Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-352/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşımaqla özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, dörd ədəd “ağ” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,036 qram, 0,060 qram və 0,050 qram, ümumi təmiz çəkisi 0,195 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla özündə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 13:00-da ünvan 2 ünvanının qarşısında Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 6-cı Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qeyd olunan çəkidə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında narkotik vasitə lazım olduğu üçün “Papanin” adlanan yerə getmiş, orada adını bilmədiyi, üzdən tanıdığı şəxsdən hər biri 10 manata olmaqla 04 büküm narkotik vasitəyə cəmi 40 manat pul verib narkotik vasitə heroin alaraq evə qayıtmışdır. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşən evinin qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin işçiləri kimi təqdim etmiş və onu Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. 6-cı Polis Bölməsinin inzibati binasında xidməti otaqlardan birində olarkən şübhəli şəxs qismində hüquq müdafiəçisi kimi təqdim olunmuş vəkillərin siyahısından seçdiyi Müdafiəçi iştirakı ilə ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində göstərilmiş hüquq və vəzifələri bildirilmişdir. Bu barədə ona müvafiq bildiriş verildikdən, müvafiq sənədləri alması və onlarla tanış olması barədə protokolu imzaladıqdan sonra onun üzərinə saat 14:15-də video kamera vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsində Müdafiəçi iştirak etməkdən imtina etmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış əşyaların olub-olmaması barədə soruşulmuş və əgər varsa, həmin əşyanı könüllü təqdim etməsi bildirilmişdir. O, könüllü olaraq “Papanin”də tanımadığı şəxsdən əldə etdiyi əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd ayrı-ayrı bükümdə ağ rəngli kağıza bükülmüş halda narkotik vasitəni təqdim etmişdir. Sonra şəxsi axtarış davam etdirilmiş, ancaq üzərindən hər-hansı qadağan edilmiş əşya aşkar olunmamışdır. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb könüllü təqdim etdiyi narkotik vasitənin heroin olduğunu əvvəldən bilmişdir. O, əməlindən peşiman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələri gəzdirməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və alınmış məlumat barədə rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.xx.xx.2020-ci il tarixdə saat 12-13 radələrində məlumat əsasında əməliyyat qrupunun üzvü olan Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olan zaman onun zahiri əlamətlərinə oxşar, orta bədən quruluşlu, üzü tüklü, saçının və üzünün tükü nisbətən ağarmış, əynində göy rəngli cins şalvar, göy köynək və göy qolsuz gödəkcə olan bir nəfər şəxsin olduğunu görərək ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra onun xx.xx.1972-ci ildə ünvan 2 ünvanında yaşayan qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Həmidov X3 RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə tanış olub, onu qəbul etdiyini bildirdikdən sonra bölmənin inzibati binasının otaqlarından birində xx.xx.2020-ci il tarixdə video-çəkiliş ilə üzərində olan narkotik vasitəni təhvil verilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirərək əynindəki gödəkcənin sol cibindən dəqiq xatırlamadığı şəxsiyyətini təsdiq edən müxtəlif sənədləri, telefonları və bir neçə manat pulu, əynindəki göy rəngli şalvarın sağ yan cibindən isə ağ rəngli kağıza bükülmüş 04 ədəd bükülünü təqdim etmişdir. Ondan bükülünün içində nə olduğu soruşulduqda narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, ardınca Təqsirləndirilən şəxs üzərinə özünün razılığı ilə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan əldə etdiyini və hansı məqsədlə saxladığını soruşduqda sonuncu həmin narkotik vasitə olan heroini bir gün əvvəl Nəsimi rayonu, “Papanin” adlanan yerdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Binəqədi RPİ-nin 6-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/637 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş” yazısı olan zərfdəki 4 (dörd) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,195 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Tədqiqata sərf edildi - 0,04 qr., qalıq - 0,155 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki,6/637 nömrəli, xx.xx.2020-ci il tarixli ekspertiza rəyi üzrə aparılmış tədqiqatın dəyəri 114,00 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-400/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Nazim İmanovun təqdimatı təmin edilərək Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2020-ci il tarixdən saat 14:00-dan hesablanması və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 1689 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,195 qram heroin, bir ədəd “Nokia” markalı telefon, bir ədəd “Alcatel” markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinin video görüntüsü olan 01 ədəd diskin maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq qalan 0,155 qram heroin və telefonlar saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinin video görüntüsü olan bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəlb olunmuş, xx.xx.2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə narkomaniyadan məcburi müalicə olunmaqla azadlıqdan məhrum etmə cəzasına cəlb olunmuş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 3.bəndinə əsasən cəzanın qalan hissəsindən azad olunmuşdur. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-204/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmdən görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, DVD markalı diskə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlayaraq daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,155 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi tanınan və cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarışının və maddi sübutun götürülməsi zamanı aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçinın vəkil işlədiyi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis kapitanı İsmət Musayevin xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-352/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinəümumilikdə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçinın vəkil işlədiyi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul “Kapitalbank” X5 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası 66.2 və 66.5-ci maddələrinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq üzərində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,155 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Nokia” markalı mobil telefon, bir ədəd “Alcatel” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarışının və maddi sübutun götürülməsi zamanı aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD markalı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul “Kapitalbank” X5 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-352/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-352/2020
04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver