Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-348/2025 26.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittihamçı X20, xüsusi ittihamçının nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs X8, təqsirləndirilən şəxsin müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X8 iştirakları ilə, xx.xx.1951-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, Şərur MTKnın sədri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X20 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə müraciət edərək, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onunla təsdiq olunur ki, sonuncu xx.xx.2024-cü il tarixdə nümayəndəsi olduğu X20 barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yaymış, sonuncunu xüsusilə ağır cinayət törətməkdə ittiham etmiş, barəsində yalan məlumatlar dərc etdirərək cəmiyyətdə nüfuzdan salmışdır. Belə ki, "xeberal.info” “Tiktok” sosial şəbəkəsi səhifəsində İsfəndiyar Axundovdan alınan müsahibə zamanı İsfəndiyar Axundov heç bir sübut və dəlil əsas gətirilmədən, hüquqlarını müdafiə etdiyi şəxsin şərəf və ləyaqəti alçaldan, ağır cinayət törətməkdə əsassız yerə ittiham edən məlumatlar dərc etmişdir. Müsahibə zamanı “Tiktok” sosial şəbəkəsində olan “xeberal.info” adlı səhifədə “Özəl Müsahibə”, “İsfəndiyar Axundovun həbs xəbəri yalandır!”, Şərurlu İsfəndiyar: Mənim həbs olunan "xxxx" MTK-nin rəhbəri Emil Səməndərovla heç bir iş birliyim olmayıb” başlıqlı video görüntünün 00:06-00:15 saniyəsi jurnalist: “Sosial şəbəkələrdə yayılıb ki, guya Siz həbs olunmuşunuz. Əvvəla bununla bağlı sizin açıqlamanızı görmək istəyirik.” Video görüntünün 00:16-01:17 saniyəsi İsfəndiyar Axundov: “Mən sizə deyim ki, "xxxx" MTK-nin rəhbəri Emil insanları, nə qədər adamları aldadıb hazırda cəzasını çəkir. Buna baxmayaraq zərər çəkmiş şəxslər ....mənim qabağımı kəsdilər, dövlət mənə göstəriş verdi ki, həmin insanları razılaşdırma yolu ilə yola salım. Bu öhdəliyi də mən üzərimə götürdüm ki, məsələ öz həllini tapsın. Bu günə qədər artıq 300-ə yaxın şəxsi evlə təmin etmişəm, qalan evləri də təmir edib insanlara verəcəm ki, insanlar razı qalsınlar.” Video görüntünün 06:21-06:50 saniyəsi jurnalist: “İsfəndiyar müəllim gəlin bu məsələlərə son qoyaq, sizdən bir açıqlama almaq istəyirəm ki, bu məsələlərə son qoyulsun. Bu "xxxx" MMC ilə, həbs olunan Emillə Sizin nə bağlantınız var ki? Çünki mən onun barəsində danışanda siz əsəbləşdiniz, bilirsiz ki, o adam dələduzdur ?”. Video görüntünün 06:51-07:42 saniyəsi İsfəndiyar Axundov: “Bəli o adam bu gün də məni məhkəməyə verir ki, guya mən onun obyektini götürmüşəm və 5 milyon da təzminat verməliyəm, guya onun camaatdan alacağı pulları mən alıram. Halbuki o adam neçə il 30 milyondan çox pul yeyibdir. Bu günədək 2500-ə yaxın insanları evlə təmin etmişəm. Bunu da dövlət mənə həvalə edib və insanlar da məndən razı qalıblar. Bəzən belə insanlar da ortaya çıxır ki, belə insanlardan öz şəxsi mənafeyi naminə istifadə edirlər. O da belə xoşagəlməz bir hərəkət etmişdir.” Göründüyü kimi “Tiktok” sosial şəbəkəsində olan “xeberal.info” adlı saytda İsfəndiyar Axundov hüquqlarını müdafiə etdiyi şəxsin barəsində əsassız və böhtan xarakterli məlumatlar yaymışdır. Yəni, İsfəndiyar Axundov tərəfindən təhqir və böhtan xarakterli məlumatlı bilərəkdən qərəzli olaraq yaymışdır. Həmçinin bildirirəm ki, məlumatların yayıldığı “Tiktok” sosial şəbəkəsində olan “xeberal.info” adlı səhifənin 5843 nəfər izləyicisi vardır. Hesabın hər kəsə açıq (yəni public) hesab olduğunu nəzərə aldıqda paylaşımların olduqca geniş bir auditoriyaya çatdığı bəlli olur. CM-in 147-ci maddəsi olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər 3 hal hazırki faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılmasıdır. Məlumatın şərəf, ləyaqəti alçaltmağı, nüfuzdan salması ilə bağlı hissədə bildirir ki, hüquqlarını müdafiə etdiyi şəxsin törətmədiyi xüsusilə ağır fərqli cinayətlərdə ittiham olunması onu ölkə ictimaiyyətində, onu tanıyan şəxslər, onun işlədiyi sahədə olan başqa şəxslər arasında nüfuzdan düşməsinə və ləyaqətinin alçaldılmasına kifayət etməkdədir. Həmçinin şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması ilə bağlı isə bildirir ki, həmçinin hüquqlarını müdafiə etdiyim şəxsin barəsində heç bir məhkəmə hökmü çıxarılmamışdır. Belə olan halda İsfəndiyar Axundovun hüquqlarını müdafiə etdiyi şəxsi xüsusilə ağır cinayətdə ittiham etməyi qəbuledilməzdir. İsfəndiyar Axundovun müsahibədə bildirdiyi “Bəli o adam bu gün də məni məhkəməyə verir ki, quya mən onun obyektini götürmüşəm və 5 milyonda təzminat verməliyəm. Halbuki o adam 30 milyondan çox pul yeyibdir. Proqress MTK-nin rəhbəri Emil insanları, nə qədər adamları aldadıb hazırda cəzasını çəkir” ifadələrdən görünür ki, İsfəndiyar Axundov hüquqlarını müdafiə etdiyi şəxsi “30 milyondan çox pul yemişdir” sözlərinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham edir. Emil Səməndərov barəsində hal-hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir. Onun təqsirli olub-olmaması yalnız qəbul edilmiş yekun qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilə bilər. Həmin iş üzrə ifadə vermiş zərər çəkmiş şəxslərin əksəriyyəti isə Emil Səməndərovu tanımadıqlarını, ona pul vermədiklərini, şirkətin əvvəlki sahibləri tərəfindən aldadıqlarını bildirmişlər. Yəni, Emil Səməndərov barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə onun xüsusilə ağır cinayətdə törətməkdə ittiham edilməsi həmin məlumatın yalan olması deməkdir. 30 milyon manat məbləğ Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən 500000 (beş yüz min manat) məbləğindən artıq olduğu üçün xüsusilə külli miqdar hesab edilir. Xüsusilə külli miqdarda dələduzluq isə Cinayət Məcəlləsinin 178ci maddəsinin tövsifedici tərkibi baxımından xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi İsfəndiyar Axundov hüquqlarını müdafiə etdiyi şəxsi xüsusilə ağır cinayət törətməkdə ittiham etməsi və bununla da onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilir. Həmçinin hüquqlarını müdafiə etdiyim şəxsin İsfəndiyar Axundovu guya məhkəməyə verməsi, ondan 5 milyon manat təzminat istəməsi hissəsi də tamamilə böhtan xarakterlidir. Bununla bağlı İsfəndiyar Axundovun sübutu varsa məhkəməyə təqdim edər. Hər iki şəxsin arasında hələlik məhkəmə çəkişməsi olmamış və İsfəndiyar Axundovdan təzminat istənilməmişdir. Yekun olaraq məlumatın yayılması hissəsinə dair bildirir ki, məlumatların yayıldığı “Tiktok” sosial şəbəkəsində olan “Xəbəral.az” adlı səhifənin 5843 nəfər izləyicisi vardır və olduqca aktiv “public" bir hesabdır. Həmin xəbərə isə 26300 nəfərdən çox izləyici baxmış, 200 şəxs bəyənmiş, 92 nəfər həmin xəbəri başqa şəxsə paylaşmışdır. İsfəndiyar Axundovun əməlindəki bir digər tərkib isə CM-in 148-ci maddəsidir. Belə ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. “Mən sizə deyim ki, "xxxx" MTK-nin rəhbəri Emil insanları, nə qədər adamları aldadıb. Bəli o adam bu gün də məni məhkəməyə verir ki, guya mən onun obyektini götürmüşəm və 5 milyon da təzminat verməliyəm. Halbuki o adam 30 milyondan çox pul yeyibdir” ifadələri hüquqlarını müdafiə etdiyi şəxsin şəxsiyyətini mənfi xarakterizə etməklə onun şərəf və ləyaqətini nalayiq formada alçaldır. Çünki ifadələrdə şəxsin dələduzluq edərək başqa şəxsləri aldatması öz əksini tapmışdır. Beləliklə, X40 Səməndərova böhtan atmaqla və təhqir etməklə cinayət əməli törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. Əks təqdirdə hüquqlarını müdafiə etdiyi şəxs barəsində İsfəndiyar Axundovun əsassız yaydığı məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzasızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxslər, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxsi, yəni X21 xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, onu xüsusilə ağır cinayət törətməkdə ittiham edən, barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmü çıxarılması xahiş edilmişdir. Bundan əlavə məhkəməyə xüsusi ittiham qaydasında şikayətə əlavə təqdim edilmişdir. Həmin əlavədə göstərilmişdir ki, xüsusi ittiham şikayəti verdikdən sonra da aşağıdakı məzmunda paylaşımlar edilmişdir. 02 aprel 2025-ci il saat 18:20-də “Cebheinfo.az” saytında “Şərurlu İsfəndiyardan 5 milyon istəyirlər: "Vicdanı olan şəhid ailəsini aldadar?” - ÖZƏL-başlıqlı yazı paylaşılmışdır. Həmin paylaşım 15211 dəfə izlənilmişdir. Həmin paylaşımdan bəzi hissələr: “Şərurlu İsfəndiyar sayımıza açıqlamasında bildirmişdir ki, E.Səməndərova görə bir çox insan çətin vəziyyətə düşüb: "Səməndərov hazırda həbsdədir. O, 1200 nəfəri aldadıb, 5 binanı yarımçıq qovub, 800 nəfəri də aldadaraq, bir evi bir neçə dəfə satıb. Buna görə də ona qarşı cinayət isi açılıb. Hələlik məhkəmə hökmü verilməyib. Hökm oxunmadığına görə deyir ki, heç kəs mənə cinayətkar deyə bilməz. Deyir hələ mənə “maşennik” demək olmaz, qoy hökm qurtarsın sonra...”. “Onun yarımçıq qoyduğu işi mənə həvalə ediblər və mən tamamlamışam. O aldadılmış insanların hamısını evlə təmin etmişəm. İndi o, mənə adam göndərib ki, sən mənə 5 milyon pul verəcəksən, hələ mənim gələcək planlarım var idi. Yəqin o, daha çox insanı aldatmaq istəyirmiş, amma buna imkan verilmədi. Onlar əlindən çıxdığına görə belə edir. Mən də ona dedim ki, sən dürüst adam deyilsən. Dürüst insan olsaydın, həbsə düşməzdin.”. “İnsan az da olsa, vicdanlı olmalıdır. Orda həqiqətən elə ailələr var ki, yaxşı vəziyyətdə deyil. O aldadılmış ailələrin içində qazilər, əlillər, pensiyaçılar var. Siz bütün bu insanları aldatmısınız. Vicdanınız yoxdur ki, hamısı aldadmısınız". “Elə insanlar var ki, bu stressə dözməyib, ürəyi partlayıb dünyasını dəyişib. Onlar illərlə qəpik-qəpik yığdıqları pulla ev almağa çalışırdılar. İndi belə adamı onsuz da dövlət bağışlamır. Heç kəs də bağışlamaz”. İsfəndiyar Axundov qeyd edib ki, məsələ məhkəmə yolu ilə həll ediləcək: “O, məndən pul istədiyi üçün mən bu sözləri demişəm. Əslində, o, mənə təşəkkür etməli idi. Çünki o aldadılmış insanları mən yola saldım, onları yerləşdirdim. Dövlət mənə bu işi həvalə etdi. Hələ o, məndən 5 milyon manat tələb edir. Deyir ki, mən onun şərəf və ləyaqətini alçaltmışam. Şərəfli adam 1200 nəfəri aldadar? Şərəfi və ləyaqəti olan bir insan qaziləri və şəhid ailələrini aldadarmı?”. “Qoy məhkəməyə versin! Məhkəmə dövlətin qanuni strukturudur. O, şikayət verib, mən də gedib özümü müdafiə edəcəyəm. Vəkillərim də gedəcək. Lazım gəlsə, həmin insanlar da məhkəməyə gələr. Mən çox şərəfli bir iş görmüşəm. Elə bir iş gördüm ki, o insanları vəziyyətdən çıxartdım. Onlar mənə alqış edirdi. Mən nədən çəkinməliyəm? Olanları deyirəm”. 03 aprel 2025-ci il saat 09:00-da https://azerbaycanrealligi.com/ saytında “X31 Səməndərova sərt sözlər: “Şərəfi olan insan qaziləri və şəhid ailələrini aldadarmı?”- başlıqlı yazı paylaşılmışdır. Həmin paylaşım da “Cebheinfo.az “saytına istinadən paylaşılmışdır və yazılar eynilik təşkil edir. 03 aprel 2025ci il saat 02:30-da “news24.az” saytında “Şərurlu İsfəndiyardan 5 milyon istəyirlər-başlıqlı” paylaşım paylaşılmışdır. Həmin paylaşım “Cebheinfo.az” saytına istinadən paylaşılmışdır və yazılar eynilik təşkil edir. Paylaşım xx.xx.2025-ci il tarixədək 7587 dəfə izlənilmişdir. 03 aprel 2025-ci il saat 09:22-də “manset.az” saytında "Şərurlu İsfəndiyar özünü İlon Maskla müqayisə etdi: "Onun da ali təhsili yoxdur"- başlıqlı yazı paylaşılmışdır. Həmin paylaşımdan bızi hissələr: “İsfəndiyar Axundov "xxxx" MTK-nın rəhbəri Emil Səməndərovun onu məhkəməyə verməsinə də münasibət bildirib: "Doğru məlumatdır. Emil deyilən şəxs 30 milyona qədər yeyinti edib, onu tutublar. Onun hələ də məhkəməsi davam edir. Təhvil verə bilmədiyi mənzillərin tikintisini davam etdirmişəm. Emil Səməndərov də deyir ki, mənim yarımçıq qoyduğum işi niyə İsfəndiyara veriblər? Mən həbsdən çıxandan sonra əlavə pul qazanacaqdım. O məndən 5 milyon istəyir ki, həmin binadan qazanacaqdım. İşgüzar nüfuz məsələsinə gəlincə isə Emil Səməndərov 30 milyon pul atıb, hansı işgüzar nüfuzdan danışır? Nüfuzun var idi sənin? Sən türmədə olanda bu işi mənə veriblər ki, mən yarımçıq işi başa çatdırım". 03 aprel 2025-ci il saat 11:09-da “demokrat.az” saytında "Şərurlu İsfəndiyar özünü İlon Maskla müqayisə etdi: "Onun da ali təhsili yoxdur" başlıqlı paylaşım edilmişdir. Həmin paylaşım “manset.az” saytına istinadən paylaşılmışdır. “Demokrat.az” saytında paylaşım, manset.az saytı ilə eynilik təşkil edir. Halhazırda şikayətinə əlavə etdiyim saytlarda paylaşılan məlumatlardan da göründüyü kimi, X40 Səməndərovu xüsusi ağır cinayət törətməkdə ittiham edərək Emil Səməndərova böhtan atmış və Emil Səməndərovu təhqir etmişdir. Ümumilikdə görünür ki, İsfəndiyar Axundovun barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəmə müraciət etməyinə baxmayaraq İsfəndiyar Axundov öz qanunsuz əməllərini davam etdirmişdir. İsfəndiyar Axundov hüquqlarını müdafiə etdiyim şəxs barəsində “O, 1200 nəfəri aldadıb, 5 binanı yarımçıq qoyub, 800 nəfəri də aldadaraq, bir evi bir neçə dəfə satıb. Buna görə də ona qarşı cinayət işi açılıb. Şərəfli adam 1200 nəfəri aldadar? Emil deyilən şəxs 30 milyona qədər yeyinti edib, onu tutublar, “maşennik” deyə ifadələr işlətməklə barəsində qanuni qüvvəyə minmiş hökm olmayan bir şəxsi xüsusi ağır cinayət törətməkdə ittiham etmiş və təhqir etmişdir. Məhkəmə baxış iclasında xüsusi ittihamçı X33 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2018-ci il tarixdə "xxxx" MTK binaların tikilib təhvil verilməsi üçün ona təhvil verilmişdir. Ona 141 nəfər zərər çəkən olduğu, 3.100.000 manat zərər olduğu bildirilmişdir. O, razılaşıb tikintini təhvil götürmüşdür. Bir müddət sonra ona aydın olmuşdur ki, 141 nəfər yox, 264 nəfər zərər çəkən və 7.900.000 manat zərər var. O, bu məbləğin 5.750.000 manatını ödəmişdir. Hansı ki, ona aid olmayan hissə olmuşdur. O, tikintiyə 6.000.000 manata yaxın pul xərcləmişdir. Bu işlə bağlı İsfəndiyar Axundov ona dələduz demişdir. Hansı ki, onun bu işdə heç bir günahı yoxdur. İsfəndiyar Axundov demişdir ki, guya o, sonuncunu məhkəməyə verib 5.000.000 manat təzminat istəmişdir. Həmçinin demişdir ki, guya o, dələduzluq etdiyi işi davam etdirmək istəyir. O, tikintiyə 1.100.000 manat pul xərcləmişdir. Günahı olmadığı halda həbs edilmişdir. Ona 1200 nəfər zərər çəkmiş şəxs olduğunu demiş, lakin 550 nəfəri göstərmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər CM-in dələduzluq maddəsi ilə məhkum olunmamışdır. Onun barəsində məhkəmədə baxılan iş üzər 14 nəfər zərər çəkən hələ dindirilməmişdir. Odur ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məhkum edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında xüsusi ittihamçının nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət icraata qəbul olunduqdan sonra Axundov İsfəndiyar qanunsuz əməllərini eyni motivdə, eyni şəkildə davam etdirmişdir. Hansı ki, belə hallar sonradan baş verdiyi üçün bunu xüsusi ittiham qaydasına uyğun olaraq məhkəmənin nəzərinə çatdırır. Şikayətinin ilkin mahiyyəti ondan ibarətdir ki, İsfəndiyar Axundov sosial şəbəkələrin birində hüquqlarını müdafiə etdiyi şəxsin insanları aldatdığını bildirmişdir. Məhkəməyə təqdim etdiyi videogörüntünün 00:16 və 01:27-ci saniyəsində İsfəndiyar Axundov tərəfindən deyilir ki, “mən sizə deyim ki, MTKnın rəhbəri nə qədər adamı aldadıb, hazırda cəzasını çəkir, buna baxmayaraq zərərçəkmişlər mənim qabağımı kəsdilər və s”. Sonrasında isə 06:21 və 06:50-ci saniyələrində jurnalist tərəfindən Axundov İsfəndiyara sual verilir ki, “İsfəndiyar müəllim, gəlin bu məsələlərə son qoyaq. Sizin həbs edilən Emin bəylə bir bağlantınız var ki, biz onun barəsində danışarkən siz əsəbləşdiniz və bildirdiniz ki, həmin o adam dələduzdur.” Həmin o video görüntünün 06:51 və 07:42-ci saniyələrində İsfəndiyar Axundov deyir ki, “bəli, o adam bu gün də məni məhkəməyə verir ki, mən onun obyektlərini götürmüşəm və 5 milyon da təzminat verməliyəm.” Onlar ümumiyyətlə bununla bağlı İsfəndiyar Axundovu məhkəməyə verməmişilər. İsfəndiyar Axundov deyir ki, “mən həmişə halalca pulumu almışam, amma o camaatın 30 milyon pulunu yeyibdir.” Bu sözlər şəxsən İsfəndiyar Axundov tərəfindən “Tik-Tok” platformasında hansısa kanalda bildirdiyi video görüntü vasitəsilə dediyi sözlərdir. Müdafiə etdiyi şəxsi İsfəndiyar Axundov CM-in 178.4-cü maddəsi ilə ittiham etmişdir. Bu məsələlər gündəmə gəldikdən sonra İsfəndiyar Axundov yenidən 02 aprel 2025-ci il tarixində saat 18:20-də “cebhe.info.az” saytında müəyyən sözlər demişdir. “Vicdanı olan şəhid ailəsini aldadar?” başlığı altında bildirilir ki, “Səməndərov hazırda həbsdədir, o hazırda həbsdədir, 1200 nəfəri aldadıb, 5 binanı yarımçıq qoyub, 800 nəfəri aldadaraq bir neçə dəfə satıb, ona görə ona cinayət işi açılıb, hələlik məhkəmə hökmü verilməyib. Hökm oxunmadığına görə deyir ki, heç kim mənə cinayətkar deyə bilməz, yəni deyir ki, hələ ki mənə “maşennik” demək olmaz. Qoy hökm qurtarsın, sonra. Onun yarımçıq qoyduğu işi mənə həvalə ediblər və mən tamamlamışam. Onun aldatdığı insanların hamısını evlə təmin etmişəm. Bundan belə mənə adam göndərib ki, sən mənə 5 milyon manat pul verəsən, hələ mənim gələcək planlarım var idi. Yəqin o hələ çox adamları aldatmaq istəyirmiş, amma buna imkan verilmədi, onun əlindən çıxdığına görə belə edir. Mən ona dedim ki, sən dürüst adam deyilsən, dürüst insan olsaydın həbsə düşməzdin. İnsan az da olsa vicdanlı olmalıdır, orada elə ailələr var ki, yaxşı vəziyyətdə deyil, o aldadılmış ailələr içində qazilər, əlillər, pensiyaçılar var. Bütün insanları aldatmısınız, vicdanınız yoxdur ki, bütün insanları aldatmısınız. Elə insanlar var ki, bu stressə dözməyib ürəyi partlayıb dünyasını dəyişib. Onlar qəpik-qəpik yığdıqları pulla ev almaq istəyirdilər. Onsuz belə edənləri dövlət bağışlamır, heç kim də bağışlamaz. Sonra qeyd edib ki, məsələ məhkəmə yolu ilə həll ediləcək. Daha sonra o, məndən pul istədiyi üçün mən ona bu sözləri dedim.” Əslində etiraf edib ki, İsfəndiyar Axundov bu sözləri deyib. Axundov İsfəndiyar daha sonra deyib ki, “o mənə təşəkkür etməli idi ki, onun aldatdığı insanları mən yola saldım, daha sonra onları yerləşdirdim. Dövlət mənə bu işləri həvalə etdi, hələ o məndən 5 milyon manat tələb edir, deyir mən onun şərəf və ləyaqətini alçaltmışam. Şərəfli adam heç 1200 nəfəri aldadar? Şərəfi və ləyaqəti olan adam qazi və şəhid ailələrini aldadarmı?” Daha sonra da, 03 aprel 2025-ci il tarixində saat 09:00 radələrində “Azərbaycanreallığı.com” saytında həmin motivli paylaşım gedib. Daha sonra da digər “news24.az” saytında həmin paylaşımlar gedib. Burada məsələnin mahiyyəti ondan ibarətdir ki, ilk öncə qeyd etdiyi kimi, manipulyasiya ilə belə bir fikir yaratmağa çalışırlar ki, Emin 1000-dən artıq vətəndaşı aldadıb. Səməndərov barəsində hələ də müvafiq araşdırma gedir, ümumiyyətlə hökm yoxdur. Hökm olsa belə bunu deyə bilməz, Səməndərov haqqında həmin hökmün qanuni qüvvəyə minməsi institutu var. Konstitusiyamızda təqsirsizlik prezumpsiyası var. Yəni bu konstitusion hüquqdur, bu şəxslərə verilib. İsfəndiyar Axundov barəsində onlarla şikayətlər var. “Şərur MTK” bu günün deyil, illərin şirkətidir və illərdir o, özü də mətbuatda onlarla bağlı şikayətlər oxuyur. Amma bu heç kimə o şəraiti vermir ki, “Şərur MTK” və rəhbərini dələduz adlandırılsın. Əgər qanun bu hüququ tanıyırsa, onda Səməndərov da eyni şeyi desin, məsələ qurtarsın, getsin burada. Bu şəxs qəbul edirsə, özünə layiq görmədiyi şeyi başqasına layiq görməməlidir. Bu gün İsfəndiyar Axundov bu sözü özünə layiq görmürsə, başqasına qarşı da işlətməməlidir. Burada araşdırma gedir və xəbərlərdə deyib ki, insanları evlə təmin etmişdir. İlk növbədə, heç kimi evlə təmin etməyib, onlar gəliblər, hazır bina var, ora. Burada təhqir və böhtan var. Böhtan nədir? – Olmayan bir şeyi deyirlər. Həmin MTK-ya Səməndərov gələndə 2-ci, 4-cü, 5-ci blok ümumiyyətlə yox idi və həmin 2 bloku Səməndərov tikib və həmin torpaq sahəsi fiziki bir şəxsin idi. Ora Səməndərov cibindən pul verib insanları yerləşdirib ora, indi amma həmin vətəndaşlar zərərçəkmiş kimi tanınır. Əgər məhkəmə İsfəndiyar Axundovu təqsirsiz bilsə, onda demək olar ki, hər hansı bir adam digər bir şəxsə bu ifadələri işlədə bilər. Yenə deyirik, eyni motiv, eyni şikayətlər İsfəndiyar Axundovdan da var, amma niyə bu qədər rahatdır, onu bilmir. Odur ki, İsfəndiyar Axundovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyət cəlb edilməsini və həmin maddələrin sanksiyalarının ən yuxarı həddə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında xüsusi ittihamçının nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə əlavə olaraq bildirmişdir ki, CM-in 147-ci və 148-ci maddələri bənzər maddələr olsa da bəzi təhqir növləri var ki, onlar sadəcə təhqir kimi ifadə olunur. Ancaq bəzi ifadələr var ki, onların real həyatda qarşılığı var. Məsələn dələduz ifadəsi. Dələduz sözü CM-də öz əksini tapır və eyni zamanda təhqirdir. Yəni bununla bağlı təxminən 1-2 həftə öncə Binəqədi Rayon Məhkəməsində başqa analoji bir iş üzrə dələduz ifadəsi ilə bağlı ekspertiza rəyi mövcuddur. Emil Səməndərova atılan böhtanlar paraleldə təhqir mahiyyəti daşıdığı üçün qeyd etmişlər ki, bu ifadə böhtan olmaqla yanaşı həm də təhqirdir. xx.xx.2025-ci il, saat 18:20-də “Cəphəinfo.az” saytında Şərurlu İsfəndiyardan beş milyon istəyirlər, vicdanı olan şəhid ailəsini aldadar? başlıqlı yazı yazılıb. Ümumilikdə on beş minə yaxın şəxs izləyib həmin yazını. Həmin yazıda İsfəndiyar Axundov bildirmişdir ki, “Emil Səməndərov həbsdədir, min iki yüz nəfəri aldadıb, buna görə də cinayət işi açılıb. Hələ ki, məhkəmə hökmü verilməyib. Hökm oxunmadığı üçün deyir ki heç kim mənə cinayətkar deyə bilməz. Deyir hələ mənə maşennik demək olmaz. Hökm bitsin sonra. Onun yarımçıq qoyduğu işi mənə həvalə ediblər, məndə tamamlamışam. Aldadılmış insanların hamsını evlə təmin etmişəm. İndidə mənə adam göndəribki mənə beş milyon verəcəksən. Yəqin o daha çox insanı aldatmaq istəyirmiş, ancaq buna imkan verilmədi. Onlar əlindən çıxdığı üçün belə edir. Mən ona dedimki sən dürüst adam deyilsən. Dürüst adam olsaydın həpsdə olmazdın. İnsan azda olsa vicdanlı olmalıdır. Orda elə ailələr varki yaxşı vəziyyətdə deyil. O, ailələrin içində qazilər, əlillər, pensiyaçılar var. Siz bütün insanları aldatmısınız. Vicdanınız yoxdurki o insanları aldatmısınız. Məndən pul istədiyi üçün mən bu sözləri demişəm. Əslində o mənə təşəkkür etməlidi. Çünki aldadılmış insanları mən yola saldım. Dövlət mənə bu iş həvalə etdi. Hələ məndən beş milyon pul tələb edir. Deyir mən onun şərəf və ləyaqətini alçatmışam. Şərəfli adam min iki yüz nəfəri aldadar?. Şərəfli adam qaziləri, şəhid ailələrini aldadarmı?. Qoy məni məhkəməyə versin. Məhkəmə dövlətin qanuni strukturudur. O şikayət verəcək məndə gedib özümü müdafiə edəcəm. Vəkillərdə gedəcək. Lazım olarsa həmin insanlarda məhkəməyə gələr. Mən çox şərəfli bir iş gömüşəm. Elə bir iş görmüşəmki insanları vəziyyətdən çıxardım. Mən nədən çəkinməliyəm?. Olanları deyirəm.” Daha sonra həmin yazı “Azərbaycanreallığı.com” saytında paylaşılıb, ordada izlənilib. Daha sonra da xx.xx.2025-ci il tarixdə “Manşet.az” saytında “Şərurlu İsfəndiyar özünü Elon Muskla müqayisə etdi. Onunda ali təhsili yoxdur” başlıqlı yazı paylaşılmışdır. Həmin paylaşımda isə “dediklərim doğru məlumatdır. Emil deyilən şəxs otuz milyona qədər yeyinti edib onu tutublar. Onun hələdə məhkəməsi davam edir. Təhvil verə bilmədiyi mənzillərin tikintisini davam etdirmişəm. Emil Səməndərov deyirki mənim yarımçıq qoyduğum işi niyə İsfəndiyara veriblər?. Mən həbsdən çıxdıqdan sonra əlavə pul qazanacaqdım. O məndən beş milyon pul istəyirki həmin binadan qazanacaqdım. İşgüzar nüfuz məsələsinə gəldikdə isə Emil Səməndərov otuz milyon manat pul atıb. Hansı işgüzar nüfuzdan danışır. Nüfuzun var idi sənin?. Sən türmədə olanda bu işi mənə veriblərki yarımçıq işi başa çatdırım.” ifadələri qeyd edilmişdir. Burda “maşennik” ifadəsi, vicdansız, işgüzar nüfuzda münasibətdə nüfuzun olmamağı hər kəs tərəfindən məlum olan hallar olduğu üçün qarşı tərəf qəbul etməlidir bu ifadəni. Yox əgər təqsirləndirilən bu ifadəni öz şəxsinə qəbul etmirsə və bu hissədə təhqir olunduğunu hesab edirsə bu hissədə ekspertizaya ehtiyac yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X13 CM-in 147.2 və 148-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Emil Səməndərova kömək etmək istəmiş, hər adamdan şikayəti olmaması ilə bağlı izahat almışdır. Onun dediyi söz “şişirdilmişdir.” Onun Emildən narazılığı yoxdur, kiminsə burda marağı var. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, kütləvi informasiya vasitəsində dələduz sözünü işlətməmişdir. Ondan 5 milyon manatı Zöhrab adlı şəxs istəmişdir. O, məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı mütəxəssis qismində dəvət edilmiş Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına X19 Araşdırmalar Laboratoriyanın müdiri X22 bildirmişdir ki, təqdim olunan materialda ekspert qarşısında 3 sual qoyulmuşdur. Hər bir sualda da kiçik mətn parçası var və hər mətn parçası bir müsahibədən olmuşdur. Mətnləri həm statistik, həm linqvistik baxımdan təhlil etmişlər. Azərbaycan dilinin izahlı lüğətində aldatmaq sözü qəsdən yayındırmaq, başını tovlamaq, yoldan çıxarmaq, yalan danışmaq, əsli olmayan bir şeyi doğru kimi göstərmək məzmunu ifadə edir. Pul yemək frazeologizmdir, Azərbaycan dilinin frazeoloji lüğətində ayrılmış maliyyə vəsaitinin mənimsənilməsi kimi izah olunur. Dürüst sözü doğru, düzgün, düz kimi izah olunur. Vicdanlı sözü vicdanı olan, öz iş və hərəkətləri üçün mənəvi məsuliyyət hiss edən. Yeyinti sözü sonuncu diqqəti cəlb edən mənfi mənaya malik sonuncu sözdür. Yeməyə yarayan şey, azuqə, yeyəcək şey, məcazi mənada dövlət yaxud xalq malını pulunu mənimsəmə, oğurlama, israf etmə, israf. Ekspertə səslənən sualda sonda təhqir ifadəsinin olubolmaması yoxlanılır. Təhqirlə bağlı linqvistik ekspertizada mübahisəli məsələlərin çıxmasının 2 səbəbi var. Biri odur ki, bu sahədə metodologiyada müəyyən qədər dəqiqləşməyə ehtiyac var. Fərqli yanaşmalar var, amma digər tərəfdən təhqir anlayışının gündəlik səviyyədə məişət səviyyəsində qəbul olunması və hüquqi baxımdan izah olunması bir-birindən fərqli olan anlayışlardır, əslində fərqli şəkildə izah olunmalıdır. İstənilən bir söz ifadə kontekstdən asılı olaraq məişət üslubunda təhqir kimi subyektiv olaraq anlaşıla bilər. Amma bu o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqir hesab olunur. Təhqir kimi hüquqi baxımdan izah olunması üçün nalayiq formada ifadə olunmalıdır və hətta qəsdən qəsd sözü orada var. Nalayiq forma dedikdə əxlaqi və davranış baxımından cəmiyyət tərəfindən müsbət qəbul olunmayan hərəkətləri ifadə edən anlayışlar nalayiq formada ifadə olunmuş hesab edilir. Sadalanmış mətndə aldatmaq, pul yemək, vicdan, yeyinti tipli sözlər nalayiq ifadəli sözlər kateqoriyasına daxil deyil. Onlar bunu subyektiv fikir olaraq səsləndirməmişlər. Linqvistik ekspertizada metodologiyada bununla bağlı siyahı təqdim olunur. Siyahıda verilən söz qruplarından hansıları qeyd eləmək olar, cəmiyyət tərəfindən müsbət qarşılanmayan fəaliyyət növləridir. O, sözləri demək istəmir, çünki bu sözlər cəmiyyətdə səsləndirilməyə uyğun deyil və yaxud da həmin birinci kateqoriyada qeyd etdiyi sözlərin efinistik variantı, daha yumşaldılmış variantıdır. Yüngül əxlaqlı qadın hətta efinistik vahid belə ifadə elədiyi, yəni digər bir leksionla paralel işlənirsə, bu da nalayiq forma hesab olunur. Heyvan adlarının insana aid edilərək işlədilməsi, məsələn çaqqal — çaqqala aid olan xüsusiyyətlərin insana köçürülməsi, bu da nalayiq forma hesab edilir. Söhbət tək çaqqaldan getmir, kiməsə donuz, çaqqal, uzunqulaq və s. müraciət olunursa, bu da nalayiq forma hesab olunur. Bundan başqa bu kateqoriyaya aid olan sözlərdən yaxın münasibət və cinsiyyət orqanlarının adları və bunlardan törəyən sözləri aid etmək olar, söyüş kateqoriyasına aid olan bütün sözlər aid eləmək olar. Bəzi peşə adlarının məcazi mənada işlənməsi, əgər həkim nəzərdə tutulur və ona qəssab və yaxud cəllad aid edilirsə buda nalayiq ifadə hesab olunur. Bizə təqdim olunan materialda sözlər heç biri bu kateqoriyaya daxil edilmədiyindən nalayiq forma hesab olunmur. Dolayısı ilə linqvistik baxımdan yanaşanda təhqir faktı hesab oluna bilməz. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, linqvistik ekspertiza üçün fon məlumatların heç birinə əhəmiyyət yoxdur, şəxsin fəaliyyəti, cəmiyyətdə nüfuzu onları maraqlandırmır. Onlar yalnız mətnlə işləyir, mətndə nə qeyd olunubsa, onla işləyirlər. Onlar mətndə təhqir elementinə uyğun heç bir fakt aşkarlamamışlar, lakin tənqid kimi qiymətləndirilə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X20 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X8 CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-348/2025 nömrəli qərarından görünür ki, X13 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş, X13 CM-in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, X33 xüsusi ittihamçı qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, xüsusi ittihamçının nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs X7 şikayətçi olan şəxslərin müraciəti əsasında müxtəlif kütləvi informasiya vasitələrində dərc edilmiş məlumatları CD disk şəklində məhkəməyə təqdim etmiş, həmin disk iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli xüsusi ittiham qaydasında şikayətə əlavədən görünür ki, xüsusi ittihamçının nümayəndəsi Nümayəndə məhkəməyə xüsusi ittiham qaydasında şikayət edildikdən sonra təqsirləndirilən şəxs X13 tərəfindən xüsusi ittihamçı barəsində səsləndirdiyi fikirlər barədə məlumat təqdim edərək, X8 CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli iddia ərizəsindən görünür ki, X25 və X36 X10 və "xxxx" MTKya qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, MTK-a tərəfindən tikiliyə on bir milyon manatdan çox vəsait xərclənməsini qeyd edərək İsfəndiyar Axundovun əsassız olaraq "xxxx" MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 A ünvanında həyata keçirdiyi tikinti işlərinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2929/2024 nömrəli qərarından görünür ki, iddiaçılar X17 və X26 cavabdehlər X10 və "xxxx" MTK-ya qarşı tikinti işlərinin dayandırılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. “X14” MMC-nin xx.xx.2025-ci il tarixli, ETM-025/L/25 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 ədəd CD diskdə olan "xeberal.info" adlı səhifədən götürüldüyü qeyd olunan, müsahibə boyunca ekranın üzərində "Özəl Müsahibə. İsbəndiyar Axundovun həbs xəbəri yalandır! Şərurlu İsbəndiyar: Mənim həbs olunan "xxxx" MTK-nın rəhbəri Emil Səməndərovla heç bir iş birliyim olmayıb" yazıları olmaqla 7 dəqiqə 28 saniyə davam edən videomüsahibənin tam mətni aşağıdakı kimidir: A.: Bir neçə gündür sosial şəbəkələrdə görükən məlumat üçün gəldik bura. Sosial şəbəkələrdə yayılıb ki, guya Siz həbs olunmusunuz. Əvvəla, bununla bağlı Sizin bir açıqlamanızı istəyirdik. B: Mən sizə deyim ki, bu "xxxx" MTK var. Onun yiyəsi Emin insanları aldadıb, nə qədər adamı aldadıb. Və bu gün çəzaçəkmə məntəqəsində çəzasın çəkir. Ona baxmayaraq, zərərçəkən insanlar isə bu gün havada əsəbi halda gəzirlər. Dövlət mənə göstəriş verib ki, bu insanları razılaşma yolu yola salmaq üçün mən öhdəlik götürdüm ki, iyirmi minə qədər pulları verim, qalanı da ev şəklində məsələ həllini tapsın. Bu günə qədər artıq üç yüzə yaxın adam evnən təmin eləmişəm və qalan şəxslərin evlərin də təmir eləyirəm, az müddətdə insanlara verəcəm ki, onlar razı qalsınlar. Buna baxmayaraq, bir qadın gəldi otuz bir min alacağım var, mən orda iyirmi min öhtəlik götürmüşəm, çıxışda da dedim hamısı iştirak edib. Bu dedi ki, mən şəhid ailəsiyəm. Sizə deyim ki, məlumat üçün biz yetmişə qədər şəhid ailəsi, qazi ailəsi var. Onları miqdarından asılı olmayaraq altmış min, əlli min, yetmiş min hamısını obyektimi satıb bunları pulnan təmin eləmişəm. Mən yoxlama zamanı gördük ki, biz araşdırdıq, şəhid ailəsi deyil, dedi ki, qazi ailəsiyəm. Onu da yoxlatdıq ki, elə bir şey yoxdur. Sonra gətirdi ki, bacımın oğlu qazidir. Onu da əsaslandırmadı. Bir qrup qazi gəldilər. Və mindiyi maşının qiyməti yüz min manat var idi. Özləri ilə urnalistdə gətirmişdilər, yəni bunlar bir dəstədilər. İdarəni götürdülər mühasirəyə, yəni hərəkət etməyə qoymadılar Şirkətin bir gün fəaliyyətini saxladılar Mən də götürdüm çıxış yolu üçün 112-yə zəng elədim dövlətdən dəstək istədim. Polis bölməsinin polisləri gəldilər. Bunlar onlara yaxın durmadılar bəzi yerləri sındırırlar, qırırlar ki, biz işləmişik, bizim pulumuzu ver, sanki bunlar burda işləyib, pulları kəsilib, belə bir abu-hava yaradırlar ki, jurnalistdə çəkir. Neçə qazi haqqını verib. Hamısı da burda işləyiblər. Nə isə bizi dəvət elədilər Binəqədi polis upravleniyasına, qaziləri de apardılar. Bu zaman polis upravleniyanın rəisi araşdırdı, elə gördü ki, heç bu qazi də deyil. Əsas onların başçısı, o dedi ki, bəs dostum Rosiyadan zəng eləyib ki, bəs köməy eləyim bunlara, bunların pullarını alım verim. Bu da ona bildirdi ki, bu tələdir, yəni bu cinayətdi, bəs bu medalları vurmusan yaxana, bu o demək deyil ki, sən kimdən nə istədin alasan. Dövlət orqanları var, şikayət eləyə bilərsən. Öz hüquq qoruya bilərsən. Xalandı, qohumdu, lap xalan deyil, yad adamdı səndən xahiş eləyibdir, get köməy elə, get polisə ver, məhkəməyə ver, hüququvu tələb elə ki, belə bir haqsızlıqlar var. Siz bunla neyləmək istəyirsiniz? Yəni bunlara izah elədi, başa saldı. Həmən vaxtı bir şəhid ailəsi də, Sənan rəhmətdiyin anası və bacısı burdaydı. Bunların da hərəkətinə o, dedi ki, mən oğlum də şəhid olub sizlər kimi. O arvadnan qızı nə günə saldılar rəhməttiyin. Deməli qadın bu gün balinsiyadadır. Əlaqə də saxlaya bilərsiz. Yəni bu insanlar kobudcasına, insanlığa sığmayan, sanki bilirsən nə təhərdi, bir erməni üstünə gedirlər, insanları o qədər sıxışdırırdılar, o qədər pislik elədilər, bilirsən insanları oturmağa qoymadılar, hamını ayaq üstə saxladılar. Özləri qışqırırlar, biz döyüşmüşük, vuruşmuşuq. Medalları göstərirlər. Yəni bilirsiniz, birinci özünə hörmət eləyən adam dövlət o medalları verməyib ki, kimisə gedib...... bundan istifadə eliyəsən. Birinci dəfə deyil mən açığını deyim A.: Amma İsfəndiyar müəllim, onlar heç tək-tək müraciət etməyiblər də Sizə? B.: Yox. A.: Kütləvi şəkildə gəliblər. B.: Bəli, kütləvi. Bu işlə onların heç bir əlaqəsi yoxdur. Onlar, mətbuat katibi mənə göstərdi ki, artıq bir neçə yerdə bu qrup dəstə şəklində gediblər, pul alırlar. Bax həmən qadından da pul alıblar, o pulunda aldılar çıxıb getdilər. Bu formada. Bilirsən nə təhərdi kütləvi surətdə insanların işini dayandırırlar və pul tələb eləyirlər. Pul alırlar. Bəzən nail olurlar, bəzən nail olmurlar. Hə bununla da davam edirlər. Biz ancaq dövlətə müraciet eliyə bilərik. Bunların qarşısı alınmalıdır. A.: Bununla bağlı hər hansı bir müraciətiniz olubmu? B. Əlbəttə, mən dedim, zəng elədim 112-yə ki, bunlar idarəni dağıdırlar. Vurdular vitrində nələr vardı qırıqladılar, birinin əli yaralandı, skoro gəldi. Yəni bu vəziyyət bu yerdədir. Ona görə çox cətindir, yəni birinci dəfə deyil, ha. Bir ayda bir-neçə dəfə bu hadisələr baş verib. Mən öz yanımada götürmüşəm qaynıda işləyir yanımda. Yəni biz şəhid ailələrinə çox böyük hörmətnən, çox qayğıynan yanaşırıq. Buna baxmayaraq, belə insanlar da var. Özlərinə bilirsən aid olmayan işlərin arxasınca gedirlər, məqsədyönlü. Yəni artıq bunlar bu yolun yolçularıdır.... A.: İsbəndiyar müəllim, bax, bu məsələlərə son olaraq Sizdən bir açıqlama almaq istəyirəm ki, bu məsələlərə son qoyulsun da. Bax bu "xxxx" MMC-nən Sizin, həbs olunan Emilnən Sizin nə bağlantınız var ki, mətbuatda onunla adınız hallanır? B.: Mənim heç bir, heç o adamla.... A.: Çünki mən ondan danışanda Siz əsəbiləşdiz, o adama qarşı nifrətiz var. Bilirsiz ki, o adam dələduzluq üstə tutulub. B.: Bəli. O adam bu gün də gedib məni məhkəməyə verib ki, guya mən obyektini götürmüşəm, beş milyon da mən təzminat verməliyəm. Onun camaatdan alacağını guya mən yıgacam. Halbuki o neçə, otuz milyondan artıq pul yeyibdi. Amma bilirsiz, insanlar, o da yəni belə bir xoşagəlməz hərəkət eləyibdi. Və birinci dəfə deyil. Bu günə qədər iki min beş yüzə qədər adamı, insanları evnən təmin eləmişəm. Bunuda dövlət mənə həvalə eliyibdi, yüksək səviyyədə bunu da mən yola verirəm. İnsanlar razı qalırlar, gedirlər. Bəzən belə insanlarda ortaya çıxır ki, belə insanlardan istifadə edirlər, öz xeyirləri naminə. A.: Şəxsi mənafeləri naminə. B.. Bəli, ona görə də problemlər olur. A.: Çox sağ olun. Təşəkkür edirik sizə. Minnətdarıq.
2. Tədqiqata təqdim edilmiş, videomüsahibənin məzmununda ədəbi-dilçilik və linqvistik təhlil baxımından birbaşa şərəf və ləyaqəti ləkələyən, nalayiq formada alçaldan və ya onu nüfuzdan salan, təhqiredici söz, ifadə və fikirlər müəyyən edilmədi.
3. Tədqiqata təqdim edilmiş, videomüsahibənin məzmunundakı "Mən sizə deyim ki, bu "xxxx" MTK var. Onun yiyəsi Emil insanları aldadıb, nə qədər adamı aldadıb. Və bu gün çəzaçəkmə məntəqəsində çəzasın çəkir"; "O adam bu gün də gedib məni məhkəməyə verib ki, guya mən obyektini götürmüşəm, beş milyon da mən təzminat verməliyəm. Onun camaatdan alacağını guya mən yıgacam. Halbuki o neçə, otuz milyondan artıq pul yeyibdi. Amma bilirsiz, insanlar, o da yəni belə bir xoşagəlməz hərəkət eləyibdi" kimi məlumatlar öz təsdiqini tapmadığı təqdirdə böhtan xarakterli fikirlər hesab edilməklə ünvanlandığı şəxsin şərəf və ləyaqətini ləkələyən, nalayiq formada alçaldan və ya onu nüfuzdan salan söz və ifadələr hesab edilə bilər Həmin məlumatların doğruluğunun müəyyən edilməsi isə hüquqi araşdırma tələb edən məsələ olub, linqvistik tədqiqat aparan mütəxəssisin səlahiyyətinə aid deyildir.” Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdən görünür ki, iş üzrə xüsusi ittihamçı barəsində müxtəlif dövrlərdə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə "xxxx" MTK və onun keçmiş rəhbəri Emil Səməndərovun qanunsuz əməlləri ilə bağlı dərc edilərək yayılmış məlumatların toplanaraq yazıldığı CD disk məhkəməyə təqdim edilmiş və disk iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X13 əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X43 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan əlavə X43 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(124)-27/2025 nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, X33, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 3inin (VÖEN № **********) direktoru vəzifəsində eləcə də xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 4 Tikinti Kooperativinin (VÖEN № **********) təsisçilərinin yığıncağının xx.xx.2018-ci il tarixli 01/K nömrəli əmri ilə direktor vəzifəsinə təyin edilməklə işləyərkən, "xxxx" Mənzil Tikinti Kooperativinin Əsasnaməsinə əsasən, cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi X37 və qeyrilərinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək niyyətilə X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı əsasında ünvan 5 ünvanında 0,4 ha torpaq sahəsində 2006-2016-ci illərdə "xxxx" MMC tərəfindən, 2016-cı ildən "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK tərəfindən inşa edilən 5 bloklu çoxmərtəbəli yaşayış binasındakı mənzillər və qeyri-yaşayış sahələrinin "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş şəxslər X23 və X38, "xxxx" MTK-nın direkoru vəzifəsində işləmiş X38 eləcə də özü tərəfindən rəsmi qaydada alqı-satqı müqaviləsi, maliyyə arayışı və kassa mədaxil qəbzləri əsasında başqa şəxslərə satılmalarına baxmayaraq, həmin Kooperativdən mənzil və qeyri-yaşayış sahəsi almaq üçün müraciət edən şəxslərə qeyd edilən mənzil və qeyriyaşayış sahələrinin əvvəllər başqa şəxsə satılmaması barədə yalan məlumat verməklə eləcə həmin sahələrin onlara satıla biləcəyini ünvan 6 ünvanında yerləşən həmin MTK-nın satış ofisində aldatmaqla yalandan bildirib müvafiq satış qiymətlərini etibarlarından sui istifadə və aldatma yolu ilə pul vəsaitini əldə edib, inandırmaq üçün həmin ünvanda rəsmi sənədlər - mənzil alqı-satqı müqavilələri, alıcılar tərəfindən pulun ödənilməsini təsdiq edən maliyyə arayışları, habelə kassa mədaxil orderi qəbzlərinə Kooperativin həmtəsisçisi və faktiki rəhbəri kimi vəzifəli şəxs olmaqla vahid tamah niyyətilə şəxsən, eləcə də bir sıra hallarda X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək saxta rəsmi sənədləri onlaraq təqdim edib, inandırmaq üçün həmin şəxslərin bəzilərinin mənzillərə köçüb yaşamalarına şərait yaratmaqla, ayrı-ayrı şəxslərə, o cümlədən, qeyd edilən yaşayış binasının 1-ci blok, ümumi sahəsi 83 m2 ölçüdə olan, 2 otaqlı 3 nömrəli mənzilin xx.xx.2012-ci il tarixli alqısatqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "HAYAN-E” MMC-nin direktoru X38 tərəfindən X1 bildiyi halda, həmin mənzili ona müraciət etmiş X27 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı və həmin tarixli, 819221 nömrəli kassa mədaxil orderi ilə satılmasını rəsmiləşdirməklə ondan 26.600 manat, eyni niyyətlə həmin binanın 1-ci blok, ümumi sahəsi 96.2 m2 ölçüdə olan, 2 otaqlı 4 nömrəli mənzilin xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "HAYAN-E” MMC-nin direktoru X23 tərəfindən X5 bildiyi halda, həmin mənzili ona müraciət etmiş X28 xx.xx.2019-cu il tarixli, 332 nömrəli alqı-satqı müqaviləsi, və həmin tarixli maliyyə arayışı və həmin tarixli, 819249 nömrəli kassa mədaxil orderi ilə sonuncunun arvadı X4 rəsmiləşdirməklə ondan 38.400 manat olmaqla ümumilikdə 286 şəxsə məxsus cəmi 9.667.190 (doqquz milyon altı yüz altmış yeddi min bir yüz doxsan) manat məbləğində pul vəsaitini X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, 134 şəxsə məxsus cəmi 5.624.514 (beş milyon altı yüz iyirmi dörd min beş yüz on dörd) manat məbləğində pul vəsaitini isə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumilikdə 420 nəfər şəxsə məxsus cəmi 15.291.704 (on beş milyon iki yüz doxsan bir min yeddi yüz dörd) manat məbləğində pul vəsaitini alıb aralarında bölərək öz şəxsi ehtiyaclarına sərf edib, X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə 420 nəfər şəxsə məxsus cəmi 15.291.704 (on beş milyon iki yüz doxsan bir min yeddi yüz dörd) manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək onlara xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə X37 və qeyrilərinin köməkçiliyi ilə mənzilin qanuni əsaslarla satıldığı 235 nəfər şəxs - X9, X44 və qeyrilərinə məxsus mənzildən manesiz istifadə etmək, ona sahiblik etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, X37 və qeyrilərinin köməkçiliyi ilə vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, təkrarən, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi X37 və qeyrilərinin köməkçiliyi ilə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq əmlak hüquqları əldə etməsinin təmin olunmasına nail olmaq məqsədilə "HAYAN-E” MMC-nin direktoru vəzifəsində işləmiş X23 və "PROGRESS-2016” MTK-nın direkoru vəzifəsində işləmiş X45 tərəfindən rəsmi qaydada alqı-satqı müqaviləsi, maliyyə arayışı və kassa mədaxil qəbzləri əsasında başqa şəxslərə satılmalarına baxmayaraq, ayrı- ayrı şəxslərlə aralarında olan borc və işgüzar münasibətlərə görə qeyd edilən mənzillərin əvvəllər başqa şəxsə satılmaması barədə yalan məlumat verməklə eləcə həmin sahələrin onlara borc və işgüzar münasibətlərə görə verilə biləcəyini ünvan 6 ünvanında yerləşən həmin MTK-nın satış ofisində rəsmi sənədlər - mənzil alqı-satqı müqavilələri, alıcılar tərəfindən guya pul vəsaitinin ödənilməsini təsdiq edən maliyyə arayışları, habelə kassa mədaxil orderi qəbzlərinə Kooperativin həmtəsisçisi və faktiki rəhbəri kimi vəzifəli şəxs olmaqla vahid tamah niyyətilə şəxsən, eləcə də bir sıra hallarda X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək saxta rəsmi sənədləri ayrı-ayrı şəxslərə təqdim edib, o cümlədən, 1-ci blok, ümumi sahəsi 88.8 m2 ölçüdə olan, 2 otaqlı, 6 nömrəli mənzilin xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "HAYAN-E” MMC-nin direktoru X23 tərəfindən X3 bildiyi halda, aralarında işgüzar münasibətləri olan X29 gizlətməklə, sonuncu qarşısında özünü nüfuzlu və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə həmin mənzilin guya oğluna 57.720 manat müqabilində satılması haqqında rəsmi sənəd hesab edilən xx.xx.2018-ci il tarixli "Alqısatqı” müqaviləsi, həmin tarixli maliyyə arayışına yalan məlumatları əlbir olduğu qeyriləri ilə birlikdə daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb özündə saxladığı MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Elmar Abbasova və qeyrilərinə təqdim etməklə X37 və qeyrilərinin köməkçiliyi ilə mənzilin qanuni əsaslarla satıldığı 44 nəfər şəxsə məxsus mənzildən manesiz istifadə etmək, ona sahiblik etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, X37 və qeyrilərinin köməkçiliyi ilə vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/974 nömrəli rəyində qeyd edilmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində olan “xeberal.info” adlı səhifədə “Özəl Müsahibə”, “İsfəndiyar Axundovun həbs xəbəri yalandır!”, “2 aprel 2025-ci il saat 18:20-də “Cebheinfo.az” saytında paylaşılmış “Şərurlu İsfəndiyardan 5 milyon istəyirlər: “Vicdanı olan şəhid ailəsini aldadar?”-ÖZƏL başlıqlı yazıda, 03 aprel 2025-ci il saat 09:22-də “manşet.az” saytında paylaşılmış “Şərurlu İsfəndiyar özünü İlon Maskla müqayisə etdi: “Onun da ali təhsili yoxdur -başlıqlı yazıda yer almış X30 barəsində ifadə edilmiş, 30 milyondan çox pul vəsaitini mənimsəməsi, ev alanları, hansı ki, aralarında şəhid ailələrinin, qazilərin, pensiyaçıların da olduğu ailələrin aldadılması, evlərin bir neçə dəfə satılması, bu səbəbdən həbs edilməsi kimi məlumatlar təsdiqini tapmadığı təqdirdə aid edildiyi şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunur. Həmin məlumatların həqiqiliyinin müəyyən edilməsi hüquqi araşdırmaya aid məsələlərdir. “Tik-Tok” sosial şəbəkəsində olan “xeberal.info” adlı səhifədə “Özəl Müsahibə”, “İsfəndiyar Axundovun həbs xəbəri yalandır!”, “2 aprel 2025-ci il saat 18:20-də “Cebheinfo.az” saytında paylaşılmış “Şərurlu İsfəndiyardan 5 milyon istəyirlər: “Vicdanı olan şəhid ailəsini aldadar?”- ÖZƏL başlıqlı yazıda, 03 aprel 2025-ci il saat 09:22-də “manşet.az” saytında paylaşılmış “Şərurlu İsfəndiyar özünü İlon Maskla müqayisə etdi: “Onun da ali təhsili yoxdur’-başlıqlı yazılarda yer almış X30 barəsində ifadə edilmiş -“dürüst adam deyilsən”, “dürüst insan olsaydın, həbsə düşməzdin”, “vicdanınız yoxdur”, “insan az da olsa, vicdanlı olmalıdır”, “şərəf və ləyaqəti olan bir insan qaziləri və şəhid ailələrini aldadırmı?”, “nüfuzun var idi sənin?” kimi sözlər və cümlələr lüğəti izahına, eyni zamanda kontekstdə daşıdığı məzmuna görə aid edildiyi şəxsin şərəf və ləyaqətini alçaldan, təhqir xarakterli söz və cümlələr hesab edilir. Materiallarda nalayiq söz və təsvirlər istifadə edilməmişdir. Qeyd olunan sözlərdə (cümlələrdə) təhqir xarakterli məlumatlar bəzi hallarda ritorik sual (cavab tələb olunmayan), bəzi hallarda isə təsdiq və əminlik formasında ifadə olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2-02/3/2-232026257/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində inşası "xxxx" MTK tərəfindən yarımçıq saxlanılmış və tikintisi başa çatdırılmamış çoxmərtəbəli yaşayış binası zərərçəkmiş şəxslərin sayının çox olması və qısa müddətə mənzil ilə təmin edilməsinin zəruriliyi nəzərə alınaraq həmin yarımçıq tikilinin inşasının davam etdirilməsi bu sahədə uzun illər fasiləsiz müsbət iş təcrübəsi olan "xxxx" MTK-ya həvalə edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun xx.xx.2025ci il tarixli 8-1-14/2-57/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Linqvistik ekspertizaya təqdim olunmuş materialda (("Tik-Tok" sosial şəbəkəsində olan "Xeberalinfo" adlı səhifədə "Özəl Müsahlba", "İsfəndiyar Axundovun həbs xəbəri yalandır. Şərurlu İsfəndiyar "xxxx" MTK-nın rəhbəri Emil Səməndərovla heç bir iş birilyim olmayıb" başlıqlı video; 2 aprel 2025-ci il saat 18:20-da "Cebheinfo.az" saytında paylaşılmış Şərurlu İsfəndiyardan 5 milyon istəyirlər: "Vicdanı olan şəhid ailəsini aldadar?*-ÖZƏL başlıqlı yazı: 03 aprel 2025-ci il saat 09.22-də "manset.az" saytında paylaşılmış "Şərurlu İsfəndiyar özünü İlon Maskla müqayisə etdi: "Onun da ali təhsili yoxdur-başlıqlı yazı) mövcud fikirlər kəskin neqativ qiymətləndirməni ehtiva etsə də, linqvistik baxımdan yanaşdıqda təhqir faktı deyil, tənqidi fikir kimi dəyərləndirilə bilər.Belə ki, təhqir faktının təsbit olunması üçün tələb olunan əsas meyar fikrin nalayiq formada, ədəbsiz səciyyəli leksemlərlə ifadsəsi qeydə alınmır, işlənən bütün söz və ifadələr ədəbi dilə uyğundur, əsas lüğətlərdə qeydə alınmış ümumişlək leksik vahidlərdir. Təqdim edilmiş yazışmalar kontekstində ifadələr təhqir səciyyəsi daşımır, kommunikativ məqsəd isə tənqid və narazılığın ifadəsi ilə məhdudlaşır. Nitq vahidləri emosional olsa da, Azərbaycan dilinin ünsiyyət normaları çərçivəsində təhqir hesab edilmir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X13 tərəfindən CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində CM-in 147.2 və 148-ci maddələrinin tərkib ələmələri mövcud deyil. İrəli sürülmüş ittihama əsasən “Tiktok” sosial şəbəkəsində olan “xeberal.info” adlı səhifədə “Özəl Müsahibə”, “İsfəndiyar Axundovun həbs xəbəri yalandır!”, Şərurlu İsfəndiyar: Mənim həbs olunan "xxxx" MTK-nin rəhbəri Emil Səməndərovla heç bir iş birliyim olmayıb” başlıqlı video görüntüdə təqsirləndirilən şəxs X2 “Mən sizə deyim ki, "xxxx" MTK-nin rəhbəri Emil insanları, nə qədər adamları aldadıb. Bəli o adam bu gün də məni məhkəməyə verir ki, guya mən onun obyektini götürmüşəm və 5 milyon da təzminat verməliyəm. Halbuki o adam 30 milyondan çox pul yeyibdir” fikirlərini, həmçinin 02 aprel 2025-ci il saat 18:20-də “Cebheinfo.az” saytında paylaşılmış “Şərurlu İsfəndiyardan 5 milyon istəyirlər: “Vicdanı olan şəhid ailəsini aldadar?” – ÖZƏL başlıqlı yazıda qeyd edilmiş “E.Səməndərova görə bir çox insan çətin vəziyyətə düşüb: "Səməndərov hazırda həbsdədir. O, 1200 nəfəri aldadıb, 5 binanı yarımçıq qovub, 800 nəfəri də aldadaraq, bir evi bir neçə dəfə satıb. Buna görə də ona qarşı cinayət isi açılıb. Hələlik məhkəmə hökmü verilməyib. Hökm oxunmadığına görə deyir ki, heç kəs mənə cinayətkar deyə bilməz. Deyir hələ mənə “maşennik” demək olmaz, qoy hökm qurtarsın sonra...”. “Onun yarımçıq qoyduğu işi mənə həvalə ediblər və mən tamamlamışam. O aldadılmış insanların hamısını evlə təmin etmişəm. İndi o, mənə adam göndərib ki, sən mənə 5 milyon pul verəcəksən, hələ mənim gələcək planlarım var idi. Yəqin o, daha çox insanı aldatmaq istəyirmiş, amma buna imkan verilmədi. Onlar əlindən çıxdığına görə belə edir. Mən də ona dedim ki, sən dürüst adam deyilsən. Dürüst insan olsaydın, həbsə düşməzdin.”. “İnsan az da olsa, vicdanlı olmalıdır. Orda həqiqətən elə ailələr var ki, yaxşı vəziyyətdə deyil. O aldadılmış ailələrin içində qazilər, əlillər, pensiyaçılar var. Siz bütün bu insanları aldatmısınız. Vicdanınız yoxdur ki, hamısı aldadmısınız". “Elə insanlar var ki, bu stressə dözməyib, ürəyi partlayıb dünyasını dəyişib. Onlar illərlə qəpik-qəpik yığdıqları pulla ev almağa çalışırdılar. İndi belə adamı onsuz da dövlət bağışlamır. Heç kəs də bağışlamaz”. İsfəndiyar Axundov qeyd edib ki, məsələ məhkəmə yolu ilə həll ediləcək: “O, məndən pul istədiyi üçün mən bu sözləri demişəm. Əslində, o, mənə təşəkkür etməli idi. Çünki o aldadılmış insanları mən yola saldım, onları yerləşdirdim. Dövlət mənə bu işi həvalə etdi. Hələ o, məndən 5 milyon manat tələb edir. Deyir ki, mən onun şərəf və ləyaqətini alçaltmışam. Şərəfli adam 1200 nəfəri aldadar? Şərəfi və ləyaqəti olan bir insan qaziləri və şəhid ailələrini aldadarmı?” ifadələri, bununla yanaşı 03 aprel 2025-ci il saat 09:22-də “manset.az” saytında paylaşılmış "Şərurlu İsfəndiyar özünü İlon Maskla müqayisə etdi: "Onun da ali təhsili yoxdur"- başlıqlı yazıda qeyd edilmiş "Doğru məlumatdır. Emil deyilən şəxs 30 milyona qədər yeyinti edib, onu tutublar. Onun hələ də məhkəməsi davam edir. Təhvil verə bilmədiyi mənzillərin tikintisini davam etdirmişəm. Emil Səməndərov də deyir ki, mənim yarımçıq qoyduğum işi niyə İsfəndiyara veriblər? Mən həbsdən çıxandan sonra əlavə pul qazanacaqdım. O məndən 5 milyon istəyir ki, həmin binadan qazanacaqdım. İşgüzar nüfuz məsələsinə gəlincə isə Emil Səməndərov 30 milyon pul atıb, hansı işgüzar nüfuzdan danışır? Nüfuzun var idi sənin? Sən türmədə olanda bu işi mənə veriblər ki, mən yarımçıq işi başa çatdırım". ifadələri ilə X13 tərəfindən CM-in 147.2 və 148-ci maddəllərində nəzərdə tutulmuş cinayət əməlləri törədilmişdir. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxs X8 əməlində CM-in 147.2-ci maddəsinin tərkib əlamətlərinin olmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, CM-in 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 147-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar yalan olduğunu bilə-bilə başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Məhkəmə həmçinin qeyd etməməyi zəruri hesab edir ki, CM-in 147.2-ci maddəsinə əsasən böhtan cinayətinin mövcudluğu üçün fakt xarakterli məlumatın yayılması, həmin məlumatın obyektiv həqiqətə uyğun olmaması, məlumatın şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması və məlumatın bilə-bilə yalan olduğunu dərk etməklə yayılması ilə bağlı elementlərin eyni vaxtda mövcudluğu tələb olunur. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Təqsirləndirilən şəxs X13 xüsusi ittihamçı X33 barəsində dedikləri həm faktlara və ümumi qəbul olunmuş mühakimə üslubuna görə ictimai təhlükəli deyildir. Fakt baxımından Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(124)-27/2025 nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, X33, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 3inin (VÖEN № **********) direktoru vəzifəsində eləcə də xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 4 Tikinti Kooperativinin (VÖEN № **********) təsisçilərinin yığıncağının xx.xx.2018-ci il tarixli 01/K nömrəli əmri ilə direktor vəzifəsinə təyin edilməklə işləyərkən, "xxxx" Mənzil Tikinti Kooperativinin Əsasnaməsinə əsasən, cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi X37 və qeyrilərinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək niyyətilə X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı əsasında ünvan 5 ünvanında 0,4 ha torpaq sahəsində 2006-2016-ci illərdə "xxxx" MMC tərəfindən, 2016-cı ildən "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK tərəfindən inşa edilən 5 bloklu çoxmərtəbəli yaşayış binasındakı mənzillər və qeyri-yaşayış sahələrinin "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş şəxslər X23 və X38, "xxxx" MTK-nın direkoru vəzifəsində işləmiş X38 eləcə də özü tərəfindən rəsmi qaydada alqı-satqı müqaviləsi, maliyyə arayışı və kassa mədaxil qəbzləri əsasında başqa şəxslərə satılmalarına baxmayaraq, həmin Kooperativdən mənzil və qeyri-yaşayış sahəsi almaq üçün müraciət edən şəxslərə qeyd edilən mənzil və qeyriyaşayış sahələrinin əvvəllər başqa şəxsə satılmaması barədə yalan məlumat verməklə eləcə həmin sahələrin onlara satıla biləcəyini ünvan 6 ünvanında yerləşən həmin MTK-nın satış ofisində aldatmaqla yalandan bildirib müvafiq satış qiymətlərini etibarlarından sui istifadə və aldatma yolu ilə pul vəsaitini əldə edib, inandırmaq üçün həmin ünvanda rəsmi sənədlər - mənzil alqı-satqı müqavilələri, alıcılar tərəfindən pulun ödənilməsini təsdiq edən maliyyə arayışları, habelə kassa mədaxil orderi qəbzlərinə Kooperativin həmtəsisçisi və faktiki rəhbəri kimi vəzifəli şəxs olmaqla vahid tamah niyyətilə şəxsən, eləcə də bir sıra hallarda X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək saxta rəsmi sənədləri onlaraq təqdim edib, inandırmaq üçün həmin şəxslərin bəzilərinin mənzillərə köçüb yaşamalarına şərait yaratmaqla, ayrı-ayrı şəxslərə, o cümlədən, qeyd edilən yaşayış binasının 1-ci blok, ümumi sahəsi 83 m2 ölçüdə olan, 2 otaqlı 3 nömrəli mənzilin xx.xx.2012-ci il tarixli alqısatqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "HAYAN-E” MMC-nin direktoru X38 tərəfindən X1 bildiyi halda, həmin mənzili ona müraciət etmiş X27 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı və həmin tarixli, 819221 nömrəli kassa mədaxil orderi ilə satılmasını rəsmiləşdirməklə ondan 26.600 manat, eyni niyyətlə həmin binanın 1-ci blok, ümumi sahəsi 96.2 m2 ölçüdə olan, 2 otaqlı 4 nömrəli mənzilin xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "HAYAN-E” MMC-nin direktoru X23 tərəfindən X5 bildiyi halda, həmin mənzili ona müraciət etmiş X28 xx.xx.2019-cu il tarixli, 332 nömrəli alqı-satqı müqaviləsi, və həmin tarixli maliyyə arayışı və həmin tarixli, 819249 nömrəli kassa mədaxil orderi ilə sonuncunun arvadı X4 rəsmiləşdirməklə ondan 38.400 manat olmaqla ümumilikdə 286 şəxsə məxsus cəmi 9.667.190 (doqquz milyon altı yüz altmış yeddi min bir yüz doxsan) manat məbləğində pul vəsaitini X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, 134 şəxsə məxsus cəmi 5.624.514 (beş milyon altı yüz iyirmi dörd min beş yüz on dörd) manat məbləğində pul vəsaitini isə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumilikdə 420 nəfər şəxsə məxsus cəmi 15.291.704 (on beş milyon iki yüz doxsan bir min yeddi yüz dörd) manat məbləğində pul vəsaitini alıb aralarında bölərək öz şəxsi ehtiyaclarına sərf edib, X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə 420 nəfər şəxsə məxsus cəmi 15.291.704 (on beş milyon iki yüz doxsan bir min yeddi yüz dörd) manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək onlara xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə X37 və qeyrilərinin köməkçiliyi ilə mənzilin qanuni əsaslarla satıldığı 235 nəfər şəxs - X9, X44 və qeyrilərinə məxsus mənzildən manesiz istifadə etmək, ona sahiblik etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, X37 və qeyrilərinin köməkçiliyi ilə vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, təkrarən, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi X37 və qeyrilərinin köməkçiliyi ilə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq əmlak hüquqları əldə etməsinin təmin olunmasına nail olmaq məqsədilə "HAYAN-E” MMC-nin direktoru vəzifəsində işləmiş X23 və "PROGRESS-2016” MTK-nın direkoru vəzifəsində işləmiş X38 tərəfindən rəsmi qaydada alqı-satqı müqaviləsi, maliyyə arayışı və kassa mədaxil qəbzləri əsasında başqa şəxslərə satılmalarına baxmayaraq, ayrı- ayrı şəxslərlə aralarında olan borc və işgüzar münasibətlərə görə qeyd edilən mənzillərin əvvəllər başqa şəxsə satılmaması barədə yalan məlumat verməklə eləcə həmin sahələrin onlara borc və işgüzar münasibətlərə görə verilə biləcəyini ünvan 6 ünvanında yerləşən həmin MTK-nın satış ofisində rəsmi sənədlər - mənzil alqı-satqı müqavilələri, alıcılar tərəfindən guya pul vəsaitinin ödənilməsini təsdiq edən maliyyə arayışları, habelə kassa mədaxil orderi qəbzlərinə Kooperativin həmtəsisçisi və faktiki rəhbəri kimi vəzifəli şəxs olmaqla vahid tamah niyyətilə şəxsən, eləcə də bir sıra hallarda X37 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək saxta rəsmi sənədləri ayrı-ayrı şəxslərə təqdim edib, o cümlədən, 1-ci blok, ümumi sahəsi 88.8 m2 ölçüdə olan, 2 otaqlı, 6 nömrəli mənzilin xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "HAYAN-E” MMC-nin direktoru X23 tərəfindən X3 bildiyi halda, aralarında işgüzar münasibətləri olan X29 gizlətməklə, sonuncu qarşısında özünü nüfuzlu və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə həmin mənzilin guya oğluna 57.720 manat müqabilində satılması haqqında rəsmi sənəd hesab edilən xx.xx.2018-ci il tarixli "Alqısatqı” müqaviləsi, həmin tarixli maliyyə arayışına yalan məlumatları əlbir olduğu qeyriləri ilə birlikdə daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb özündə saxladığı MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Elmar Abbasova və qeyrilərinə təqdim etməklə X37 və qeyrilərinin köməkçiliyi ilə mənzilin qanuni əsaslarla satıldığı 44 nəfər şəxsə məxsus mənzildən manesiz istifadə etmək, ona sahiblik etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, X37 və qeyrilərinin köməkçiliyi ilə vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Qeyd edildiyi kimi xüsusi ittihamçı barəsində rəsmi dövlət qurumu tərəfindən ittiham elan edilmiş, cinayət işi baxılması üçün məhkəməyə verilmişdir. Bu fakt təqsirləndirilən şəxs X13 tərəfindən səsləndirilməsə belə müxtəlif kütləvi informasiya vasitələrində, xüsusilə də dövlət orqanlarının rəsmi mətbuat xidmətinin yaydığı məlumatda öz əksini tapmışdır. Bundan başqa dəyər mühakimələri (value judgements) qaydasına görə təqsirləndirilən şəxs X8 işlətdiyi ifadələr böhtan xarakteri daşıya bilməz. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında bu məsələlərə aydınlıq gətirilmişdir. Fakt xarakterli bəyanatlarla dəyər mühakimələri (value judgements) arasında mühüm fərq mövcuddur. Məhkəmənin mövqeyinə əsasən, “faktların mövcudluğu sübut edilə bildiyi halda, dəyər mühakimələrinin doğruluğu sübut olunmağı zəruri deyildir. Dəyər mühakiməsinin doğruluğunun sübut edilməsini tələb etmək, yerinə yetirilməsi qeyrimümkün olan bir tələb olmaqla yanaşı, Konvensiyanın 10-cu maddəsi ilə qorunan hüququn ayrılmaz tərkib hissəsi olan fikir azadlığının özünə müdaxilə təşkil edir.”( Otegi Mondragon v. Spain, no. 2034/07, § 54, ECHR 2011; Fuentes Bobo v. Spain, no. 39293/98, § 46, 29 February 2000; Birol v. Turkey, no. 44104/98, § 30, 1 March 2005; Prager and Oberschlick v. Austria, 26 April 1995, § 36, Series A no. 313). Bununla belə, hətta dəyər mühakimələri də müəyyən faktiki əsaslara söykənməlidir (Lindon, Otchakovsky-Laurens, and July v. France [GC], nos 21279/02 and36448/02, § 55, ECHR 2007-İV.) əks halda, bu cür ifadələr həddən artıq və yolverilməz hesab edilə bilər. Dəyər mühakiməsini dəstəkləyən faktların təqdim edilməsi tələbi isə, müvafiq məlumatların artıq ictimaiyyətə geniş şəkildə məlum olduğu hallarda, daha yumşaq formada tətbiq olunur (Feldek v. Slovakia, no. 29032/95, § 86, ECHR 2001-Vİİİ). Məhkəmə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm", "mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs X13 xüsusi ittihamçı X33 barəsində xüsusi ittiham qaydasında şikayətdə qeyd edilmiş, xüsusi ittihamçının təhqir və böhtan kimi qəbul etdiyi fikirləri səsləndirərkən rəsmi dövlət qurumu tərəfində mətbuatda dərc edilmiş xəbərlərə, həmçinin X20 rəhbərlik etmiş olduğu "xxxx" MTK tərəfindən yarımçıq saxlanılmış və tikintisi başa çatdırılmamış çoxmərtəbəli yaşayış binasının tikintisinin zərər çəkmiş şəxslərin sayının çox olması nəzərə alınaraq onun rəhbərlik etdiyi "xxxx" MTK-ya həvalə edilməsinə əsaslanmış, xüsusi ittihamda qeyd edilmiş fikirləri səsləndirərkən həmin məlumatları yalan, xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar olaraq deyil, hər kəs tərəfindən qəbul edilən doğru məlumat və ya fakt olaraq qavrayıb səsləndirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma əməlinin subyektiv elementi olan “bilə-bilə yalan” məlumatın yayılması sübuta yetirilməlidir. CM-nin 147.2-ci maddəsi nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranması üçün təkcə ifadənin xoşagəlməz olması yetərli deyil; əsas məsələ məlumatın yalan olduğunu bilə-bilə yaymaq və bununla nüfuzu ləkələmək niyyətidir. Bununla bağlı qeyd edilməldir ki, təqsirləndirilən şəxs X13 tərəfindən səsləndirilmiş fikirlər konkret hüquqi faktların təsdiqi kimi deyil, daha çox ictimai müzakirələr fonunda formalaşmış subyektiv qiymətləndirmə və tənqid xarakterli mülahizələr olmaqla həmin ifadələr faktın dəqiq təsviri deyil, dəyərləndirici fikir formasındadır. Məhkəmə onu da nəzərə alır ki, xüsusi ittihamçı X33 barəsində əvvəllər dələduzluq cinayətləri üzrə məhkumluqlar mövcud olmuş, habelə onun rəhbərlik etdiyi tikinti kooperativləri ilə bağlı uzunmüddətli və çoxsaylı hüquqi mübahisələr, cinayət və mülki xarakterli araşdırmalar aparılmışdır. Belə olan halda, təqsirləndirilən şəxsin səsləndirdiyi fikirlərin tamamilə uydurma və real faktlarla heç bir əlaqəsi olmayan yalan məlumatlar kimi qiymətləndirilməsi üçün kifayət qədər sübut mövcud deyildir. Xüsusi ittihamçı tərəfindən isə həmin fikirlərin bilə-bilə yalan olduğunu sübut edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, böhtan cinayətinin əsas subyektiv elementi olan qəsd və yalan məlumat yaymaq niyyəti sübuta yetirilmədiyindən, X8 əməlində CM-in 147.2-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxs X8 əməlində CM-in 148-ci maddəsinin tərkib əlamətlərinin olmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, CM-in 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Bu cinayət formal tərkiblidir və başqa şəxsin şərəf və ləyaqətinin kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində nalayiq formada alçaldığı andan başa çatmış sayılır. Təhqir cinayəti subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Qeyd edilməlidir ki, CM-in 148-ci maddəsinə əsasən təhqir başqa şəxsin şərəf və ləyaqətinin nalayiq formada alçaldılmasıdır. Bu maddənin tətbiqi üçün ifadənin açıq-aşkar etik normalara zidd olması, söyüş, nalayiq və ya alçaldıcı leksik vahidlərdən ibarət olması, şəxsin alçaldılması məqsədini daşıması tələb olunur. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş “X14” MMCnin xx.xx.2025-ci il tarixli, ETM-025/L/25 nömrəli mütəxəssis rəyindən, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-linqvistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/974 nömrəli rəyindən və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun xx.xx.2025-ci il tarixli 8-1-14/2-57/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, xüsusi ittiham qaydaasında şikayətdə və xüsusi ittiham qaydasında şikayətə əlavədə qeyd edilmiş, təqsirləndirilən şəxs X13 tərəfindən səsləndirilmiş fikirlərlərdə xüsusi ittihamçı X20 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması müəyyən edilməməmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş linqvistik ekspertiza rəylərindən birmənalı şəkildə görünür ki, təqsirləndirilən X13 tərəfindən işlədilmiş mübahisə predmeti olan ifadələr ədəbi dil çərçivəsində işlədilmişdir, nalayiq sözlər, söyüş və ya cəmiyyət tərəfindən açıq şəkildə qəbuledilməz ifadələr istifadə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhqir, onu həyata keçirənin ünvanladığı vətəndaşın şəxsiyyətinə mənfi qiymət verməsində özünü göstərən, sonuncunun başqalarının gözündə nüfuzuna və özünə hörmətinə xələl gətirən psixoloji zorakılıq formasıdır. Təhqir kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır. Nalayiq forma cəmiyyətdə qəbul olunmayan, əxlaq və davranış qaydalarına zidd olan vahidləri ehtiva edir. Təhqirin məcburi spesifik xüsusiyyəti onun nalayiq formada ifadə olunmasıdır. Təhqirin digər xüsusiyyətləri konkret bir şəxsin açıq şəkildə hədəfə alınması, konkret bir şəxsi alçaltmaq niyyəti və nalayiq (ədəbsiz) leksikadan istifadə edilməsindən ibarətdir. Təhqir faktı ilə bağlı cinayətin obyekti əxlaq və etika sahəsində ictimai münasibətlərdir. Təhqirin obyektiv tərəfi müəyyən bir şəxsin şərəf və ləyaqətini ədəbsiz və ya ümumi qəbul edilmiş əxlaq və etika normalarına zidd olan hərəkətlərdən ibarətdir. Belə ki, məhkəmə müəyyən edilmişdir ki, təqsirləndirilən X13 tərəfindən səsləndirilmiş söz və ifadələr ədəbi dilə uyğundur, əsas lüğətlərdə qeydə alınmış ümumişlək leksik vahidlərdir. Həmin ifadələr təhqir səciyyəsi daşımır, Azərbaycan dilinin ünsiyyət normaları çərçivəsindədir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X8 əməlində CM-in 148ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərlərinin” işi üzrə 21 yanvar 2007-ci il tarixli və “Hiro Balani İspaniyaya qarşı iş” üzrə 9 dekabr 1994-cü il tarixli Qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq, əsaslandırmalıdır. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. "CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1 -ci bəndində, "Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur ("Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Belə ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X10 qarşı CM-in 147.2 və 148-ci maddələri ilə verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirən şəxsin əməllərində təhqir və böhtan cinayətlərinin tərkibi olmadığından təqsirləndirilən şəxs X10 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti xüsusi ittihamçı X18 tutulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
X8 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti X18 tutularaq X16 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim: Vüsal Tağıyev