Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-350/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.2005-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamış), orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə
2. xx.xx.2005-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamış), orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 21 iyul 2022-ci il tarixdə günorta saat 14 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Zeytunluq Bağı” adlanan iştimai yer hesab olunan ərazidə tanışları yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Ədalət” adlı şəxslə birlikdə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib şəxslər üzərində zor tətbiq edilməsi ilə müşaiyət edilən hərəkətlər edərək yetkinlik yaşına çatmayanlar xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bir gün əvvəl digər yetkinlik yaşına çatmayan Şahid3 ünvanına nəlayiq sözlər dediklərini bəhanə edib, əsaslı səbəb olmadan nəlayiq ifadələr deməklə şəxsiyyəti istintaqa məlum olmayan “Ədalət” adlı şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edib dirsəyi ilə çənəsinə vurub boyunun orta 1/3-nin sol yan səthinin sıyrığı kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 yumruqla sinə və kürək nahiyəsinə vurub döş qəfəsinin arxa səthinin sol yarasında kürəkaltı nahiyənin qançırları və sol əl pəncənin ovuc səthində İİ və İİİ daraqsümüklərinin proksimal ucları proyeksiyasının sıyrıqları kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, o isə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə yumruqla və sonuncu yerə yıxıldıqdan sonra təpiklə bədənin müxtəlif nahiyələrinə vuraraq burun sümüklərinin cərrahi repozisiya əməliyyatı aparılmış (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) qapalı, yerdəyişmiş sınığı, burunun şişkinliyi, burun tənəffüsünün pozulması və sol yan çəpərinin qançırı ilə müşayiət küt travması, döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti ilə arxa qoltuqaltı xətt arasında Vİİİ-X qabırğalararası sahənin, bel nahiyəsinin mərkəzində İ-İİ bel fəqərələri proyeksiyasının və sağ saidin aşağı 1/3-nin arxa səthinin iç yarısının sıyrıqları ilə nəticələnən xəsarətlər yetirib xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur.
2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, yetkinlik yaşayan çatmayan xx.xx.2005-ci il təvəlüdlü Təqsirləndirilən şəxs2 21 iyul 2022-ci il tarixdə günorta saat 14 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Zeytunluq Bağı” adlanan içtimai yer hesab olunan ərazidə tanışları yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Ədalət” adlı şəxslə birlikdə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etdirib yetkinlik yaşına çatmayanlar xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bir gün əvvəl digər yetkinlik yaşına çatmayan Şahid3 ünvanına nəlayiq sözlər dediklərini bəhanə edib, əsaslı səbəb olmadan nəlayiq ifadələr deyərək Kaltayev X3 Kənan Nasir oğlunun üzərində zor tədbiq edib baş nahiyəsinə yumruqla və sonuncu yerə yıxıldıqdan sonra təpiklə bədənin müxtəlif nahiyələrinə vuraraq burun sümüklərinin cərrahi repozisiya əməliyyatı aparılmış (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) qapalı, yerdəyişmiş sınığı, burunun şişkinliyi, burun tənəffüsünün pozulması və sol yan çəpərinin qançırı ilə müşayiət küt travması, döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti ilə arxa qoltuqaltı xətt arasında Vİİİ-X qabırğalararası sahənin, bel nahiyəsinin mərkəzində İ-İİ bel fəqərələri proyeksiyasının və sağ saidin aşağı 1/3-nin arxa səthinin iç yarısının sıyrıqları ilə nəticələnən dərəcəsinə görə az ağır xəsarətlər yetirmiş, şəxsiyyəti istintaqa məlum olmayan “Ədalət” adlı şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edib dirsəyi ilə çənəsinə vurub boyunun orta 1/3-nin sol yan səthinin sıyrığı kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri, o isə Zərərçəkmiş şəxs2 yumruqla sinə və kürək nahiyəsinə vurub döş qəfəsinin arxa səthinin sol yarasında kürəkaltı nahiyənin qançırları və sol əl pəncənin ovuc səthində İİ və İİİ daraqsümüklərinin proksimal ucları proyeksiyasının sıyrıqları kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 iyul 2022-ci il tarixdə o Məhi, Ramal vəƏdalətlə birlikdə Məhinin əmisigildə gecələmişdir. Növbəti gün evdə olan zaman Ramal onlara dünənki məsələ zamanı parkda Kənan, Nadir və Rolanın onu pis sözlərlə təhqir etdiyini və sataşdığını dedikdə bu zaman o, Məhi, Ramal və Ədalət ilə birlikdə məsələni aydınlaşdırmaq üçün “Zeytun bağı” adlanan yerə getmişlər. Həmin gün parkda olan zaman Rolan və Yusif gəlmiş, bu vaxt Ədalət Rolana nə səbəbə Ramalı söydüyünü soruşduqda Rolan üzr istəmiş və onlar çıxıb getmişlər. Az bir vaxt keçdikdən sonra Kənan və Nadir gəlib çıxmışlar. O, Kənanla birlikdə kənara çəkilmiş, Nadirlə isə Məhi və Ədalət öz aralarında söhbət etmişlər. Onlar Ramalı söymədiklərini bildirdikdə o, Kənanın sifət hissəsinə yumruq vurmuş və o yerə yıxılmışdır. Bu zaman o Kənanın bədəninə təpik zərbəsi endirmiş, Kənan isə Nadiri çağıran zaman Nadir Məhiyə əl atarkən Məhi və Ədalət onu yerə yıxıb yumruq və təpik zərbələri ilə vurmağa başlamışlar. Daha sonra isə Kənan və Nadir qaçaraq çıxıb getmişlər. Ətrafda isə tanımadığı şəxslər olmuşdur. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilmiş və onlar barışdığından ona qarşı heç bir şikayət və tələb yoxdur. Törətdiyi əməldən peşman olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə işdə olan zaman dayısı oğlu Ramal ona zəng vuraraq parkda oturduğunu və tanımadığı 5-6 nəfər şəxsin onu narahat etdiyini dedikdə, o ona telefonu həmin şəxslərdən birinə verməsini bildirmişdir. Bu zaman o telefonda özünü təqdim etməyən şəxslə danışdıqda nə məsələ olduğunu maraqlanmış və telefonda danışdığı şəxs ona dayısı oğlu Ramalın onları söydüyünü deyərək onunla görüşmək istədiyini bildirmişdir. O da onun bu təklifi ilə razılaşmışdır. Həmin gün işdən icazə alıb 85 saylı sərnişin avtobusunun duracağında Rəhim, Ramal, adını sonradan bildiyi Rolan adlı şəxslə görüşmüş və o, Rəhimdən getməsini istədikdə sonuncu həmin yerdən getmişdir. Görüş zamanı məsələyə aydınlıq gətirmək məqsədilə o, Rolandan nə səbəbə Ramala sataşdıqlarını soruşanda Rolan ona “mənlik bir şey yoxdur, əsas Kənan və Nadirin Ramalı söydüyünü”, eləcə də aralarında barışıq olmasını bildirmişdir. Növbəti gün yəni 21 iyul 2022-ci il tarixdə günorta saatlarında Qaraxan, Ədalət, Ramal ilə birlikdə evdə olan zaman Ramal öz aralarında söhbət edərkən Ramal ona dünənki məsələ zamanı parkda Kənan, Nadir və Rolanın onu pis sözlərlə təhqir etdiyini dedikdə Ədalət və Qaraxan Ramala deyilən sözlərin pis mənada olduğunu, sabahısı gün Ramalın adına ləkə gətirə biləcəyini bildirmişlər. O isə onlara ehtiyac olmadığını və məsələni həll edəcəyini bildirsə də, Qaraxan və Ədalət ondan əl çəkməyərək birlikdə məsələyə aydınlıq gətirməli olmuşlar. Həmin gün o, Qaraxan, Ədalət və Ramal ilə birlikdə “Zeytun bağı” adlanan yerə getmişlər. Onlar parkda olan zaman Rolan və adını sonradan bildiyi Yusif adlı şəxs gəlmiş, həmin vaxt Ədalət və Qaraxan Rolan və Yusiflə öz aralarında söhbət etmişlər. O isə öz növbəsində Kənan və Nadir adlı şəxslərin gəlməsini gözləmişdir. Az bir vaxt keçdikdən sonra Kənan və Nadir də onlar olan parka gəlmiş və onlar Rolan və Yusifi yola salmışlar. Həmin vaxt Qaraxan Kənanla birlikdə kənara çəkilmiş, Nadirlə isə o və Ədalət öz arasında söhbət edən zaman Nadir Ramalı söymədiyini bildirdikdə Qaraxan Kənanın sifətinə yumruq zərbəsi endirmiş və sonuncu yerə yıxılmışdır. Bu zaman Kənan “hara vurursan” dedikdə Nadir ona əl atıb Kənan tərəfə qaçmış, o, Nadirin çiynindən tutarkən Nadir geriyə tərəf çevrilərək ona yumruq atmaq istədikdə Ədalət dirsəyi ilə Nadirin çənəsindən vurmuşdur. O da Nadirin sinə və kürəyindən yumruq vurduqda yerə yıxılmışdır. Daha sonra isə Kənan və Nadir qaçaraq çıxıb getmişlər. Həmin gün ona məlum olmuşdur ki, Kənan və Nadir baş vermiş hadisə ilə bağlı polisə şikayət etmişlər. Kənan, Nadir, Rolan, Yusif və digər şəxsləri hadisədən sonra tanımışdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilmiş və onlar barışdığından ona qarşı heç bir şikayət və tələb yoxdur. Törətdiyi əməldən peşman olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, eləcə də Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, halhazırda 157 saylı tam orta məktəbin 9-cu sinifində oxuyur. 20 iyul 2022-ci il tarixdə 21 radələrində yaşadığı evin yaxınlığında yerləşən tanışları Rəsul, Murad, Ağa, Rolan, Yusif, qardaşı Nadir ilə birlikdə gəzən parkda əyləşib öz aralarında söhbət edərkən onların yanındakı skamyada əyləşmiş təxminən 10-15 nəfər azyaşlı uşaqlar səs-küy edərək söyüş söymüşlər. Bu zaman yaranmış vəziyyət onları ciddi şəkildə narahat etməyə başlamışdır. Belə ki, tanışı Rolan və Yusif onlara yaxınlaşaraq tanımadıqları həmin şəxslərin söyüş söyməməsi ilə bağlı iradlarını bildirmişlər. Daha sonra o, qardaşı Nadirlə birlikdə tanışlarından ayrılıb yaşadığı evə getmişlər. Növbəti gün yəni 21 iyul 2022-ci il tarixdə günorta saat 14 radələrində evdə olarkən Rolan istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə, həmin zəngə cavab verən zaman Rolan ona dünənki məsələ ilə bağlı onu və qardaşını “Zeytun bağı” ərazisinə çağırmışdır. O həmin vaxt qardaşı Nadirlə birlikdə yaşadığı evdən çıxıb deyilən ünvana yollanmışdır. Qeyd olunan tarixdə “Zeytun bağı” adlı yerdə olan zaman 3 nəfər tanımadığı, sonradan adlarının Qaraxan, Məhi, Ədalət və onların yanında olan adını sonradan bildiyi Ramal adlı şəxs və tanışlarından Yusif və Rolanın da onlardan əvvəl parkda olduğunu görmüşdür. Tanışları Yusif və Rolanla görüşdükdən sonra onlar çıxıb getmişlər. Daha sonra isə Qaraxan, Məhi, Ədalət onlara yaxınlaşıb “Kənan kimdir” deyə sualını onlara verdikdə o, özünü təqdim etmiş, Qaraxan onunla birlikdə bir qədər aralıya çəkilib kənarda öz aralarında söhbət etməyə başlamışlar. Həmin vaxt qardaşı Nadir, Məhi və Ədalət adlı şəxslərlə öz aralarında xx.xx.2022-ci il tarixdə parkda baş vermiş hadisə ilə bağlı söhbət etməyə başlamışlar. Bu zaman Qaraxan adlı şəxs onun çiyninə əlini qoyarkən gözləmədiyi anda sifətinə bir dəfə yumruq zərbəsi endirib geri itələyən zaman o yerə yıxılmış və Qaraxan onun bədəninə təpik zərbəsi endirmişdir. Bu zaman qardaşı Nadir onun vurulduğunu görüb ona tərəf qaçmış, lakin Məhi adlı şəxs onun qarın nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmiş və qardaşı Nadir özünü müdafiə etmək məqsədilə Ədalət adlı şəxsin sifətinə yumruq zərbəsi endirmişdir. Məhi adlı şəxs onun sinəsinə, Ədalət isə sifətinə yumruq zərbəsi endirdikdə qardaşı Nadir almış olduğu zərbənin təsirindən yerə yıxılmış, Məhi adlı şəxs isə onun belinə təpik zərbəsi endirmişdir. Həmin vaxt o, qardaşı Nadirə “qaçaq” dedikdə o da onunla birlikdə qaçmağa başlamışdır. Daha sonra bu barədə polisə şikayət etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, ona vurulmuş ziyan tamamilə ödənildiyindən heç bir şikayət və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 157 saylı tam orta məktəbin 11-ci sinifində oxuyur. 20 iyul 2022-ci il tarixdə 21 radələrində yaşadığı evin yaxınlığında yerləşən tanışları Rəsul, Murad, Ağa, Rolan, Yusif, qardaşı Kənan ilə birlikdə gəzən parkda əyləşib öz aralarında söhbət etmişlər. Bu zaman onların yanındakı skamyada əyləşmiş təxminən 10-15 nəfər azyaşlı uşaqlar səs-küy edərək söyüş söymüşlər. Bu zaman yaranmış vəziyyət onları ciddi şəkildə narahat etməyə başlamışdır. Belə ki, tanışı Rolan və Yusif onlara yaxınlaşaraq həmin tanımadıqları şəxslərin söyüş söyməməsi ilə bağlı iradlarını bildirmişdir. Daha sonra o, qardaşı Kənanla birlikdə tanışlarından ayrılıb yaşadığı evə getmişlər. Növbəti gün yəni 21 iyul 2022-ci il tarixdə günorta saat 14 radələrində evdə olan zaman tanımadığı şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng özünü ona “Ədiş” kimi təqdim edərək onu və qardaşını “Zeytun bağı” ərazisinə çağırmışdır. O həmin vaxt qardaşı Kənanla birlikdə yaşadığı evdən çıxıb deyilən ünvana yollanmışdır. Qeyd olunan tarixdə “Zeytun bağı” adlı yerdə olan zaman 3 nəfər tanımadığı, hansıki sonradan adlarının Qaraxan, Məhi, Ədalət və onların yanında olan adını sonradan bildiyi Ramal adlı şəxs və tanışlarından Yusif və Rolanın da onlardan əvvəl parkda olduğunu görmüşdür. Bir qədər vaxt keçdikdən sonra tanışları Yusif və Rolanla görüşdükdən sonra onlar çıxıb getmişlər. Daha sonra isə Qaraxan, Məhi, Ədalət onlara yaxınlaşıb “Kənan kimdir” deyə sualını onlara verdikdə qardaşı Kənan özünü təqdim etmişdir. Sonra Qaraxan qardaşı Kənanla birlikdə onlardan bir qədər aralıya çəkilib kənarda öz aralarında söhbət etməyə başlamışlar. Həmin vaxtı o Məhi və Ədalət adlı şəxslərlə öz arasında xx.xx.2022-ci il tarixdə parkda baş vermiş hadisə ilə bağlı söhbət etməyə başlamışdır. Bu zaman Məhi adlı şəxs özünün Ramal adlı şəxsin bibisioğlu olduğunu və nə baş verdiyini ondan soruşduqda o ona Ramal adlı şəxsin söyüş söydüyünü və aralarında narazılığını bildirmişdir. Daha sonra Qaraxan adlı şəxsin qardaşı Kənana gözləmədiyi anda sifətinə yumruq zərbəsi endirərək onu yerə yıxdığını və qardaşının bədəninə təpik zərbəsi endirdiyini görmüşdür. O həmin tərəfə qaçmaq istəyən zaman Məhi adlı şəxs qarın nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmiş, o da özünü müdafiə etmək məqsədilə Ədalət adlı şəxsin sifətinə yumruq zərbəsi endirdikdə, Məhi adlı şəxs sinəsinə, Ədalət isə sifətinə yumruq zərbəsi endirmiş və o, almış olduğu zərbənin təsirindən yerə yıxılan zaman Məhi adlı şəxs belinə təpik zərbəsi endirmişdir. Həmin vaxt qardaşı Kənan ona “qaçaq” dedikdə o da onunla birlikdə qaçmağa başlamışdır. Daha sonra bu barədə polisə şikayət etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, ona vurulmuş ziyan tamamilə ödənildiyindən heç bir şikayət və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, 157 sayılı tam orta məktəbin 7-ci sinifində oxuyur. 20 iyul 2022-ci il tarixdə 21 radələrində yaşadığı evin yaxınlığında yerləşən parkda tanışı Rəhimlə skamyada əyləşib öz aralarında söhbət edərkən onların yanındakı skamyada əyləşmiş adının sonradan bildiyim Kənan və yanında tanımadığı bir nəfər şəxslə birlikdə onlara yaxınlaşaraq ona “bunun vidinə bax” deyib söyməyə başlamışdır. O həmin şəxsə “buradan gedin , başınıza problem acmayın” deyərək ona narahat etməməsini bildirdikdə Rolan və yanındakı tanımadığışəxslər ona yaxınlaşmışdır. Rolan ona ayağını aşağı salmasını dedikdə o buna etiraz etmiş, bu zaman Rolan ayağına təbik atdıqda, o “ nə edirsən” sözünü deyərək onu söymüşdür. O ona mobil telefonu uzadaraq “böyüyün gəlsin” dedikdə, ona “zəng etmirəm” deyib uzaqlaşmaqlarını bildirmişdir. Daha sonra adının sonradan bildiyi Nadir adlışəxs onun yanında əyləşib “ayağın ayağıma dəysə sənin başına oyun açacam” sözünü demişdir. O da yaranmış vəsiyyətdən bezərək bibisioğlu Məhiyə zəng edərək ona məsələni izah etmiş, Rolan telefonda Mehi ilə danışdıqdan sonra Mehi onu gözləməyi demişdir. Daha sonra o, Rəhim, Rolan və Mehi ilə birlikdə 85 sayılı sərnişin avtobusunun duracağında görüşmüşlər, görüş zamanı məsələyə aydınlıq gətirmək məqsədilə Mehi Rolandan nə səbəbə Ramala sataşdıqlarını soruşanda Rolan Mehiyə onu “Ramalın söydüyünü” bildirmiş və söhbət zamanı aralarında barışıq olmuş və sağollaşmışlar. Növbəti gün yəni 21 iyul 2022-ci il tarixdə 14 radələrində evdə olan zaman mən Mehiyə dünənki məsələ zamanı parka Kənan, Nadir və Rolanın ona pis sözlərlə təhqir etdiyini dedikdə bu zaman Mehinin yanında olan Qaraxan vəƏdalət ilə birlikdə məsələyə aydınlıq gətirmək məqsədilə “Zeytun bağı” adlanan yerə getmişlər. Həmin gün onlar birlikdə qeyd olunan parkda olan zaman Rolan və Yusif gəlib çıxmışlar. Həmin vaxtıƏdalət Rolana nə səbəbə Ramalı söydüyünü soruşduqda Rolan üzr istəmiş və onlar çıxıb getmişlər. Az bir vaxt keçdikdən sonra Kənan və Nadir gəlib çıxmışlar. Belə ki, Qaraxan Kənanla birlikdə kənara çəkilmişlər, Nadirlə isə Mehi vəƏdalət öz aralarında söhbət edən zaman onlar onu söymədiklərini bildirdikdə Qaraxan Kənanın sifətinə yumruq zərbəsi endirdikdə o yerə yıxılmış, bu zaman Kənan Nadiri çağıran zaman Nadir Mehiyəəl atan zaman Mehi vəƏdalət onu yerə yıxıb vurmağa başlamışlar. Daha sonra isə Kənan və Nadir qaçaraq çıxıb getmişlər. Həmin gün ona məlum olmuşdur ki, Kənan və Nadir baş vermiş hadisə ilə bağlı polis qurumuna şikayət etmişdir. Mübahisə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, “Zeytun bağı” adlanan yerdə baş vermişdir, mübahisənin baş vermə səbəbi Kənan, Nadir və Rolanın xx.xx.2022- tarixdə parkda olan zaman söyməsi olmuş, mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təxminən 1 ildir ki, tanımışdır. 20 iyul 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında tanışları Kənan, Nadir, Yusif və bir neçəşəxslə birlikdə skamyada öz aralarındada söhbət edərkən, həmin vaxt digər skamyada əyləşmiş bir neçəşəxslər səsküy edərək söyüş söymüşlər. Onlar birlikdə həmin şəxslərə yaxınlaşan zaman həmin şəxslərdən birinin Ramalın olduğunu görmüşlər. Həmin vaxtı tam xatırlamır onlardan bir nəfər şəxs kimsə Ramala yaxınlaşıb söyüş söyməmələri barədə irad bildirməsinə baxmayaraq Ramalın “gedin burdan başınıza qana bulamayın” dediyini eşitdikdə o həmin deyilən sözün nə mənada deyilməsinə aydınlıq gətirmək məqsədilə Ramala yaxınlaşdıqda Ramal adını sonradan bildiyi Məhi adlışəxsə zəng vurmuş və o Məhi ilə telefonda danışan zaman onu gözləməsini bildirmiş və həmin gün Məhi ilə 85 saylı sərnişin avtobusunun duracağında görüşmüş və görüş zamanı məsələyə aydınlıq gətirmək məqsədilə Məhi ondan nə səbəbə Ramala sataşdıqlarını soruşanda o Məhiyə Ramalın onu söydüyünü bildirmişdir. Bir qədər söhbət etdikdən sonra aralarında barışıq oldu və sağollaşmışlar. Növbəti gün yəni 21 iyul 2022-ci il tarixdə 14 radələrində Ramal mənə zəng vurmuş dünənki səsələr barədə görüşmək istədiyini bildirmiş və o Yusiflə birlikdə “Zeytun bağı” adlanan yerə getmişlər. Parkda olan zaman adlarını sonradan bildiyi Qaraxan, Məhi vəƏdalət adlışəxslərin Ramal ilə birlikdə onları gözlədiyini görmüş və onlar ilə görüşmüşlər. Belə ki, Məhi ondan Ramalı kimin söydüyünü soruşduqda o baş vermiş hadisə ilə bağlı ondan üzrxahlıq edərək yanlış anlaşılmazlıq olduğunu bildirmiş, Məhi həmin hadisədə başqa kimlərin olduğunu Ramaldan soruşduqda o, Kənan və Nadirin də orada olduğunu dedikdə onlar sağollaşıb oradan çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə mübahisədə iştirak edən Qaraxan, Məhi, Ədalət və Ramal adlışəxsləri əvvəllər tanımamış, onları hadisədən sonra qiyabi olaraq tanımışdır. Mübahisə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Binəqədi rayonu, 9-cu mkr, “Zeytun bağı” adlanan yerdə baş vermiş, mübahisənin baş vermə səbəbi Ramal adlışəxsin xx.xx.2022-tarixdə parkda olan zaman söyməsi olmuşr, lakin həmin mübahisədə o və Yusif sonacan olmamışlar, çünki həmin şəxslər onlarla işləri olmadığını bildirmişlər, o kiməsə xəsarət yetirməmiş, nədə kimsə ona xəsarət yetirməmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Məmmədova elnurə Rafiq qızının iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. 20 iyul 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında tanışları Kənan, Nadir, Rolan və bir neçəşəxslə birlikdə skamyada öz aralarında söhbət edərkən həmin vaxtı digər skamyada əyləşmiş bir neçəşəxslər səs-küy edərək söyüş söymüşlər. Onlar birlikdə həmin şəxslərə yaxınlaşan zaman həmin şəxslərdən birinin Ramalın olduğunu görmüşdür. Ramala həmin zaman söyüş söyməmələri barədə iradlarını bildirdikdə Ramal və Kənanın sözlü mübahisə yaranmışdır. Daha sonra Ramal dayısıoğlu Məhiyə zəng vuran zaman o artıq gec olduğundan yaşadığı evinə getmişdir. Növbəti gün yəni 21 iyul 2022-ci il tarixdə Rolan günorta saat 13 radələrində evdə olan zaman ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxtı Rolana zəng gəlmiş, lakin zəng edənin kim olduğunu bilməmişdir. Rolan telefon danışığını bitirdikdən sonra o, ona Ramalın zəng vurduğunu və birlikdə “Zeytunluq” adlanan parka getmişlər. Parkda olan zaman adlarını sonradan bildiyi Qaraxan, Məhi vəƏdalət adlışəxslərin Ramal ilə birlikdə onları gözlədiyini görmüşlər və onlar ilə görüşmüşlər. Belə ki, X9 kimin söydüyünü soruşduqda Rolan üzrxahlıq edərək səmimi etiraf etmiş, Məhi həmin hadisədə başqa kimlərim olduğunu Ramaldan soruşduqda o, Kənan və Nadirin də orada olduğunu dedikdə onlar sağollaşıb oradan çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, 21 iyul 2022-ci il tarixdə günorta saat 14 radələrində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Zeytunluq Bağı” adlanan ictimai yer hesab olunan ərazidə baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1535 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – boyunun orta 1/3-nin sol yan səthinin sıyrığı, döş qəfəsinin arxa səthinin sol yarasında kürəkaltı nahiyənin qançırları və sol əl pəncənin ovuc səthində İİ və İİİ daraqsümüklərinin proksimal ucları proyeksiyasının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1536 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- burun sümüklərinin cərrahi repozisiya əməliyyatı aparmış (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) qapalı, yerdəyişmiş sınığı, burunun şişkinliyi, burun tənəffüsünün pozulması və sol yan çəpərinin qançırı ilə müşayidə olunan küt travması, döş qəfəsinin arxa səthinin sağ yarısında kürək xətti ilə arxa qoltuqaltı xətt arasında Vİİİ-X qabırğalararası sahəsinin, bel nahiyəsinin mərkəzində İ-İİ bel fəqərələri proyeksiyasının və sağ saidin aşağı 1/3-nin arxa səthini iç yarısının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə vəşəiraitində, yəni 21 iyul 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrəəl ilə və yumruq vurma nəticəsindəəmələ gələ bilərdilər və dərəcəsinə görəümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az AĞİR zərərvurmaya aiddirlər. İfadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. İfadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona xx.xx.2022-ci il tarixdə həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona xx.xx.2022-ci il tarixdə həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilərək tutulduğu təqdirdə saxlanılması üçün Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilərək tutulduğu təqdirdə saxlanılması üçün Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 17 noyabr 2022-ci il tarixdə tutularaq saxlanma yerinə təhvil verilmişdir. İfadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Üzləşdirmədə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Üzləşdirmədə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs barəsidə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və sonuncu saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 22 noyabr 2022-ci il tarixdə tutularaq saxlanma yerinə təhvil verilmişdir. İfadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Üzləşdirmədə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Üzləşdirmədə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs barəsidə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və sonuncu saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-350/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs1 05 sentyabr 2023-cü il tarixdə tutularaq saxlanılma yerinə təhvil verilmişdir. İş üzrə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə3 tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə edilmiş, onlara vurulmuş ziyan tamamilə ödənilmiş və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət, tələb yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələri, eləcə də Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini yetkilik yaşına çatmayan dövrdə törətmişlər. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən 28 iyul 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsələyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmayan dördə törətməsini CM-in 59.1.2-ci maddəsinə əsasən, onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, eləcə də törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, bundan başqa onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 435.4-cü maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə tötərməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətlərinin olmaması hallarını, eləcə də təyin olunanacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 17 noyabr 2022-ci il tarixdə tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-350/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmaqla seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və həmin qərar əsasında sonuncu 05 sentyabr 2023-cü il tarixdə tutularaq, saxlanılma yerinə təhvil verilmiş və həmin vaxtdan hazırkı vaxtadək, yəni 2 (iki) ay 1 (bir) gün müddətə həbsdə olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırda baxılan cinayət işi üzrə ümumilikdə 2 (iki) ay 1 (bir) gün müddətində tutulmuş və həbsdə olmuşdur. CPM 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə olduğu ümumilikdə 2 (iki) ay 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan dördə törətməsini CM-in 59.1.2-ci maddəsinə əsasən, onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, eləcə də törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, bundan başqa onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. CPM-in 435.4-cü maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə tötərməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətlərinin olmaması hallarını, eləcə də təyin olunanacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Tərtər rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 22 noyabr 2022-ci il tarixdə tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırda baxılan cinayət işi üzrə ibtidai istintaq zamanı 2 (iki) gün müddətində tutulmuşdur. CPM 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə olduğu ümumilikdə 2 (iki) ay 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Tərtər rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilnmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Fərid Əmirəliyev