Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-349/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, orta təhsilli, Gəncə Hərbi Məhkəməsinin 22 yanvar 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində etibarnamə əsasında idarə etdiyi qohumu Şahid məxsus olan texniki cəhətdən saz vəziyyətdə olan “X14” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi-Xırdalan yolu ilə üzü Bakı şəhəri, Binəqədi qəsəbəsi istiqamətinə doğru 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini 60 kilometrdən çox olan sürətlə idarə edərək yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolu, İ Mədən ünvanında ötmə əməliyyatı edən zaman yolun hərəkət hissəsinin sol kənarı ilə üzü Bakı şəhəri Binəqədi qəsəbəsinə doğru hərəkətdə olan piyada X3 avtomobilin qabaq orta hissəsi ilə vurub sonuncuya baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşaiyət olunan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, təpə-ənsə nahiyəsinin, sağ aşıq-baldır oynağı nahiyəsinin əzilmişcırılmış yaraları, sağ dirsək oynağı nahiyəsinin qançırlı-sıyrığı, sağ bud və sağ baldır nahiyələrinin qançırları ilə nəticələnən ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarətlər yetirilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 23 dekabr 2022-ci il tarixdə hadisə yerində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır.O, əvvəllər hər hansı bir cinayət törətməyə görə məhkum olunmamışdır.Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi və 2 illik maşın idarə etmək təcrübəsi olmuşdur.O, əmisi oğlu Şahid məxsus olmuş “Ford” markalı, “Tourneo Connect” modelli, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyaraq fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, çox vaxt yük daşımaq üçün “Meyvəli” bazarına gedərək orada dayanmışdır.23 dekabr 2022-ci il tarixdə saat 15:34 radələrində o, əmisi oğlu Şahid ilə birlikdə “Meyvəli” bazarından yaşadığı evə getmək üçün idarə etdiyi “Ford” markalı, “Tourneo Connect” modelli, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolu ilə üzü Bakı şəhəri, Binəqədi qəsəbəsi istiqamətinə doğru saatda 60-70 km/saat sürətilə hərəkətdə imiş.Ondan qarşıda hərəkət edən avtomobilləri keçməkdən ötrü, ötmə əməliyyatı etmək üçün qarşı hərəkət zolağına çıxan zaman ondan qarşıda hərəkət edən dövlət qeydiyyat nişanını xatırlamadığı yük maşını da ötmə əməliyyatı etmək üçün qarşı hərəkət zolağına çıxmışdır.Bu zaman ondan qarşıda hərəkət edən avtomobil qəfildən sağa doğru manevr etmiş və qarşı hərəkət zolağında yolun hərəkət hissəsinin sol tərəfində olan piyadanı idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə vurmuşdur.Bundan sonra, o, avtomobili yolunun soluna çəkərək saxlamış və avtomobildən düşmüşdür,ətrafda olan şəxslər dərhal 103 X15 zəng etmişdirlər.Bundan sonra təcili tibbi yardımın gec gəldiyini görmüş, öz idarə etdiyi avtomobilə qoyaraq Bakı şəhər Binəqədi qəsəbəsində yerləşən 16 saylı poliklinikaya aparmış və orada həkimlər ona bildirmişdirlər ki, piyada adını sonradan bildiyi X6 vəfat etmişdir.Bundan sonra o, orada qalaraq polis əməkdaşlarının gəlməyini gözləmiş və “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir.Ona məxsus olan “X14” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə bağlı onun əmisioğlu Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.Yol-nəqliyyat hadisəsi zamanı avtomaşında əmisi oğlu Şahid olmuşdur. O, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasın, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən X9 bildirmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsa da ünvan 5 ünvanında ailəsilə birlikdə yaşayır.O, X2 qızıdır.X11 hadisə baş verən yerin yaxınlığında yəni, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolu, Vulkan məhəlləsi, ünvansız fərdi həyət evində yaşamışdır.Onun atası X12 2022-ci ilin iyun ayının 1-də xəstəlikdən rəhmətə getmişdir.Hadisə barədə onu deyə bilər ki, 23 dekabr 2022-ci il tarixdə X11 yaşadığı evdən ərzaq malları almaq üçün mağazaya getmişdir.23 dekabr 2022-ci il tarixdə ona polisdən zəng gəlmişdir və baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat verilmişdir və ona Binəqədi rayon MTE və PA birliyinə gəlmək xahiş edilmiş və o həmin yerə getdikdə anasının morqda olduğunu görüb onu tanımışdır.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında ifadə verən Şahid bildirmişdir ki, o, ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır.O, əvvəllər hər hansı bir cinayət törətməyə görə məhkum olunmamışdır.Ona məxsus olan “Ford” markalı, “Tourneo Connect” modelli, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə o və əmisi oğlu Təqsirləndirilən şəxs yük daşıyaraq fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur.O, Hikmətlə birlikdə çox vaxt yük daşımaq üçün “Meyvəli” bazarına gedərək orada dayanmışdır. 23 dekabr 2022-ci il tarixdə, saat 15:34 radələrində o, əmisi oğlu Təqsirləndirilən şəxs ilə birlikdə «Meyvəli» bazarından yaşadıqları evə gedirmişlər.Həmin vaxt avtomobili Hikmət idarə etmişdir.Hikmət idarə etdiyi “Ford” markalı, “Tourneo Connect” modelli, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolu ilə üzü Binəqədi qəsəbəsi istiqamətinə doğru saatda 60-70 km/saat sürətilə hərəkətdə imiş.Hikmət qarşıda hərəkət edən avtomobilləri keçməkdən ötrü ötmə əməliyyatı etmək üçün qarşı hərəkət zolağına çıxan zaman qarşıda hərəkət edən dövlət qeydiyyat nişanını xatırlamadığı yük maşını da ötmə əməliyyatı etmək üçün qarşı hərəkət zolağına çıxmışdır.Bu zaman qarşıda hərəkət edən avtomobil qəfildən sağa doğru manevr etmiş və qarşı hərəkət zolağında yolun hərəkət hissəsinin sol tərəfində olan piyadanı Hikmət idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə vurmuşdur.Bundan sonra, Hikmət avtomobili yolun soluna çəkərək saxlamış, o və Hikmət avtomobildən düşmüşdürlər, ətrafda olan şəxslər dərhal “103” X15 zəng etmişdirlər.Bundan sonra təcili tibbi yardımın gec gəldiyini görüb Hikmət və o, avtomobilə qoyaraq Binəqədi qəsəbəsində yerləşən 16 saylı poliklinkaya aparmışdırlar, orada həkimlər onlara bildirmişdirlər ki, piyada adını sonradan bildiyi X6 vəfat etmişdir.Bundan sonra Hikmət və o, orada qalaraq polis əməkdaşlarının gəlməyini gözləmişdirlər və Hikmət “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomaşında əmisi oğlu Təqsirləndirilən şəxs olmuşdur. O, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. İş materiallarında olan «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 23 dekabr 2022-ci il tarixli, 2/41993 nömrəli aktı ilə müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi «X14» markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olaraq yolu keçmək istəyən piyadanı vurub yol-nəqliyyat hadisəsi törədərkən ayıq olmuşdur və onda sərxoşluq əlaməti olmamışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB232179 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır.Həmçinin, ona «X14» markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixli etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 238 saylı rəyindən görünür ki, Yət.X2 meyitində baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızına ilə müşaiyət olunan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, təpə-ənsə nahiyəsinin, sağ aşıq-baldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ dirsək oynağı nahiyəsinin qançırlı-sıyrığı, sağ bud və sağ baldır nahiyələrinin qançırları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyatı olub, onun ölümündən az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.Vət.X2 ölümünə səbəb ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma olmuşdur.Beləliklə, vət. X8mın yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır.İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, X2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2022-ci il tarixdə saat 18:30-da başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.Vət. X2 meyitində aşkar olmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər.Vət. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/444 №li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford” markalı, “Tourneo Connect” modelli, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs “Ford” markalı, “Tourneo Connect” modelli avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə ünvanladığı ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrini dinləyib, ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması əməlini törətməsi tam sübuta yetirilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasın, himayəsində 1 (bir) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, hesab edir ki, cinayətin xarakterini, ağırlıq dərəcəsini, hadisə nəticəsində zərərçəkmiş şəxsin ölməsini, habelə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışığın əldə edilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlanılmalıdır. Eyni zamanda, iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Bundan başqa, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs yol vərəqəsi əsasında idarə etdiyi «X14» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 45 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi «X14» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 45 saat hüquqi xidmətin dəyəri 270 (iki yüz yetmiş) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB380600,**********1115, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-349/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-349/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver