Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-349/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran rayonu, Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Lənkəran rayonu, Separati kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal-1” yaşayış kompleksi, ev 2, mənzil 43 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silah əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd T-05092 Nfi-li, ilkin variantda SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-18E modelli, çaxmaqsız, hamar tək tüləli, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş və ümumi uzunluğu 344 mm olmaqla, hal-hazırda lüləsinin uzunluğu 124 mm olan, öz ilkin təyinatını itirmiş, odlu yivsiz, atəş üçün yararlı və texniki cəhətdən saz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib gəzdirərək saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə saat 20:50-də qeyd olunan ünvanda etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin gün saat 22:15-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən şübhəli əşya və ya predmet aşkar edilməsə də, həmin tarixdə saat 22:57-dən etibarən onun idarə etdiyi “Mercedes” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə özünün icazəsi və iştirakı ilə BMCMl-nin inzibati binasının həyətində baxış keçirilən zaman avtomobilin yük hissəsindən sonuncunun qanunsuz olaraq əldə edib gəzdirərək saxlamaqla daşıdığı 01 ədəd T-05092 №-li, ilkin variantda SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-18E modelli çaxmaqsız, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilməklə öz ilkin təyinatını itirmiş, odlu yivsiz, atəş üçün yararlı və texniki cəhətdən saz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, hərbi xidmətdə olmamışdır. Silahın necə istifadə olunması barədə məlumatlı deyil. Polis əməkdaşları tərəfindən saxlanılmadan 3-4 gün əvvəl oğlunu ona məxsus avtomobillə futbol məşqinə aparmışdır. Avtomobilin təkəri partladığından düşmək məcburiyyətində qalmış və avtomobildən enərək təkəri nəzərdən keçirmişdir. Bu vaxt yolun kənarında yerdə sellofan büküm nəzərini cəlb etmişdir. Sellofanı götürmüş, içində nə olduğuna baxmayaraq avtomobilə qoymuşdur. Oğlunu məşqə apardıqdan sonra evə qayıtmış və sellofanın içinə baxdıqda içində silah olduğunu görmüşdür. Silahı polisə versə, şübhəli şəxs olacağını və tutulacağını fikirləşərək silahı polisə təslim etməmiş və özündə saxlamışdır. 03 fevral 2025-ci il tarixdə, saat 20:50 radələrındə ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Mercedes” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışları Şahid2 və Şahid3 ilə birlikdə olduğu zaman 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Ondan anket məlumatlarını soruşduqda, özünü təqdim etmiş, daha sonra isə polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi və saxlanması barədə bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, onlar da buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə İdarəyə gəlmişlər. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulduğu, ona hüquq və vəzifələri izah olunduqdan sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Keçirilən şəxsi axtarış zamanı üstündən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmasa da, şifahi sorğu zamanı hazırda idarə etdiyi “Mercedes” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobildə odlu silah saxladığını demişdir və avtomobilinə baxış keçirilməsinə etirazı olmamışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır, idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Daha sonra idarə etdiyi “Mercedes” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək, qanunsuz əşya və ya digər predmet varsa təqdim etməsi təklif edildi. Bu təklifdən sonra idarə etdiyi avtomobilin yük hissəsində “Obrez” silah saxladığını bildirmişdir. Daha sonra avtomobilin yük hissəsinin qapısını açaraq həmin silahın sol tərəfdə qara sellofon torbanın içərisində olduğunu bildirmişdir, həmin qara rəngli sellofon torbaya polis əməkdaşı tərəfindən baxış keçirilmiş və baxış zamanı sellofanın içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş tüfəng olması müşahidə edilmişdir. Bundan sonra idarə etdiyi “Mercedes” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş tüfəng polis əməkdaşı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, baxış davam etdirilərkən avtomobildə olan özünə məxsus 01 ədəd sürücülük vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Həmin sənəd iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Baxış davam etdirilərkən avtomobildən əlavə hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, avtomobildən aşkar edilmiş obrez silahını 31 yanvar 2025-ci il tarixdə Sumqayıt yolunun qırağında tapdığını, həmin silahdan istifadə etmədiyini, silahın onda olması barədə heç kəsin məlumatının olmadığını və törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edərək etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Əlavə olaraq, həmin predmetlərin yanında heç bir güllə və ya giliz yaxud patron olmamışdır. Həmin silahdan istifadə etməmiş, sadəcə olaraq nə edəcəyini bilmədiyi üçün avtomobilində saxlamışdır, üzərində heç bir xəsarət yoxdur, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamış, ona heç bir müqavimət göstərilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 fevral 2025-ci il tarixdə, saat 20:50 radələrində tanışları Təqsirləndirilən şəxs və Şahid3 ilə birlikdə ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib avtomobilində saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər, sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış edərək, daha sonra onları Baş idarəyə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşlarının müşayiəti ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı **-TP-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Baş İdarəyə gəlmişlər. Təqsirləndirilən şəxs vəkil ilə təmin edildi, ona hüquq və vəzifələrinin izah edildiyini, daha sonra şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə onlara məlumat verildikdə Təqsirləndirilən şəxs, Şahid3 və o, buna etiraz etməmişlər. Sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış, onun və Şahid3 üstünə isə baxış aparılmış, ilk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən, digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoydu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üstündə odlu silah, döyüş sursatları olmadığını, lakin idarə etdiyi **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobildə 01 ədəd “obrez” silah saxladığını, bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, üzərində qanunsuz əşya olmadığını bildirib üzərində olan “İphone” markalı mobil telefonu, 01 ədəd bank kartını, 01 ədəd qaz kartını, 01 ədəd ona məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, sonra təqdim etdiyi həmin mobil telefon və əşyalar ona geri qaytarılmışdır. Daha sonra Şahid3 üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edildi, Şahid3 üzərində qanunsuz əşya olmadığını bildirib üzərində olan “İphone” markalı mobil telefonu və 01 ədəd portmanatı təqdim etdi və sonra təqdim etdiyi həmin mobil telefon və portmanat Şahid3 geri qaytarıldı. Məhkəmə baxışı zamanı dindirilmiş digər şahid X9 izahat verərək bildirmişdir ki, 03 fevral 2025-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1992-ci ildə Lənkəran rayonu, Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal-1" yaşayış kompleksi, ev 2, mənzil 43 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı: eldə edərək saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMl-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 03 fevral 2025-ci il tarixli qərar çıxarılmışdır. BMCMİ-nin əməkdaşları — əməliyyat müvəkkili X6, əməliyyat müvəkkili Şahid1, kiçik inspektor X10 və ondan ibarət əməliyyat qrupunun yaradılmış, 03 fevral 2025-ci il tarixdə saat 20-21 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olması müəyyən edilərək həmin yerə getmişlər. Qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi və yanında iki tanışının olmasını müəyyən etmiş, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan da özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirmiş və barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Bundan sonra həmin şəxsləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, onlar da buna etiraz etməyib Baş İdarəyə gəlmiş, Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələrinin izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır, üzərinə keçirilən şəxsi axtarış zamanı üstündən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmasa da şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Mercedes" markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilində odlu silah saxladığını demişdir. Avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək proses iştirakçıları tərəfindən imzalanmış, əlavə olaraq isə idarə etdiyi avtomobilinə tərəflərindən baxış keçirilməsinə etirazının olmaması barədə də Təqsirləndirilən şəxs ərizə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs İdarə etdiyi “Mercedes" markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərindən baxış keçirilmiş, ona idarə etdiyi avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük hissəsində “obrez" silah saxladığını bildirdmiş bundan sonra Təqsirləndirilən şəxs avtomobilin yük hissəsinin qapısını açaraq həmin predmetin sol tərəfdə qara sellofon torbanın içərisində olduğunu bildirmişdir. Həmin qara rəngli sellofon torbaya tərəflərindən baxış keçirilmiş və baxış zamanı sellofanın içərisindən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar predmetin olması müşahidə edilmişdir. Bundan sonra onun idarə etdiyi “Mercedes" markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmet təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək tərəflərindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs avtomobildə olan özünə məxsus 01 ədəd sürücülük vəsiqəsini təqdim etmiş, həmin sənəd iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, baxış davam etdirilərkən avtomobildən əlavə hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədiyini və onlara heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasına çağrılmış şahidlər Şahid3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid1 və X3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünürki, CM-nin 228.1-ci maddəsinin tərkibi olduğundan faktla bağlı Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə, saat 20:50-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni 03 fevral 2025-ci il saat 20:50dən tutulmuş hesab edilmişdir. xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 fevral 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 20:50-də ünvan 3 ünvanının yaxınlığında tanışları Şahid3 və Şahid2 ilə birlikdə idarə etdiyi “Mersedes” markalı **-TP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş idarəyə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman o, üstündə olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd "İphone" markalı mobil telefonu, sağ yan cibindən isə avtomobil açarı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən əlavə əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomobil açarının idarə etdiyi “Mercedes" markalı **-TP-*** qeydiyyat nişanlı avtomobilə məxsus olmasını, həmin avtomobilin “baqaj" hissəsində “obrez" odlu silah olmasını bildirərək avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomobil açarı müvəqqəti olaraq onun özünə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Mersedes” markalı **-TP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilin yük hissəsinin qapısını açaraq yük hissəsinin sol tərəfində qara rəngli sellofon torbanın içərisində "obrez” olduğunu bildirmiş, daha sonra həmin qara rəngli sellofana baxış keçirilmiş və baxış zamanı sellofanın içərisindən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar predmet olması müşahidə edilmişdir. Baxış keçirmə və götürmə istintaq hərəkəti 03 fevral 2025-ci il tarixdə saat 22:57- də başlamış və həmin tarixdə saat 23:06-da başa çatmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/108 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd T-05092 №-li silah ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-18E modelli çaxmaqsız, hamar tək lüləli odlu yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsı və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 124 mm, ümumi uzunluğu 344 mm olan silah öz ilkin təyinatını itirmiş İj-18E modelli, çaxmaqsız, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək 01 ədəd T-05092 №-li, ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş və ümumi uzunluğu 344 mm olmaqla, hal-hazırda uzunluğu 124 mm olan, öz ilkin təyinatını itirmiş, odlu yivsiz, atəş üçün yararlı və texniki cəhətən saz ov tüfənginin kəsiyi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Maddi Sübutları saxlama yerinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək hal aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli “SMS məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən götürlümüş SMS məlumat tarixçəsindən iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir mesaj aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 26 fevral 2025-ci il tarixli, 56/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 03xx.xx.2025- ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş so!lsaidin çapığı müayinədən təxminən 1 — 1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fiki söyləmək mümkün deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 02 ədəd DVD disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş “İphone” markalı mobil telefonun sonuncunun yaxın qohumlarına qaytarılacağı nəzərə alınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin iş üzrə verdikləri ifadələri, məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/108 nömrəli ekspert rəyi, məhkəmə-tibbi ekspertizasının 26 fevral 2025-ci il tarixli, 56/MEŞ nömrəli ekspert rəyi, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 Qulam Güloğlan oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi peşmançılığını və himayəsində 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq yəni 03 fevral 2025-ci il tarixdə, saat 20:50-də məhdudlaşdırıldırılmış, 04 fevral 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-126/2025 nömrəli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 03 fevral 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Maddi Sübutları saxlama yerində saxlanılan 01 ədəd T- 05092 №-li, ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş və ümumi uzunluğu 344 mm olmaqla, hal-hazırda uzunluğu 124 mm olan, öz ilkin təyinatını itirmiş, odlu yivsiz, atəş üçün yararlı və texniki cəhətən saz ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 03 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Maddi Sübutları saxlama yerində saxlanılan 01 ədəd T-05092 №-li, ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş və ümumi uzunluğu 344 mm olmaqla, hal-hazırda uzunluğu 124 mm olan, öz ilkin təyinatını itirmiş, odlu yivsiz, atəş üçün yararlı və texniki cəhətən saz ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-349/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-349/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver