Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-35/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – X13 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Göyçay şəhərində andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 3 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah məqsədi ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan və xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin mart ayında Zaqatala rayonunun Göyəm kəndində tanış olduğu X13 etibarından sui-istifadə edərək özünü ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkillik fəaliyyəti ilə məşğul olan vəkil kimi təqdim edərək sonuncunu Şəki Apelyasiya Məhkəməsində hakim tanışlarının olmasına inandırıb onun etibarını qazandıqdan sonra həmin hakim tanışlarının vasitəsilə X43 Apellyasiya Məhkəməsində və sonra Azərbaycan Respublikası Ali Məhkəməsində baxılacaq mülki işində onun xeyrinə qərarlar çıxarılacağı, həmçinin həmin məhkəmələrdə onun hüquqlarını vəkil olaraq müdafiə etməsi adları ilə yalan vədlər verməklə aldadaraq 2018-ci ilin mart ayının əvvəlində X33 rayonunun Göyəm kəndində yaşadığı evində ondan 400 (dörd yüz) manat, sonuncu tərəfindən “xxxx” ASC-nin Zaqatala rayon filialından onun adına Bakı şəhərinə göndərilmiş xx xxxx 2018-ci il tarixdə 1200 (bir min iki yüz) manat, xx xxxxx 2018ci il tarixdə 400 (dörd yüz) manat, xx xxx 2018-ci il tarixdə 400 (dörd yüz) manat, 2018-ci ilin iyul ayında Zaqatala rayonunun Göyəm kəndində yaşadığı evin yanındakı küçədə 1000 (bir min) manat, bir neçə gün sonra isə 2018-ci ilin iyul ayının sonlarında həmin kənddə yaşadığı evdə 800 (səkkiz yüz) manat olmaqla Gülxar Zamanovanın cəmisi 4200 (dörd min iki yüz) manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək ona həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayında X26 ilə tanışlığından sui-istifadə edərək sonuncunun yetkinlik yaşına çatmayan oğlu X18 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasında vəzifəli tanışının olmasına inandırıb onun etibarını qazandıqdan sonra Gülxar Zamanovanın oğlunu həmin Akademiyaya tələbə kimi qəbul etdirəcəyi adı ilə yalan vədlər verməklə aldadaraq 2018-ci ilin avqust ayında Gülxar Zamanovanın 3500 (üç min beş yüz) manat pulunu Zaqatala şəhəri H.Əliyev prospektində yerləşən “SVİT” adlı kafedə alıb ələ keçirərək ona həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin fevral ayında Zaqatala rayonunun Göyəm kəndində tanış olduğu X27 özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasnın üzvü, fərdi vəkillik fəaliyyəti ilə məşğul olan vəkil kimi təqdim edərək sonuncunun qohumu Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X12 cəza çəkən oğlu Tacir Hacıkərimovun cəza çəkmə müəssəsindən azad olunması işinə köməklik etməsi üçün xahiş etməsindən sonra Şahid2 ona olan inamından suiistifadə edib onun qohumu Zərərçəkmiş şəxs2 əmlakını aldatma yolu ilə qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 X12 vəzifəli tanışlarının olmasına və bu tanışları vasitəsilə həmin müəssisədə cəza çəkən oğlu Tacir Hacıkərimovun veriləcək əf fərmanı ilə cəza çəkməkdən azad olunacağı adı ilə yalan vədlər verməklə aldadaraq onun istəyi ilə xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Balakən-Bakı avtobus reysi ilə göndərdiyi 5500 (beş min beş yüz) manat pulunu Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3-cü kilometr ərazisində yerləşən Beynəlxalq Avtovaqzalda ələ keçirərək Zərərçəkmiş şəxs2 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ünvan 1 mənzil 3 ünvanında pasport qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Nərimanov rayonu, dördüncü aşırım, ev 21 ünvanında həyat yoldaşı Habil Uvuzov və anası X9 ilə birlikdə yaşayır. O, ali təhsilli jurnalistdir, Bakı Avrasiya Universitetinin jurnalistika fakultəsini bitirmiş, əri Habil Zaqatala rayon Göyəm kəndi icra nümayəndəliyinin Çökəkoba kəndində qeydiyyatdadır. 2018-ci ilin mart ayında əri ilə birlikdə həmin kənddən torpaq sahəsi almaq istəmiş, həmin dövrdə Göyəm kənd icra nümayəndəsi Cuma müəllim ilə danışığı olan zaman təsadüfən onun vasitəsilə Gülxar ilə tanış olmuş, Gülxar ona iddia ərizəsi yazmağa köməklik etməyini xahiş etmiş, ona əvvəllər məhkəmələrdə on üç il nümayəndə kimi çıxış etdiyini, lakin hazırda bunun mümkün olmadığını demişdir. O isə israrla ona ərizə yazmaqda kömək etməsini xahiş etmiş, Gülxar ona ərindən boşanması ilə əlaqədar əmlak iddiasını Zaqatala rayon məhkəməsində uduzduğunu demiş, bununla əlaqədar olaraq Şəki Apelyasiya məhkəməsinə şikayət ərizəsi yazmış, onun özü ilə birlikdə həmin ərizəni poçt vasitəsilə Şəki apelyasiya məhkəməsinə göndərmişdir. Təxminən 2018-ci ilin iyun-iyul aylarında Gülxarın adından yazdığı həmin şikayət ərizəsi ilə əlaqədar məhkəmə prosesi olmuş, Gülxarın məhkəmə prosesi olan zaman qanuni vəkil tutulması tələb olunduğundan Gülxarın xahişi ilə o, İsmayıllı rayonundan olan vəkil dostu Şahid9 Gülxarın apelyasiya məhkəməsində olan işində onun hüquqlarının müdafiəsində təmannasız iştirak etməsini xahiş etmişdir. O, da heç bir məbləğ almadan həmin məhkəmə prosessində iştirak etmiş, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişmədən qüvvədə saxlamış, buna baxmayaraq Gülxar iddiasından geri çəkilməmiş, o, ona kömək etməyə davam etmiş, Azərbaycan Respublikası Ali məhkəməsinə Kassasiya qaydasında şikayət etmiş, hətta həmin ərizənin mətni ilə bağlı Nəvaid müəllimlə də danışmışdır. Həmin məhkəməyə də ərizəni Gülxar onun vasitəsilə göndərmiş, o, hətta Zaqatala rayon məhkəməsinə yaşayış hüququnun təmin olunması ilə bağlı iddia ərizəsini onun vasitəsilə yazmış, onun köməyi ilə Gülxar uşaqları tamamilə onun özünə qaytarmış, ona aliment ödənilməsini təmin etdirmişdir. Lakin onun Şəki Apellyasiya məhkəməsində olan əmlak iddiasını təmin etdirə bilməmiş, Gülxara qadın kimi həmrəylik göstərmişdir. O, Gülxara məkhəmə işləri üçün yazdığı ərizələrdə də təmənnasız yardım etmiş, onun üçün gördüyü hüquqi yardımların qarşılığı olaraq ondan hər hansı məbləğdə pul almamış, Gülxara kömək etdiyi dövrlərdə onun problemləri olmuş, hamilə olmuş, özünü həkimə müayinə etdirmək üçün xx xxxx 2018-ci il tarixdə bank vasitəsilə köçürmə yolu ilə Gülxar ona 1200 manat borca pul vermiş, həmin pulu həmin tarixdən iki-üç ay sonra 300, 400, 150, 200, 100, 50 manat olmaqla ayrı-ayrı vaxtlarda hər dəfəsində kəndə getdikcə Gülxarın şəxsən özünə geri qaytarmışdır. 2018-ci ilin oktyabr ayında uşağı dünyaya gəldikdən sonra o ağır xəstəlik keçirmiş, Bakı şəhərində yerləşən Ə.Qarayev adına xəstəxanada yerləşdirib müalicə etdirmiş, ona qızının müalicəsi üçün pul lazım olmuşdur. O, həmin dövrdə Gülxardan Zaqatala rayonun Çökəkoba kəndində avtomobilin içərisində borc olaraq 2000 manat almış, pulu aldıqdan sonra tez qaytara bilməmiş, bir müddət sonra Gülxar ondan şikayət etmiş, onun Binəqədi rayon polis idarəsində və daha sonra Zaqatala rayon polis şöbəsində izahatları alınmış, həmin dövrdə Gülxarın onun barəsində etmiş olduğu müraciət və izahatlarla tanış olmuş, bundan sonra xx xxxx 2019-cu il tarixdə rəsmi olaraq “xxxx” vasitəsilə Gülxara 2000 manat geri qaytarmış, Gülxardan daha pul almamışdır. Gülxar şikayətində onun vəkil haqları və ya onun məhkəmədəki işlərini həll etməsi, həmçinin yeniyetmə oğlunu X4 qəbul etdirmək adı ilə müxtəlif vaxtlarda cəmisi 8000 manata yaxın pul aldığını göstərsə də bu adlar altında hər hansı məbləğdə pul almamışdır. Gülxarın məhkəmə işlərində öz vəkili olmuş, onun vəkili olaraq heç bir işdə fəaliyyət göstərməmiş, vəkillik fəaliyyəti ilə məşğul olmamışdır. Gülxar ona və ya Nəvaid müəllimə vəkil haqqı verməmişdir. O, Gülxardan məhkəmədəki işlərini yoluna qoymaq adı ilə ondan hakimlərə və ya digər vəzifəli şəxslərə vermək üçün hər hansı məbləğdə pul almamış, X4 Gülxarın oğlunu tələbə kimi qəbul etdirmək üçün onun özü təşəbbüs göstərmişdir. O, bu məsələdə heç vaxt ona həmin akademiyada tanışlarının olmasını və ona köməklik edə biləcəyini deməmiş, ondan pul almamışdır. Gülxarın öz xahişi ilə bu işdən ötrü Bakı şəhərinə getmiş, Bakı şəhərində keçmişdə prokurorluq orqanlarında işləmiş, hazırda penisyada olan Fəxrəddin müəllim adlı tanışı ilə görüşüb ondan məsləhətlər almış, sonrada həmin akademiyanın olduğu ünvanı aydınlaşdırıb oraya Gülxarla birlikdə getmişdir. O, Gülxarı öz avtomobili ilə həmin akademiya olan yerə aparmış, o, özü gözləmiş, Gülxar isə binanın içərisinə girmişdir. Lakin orada qəbula uşaq götürmədiklərini bildirdikdən sonra onlar geri qayıtmışlar. Gülxar ondan şikayət etdikdə hüquq mühafizə orqanlarına onun adına olan səs yazılarını təqdim etmiş, o, onun səs yazılarının qanunsuz olaraq yazmış, həmçinin Azərbaycan Respublikası Konstitusiyasına əsasən Gülxarın onun səsini ondan xəbərsiz yazmağa səlahiyyəti yoxdur. Gülxar aralarında olan danışıqları səs yazısını yazmaqla qanunu pozmuşdur. Bu səbəbdən Zaqatala rayon prokurorluğuna və başqa orqanlara şikayət ərizələri yazmış, Gülxarın onun şəxsi toxunulmazlıq hüququnu pozduğuna görə qanun qarşısında cavab verməsini xahiş etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, barəsində şikayət ərizəsi verən Zaqatala Rayon sakini Zərərçəkmiş şəxs2 verdiyi 5500 manat olan məbləği tam şəkildə qaytarmışdır. Beləki, o 2019-cu ildə Həlimət adlı qadınla tanış olmuşdur. Onun baldızının qohumunu həbsdən azad etmək üçün ona məsləhət etmişdir. O, isə o işləri görmək iqtidarında olmadığı üçün vəkil dostuna müraciət etmişdir. Ondan bu barədə kömək istəmişdir. Vəkil dostu bu işi 5500 manat görəcəyini bildirmişdir. O, Azərə həmin məbləğin qədərini bildirmiş, vasitəçilik edib 5500 manatı alıb vəkilə verib bildirmişdir ki, bu iş onun qohumunun işidir bunun həllinə çalışsın. O əlindən gələn qədər kömək edəcəyinə söz vermişdir. Lakin 1 ay sonra Azər pulu geri tələb etmişdir. O, xx.xx.2019-cu il tarixdə 3000 manat "kapital" bank vasitəsi ilə Rəcəbova Həlimətin adına pulu köçürmüşdür. Sonra o Azərə zəng vurub bildirmişdir ki, pulun qalan hissəsinin bir neçə günə verəcək. Çünki vəkil ona elə demişdir. X44 təkidi ilə ondan Zaqatala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə ərizə ZRPŞ-nin rəisi tərəfindən möhürlənmişdir. xx.xx.2019-cu il tarixdə o geri qalan 2500 manat pulu tam şəkildə "kapital" bank vasitəsi ilə ödəmişdir. O bu pulu tam şəkildə ödəmişdir. İş nəyinki, istintaqa hətta təhqiqata daxil edilməmişdir. O, barəsində bəraət hökmünün çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, o, Zaqatala rayonunun Göyəm kəndində iki azyaşlı övladı ilə birlikdə yaşayır. Əvvəllər Göyəm kənd sakini X28 ilə ailə həyatı qurmuşdur. 2007-ci ilin aprel ayından 2015-ci ilin sentyabr ayına qədər onunla evli olmuşdur. Hazırda onun uşaqları ilə birlikdə yaşadığı ev bir vaxtlar evli olduqları dövürdə əri ilə birlikdə yaşadıqları mülkdür. Ərindən ayrıldıqdan sonra həmin evlə bağlı aralarında mülk mübahisəsi yaranmışdır. Əri onu yaşadığı evdən çıxartmaq istəmiş, o isə həmin evdə yaşamaq hüququ əldə etmək üçün haqqı olduğunu bildirib evdən çıxmamışdır. Həmin məsələ ilə bağlı Zaqatala rayon məhkəməsində onların işinə baxılmışdır. Təxminən 2018-ci ilin fevral ayının əvvəllərində həmin mülkü mübahisə əlaqədar Zaqatala rayon məhkəməsi tərəfindən onun əleyhinə qərar çıxarılmışdır. O, 2018-ci ilin mart ayının əvvəllərində işləri ilə bağlı yaşadığı Göyəm kənd icra nümayəndəliyində olan zaman kəndin icra nümayəndəsi Cuma müəllim ona məhkəmədəki işləri ilə bağlı vəkil tutmasını məsləhət etmiş, Cuma müəllimdən tanıdığı savadlı vəkil varsa onunla tanış etməsini xahiş etmiş, həmin vaxt Cuma müəllim ona ***- ***-**-** mobil nömrəsini verib qadın vəkilin nömrəsi olduğunu, onun adının Gülər olduğunu demişdir. Cuma müəllimdən həmin vəkili haradan tanıdığı soruşduqda sonuncu Gülərin Çökək kəndində ərdə olduğunu demişdir. Həmin dövrdə Gülərin mobil nömrəsinə zəng edib özünü təqdim etmiş, nömrəsini Cuma müəllimin verdiyini bildirib boşandığını əri ilə aralarında olan mülki mübahisə barədə ona danışmışdır. Telefon danışığı zamanı Gülər ona məhkəmədə köməklik etməyə razılıq vermiş, Gülər ondan Çökək kəndində gəlib orada onunla görüşməsini istəmişdir. Bir müddət sonra Gülərin dediyi yerə gedib ona zəng etmiş, Gülər idarə etdiyi qara rəngli ** LR *** nömrə nişanlı minik avtomobili ilə gəlmiş, o, maşında tək olmuş, Gülər ona tanışlıq verəndən sonra avtomobilə oturmuşdur. Avtomobildə Gülər onunla uzun uzadı danışmaq istəməmiş, qaynanasının evinə getməyi təklif etmişdir, o da buna etiraz etməmiş, onlar Gülərin qaynanasının evinə gedəndə orada sonuncunun əri Habil və qaynının arvadı Türanə olmuşdur. Gülərlə oturub söhbət edəndə Habil də iştirak etmiş, Gülər ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olduğunu, Bakı şəhərində fəaliyyət göstərən şəxsi vəkillik ofisinin olduğunu bildirmiş, hətta vəkil kimi məhkəmələrə çıxdığını, hakim olmaq üçün imtahan verdiyini bildirmişdir. Gülərin bu danışıqları ona inandırıcı gəlmiş, Habildə Gülərin vəkil olduğunu və vəkillər kollegiyasının üzvü olduğunu təsdiqləmişdir. X57 şəxsi sürücüsü kimi onun yanında fəaliyyət göstərdiyini, onun Bakıdakı ofisinin işçisi olduğunu demişdir. Danışıqları zamanı ev mübahisəsi ilə bağlı məhkəmənin onun əleyhinə qərar çıxarmasından söhbət açıb həmin qərarı onlara göstərmiş, Gülər qərarla tanış olduqdan sonra ona kömək edəcəyini demiş, lakin bu işə yenidən baxılması üçün Şəkidə yerləşən Apelyasiya məhkəməsinə şikayət vermək lazım olduğunu demişdir. Gülər bununla əlaqədar özü şikayət ərizəsi yazılmasını təşkil edəcəyini demiş, rayon məhkəməsinin qərarının apellyasiya məhkəməsində dəyişdirmək məqsədi ilə oradakı hakimlərə hörmət etmək, yəni onlara rüşvət vermək lazım olduğunu demişdir. Gülər onu Şəki Apellyasiya məhkəməsində hakim tanışları olduğuna inandırmış, lakin həmin tanışlarının vasitəsi ilə onun işini yola qoymaqdan ötrü mütləq onlara pul vermək lazım olduğunu bildirmişdir. Lakin Gülər həmin işi yoluna qoymaq üçün nə qədər pul vermək lazım olduğunu deməmiş, Gülər işin düzəlməsindən ötrü pul vermək üçün danışmaq lazım olduğunu, ancaq kiminlə danışacağı barədə bir şey bildirməmiş, pulun məbləği barədə sonra ona xəbər edəcəyini demişdir. O, hələlik onun vəkili kimi fəaliyyət göstərməsi üçün onun özünə də zəhmət haqqı olaraq hörmət etmək lazım olduğunu deyərək zəhmət haqqı kimi ona 400 manat verməyini istəmişdir. Gülərə özündə hazırda pul olmadığını, tək qadın olduğunu, anasının köməyi ilə uşaqlarına baxdığını, anası ilə danışdıqdan sonra anası pul versə 400 manat zəhmət haqqı verə biləcəyini demişdir. Gülər özü də onun anasını görüb onunla danışmaq istəmiş, həmin gün Gülərlə və onun əri Habillə yaşadıqları Göyəm kəndində yerləşən evə gəlmişlər. Onlar evdə anası Gülarə ilə söhbət etmiş, məsələdən xəbardar olan anası Gülarə Gülərin təklifi ilə razılaşmamış və onun istədiyi 400 manatı vermək istəməmişdir. Lakin Gülər ona sonra işlərinin düzəlməsinin gec olacağını demiş, O, Gülərə “sən işi gör sonra pulu verərərik” demiş, lakin Gülər razılaşmayaraq əl çəkməmiş, danışıqları ilə onları qorxutmuşdur. O, Gülər düz deyirsə sonra həqiqətəndə gec ola biləcəyini, əmlaka olan haqlarını itirə biləcəyini fikirləşmiş, belə olduqda çətin vəziyyətdə qalacağını fikirləşərək özü anasını inandırmış, Gülərə pul verməyə razı salmışdır. Gülarə evdə olan puldan Gülərə sayıb 400 manat vermiş, Gülər həmin pulu aldıqda tezliklə işə baxılması üçün Apellyasiya ərizə verəcəyini, daha sonra nə etmək lazım olduğunu onlara xəbər edəcəyini bildirmişdir. Gülər bir neçə gündən sonra ona zəng edərək Şəki Apellyasiya məhkəməsində hakimlə danışdığını, onun əri ilə aralarındakı mülki işin onun xeyrinə həll olunmasından ötrü 1200 manat pul vermək lazım olduğunu bildirmişdir. Gülər ona bu işi uzatmaq olmaz deyərək, yoxsa hakimin qarşı tərəflə danışaraq onların xeyrinə qərar çıxaracaq demişdir. O da məcbur olub pulu verməyə razı olmuş, bu barədə anası Gülarəyə demiş, anasıda həmin pulun bir hissəsini özündən, digər hissəsini isə bacısı Minayədən alıb 1200 manat düzəldərək ona vermiş, lakin pulu bank vasitəsi ilə Gülərə göndərməsini tapşırmışdır. Həmin vaxt Gülər Bakı şəhərində olmuş, ona pulu bankla göndərəcəyini dedikdə Gülər etiraz etməmişdir. O, xx xxxx 2018-ci il tarixdə “xxxx”ın Zaqatala rayon filialına gedib Təqsirləndirilən şəxs adına 1200 manat məbləğində pul köçürmüş, xidmət haqqı kimi banka 10 manat ödəmişdir. Gülərə zəng edərək pulu köçürməsi haqqında məlumat vermişdir. O, bir neçə saat sonra Gülərlə telefonla danışanda Gülər onun adına köçürdüyü 1200 manat pulu Bakıda götürdüyü bildirmiş, lakin pulu konkret olaraq hansı bankdan götürdüyünü deməmişdir. O, bir neçə gün sonra telefonla danışanda ona göndərdiyi pulu nə etdiyini soruşduqda Gülər pulu Apellyasiya məhkəməsinə çatdırdığını bildirmişdir. Şəki Apellyasiya məhkəməsində onun işinə baxılmamış Gülər ona yeni bir təklif etmiş, Gülər birgə nigahdan əldə olunmuş əri Məmmədin adına olan digər əmlaka, yəni bağ sahəsinə və idarə etdiyi maşınıda tələb etmək lazım olduğunu, bu barədə Zaqatala rayon məhkəməsinə ayrıca ərizə ilə müraciət etməyin vacib olduğunu demişdir. O, Gülərlə razılaşmış sonuncu Zaqatala rayon məhkəməsində iddia qaldırmaq üçün ondan əlavə 400 manat pul istəmiş, Gülərə pul vermək üçün anası Gülarədən ona 400 manat verməsini xahiş etmiş və Gülərin nə üçün həmin pulu istədiyini anasına danışmış, anası özü xx xxxxx 2018-ci il tarixdə xxxx vasitəsi ilə Təqsirləndirilən şəxs adına 400 manat pul göndərmişdir. Şəki Apellyasiya məhkəməsində onun işinə baxılmış, məhkəmədə işinə baxılan dövürdə zala vəkil olaraq onun hüquqlarını müdafiə etməkdən ötrü başqa şəxsin, yəni sonradan adının Şahid9 olduğunu bildiyi şəxsin gəldiyini görmüşdür. İşə məhkəmədg baxılanda Gülər də orada olmuş, ona vəkilinin o olduğunu dedikdə Gülər hamilə olduğu üçün məhkəmə işlərinə çıxa bilmədiyini, Nəvaid müəllimin onu tanışı olduğunu, həmin vəkilin əslən İsmayıllı rayonundan olduğunu, X36 məhkəməsində onun üçün nə lazımdırsa edəcəyini bildirmişdir. xx xxxx 2018-ci il tarixdə onun və vəkil olaraq dəvət edilmiş Şahid9 iştirakı ilə Şəki Apellyasiya məhkəməsində işə baxılmış, onun əleyhinə qərar çıxarılmış, daşınmaz əmlakla bağlı tələbi təmin edilməmiş və Zaqatala rayon məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. O, bundan narahat olaraq Gülərdən onun xeyrinə qərar çıxarılması üçün hakimə vermək adı ilə 1200 manat pul aldığını, bu qərarın nə demək olduğunu soruşanda Gülər həmin pulun az olduğunu, lakin Apellyasiya məhkəməsinin qərarının Ali məhkəmədə dəyişdirilməsi üçün tanışlarının olduğunu, lakin 1200 manatın az olduğunu bildirmişdir. Gülər ona “həmin pulun üstünə əlavə pul düzəltməlisən ki Ali məhkəmədən mən bu işi sənin xeyrinə həll edə bilim” demişdir. O, nə qədər lazım olduğu soruşanda isə Gülər ona hakimlə danışıb ona xəbər edəcəyini bildirmiş, ona inanmalı olmuş, çarəsiz olduğundan Gülərin ona kömək etmək istədiyini düşünmüşdür. Gülərin dediklərindən başqa çıxış yolu olmadığına görə onunla razılaşmış, bir neçə gündən sonra Gülər onunla Zaqatala rayon mərkəzi poçtunun qarşısında görüşmüş, Gülərlə görüşəndə o tək olmuşdur. Gülər Ali Məhkəmədən tanış bir hakimlə danışdığını ona yaşayış hüququ verilməsində və əvvəlki məhkəmə qərarlarının ləğv edilməsində köməklik edəcəyini, lakin bu işin həlli müqabilində ona cəmisi 3000 manat pul verilməli olduğunu bildirmişdir. O, Gülərdən əvvəlcədən verdiyi 1200 manatın da həmin pulun içində getdiyini soruşanda Gülər “1200 manatın da içində getdiyini əlavə 1800 manat düzəldib verməlisən, yoxsa sənin işini yoluna qoymaq mümkün olmayacaq” demişdir. Gülər pul istəyən hakimin kim olduğunu ona deməmiş, pulu nə qədər tez çatdırsa işinə tez baxılacağını demişdir. O,bir gün sonra 2018-ci ilin iyul ayının əvvəllərində o yenə anasından xahiş edib 1000 manat pul götürüb Gülərə zəng etmiş, Gülər özü idarə etdiyi avtomobillə onların yaşadığı küçəyə gəlmiş, həmin vaxt onun maşınında oturub istədiyi pulun yalnız 1000 manatını düzəldə bildiyini demiş, pulu götürməsini qalanını iş təmiz həllini tapanda ödəməyi təklif etmiş, Gülər maşında 1000 manatı sayıb ondan götürmüşdür. Lakin pulun azlığı ilə bağlı narazılıq edərək Apellyasiya məhkəməsində də pul az verildiyinə görə işə düzgün baxılmadığını yadına salmış, “bu sənin son şansındır, pulu tam verməsən keçən dəfəki kimi hakim acığa düşüb sənin xeyrinə qərar verməyəcəkdir” demişdir. O, bir həftə ərzində həmin 800 manatı da tapıb verəcəyinə söz vermişdir. O, yenə pul barədə anası Gülarəyə ağız açmış, onu Gülərə 800 manat pul verməyin lazım olduğuna inandırmış, anası 1 həftə sonra 800 manat tapıb ona vermiş, lakin tərəddüd etdiyinə görə anasına “pul səndə qalsın, onu evə çağırım pulu özün ona ver” demişdir. Gülərə zəng etdikdən sonra onlara gəlmiş, Gülər evdə onun anası ilə söhbət etmiş, anası da Gülərə inanıb onun yanında 800 manatı sayıb Gülərə vermişdir. Həmin dövürdə Gülər, Ali məhkəmədə işə baxılmasından ötrü yenə 400 manat vəkil haqqı ödənilməsi lazım gələcəyini də bildirmiş, bundan əvvəl xx xxx 2018-ci il tarixdə də Gülərə pul lazım olduğuna görə onun anasından 400 manat istəmiş, pulu anası bank vasitəsilə Gülərin adına göndərmişdir. Gülərin anasından aldığı həmin 400 manatın onun əvvəldən ondan götürdüyü pullara, o cümlədən 400 manatlıq vəkil haqlarına heç bir aidiyyəti olmamış, lakin 2018-ci ilin iyul ayına kimi Gülər onun anasından aldığı həmin 400 manat pulu qaytarmamışdır. Gülər hər dəfəsində onun anasına həmin pulun borc olduğunu qaytaracağını bildirmişdir. Lakin 2018-ci ilin iyul ayında Gülər Ali məhkəməyə işin verilməsindən ötrü əlavə 400 manat vəkillik haqqı istədikdə onda anası telefonda Gülərə borclu olduğu 400 manatı öz cibindən qoymasını, onunla pul haqq hesabı barədə razılaşmasını demişdir. Gülər də buna etiraz etməmiş, sonradan Gülər özü də ona anasına verəcəyi 400 manatı onun vəkil haqqı kimi ödəməli olduğu pulla əvəzləşdirdiyini demişdir. Bununla da 2018-ci ilin iyul ayının axırlarına kimi məhkəmədəki işlərə vəkil olaraq baxılması adı ilə vəkil haqqı adı altında Gülər ondan və anasında 3 dəfə olmaqla cəmisi 1200 manat, həmçinin məhkəmədəki işin onun xeyrinə həlli müqabilində iki dəfə olmaqla cəmisi 3000 manat pulunu aldadaraq almışdır. Onun məhkəmədəki işi ilə bağlı Gülər onlara gəlib-gedəndə oğlu X18 görüb oğlunun neçə yaşı olması ilə maraqlanmış, Gülərə oğlunun təzəcə 4-cü sinifi bitirdiyini demiş, Gülərin ağlına yeni fikir gəlmiş, ona onun oğlu yaşında olan oğlan uşaqlarını Dövlət Sərhəd Xidmətinin akademiyasına qəbul etdiklərini demiş, həmin məktəbdə uşaqları yataqla, yeməklə təmin etdiklərini, böyüyəndə isə həmin uşaqların zabit olduğunu bildirmişdir. Ona az yaşlı oğlan uşaqlarının hərbi məktəbə qoyulması inandırıcı olmamış, Gülər onu inandırmaq üçün internetdə həmin məktəbdən verilmiş video xəbəri göstərmişdir. Gülər onun həmin akademiyada oğlan uşaqlarının qəbulu ilə məşğul olan tanışı olduğunu və həmin məktəbdə müəllim işlədiyini demişdir. Gülər hətta müəllim adlandırdığı şəxslə onun yanında telefonla danışmış, Gülər həmin müəllimə Fəxrəddin adı ilə müraciət etmişdir. Həmin şəxslə kənara çəkilib onun oğlunu Dövlət Sərhəd Xidmətinin akademiyasına qəbulu məsələsi barədə danışdıqdan sonra ona Fəxrəddin müəllimin uşağı həmin akademiyaya qəbul etdirmək üçün 5000 manat pul istədiyini demişdir. O, uşağın akademiyaya qəbulu ilə bağlı məsələdən həvəsləndiyini Gülərdən gizlətməmiş, lakin hazırda 5000 manat pulunun olmayacağını ona açıq söyləməşdir. Buna baxmayaraq Gülər bu işi Fəxrəddinlə birdə danışacağını, həmin pulun məbləğini aşağı endirməyə çalışacağını demiş, bir müddət onların bu barədə danışıqları olmamışdır. 2018-ci ilin avqust ayında Gülər onunla kəndlərində görüşəndə uşağın akademiyaya qəbulu məsələsini yadına salıb Fəxrəddin müəllimlə bu məsələni danışıb razılığa gəldiyini, 3500 manat pula bu işi düzəltməyə razılaşdığını demişdir. O, Gülərə “məndə pul yoxdu anamla danışıb sənə deyərəm” demiş, Gülər isə israr edib artıq Fəxrədinə söz verdiyini, uşağın adını qəbul olunacaq uşaqların siyahısına daxil etdirdiyini demişdir. Gülər hətta ondan oğlunun qiymət cədvəlinin surətini, şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayış kimi sənədləri gətirib ona təqdim etməsini istəmişdir. O, Gülərin sözlərinə bir daha inanmış, bu danışıqları 10 yaşlı oğlu Mənsurun yanında danışdıqlarından o da həvəslənmiş, həmin akademiyaya qəbul olmaq istəmişdir. O, öz oğluna yazığı gəlmiş anası ilə bu barədə danışıb Gülər tələb edən pulu düzəldib uşağın xətrinə vermək qərarına gəlmişlər. Anası Gülarənin ehtiyat üçün yığıb saxladığı pulu olmuş, 3500 manat pulu hazırlayıb Gülərin tələb etdiyi sənədlərin surətlərini və arayışlarını toplamışdır. Gülərlə zəngləşib 2018-ci ilin avqust ayının sonlarında Zaqatala şəhərində yerləşən “Sveet” adlı kafedə görüşmüş, Gülərlə görüşə anası Gülarə ilə birlikdə getmiş, Gülər isə həmin kafedə onlarla görüşməyə əri Habil ilə gəlmiş, onların aralarında olan söhbət zamanı anası hamının yanında 3500 manat pulu sayaraq Gülərə vermiş, həmçinin uşaq barədə topladığı sənədləri ona vermişdir. Gülər pulu götürdükdə 2018-ci ilin sentyabr ayının 15-dən etibarən oğlu Mənsurun həmin akademiyaya oxumağa gedəcəyini demiş, onlar inanıb Gülərə pul vermiş, bundan sonra 14 sentyabradək gözləmiş, həmin tarixdə Gülərə zəng edib uşağı Bakıya akademiyaya gətirməyə hazırlaşdıqlarını demişdir. Lakin Gülər ona dərslərin 15 yox 28 sentyabrda başlanacağını demişdir. Həmin vaxt çatanda o uşağıda götürüb anası ilə birlikdə Bakıya getmiş, bir neçə gün Gülər onu aldatmış, Fəxrəddinlə görüşməli olduqlarını demişdir. O, axırda Bakı şəhərində “Şamaxinka” deyilən yerdə anası Gülarə və Gülərlə birlikdə həmin Fəxrəddin adlı müəllimlə görüşmüşdür. Onlar həmin ərazidə “Şeş beş” adlı restoranın yanında olan parkda görüşüb söhbət etmiş, Fəxrəddin söhbət zamanı onlara uşağının sənədlərində düzəlişə ehtiyac olduğunu demiş, onların ailəsinin münaqişəli olmasının akademiyanın rəhbərliyinə indi məlum olduğunu, bu səbəbdən də həmin sənədləri qəbul etmələri üçün akademiyanın rəhbəri ilə danışacağını, məsələni yoluna qoyan kimi onlara xəbər edəcəyini demişdir. O, Fəxrəddinin işlətdiyi telefon nömrəsini götürmüş, lakin sonralar həmin nömrəyə zəng etməyinə baxmayaraq Fəxrəddin hər dəfəsində bir bəhanə gətirib uşağın akademiyaya qəbul edilməsi məsələsini uzatmış, sonralar isə onun telefonuna ümumiyyətlə zəng çatmamışdır. Gülərə bu barədə dedikdə 3500 manatı tam olaraq Fəxrəddinə verdiyini demiş, lakin Fəxrəddinin məsələnin həllini uzatdığını, onunla danışmaq lazım olduğunu demişdir. 2018-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, onun iştirakı olmadan onun işinə baxılıb, həmin işlə bağlı yenə onun əleyhinə qərar qəbul olunmuşdur. O, bundan sonra qəti şəkildə əmin olmuşdur ki, bu müddətə qədər Gülər onu aldatmış, Gülər nəğd olaraq ondan 7700 manat pul götürmüşdür. O, Bakıya gediş-gəlişləri ilə bağlı 500 manat da əlavə pul xərcləmişdir. O, həmin pul da daxil olmaqla Gülər ona cəmisi 8200 manat məbləğində ziyan vurmuşdur. O həmin pulu Gülərdən geri qaytarmasını tələb etmək üçün şikayət etmiş, pulun bir hissəsinin şəxsən Gülərin adına göndərilməsini təsdiq edən bank qəbzlərini və Gülərin səs yazısını təqdim etmiş, şikayət etdikdən sonra Gülər ondan götürdüyü pulun 2000 manatını bank vasitəsi ilə onun adına göndərmişdir. Qalan 6000 manatdan çox pulu isə zəng edib onun barəsində şikayəti geri götürdükdən sonra qaytaracağını demişdir. O, ona pulunu tam qaytarmadan onunla barışmayacağını demiş, Gülər onun pulunun 2000 manatını qaytarıb, qalan hissəsini isə verməmiş, onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Gülərdən qalan pulunun tam olaraq ödənilməsini tələb etmiş, o və anası Gülərə borc olaraq pul verməmişdir. Gülər onu aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Sonda isə bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2019-cu ilin fevral ayında arvadının bacısı X38 ona telefonla zəng edərək onun yaşadığı Göyəm kəndində vəkillik fəaliyyəti ilə məşğul olan Göyçay rayon sakini Təqsirləndirilən şəxs ilə tanış olduğunu, Gülərə onun oğlu Tacirin Şəki türməsində cəza çəkməsi haqqında danışdıqda Gülərin həmin türmədə əlaqələri olmasını, 2019-cu ilin mart ayında Novruz bayramı münasibəti ilə əfv fərmanı olacağına görə oğlunun adını da həmin əfv olunanların siyahısına salmaq imkanın olduğunu deyərək onunla əlaqə saxlaması üçün onun nömrəsini Gülərə verdiyini bildirib Gülərlə əlaqə saxlaması üçün Gülərin telefon nömrəsini ona vermişdir. O, bundan sonra Təqsirləndirilən şəxs ilə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlamış, Gülər özünü ona vəkil kimi təqdim etmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olduğunu, Bakı şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan ofisinin olduğunu bildirmişidir. O, onun oğlu Tacirin türmədən azad edilməsi haqqında danışarkən Şəki pentensiar müəssisənin rəhbərliyində vəzifəli tanışlarının olduğunu, 2019-cu ilin mart ayında Novruz bayramı ilə əlaqədar olaraq əfv fərmanın veriləcəyini, onun oğlu Tacirin adını həmin vəzifəli şəxslərin köməyi ilə əfv olunacaq şəxslərin siyahısına salmaq imkanın olduğunu demişdir. O, Prezident Adminstrasiyasında əlaqələrin olduğunu, vəzifəli tanışların olduğunu bildirərək onların vasitəsilə ilə bu işi həll edəcəyini bildirmiş, Gülər siyahıya oğlunun adının əlavə olunması müqabilində onun həmin müəssisədə kimlərəsə 6000 manat pul verməli olacağını danışmış, lakin Gülər həmin işi görəcəyi vəzifəli şəxslərin adını açıqlamamışdır. O, Gülərin danışdıqlarına inanmış, oğlunun azad olunması üçün həmin pulu toplayıb vermək qərarına gəlmiş, özünə məxsus iribuynuzlu heyvanlarını bazarda satmış, lakin 5500 manat pul hazır edə bilmiş, Səyyarə ilə danışaraq Gülərlə danışıb pulun məbləğini 500 manat aşağı salmasını xahiş etmiş, bundan sonra Səyyarə ona zəng edərək Gülərlə danışdığını Gülərin 5500 manata razılıq verdiyini demiş. O bundan sonra Gülərlə telefon vasitəsilə əlaqə saxlayıb pulu vermək üçün görüşmək istəmiş, Gülər Bakı şəhərində olduğunu deyərək həmin pulu təcili olaraq Bakı şəhərinə göndərməyini istəmişdir. O, həmin pulu gecə Bakı şəhərinə gedən avtobusla göndərəcəyini demiş. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində tanımadığı avtobus sürcüsü ilə 5500 manat məbləğində pulu Bakı şəhərinə Gülərə göndərmiş, **-MV-*** dövlət nömrə qeydiyyat nişanlı avtobusun sürcüsü ilə razılaşaraq 5500 manat məbləğində pulu həmin şəxslə Gülərə göndərmişdir. Gülərlə əlaqə saxlayıb ona avtobusun telefon nömrəsini verib göndərdiyi pulu götürməsi üçün Beynəlxalq avtovağzala getməsini istəmişdir. O, sabahsı gün səhər saatlarında Gülərlə telefon vasitəsilə əlaqə saxladıqda Gülər pulu götürdüyünü demiş, xx xxxx 2019cu il tarixinədək fərman çıxacağını, Tacirin həbsdən azad olunacağını demiş, lakin xx xxxx 2019-cu il tarixə kimi gözləsə də oğlu Tacir əfv olunmamışdır. Gülərlə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlamaq istəsə də telefonuna cavab verməmiş, həmin dövrdə onlar Gülərin vəkil olmadığını öyrənmişdir. O, hətta Gülərin vəkil kimi fəaliyyət göstərək məhkəmədə onun xeyrinə qərara çıxarılmasını təmin edəcəyini vəd edərək Gülxar Zamanovanı da aldadıb pullarını ələ keçirdyini, həmin şəxsin polisə müraciət etdiyini eşitmişdir. O, Gülərlə əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etmiş, əgər pulu geri qaytarmasa onun barəsində polisə şikayət edəcəyini bildirmiş, Gülər bir həftə ərzində pulu geri qaytarmağa söz vermiş, xx xxxxx 2019-cu il tarixdə bank vasitəsilə Gülər onun adına 3000 manat pul göndərmiş, xx xxxxx 2019-cu il tarixdə Səyyarə polisə müraciət etmiş, xx xxxxx 2019-cu il tarixdə Gülər 2500 manat pulu da Səyyarə vasitəsilə ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi məbləği tam olaraq geri qaytardığından, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zaqatala rayon Göyəm kəndində yaşayan baldızı X14 evinə gedərkən onun qonşuluğunda yaşayan Göyçay rayonundan olan Gülər adlı qadınla tanış olmuşdur. Həmin vaxt Gülər ona vəkillik fəaliyyəti ilə məşğul olduğunu demişdir. 12-xx xxxxxx 2019cu il tarixlərində Həlimət ona zəng edərək Gülərin ona bacısı X8 həbsdə olan oğlu X19 2019-cu ilin mart ayında novruz bayramı ərəfəsində əfv sərəncamına adını salacağını və həbsdən azad edə biləcəyini demişdir. O, bacısının əri Zərərçəkmiş şəxs2 Seyidullah oğlu ilə bu barədə danışdıqdan sonra onun nömrəsini Gülərə vermiş, daha sonra Gülər və Azərin 5500 manat pul qarşılığında razılaşdıqlarını bilmişdir. xx.xx.2019-cu il tarixdə bacısıgilə gedərkən bilmişdir ki, Azər həmin gün saat 21 radələrində Zaqatala rayon Bəhmətli kəndinin girişində Zaqatala şəhərindən Bakı şəhərinə gedən avtobusla Bakı şəhərinə Gülərə 5500 manat pul göndərmişdir. Növbəti gün saat 09 radələrində Gülər Azərə zəng edərək Bakı şəhərində Beynəlxalq avtovağzalın ərazisində avtobusdan həmin pulu götürdüyünü demişdir. Gülər onlara xx.xx.2019-cu il tarixdə Tacirin əfv olunacağını demişdir. xx.xx.2019-cu il tarixə qədər gözləsələr də, Tacir əfv olunmamış, buna görə də Azər Gülərə zəng edərək pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxs Tacirin əfv məsələsini həll edə bilməyəcəyini demiş və pulu qaytarmağa söz vermişdir. Həmin gün Təqsirləndirilən şəxs pulu qaytarmadığına görə Azər ona zəng etmiş, Azərə “Təqsirləndirilən şəxs pulu qaytaracağını deyibsə qaytaracaq” demişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Gülər bank vasitəsi ilə 3000 manat pulu geri qaytardığını demiş, Azər də onlara gəlib həmin pulu götürmüş, sonra da 2500 manat pulu ala bilmədikləri barədə şikayət etmişdir. xx.xx.2019-cu il tarixdə Azərə zəng edərək Təqsirləndirilən şəxs 2500 manat pulu bank vasitəsi ilə göndərdiyini demiş, həmin gün də Zaqatala şəhərində yerləşən “Ağ Saray adlanan şadlıq sarayının qarşısında 2500 manatı pulu Azərə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X26 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş Şahid4, X3 Tayib Məmmədşəfi oğlu, X39, Şahid6 və Şahid9, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq vaxtı vermiş olduqları ifadələrini təsdiq etdiklərini bildirərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, X29, Şahid8, Şahid5, Şahid6, Şahid9 və Şahid7 Nəbi bəy oğlu oxşar məzmunlu ifadə verərək X13 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, X13 müraciəti əsasında Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan Zaqatala RPŞ-nın TQ-nin təhqiqatçısı, polis leytenantı Məhəmmədəli Tanrıverdiyevin “materialın aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X13 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Şahid2 DİN-in “102” Xidmətinə və Zaqatala RPŞ-yə müraciətləri əsasında toplanmış material araşdırılıb müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Bakı şəhri Binəqədi RPİ-yə göndərilmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin mütəntiqi, polis mayoru Əli İsmayılovun “materialın aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, material araşdırılması üçün aidiyyatı üzrə Zaqatala ŞPŞ-nın İstintaq Bölməsinə göndərilmişdir. İş materiallarında olan Zaqatala rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X5, X10, X15, X13 və X20 cavabdehlər Yüzbaşiyev Arif Soltanmacid oğluna, X21 və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Kontoruna qarşı iddiaçılar X16, X24, X35 və X30 ilə cavabdeh Yüzbaşiyev Arif Soltanmacid oğlu arasında Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.129 ha torpaq sahəsinin alqı satqısına dair bağlanmış Zaqatala Rayonu 2 saylı Notariat Kontorunda xx xxxxxxx 2017-ci il tarixdə reyestrdə 4Ə-647 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli xx xxxxxxx 2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə Zaqatala rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-138/2018 saylı qətanməsi iddiaçı X22 münasibətdə dəyişdirilmədən saxlanılmış, iddiaçı X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı X13 və vəkili Şahid9 Novruz oğlunun kasasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X26 və Şahid1 iddiaçı Yüzbaşiyev Arif Soltanməcid oğlunun RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X17 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sərhab qızı barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X17 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X42 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X26 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2019 il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sərhab qızı ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sərhab qızı barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zaqatala RPŞ-nın İB-nin baş müstəntiqi, polis mayoru Anar Hacıəbdülhəlimzadənin “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sərhab qızının Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi. Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə göndərilməsi məsələsinin həll edilməsi üçün Zaqatala rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “cinayət işinin icraatına hissəvi xitam və aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sərhab qızının barəsində ********* saylı cinayət işinə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə hissəvi xitam verilməsi, zərurət aradan qalxdığından Zərərçəkmiş şəxs2 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi müvafiq olaraq Bakı şəhəri Binəqədi rayon prokurorluğunun vasitəsilə ərazi aidiyyəti üzrə Zaqatala RPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl, həmin CMnin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə elan edilmiş ittihamın həcmində dəyişikliklər və əlavələr olduğundan ona elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı üzrə “cinayət işinin hissəvi xitam verilməsi haqqında” xx xxxxxxxx 2019-cu tarixli ləğv edilməmiş müstəntiqin qərarı olması əsası ilə həmin fakt üzrə başlanılmış cinayət təqibinə xitam verilməsi, cinayət işinə əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs ifadəsi, iş üzrə zərər çəkmiş şəxs X13 dindirmə protokolu, şahidlər X25, Şahid3, Şahid4, X29, Şahid8, Şahid5 Məmmədşəfı oğlu, Şahid6, Şahid9 və Şahid7 Nəbi bəy oğlunun dindirmə protokolları və digər istintaq materialları cinayət işi üzrə kifayət edən sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilmək haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “cinayət işinin icraatına hissəvi xitam və aidiyyəti üzrə göndərilməsi haqqında qərarın ləğv edilməsi və istintaq müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Cəfər Nəzərovun xx.xx.2019-cu il tarixli “cinayət işinin icraatına hissəvi xitam və aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı ləğv edilmişdir. İstintaqın aparılması Bakı şəhər Binəqədi RPİ-in İŞ-ə həvalə edilmişdir. İş materiallarında olan “cinayət əməlinin tövsif olunması barədə” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X6 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyildir. İş materiallarında nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X42 ilə X23 arasında xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqnıda şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.2018-ci il tarixdə X53 Gülərin birgə nikahlarından Uvuzova Duyğu adlı övladları doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə barəsində 40589 saylı axtarış işi açılmış xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay rayonunda saxlanılaraq ətrafında istintaq hərəkətləri keçirilməsi üçün Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqinə təqdim olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə elan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə dələduzluq cinayət əməlini törədərək faktiki olaraq Zərərçəkmiş şəxs2 5500 manat pulunu ələ keçirdiyindən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 tanınmasının nəzərə alınması, təqsirləndirilən şəxs X31 ifadəsi qismən, iş üzrə zərər çəkmiş şəxs X13 dindirmə protokolu, şahidlər X25, Şahid3, Şahid4, X29, Şahid8, Şahid5 Məmmədşəfı oğlu, Şahid6, Şahid9 və Şahid7 Nəbi bəy oğlunun dindirmə protokolları və digər istintaq materialları cinayət işi üzrə kifayət edən sübutların kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs ifadələrində zərərçəkmiş şəxs X11 yalnız borca pul alması və sonradan həmin pulu qaytarması xüsusatları iş materiallarında ifadələr, üzləşdirmə protokolları və digər istintaq sənədləri ilə öz təqdiqini tapmadığından həmin xususatla iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri səmimi və işin faktiki halları ilə təkzib olunan cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X11 ayrı-ayrı vaxtlarda öncə özünü vəkil kimi təqdim edərək zərərçəkmiş şəxsin Apelyasiya Məhkəməsində olan mülki işini hakim tanışlarının vasitəsi ilə həll edəcəyini vəd edib aldadaraq 4200 manat pulunu ələ keçirməsi, sonra isə zərərçəkmiş şəxsin oğlunun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasında vəzifəli tanışının olmasına inandırıb onun etibarını qazandıqdan sonra 3500 manat pulunu ələ keçirməsi faktı vahid niyyətlə əhatə olunan qəsd kimi qiymətləndirilməməsi, hər bir faktın ayrı ayrılıqda cinayətin təkrar törədilməsi kimi qiymətləndirilməsinin nəzərə alınması, Şahid7 Nəbi bəy oğlunun Təqsirləndirilən şəxs ilə əlbir olaraq dələduzluq cinayət əməlini törətməsi iş materialları ilə təsdiq olunmadığından onun barəsində cinayət təqibinə xitam verilməsi və ilkin yoxlama materialından ayrılması, cinayət işi materiallarına əlavə edilmiş səs yazıları olan disk maddi subut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32,312-ci, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, oğlu və X13 əməlində isə rüşvət verməyə cəhd maddəsinin tərkibi müəyyən edilmədiyindən həmin xüsusatlar üzrə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və dərhal Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X7 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Göyçay rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavabından görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin olunmuş 1500 manat cərimə cəzasından bu günə kimi 50 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş mülki iddiaçı X26 tərəfindən xx.xx.2020-ci il tarixdə verilən mülki iddia ərizəsindən görünür ki, X26 cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona maddi ziyan vurulduğundan 6200 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsin əsasən məhkəmə baxaşı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 verduğu ziyanı tam ödəməsini, digər zərərçəkmiş şəxs X22 vurduğu ziyanın bir hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin olunmuş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilir. Həmin Məcəllənin 68.2-ci maddəsin əsasən cərimə növündə cəza azadlıqdan məhrumetmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzasının icra olunmamış hissəsi hazırki hökmlə toplanıldıqda müstəqil icra edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın qismən ödənildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) günün bir günü təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanaraq qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 1 mənzil 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd səs yazısı olan CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-359/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabından 210 (iki yüz on) manat məbləğində pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Bundan başqa, məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh - Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X22 5700 manat və ödənilmiş 30 manat dövlət rüsumu maddi ziyan vurmuş və həmin ziyandan heç bir məbləğ ödəməmişdir. Beləliklə məhkəmə hesab edir ki, mülki cavabdeh - təqsirləndirilən şəxs X11 vurulmuş maddi ziyana görə 5700 (beş min yeddi yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı - zərərçəkmiş şəxs X22 ödənilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur əmlak üzərinə həbs qoyulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzasının ödənilməmiş 1450 (bir min dörd yüz əlli) manat hissəsi hazıki cəza ilə tam birləşdirilərək üzərində qəti olaraq 1450 (bir min dörd yüz əlli) manat cərimə cəzası və 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsin əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun üzərinə Göyçay şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 21:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd səs yazısı olan CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X13 xeyrinə 5700 (beş min yeddi yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-35/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-35/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver