Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-35/2024 28.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (Mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs müdafiəçisi – Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (Mülki cavabdeh) Təqsirləndirilən şəxs, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 21.00 saat radələrində ünvan 3 ünvanında olan zaman keçmişdə moped tipli nəqliyyat vasitəsini əldə etdiyi Zərərçəkmiş şəxs ilə arasında moped tipli nəqliyyat vasitəsinin geri qaytarılmaması zəminində yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsindən vurub ona sol almacıq sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan sol gözaltı nahiyənin, sol almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin dərialtı hematoması və sol almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin yanvar ayında moped tipli nəqliyyat vasitəsi almaq istədiyi üçün elan saytlarına baxmış və tap.az elan saytına baxanda orada moped satıldığını və elanda satan şəxsin ***-***-**-** mobil nömrəsinin qeyd edildiyini görmüşdür.Mopetdən xoş gəldiyi üçün 2023-cü ilin yanvar ayının sonlarında saytın rəy bölümündə Zərərçəkmiş şəxs bildiyi şəxsə mopedi avtomaşınla barter etməyi təklif ettmiş, daha sonra telefonda Anarla danışdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 16.00 radələrində sonuncu ilə Qara Qarayev metro stansiyasının yaxınlığında görüşmüşdür.Həmin vaxt Anar yanında sonradan adını Əli bildiyi şəxslə gəlmişdir.Görüş zamanı Anar onun barter etmək istədiyi Chevralet Matiz markalı, **-XH-*** dövlət nömrə nişanlı avtomobilə baxaraq belə bir təklif etmişdir ki, mopedi və üstündə 2200 manat pul versin, əvəzində isə o, X4 markalı, **-XH- *** dövlət nömrə nişanlı avtomobili versin.İlk olaraq o, Anarın təklifi ilə razılaşmasa da, həmin günü axşam saatlarında yenidən Anarla telefon əlaqəsi saxlayaraq təklif etdiyi şərtlə razı olduğunu bildirmişdir.Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə o, yenidən Qara Qarayev metro stansiyasının yanında Anarla görüşmüş və görüş zamanı Anar ona 900 ABŞ dolları nağd pul vermiş, daha sonra Leobank kartına 600 manat pul köçürdükdən sonra mopedi Anardan almışdır.Daha sonra 8 noyabr küçəsində yerləşən Asan xidmətə gedərək natariusda alqı-satqını rəsmləşdirmişlər.Belə ki, xx.xx.2023-cü il tarixdə o, mülki etibarnamə əsasında özünə məxsus Chevralet Matiz markalı **-XH-*** dövlət nömrə nişanlı avtomobili Anara satmış, mopedin isə sənədi olmadığı üçün alqı-satqı etmədən Anardan götürmüşdür.Alqı-satqıdan sonra o, bu barədə evdə gedib atası Ruslana dedikdə sonuncu maşını ucuz qiymətə verdiyini deyib bu barədə özü Anarla telefon əlaqəsi saxlayıb danışmışdır. xx.xx.2023-cü il tarixdə o, Anara zəng edərək mopedin yan güzgülərini verməyini bildirərək sonuncu ilə görüşüb güzgüləri ondan almışdır.O, güzgüləri Anardan aldıqdan təxminən bir saat sonra sonuncu ilə telefon əlaqəsi saxlayaraq mopedi qaytarmaq istədiyini bildirdikdə Anar razılaşmamışdır.Telefon danışığı zamanı razılığa gələ bilmədiyi üçün o, Anara görüşüb söhbət etməyi təklif etdikdə sonuncu onunla razılşamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 21.00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda Nəsimi metrosunun yaxınlığında yerləşən “Bravo” marketin qarşısında o, Anarla görüşmüş, görüş zamanı Anarla gələn dostu Əlidən xahiş etmişdir ki, bir qədər kənarda gözləsin.Söhbət zamanı o, Anara bildirmişdir ki, maşın qalsa da, mopedi qaytarıb pulunu versin.Anar etirazını bildirərək artıq maşını adına sənədləşdirdiyini, mopedi isə qaytarmaq fikri olmadığını bildirdikdə aralarında söz mübahisəsi yaranmış, yaranmış mübahisə zamanı Anar onu söydüyü üçün əsəbləşərək sağ əlinin yumruğu ilə sonuncunun üz nahiyyəsinin sol tərəfindən bir dəfə vurmuşdur.Daha sonra o, orada dayanmayaraq qaçıb getmişdir.Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs vuran zaman əlində hər hansı bir küt əşya olmamış, həmin vaxt sağ əlinin çeçələ barmağında üzük olmuşdur.Bundan başqa, Ruslanla söhbəti qısa zamanda olduğu üçün ətrafda kimlərinsə olduğuna tam fikir verməmiş və söhbətləri ətrafda kiminsə diqqətini cəlb etməmişdir.Məhkəmə baxışı zamanı, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və gənc olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2023-cü ilin yanvar ayında özünə məxsus olan Honda markalı moped tipli dövlət nömrə nişanı olmayan nəqliyyat vasitəsinin satışı elanını tap.az elan saytına yerləşdirərək elanda istifadə etdiyi ***-***-**-** mobil nömrəsini qeyd etmişdir. 2023-cü ilin yanvar ayının sonlarında sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxs ilk olaraq rəy bölümündə mopedi avtomaşınla barter etməyi təklif etmiş, daha sonra telefon əlaqəsi saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 16.00 radələrində o, dostu Şahid Oqtay oğlu ilə birlikdə X6 metro stansiyasının yaxınlığında görüşmüş, görüş zamanı Emilin barter etmək istədiyi Chevralet Matiz markalı, **-XH-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirdərək təklif vermişdir ki, mopedi və üstündə 2 200 manat verməklə avtomobili əldə etsin.Emil ilk olaraq deyilən təkliflə razı olmasada, həmin günü axşam saatlarında yenidən telefon əlaqəsi saxlayaraq təklif etdiyi şərtlə razı olduğunu bildirmişdir.xx.xx.2023-cü il tarixdə onlar yenidən Qara Qarayev metro stansiyasının yanında görüşmüş və görüş zamanı Emilə 900 ABŞ dolları nağd və özünə məxsus Albalı kartından Emilin Leobank kartına 600 manat pul köçürdərək mopedi Emilə təhvil vermişdir.Daha sonra 8 noyabr küçəsində yerləşən Asan xidmətə gedərək orada natariusda alqı-satqını rəsmləşdirmişlər. Beləki, Emil xx.xx.2023-cü il tarixdə mülki etibarnamə əsasında Chevralet Matiz markalı, **-XH-*** dövlət nömrə nişanlı avtomobili ona satmış, mopedin isə sənədi olmadığı üçün Emilə sənədsiz vermişdir.Növbəti gün ona özünü Emilin atası kimi təqdim edən Ruslan adlı şəxs zəng edərək oğlunun avtomobili ucuz qiymətə satdığını iddia edib avtomobili geri qaytarmağı bildirdikdə o, etirazını bildirərək avtomobili Emildən qarşılıqlı razılaşma əsasında aldığını demişdir. O, xx.xx.2023-cü il tarixdə Emilin etibarnaməni ləğv edəcəyindən ehtiyyat edərək DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə gedərək alığı Chevralet Matiz markalı, **-XH-*** dövlət nömrə nişanlı avtomobili öz adına sənədləşdirmişdir.xx.xx.2023-cü il tarixdə Emil zəng edərək mopedin yan güzgülərini verməyi bildirdikdə o, etiraz etməmiş və həmin günü Qış Parkı adlanan yerdə görüşərək güzgüləri Emilə vermişdir. Güzgüləri Emilə verdikdən təxminən bir saat sonra sonuncu yenidən telefon əlaqəsi saxlayaraq mopedi geri qaytarmaq istədiyini dedikdə onunla razılaşmamış, telefon danışığı zamanı razılığa gələ bilmədikləri üçün Emil görüşüb söhbət etməyi təklif etmişdir.O, Emilin təklifinə etiraz etməmiş və həmin günü yəni, xx.xx.2023-cü il tarixdə saat təxminən 21.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi metrosunun yaxınlığında yerləşən “Bravo” marketin qarşısında Emillə görüşmüşdür. O, Emillə görüşməyə dostu Əli ilə birlikdə getmiş, görüş zamanı sonuncu Emilin xahişi ilə bir qədər kənarda gözləmişdir.Söhbət zamanı Emil ona verdiyi pulu və mopedi qaytarıb avtomaşını geri qaytarmağını bildirdikdə, ona etirazını bildirərək artıq avtomaşını öz adıma sənədləşdirdiyini demişdir.Həmin vaxt Emil əsəbləşərək sağ əlini əynindəki gödəkcədən çıxararaq qəsdən yumruqla üz nahiyyəsindən bir dəfə vurmuşdur. O, müvazinətini saxlaya bilməyərək arxa-arxaya gedərək səkidə oturmuş, Emil isə orada dayanmayaraq qaçıb uzaqlaşmışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Emil onu vuran zaman sifətinə yumruqdan əlavə hansısa küt əşyanında dəydiyini hiss etmiş, Emil ilə söhbəti qısa olduğu üçün ətrafda kimlərinsə olduğuna tam fikir verməmiş və söhbətləri ətrafda kiminsə diqqətini cəlb etməmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmadığını bildirmiş və qanun çərçivəsində təqsirləndirilən şəxsin cəzalanmasını, həmçinin mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla dostluq edir.2023-cü ilin yanvar ayında Anar bildirmişdir ki, mopedini almaq istəyən şəxslə görüşməyə gedir və onunla getməyini xahiş etdikdə bir dost kimi Anara etiraz etməmişdir. O, Anarla birlikdə Qara Qarayev metro stansiyasının yanına getmiş və əvvəllər tanımadığı sonradan adını bildiyi Emil adlı şəxslə görüşmüşlər.Görüş zamanı dostu Anar Emillə moped və avtomobil alqı-satqısı barədə söhbət etdikdən sonra Emildən ayrılaraq getmişlər.Bir neçə gün sonra Anar yenidən xahiş etmişdir ki, Emildən avtomobil alıb həmin alqı-satqını rəsmiləşdirmək üçün onunla birlikdə natariusa getsin. O, yenə də Anara etiraz etməyərək onunla birlikdə notariusa getmiş və X3 Matiz markalı, **-XH-*** dövlət nömrə nişanlı avtomobili mülki etibarnamə əsasında almışdır.Sonradan Anar ona Emilin mopedi geri qaytarıb pulunu istəməsini dedikdə o, Anara bu barədə özü qərar verməsini demişdir. xx.xx.2023-cü il tarixdə Anar zəng edərək Emilin onunla görüşmək istədiyini bildirib yenidən Emillə görüşə getməyi xahiş etdikdə etiraz etməmiş, lakin ondan xahiş etmişdir ki, onun yaşadığı ərazidə görüşsünlər. Beləliklə o, Anarla birlikdə Emillə 6-cı mkr-da Nəsimi metrosunun yaxınlığında yerləşən “Bravo” marketin qarşısında saat 21.00 radələrində görüşmüş, görüş zamanı Emilin xahişi ilə bir qədər kənarda dayanmışdır.Anarla Emil söhbət edən zaman sonuncu qəfildən Anarın üz nahiyyəsindən yumruqla vurmuşdur. O, tez müdaxilə edib Emili tutmaq istəyən zaman sonuncu dayanmayaraq qaçıb oradan uzaqlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 328 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol almacıq sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan sol gözaltı nahiyənin, sol almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin dərialtı hematoması və sol almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfinən yetirilməsi və eləcədə öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 4 ünvanda çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı və ittiham aktında göstərilən və məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsi ilə məbləği mübahisə doğurmayan dəymiş zərərə görə vəsait təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci madəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, mənəvi zərərin təqsirləndirilən şəxsdən tutulması hissəsində mülki iddia qismən təmin edilməlidir Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür.Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür.Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.Həmçinin, məhkəmə hesab edir ki, mənəvi ziyan qalan, yəni 500 manatın tutulması hissəsində sübut edilmədiyindən həmin hissədə təmin edilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci, 65.3cü və Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 5 ünvanda çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı (zərəçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 1500 manat məbləğində maddi, 345 manat əldən çıxmış fayda, 500 manat mənəvi ziyan olmaqla, ümumilikdə 2.345 (iki min üç yüz qırx beş) manat vəsait, həmçinin 48,45 manat dövlət rüsumu tutularaq mülki iddiaçı (zərəçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-35/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-35/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver