Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-348/2020 11.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər – X3 və onun müdafiəçisi “Fideks” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X4 cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq məhkəmə Müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2014-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, X18 “Sədərək” ticarət mərkəzi Yeni Yasamal istiqamətində baş vermiş yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Faktla bağlı xx xxx 2014-cü il tarixdə Yasamal RPİ-nin İŞ-in sabiq müstəntiqi Tural Hacıyev tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcələsinin 263.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış, X11 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2014-cü il tarixdə istintaq tamamlanaraq cinayət işi ittiham aktı ilə birlikdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmiş, Məhkəmənin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Miryusif Talıbov CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumedilmişdir. Həmin hökmdən Aydın Qırxlarov tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin Miryusif Talıbov barəsində çıxarılmış ittiham hökmü qüvvəsində saxlanılmışdır. Qeyd olunan cinayət işinin istintaqı nəticəsində onun hadisədə hər hansı təqsirinin olmadığı müəyyən edilmiş, o, və həyat yoldaşı hadisə nəticəsində xəsarət aldıqlarından, həmçinin onlara maddi zərər dəydiyindən zərərçəkmiş şəxs qismində tanınmışlar. Hadisə ilə əlaqədar təqsirkar şəxsin müəyyən olunmasına, həmin şəxsin təqsirli bilinməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmasına baxmayaraq, A.Qırxlarov onun barəsində müvafiq qurumlara dəfələrlə şikayət ərizəsi yazmış, onu, baş vermiş hadisəyə hər hansı aidiyyatı olmayan Türkiyə Respublikasının Anadolu Universitetinin professoru olan əmisi X2, Qarabağ müharibəsi veteranı, uzun illər dövlətimizə sədaqətlə xidmət edən əmisi oğlu polis polkovniki Şamilov Əlövsət Ələddin oğlunu qatil, ağır cinayətkar adlandırmaqla onlara qarşı ağır ittihamlar irəli sürmüş, böhtan ataraq təhqir etmişdir. A.Qırxlarov qanunsuz əməllərinə cinayət işi üzrə təqsirli şəxs olan X11 vəfat etdikdən sonra başlamış, şikayətlərindən də göründüyü kimi əsas məqsədi hədə qorxu gəlməklə onun əmisindən və vəzifəli şəxs olan əmisi oğlundan pul tələb etməkdən ibarətdir. A.Qırxlarov öz ərizələrində bildirir ki, guya o, A.Qırxlarovun avtomobilini vəhşicəsinə, amansızlıqla vurmuş, heç bir yardım göstərmədən dərhal hadisə yerindən qaçmışdır. Qırxlarov onu və əmisi X2 qeyd edilən yol nəqliyyat hadisəsində təqsirkar olmaqda, əmisi oğlu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X16 rəis müavini Şamilov Əlövsəti öz vəzifəsindən sui-istifadə edərək X1 izini itirmək məqsədi ilə aradan çıxartmaqda, cinayətə don geyindirməklə öz vəzifəsinə qüsur gətirməmək üçün zor tətbiq etməklə cinayəti başqa şəxsin adına rəsmiləşdirməkdəittihamlar irəli sürərək, onu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, istintaqa təsir göstərməkdə, cinayət işinin əsl təqsirkarını ört-basdır etməklə əvəzində Beyləqan rayon sakini X8 guya ki döyərək, zor tətbiq edərək, hədə-qorxu gələrək təqsirli bilinməsinə nail olmaqla istintaqı saxtalaşdırmaqda göstəriş verməyi ilə bağlı yalandan, bilə-bilə ağır ittihamlar irəli sürmüş, bizdən hədə qorxu gələrək pul tələb etmiş, şərəf və ləyaqətimizi alçaltmış, təhqir edərək böhtan atmış, cəmiyyət içində nüfuzdan salmağa çalışmışdır.Bundan başqa A.Qırxlarov böhtan və hədə ilə dolu ərizələrində onun əsassız olaraq Əlövsət Şamilovun sürücüsü olduğunu, ortaya «kukla» kimi atıldığını göstərmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi baş verdiyi yəni, xx xxxxx 2014-cü il tarixdə onun əmisi və onun oğlu Qırxlarovun ittiham etdiyi X5 və Şamilov Əlövsət Ələddin oğlu ümumiyyətlə Azərbaycan Respublikasının ərazisində deyil, ölkə hüdudlarndan kənarda, yəni Türkiyə Respublikasında olmuşlar. Dəfələrlə ünvanladığı şikayətləri ilə A.Qırxlarov təkcə onu və qohumlarını nüfuzdan salmaqla kifayətlənməmiş, Yasamal RPİ-nin İŞ-nin sabiq müstəntiqi Tural Hacıyevi sözügedən hadisədə təqsirli bilinən şəxsdən 50000 manat, onun qohumu Şamilov Ələddini isə hadisədə təqsiri guya ki gizlətməkdən ötrü 100.000 manat rüşvət verməkdə, gecə-gündüz dövlət məmurlarına 100 minlərlə rüşvət paylamaqda ittiham etmişdir. Qırxlarov öz şikayətlərində onu və qohumlarını nüfuzdan salmaqla, prokurorluq orqanlarını rüşvət almaqda ittiham edərək, dövlət məmurlarının da buna göz yumduğunu bildirməklə kifayətlənməmiş, həm də sosial mediada-öz şəxsi «YouTube» kanalında dəfələrlə bu haqda bilə-bilə həqiqətə uyğun olmayan, yalan məlumatlar paylaşmışdır. Bununla da, o, Azərbaycan hüquq sistemini, ədalət mühakiməsini gözdən salmış, ona ləkə sürmüş, insanların ədalət mühakiməsinə, istintaqın tamlığına, obyektivliyinə olan inamlarını qırmağa, istintaq orqanının normal fəaliyyətini pozmağa çalışmışdır. Şikayətlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış, Qırxlarovun irəli sürdüyü ittihamlar öz təsdiqini tapmadığından xx xxxxxx 2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, A.Qırxlarov bütün müraciətlərində milli ədavət və düşmənçilik salmağa çalışmış, guya ki dövlət orqanlarının onun milliyətcə ləzgi olduğuna görə hüquqlarını pozduğunu, ona maddi ziyan vurduğunu bildirmiş, şikayətlərinə DYPİ tərəfindən baxılmadığını, ayrıseçkilik edildiyini, ona qarşı süründürməçiliyə yol verildiyini bildirmişdir. A.Qırxlarovun bu məzmunda şikayətlər yazmaqda məqsədi, milli zəmində çaxnaşma yaratmaqdan, guya milli mənsubiyyətinə görə ayrı seçkiliyə məruz qaldığını göstərməkdən, milliyətcə ləzgi olan vətəndaşların hüquqlarının tapdalandığını bildirməklə ölkəmizdə hökm sürən sabitliyi pozmağa cəhd göstərməkdən ibarət olmuşdur. Halbuki, Qırxlarovun Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X17 ünvanlandırdığı bütün müraciətlərinə vaxtında, heç bir ayrı-seçkiliyə yol verilmədən, onun heç bir hüququ məhdudlaşdırılmadan baxılmış, obyektiv araşdırma aparılmış, irəli sürülən heç bir xüsusat öz təsdiqini tapmamışdır. Araşdırmanın nəticəsi ilə bağlı DYPİ tərəfindən əsaslandırılmış yazılı cavab verilmiş, müraciətlərin Qırxlarovun özünün iştirakı ilə araşdırılması məqsədilə ünvanına bildirişlər göndərilmiş, mobil telefonu ilə əlaqə saxlanılaraq DYPİ-yə dəvət edilmişdir, lakin o, heç bir əsas gətirmədən DYPİ-yə gəlməkdən imtina etmişdir. Qırxlarovun şikayətlərində əsas məqsədinin hədə qorxu gəlməklə pul qazanmaq istəməsini onun əvvəlcə əmisi oğlundan 800.000 manat, bir müddət sonra 300.000 manat, son şikayətlərində isə 90.000 manat tələb etməsi açıqaşkar göstərir. Bu ağlasığmaz, astronomik məbləğlərin hədə qorxu gəlməklə tələb edilməsi isə açıq aşkar cinayətdir. Sözügedən yol nəqliyyat hadisəsinin baş verməsində onun, əmisi X1 heç bir təqsiri müəyyən olunmamışdır, qarşı tərəf, yəni A.Qırxlarov ona dəyən zərərin əvəzi qismində Dövlət X10 əsasında 28500 manat məbləğində sigorta ödənişini də, tam olaraq almışdır. Bununla da, A.Qırxlarovun bütün qanunsuz və əsassız şikayətləri bunu deməyə əsas verir ki, o asan yolla gəlir əldə etmək məqsədi ilə ona, əmisi Ələddin Şamilova və vəzifəli şəxs olan əmisi oğlu Əlövsət Şamilova böhtan atır, təhqir edir, onun və qohumları haqqında bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar yayaraq bizi şərləməyə çalışır, bilə-bilə yalan xəbərçilk etməklə ağır cinayət törətməkdə ittiham edir. Əlövsət Şamilovun statusundan və cəmiyyətdəki mövqeyindən istifadə edərək hədəqorxu ilə ağlasığmaz məbləğlərdə pul tələb edir, onu vəzifəsindən sui-istifadə etməklə istintaqın gedişinə təsir göstərərək əsl təqsirkarın gizlədilməsinə şərait yaratmaqda ittiham edərək təkcə ailələrini deyil, həmçinin ədalət mühakiməsini, cəmiyyətin istintaq orqanına olan inamını, məhkəmə hüquq sistemində olan şəfafflığa kölgə salmaq üçün əlindən gələni etmişdir. Göstərilənlərə əsaəsn X6 əməlində cinayət tərkibi mövcud olduğundan onun barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması və vurulmuş mənəvi ziyanın əvəzi olaraq ondan 100.000 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X7 və müdafiəçisi Müdafiəçi3 xüsusi ittiham qaydasında verdikləri şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X4 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 şikayətlə razılaşmayaraq bildirmişdir ki, şikayətdə yazılanların hamısı qanuna ziddir. Xüsusi ittiham qaydasında şikayət verilmiş X4 şikayəti ancaq məhkəmə qərarındandır. Burda da təhqirdən söz gedə bilməz. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə, 147.2-ci maddəsinin dispozisiyasında isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X7 xüsusi ittiham qaydasında şikayətdə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin konkret olaraq hansı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini şikayətində göstərməmiş, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293-3.1-293.3.7-cimaddələrin tələbinə əməl edilmədən tərtib olunmuşdur. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); şikayətin verildiyi yer göstərilməli olduğu halda göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X4 cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-348/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-348/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver