan başqa Elşad onun əsgər yoldaşıdır. Arabir Eİşadla zəngləşib görüşmüş, xeyir-şər məclislərində qarşılaşmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı olan tanışları yoxdur, o cümlədən X58 və X18 tanımır. 11 may 2023-cü il tarixdə saat 21:00-22:00 radələrində Elşad onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edərək iki nəfər şəxsi “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsinə aparmalı olduğunu bildirmişdir. Belə ki, Elşad həmin vaxt ona Bakı şəhərindən qonaq gəlmiş iki nəfər şəxsi evinin qarşısından Türkiyə Respublikası ilə sərhədə, yəni qeyd olunan nəzarət-buraxılış məntəqəsinə aparmaq lazım gəldiyini demiş, normalda bu işi 70-80 manat pul müqabilində görməsinə baxmayaraq Elşadla uzun müddət əvvəl bir-birilərini tanıdıqlarından 40 manat pul müqabilində bu işi görməyə razılaşmışdır. Bir qədər sonra özünə məxsus "AzSamand" markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elşadın evinin qarşısına gedib Elşadı və yanında olan tanımadığı iki nəfər qonağı götürüb “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsinə doğru yola düşmüşdür. Hərəkətə başladıqdan təxminən 15 dəqiqə sonra arxa oturacaqda oturan şəxslərdən “Qardaş, Bakıda necədir vəziyyət?” deyə soruşmuş, lakin həmin şəxslər onun sualına cavab verməmişlər. Elşaddan həmin şəxslərin lal-kar olub-olmadıqlarını soruşduqda Elşad “Sən işinlə məşğul ol, maşınını sür. Bunlar başqa adamlardır” cavabını vermişdir. Bundan sonra bir daha həmin şəxslərə doğru dönməmiş və onlarla heç bir ünsiyyətə cəhd etməmişdir. Təxminən 5 dəqiqə sonra Elşad yuxuya getmişdir. Elşadın verdiyi cavabdan şübhələnsə də, Elşaddan başqa heç nə soruşmamış, həmin şəxslər müştəri kimi avtomobilə əyləşdikləri üçün onlara artıq sual verməsinin düzgün olmadığı qənaətinə gəlmişdir. Bundan başqa Elşad xasiyyətcə kobud adam olduğu üçün verdiyi cavab onu çox da təəccübləndirməmiş, Elşadı çoxdan tanıdığından hər hansı qanunsuz işlə məşğul olacağı və bu işə onu da “alət” edəcəyi ağlına gəlməmişdir. Saat 23:00-00:00 radələrində nəzarət-buraxılış məntəqəsinə çatmış, “qonaqlar” avtomobildən düşdükdən sonra Elşadla birlikdə kəndə geri qayıtmışdır. Həmin şəxsləri avtomobildən düşürdükdən sonra Elşad onların kim olmaları, hansı məqsədlə nəzarət-buraxılış məntəqəsinə aparılmaları və s. barədə ona heç bir məlumat verməmiş, özü də Elşaddan heç nə soruşmamışdır. Bundan başqa Şahid1 ifadəsində göstərmişdir ki, X45 İslam Respublikası, Əfqanıstan İslam Respublikası və ya digər xarici ölkə vətəndaşları ilə münasibətlərinin olub-olmaması barədə heç bir məlumatı olmamış, yalnız Türkiyə Respublikası İstanbul şəhərində yaşayan əmisioğlu Təqsirləndirilən şəxs adını bilmişdir. Öz qohumlarından isə qardaşıoğlu yaşamaq üçün bir müddət əvvəl İstanbul şəhərinə köçmüş, fəhlə işləmək məqsədilə mütəmadi olaraq qardaşıoğlunun yanına gedibgəlmişdir. Səccad adlı İran İslam Respublikası vətəndaşını tanımamış, həmin ölkənin və Əfqanıstan İslam Respublikasının vətəndaşı olan tanışları olmamışdır. “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsinə apardığı şəxsləri əvvəllər tanımamış, həmin vaxt onları ilk dəfə görmüşdür. Anar Əmirovu sadəcə üzdən tanımış, adını və əslən Şərur rayonundan olmaqla Qaraçuq kəndinə sonradan gəlib yaşadığını bilmiş, həmin şəxslə heç bir münasibəti olmamışdır. Əfqanıstan İslam Respublikası vətəndaşlarının Elşad Haqverdiyevin köməkliyi ilə İran İslam Respublikasından dövlət sərhədini qanunsuz olaraq keçib Azərbaycan Respublikasına gəldiklərini, Azərbaycan Respublikasından keçərək Türkiyə Respublikasına getmək istədiklərini Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsinə dəvət olunduqdan sonra bilmiş, bu barədə ona sərhədçilər məlumat vermişlər. Həmin vaxtadək qeyd olunanlardan məlumatsız olmuş, əks halda Elşad Haqverdiyev və qeyrilərini avtomobilindən düşürüb hüquq mühafizə orqanlarına məlumat verəcəyini bildirmişdir. X58 və X12 dövlət sərhədini qanunsuz olaraq keçmələrinə heç bir köməklik göstərməmiş, həmin əcnəbilərin İran-Azərbaycan sərhədini qanunsuz olaraq keçmələri, həmçinin Azərbaycan-Türkiyə sərhədini qanunsuz olaraq keçməyə cəhd etmələri barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyində nəzarətçi-mühafizəçi işləyir. İş yeri “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsidir. Onun vəzifəsi məntəqənin mühafizəsini təşkil etməkdən, birliyin “Tır parkı”-na daxil olan tırların sürücülərinə parka daxil olmaları barədə qəbz verməkdən ibarətdir. İki gündən bir sutkalıq növbəyə təyin edilir. Növbə saat 09:00da başlayır və ertəsi gün saat 09:00-dək davam edir. Həmçinin saat 09:00-dan 18:00-dək özündən başqa iki nəfər mühafizəçi də işdə olur. 11 may 2023-cü il tarixdən 12 may 2023cü il tarixə keçən gecə növbədə olmuşdur. 12 may 2023-cü il tarixdə saat 04:00 radələrində “Tır parkı”-nın girişində yerləşən nəzarət məntəqəsində olarkən çöldən səs gəldiyini eşitmiş, çölə çıxdıqda tanımadığı iki nəfər şəxsin piyada məntəqəyə yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslərdən kim olduqlarını soruşduqda onlar “Əfqan” deyə cavab vermiş, bu zaman onların Əfqanıstan İslam Respublikası vətəndaşları olmalarını başa düşmüşdür. Həmin şəxslər Azərbaycan dilində deyil, farsca danışmış, onlardan biri halsız olmuş, digəri su istəmişdir. Onların əyinlərindəki paltarların çirkli və nimdaş olduğunu görüb Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı dövlət sərhədini keçmək istədiklərini anlamış, dərhal növbə rəisi Etibar müəllimə zəng etmiş, baş müfəttiş Şəhriyar müəllim oraya gəldikdən sonra əcnəbiləri gömrük məntəqəsinə aparmışlar. Bundan sonra bir daha həmin şəxsləri görməmiş, sonradan onların qaçaq yolla dövlət sərhəd nəzarət-buraxılış məntəqəsindən Türkiyə Respublikasına getmək istədiklərini eşitmişdir. Sərhədi keçərkən əcnəbilərin əllərində hər hansı əşya olub-olmamasına fikir verməmişdir. Əfqanıstan İslam Respublikası vətəndaşlarından üzərilərində pasport olub-olmadığını soruşmuş, ancaq onlar heç bir sənədləri olmadığını dediklərindən onları Şəhriyar müəllimə təhvil vermişdir. Şəhriyar müəllim əcnəbiləri məntəqənin iiçərisinə apardıqdan sonra nələrin baş verdiyini bilməmiş, onların üzərilərində sənəd və ya digər əşyalar aşkar edilib-edilməməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, 16 iyul 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X25 kurs keçdikdən sonra 6-cı sərhəd zastavasına pulemyot köməkçisi vəzifəsində xidmət etməyə başlamışdır. 23 fevral 2023-cü il tarixdə xidməti zərurətlə əlaqədar həmin X52 Respublikası ilə sərhəddə yerləşən və sərhədi Araz çayının ayırdığı 14-cü sərhəd zastavasına ezam olunmuşdur. Hazırda 14-cü sərhəd zastavasında 1-ci taqım 1-ci qrupda pulemyot köməkçisi vəzifəsində xidmət edir. 14-cü sərhəd zastavasına ezam olunduqdan sonra zastava növbətçisi, zastava gözətçisi, xüsusi obyekt, sərhəd gözətçisi və digər xidmətlərə təyin edilmiş, xidmət etdiyi dövrdə zastava rəisi baş leytenant Şahid6 olmuşdur. 11 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixə keçən gecə saat 23:30-dan 03:30-dək xüsusi obyekt gözətçisi kimi xidmət aparmış, xüsusi obyekt hesab edilən “Araz” X53 körpüsünün üzərində əvvəlcədən təyin olunmuş marşrut üzrə hərəkət etmişdir. Həmin vaxt ondan başqa baş naryad, əsgər Şamil Cəfərov da onunla birlikdə xidmət aparmışdır. Xidmət apardıqları saatlarda heç bir problem yaşanmamış, üç gün sonra Əfqanıstan İslam Respublikası vətəndaşlarının dövlət sərhədini qanunsuz pozaraq Naxçıvan Muxtar Respublikası ərazisinə keçdikləri müəyyən edilmişdir. Bu səbəbdən sərhədboyu bütün zastavaların ərazisi yoxlanılmışdır. Zastavanın gözətçi dəstə əsgərləri ərazini yoxlayanda 16-cı sahədə torpaq üzərində sürünmə izi aşkar etmiş, əcnəbilərin 14-cü sərhəd zastavasının ərazisində çaydan keçib torpaqda sürünərək Naxçıvan Muxtar Respublikası ərazisinə keçdikləri müəyyən edilmişdir. Buna görə ondan və həmin vaxt xidmət aparmış digər hərbi qulluqçulardan izahatlar alınmışdır. Aparılan araşdırma zamanı əcnəbilərin onun xidmət apardığı körpünün yerləşdiyi 22-ci sahədən deyil, 16-cı sahədən sərhədi pozduqları məlum olmuşdur. Sərhədin pozulduğu yer ilə onun xidmət apardığı ərazi arasında təxminən 3 kilometrdən məsafə olmuşdur. Əfqanıstan İslam Respublikası vətəndaşlarının keçdiyi ərazinin relyefi keçidi çətinləşdirdiyindən, həmin yerdən kiminsə sərhədi keçmə ehtimalı az olduğundan həmin ərazidə daimi xidmət təşkil olunmamış, sadəcə xidmət apararkən həmin sahədən keçib getmiş, sərhəd pozucular da bundan sonra ərazidən keçmişlər. Həmin şəxslərin sərhədi keçmələrini görməmiş, üzərilərində nə olmasından xəbəri olmamışdır. Hadisədən üç gün sonra həmin şəxslər zastavaya gətirildikdə onların iki nəfər cavan oğlan olduqlarını görmüş, hansı məqsədlə zastavaya gətirildiklərini bilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayından Sərhəd Qoşunlarında zabit kimi xidmət edir. X54 Xidmətinin “Naxçıvan” X24 13-cü və 21-ci sərhəd zastavalarında xidmət etmiş, 2021-ci ilin may ayından 2023-cü ilin iyun ayınadək İran İslam Respublikası ilə sərhəddə yerləşən və sərhədi Araz çayının ayırdığı 14-cü zastavasında zastava rəisi vəzifəsində xidmət etmişdir. Zastavada zastava növbətçisi, zastava gözətçisi, xüsusi obyekt, sərhəd gözətçisi və digər xidmətlər aparılır. Zastavanın xidməti ərazisi sağda 3300 metr, solda isə 6000 metr təşkil edir. Həmin zastavada xidmət etdiyi müddətdə şəxsi heyətin sayı az olduğundan bütün sahələrə daimi xidmət təyin edə bilməmiş, yalnız əsas obyektlərə, əsasən “Araz” X53 yaxınlığında xidmət təşkil edilib aparılmışdır. 14 may 2023-cü il tarixdə Əfqanıstan İslam Respublikası vətəndaşları zastavanın ərazisinə gətirilmiş və onların zastavanın xidməti ərazisindən qanunsuz sərhədi keçib “Sədərək” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasına getmək istəyən zaman gömrükçülər tərəfindən saxlanıldıqları deyilmişdir. Daha sonra həmin şəxslər sərhədi keçdikləri yerə aparılmış və onların zastavanın xidməti ərazisinin 16-cı sahəsindən Araz çayını keçməklə sürünüb Naxçıvan Muxtar Respublikası ərazisinə keçdikləri, oradan Naxçıvan şəhəri Qaraçuq kəndinə, sonra isə Sədərək ərazisinə getdikləri müəyyən edilmişdir. Onların keçdikləri yerdə torpaqda sürünmə izləri aşkar olunmuş, 11 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixə keçən gecə saat 03:30 radələrində sərhədi pozduqları müəyyən edilmişdir. Həmin vaxt xidmətdə əsgərlər Şahid5 və Şamil Cəfərov olmuş, onlardan bu barədə soruşulduqda onlar əcnəbilərin ərazidən keçmələrini görmədiklərini bildirmişlər. Bu hadisədən bir müddət sonra onun xidmət yerini 2-ci zastava rəisinin müavini vəzifəsinə dəyişmişlər. X58 və X12 sərhədi qanunsuz keçmələrindən nə özü, nə də digər şəxsi heyətin xəbəri olmamış, kimsə onların həmin ərazidən keçmələrini görməmiş, həmin vaxt zastava ərazisində yerləşən hərbi şəhərcikdəki evində olmuşdur. Hadisə barəsində yalnız üç gün sonra sərhəd pozucuları zastavaya gətirilib sərhədi pozduqları yeri göstərdikləri vaxt məlumat almış, onların ölkə ərazisinə qanunsuz daxil olduqlarını öyrənmişdir. Həmin şəxslərin əraziyə qanunsuz keçdikləri 15-16-cı sahədə şəxsi heyət az olduğundan daimi xidmət təşkil edilib aparılmamış, yalnız xidmətdə olan heyət oradan marşrut üzrə hərəkət edib yolüstü keçərkən nəzarət etmişdir. X58 və X18 sərhədi keçmələrini görməmiş, üzərilərində nə olmasından xəbəri olmamış, əvvəllər 14-cü sərhəd zastavasında heç vaxt sərhədin pozulması halı baş verməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış X42 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Aralıq kəndində anadan olmuşdur. 2006-cı ildə Naxçıvan şəhəri Qaraçuq kənd sakini X43 ilə ailə qurmuş və həmin nikahdan Hüseyn, Cəmilə, Səbinə və İbrahim adlı uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra Qaraçuq kəndinə qeydiyyata düşmüşdür və hazırda həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 il əvvəl etibarnamə əsasında ağ rəngli, “VAZ-2101” markalı, Az **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. 2023-cü ilin iyun ayında maddi vəziyyəti ilə əlaqədar həmin avtomobili tanımadığı şəxsə satmışdır. Əvvəllər məhkum olunmamışdır. Əfqanıstan İslam Respublikası vətəndaşları X58 və X18 2023-cü ilin may ayından əvvəlki dövrdə tanımamış, onlarla arasında heç bir münasibət olmamışdır. X29 isə onun həmkəndlisi və qonşusudur. Əvvəllər Elşadla arasında yaxın münasibət olmamış, sadəcə “salam-sağ ol” münasibəti saxlamışlar. 11 may 2023-cü il tarixdə saat 02:00 radələrində yaşadığı evdə yatarkən Elşad evin qapısını döyməklə onu səsləmişdir. Çölə çıxıb Elşaddan gecə vaxtı nə üçün onu səslədiyini soruşduqda X66 Respublikasından gələcək qonaqlarını qarşılayıb evə gətirmək üçün avtomobillə Babək rayonu Nehrəm kəndinə getməyi xahiş etmişdir. Əvvəlcə, Elşadın xahişini yerinə yetirmək istəməsə də, arvadı ona Elşadgillə qonşuluqda yaşadıqlarını bildirərək getməsinin yaxşı olacağını demişdir. Elşadla aralarında olan qonşuluq münasibətlərini nəzərə alıb, həmçinin taksi sürücüsü kimi qazanc əldə edəcəyini düşünüb gecə saatları olmasına baxmayaraq Elşadın qonaqlarını qarşılamaq üçün Nehrəm kəndinə getməyi qəbul etmişdir. Elşada bir qədər gözləməsini bildirdikdən sonra əynini geyinmiş və hazırlaşaraq evdən çıxıb avtomobili işə salmışdır. Həmin tarixdə saat 03:00 radələrində Elşadla birlikdə avtomobillə Nehrəm kəndinə yola düşmüşlər. Qaraçuq kəndi ilə Nehrəm kəndi arasındakı məsafə təxminən 10-15 kilometr təşkil edir. Yolda olarkən Elşad avtomobili həmin kəndin ərazisində fəaliyyət göstərən mərmər sexinin yaxınlığına sürməsini tapşırmış, Elşadı Nehrəm kəndinə aparıb-gətirmək üçün hər hansı məbləğdə pul istəməsə də, Elşad yolun kənarında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində avtomobili saxlamasını bildirib 18 manat dəyərində benzin doldurmuş və onlar hərəkəti davam etdirmişlər. Sexin yaxınlığına çatdıqdan sonra Elşad ona gözləmələrini və qonaqlarının bir qədər sonra gələcəklərini demişdir. Bundan sonra təxminən 35-40 dəqiqə qarşılayacaqları şəxslərin gəlmələrini gözləmişlər. Yolda olduqları və gözlədikləri müddətdə tanımadığı şəxs tərəfindən Elşadın mobil telefonuna bir neçə dəfə zəng edilmişdir. Elşad gah onun yanında, gah da avtomobildən düşərək telefonla danışıb yenidən avtomobilə əyləşmişdir. Elşadın bu hərəkətləri onda şübhə doğurduğundan Elşaddan nə üçün yanında telefonla danışmadığını soruşmuşdur. Bu zaman Elşad “Sən taksi sürücüsü kimi gəlmisən. Burda qorxulu bir şey yoxdu. Nə məsələ varsa. Mənlikdir” deyib cavab verməkdən yayınmışdır. Elşadın verdiyi cavab şübhələrini artırdığı üçün Elşada işinin “dolaşıq” olduğunu, bu işdən gözü su içmədiyini və geri qayıtmaq istədiyini bildirmişdir. Elşad problem yaranacağı təqdirdə bütün öhdəliyi üzərinə götürəcəyini demiş və ona gözlədikləri şəxslərin qaçaq yolla Azərbaycan Respublikasına keçən əcnəbilər olduğunu, onları ertəsi gün Türkiyə Respublikasına yola salacağını etiraf etmişdir. Həmin şəxslərin iranlı olduqlarını zənn etsə də, Elşadın danışıqlarından onların milliyyətinin əfqan olduğunu öyrənmişdir. Gördüyü işin müqabilində, yəni əfqanları qarşılayıb avtomobillə Elşadın evinə aparmaq üçün 50 manat pul istəmişdir. Adətən taksi sürücüləri həmin yolu 10-15 manat pul müqabilində gedibqayıtsa da, Elşad köməklik göstərməsindən sonra istədiyi məbləği verməyə razılaşmış və avtomobilə 18 manat dəyərində yanacaq doldurduğunu xatırladaraq pulun qalanını sonra verəcəyini söyləmişdir. Sonuncu dəfə telefonla danışdıqdan sonra Elşad ondan avtomobilin uzaqvuran işıqlarını yandırıb-söndürməsini istəmişdir. Bunu edən kimi əvvəllər tanımadığı iki nəfər şəxs qaça-qaça avtomobilə yaxınlaşıb arxa oturacağa oturmuşdur. Bundan sonra Elşad avtomobili Qaraçuq kəndinə idarə etməsini demişdir. Elşadın evinin qarşısına çatıb avtomobildən düşdükdən sonra Elşad və əfqanlar evin həyətinə keçmiş, Elşadın onlardan pul aldığını görmüşdür. Daha sonra Elşad yaxınlaşıb ona xatırlamadığı nominallı kağız əskinaz şəklində olan İran tüməni uzatdıqda pulu qəbul etməyərək Elşaddan zəhmət haqqını Azərbaycan manatı ilə verməsini istəmişdir. Bu zaman Elşad üzərində milli valyuta olmadığını, ertəsi gün görüşüb pul verəcəyini demişdir. 12 may 2023-cü il tarixdə saat 04:00 radələrində evdə yatarkən Elşad yenidən onu səsləyib yuxudan oyatmış və birlikdə əfqanların “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsinin yaxınlığında yerləşən “Tır parkı”-nda qaldıqlarını, Türkiyə Respublikasına doğru sərhədi keçə bilmədiklərini bildirmiş və onları geri qaytarıb kəndə gətirmək lazım gəldiyini demişdir. Buna görə də hazırlaşıb Elşadla birlikdə avtomobillə yenidən “Tır parkı” deyilən yerə getmişdir. Oraya çatdıqda əfqanların ətrafda olmadıqlarını görüb gözləmək qərarına gəlmişlər. Saat 07:00 radələrinədək gözləsələr də, oraya heç kim gəlməmişdir. Səhər saatlarında tanışlarından biri Elşadın mobil telefonuna zəng edib əfqanların saxlanılmaları barədə məlumat vermiş və dərhal gözlədikləri yeri tərk etmələrini tapşırmışdır. Bu səbəbdən avtomobillə yaşadıqları kəndə qayıtmışlar. X61 dindirilərkən ona verilən suallara cavab olaraq göstərmişdir ki, Türkiyə Respublikası, İran İslam Respublikası və Əfqanıstan İslam Respublikasında yaşayan tanışları yoxdur. Təqsirləndirilən şəxs və Səccad Şəhrək adlı şəxsləri əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. Ancaq kənd sakinlərindən eşitdiyinə görə Ramiz əvvəllər Naxçıvan şəhəri Qaraçuq kəndində yaşayan Elşadın əmisioğludur və hazırda Türkiyə Respublikasında yaşayır. Təqsirləndirilən şəxs qanunsuz miqrasiyanın təşkili ilə məşğul olub-olmaması, eləcə də bu işdə hər hansı şəxsin köməklik göstərib-göstərməməsi barədə heç bir məlumatı olmamışdır. Əvvəllər analoji cinayət törətməmiş, nə təkbaşına, nə də hər hansı şəxslə əlbir olub əcnəbilərin və Azərbaycan Respublikası vətəndaşlarının dövlət sərhədini qanunsuz pozmaqla ölkə ərazisinə keçmələrini, onların ölkədə qalmalarını və çıxıb getmələrini təşkil etməmiş, bu işlərin həyata keçirilməsi üçün heç bir köməklik göstərməmişdir. Əfqanların hansı məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçib Türkiyə Respublikasına getmək istəmələri barədə məlumatı olmamışdır. "xxxx" MMC mobil operatorunda öz adına qeydə alınmış ***-***-**-** mobil nömrəsindən istifadə etmiş, Elşad və digər tanışları həmin mobil nömrə vasitəsilə onunla əlaqə yaratmışlar. X58 və X18 idarə etdiyi avtomobillə Babək rayonu Nehrəm kəndinə gedib Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən evə gətirməzdən əvvəl onların qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmələrini bilmiş və bunu bilə-bilə onların gəlmələrinə köməklik göstərmişdir. 11 may 2023-cü il tarixdə saat 03:00 radələrində qarşılayacağınız şəxslərin milliyyətinin əfqan olmalarını öyrəndikdən sonra onları Elşad Haqverdiyevin evinə aparmaq üçün 50 manat pul istəmiş, Elşad avtomobilinə 18 manat dəyərində benzin doldurduğunu xatırladaraq pulun qalanını daha sonra verəcəyini bildirmişdir. Qabil Əliyevi həmkəndlisi kimi tanımasına və idarə etdiyi “AzSamand” markalı avtomobillə onun kimi fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğunu bilməsinə baxmayaraq, Fətullanın əfqanların dövlət sərhədini pozaraq Türkiyə Respublikasına getməyə cəhd etmələrindən əvvəlcədən məlumatı olub-olmadığını bilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X51 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, 1990-cı ildə İlhamə Abbasova ilə ailə qurmuş, həmin nikahdan Əkbər adlı oğlu dünyaya gəlmişdir. Ailə üzvləri ilə birlikdə 2006-cı ilin aprel ayınadək Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən atasına məxsus evdə yaşamışdır. Daha sonra Bakı şəhəri Sabunçu rayonu köçüb müvəqqəti olaraq orada yaşamışdır. Oğlu Əkbər 2017-ci ildə ailə qurmuş, 2022-ci ilin dekabr ayında isə onlardan ayrılaraq öz ailəsi ilə Bakı şəhəri Yasamal rayonunda MİDA-nın sifarişi əsasında tikilmiş sosial mənzilə köçmüşdür. Cavan yaşlarından gözlərində qüsur olmuş, 2018-ci ilin qış aylarında keçirdiyi insultla əlaqədar gözləri 98% görmə qabiliyyətini itirdiyindən ona ikinci dərəcəli əlil statusu verilmiş, sonradan əlilliyinin dərəcəsi dəyişdirilməklə birinci dərəcəli əlil statusu əldə etmişdir. Təqsirləndirilən şəxs onun bibisi Nargilənin oğludur. Ramiz əvvəllər Naxçıvan şəhəri Qaraçuq kəndində yaşamış, təxminən 10 ildən çoxdur ailəsi ilə birlikdə Türkiyə Respublikası İstanbul şəhərinə köçərək orada yaşayır və bildiyinə görə tekstil fabriklərindən birində işləməyə başlamışdır. O, tez-tez istifadəsində olan +99***-***-**-** mobil nömrəsi ilə Ramizin istifadəsində olan +90***-***-**-** mobil nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edib danışmışdır. X5 onun ögey bibisioğludur. Elşad ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri Qaraçuq kəndində yaşayır və əvvəllər istifadəsində +99***-***-**-** mobil nömrəsindən istifadə etmiş, son vaxtlar mobil nömrəsini dəyişib yeni aldığı +99***-***-**-** mobil nömrəsindən istifdə etməyə başlamışdır. 11 may 2023-cü il tarixdə gecə saatlarında Ramiz “Whatsapp” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan mobil nömrəyə zəng edərək Elşadla internet vasitəsilə əlaqə yarada bilmədiyini, buna görə də Elşada zəng edib İran İslam Respublikasından gələn qonaqlarının artıq deyilən yerə çatmaları, qonaqları Culfa-Nehrəm avtomobil yolunun kənarında yerləşən nəzarət-buraxılış məntəqəsinin yaxınlığında qarşılaması barədə məlumat verməsini xahiş etmişdir. Ramiz zəng etməzdən əvvəl onun xəstəliyi ilə bağlı gecələr yata bilmədiyini və oyaq olduğunu bilib onun mobil telefonuna zəng etmişdir. Telefon danışığı zamanı Ramiz ona Elşadın istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəni deyib həmin nömrə ilə əlaqə saxlamasını xahiş etmişdir. Bundan sonra sosial şəbəkə vasitəsilə deyil, adi qaydada həmin mobil nömrəyə zəng etmiş, Elşad telefona cavab verdikdə Ramizin ona dediklərini çatdırmışdır. Həmin gecə Ramiz ona ya bir, ya da iki dəfə zəng etmiş, danışıqlardan birində Elşada qonaqların dayandığı yeri tapa bilmədiklərini, bu səbəbdən nəqliyyat vasitəsinin işıqlarını yandırıb-söndürməsini deməsini istəmiş, o da Elşadla əlaqə yaradıb Ramizin dediklərini çatdırmışdır. Ramiz danışıq zamanı həmin şəxslərin işləmək məqsədilə Türkiyə Respublikasına gedəcəklərini bildirmişdir, lakin o, Ramiz və Elşadın kimi qarşılamalarını, həmin şəxslərin kim olduqlarını bilməmişdir. Bundan təxminən 15-20 gün sonra Elşad onun yaşadığı ünvana gələrək Bakı şəhərinə hüquq mühafizə orqanlarının çağırışı ilə gəldiyini bildirmişdir. Elşaddan hansı səbəbdən çağırıldığını soruşduqda Elşad ona Ramizin təşkilatçılığı ilə gecə saatlarında “qonaq” adı ilə qarşıladığı şəxslərin əslində qonaq olmadıqlarını, həmin şəxslərin qaçaq yolla Azərbaycan Respublikası ərazisinə keçdiklərini və qanunsuz olaraq Türkiyə Respublikasına getməyə cəhd etdiklərini, lakin dövlət sərhədini pozmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Daha sonra Elşaddan nə üçün bu addımı atdığını soruşmuş, Elşad isə gördüyü işin müqabilində Ramizin ona müəyyən məbləğdə pul verəcəyini demişdir. Bundan başqa Elşad ona əcnəbiləri bir gün yaşadığı evdə saxladığını danışmışdır. Oğlu X9isi olduğundan Elşadın törətdiyi əməllər barədə danışdıqlarını eşitdikdən sonra hiddətlənərək Elşadın onların evində qalmasına icazə verməmiş və evdən çıxmasını tələb etmiş, Elşad da çıxıb getmişdir. Ramiz və Elşadın törətdikləri əməlləri öyrəndikdən sonra sonuncu ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq nə üçün qanunsuz əməllərinə onu ortaq etdiyini soruşmuş və Elşadla sözlə mübahisə etmişdir. Ramizlə danışarkən sadəcə xahişini yerinə yetirmiş, Ramiz ona Elşadın mobil telefonunda internet şəbəkəsinə çıxış olmadığından sonuncu ilə əlaqə yarada bilmədiyini, deyəcəklərini məhz onun Elşada çatdırmasını, sərhəddə gözləyən şəxslərin tanışları olduqlarını bildirmiş, o da Ramizin dediklərini Elşada çatdırmışdır. Bundan başqa o, Ramizin həmin şəxslərin qaçaq yolla ölkəyə gələn əcnəbilər olduqlarını desə idi, Elşada heç nə çatdırmayacağını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərərək ailəsini dolandırır. X29 yaşadığı kəndlə qonşuluqda yerləşən Qaraçuq kəndində yaşayır. Bundan başqa Elşad onun əsgər yoldaşıdır. Arabir Eİşadla zəngləşib görüşmüş, xeyir-şər məclislərində qarşılaşmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı olan tanışları yoxdur, o cümlədən X58 və X18 tanımır. 11 may 2023-cü il tarixdə saat 21:00-22:00 radələrində Elşad onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edərək iki nəfər şəxsi “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsinə aparmalı olduğunu bildirmişdir. Belə ki, Elşad həmin vaxt ona Bakı şəhərindən qonaq gəlmiş iki nəfər şəxsi evinin qarşısından Türkiyə Respublikası ilə sərhədə, yəni qeyd olunan nəzarət-buraxılış məntəqəsinə aparmaq lazım gəldiyini demiş, normalda bu işi 70-80 manat pul müqabilində görməsinə baxmayaraq Elşadla uzun müddət əvvəl bir-birilərini tanıdıqlarından 40 manat pul müqabilində bu işi görməyə razılaşmışdır. Bir qədər sonra özünə məxsus "AzSamand" markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elşadın evinin qarşısına gedib Elşadı və yanında olan tanımadığı iki nəfər qonağı götürüb “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsinə doğru yola düşmüşdür. Hərəkətə başladıqdan təxminən 15 dəqiqə sonra arxa oturacaqda oturan şəxslərdən “Qardaş, Bakıda necədir vəziyyət?” deyə soruşmuş, lakin həmin şəxslər onun sualına cavab verməmişlər. Elşaddan həmin şəxslərin lal-kar olub-olmadıqlarını soruşduqda Elşad “Sən işinlə məşğul ol, maşınını sür. Bunlar başqa adamlardır” cavabını vermişdir. Bundan sonra bir daha həmin şəxslərə doğru dönməmiş və onlarla heç bir ünsiyyətə cəhd etməmişdir. Təxminən 5 dəqiqə sonra Elşad yuxuya getmişdir. Elşadın verdiyi cavabdan şübhələnsə də, Elşaddan başqa heç nə soruşmamış, həmin şəxslər müştəri kimi avtomobilə əyləşdikləri üçün onlara artıq sual verməsinin düzgün olmadığı qənaətinə gəlmişdir. Bundan başqa Elşad xasiyyətcə kobud adam olduğu üçün verdiyi cavab onu çox da təəccübləndirməmiş, Elşadı çoxdan tanıdığından hər hansı qanunsuz işlə məşğul olacağı və bu işə onu da “alət” edəcəyi ağlına gəlməmişdir. Saat 23:00-00:00 radələrində nəzarət-buraxılış məntəqəsinə çatmış, “qonaqlar” avtomobildən düşdükdən sonra Elşadla birlikdə kəndə geri qayıtmışdır. Həmin şəxsləri avtomobildən düşürdükdən sonra Elşad onların kim olmaları, hansı məqsədlə nəzarət-buraxılış məntəqəsinə aparılmaları və s. barədə ona heç bir məlumat verməmiş, özü də Elşaddan heç nə soruşmamışdır. Bundan başqa Şahid1 ifadəsində göstərmişdir ki, X45 İslam Respublikası, Əfqanıstan İslam Respublikası və ya digər xarici ölkə vətəndaşları ilə münasibətlərinin olub-olmaması barədə heç bir məlumatı olmamış, yalnız Türkiyə Respublikası İstanbul şəhərində yaşayan əmisioğlu Təqsirləndirilən şəxs adını bilmişdir. Öz qohumlarından isə qardaşıoğlu yaşamaq üçün bir müddət əvvəl İstanbul şəhərinə köçmüş, fəhlə işləmək məqsədilə mütəmadi olaraq qardaşıoğlunun yanına gedib-gəlmişdir. Səccad adlı İran İslam Respublikası vətəndaşını tanımamış, həmin ölkənin və Əfqanıstan İslam Respublikasının vətəndaşı olan tanışları olmamışdır. “Sədərək” dövlət sərhəd nəzarətburaxılış məntəqəsinə apardığı şəxsləri əvvəllər tanımamış, həmin vaxt onları ilk dəfə görmüşdür. Anar Əmirovu sadəcə üzdən tanımış, adını və əslən Şərur rayonundan olmaqla Qaraçuq kəndinə sonradan gəlib yaşadığını bilmiş, həmin şəxslə heç bir münasibəti olmamışdır. Əfqanıstan İslam Respublikası vətəndaşlarının Elşad Haqverdiyevin köməkliyi ilə İran İslam Respublikasından dövlət sərhədini qanunsuz olaraq keçib Azərbaycan Respublikasına gəldiklərini, Azərbaycan Respublikasından keçərək Türkiyə Respublikasına getmək istədiklərini Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsinə dəvət olunduqdan sonra bilmiş, bu barədə ona sərhədçilər məlumat vermişlər. Həmin vaxtadək qeyd olunanlardan məlumatsız olmuş, əks halda Elşad Haqverdiyev və qeyrilərini avtomobilindən düşürüb hüquq mühafizə orqanlarına məlumat verəcəyini bildirmişdir. X58 və X12 dövlət sərhədini qanunsuz olaraq keçmələrinə heç bir köməklik göstərməmiş, həmin əcnəbilərin İran-Azərbaycan sərhədini qanunsuz olaraq keçmələri, həmçinin Azərbaycan-Türkiyə sərhədini qanunsuz olaraq keçməyə cəhd etmələri barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X20 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, 1966-cı ildə Babək rayonu Didivar kəndində anadan olmuşdur. 1987-ci ildə X29 ilə ailə qurmuş, həmin nikahdan Rəvanə, Türkanə və Aygün adlı üç qızları və Əli adlı bir oğlu dünyaya gəlmişdir. Hazırda ailəsi ilə birlikdə Naxçıvan şəhəri Qaraçuq kəndində yaşayır. Qızlarının hamısı evlidir və onlardan ayrı yaşayırlar. Oğlu isə subaydır və onlarla birlikdə yaşayır. Əri Elşad əvvəllər işıq idarəsində, bağçada işləsə də, ürəyində olan problemlə əlaqədar təqaüdə çıxmışdır, birinci dərəcəli əlildir. İndiyədək heç bir yerdə işləməmiş, evdar qadın kimi ərinə və uşaqlarına baxmışdır. Orta təhsillidir, hər hansı əcnəbi dildə yazıb oxumağı bacarmır, başqa dili başa düşmür. Özünün Türkiyə Respublikası, İran İslam Respublikası və digər xarici ölkələrdə yaşayan qohumları olmasa da, ərinin əmisioğlu Təqsirləndirilən şəxs təxminən 15-20 ildən çoxdur Türkiyə Respublikasında, qaynı X14 isə Rusiya Federasiyasında yaşayır. Elşad həmin qohumları ilə əlaqə saxlamış, arabir telefonla danışmışlar. X42 onlarla qonşuluqda yaşayır və “Tofaş” markalı avtomobili vardır. 2023-cü ilin may ayında dəqiq tarixini xatırlamadığı gündə saat 03:00 radələrində əri Elşad tanımadığı iki nəfər cavan oğlanı evə gətirmişdir. Belə ki, səhər yuxudan oyandıqda evin qonaq otağında iki nəfər şəxsin yatdığını görmüş, Elşaddan onların kim olduqlarını soruşduqda əri onların Bakı şəhərindən qonaq gəldiklərini bildirmişdir. Həmin gün saat 23:00 radələrinədək həmin şəxslər onların evində qalmış, gecə saatlarında Elşad onları yola salacağını deyərək evdən aparmış, haraya getdiklərini bilməmişdir. Sonradan həmin şəxslərə görə Elşadı Bakı şəhərinə çağırıb sorğu-sual etmişlər. Əfqanıstan İslam Respublikası vətəndaşları X58, X18, Səccad adlı İran İslam Respublikası vətəndaşını və başqa əcnəbiləri tanımamış, ərinin onlarla əlaqələrinin olub-olmaması, onlardan hər hansı məbləğdə pul alıb-almaması barədə məlumatı olmamışdır. Elşadın evə gətirdiyi şəxslərlə hər hansı ünsiyyəti olmadığından onların haradan gəlib haraya getdiklərini bilməmiş, ərinin kimisə ölkəyə qaçaq yolla keçirməsindən xəbərsiz olmuş, bu işdə Elşada heç bir köməklik göstərməmiş, Elşadın əcnəbilərin qanunsuz miqrasiyasını təşkil etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış X29 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, 1988-ci ildə X20 ilə ailə qurmuş və həmin nikahdan üçü qız və biri oğlan olmaqla dörd uşağı dünyaya gəlmişdir. Qızları ailə qurub onlardan ayrı yaşamaqdadırlar. X16 isə Naxçıvan Muxtar Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusudur, əsgər rütbəsindədir. Ürək fəaliyyəti zəif olduğu üçün birinci dərəcəli əlil statusu almış və dövlət tərəfindən əlillik pensiyası təyin edilmişdir. 2003-cü ilin sonlarında işləmək məqsədilə Naxçıvan şəhəri Qaraçuq kəndindən Türkiyə Respublikası İstanbul şəhərinə köçmüş və təxminən 10 il orada yaşamışdır. Əmisioğlu Təqsirləndirilən şəxs ondan təxminən 1-2 il sonra İstanbul şəhərinə köçərək arvadı Nailə və uşaqları ilə birlikdə orada yaşamağa başlamışdır. İstanbul şəhərində yaşadığı dövrdə usta işləyərək ailəsini dolandırmış, 2014-cü ildə artıq uşaqları böyüyüb boya-başa çatdıqları üçün birdəfəlik Qaraçuq kəndinə geri qayıtmışdır. Bundan sonra Ramiz dəfələrlə Naxçıvan Muxtar Respublikasına qayıtmış, İran İslam Respublikası və Gürcüstan Respublikası kimi qonşu dövlətlərdə olmuşdur. 08 may 2023-cü il tarixdə Ramiz “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən mobil operatorlardan birinə aid +90***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək əlaqə yaratmışdır. Adı çəkilən sosial şəbəkənin mobil tətbiqi özünə məxsus olan “Redmi” markalı mobil telefona quraşdırılmışdır və sosial şəbəkədə qeydiyyatdan keçdiyi mobil nömrə uzun müddətdir aktiv deyil. Ramiz hal-əhval tutduqdan sonra ona İran İslam Respublikasında yaşayan Səccad adlı tanışının əlaqə yaradıb Əfqanıstan İslam Respublikası vətəndaşı olan iki nəfər şəxsin qaçaq yolla X37 Azərbaycan Respublikasına, oradan isə Türkiyə Respublikasına keçmələrinə köməklik göstərmək lazım olmasını bildirdiyini demişdir. Ramizin danışdıqlarına əsasən Səccad milliyəti əfqan olan şəxslərin sərhəddən qanunsuz keçmələrinə köməklik göstərilməsi müqabilində hər biri üçün 1000 manat olmaqla ümumilikdə 2000 manat pul verəcəklərini bildirmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan Ramizin əfqanların sərhəddən qanunsuz keçmələrinə köməklik göstərilməsi barədə təklifi ilə razılaşmışdır. Telefon danışığı zamanı əfqan vətəndaşlarını qarşılayarkən onlardan 2000 manat pul alacağı və həmin pulun 1000 manatını Ramizin bildirəcəyi plastik bank kartının hesabına köçürmə yolu ilə göndərəcəyi barədə sonuncu ilə razılığa gəlmişlər. Ramiz təxminən 1-2 gün sonra yenidən onunla əlaqə yaradacağını bildirmişdir. 10 may 2023-cü il tarixdə Ramiz “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edərək zəng edib əlaqə yaratması üçün mobil nömrəsini Səccada bildirməsi barədə məlumat vermişdir. Həmin tarixdə saat 22:00 radələrində “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Səccad +98***-***-**-** mobil nömrəsindən ona zəng edib Azərbaycan dilində danışmağa başlayaraq Əfqanıstan İslam Respublikası vətəndaşı olan iki nəfər şəxsin Araz çayından keçməklə qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçəcəklərini və Babək rayonu Nehrəm kəndinə çatacaqlarını bildirmişdir. Həmçinin Səccad ona Nehrəm kəndi ərazisində fəaliyyət göstərən mərmər sexinin yaxınlığına getməyi və əfqanları orada qarşılamağı tapşırmışdır. Səccad ona bu əraziləri yaxşı tanıdığını dediyindən və Nehrəm kəndində mərmər sexinin fəaliyyət göstərməsi barədə məlumatlı olduğundan Səccadın əvvəllər həmin ərazilərdə olduğunu düşünmüşdür. Danışıqdan belə nəticəyə gəlmişdir ki, əfqan vətəndaşlarına bildirilən istiqamətdə hərəkət edəcəkləri təqdirdə ona bildirilən yerə gəlib çıxacaqları əvvəlcədən izah olunmuşdur. O, Səccadın tapşırığına uyğun olaraq əfqanları qarşılayacağı yerə getdiyi avtomobilin uzaqvuran işıqlarını yandırıb-söndürməklə işarə verməli, əfqanlar isə avtomobilə yaxınlaşıb əyləşməli olmuşlar. Ancaq avtomobili olmadığından 11 may 2023-cü il tarixdə saat 02:00 radələrində qonşuluqda yaşayan və ağ rəngli, “VAZ-2101” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Anargilə gedib qapını döyməklə Anarı səsləmişdir. Anar çölə çıxdıqda yalandan tanışlarını qarşılayıb yaşadığı evə gətirmək lazım olduğunu söyləmiş və bunun üçün avtomobillə Nehrəm kəndinə getməyi xahiş etmişdir. Bu zaman Anara qarşılayacaqları şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları olması, onların qaçaq yolla Azərbaycan Respublikasına keçəcəkləri ilə bağlı heç nə deməmişdir. Anar xahişini qəbul etdiyi üçün saat 03:00 radələrində birlikdə avtomobillə Nehrəm kəndinə doğru yola düşüb Səccadın bildirdiyi yerə çatmışlar. Oraya çatdıqdan sonra təxminən 35-40 dəqiqə qarşılayaqları şəxslərin gəlmələrini gözləmiş, həmin müddətdə mobil telefonunun internetə çıxışı olmadığından Ramiz və Səccad onunla əlaqə yarada bilməmişlər. Buna görə də Ramiz Bakı şəhərində yaşayan qohumu Ayazla əlaqə yaradıb dediklərini ona çatdırmasını istəmişdir. Ayaz gecə saatlarında mobil telefonuna zəng edib Ramizin dediklərini ona çatdırsa da, Ayazın törətdikləri cinayətdən qətiyyən xəbəri olmamış, sadəcə Ramiz birbaşa onun mobil nömrəsinə zəng etməyə ehtiyatlandığı üçün Ayazın mobil nömrəsinə zəng etmiş, Ayaz da öz növbəsində Ramizin dediklərini ona çatdırmış, Ayazın bundan başqa məsələdə heç bir rolu olmamışdır. Anar avtomobilin içərisində baş tutan telefon danışıqlarından artıq məsələnin nə yerdə olduğunu anlamış və gəlmələrini gözlədikləri şəxslərin tanışları deyil, qaçaq yolla Azərbaycan Respublikasına keçən əcnəbilər olduğunu öyrənmişdir. Telefonla danışıb qurtardıqdan sonra Anar gördüyü iş, yəni əfqanları qarşılayıb avtomobillə onun evinə aparmaq müqabilində 50 manat pul istəmişdir. Adətən taksi sürücüləri həmin yolu 10-15 manat pul müqabilində gedibqayıtmağa razılıq versələr də, Anarın istədiyi məbləği verməyə razılaşmış və elə avtomobildə Anara 18 manat pul verib qalanını daha sonra verəcəyini demişdir. Aralarında baş tutan sonuncu telefon danışığı zamanı Ayaz həmin şəxslərin artıq Azərbaycan Respublikasının dövlət sərhədini keçdikləri barədə məlumat verib avtomobilin işıqlarını yandırıb-söndürmələrini bildirmiş, o da Anara bu barədə göstəriş vermişdir. İşıqları yandırıb-söndürən kimi əvvəllər tanımadığı iki nəfər şəxs qaçaraq gəlib avtomobilin arxa oturacağına əyləşmişlər. Həmin şəxslərin danışdıqları dili bilmədiyinə görə onlarla hər hansı ünsiyyətə daxil olmamış, onlar da danışmağa cəhd etməmişlər. Bundan sonra Anar avtomobili idarə edib onları yaşadıqları Qaraçuq kəndində yerləşən evə aparmışdır. Evə çatdıqdan sonra arvadı Surayyəyə özü ilə gətirdiyi şəxslərə yemək verməsini desə də, onların kim olmaları barədə məlumat verməmiş, arvadı ondan bu barədə heç nə soruşmamış, ümumiyyətlə, ailə üzvlərinin tutduğu işdən xəbərləri olmamışdır. Arvadına həmin şəxslərin Bakı şəhərindən qonaq gəldiklərini və sabah çıxıb gedəcəklərini bildirmiş, oğlu isə evdə olmadığından əfqanları evə gətirməsindən tamamilə məlumatsız olmuşdur. Əfqanlar yemək yedikdən sonra dincəlib onun evində yatmışlar. 11 may 2023-cü ildə axşam saatlarında Səccad “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edib əfqanları saat 21:00-22:00 radələrində Türkiyə Respublikası ilə sərhədə, yəni Sədərək rayonuna aparması bağlı göstəriş vermişdir. Buna baxmayaraq Səccaddan həmin şəxslərin kimə təhvil verilməsi, onların dövlət sərhədini necə və hansı şəraitdə keçəcəkləri barədə heç bir tapşırıq almamışdır. Əfqanları Səccadın bildirdiyi yerə aparmaq üçün qonşuluqda yerləşən Qaraxanbəyli kəndində yaşayan əsgər yoldaşı Fətullanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib iki nəfər şəxsi avtomobillə Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsinə aparmaq müqabilində 40 manat pul verməyi təklif etmişdir. Fətulla bununla razılaşaraq qeyd olunan saatda özünə məxsus “AzSamand” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt Fətullaya aparacaqları şəxslərin milliyyətinin əfqan olması, qaçaq yolla İran İslam Respublikasından gəlmələri və həmin yolla Türkiyə Respublikasına getmək istəmələri barədə heç nə danışmamışdır. Saat 22:00-23:00 radələrində əfqanları “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı “Tır parkı” deyilən yerə aparıb düşürmüş və geri qayıtmışlar. Yolda olarkən Fətulla ondan həmin şəxslərin yolboyu nə üçün danışmadıqlarını soruşduqda Fətullaya onların əfqan olmaları və qaçaq yolla Azərbaycan Respublikasının dövlət sərhədini keçəcəklərini demişdir. 12 may 2023cü il tarixdə saat 03:00-04:00 radələrində Səccad yenidən sosial şəbəkə vasitəsilə mobil telefonuna zəng edərək sərhədi keçə bilmədikləri barədə məlumat vermiş və həmin yerə qayıdıb onları götürməli olduğunu demişdir. Buna görə də gedib Anarı yuxudan oyatmış və birlikdə əfqanları “Tır parkı” deyilən yerin yaxınlığından gətirməyə köməklik göstərməsini istəmişdir. Anarla birlikdə “Tır parkı” deyilən yerə çatdıqda həmin şəxsləri orada olmadıqlarını görüb gözləməyə başlamışlar. Saat 07:00 radələrində Səccad onunla əlaqə yaradıb əfqanların saxlanıldıqlarını xəbər vermiş və dərhal gözlədikləri yeri tərk etməyi tapşırmışdır. Bu səbəbdən Anarın avtomobili ilə yaşadıqları kəndə qayıtmışlar. Səccad ona əfqanları Sədərək rayonunun Türkiyə Respublikası ilə sərhəddə yerləşən sonuncu kəndindən keçən kimi avtomobildən düşürməyi deməsinə baxmayaraq Dövlət Sərhəd Xidmətinin hərbçilərinin həmin yerdə ola biləcəklərindən ehtiyat etdiyi üçün əfqanları ona tapşırılan yerdə deyil, oradan təxminən 300-500 metr aralıda avtomobildən düşürmüşdür. Nə Ramiz, nə də Səccadla əfqanları Sədərək rayonu ərazisində kiməsə təhvil verməklə bağlı danışıq aparmamışdır. Ancaq Ramiz və Səccadın danışıqlarından belə başa düşmüşdür ki, əfqanlar Türkiyə Respublikası ərazisinə keçdikdən sonra onları kimsə qarşılayacaqdır. Əfqanlar göstərdiyi köməklik müqabilində ona hər hansı məbləğdə pul vermədiklərindən Ramizlə bu barədə danışmış, Ramiz ona Səccadla danışdığını və Səccadın pulu əfqanlar sərhədi keçdikdən sonra onlara göndərəcəyini bildirmişdir. Əfqanlar tutulduqdan sonra özünün də tutulacağından qorxması səbəbindən Ramiz və Səccadla apardığı bütün danışıqları və zənglər tarixçəsini mobil telefonundan silərək onları bloka atmaq qərarına gəlmişdir. Özünün mobil telefondan başı çıxmadığı üçün mobil telefonunu qonşuluqda yaşayan, adını bilmədiyi satıcıya verib menyunun “Zənglər” bölməsində, həmçinin “Whatsapp” proqramının “Zənglər” bölməsində olan bütün məlumatları sildirmişdir. 14 may 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları evinə gələrək onlarla birlikdə getməli olduğunu bildirmişlər. Bundan sonra əməkdaşlardan birinin istəyi ilə olduğu yerin müəyyən edilərək üzə çıxarılması üçün Səccada “Whatsapp” sosial şəbəkəsi vasitəsilə səsli mesaj göndərmiş və yalandan “yeni iş” olduğu halda ona bildirməsini xahiş etmişdir. Ancaq Səccad bu mesajı cavablandırmamışdır. Törətdiyi cinayət əməllərindən peşmandır. X38 dindirilərkən ona verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəllər analoji əməl törətməmiş, hər hansı şəxslə əlbir olub əcnəbilərin və Azərbaycan Respublikası vətəndaşlarının dövlət sərhədini qanunsuz pozmaqla ölkə ərazisinə keçmələrini, onların ölkədə qalmalarını və çıxıb getmələrini təşkil etməmiş, bu işlərin bu işlərin həyata keçirilməsi üçün heç bir köməklik göstərməmişdir. X58 və X18 əvvəllər heç yerdə görməmiş, tanımamış və onlarla arasında heç bir münasibət olmamışdır. Əfqanların hansı məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçib Türkiyə Respublikasına getmək istəmələri barədə məlumatı olmamışdır. Əmisioğlu Təqsirləndirilən şəxs qanunsuz miqrasiyanın təşkili ilə məşğul olub-olmaması, eləcə də bu işdə hər hansı şəxsin köməklik göstərib-göstərməməsi barədə məlumatı olmamışdır. Son vaxtlar "xxxx" mobil operatorunda qızı Rəvanənin adına qeydə alınmış ***-***-**-** mobil nömrəsindən istifadə etmiş, “Whatsapp” sosial şəbəkəsindən isə ***-***-**-** mobil nömrəsi ilə qeydiyyat keçib digər şəxslərlə əlaqə yaratmışdır. Həmin sosial şəbəkədə Ramiz +90***-***-**-**, Səccad isə +98***-***-**-** mobil nömrələri vasitəsilə onunla əlaqə yaratmışlar. Anardan köməklik göstərməsini özü xahiş etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmasını istəməmiş, buna görə də Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində verdiyi ifadəsində Anarın məsələdən sonradan xəbərdar olduğunu göstərmişdir. Əslində isə X56 Respublikası vətəndaşlarının İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmələrinə köməklik göstərən zaman onların dövlət sərhədini pozaraq qaçaq yolla ölkəyə gəldiklərini bilmiş və bunu bilə-bilə köməklik göstərmişdir. Həmçinin əvvəlki ifadəsində X67 Respublikasından gələn qonaqları qarşılamaq üçün 100 manat pul təklif etməsi və həmin pulun 20 manatını verməsi ilə bağlı göstərdikləri həqiqəti əks etdirmir. Taksi sürücüləri adətən 10-15 manat pul müqabilində Babək rayonu Nehrəm kəndinə gedib-qayıtmağa razılaşsalar da, Anar qaçaq yolla ölkə ərazisinə keçən əfqanları qarşılayacaqlarını öyrəndikdən sonra ondan köməklik göstərməsi üçün 50 manat pul istəmişdir. Anarın əksinə əsgər yoldaşı Fətullaya əfqanların dövlət sərhədini pozaraq qaçaq yolla Türkiyə Respublikasına gedəcəkləri barədə əvvəlcədən heç bir məlumat verməmiş, Fətulla sadəcə özünə məxsus olan avtomobillə onları “Sədərək” dövlət sərhəd nəzarət-buraxılış məntəqəsinə aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 32.5,318.2, 29,318.2 və 318-1.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 1, vərəq 1-4) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Əfqanıstan islam Respublikası vətəndaşları X44 və X10 barəsində Azərbaycan Respublikası CM-nin 318.2 və 29,318.2-ci maddələri ilə DSX-nin İstintaq və Təhqiqat idarəsində ********* nömrəli cinayət işi başlanmışdır. (cild 1, vərəq 5-6) xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Sədərək” gömrük postunun əraazisində yerləşən “Azərterminalkompleks” birliyinin nəznində olan TİR parkında 2 nəfər vətəndaşlığı məlum olmayan (pasportsuz) TİR parlı ərazisinə giriş edən zaman “Azərterminalkompleks” birliyinin işçisi X48 tərəfindən müəyyən edilmişdir. X48 dərhal “Sədərək” gömrük postunun əməkdaşları baş inspektor Şahid4 və böyük müfəttiş Şahid3 məlumat vermiş və həmin iki nəfər şəxs Sədərək DSX şöbəsinin əməkdaşlarına təhhvil verilmişdir. (cild 1, vərəq 9) xx.xx.2023-cü il tarixli, 79 nömrəli “Təhvil-təslim” aktından görünür ki, xx.xx.2023-cü il tarixində saat 04:00 radələrində TİR parkında saxlanılan 2 (iki) nəfər Əfqanıstan vətəndaşları saxlanılmışdır. Həmin şəxslər və onlara məxsus 1 ədəd çanta və 2 ədəd mobil telefon “Naxçıvan” X32 təhvil verilmişdir. (cild 1, vərəq 10) xx.xx.2023-cü il tarixli “İnzibati qaydada tutma” protokolundan görünür ki, X44 12 may 2023-cü il tarixdə saat 08:00-da tutulmuşdur. (cild 1, vərəq 27-28) xx.xx.2023-cü il tarixli “İnzibati qaydada tutma” protokolundan görünür ki, X10 12 may 2023-cü il tarixdə saat 08:15-də tutulmuşdur. (cild 1, vərəq 29-30) xx.xx.2023-cü il tarixli “Şəxsi və əşyaların axtarışı, sənədlərin və əşyaların götürülməsi” haqqqında protokollardan görünür ki, X30 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 01 ədəd “Readme C3” markalı mobil telefon, 50 (əlli) türk lirəsi, 01 ədəd qara rəngli şalvar, 01 ədəd eynək, 01 ədəd bel kəməri, 04 cüt corab, 02 ədəd yun papaq, 01 cüt ayaqqabı, 01 ədəd tuner və 01 ədəd USB şunuru, X6 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 01 ədəd “Samsung Galaxy A20” markalı mobil telefon aşkar edilmişdir. (cild 1, vərəq 31-34) xx.xx.2023-cü il tarixli protokoldan və hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, Dövlət Sərhəd Xidməti Naxçıvan X24 2-ci sərhəd zastavasının xidməti ərazisində yerləşən tır parkına baxış keçirilmiş, əraziyə baxış keçirilən zaman saxlanılan şəxslərin əraziyə Türkiyə Respublikasına keçmək məqsədi ilə gəldikləri məlum olmuşdur. (cild 1, vərəq 35-41) xx.xx.2023-cü il tarixli “Dövlət Sərhədinin pozulması haqqında” aktdan görünür ki, 11 may 2023-cü il tarixdə təqribən saat 03:00 radələrində İran İslam Respublikasından Azərbaycan Rerspublikası istiqamətində iki nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulması faktı ilə bağlı, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində 14-cü sərhəd zastavasının xidməti ərazisinə baxış keçirilərkən 16-cı sahəsində nəzarət iz zolağında iki nəfərə məxsus sürünmə izləri aşkar edilmişdir. (cild 1, vərəq 59) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, anket məlumatlarının dəqiqləşdirilməsi zamanı saxlanılan şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı X1 tanınmışdır. (cild 1, vərəq 75) xx.xx.2023-cü il tarixli “tutulma” protokolundan görünür ki, X2 09:20-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, vərəq 95) xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş X6 mobil telefonuna baxış keçirilən zaman cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, vərəq 107) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, anket məlumatlarının dəqiqləşdirilməsi zamanı saxlanılan şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı X17 tanınmışdır. (cild 1, vərəq 108) xx.xx.2023-cü il tarixli “tutulma” protokolundan görünür ki, X2 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, vərəq 120) xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd diskdən görünür ki, X55 məxsus 1 ədəd “Realme” markalı mobil telefona baxış zamanı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Riyaz Beheştin istifadəsində olmuş Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərən mobil operatorlardan birinə aid +9***-***-**-** mobil nömrəsi ilə Muslim Noor adı ilə qeyd olunmuş +9***-***-**-** mobil nömrəsi arasında danışıqlar (yazışmalar) aparıldığı, həmin yazışma zamanı Riyaz Beheşt tərəfindən Muslim Noor adı ilə qeyd olunmuş mobil nömrənin istifadəçisinə biri yaşlı, digəri isə cavan olmaqla kişi cinsinə mənsub iki nəfər şəxsin fotoşəklinin və məkanın göndərildiyi müəyyən edilmişdir. Baxış keçirilməsində iştirak edən X49 və X11rşılayıb evinə aparan şəxsin evində olarkən tanışı Muslim Noora harada olması barədə məlumat vermək üçün qaldığı məkanı və həmin şəxsin X28 ilə birlikdə televizora baxarkən uzaqdan gizli şəkildə çəkdiyi fotoşəkli göndərdiyini bildirmişdir. (cild 1, vərəq 131) xx.xx.2023-cü il tarixli “fotoşəkil üzrə tanınma” barədə protokollardan və onlara əlavə edilmiş çıxarışlardan görünür ki, təqsirləndirilən şəxslər X44 və X7 4 nəfərin fotoşəkli təqdim edilərək hansını tanıdıqları soruşulduqda 3 nömrəsi ilə qeyd olunan şəxsi tanıdıqlarını və həmin şəxsin onları “Tır” parkına aparan şəxs olduğunu bildirmişlər, sözügedən şəxs 30 aprel 1963-cü il təvəllüdlü X21r. (cild 1, vərəq 206-213) xx.xx.2023-cü il tarixli “fotoşəkil üzrə tanınma” barədə protokollardan və onlara əlavə edilmiş çıxarışlardan görünür ki, X29 ona təqdim edilmiş şəxslər arasından hansını tanıdığı soruşulduqda X44 və X8 tanıdığını və onları qarşılayıb evinə, daha sonra Sədərək SNM-ə apardığını bildirmişdir. (cild 1, vərəq 255-262) xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş diskdən görünür ki, X15 mobil telefonuna baxış keçirilən zaman həmin telefona məxsus ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” mobil tətbiqində “Ramiz” adı ilə qeyd edilmiş Türkiyə Respublikasına məxsus mobil operatora aid “+90 *** *** ** **” saylı mobil nömrə arasında 14-15 may 2023-cü il tarixlərdə, eləcə də, 15 may 2023-cü il tarixdə İran İslam Respublikasına məxsus “+98 *** *** ** **” mobil nömrənin sahibi ilə səsli danışıqlar aparılması aşkar edilmişdir. (cild 1, vərəq 264) xx.xx.2023-cü il tarixli “Fotoşəkil üzrə tanınma” barədə protokollardan və onlara əlavə edilmiş çıxarışlardan görünür ki, Şahid1 ona təqdim edilmiş şəxslər arasından hansını tanıdığı soruşulduqda X44 və X8 tanıdığını və onları Elşad Haqverdiyevin ona müraciətindən sonra onun evinin qarşısından götürüb Elşadla birlikdə Sədərək SNM-ə apardığını bildirmişdir. (cild 1, vərəq 281-287) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X22 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefona 24 may 2023-cü il Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və təhqiqat idarəsində baxış keçirilməsi zamanı tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuş, üzərində “ZYKLEN DVD-R 4.7 GB/120 min 16x” yazıları olan 1 (bir) ədəd diskə baxış keçirilərkən diskin içərisində olan “Elşad telefon” adlı qovluqda “PTT-20230514-WA0000”, “PTT-20230514- WA0003” PTT-20230514-WA0004”, “PTT-20230514-WA0005”, “PTT-20230514-WA0006”, “PTT-20230514-WA0007”, “PTT-20230515-WA0000”, “PTT-20230515-WA0002” və “PTT- 20230515-WA0003” adlı “MP4” uzantılı 9 (doqquz) ədəd audiofayl olduğu müəyyən edilmişdir. “PTT-20230514-WA0000” adlı audiofayl açılıb dinlənilərkən 33 saniyə müddətində davam edən “Bax Eliş, evləri ilə də danışıram, bax. Yoldaşı da məni tanıyır onun. Bu da qızıdır. Səs atıb ki, babam evdə yoxdur, gələndə deyəcəyəm. Qoy görək də, Eliş, qoy görək. İnşallah, birtəhər indi görək neynirik, nətəhər eləyirik. İş yoxdur e, Eliş, iş yoxdur. İş olsa, yenə bir milyard nə puldur ki? İki gün, üç gün işləsən, bir 100 manat da mən göndərərəm. Özün gəldin, gördün də vəziyyəti. Deyirlər “iş var”, deyirlər “iş var”, çağıran yoxdur” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Baxış keçirilməsində iştirak edən Elşad Haqverdiyev fonoqramdakı səsin Türkiyə Respublikası İstanbul şəhərində yaşayan əmisioğlu Təqsirləndirilən şəxs məxsus olduğunu və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərildiyini bildirmişdir. “PTT-20230514-WA0003” adlı audiofayl açılıb dinlənilərkən 47 saniyə müddətində davam edən “Bilirəm e, səndə də pul yoxdur, işləmirsən. Bəs bu borc yiyələri boğaza yığıb. Sən o şərəfsizlə danış. Deyirdi burda Naxçıvanda 2 adam var. Onları gətirsin, keçirək, 500 manat pul alaq. Ara sakitləşib, heç bir şey yoxdur. Məni heç yana çağırmırlar, eləmirlər. Çox şükür də, min şükür. Denən ordakı adamları göndər bu yana, burda işimizi düzək-qoşaq. Onlardan pul alaq 5 manat, 10 manat. Borcumuzu-xərcimizi verək. Qardaşımsan, bunu bir tezləşdir, denən gör. Bu gün sakitçilikdir, bu gün “vıxodnoydur”. Hamı kefdə, damaqda, toydadılar. Polismolis hamısı yeyib-içirlər, şənlənirlər hamısı. Sən bu işi düz-qoş. Bu iki adam bu yandan getsin, ya da o yandan iki-üç nəfər gəlsin. Tam sakitçilikdir denən. Nətər deyir, onu da həll eləyək. Sənin səsini gözləyirəm, qardaş. Yaxşı? Sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Elşad Haqverdiyev fonoqramdakı səsin özünə məxsus olduğunu və Əfqanıstan İslam Respublikası vətəndaşlarının qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən əmisioğlu Təqsirləndirilən şəxs göndərildiyini bildirmişdir. “PTT-20230514-WA0004” adlı audiofayl açılıb dinlənilərkən 22 saniyə müddətində davam edən “Bayaqdan zəng vururam da. Uşaqlar da səs atdı. Deyir, atam evdə yoxdur. İndi bilmirəm, yalan mı deyir, səhv mi deyir əclaf. Cavab versin, deyəcəyəm də. İndi mən də bacardığım qədər deyirəm birtəhər eləyək ki, pulu çıxardaq də. Qoy görüm, bir cavab versin görüm hələ” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Elşad Haqverdiyev fonoqramdakı səsin əmisioğlu Təqsirləndirilən şəxs məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərildiyini bildirmişdir. “PTT-20230514-WA0005” adlı audiofayl açılıb dinlənilərkən 25 saniyə müddətində davam edən “Ramiz, o puldan vaz keç e. Sən ona denən ki, ara sakitçilikdir. Ya bu yandan, ya o yandan gör imkan var, təzə adam şey eləsin. Pulu onlarla göndərsin də. Başqa yolu yoxdur. Demirəm e, onu çox məcbur elə, sıx. Denən, elə bil sakitçilikdir də, hayandan istəyirsən, o yandan işlə. Yaxşı? Bir danış, mənə bir de. Gözləyirəm səsini, oldu, sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Elşad Haqverdiyev fonoqramdakı səsin özünə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən əmisioğlu Təqsirləndirilən şəxs göndərildiyini bildirmişdir. “PTT-20230514-WA0006” adlı audiofayl açılıb dinlənilərkən 53 saniyə müddətində davam edən “Mən indi onunla danışdım, Eliş, danışdım. Danışdı, dedi, ta mənə zəng vurma. Həə, deyir ki, Elişin də, mənim də səsimi çıxardıblar, deyir. Elişə deyir denən ki, bu gün evdə olmasın. Dedim, əşi sən nə bilirsən bu gün gəlib onu... nəsə olacaq, sən hardan bilirsən? Bəlkə səslərimizi zadımızı çıxardıblar, mənə hələ zəng vurma, filan-beşməkan. Yox, deməyinə dedim. Dedi, hələ nə bilim vəziyyət yaxşı deyil, filan-beşməkan, araşdırma gedir. Ə dedim yaxşı da, nə olur olsun da. Sən mənim adıma bu yana pul vur. (fonoqramın ardı aydın göndərilmədiyindən dinləmək mümkün olmadı.)” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Elşad Haqverdiyev fonoqramdakı səsin əmisioğlu Təqsirləndirilən şəxs məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərildiyini bildirmişdir. “PTT-20230514-WA0007” adlı audiofayl açılıb dinlənilərkən 12 saniyə müddətində davam edən “Həə. Ondan sonra yenə telefonu bağladı. İndiyədək yenə zəng vururam, telefonu açmır. Dedi, mənə zəng vurma, hələ gözlə dedi. Nə bilim, bilmirəm ki, ay Eliş” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Elşad Haqverdiyev fonoqramdakı səsin əmisioğlu Təqsirləndirilən şəxs məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərildiyini bildirmişdir. “PTT-20230515- WA0000” adlı audiofayl açılıb dinlənilərkən 32 saniyə müddətində davam edən “Salam, qardaş. Necəsən? Dünən mənə 9-da zəng eləmisən. Mən də bilmirəm, yatmışam, ya indi bir az nasaz olmuşam, baxmamışam. Sən kimsən? İrandan zəng eləmisən, Bakıdan zəng eləmisən, Türkiyədən zəng eləmisən? Sən mənə bir səs at görüm. Mən sənə lazımam ki, sən zəng eləmisən də. Bir hansı dildə, nə təhər deyirsən danışaq, söhbət eləyək. Səsini gözləyirəm, qadanalım. Mənə bir ya səs at, ya zəng elə. Oldu, qardaş, gözləyirəm. Sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Elşad Haqverdiyev fonoqramdakı səsin özünə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən İran İslam Respublikasında yaşayan “Səccad” adlı şəxsə göndərildiyini bildirmişdir. “PTT-20230515-WA0002” adlı audiofayl açılıb dinlənilərkən 1 dəqiqə müddətində davam edən “Səccad ağa, necəsən? Mən Elşadam – Ramizin əmioğlusu. Səccad, mən... bax bu şoferlər gəlib durur qapıda, pul istəyirlər. Mən qaçıram, gizlənirəm. Qadanalım, ya Ramizin kartına vur, ya... Düzdür, mən biriki gün evə getmədim, sonra getdim. İndi sakitçilikdir, tam sakitçilikdir. Oturub hamısı yenə, bizi də heç yana çağırmırlar, dindirmirlər, dikəltmirlər. Həə, iş zad da ki olsa, mənim gözümüstə, mən hazıram bu gün, səhər, axşam, gecə, gündüz. Saatından asılı olmayaraq. Sənin qadanalım, bir dənə səsyazma at mənə görüm səsli. Mən nə edim, nə iş görüm? Pulu hara göndərirsən, nətəhər göndərirsən, Ramizə göndərirsən, kartına vurursan, bura karta vurursan? Qadanalım, bu şoferlərin əlindən məni qurtar. Nədir o, 200-300 manat, 500 manat puldur. Onu verək, canım qurtarsın. Sağ ol. O biri iş də ki, hansını desən, mən canla-başla hazıram. Hara desən, hardan desən, ordan mən həll eləyərəm. Sağ ol. Zəngini gözləyirəm. Mənə bir səs at. Sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Elşad Haqverdiyev fonoqramdakı səsin özünə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən İran İslam Respublikasında yaşayan “Səccad” adlı şəxsə göndərildiyini bildirmişdir. “PTT-20230515-WA0003” adlı audiofayl açılıb dinlənilərkən 24 saniyə müddətində davam edən “Ramiz? Sən bu telefonunu aç, mən sənə bir zəng eləyim. İşim var, vacibdir. Hardasan, gəl evə. İnternetlə şey elə, mənə bir zəng elə. Zəngini gözləyirəm, yaxşı? Vacib işdir. Vacib sözüm var sənə. Tez gəl evə. Sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Elşad Haqverdiyev fonoqramdakı səsin özünə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən Ramiz Haverdiyevə göndərildiyini bildirmişdir. Baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa diskdə cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 2, vərəq 6-8) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan və ekran görüntüsü çıxarışından görünür ki, “GetContact” mobil tətbiqetməsinin axtarış hissəsində “+**********14” mobil nömrəsinin axtarışı zamanı sözügedən nömrənin “Səccad Şəhrək” adına olması müəyyən edilmişdir. (cild 2, vərəq 9-10) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, may 2023-cü il Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və təhqiqat idarəsində baxış keçirilməsi zamanı tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuş, üzərində “ZYKLEN DVD-R 4.7 GB/120 min 16x” yazıları olan 1 (bir) ədəd diskə baxış keçirilərkən diskin içərisində olan 1 (bir) ədəd “VİD_20230617_164915” adlı videofaylda 1 dəqiqə 10 saniyə müddətində davam edən videogörüntü aşkarlanmışdır. Həmin vidogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, mobil telefona baxış keçirilərkən ekrandan “Menyu”-ya keçid etməklə telefona quraşdırılmış “Whatsapp” sosial şəbəkəsinin proqramına daxil olunmuş və sözügedən sosial şəbəkə vasitəsilə müxtəlif kontaktlarla çoxsaylı yazışmaların aparıldığı “Sohbetler” bölməsində 14 may 2023-cü il tarixdə səsli mesajın göndərildiyi “Muslim Noor” adı ilə qeyd olunmuş kontaktla aparılmış yazışma seçilərək həmin yazışmanın məzmununa daxil olunmuşdur. Bu zaman 11 may 2023-cü il tarixdə saat 02:19-da (günortadan sonra) X58 tərəfindən “Muslim Noor” adı ilə qeyd olunmuş kontaktın sahibinə 2 nəfər şəxsin evin içərisində televizor izlədikləri vəziyyətdə çəkilmiş fotoşəklinin və 5 saniyə müddətində davam edən səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Baxış keçirilməsində iştirak edən Riyaz Beheşt olduqları yeri bildirmək məqsədilə fotoşəklin özü tərəfindən gizli şəkildə çəkilib tanışı Muslim Noora göndərdiyini, fotoşəkildəki şəxslərdən birinin onları qarşılayıb evinə aparan şəxs (X23 nəzərdə tutur), digərinin isə həmyerlisi X4 bildirmişdir. Həmçinin yazışmaya baxış keçirilən zaman 11 may 2023-cü il tarixdə saat 01: 24-də (günortadan sonra) X58 tərəfindən “Muslim Noor” adı ilə qeyd olunmuş kontaktın sahibinə “Google Map” məkan təyinetmə proqramı vasitəsilə olduğu yer barədə məlumat göndərildiyi müəyyən edildi. Riyaz Beheşt harada olması barədə məlumat vermək məqsədilə qaldıqları məkanı (X15 yaşadığı Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən evin koordinatları: 39o11`18.9”N 45o22`44.2”E) tanışı Muslim Noora göndərdiyini bildirmişdir. Baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa diskdə cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 2, vərəq 48-50) xx.xx.2023-cü il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokollardan və onlara əlavə edilmiş çıxarışlardan görünür ki, təqsirləndirilən şəxslər X44 və X7 4 nəfər təqdim edilərək hansını tanıdıqları soruşulduqda 2 nömrəsi ilə qeyd olunan şəxsi tanıdıqlarını və həmin şəxsin onları qarşılayan avtomobilin sükanı arxasında əyləşdiyini bildirmişlər, sözügedən şəxs 03 iyul 1983-cü il təvəllüdlü X33r. (cild 2, vərəq 51-56) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş 10 iyul 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində 11 may 2023-cü il tarixdə saat 03:00 radələrində “Naxçıvan” X24 14-cü sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçən Əfqanıstan İslam Respublikası vətəndaşları X58 və X19 30 aprel 1963-cü il təvəllüdlü Naxçıvan şəhəri Qaraçuq kənd sakini X29 və 16 iyul 1983-cü il təvəllüdlü Şərur rayonu Aralıq kənd sakini X3 göstərməsi məlum olmuşdur. (cild 2, vərəq 190) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-865/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli məhkəmə qərarının icra edildiyi andan hesablanmışdır. (cild 2, vərəq 232-237) 11 avqust 2023-cü il tarixli, 103 nömrəli "xxxx" MMC-nin məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, “Sorğu edilmiş məlumatların istifadəçi məlumatları” başlıqlı cədvəldə qeyd olunan məlumatlara əsasən +99***-***-**-** mobil nömrəsi Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olan 29 aprel 1989-cu il təvəllüdlü X27 adına qeydə alınmışdır. Bundan başqa həmin məktuba əlavə edilmiş “Nömrə məlumat sistemindən çıxarış” başlıqlı cədvəldə qeyd olunan məlumatlara əsasən +99***-***-**-** mobil nömrəsindən 11 may 2023-cü il tarixdə saat 03:42:18-dən 05:14:16-dək olan müddətdə +99***-***-**-** mobil nömrəsinə 14 dəfə zəng edilmiş, qeyd olunan mobil nömrələr arasında saat 03:42:18-də edilmiş zəng zamanı 75 saniyə, saat 03:45:17-də edilmiş zəng zamanı 120 saniyə, saat 03:49:13-də edilmiş zəng zamanı 30 saniyə, saat 03:55:39-da edilmiş zəng zamanı 32 saniyə, saat 04:02:16-da edilmiş zəng zamanı 38 saniyə, saat 04:09:13-də edilmiş zəng zamanı 40 saniyə, saat 04:11:36-da edilmiş zəng zamanı 93 saniyə, saat 04:26:42-də edilmiş zəng zamanı 80 saniyə, saat 04:44:36-da edilmiş zəng zamanı 52 saniyə, saat 04:47:46-da edilmiş zəng zamanı 67 saniyə, saat 04:52:00-da edilmiş zəng zamanı 33 saniyə, saat 04:55:55-də edilmiş zəng zamanı 104 saniyə, saat 04:59:07-də edilmiş zəng zamanı 18 saniyə və saat 05:14:16-da edilmiş zəng zamanı 23 saniyə danışıq aparılmışdır. (cild 3, vərəq 2-8) 17 avqust 2023-cü il tarixli “mobil rabitə vasitəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən 15 avqust 2023-cü il tarixli BKC/LGL-5585/23 nömrəli məktubla daxil olmuş 1 ədəd, üzərində qırmızı rəngli "xxxx" və qara rəngli “5585” yazıları olan, ağ rəngli 1 (bir) ədəd “CMC BİNGO 56X” markalı kompakt diskə (“CD”-yə) baxış keçirilərkən diskin içərisində olan “Zenglerin_Mexsusluq_Tarixceleri_**********4003__556340952_BKC” və “Zenglerin_Detallasmasi_**********4003__556340952” adlı “PDF” uzantılı 2 (iki) ədəd fayl aşkarlanmışdır. “Zenglerin_Detallasmasi_**********4003__556340952” adlı faylı açıb baxış keçirən zaman açılan 15 avqust 2023-cü il tarixdə saat 15:41 dəqiqədə tərtib olunmuş 169 vərəqdən ibarət cədvəldə qeyd olunan məlumatlara əsasən +99***-***-**-** mobil nömrəsindən 11 may 2023-cü il tarixdə saat 03:41:08-dən 05:13:06-dək olan müddətdə +99***-***-**-** mobil nömrəsinə 14 dəfə zəng edilmiş, qeyd olunan mobil nömrələr arasında saat 03:41:08-də edilmiş zəng zamanı 76 saniyə, 03:44:06-da edilmiş zəng zamanı 120 saniyə, 03:48:02-də edilmiş zəng zamanı 30 saniyə, 03:54:29-da edilmiş zəng zamanı 32 saniyə, 04:01:06-da edilmiş zəng zamanı 38 saniyə, 04:08:03-də edilmiş zəng zamanı 40 saniyə, 04:10:26-da edilmiş zəng zamanı 93 saniyə, 04:25:32-də edilmiş zəng zamanı 80 saniyə, 04:43:25-də edilmiş zəng zamanı 51 saniyə, 04:46:36-da edilmiş zəng zamanı 66 saniyə, 04:50:50-də edilmiş zəng zamanı 33 saniyə, 04:54:45-də edilmiş zəng zamanı 104 saniyə, 04:57:57-də edilmiş zəng zamanı 18 saniyə və 05:13:06-da edilmiş zəng zamanı 23 saniyə danışıq aparılmışdır. Bundan başqa “505983701-ant.xlsx”, “505983701-ant internet.xlsx”, “505983701-ant internet.xlsx”, “505983701-ant internet.xlsx” və “505983701-ant internet.xlsx” adlı fayllara baxış zamanı cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 3, vərəq 24- 25) Məhkəmə kompüter-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 16 avqust 2023-cü il tarixli 5/1036 nömrəli rəydən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 9A” markalı “M2006C3LG” modelli “**********73156,**********73164” “İMEİ” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil smartfona müxtəlif metodlar tətbiq edilməsinə baxmayaraq konstruktiv və təhlükəsizlik xüsusiyyətlərinə görə (“FRP lock”, “OEM lock”, “No-Root Access”, “bootloader encrypted” və s.) təqdim edilmiş “Xiaomi Redmi 9A” markalı “M2006C3LG” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (SMS mətnləri, zəng qeydləri, foto və videofayllar, “Whatsapp” və “İnstagram” sosial şəbəkələri vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. (cild 3, vərəq 67-69) 18 avqust 2023-cü il tarixli “Mobil rabitə vasitəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən 15 avqust 2023-cü il tarixli BKC/LGL-5585/23 nömrəli məktubla daxil olmuş 1 ədəd, üzərində qırmızı rəngli "xxxx" və qara rəngli “5585” yazıları olan, ağ rəngli 1 (bir) ədəd “CMC BİNGO 56X” markalı kompakt diskə (“CD”-yə) baxış keçirilərkən diskin içərisində olan “Zenglerin_Mexsusluq_Tarixceleri_**********4003__556340952_BKC” və “Zenglerin_Detallasmasi_**********4003__556340952” adlı “PDF” uzantılı 2 (iki) ədəd fayl aşkarlanmışdır. “Zenglerin_Detallasmasi_**********4003__556340952” adlı faylı açıb baxış keçirən zaman açılan 15 avqust 2023-cü il tarixdə saat 15:41 dəqiqədə tərtib olunmuş 169 vərəqdən ibarət cədvəldə qeyd olunan məlumatlara əsasən +99***-***-**-** mobil nömrəsindən 11 may 2023-cü il tarixdə saat 03:41:08-dən 05:13:06-dək olan müddətdə +99***-***-**-** mobil nömrəsinə 14 dəfə zəng edilmiş, qeyd olunan mobil nömrələr arasında saat 03:41:08-də edilmiş zəng zamanı 76 saniyə, 03:44:06-da edilmiş zəng zamanı 120 saniyə, 03:48:02-də edilmiş zəng zamanı 30 saniyə, 03:54:29-da edilmiş zəng zamanı 32 saniyə, 04:01:06-da edilmiş zəng zamanı 38 saniyə, 04:08:03-də edilmiş zəng zamanı 40 saniyə, 04:10:26-da edilmiş zəng zamanı 93 saniyə, 04:25:32-də edilmiş zəng zamanı 80 saniyə, 04:43:25-də edilmiş zəng zamanı 51 saniyə, 04:46:36-da edilmiş zəng zamanı 66 saniyə, 04:50:50-də edilmiş zəng zamanı 33 saniyə, 04:54:45-də edilmiş zəng zamanı 104 saniyə, 04:57:57-də edilmiş zəng zamanı 18 saniyə və 05:13:06-da edilmiş zəng zamanı 23 saniyə danışıq aparılmışdır. Bundan başqa “505983701-ant.xlsx”, “505983701-ant internet.xlsx”, “505983701-ant internet.xlsx”, “505983701-ant internet.xlsx” və “505983701-ant internet.xlsx” adlı fayllara baxış zamanı cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 3, vərəq 96- 97) 18 avqust 2023-cü il tarixli “mobil rabitə vasitəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən 18 avqust 2023-cü il tarixli AZF/LGL-9078/23 nömrəli məktubla daxil olmuş 1 ədəd kompakt diskə (“CD”-yə) baxış keçirilərkən diskin içərisində “Zenglerin _Mexsusluq_ Tarixceleri__ **********1334___705000813_NAR_4” və “Zenglerin_ Detallasmasi__ **********1313___705000813_4” adlı “PDF” uzantılı 2 (iki) ədəd fayl aşkarlanmışdır.“Zenglerin_Mexsusluq_Tarixceleri__**********1334___705000813_NAR_4” adlı faylı açıb baxış keçirən zaman açılan “Sheet 1” adlı, 10 (on) sütundan və 12 (on iki) sıradan ibarət cədvəlin beşinci sırasında qeyd olunan məlumatlara əsasən +99***-***-**-** mobil nömrəsinin Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri Qaraçux kəndində qeydiyyatda olan 30 aprel 1963-cü il təvəllüdlü X15 adına qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa həmin fayllara baxış zamanı cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 3, vərəq 100-102) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 02 dekabr 2023-cü il tarixli 313/2-92299-2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Elşad Haqverdiyevdən 2.000 manat müqabilində Əfqanıstan islam Respublikası vətəndaşlarını qarşılayıb Sədərək Gömrük- Keçid Məntəqəsindən yola salmağı xahiş edərək yerləri barədə xx.xx.1960-cı il təvəllüdlü X40 məlumat verəcəyini bildirmişdir. Ayaz Şükürovun məlumatına əsasən Elşad Haqverdiyev həmkəndlisi X31 idarə etdiyi “VAZ 21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Riyaz Beheşt və Ubeydulla Şinuvareni “Qızılvəng” adlanan ərazidən öz evinə, sonradan həmkəndlisi Şahid1 idarə etdiyi “Azsamand” markalı 75-BE- 678 dövlət qeydiyyat nişanlı avtomobillə keçid məntəqəsinin yaxınlığına gətirmişdir. “Səccad Şəhrək” adlı şəxsin, həmçinin Riyaz Beheşt və Ubeydulla Şinuvarenin Azərbaycan Respublikası ərazisinə keçmələrinə kömək etmiş balıqçıların şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. (cild 3, vərəq 194-195) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X47 İdarəsi tərəfindən saxlanılaraq təhvil verilməsi təmin edilmişdir. (cild 4, vərəq 2) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-13/2025 saylı hökmündən görünür ki, X44 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmaqla və əvvəli 12 may 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmaqla və əvvəli 12 may 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X42 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.1-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X34 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, X31 cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmış, Baş Prokurorluğun İstintaq İdarəsindin maddi sübutların saxlanılması otağında saxlanılan iş üzrə maddi sübutların- X55 məxsus 1 (bir) ədəd “Realme” markalı mobil telefonun və X22 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefonunun sahiblərinə qaytarılması qərara alınmışdır. (cild 4, vərəq 32-53) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-13/2025 saylı qərarından görünür ki, X15 Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 32.5,318.2, 32.5,29,318.2 və 318-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. (cild 4, vərəq 58- 63) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-185/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay, yəni 11 aprel 2025-ci il tarixədək uzadılmışdır. (cild 4, vərəq 76-81) xx.xx.2025-ci il tarixli “Cinayət iş üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə X55 məxsus 1 (bir) ədəd “Realme” markalı mobil telefonun və X22 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun maddi sübut kimi tanınması və saxlanılması üçün Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının hazırki iş üzrə preyudisiyal əhəməiyyət kəsb etməsi nəzərə alınmışdır. (cild 4, vərəq 82-116) xx.xx.2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işindən Cinayət Məcəlləsinin 32.5, 318.2,29,318.2 və 318-1.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilərək ibtidai istintaqın aparılması davam etdirilmişdir.(cild 4, vərəq 117-119) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-347/2025 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinin həqiqətə uyğun olmaması, onun törədilmiş cinayət əməlinə aidiyyətinin olması barədə gəldiyi qənaəti aşağıdakılarla əsaslandırır: 1) X29 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, “Ramiz hal-əhval tutduqdan sonra ona İran İslam Respublikasında yaşayan Səccad adlı tanışının əlaqə yaradıb Əfqanıstan İslam Respublikası vətəndaşı olan iki nəfər şəxsin qaçaq yolla X37 Azərbaycan Respublikasına, oradan isə Türkiyə Respublikasına keçmələrinə köməklik göstərmək lazım olmasını bildirdiyini demişdir.” Göründüyü kimi Elşad Haqverdiyev əfqan vətəndaşlarına dövlət sərhədini keçməyə köməklik göstərməyi ona Təqsirləndirilən şəxs dediyini bildirmişdir. 2) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Elşad Haqverdiyev arasında “Whatsapp” sosial şəbəkəsində Əfqanıstan İslam Respublikası vətəndaşlarının qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində danışıqlar aparılmışdır. 3) Elşad Haqverdiyev həmçinin ifadəsində "xxxx" mobil operatorunda qızı Rəvanənin adına qeydə alınmış ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini bildirmişdir. Həmin nömrə ilə +**********52 mobil nömrəsi arasında əfqan vətəndaşlarının Azərbaycan sərhəddini qanunsuz olaraq keçdiyi 11 may 2023-cü il, saat 03:00-radələrinə yaxın saatlarda dəfələrlə danışıq aparıldığı müəyyən edilmişdir. +**********52 saylı mobil nömrə isə X40 istifadəsində olmuşdur. X51 ifadəsində göstərmişdir ki, “Ramizlə danışarkən sadəcə xahişini yerinə yetirmiş, Ramiz ona Elşadın mobil telefonunda internet şəbəkəsinə çıxış olmadığından sonuncu ilə əlaqə yarada bilmədiyini, deyəcəklərini məhz onun Elşada çatdırmasını, sərhəddə gözləyən şəxslərin tanışları olduqlarını bildirmiş, o da Ramizin dediklərini Elşada çatdırmışdır.” X40 dediklərindən belə nəticəyə gəlinir ki, Elşad Haqverdiyevin telefonunda internetə çıxış olmadığı üçün (Təqsirləndirilən şəxs Türkiyədə olduğu və istifadəsindəki nömrənin həmin ölkəyə məxsus operatorlara məxsus olduğu üçün) sonuncu ilə Ayaz Şükürov vasitəsi ilə əlaqə saxlamışdır. Elşad Haqverdiyev də vermiş olduğu ifadəsində qeyd olunanları təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, törədilmiş cinayət əməlindən məlumatsız olması, sadəcə ona gələn zəng barədə Ayaz Şükürova məlumat verməsi barədə vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətdən yaxa qurtarmaq üçün özünümüdafiə xarakteri ilə verilmiş ifadədir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə — beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.1-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə - dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cü maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 32.5,318.2, 32.5,29,318.2 və 318-1.1-ci maddələri ilə tam əhatə olunduğundan əməlin tövsifi düzgün edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə aradırması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,318.2, 32.5,29,318.2 və 318-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq cəza təyin edilməli (CM-66.2.), həbsdə saxlanıldığı müddət məhkəmə tərəfindən ona təyin olunmuş qəti cəza müddətinə daxil edilməli (CPM 158.6) və cəzasının əvvəli 11 dekabr 2024-cü il tarixdən etibarən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – X55 məxsus 1 (bir) ədəd “Realme” markalı mobil telefonun və X22 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefonunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(001)-13/2025 saylı hökmü ilə sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,318.2, 32.5,29,318.2 və 318-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,318.2, 32.5,29.318.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.1-ci maddəsinə əsasən 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-347/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-347/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver