Məhkəmə qərarları › İş №1(001)-349/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-349/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-349/2022 05.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X8, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «ALYANS» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi sahibkarıqla məşğul olan, əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təqsirləndirilən şəxs, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi o, bu qaydaları pozaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri STQ, Daş-Qum bazarı ünvanında fəaliyyət göstərən fiziki şəxs Şahid6 ilə aralarında 920 kvadrat metr sahədən taxta anbarı və cilalanma sexi kmi istifadə olunması ilə bağlı bağlanılmış 68 saylı müqavilənin şərtlərinə əsasən iş sahəsində üzərinə texniki təhlükəsizlik, yanğından mühafizə və sanitar normalarına əməl etməklə həmin normaların işçilər və əraziyə daxil olan digər şəxslər tərəfindən riayət olunması, əks halda baş verə biləcək qəza və yanğın nəticəsində dəyən maddi və mənəvi ziyana görə məsuliyyət daşıması vəzifələrini götürmüş fiziki şəxs kimi, «Yükləməboşaltma işləri.Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələblərinə əsasən yükləmə-boşaltma işlərini, bu işlərə dair təhlükəsizlik tələbləri olan, texnoloji kartalara, iş icra layihələrinə, texnoloji təlimatlara, eləcə də qaydalara və təlimatlara uyğun aparılmalı, yüklərin yüklənməsi və boşaldılması zamanı yükün düşmə zonasında insanların olmasına yol verilməməli, yükləri qaldırmazdan və yerini dəyişməzdən əvvəl onların dayanıqlığı yoxlanılmalı, üst-üstə yığılmış, qalaqlanmış taxtanın yükləmə və boşaldılma yerləri taxtanın aşıb tökülməsinin qarşısını alan ləvazimatlar ilə təmin edilməli, yükləmə-boşaltma işlərinə, əməyin təhlükəsizliyinə və yanğın təhlükəsizliyinə dair təlimatlandırılmış, təlim kursu keçmiş və biliyi yoxlanılmış heyət buraxılmalı, eyni zamanda ümumi müəssisədə əməyin mühafizəsi üzrə biliklərin yoxlanmasının və təlimin vaxtında və keyfiyyətli təşkilinin məsuliyyəti müəssisənin rəhbərinə, müəssisənin bölmələrində isə (sexdə, sahədə, şöbədə, laboratoriyada, emalatxanada və s.) bölmə rəhbərlərinə həvalə olunduğu, o cümlədən işçilərin təliminin və ixtisas artırmanın bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulduğundan işəgötürənin işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməli, zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmədiyi, işəgötürənin bu təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borclu olduğu halda həmin tələblərə əməl etməyib rəsmi işə qəbul edilməmiş 50-T-559 dövlət qeydiyyat nişanlı avtokar işlədən X9 əməyin mühafizəsi üzrə təlimatlandırma və təlimlər keçirməklə xüsusi jurnallarda qeydiyyatı aparmadan, taxta bağlamaların avtomaşından boşaldılması işlərinə başlamazdan əvvəl işlərə rəhbərlik edən şəxs təyin etmədən, həmin işlər ilə əlaqədar təhlükəsizlik tədbirləri görmədən günəmuzd işlərə cəlb etdiyinə görə «Yükləmə-boşaltma işləri.Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələblərini pozmuş, nəticədə X15 18 noyabr 2021-ci il tarixdə, saat 11.00 radələrində "PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş "Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildən taxta kiplərini avtokar vasitəsilə boşaldan zaman kipləri sıxan kəmərin boşalmasını görüb avtokardan düşərək, üzərinə taxta yığılmış həmin yük avtomobilinə yaxınlaşmış və taxta kipə bağlanmış kəməri sıxmaq istəyən zaman taxta kipi onun üzərinə aşdığına görə ehtiyatsızlıqdan sağ və sol ağciyər paylarının və qaraciyərin zədələnməsi, sağ V-X qabırğaların orta körpücük xətti boyunca, sağ Vİİ-İX qabırğaların orta qoltuqaltı xətt boyunca yerdəyişən sınıqları, sol Vl-X qabırğaların orta körpücük xətti boyunca yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı, döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin ön səthinin, sol bazu və sol said nahiyələrinin qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almış və daxili orqanların zədələnməsi fonunda yaranan kəskin qanitirmədən ölmüşdür. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2021-ci ilin iyun-iyul aylarında dayısı oğlu Şahid5lə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən tikinti materiallarının satışı bazarında taxta anbarı və cilalanması sexi açmaq qərarına gəlib icarəyə yer götürmək üçün həmin tikinti materiallarının satışı bazarının rəhbəri Şahid6 müraciət etmişlər.Şahid6 o, dayısı oğlu Turxana görə tanımışdır.Söhbət əsnasında Turxan ona həmin bazarda Malik adlı tanışı olduğunu deyib, ona görə də qeyd etdiyi kimi onunla icarə yeri barədə danışıb razılaşdıqdan sonra o, gedib Malikin tərtib etdirdiyi icarə müqaviləsini oxuyub imza etmişdir.Maliklə arasında olan şifahi razılaşmaya, eləcə də imza etdiyi müqavilənin şərtlərinə görə icarəyə götürüb işlətdikləri ərazidə baş verə biləcək hər bir hadisəyə, eləcə də texniki təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehiliyi o, daşıyır.Dayısı oğlu Turxanla o, həmin sexi birlikdə işlətsələrdə qeyd etdiyi kimi sənədləşmə onun adına olub və faktiki olaraq rəhbərliyi o, həyata keçirdiyinə görə sexin fəaliyyətinə görə bütün məsuliyyət də onun üzərində olmuşdur.Öz işləri ilə bağlı hərdən rayona getdiyi üçün hər ehtimala qarşı Turxana etibarnamə verməli olmuş və bu məqsədlə 07 avqust 2021-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində Şahid5 416888 nömrəli etibarnamə vermişdir.Həmin etibarnaməyə əsasən Turxan ona məxsus olan əmlakı idarə edə bilərdi, ancaq onun əvəzindən ona məxsus olmayan əmlakı, o cümlədən icarəyə götürülmüş obyekti idarə edə, onun adından başqasına məxsus əmlaka dair hər hansı bir sərəncam verə bilməzdi, yəni Turxanın onun əvəzindən icarəyə götürdükləri sexin fəaliyyətini rəsmi olaraq idarə etməyə hər hansı bir hüququ olmamış, bunun üçün onların aralarında müvafiq müqavilə tərtib olunmalı və ya əmr imzalanmalı, həmin müqavilə və ya əmrdə onun sexdə işin təşkili, onun fəaliyyəti ilə bağlı üzərinə götürdüyü vəzifələr, eləcə də fəhlələrin sexə işə götürülməsi, onların təhlükəszilik texnikası qaydalarına riayət etmələri ilə bağlı təlimatlandırılmaları ona həvalə olunmalı, ancaq bundan sonra Turxan sexdə baş verə biləcək hər hansı bir hadisəyə və ya təhlükəsizlik texnikası qaydalarının pozulmasına görə məsuliyyət daşıya bilərdi.Ancaq məlum olduğu kimi o, sexdə işləyən fəhlələri, o cümlədən avtokarı işlədən Paşa Budayevi, Turxanın özünü formal olaraq işə götürməmiş, onların həmin sexin işçisi kimi heç bir yerdə adları yoxdur, hamısı da sexdə qeyri-rəsmi işləyiblər. Məhkəmənin nəzərinə çatdırır ki, Paşa Budaev rəsmi olaraq onun işçisi olmamışdır.Paşa Budaev mütəmadi olaraq taxtaların boşaldılmasında iştirak etmişdir.Ümumiyyətlə 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən tikinti materiallarının satışı bazarında icarəyə götürdükləri 920 m5 torpaq sahəsi üzərində tikinti materialları (taxta) anbarı və cilalanma sexinin tikintisinə başlayıb tikinti materialları anbarı və cilalanma sexinin dam örtüyü tikildikdən sonra 2021-ci ilin noyabr ayının əvvəllərindən etibarən sexə taxta materialları gətirməyə başlamışlar.Xammal formasında olan taxta materialları Rusiya Federasiyasında olan taxta emalı müəssisəsi ilə razılaşdıqları şərtlər altında Azərbaycanda olan daşıyıcı şirkət "xxxx" MMC vasitəsilə həyata keçirmişlər. "xxxx" MMC tərəfindən onların sifarişləri əsasında gətirilən taxta materialları adətən X13 qəsəbəsindən işlədikləri sexə daşınmışdır.Sonuncu dəfə həmin qəsəbədən 17 noyabr 2021-ci il tarixdə taxta material daşımağa başlamış və sifarişinə əsasən gətirilən yük 3 kamaz yükü olmuşdur.Ondan bir maşın xx.xx.2021-ci il tarixdə axşam gətirib boşaldıblar, 2 kamaz yük isə səhərisi gün, yəni xx.xx.2021-ci il tarixdə gətirilməli olmuşdur.Qeyd etdiyi yüklərin sexdə boşalmasına fəhlələrlə yanaşı qırmızı rəngli avtokar idarə edən X15 da iştirak etmişdir.Paşa daim onunla işləməmiş, harada iş olurdusa ora gedib işləmiş, onlara lazım olanda da müraciətləri əsasında, gəlib yükü boşaldıb pulunu alıb getmiş, hər yük avtomobili üçün ona 40 manat məbləğində pul verirmişlər. xx.xx.2021-ci il tarixdə sexə gətirilən taxta yükünü, eyni zamanda xx.xx.2021-ci il tarixdə gətirilməli olan daha 2 kamaz yükü Paşa boşaltmalı olmuş və buna görə ona 120 manat pul veriləcəkmiş.xx.xx.2021-ci il tarixdə kamazla gətirilən yükü boşaldandan sonra səhərisi gün, yəni xx.xx.2021-ci il tarixdə gətiriləcək taxtanı da gəlib boşaltmalı olduğunu Paşa Budayev əvvəldən bilirdi, çünki bu barədə o, məlumatlı olmuşdur.Qeyd etdiyi kimi sexlərinə gətirilən yüklərin boşaldılması ilə bağlı Paşa Budayevə hər hansı texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı hər hansı bir təlimat keçməmiş və texniki təhlükəsizliyin təlimatlandırılması ilə bağlı hər hansı bir jurnala və ya kitaba imza etdirməmişdir.İdarə etdiyi taxta materialların anbarı və cilalanması sexində Paşa Budayevdən başqa Şahid3, Elvin Şabandayev, Şahid1 və Şahid4 adlı fəhlələr də işləyib, hansı ki, onlara da iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmələri ilə bağlı tərəfindən hər hansı bir təlimat keçirilməmiş, qeyd etdiyi kimi həmin şəxslərlə də əmək müqaviləsi bağlanılmamışdır.Baş vermiş hadisə ilə bağlı bildirmək istəyir ki, 18 noyabr 2021-ci il tarixdə o, işlə bağlı Qazax rayonunda olarkən dayısı Mədət Quliyev, daha sonra Turxan ona zəng edərək sexdə hadisə baş verdiyini, yəni avtokar sürücüsü Paşa Budayev taxtaları maşından boşaldarkən başına taxta aşdığını və onun öldüyünü deyəndən sonra Bakı şəhərinə qayıtmışdır.Turxanın sözlərindən belə başa düşmüşdür ki, hadisə baş verən vaxt, yəni saat 10.00 radələrində Turxan sexdə olmayıb, tikinti materialları bazarında olan yük avtomobili sürücüləri ona zəng edərək, Paşanın taxtaların altında qalıb öldüyünü bildiriblər.Turxan da zəng edib bu barədə ona məlumat vermişdir.Turxanın deməsindən belə başa düşmüşdür ki, həmin gün avtokarı idarə edən Paşa adlı şəxs əvvəlcə “Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona qoşulmuş “PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sağ tərəfindən qoruyucu metal konstruksiyanın üst hissəsini çıxarıb yuxarıda qabaq və arxadan tək-tək iki taxta kipini götürüb aparmış, daha sonra avtokarla yük maşınına sol tərəfdən yaxınlaşıb 2 taxta kipini birdən götürmək istəmiş, lakin avtokar hər iki taxta kipinin ağırlığını götürmək qabiliyyətində olmadığından və aşağıdakı taxta kipindəki taxtalar kapron lentlə kip bağlanmadığından və taxtalar yerindən oynadığından o, avtokarı arxaya sürmüşdür.Paşa əvvəlcə maşının sol hissəsindən onların ikisini avtokarın metaldan olan qollarını taxta kiplərini rahat götürməsi üçün çıxartdırmış, 3-cü qoruyucu metal konstruksiyanı isə Paşa özü çıxarandan sonra avtokarı arxaya sürüb saxlamış və dirəyi çıxardıqdan sonra yük avtomobilinə məxsus qoşqunun üzərinə yığılmış kiplərin üzərində olan Yusif adlı işçidən lentsıxanı istədikdə taxta kipin üzərində olan Yusif əlindəki lentsıxanı ona vermək istəyərkən yuxarı hissədə yerləşən taxta kipinin lenti qırılmış və taxtalar Paşanın üzərinə aşaraq ona xəsarət yetirmişlər, nəticədə aldığı xəsarətlərdən Paşa hadisə yerində ölmüşdür.Qeyd etdiyi kimi o, hadisə yerində olub baş verənləri görməsə də, bütün bu məlumatları Turxandan eşidib bilmişdir.Əlavə olaraq bildirmişdir ki, hadisənin baş verdiyi sexin fəaliyyətinə Turxanın köməkliyi ilə o, rəhbərlik etmiş və sexdə işləyən fəhlələrə, o cümlədən avtokarı işlədən Paşa Budayevə təhlükəsizlik texnikası qaydalarını başa salmaq və buna riayət olunmasını onlardan tələb etmək onun vəzifəsi olmuşdur. Rəhbərlik etdiyi taxta sexində işləyən şəxslərə hansı bir təlimat keçirməmiş, ona görə də belə bir kitab və ya jurnal mövcud olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən tikinti materiallarının satışı bazarının rəhbəri Şahid6 həmin bazarda yerləşən taxta anbarı və cilalanması sexini icarəyə götürməyinə dair tərtib olunmuş 01 noyabr 2021-ci il tarixli, 68 nömrəli müqavilənin şərtlərindən göründüyü kimi əvvəla həmin sex onun mülkiyyətində deyil, Şahid6 mülkiyyətindədir və qeyd olunduğu kimi o sadəcə olaraq həmin sexi icarəyə götürüb istifadə edir, icarə müqaviləsinin şərtlərindən də göründüyü kimi icarəçi texniki təhlükəsizlik, yanğından mühafizə və sanitar normalara əməl etməyə, həmçinin həmin normalara işçiləri və sahəyə daxil olan digər şəxslər tərəfindən riayət edilməsini təmin etməyə borcludur, bu normaların gözlənilmədiyi halda baş verə biləcək qəza yanğın nəticəsində dəyən maddi və mənəvi ziyana görə icarəyə götürən, yəni o məsuliyyət daşıyır.O, işçiləri, o cümlədən Şahid5 formal olaraq işə qəbul etməli və bu zaman onlara əməyin mühafizəsi üzrə təlimatlandırma və təlimlər keçirməkfə xüsusi jurnallarda müvafiq qeydiyyatlar aparmalı, taxta bağlamaların avtomaşından boşaldılması işlərinə başlamazdan əvvəl işlərə rəhbərlik edən şəxs təyin etməli, həmin işlər ilə əlaqədar təhlükəsizlik tədbirləri görülməsini təmin etməli idi. Ancaq məlum olduğu kimi işlədikləri sexdə təhlükəsizlik texnikası qaydalarına riayət olunması ilə bağlı üzərinə götürdüyü vəzifənin icrasını səhlənkarlıq edərək nə özü icra etmiş, nə də ki, müvafiq sənədləşmə yolu ilə başqasına, o cümlədən Şahid5 həvalə etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə görə məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X18 bildirmişdir ki, o və əmisi oğlanları Paşa və X17 rayonunda 6 sot torpaq sahəsində 3 ədəd fərdi yaşayış evi tikmiş və həmin evlərdə yaşayırlar.O, əmisi oğlu Qoşa Budaevlə birlikdə təmir tikinti işləri ilə məşğul olurlar.Paşa Budaev də onun əmisi oğludur və Qoşanın qardaşıdır.Paşa Budaev Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən tikinti materiallarının satışı bazarında avtokar sürərək, yüklərin boşaldılması işləri ilə məşğul olurdu.Paşa Budaevin idarə etdiyi avtokar özünə məxsus deyildi və tikinti materiallarının satışı bazarının rəhbərliyi tərəfindən ona verilmişdir.Paşa Budaev 6-7 il idi ki, həmin bazarda eyni xarakterli işlərlə məşğul olmuşdur.O, 02 noyabr 2021-ci il tarixində Gürcüstan Respublikasına idarə etdiyi avtomobilin sənədlərini qaydaya salmaq üçün getmişdir.17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır.18 noyabr 2021-ci il tarixdə yaşadıqları evdən Paşa Budaev ilə birlikdə sonuncunun “Mercedes- Benz" markalı avtomobili ilə çıxmışlar.O, Paşa ilə birlikdə Binəqədi qəsəbəsi “sentralni” deyilən yerə gəlmiş və həmin yerdə avtomobildən düşmüşdür.Çünki özünə məxsus olan avtomobili sənədləşdirmək üçün, “Meyvəli” adlandırılan Qaradağ rayonu Lökbatan qəsəbəsinə getməli olmuşdur.Bu zaman ona avtomobilini yedək vasitəsilə gətirən sürücü zəng edərək avtomobilin gəlməsində yubanma olduğunu bildirmişdir.Bundan sonra o, Bakı şəhəri,Nizami rayonunda yerləşən Neftçilər metrostansiyasının yaxınlığına getmişdir.O, Bakı metropoliteninin Neftçilər metrostansiyasnın yaxınlığında tanımadığı taksi sürücüsünün avtomobilindən düşən zaman onun istifadəsində olan mobil telefona zəng gəlmiş və ona tanımadığı bir şəxs bildirmişdir ki, “Paşanın əmisi oğlusanmı?, Paşanın üzərinə taxta tökülüb”. Bu zaman o, Qoşanı da Neftçilər metrosunun yaxınlığından götürüb, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən tikinti materiallarının satışı bazarına gəlmişdir.Tikinti materiallarının satışı bazarına gələn zaman Paşanın meyitinin üzəri, odealla örtülmüşdür.O, həmin zaman orada olmasa da, işçilərin dediyinə görə həmin gün avtokarı idarə edən Paşa adlı şəxs əvvəlcə “Kamaz 54115" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona qoşulmuş "PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sağ tərəfindən qoruyucu metal konstruksiyanın üst hissəsini çıxarıb yuxarıda qabaq və arxadan tək-tək iki taxta kipini götürüb aparmış, daha sonra Paşa avtokarla yük maşınına sol tərəfdən yaxınlaşıb 2 taxta kipini birdən götürmək istəmiş, lakin avtokar hər iki taxta kipinin ağırlığını götürmək qabiliyyətində olmadığından və aşağıdakı taxta kipindəki taxtalar kapron lentlə kip bağlanmadığından və taxtalar yerindən oynadığından o, avtokarı arxaya sürmüşdür.Paşa əvvəlcə maşının sol hissəsindən onların ikisini avtokarın metaldan olan qollarını taxta kiplərini rahat götürməsi üçün çıxartdırmış, 3-cü qoruyucu metal konstruksiyanı isə Paşa özü çıxartmış, daha sonra Paşa avtokarı arxaya sürüb saxlamış və dirəyi çıxardıqdan sonra yük avtomobilinə məxsus qoşqunun üzərinə yığılmış kiplərin üzərində olan işçidən lentsıxanı istəmiş, taxta kipin üzərində olan Yusif adlı şəxs əlindəki lentsıxanı Paşaya vermək istəyən zaman, yuxarı hissədə yerləşən taxta kipi yerə Paşanın üzərinə aşmış və zərbə nəticəsində üzərindəki kapron lent qırılmışdır.Nəticədə isə əmisi oğlu X19 hadisə yerində ölmüşdür.O, konkret olaraq hadisəni görməsə də hadisə şahidlərindən hadisənin yuxarıda qeyd edilən formada baş verdiyini öyrənmişdir.Onlar hadisədən sonra Paşanın meyitini tibbi ekspertizaya təqdim etmişdir.Paşanın meyiti daxili müayinə edildikdən sonra dəfn edilməsi üçün Gürcüstan Respublikasına aparılmışdır. Paşanın qardaşı Qoşanın sənədlərində problemlər yarandığından hüquqi varis qismində onun tanınmasını xahiş etmişdirlər.Buna görə ərizə ilə hüquqi varis qismində tanınmağı üçün müraciət etmişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X3 ölməsi ilə əlaqədar təqsirləndirilən şəxslə barışdığını, ondan hər hansı bir şikayət və ya tələbinin olmadığını bildirmiş və buna dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, o, 2021-ci ilin iyun-iyul aylarında bibisi oğlu Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən tikinti materiallarının satışı bazarında taxta anbarı və cilalanması sexi açmaq qərarına gəlmiş, icarəyə yer götürmək üçün həmin tikinti materiallarının satışı bazarının rəhbəri Şahid6 müraciət etmişlər.O, Şahid6lə Cəlalı tanış etdikdən sonra qeyd etdiyi kimi onunla icarə yeri barədə danışıb razılaşdıqdan sonra, Təqsirləndirilən şəxs Malikin tərtib etdirdiyi icarə müqaviləsini oxuyub imza etmişdir.Şahid6 Təqsirləndirilən şəxs müqavilənin şərtlərini izah etmiş və vəzifələrini və məsuliyyətini bir-bir başa salmışdır.Təqsirləndirilən şəxs də müqavilənin şərtlərini yerinə yetirəcəyini Şahid6 bildirmişdir.Malik də bildirmişdir ki, “gedin işinizlə məşğul olun, problem olmasın”. Eyni zamanda, Təqsirləndirilən şəxs işi ilə bağlı hərdən rayona getdiyi üçün hər ehtimala qarşı ona etibarnamə verməli olmuş və bu məqsədlə 07 avqust 2021-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində ona 416888 nömrəli etibarnamə vermişdir.Həmin etibarnaməyə əsasən Cəlala məxsus olan əmlakı idarə edə bilərdi, ancaq o Cəlalın özünə məxsus olmayan əmlakı, o cümlədən icarəyə götürülmüş obyekti idarə edə, Cəlalın adından başqasına məxsus əmlaka dair hər hansı bir sərəncam verə bilməzdi, yəni onun Cəlalın əvəzindən icarəyə götürülən sexin fəaliyyətini rəsmi olaraq idarə etməyə hər hansı bir hüququ yox idi, bunun üçün onların arasında müvafiq müqavilə tərtib olunmalı və ya əmr imzalanmalı, həmin müqavilə və ya əmrdə Cəlalın sexdə işin təşkili, onun fəaliyyəti ilə bağlı üzərinə götürdüyü vəzifələr, eləcə də fəhlələrin sexə işə götürülməsi, onların təhlükəsizlik texnikası qaydalarına riayət etmələri ilə bağlı təlimatlandırılmaları ona həvalə olunmalı, ancaq bundan sonra o sexdə baş verə biləcək hər hansı bir hadisəyə və ya təhlükəsizlik texnikası qaydalarının pozulmasına görə məsuliyyət daşıya bilərdi.Ancaq məlum olduğu kimi o sexdə işləyən fəhlələri, o cümlədən avtokarı işlədən Paşa Budayevi formal olaraq işə götürməmişdir, o, belə bir səlahiyyətinin olmadığını qeyd edir.Bundan başqa, o Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən tikinti materiallarının satışı bazarında taxta anbarı və cilalanma sexinə adətən bibisi oğlu Cəlal işdə olmayanda gəlirmiş.O sexin və anbarın fəaliyyətində hər hansı formada iştirak etməmişdir.Paşa Budaevi də tanıyır, Paşa tikinti materiallarının satışı bazarında yük boşaldılması işi ilə məşğul olurdu. Əvvəllər bir neçə dəfə də Paşa Budaev anbara gətirilmiş taxtaların boşaldılmasında iştirak etmişdir. Cəlaldan aldığı məlumata görə Paşaya hər avtomobilin boşaldılması üçün 40 manat pul verilirdi. Lakin o Paşaya heç vaxt pul verməmiş və onun yükləri boşaltmasında iştirak etməmişdir. Bundan başqa, ümumiyyətlə 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən tikinti materiallarının satışı bazarında Cəlalın icarəyə götürdüyü 920 m2 torpaq sahəsi üzərində tikinti materialları (taxta) anbarı və cilalanma sexinin tikintisinə başlayıb tikinti materialları anbarı və cilalanma sexinin dam örtüyü tikildikdən sonra 2021-ci ilin noyabr ayının əvvəllərindən etibarən sexə taxta materialları gətirilməyə başlanmışdır. Xammal formasında olan taxta materialları Rusiya Federasiyasında olan taxta emalı müəssisəsi ilə razılaşdıqları şərtlər altında Azərbaycanda olan daşıyıcı şirkət "xxxx" MMC vasitəsilə həyata keçirmişlər. "xxxx" MMC-İ tərəfindən onların sifarişləri əsasında gətirilən taxta materialları adətən X13 qəsəbəsindən sexə daşınmışdır.Sonuncu dəfə həmin qəsəbədən 17 noyabr 2021-ci il tarixdə taxta material daşımağa başlamışlar və sifarişə əsasən gətirilən yük 3 kamaz yükü olubdur.Ondan bir maşını xx.xx.2021-ci il tarixdə axşam gətirib boşaldıblar, 2 kamaz yük isə səhərisi gün, yəni xx.xx.2021-ci il tarixdə gətirilməli imiş.O, 17 noyabr 2021-ci il tarixdə 3 ədəd kamaz markalı avtomobil və onlara qoşulmuş yarımqoşqunu taxta materialları ilə yüklənmiş şəkildə Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində yerləşən tikinti materialları bazarına gətirmişlər.Həmin vaxt Cəlal rayonda olduğu üçün həmin avtomobilləri o qəbul etmiş və Cəlala məlumat vermişdir.Bundan başqa, Cəlalın da avtomobilərin gələcəyi barədə məlumatı var idi.O işçilərə bildirmişdir ki, Paşaya deyərsiniz ki, taxta materiallarını boşaltsın.Paşa da həmin gün axşam saatlarında taxta materiallarını boşaltmağa başlamış, lakin cəmi kamazın birində olan yükü boşaltmışdır. Lakin həmin vaxt o anbarda olmamışdır.Növbəti gün baş verən hadisələr barədə Yusifdən və bazarda olan digər işçilərdən məlumat almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o, 2 aydır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında olan tikinti materiallarının satışı bazarında fəaliyyət göstərən taxta anbarı və cilalanma sexində işləyir.Onlar orada xammal şəklində gəlmiş taxta materialdan üzlük taxta emal edirlər.Həmin işə bibisi oğlu Samir Alxaniının vasitəsilə düzəlmişdir.Həmin sexin rəhbəri Təqsirləndirilən şəxsdur.Taxta anbarı və cilalanması sexində xammal şəklində gəlmiş taxta materialdan üzlük taxta emal edilir.O, taxta anbarında emal olunmuş taxtaların daşınması ilə məşğul olur.Onu işə Təqsirləndirilən şəxs qəbul etmişdir.Onu işə qəbul edən zaman əmək müqaviləsi bağlanmamışdır.Cəlal ona gündəlik olaraq 20 manat olmaqla, aylıq 600 manat məbləğində əmək haqqı verəcəklərinə dair aralarında razılaşmışlar.O isə Cəlaldan 50 manat avans almışdır.Həmin sexdə Cəlalın rəhbərliyi ilə o, Şahid4, Elvin Şabandayev və Şahid1 işləyirdilər.Paşa Budaev onların taxtasını anbarın sexinə xammal şəklində taxtalar gətirilən zaman işçiləri avtokar vasitəsilə yük avtomobilindən boşaltmaq üçün çağırırdılar.Lakin Paşanı sexə taxta gətirilən zaman taxtların boşaldılması üçün kimin çağırdığını bilmir. Paşa ikinci dəfə idi ki, taxta anbarı və cilalanma sexinə gələrək taxta boşaldırdı.Paşa sexə gələn zaman qırmızı rəngli avtokarla gəlirdi.Həmin avtokarın Paşaya məxsus olub-olmaması barədə məlumatı yoxdur.Baş vermiş hadisənin mahiyyəti üzrə göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində işlədikləri taxta anbarı və cilalanması sexinə 1 ədəd PP NEFAZ 933401 markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş Kamaz 54115 markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobili ona qoşulmuş yarımqoşqu taxta materialları ilə yüklənmiş şəkildə gətirilmişdir.Həmin vaxt o, Şahid4 və Elvin Şabandayev taxta anbarı sexində işləyirmişlər.Daha sonra Şahid5 taxta sexinə gəlmişdir.Şahid5 gəldikdən sonra telefonla zəng edib Paşa Budaevi taxta kiplərini boşaltmaq üçün çağırmışdır.Daha sonra Paşa Budaev onlar birlikdə həmin yük avtomobilində və ona qoşulmuş yarımqoşquda olan taxta kiplərini boşaltmışdır.Şahid5 onlara həmin gün daha 2 yük avtomobili və onlara qoşulmuş yarımqoşqu ilə taxta kiplərinin gətiriləcəyini bildirmiş və səhər işə tez gəlmələrini tapşırmışdır.Həmin gün onlar 1 yük avtomobili taxta kiplərini boşaltdıqdan sonra evə getmişdir. 18 noyabr 2021 -ci il tarixdə o saat 08:00 radələrində taxta anbarı sexinə gəlib işə başlamışdır. Belə ki, 17 noyabr 2021-ci il tarixdə axşam saatlarında taxta anbarı sexinə daha 2 yük avtomobili və onlara qoşulmuş yarımqoşqu ilə taxta kipləri gətirilmişdir.Onlardan “'PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş "Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili onların işlədikləri taxta sexinin qarşısında digəri isə ondan 10-15 metr irəli məsafədə dayanmışdır.Paşa Budaev həmin gün saat 09:00 radələrində taxta sexinə gəlmişdir.18 noyabr 2021-ci il tarixdə o saat 08:00 radələrində sexə gəlib işə başlamışdır.O işə çatanda taxta kipləri ilə yüklənmiş “PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili taxta sexinin qarşısında dayanmışdır.O taxtaların boşaldılması üçün Paşanın gəlməsini gözləmişdir.Paşa Budaev həmin gün işə saat 09:00 radələrində gəfmişdir.Sexə gətirilən taxtalar avtomobilə xüsusi lentlə bağlanmış şəkildə yüklənmişdir.Paşa Budaev əvvəlcə yük avtomobilinin qoşqusunun sağ tərəfində yerləşən ön və arxa hissədə olan 2 taxta kipini avtokar vasitəsilə götürmüşdür.Daha sonra o yük avtomobilinin qoşqusunun sağ tərəfindən qoşqunun üzərinə qalxmışdır.O qalxan zaman qoşqunun sağ tərəfində yerləşən qoruyucu hissələr açıq vəziyyətdə olmuşdur.Lakin həmin hissələrin kim tərəfindən açıldığını görməmişdir.O yük maşınının üzərində olan kiçik ölçülü lentlə bağlanmayan taxtaları yerə atırmış ki, taxta kiplərini avtokarla götürən zaman onlar dağılıb maneçilik törətməsin.O maşının üzərində olan kiçik ölçülü taxtaları boşaldıb qurtardıqdan sonra Paşa Budaev avtokar vasitəsilə maşından taxta bağlamasını götürmək üçün yaxınlaşmışdır. O həmin vaxt yuxarıda həm də taxtaların bağlandığı lenti lentsıxan aparatla bərkitməklə məşğul olmuşdur.Paşa Budaev avtokarla maşından alt hissədə olan taxtaları götürmək istəyəndə, avtokarın metaldan olan qollarını taxta bağlamasının aşağı hissəsinə daxil etdikdə onlar taxta bağlamasının möhkəm sıxılmadığını və taxtaların aşmaq təhlükəsinin olduğunu görmüşdür.Həmin vaxt lentsıxan aparat yuxarıda onda olduğu üçün Paşa Budaev avtokarı arxaya sürmüşdür ki, özü aşağıda olan taxta bağlamasının lentini sıxsın. Bundan sonra Paşa yük avtomobilinin taxta kipləri yüklənən qoşqusuna yaxınlaşmışdır.O,yuxarıdan əyilib lentsıxan aparatı Paşaya verən zaman kənardan taxtaların aşdığını deyib qışqırmışdırlar.Bir anda aşağıda yerləşən iki taxta bağlamasını saxlayan kapron lentlər gərginlikdən qırılmış və taxtalar "PP NEFAZ 933401" markalı,**-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “Kamaz 54115" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qoşqusunun sol tərəfindən yerə tökülmüşdür.X22 aşan taxtaların altında qalmış, o isə taxtalarla birlikdə yerə yıxılmışdır.Həmin vaxt səs-küyə ərazidə işləyən digər işçilər də gəlmişdirlər. Onlar köməkləşib Paşanın üzərində olan taxtaları kənara atmışdır.Onlar Paşanı çıxarıb kənara qoymuşdur.Həmin vaxt orda olan adamlardan hansısa təcili tibbi yardım çağırmışdır.Onlar təcili tibbi yardım gəldikdən sonra Paşanın öldüyünü öyrənmişdir.Ona məlum olmuşdur ki, Paşa Budaev sexə yük maşını ilə gətirilmiş xüsusi lentlə bağlanmış taxtaları avtokar vasitəsilə boşaldan zaman aşağı təbəqədə yerləşən taxta kiplərinin bağlandığı xüsusi lentin boşaldığını görüb onu sıxmaq üçün ondan lentsıxan aparatı götürmək məqsədilə avtokarı arxaya sürmüşdür, o həmin vaxt yük maşınında olan taxta kiplərinin üzərində taxta kiplərinin lentlərini sıxmaqla məşğul olmuşdur.Paşa ondan lentsıxan götürən zaman ətrafdan adamların "taxtalar aşır kənara çəkilin” dediklərini eşitmişdir.Elə həmin anda kamaz markalı yük avtomobilinin qoşqusunun sol arxa hissəsində aşağıda yerləşən taxta kipinin lenti qırıldığından onlarla bərabər yuxarıda olan taxta kipi də Paşa Budaevin üzərinə aşmışdır, o həmin vaxt yuxarıda olduğundan taxtalarla bərabər aşağı düşmüşdür.Hadisə zamanı Samir və Elvin taxta daşımışdırlar.Həmin vaxt Bayram brus gətirməyə getmişdir.Hadisə baş verən zaman Kamaz markalı yük avtomobilinin sürücüsünün orada olub-olamaması barədə dəqiq məlumatı olmamışdır.Hadisə baş verən zaman "Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin mühərrikinin işlək yaxud sönülü olması barədə dəqiq məlumatı olmamışdır.Lakin adətən yük boşaldılması zamanı mühərrik işlək vəziyyətdə olurmuş.Onlar hadisə baş verən zaman heç bir təhlükəsizlik avadanlığından istifadə etməmişdir, ümumilikdə sexdə işlərə rəhbərlik edən şəxs Təqsirləndirilən şəxsdir. Cəlal işçilərinə şifahi qaydada ehtiyatlı olmalarını deməsini eşitmişdir.İşçilərin xüsusi geyim forması yoxdur, onlar öz adi geyimində işləmişdir.Onlar yalnız sexdə taxtaların cilalanması zamanı xüsusi eynəkdən istifadə etmişdir.Onlar işlədikləri taxta sexi yeni istifadəyə verildiyi üçün ərazisində təhlükəsizlik kameraları quraşdırılmamışdır.O, bildirmişdir ki, bir taxta kipi 10-luq taxtalar üçün 120 sm eni, 90 sm hündürlüyü, 6 metr uzunluqda yığılır.Həmin taxta kipləri düzgün qaydada yığılmışdır.Lakin dağılan taxta kipinin bağlandığı lent möhkəm olmadığından həmin bağlama lentin qırılması nəticəsində dağılmışdır.Yəni taxta kiplərinin bağlandığı kapron materialdan olan lent taxtaların gərginliyinə davam gətirməmiş və sınmışdır. “PP NEFAZ 933401" markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş "Kamaz 54115” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə taxta materialları iki hissədən ibarət formada, yəni 4 kip taxta qabaq tərəfdə 4 kip taxta isə arxa tərəfdə yığılmışdır. "Kamaz" markalı yük avtomobilinin sürücüsü taxta kiplərinin yük bortundan yuxarıda olmasını nəzərə alaraq, həmin kiplərin aşmaması üçün kamazın yük yerinin kənarlarına əlavə metal konstruksiya bağlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, 2 aydır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında olan tikinti materiallarının satışı bazarında fəaliyyət göstərən taxta anbarı və cilalanması sexində fəhlə işləyir.Həmin sexin rəhbəri Təqsirləndirilən şəxsdur.Həmin taxta anbarı və cilalanması sexində xammal şəklində gəlmiş taxta materialdan üzlük taxta emal edilir.O, taxta anbarında emal olunmuş taxtaların daşınması ilə məşğul olur.Onu işə Təqsirləndirilən şəxs qəbul etmişdir.Onu işə qəbul edən zaman əmək müqaviləsi bağlanmamışdır.Cəlal ona gündəlik olaraq 15 manat olmaqla, aylıq 450 manat məbləğində əmək haqqı verəcəyinə dair aralarında razılaşmışlar.O, isə Cəlaldan 50 manat avans almışdır. Həmin sexdə Cəlalın rəhbərliyi ilə o, Şahid3, Şahid4, Elvin Şabandayev işləmişlər. Paşa Budaev onların taxta anbarı sexinə xammal şəklində taxtalar gətirilən zaman onları avtokar vasitəsilə yük avtomobilindən boşaltmaq üçün çağırılmışdır.Lakin Paşanı sexə taxta gətirilən zaman taxtaların boşaldılması üçün kimin çağırdığını bilməmişdir.Paşa ikinci dəfə idi ki, taxta anbarı və cilalanma sexinə gələrək taxta boşaltmışdır.Paşa sexə gələn zaman qırmızı rəngli avtokarla gəlirmiş və müəyyən məbləğ müqabilində yüklərin boşaldılması işi ilə məşğul olmuşdur.Baş vermiş hadisənin mahiyyəti üzrə göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində işlədikləri taxta anbarı və cilalanması sexinə 1 ədəd Kamaz markalı yük avtomobili ona qoşulmuş yarımqoşqu taxta materialları ilə yüklənmiş şəkildə gətirilmişdir.Həmin vaxt o, Şahid4 və Elvin Şabandayev taxta anbarı sexində işləmişlər.Daha sonra Şahid5 taxta sexinə gəlmiş və telefonla zəng edib Paşa Budaevi taxta kiplərini boşaltmaq üçün çağırmışdır.Daha sonra Paşa Budaev onlarla birlikdə həmin yük avtomobilində və ona qoşulmuş yarımqoşquda olan taxta kiplərini boşaltmışdır.Şahid5 onlara həmin gün daha 2 yük avtomobili və onlara qoşulmuş yarımqoşqu ilə taxta kiplərinin gətiriləcəyini bildirmiş və səhər işə tez gəlmələrini tapşırmışdır.Həmin gün onlar 1 yük avtomobilində olan taxta kiplərini boşaltdıqdan sonra evə getmişlər.Həmçinin, o, məlumdur ki, Şahid5 Təqsirləndirilən şəxs qohumudur.Təqsirləndirilən şəxs iş yerində olmayan zaman işlərin ləngiməsinin qarşısını almaq üçün Şahid5 iş yerinə gəlir və işlərə nəzarət edirmiş.X20 rəsmi olaraq hər hansı bir vəzifəsi olmamış və Təqsirləndirilən şəxs tərəfindən də üzərinə hər hansı vəzifə qoyulmamışdır.18 noyabr 2021-ci il tarixdə o saat 08:00 radələrində taxta anbarı sexinə gəlib işə başlamışdır.Belə ki, 17 noyabr 2021-ci il tarixdə axşam saatlarında taxta anbarı sexinə daha 2 yük avtomobili və onlara qoşulmuş yarımqoşqu ilə taxta kipləri gətirilmişdir.Onlardan "Kamaz" markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onların işlədikləri taxta sexinin qarşısında digəri isə ondan 10-15 metr irəli məsafədə dayanmışdır.Paşa Budaev həmin gün saat 09:00 radələrində taxta sexinə gəlmişdir.Paşa Budaev avtokar vasitəsilə yük avtomobilinin qoşqusunun sağ tərəfində yuxarıda yerləşən iki taxta kipini götürmüşdür.Daha sonra o avtokarla “Kamaz” markalı yük avtomobilinin qoşqusunun sol arxa hissəsindən taxta kipini götürmək üçün avtokarın metal qollarını aşağıda yerləşən taxta kipinin alt hissəsinə daxil edib iki taxta kipini eyni zamanda götürmək istəyən zaman altda yerləşən taxta kipindən təxminən 20-30 ədəd taxta avtokarın metal qolları üzərinə düşmüşdür.Daha sonra Paşa Budaev avtokarı geriyə sürmüşdür.Bu zaman Elvin Şabandayev və Şahid4 avtokarın metal qolları üzərinə tökülmüş taxtaları taxta sexinə daşımaqla məşğul olmuşdur.O isə avtokarla götürülən taxta kiplərinin alt hissəsinə qoymaq üçün brus gətirməyə getmişdir.Həmin vaxt Paşa Budaev avtokardan düşərək taxtalar dağılan taxta kipinin ətrafındakı xüsusi lenti bərkitmək məqsədilə Yusifdən lentsıxanı almaq üçün “Kamaz" markalı yük avtomobilinin qoşqusuna yaxınlaşmışdır.Həmin vaxt onlar taxtanın aşması səsini eşitmişdir.Səs-küyə ərazidə işləyən digər işçilər də gəlmişdir.Onlar köməkləşib Paşanın üzərində olan taxtaları kənara atmışdır.Onlar Paşanı çıxarıb kənara uzatmışdır.Həmin vaxt orda olan adamlardan hansısa təcili tibbi yardım çağırmışdır.Onlar təcili tibbi yardım gəldikdən sonra Paşanın öldüyünü öyrənmişdir.Bundan başqa, ona məlumdur ki, Paşa Budaev mütəmadi olaraq taxta anbarı və cilalanması sexinə gəlir və yükləri boşaltmışdır.Yüklərin boşaldılması müqabilində isə məyyən məbləğdə pul almışdır.Onda olan məlumata görə X28 hər bir yük avtomobildən yüklərin boşaldılmasına görə 40 manat pul almışdır.Paşa Budaev taxta anbarı və cilalanma sexinə yük avtomobili ilə gətirilmiş xüsusi lentlə bağlanmış taxtaları avtokar vasitəsilə boşaldan zaman aşağı təbəqədə yerləşən taxta kiplərinin bağlandığı xüsusi kapron lentin boşaldığını görüb onu sıxmaq üçün Yusifdən lentsıxan aparatı götürmək üçün avtokarı arxaya sürmüş, Yusif həmin vaxt yük avtomobilində olan taxta kiplərinin üzərində dayanmışdır.O,Yusifdən lentsıxan götürmək istəyən zaman ətrafdan adamların “taxtalar aşır kənara çəkilin” dediklərini eşitmişdir.Elə həmin anda yük maşınında olan aşağı təbəqədə yerləşən taxta kipinin lenti qırıldığından onlarla bərabər yuxarıda olan taxta kipləri də Paşa Budaevin üzərinə aşmış, Yusif də həmin vaxt yuxarıda olduğundan taxtalarla bərabər aşağı düşmüşdür.Paşa Budaev də taxtaların altında qalaraq ölmüşdür.Hadisə zamanı Elvin Şabandayev və Şahid4 taxta daşımışdırlar.Həmin vaxt o isə brus gətirməyə getmişdir.Hadisə baş verən zaman sürücünün maşında olub-olmadığı barədə dəqiq məlumatı olmamışdır.Yusif isə yük avtomobilinin üzərində taxta kiplərinin kapron lentlərini bərkitməklə məşğul olmuşdur. Onlar hadisə baş verən zaman heç bir təhlükəsizlik avadanlığından istifadə etməmişdir.Ümumilikdə taxta anbarı və cilalanma sexində işlərə rəhbərlik edən şəxs Cəlaldır.Taxta anbarı və cilalanma sexində onlara Təqsirləndirilən şəxs tərəfindən təhlükəsizlik qaydaları barədə xüsusi təlimat kitabı üzrə müvafiq təlimatlandırma keçirilməmişdir. Hadisə baş verən zaman “Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin işlək yaxud sönülü olması barədə dəqiq məlumatı olmamışdır.Lakin adətən yük boşaldılması zamanı mühərrik işlək vəziyyətdə olurmuş.İşçilərin xüsusi geyim forması yoxdur, onlar öz adi geyimində işləmişdirlər.Bir taxta kipinin 10-luq taxtalar üçün 120 sm eni, 90 sm hündürlüyü, 6 metr uzunluqda yığıldığını bildirmişdir.Həmin taxta kipləri düzgün qaydada yığılmışdır.Lakin dağılan taxta kipinin bağlandığı lent möhkəm olmadığından həmin bağlama dağılmışdır.Yəni taxta kiplərinin bağlandığı kapron materialdan olan lent taxtaların gərginliyinə davam gətirməmiş və sınmışdır. "Kamaz” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə taxta materialları iki hissədən ibarət formada, yəni 4 kip taxta qabaq tərəfdə 4 kip taxta isə arxa tərəfdə yığılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, 2 aydır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında olan tikinti materiallarının satışı bazarında fəaliyyət göstərən taxta anbarı və cilalanması sexində fəhlə işləyir.Həmin sexin rəhbəri Təqsirləndirilən şəxsdur.Həmin taxta anbarı və cilalanması sexində xammal şəklində gəlmiş taxta materialdan üzlük taxta emal edilir.O, taxta anbarında emal olunmuş taxtaların daşınması ilə məşğul olur.Onu işə Təqsirləndirilən şəxs qəbul etmişdir.Onu işə qəbul edən zaman əmək müqaviləsi bağlanmamışdır.Cəlal ona gündəlik olaraq 15 manat olmaqla, aylıq 450 manat məbləğində əmək haqqı verəcəyinə dair aralarında razılaşma olmuşdur.O, isə Cəlaldan 50 manat avans almışdır.Həmin sexdə Cəlalın rəhbərliyi ilə o, Şahid3, Şahid4, Şahid1 işləmişlər.Paşa Budaev onların taxta anbarı sexinə xammal şəklində taxtalar gətirilən zaman onları avtokar vasitəsilə yük avtomobilindən boşaltmaq üçün çağırılmışdır.Lakin Paşanı sexə taxta gətirilən zaman taxtların boşaldılması üçün kimin çağırdığını bilməmişdir.Paşa ikinci dəfə idi ki, taxta anbarı və cilalanma sexinə gələrək taxta boşaltmışdır.Paşa sexə gələn zaman qırmızı rəngli avtokarla gəlmişdir və müəyyən məbləğ müqabilində yüklərin boşaldılması işi ilə məşğul olmuşdur. Baş vermiş hadisənin mahiyyəti üzrə göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində işlədikləri taxta anbarı və cilalanması sexinə 1 ədəd “Kamaz” markalı yük avtomobili ona qoşulmuş yarımqoşqu taxta materialları ilə yüklənmiş şəkildə gətirilmişdir. Həmin vaxt o, Şahid4 və Elvin Şabandayev taxta anbarı sexində işləmişlər. Daha sonra Şahid5 taxta sexinə gəlmiş və telefonla zəng edib Paşa Budaevi taxta kiplərini boşaltmaq üçün çağırmışdır. Daha sonra Paşa Budaev onlarla birlikdə həmin yük avtomobilində və ona qoşulmuş yarımqoşquda olan taxta kiplərini boşaltmışdır. Şahid5 onlara həmin gün daha 2 yük avtomobili və onlara qoşulmuş yarımqoşqu ilə taxta kiplərinin gətiriləcəyini bildirmiş və səhər işə tez gəlmələrini tapşırmışdır. Həmin gün onlar 1 yük avtomobilində olan taxta kiplərini boşaltdıqdan sonra evə getmişlər. Onu da qeyd etmişdir ki, Şahid5 Təqsirləndirilən şəxs qohumudur. Təqsirləndirilən şəxs iş yerində olmayan zaman işlərin ləngiməsinin qarşısını almaq üçün Şahid5 iş yerinə gəlir və işlərə nəzarət edirmiş. X20 rəsmi olaraq hər hansı bir vəzifəsi yoxdur və Təqsirləndirilən şəxs tərəfindən də üzərinə hər hansı vəzifə qoyulmamışdır. Şahid5 sexdə görülən işlərdə baş verə biləcək ləngimələrin problemlərin yerində aradan qaldırılması məqsədilə sexə gəlmişdir. Lakin sexin bütün fəaliyyətinə Cəlal rəhbərlik edir, işçiləri işə götürür, onlara günəmüzd olaraq 15 manat əmək haqqı vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şahid5 hadisə baş verən gün hadisə yerində olmamışdır. Cəlal da həmin gün hansısa rayona iş üçün getmişdir.18 noyabr 2021-ci il tarixdə o saat 08:00 radələrində taxta anbarı sexinə gəlib işə başlamışdır. Belə ki, 17 noyabr 2021-ci il tarixdə axşam saatlarında taxta anbarı sexinə daha 2 yük avtomobili və onlara qoşulmuş yarımqoşqu ilə taxta kipləri gətirilmişdir. Onlardan “PP NEFAZ 933401” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “Kamaz 54115” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili onların işlədikləri taxta sexinin qarşısında digəri isə ondan 10-15 metr irəli məsafədə dayanmışdır. Paşa Budaev avtokar vasitəsilə yük avtomobilinin qoşqusunun sağ tərəfində yuxarıda yerləşən iki taxta kipini götürmüşdür. Daha sonra o avtokarla “Kamaz” markalı yük avtomobilinin qoşqusunun sol arxa hissəsindən taxta kipini götürmək üçün avtokarın metal qollarını aşağıda yerləşən taxta kipinin alt hissəsinə daxil edib iki taxta kipini eyni zamanda götürmək istəyən zaman altda yerləşən taxta kipindən təxminən 20-30 ədəd taxta avtokarın metal qolları üzərinə düşmüşdür. Daha sonra Paşa Budaev avtokarı geriyə sürmüşdür. Bu zaman o və Şahid4 avtokarın metal qolları üzərinə tökülmüş taxtaları sexə daşımışdır. Həmin vaxt Paşa Budaev avtokardan düşərək taxtalar dağılan taxta kipinin ətrafındakı xüsusi lenti bərkitmək məqsədilə Yusifdən lentsıxanı almaq üçün “Kamaz” markalı yük avtomobilinin qoşqusuna yaxınlaşmışdır. Həmin vaxt onlar taxtanın aşması səsini eşitmişdir. Səs-küyə ərazidə işləyən digər işçilər də gəlmişdirlər. Onlar köməkləşib Paşanın üzərində olan taxtaları kənara atmışlar. Onlar Paşanı çıxarıb kənara uzatmışdır. Həmin vaxt orda olan adamlardan hansısa təcili tibbi yardım çağırmışdır. Onlar təcili tibbi yardım gəldikdən sonra Paşanın öldüyünü öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, Paşa Budaev mütəmadi olaraq taxta anbarı və cilalanması sexinə gəlir və yükləri boşaltmışdır. Yüklərin boşaldılması müqabilində isə məyyən məbləğdə pul almışdır. Onda olan məlumata görə X28 hər bir avtomobildən yüklərin boşaldılmasına görə 40 manat pul almışdır. Bildirmişdir ki, Paşa Budaev sexə yük avtomobili ilə gətirilmiş xüsusi lentlə bağlanmış taxtaları avtokar vasitəsilə boşaldan zaman aşağı təbəqədə yerləşən taxta kiplərinin bağlandığı xüsusi kapron lentin boşaldığını görüb onu sıxmaq üçün Yusifdən lentsıxan aparatı götürmək üçün avtokarı arxaya sürmüş, Yusif həmin vaxt yük avtomobilində olan taxta kiplərinin üzərində dayanmışdır. O Yusifdən lentsıxanı götürmək istəyən zaman ətrafdan adamların “taxtalar aşır kənara çəkilin” dediklərini eşitmişdir. Elə həmin anda yük maşınında olan aşağı təbəqədə yerləşən taxta kipinin lenti qırıldığından onlarla bərabər yuxarıda olan taxta kipləri də Paşa Budaevin üzərinə aşmış, Yusif də həmin vaxt yuxarıda olduğundan taxtalarla bərabər aşağı düşmüşdür. Hadisə zamanı o və Şahid4 taxta daşımaqla məşğul olmuşdur. Həmin vaxt Bayram brus gətirməyə getmişdir. Həmin vaxt sürücünün maşında olub-olmadığı barədə dəqiq məlumatı olmamışdır. Yusif isə yük avtomobilinin üzərində taxta kiplərinin kapron lentlərini bərkitməkdə idi. Hadisə baş verən zaman “Kamaz 54115” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin işlək yaxud sönülü olması barədə dəqiq məlumatı olamamışdır.Lakin adətən yük boşaldılması zamanı mühərrik işlək vəziyyətdə olurmuş.Onlar hadisə baş verən zaman heç bir təhlükəsizlik avadanlığından istifadə etməmişdir.Ümumilikdə sexdə işlərə rəhbərlik edən şəxs Təqsirləndirilən şəxsdir.Cəlalın işçilərinə şifahi qaydada ehtiyatlı olmalarını deməsini eşitmişdir.İşçilərin xüsusi geyim forması yoxdur, onlar öz adi geyimində işləmişdir.Onlar yalnız sexdə taxtaların cilalanması zamanı xüsusi eynəkdən istifadə etmişdir.Onların işlədikləri taxta sexi yeni istifadəyə verildiyi üçün ərazisində təhlükəsizlik kameraları quraşdırılmamışdır.Bir taxta kipi 10-luq taxtalar üçün 120 sm eni, 90 sm hündürlüyü, 6 metr uzunluqda yığılır.Həmin taxta kipləri düzgün qaydada yığılmışdır.Lakin dağılan taxta kipinin bağlandığı lent möhkəm olmadığından həmin bağlama lentin qırılması nəticəsində dağılmışdır.Yəni taxta kiplərinin bağlandığı kapron materialdan olan lent taxtaların gərginliyinə davam gətirməmiş və sınmışdır.“PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “Kamaz 54115” markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə taxta materialları iki hissədən ibarət formada, yəni 4 kip taxta qabaq tərəfdə 4 kip taxta isə arxa tərəfdə yığılmışdır.“Kamaz” markalı yük avtomobilinin sürücüsü taxta kiplərinin yük bortundan yuxarıda olmasını nəzərə alaraq, həmin kiplərin aşmaması üçün kamazın yük yerinin kənarlarına əlavə metal konstruksiya bağlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında olan tikinti materiallarının satışı bazarında fəaliyyət göstərən taxta anbarı və cilalanması sexində usta işləyir.Onu işə Təqsirləndirilən şəxs qəbul etmişdir.Onu Təqsirləndirilən şəxs ilə ortaq dostu Vüsal tanış etmişdir.Həmin vaxt Vüsal ona Cəlalın bazardakı sexinə usta tələb etdiyini və onun orada işləyibişləməyəcəyini soruşmuşdur.O, da əvvəllər bazarda döşəmə taxtalarının dəzgahda düzəldilməsi, bundan başqa üzlük taxtaların hazırlanması işləri ilə məşğul olmuşdur.O, Təqsirləndirilən şəxs ilə tanış olmuş və Cəlal ona aylıq 300 manat məbləğində əmək haqqı təklif etmişdir.O, da Cəlalın təklifi ilə razılaşmışdır.Çünki onun onurğa nahiyyəsində yırtıq olduğundan o, ağır işlərdə işləyə bilməmişdir. Bu səbəbdən də o, Cəlalın təklifi ilə razılaşmışıdr.O,təxminən 2021-ci ilin oktyabr ayından işləməyə başlamışdır.Həmin ayın sonlarında isə Cəlal ona fəhlə lazım olduğunu bildirmiş və ona dayısı oğlu Şahid3 təklif etmişdir.Cəlal da onun təklifi ilə razılaşmış və Şahid3 işə qəbul etmişdir.Şahid3 günə 15-20 manat məbləğində əmək haqqı almalı olmuşdur.Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında olan tikinti materiallarının satışı bazarında fəaliyyət göstərən taxta anbarı və cilalanması sexində bütün fəaliyyətə birbaşa Cəlal nəzarət edir və bütün sənədlər Cəlalın adına rəsmiləşdirilmişdir.Lakin Cəlal bəzi hallarda respublikanın müxtəlif rayonlarında olur və bu səbəbdən işlərdə ləngimə olmasın deyə işlərin idarə edilməsi, sənədlərin imzalanması və digər öz adından görməli olan işləri Şahid5 etibarnamə əsasında etibar etmişdir.Şahid5 də Təqsirləndirilən şəxs olmadığı müddətdə onun əvəzinə işlərə rəhbərlik edir, lakin rəsmi olaraq hər hansı vəzifəsi yoxdur. Şahid5 sexdə və anbarda olan bütün hadisələr barədə Cəlal sexdə olmadığı müddət ərzində zəng edərək ona məlumat vermişdir.O, hal-hazırda da həmin sexdə işləyir və işlərə rəhbərlik edən şəxs Təqsirləndirilən şəxsdir. Şahid5 isə Cəlalın olmadığı müddətdə müvəqqəti olaraq iş yerinə gəlir və işlər ləngiməsin deyə Cəlalın əvəzindən işlərə rəhbərlik edir.Bundan başqa Turxan əvvəllər taxta biznesi ilə məşğul olduğu üçün Cəlal onu taxta işində mütəxəsis kimi istifadə edir, yəni taxtanın qiyməti, keyfiyyəti və s. bu kimi məsələlərdə məsləhətlər verir.Hadisə baş verən vaxt da Turxan hadisə yerində olmamışdır.Həmin gün Cəlal da bilmədiyi səbəblərdən Qazax rayonunda olmuşdur.X31 rayonuna gedən zaman da Turxanın üzərinə hər hansı vəzifə və tapşırıq qoyub getməsinin şahidi olmamışdır. Paşa Budaev də mütəmadi olaraq anbara gəlmiş taxta xammalının boşaldılması işləri ilə məşğul olmuş və taxtaların da boşaldılmasına birbaşa rəhbərliyi Cəlal özü etmişdir.Lakin sonuncu Cəlal taxtaların gələcəyindən məlumatlı olsa da işlərə rəhbərliyi hər hansı şəxsə həvalə etməsinin şahidi olmamışdır. Baş vermiş hadisənin mahiyyəti üzrə göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində işlədikləri taxta anbarı və cilalanması sexinə 1 ədəd “PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona qoşulmuş yarımqoşqu taxta materialları ilə yüklənmiş şəkildə gətirilmişdir. Həmin vaxt o, Şahid3, Şahid1 və Elvin Şabandayev taxta anbarı sexində işləməkdə idi.Daha sonra Şahid5 taxta sexinə gəlmişdir.Şahid5 gəldikdən sonra telefonla zəng edib Paşa Budaevi taxta kiplərini boşaltmaq üçün çağırmışdır.Daha sonra Paşa Budaev onlarla birlikdə həmin yük avtomobilində və ona qoşulmuş yarımqoşquda olan taxta kiplərini boşaltmışdır.Şahid5 onlara həmin gün daha 2 yük avtomobili və onlara qoşulmuş yarımqoşqu ilə taxta kiplərinin gətiriləcəyini bildirmiş və səhər işə tez gəlməklərini tapşırmışdır. Həmin gün onlar 1 ədəd markasını xatırlamadığı yük avtomobili taxta kiplərini boşaltdıqdan sonra evə getmişdir.18 noyabr 2021-ci il tarixdə o saat 08:00 radələrində taxta anbarı sexinə gəlib işə başlamışdır.Belə ki, 17 noyabr 2021-ci il tarixdə axşam saatlarında taxta anbarı sexinə daha 2 yük avtomobili və onlara qoşulmuş yarımqoşqu ilə taxta kipləri gətirilmişdir.Onlardan “PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onların işlədikləri taxta sexinin qarşısında digəri isə ondan 10-15 metr irəli məsafədə dayanmışdır.Paşa Budaev avtokar vasitəsilə yük avtomobilinin qoşqusunun sağ tərəfində yuxarıda yerləşən iki taxta kipini götürmüşdür.Daha sonra o avtokarla “Kamaz” markalı yük avtomobilinin qoşqusunun sol arxa hissəsindən taxta kipini götürmək üçün avtokarın metal qollarını aşağıda yerləşən taxta kipinin alt hissəsinə daxil edib iki taxta kipini birdən götürmək istəyən zaman altda yerləşən taxta kipindən taxtalar avtokarın metal qolları üzərinə təxminən 20-30 ədəd taxta düşmüşdür.Daha sonra Paşa Budaev avtokarı geriyə sürmüşdür.Bu zaman o və Elvin Şabandayev avtokarın metal qolları üzərinə tökülmüş taxtaları sexə daşımışdır.Həmin vaxt Paşa Budaev avtokardan düşərək taxtalar dağılan taxta kipinin ətrafındakı xüsusi lenti bərkitmək üçün Yusifdən lentsıxanı almaq üçün “Kamaz” markalı yük avtomobilinin qoşqusuna yaxınlaşmışdır. Həmin vaxt onlar taxtanın aşması səsini eşitmişdir.Səs-küyə ərazidə işləyən digər işçilər də gəlmişdirlər.Onlar köməkləşib Paşanın üzərində olan taxtaları kənara atmışdır.Onlar Paşanı çıxarıb kənara uzatmışdır.Həmin vaxt orda olan adamlardan hansısa təcili tibbi yardım çağırmışdır.Onlar təcili tibbi yardım gəldikdən sonra Paşanın öldüyünü öyrənmişdir.Paşa Budaev sexə yük avtomobili ilə gətirilmiş xüsusi lentlə bağlanmış taxtaları avtokar vasitəsilə boşaldan zaman aşağı təbəqədə yerləşən taxta kiplərinin bağlandığı xüsusi kapron lentin boşaldığını görüb onu sıxmaq üçün Yusifdən lentsıxan aparatı götürmək üçün avtokarı arxaya çəkmiş, Yusif həmin vaxt yük avtomobilində olan taxta kiplərinin üzərində dayanmışdır.O Yusifdən lentsıxanı götürmək istəyən zaman ətrafdan adamların “taxtalar aşır kənara çəkilin” dediklərini eşitmişdir.Elə həmin anda yük maşınında olan aşağı təbəqədə yerləşən taxta kipinin lenti qırıldığından onlarla bərabər yuxarıda olan taxta kipləri də Paşa Budaevin üzərinə aşmışdır, Yusif də həmin vaxt yuxarıda olduğundan taxtalarla bərabər aşağı düşmüşdür.X22 hadisə yerində taxtaların altında qalaraq ölmüşdür.Hadisə zamanı o və Elvin Şabandayev taxta daşımaqda olmuşdur.Həmin vaxt Bayram brus gətirməyə getmişdir. Həmin vaxt sürücünün maşında olubolmadığı barədə dəqiq məlumatı olmamışdır.Yusif isə yük avtomobilinin üzərində taxta kiplərinin kapron lentlərini bərkitməkdə idi.Hadisə baş verən zaman “Kamaz 54115” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin mühərrikinin işlək yaxud sönülü olması barədə dəqiq məlumatı olmamışdır.Lakin adətən yük boşaldılması zamanı mühərrik işlək vəziyyətdə olurmuş.Onlar hadisə baş verən zaman heç bir təhlükəsizlik avadanlığından istifadə etməmişdir. İşçilərin xüsusi geyim forması yoxdur, onlar öz adi geyimində işləmişdir.Onlar yalnız sexdə taxtaların cilalanması zamanı xüsusi eynəkdən istifadə etmişdir.Onlar işlədikləri taxta sexi yeni istifadəyə verildiyi üçün ərazisində təhlükəsizlik kameraları quraşdırılmamışdır.Bir taxta kipi 10luq taxtalar üçün 120 sm eni, 90 sm hündürlüyü, 6 metr uzunluqda yığılır.Həmin taxta kipləri düzgün qaydada yığılmışdır.Lakin dağılan taxta kipinin bağlandığı lent möhkəm olmadığından həmin bağlama lentin qırılması nəticəsində dağılmışdır.Yəni taxta kiplərinin bağlandığı kapron materialdan olan lent taxtaların gərginliyinə davam gətirməmiş və sınmışdır. "PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə taxta materialları iki hissədən ibarət formada, yəni 4 kip taxta qabaq tərəfdə 4 kip taxta isə arxa tərəfdə yığılmışdır.“Kamaz” markalı yük avtomobilinin sürücüsü taxta kiplərinin yük bortundan yuxarıda olmasını nəzərə alaraq, həmin kiplərin aşmaması üçün kamazın yük yerinin kənarlarına əlavə metal konstruksiya bağlamışdır.18 noyabr 2021-ci il tarixdə səhər saatlarında Şahid5 Mədət oğlu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında olan tikinti materiallarının satışı bazarında yerləşən taxta anbarı və cilalanma sexində olmamışdır.Şahid5 hadisə baş verdikdən sonra hadisə yerinə gəlmişdir.Turxana hadisə barədə kimin məlumat verməsi barədə də məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən tikinti materiallarının satışı bazarının sahibidir.O hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur.Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün idarə etdiyi bazarda müxtəlif tikinti materiallarının satışı ilə məşğul olan icarəçiləri vardır.2021-ci ilin avqust ayında Turxan qohumu Təqsirləndirilən şəxs ilə ona müraciət edərək bazarda tikinti materiallarının satışı ilə məşğul olmaq üçün yer istəmişlər.Turxanın deməsinə görə Təqsirləndirilən şəxs taxta materiallarının satışı ilə məşğul olmaq niyyətində idi.O da həmin vaxt icarə müqaviləsi bağlamağı təklif etmişdir.Bundan sonra isə onunla 1 noyabr 2021ci il tarixdən icarə müqaviləsi bağlamışdır. Müqavilənin bağlanması zamanı Cəlalın qohumu Turxan da iştirak edirdi. Müqavilənin qüvvəyə minməsi 08 avqust 2021-ci il tarixindən nəzərdə tutulmuşdur.Çünki onun Təqsirləndirilən şəxs ilə danışığı 08 avqustdan başlamış və həmin tarixdən Təqsirləndirilən şəxs torpaq sahəsi üzərində biznes fəaliyyətini həyata keçirmək üçün yüngül konstruksiyadan müəyyən tikinti işləri görməyə başlamışdır.Müqaviləyə əsasən Təqsirləndirilən şəxs müqavilə bağladığı gündən etibarən hər ay 368 manat icarə haqqı ödəməli idi.Bundan başqa, 01 noyabr 2021-ci il tarixli, 68 nömrəli icarə müqaviləsinin 5-ci hissəsinin 8-ci bəndinə əsasən icarəçi texniki təhlükəsizlik, yanğından mühafizə və sanitar normalara əməl etməyə, həmçinin həmin normalara “icarəçi”nin işçiləri və sahəyə daxil olan digər şəxslər tərəfindən riayət edilməsini təmin etməyə borcludur, bu normaların gözlənilmədiyi halda baş verə biləcək qəza yanğın nəticəsində dəyən maddi və mənəvi ziyana görə “icarəçi” məsuliyyət daşıyır və dəyən ziyan onun tərəfindən ödənilir.Müqavilənin yuxarıda qeyd edilən şərtini və digər şərtlərini Təqsirləndirilən şəxs izah etmişdir.Bundan sonra isə Cəlala torpaq sahəsi icarə verdiyini və həmin torpaq sahəsində göstərəcəyi fəaliyyətə görə Cəlalın məsuliyyət daşıdığını bildirmişdir.Bundan sonra isə Təqsirləndirilən şəxs işlərinə qarışmamışdır.18 noyabr 2021-ci il tarixdə təxminən saat 10.00 radələrində tikinti materialları bazarında Paşanın taxtaların altında qalaraq öldüyünü bildirmişdirlər.Bazarın işçiləri ona bildirmişdir ki, həmin gün avtokarı idarə edən Paşa adlı şəxs əvvəlcə “Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona qoşulmuş PP NEFAZ 933401 markalı, **- ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sağ tərəfindən qoruyucu metal konstruksiyanın üst hissəsini çıxarıb yuxarıda qabaq və arxadan tək-tək iki taxta kipini götürüb aparmış, daha sonra Paşa avtokarla yük maşınına sol tərəfdən yaxınlaşıb 2 taxta kipini birdən götürmək istəmiş, lakin avtokar hər iki taxta kipinin ağırlığını götürmək qabiliyyətində olmadığından və aşağıdakı taxta kipindəki taxtalar kapron lentlə kip bağlanmadığından və taxtalar yerindən oynadığından o, avtokarı arxaya sürmüşdür.Paşa əvvəlcə maşının sol hissəsindən onların ikisini avtokarın metaldan olan qollarını taxta kiplərini rahat götürməsi üçün çıxartdırmış, 3-cü qoruyucu metal konstruksiyanı isə Paşa özü çıxartmış, daha sonra Paşa avtokarı arxaya sürüb saxlamış və dirəyi çıxardıqdan sonra yük avtomobilinə məxsus qoşqunun üzərinə yığılmış kiplərin üzərində olan işçidən lentsıxanı istəmiş, taxta kipin üzərində olan Yusif adlı şəxs əlindəki lentsıxanı Paşaya vermək istəyən zaman, yuxarı hissədə yerləşən taxta kipi yerə Paşanın üzərinə aşmış və zərbə nəticəsində üzərindəki kapron lent qırılmışdır. X23 hadisə yerində ölmüşdür.O konkret olaraq hadisənin şahidi olmasa da ətrafdakı şəxslərdən hadisə barədə məlumat almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, şəxsi mülkiyyətində olan “Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona qoşulmuş “PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə müxtəlif yerlərə tikinti materiallarının daşınması ilə məşğul olur.O, hadisə baş verən taxta sexinə 2-ci dəfə idi ki, X13 qəsəbəsində yerləşən yük boşaldılma meydançasından taxta kiplərini, orada olan bağlı vaqonlardan 4-5 nəfər şəxsin köməyi ilə onun yük maşınına yükləmişlər.Bir taxta kipinin ölçüsü 120x90 sm olmaqla, avtomobilinə 8 ədəd taxta kipi, 4 kip arxada 4 kip qabaq hissədə olmaqla yüklənmişdir.Vaqonlardan yük maşınına taxta materiallarını yükləyən zaman onlar hər taxta kipini yığdıqdan sonra onları kapron lentlə bağlayır, taxta kiplərinin arasına isə yükləri sonradan boşaltmaq rahat olsun deyə əlavə taxta konstruksiya qoyurlar.Həmin konstruksiya kiplər arasında məsafə yaradırdı ki, avtokar yükü boşalda bilsin.Maşın hərəkət etməyə başlayanda taxta kipləri arasında boşluq yarandığından yenidən həmin kapron lentləri sıxmaq zərurəti yaranır.O, tikinti materialları bazarında fəaliyyət göstərən sexi idarə edən Cəlal adlı şəxsin vasitəsilə həmin sexə taxta kipi daşımışdır.Hər daşıma üçün Cəlal ona 200 manat məbləğində pul vəsaiti verməli olmuşdur.Bundan başqa, o, 17 noyabr 2021-ci il tarixdə “Kamaz” markalı avtomobilini və ona qoşulmuş yarımqoşqunu taxta materialları ilə yüklənmiş şəkildə Biləcəri qəsəbəsi ərazisində yerləşən tikinti materialları bazarında Turxan adlı şəxsə təhvil vermişdir.Həmin vaxt Turxan ona Cəlalın rayonda olduğunu və bu səbəbdən dolayı gətirilmiş yükü Turxan qəbul etmişdir.Lakin taxtaların gətirilməsindən Cəlal məlumatlı olmuşdur.Turxan Cəlalın qohumu olduğundan bəzi hallarda onu da anbarda görmüş və tanımışdır.O,Turxanı sonralar Cəlalın şəriki kimi tanımışdır.O, yük avtomobilini təhvil verən zaman avtomobilin hər iki tərəfində olan qoruyucu metal konstruksiyalar (bort) bağlı vəziyyətdə olmuşdur.18 noyabr 2021-ci il tarixdə o, 09:00-da tikinti materialları bazarında olmuşdur.Sexdə işləyən işçilər və avtokarı işlədən şəxs gəldikdən sonra o, maşını sexin qarşısında saxlamışdır.Bundan sonra yüklərin boşaldılmasını təmin etmək üçün avtomobilin bortlarını açmış, avtokarı idarə edən Paşa adlı şəxs əvvəlcə maşının sağ tərəfindən qoruyucu metal konstruksiyanın üst hissəsini çıxarıb yuxarıda qabaq və arxadan tək-tək iki taxta kipini götürüb aparmışdır. Daha sonra ona avtomobili arxaya sürməyini xahiş etmişdir.O, avtomobili arxaya verib mühərriki söndürmüşdür.Sonra Paşa avtokarla yük maşınına sol tərəfdən yaxınlaşıb 2 taxta kipini birdən götürmək istəmiş, lakin avtokar hər iki taxta kipinin ağırlığını götürmək qabiliyyətində olmadığından və aşağıdakı taxta kipindəki taxtalar kapron lentlə sıx bağlanmadığından və taxtalar yerindən oynadığından o, avtokarı arxaya sürmüşdür.Həmçinin, maşının sol və sağ hissəsində 3 ədəd qoruyucu metal konstruksiya vardır. Paşa əvvəlcə maşının sol hissəsindən onların ikisini avtokarın metaldan olan qollarını taxta kiplərini rahat götürməsi üçün çıxartdırmışdır.3-cü qoruyucu metal konstruksiyanı isə Paşa özü çıxartmışdır.Belə ki, kapron lentlə yaxşı bağlanmayan taxta kipinin üzərindəki lentin sıxılması üçün nəzərdə tutulan hissəsi 3-cü dirəyin arxasında qaldığından onu lentsıxan aparatla sıxmaq mümkün olmamışdır.İlk iki qoruyucu dirəyi isə kimin çıxardığını bilməmişdir. Daha sonra Paşa avtokarı arxaya sürüb saxlamış və dirəyi çıxardıqdan sonra yük avtomobilinə məxsus qoşqunun üzərinə yığılmış kiplərin üzərində olan işçidən lentsıxanı istəmişdir.Taxta kipin üzərində olan Yusif adlı şəxs əlindəki lentsıxanı Paşaya vermək istəyən zaman, yuxarı hissədə yerləşən taxta kipi yerə Paşanın üzərinə aşmış və zərbə nəticəsində üzərindəki kapron lent qırılmışdır.O, konkret olaraq hadisənin şahidi olmasa da ətrafdakı şəxslərdən və Yusifdən hadisə barədə məlumat almışdır.O, əvvəlcə taxtaların altında kiminsə qaldığını bilməmişdir.Sonradan səs-küy çoxalmış, hamı köməkləşib Paşanın üzərində olan taxtaları kənara atmışdır.Sonra Paşanı taxtaların altından çıxarıb kənara qoymuşlar.Həmin vaxt orda olan adamlardan hansısa təcili tibbi yardım çağırmış, onlar təcili tibbi yardım gəldikdən sonra Paşanın öldüyünü öyrənmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dəvət edilərək ifadə verən X10 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs dayısıdır.Ona məlumdur ki, bacısıoğlu Cəlal orada yalnız şofer kimi işləmişdir.Onu işə Turxan çağırmışdır.Hadisə birbaşa mərhum X1 baş vermişdir.Həmin iş yeri isə oğlu Turxana məxsusdur. Məhkəmə iclasında əlavə şahid qismində dəvət edilərək ifadə verən X12 bildirmişdir ki, o, mərhumu tanıyırdı.X16 həm qohumu, həm də həmkəndçisi idi.O, əvvəllər həkim işləmiş, daha sonra isə təqaüdə çıxmışdır.Artıq 7-8 ildir ki, o, təqaüddədir. O, bazarda “Fabio” şirkətini idarə edir.Buna görə də, bazarda hamı o tanıyır. Mərhumu həmin bazara işə düzəltməmiş və Paşa Budaev onun işçisi olmamışdır.Sadəcə X28 bazarın girişində dayanırmış və kimin günəmuzdlu fəhləyə ehtiyacı olurdusa, onu iş görmək üçün çağırırmış. İş materiallarında olan məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 28 yanvar 2022-ci il tarixli, 10/6229 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Yükləmə-boşaltma işləri, Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur.Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən taxta anbarı və cilalanma sexinə işçilər işə qəbul olunan zaman onlara əməyin mühafizəsi üzrə təlimatlandırılma və təlimlar keçirilməklə xüsusi jurnallarda qeydiyyatı aparılmadığına görə, «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələbləri sexin rəhbəri fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur.Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin şəxs X11 özü tərəfindən təhlükəsizlik texnikasının və əməyin mühafizəsi qaydaları tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan əlavə məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 01 mart 2022-ci il tarixli, 10/1266 saylı rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar «Yükləmə-boşaltma işləri.Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur.Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən taxta anbarı və cilalanma sexinə işçilər işə qəbul olunan zaman onlara əməyin mühafizəsi üzrə təlimatlandırma və təlimlər keçirilməklə xüsusi jurnallarda qeydiyyatı aparılmadığına, taxta bağlamalarının avtomaşından boşaldılması işlərinə başlamazdan əvvəl işlərə rəhbərlik edən şəxs təyin olunmadığına, həmin işlər ilə əlaqədar təhlükəsizlik tədbirləri görülmədiyinə, təlim keçməmiş işçilər qeyd olunan işlərə cəlb edildiyinə görə, «Yükləmə-boşaltma işləri.Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələbləri sexin rəhbəri fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur.Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin şəxs X11 özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydaları tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 209 saylı rəyindən görünür ki, mərhum P.Q.Budaevin meyitində aşkar olunmuş xəsarətlər sağ və sol ağciyər paylarının və qaraciyərin zədələnməsi, sağ V-X qabırğaların orta körpücük xətti boyunca, sağ Vİİ-İX qabırğaların orta qoltuqaltı xətt boyunca yerdəyişən sınıqları, sol Vİ-X qabırğaların orta körpücük xətti boyunca yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı, döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin ön səthinin, sol bazu və sol said nahiyələrinin qançırları həyati olub, ölümündən az əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum P.Q.Budaevin ölümünə səbəb daxili orqanların zədələnməsi nəticəsində kəskin qanitirmə olmuşdur.Mərhum P.Q.Budaevin meyitində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə iki bərk küt əşyanın (əşyaların) arasında qalaraq sıxılması nəticəsində əmələ gələ bilərdilər.Mərhum P.Q.Budaevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 19 fevral 2022-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, X7 25 noyabr 2021-ci il tarixdən, Şahid1 25 noyabr 2021-ci il tarixdən, Şahid3 25 noyabr 2021-ci il tarixdən, Şahid4 25 noyabr 2021-ci il tarixdən, 25 noyabr 2021-ci il tarixdən Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlanmışdır. Şahid2 və Təqsirləndirilən şəxs qüvvədə olan əmək müqaviləsi müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04 fevral 2022-ci il tarixli, **********856500 saylı məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 04 mart 2022-ci il tarixli, xx/xx-4028 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 22 yanvar 2022-ci il tarixli, 766 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 22 yanvar 2022-ci il tarixli, 766 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicə olmamışdır. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X11 yaxın qohumu olan hüquqi varisi X18 ilə barışıq əldə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi nəzərə alınmaqla ona müyyən müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini, o cümlədən ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 162.2-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən təqsirləndirilən şəxsin həmin ifadəsi özünü müdafiə xarakterli ifadə kimi və onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, təqsirləndirilən şəxsin CM-nin 162.2-ci maddəsi ilə təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi və çoxsaylı şahid ifadələri, ekspert rəyləri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir . Bundan başqa, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və əməlində cəzasını ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların məcmusunu, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində onun davranışı üzərinə nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməlidir. Eyni zamanda, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 204 (iki yüz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 2 (iki) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 204 (iki yüz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar