Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-353/2021 24.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 18.08.2008-ci il tarixli, 1(007)-165/2008 saylı qərarı ilə CM-nin 178.2.2, 177.2.3, 177.2.2, 66.3-cü maddələri ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Yardımlı rayonu, Solqrad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Ağayarovun 14 may 2021-ci il tarixli qərarına əsasən barəsində axtarış elan edilmiş, 05.06.2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan Elçin adlı şəxsdən 10 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0, 472 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla saxlamış, həmin tarixdə saat 17.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən Favorit marketin yaxınlığındakı “Safa Store” mağazasının yanında saxlanılıb ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ 7-ci PB-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0,472 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur.Təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. 29 mart 2021-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən «Safa Store»-nin yaxınlığında yol ilə gedən zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 7-ci PB-yə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağızda olan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Ondan şalvarının ciblərini açması tələb olunduqda, o, şalvarının ciblərini açmış və şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir.Ayağında olan qara rəngli ayaqqabısının çıxarılaraq içərisinə də baxılmış və ayaqqabının içərisindən hər hansı bir əşya aşkar olunmamışdır.Sonra onun iştirakı ilə həmin bükülü açılmış və o, bildirmişdir ki, həmin bükülünün içərisində olan ağ rəngli kristal halındakı maddə psixotrop maddə hesab edilən “şüşə”-dir, həmin psixotrop maddəni 29.03.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Riyad” ticarət mərkəzinin yaxınlığında şəxsi istifadəsi üçün 10 manata Elçin adlı şəxsdən almışdır. Təxminən bir ildir ki, psixotrop maddə qəbul edir, Elçin adlı şəxsdən ilk dəfədir ki, psixotrop maddə almış, Elçinin hər hansı anket məlumatlarını bilməmişdir.Ona həmin şəxs özünü Elçin kimi təqdim etmiş, hal-hazırda görsə də tanımayacağını bildirmişdir.Əldə etdiyi həmin psixotrop maddədən istifadə etməyə macal tapmamış, polislər onu saxlamışlar.Üzərindən aşkar edilmiş psixotrop maddəni də gəzdirməkdə məqsədi özünün istifadə etmək istəməsi olmuşdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 3 (üç) azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, Binəqədi RPİ 7-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləmişdir.Əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Fərhad oğlunun zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmiş, cinayət başında yaxalanması üçün PB-nin rəisinə məruzə olunmuşdur.Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Şahid1 tərəfindən qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur.İş yoldaşı Şahid1la birlikdə 29 mart 2021ci il tarixdə təxminən saat 17:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən «Favorit» marketin yaxınlığında olduğunu müşahidə etmişlər.Həmin şəxsə yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini və birlikdə polis bölməsinə getməyinin vacibliyini bildirmişlər.Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs saxlanılmasının səbəbini anladığını bildirmiş və onlarla birlikdə Binəqədi RPİ 7-ci PB-nə getməyin lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsnə getmişdir. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Polis bölməsinin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini açmaq tələb olunduqda, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd gümüşü rəngli kağız bükülünü açmaq təklif olunduqda həmin şəxs bir ədəd gümüşü rəngli kağız bükülünü açaraq içərisində olan ağ rəngli kristall halında olan maddəni göstərərək həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 29 mart 2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, “Riyad” ticarət mərkəzinin yaxınlığında Elçin adlı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını, lakin hələ istifadə etməyə macal tapmadığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi şəxsin anket məlumatları barədə bildirmişdir ki, psixotrop maddəni aldığı şəxsin adı Elçindir, Elçin adlı şəxsdən ilk dəfə idi ki, psixotrop maddə almış, onu tanımır, anket məlumatlarını da bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaqa verdiyi ifadəyə əsasən məlum olur ki, o, digər Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 30 mart 2021-ci il tarixli 6/1240 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №176” dairəvi möhür əksi olan adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,472 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə Metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,472 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,422 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2021-ci il tarixli 1998 nömrəli rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Nizami Rayon Məhkəməsinin 18.08.2008-ci il tarixli, 1(007)-165/2008 saylı qərarı ilə CM-nin 178.2.2, 177.2.3, 177.2.2, 66.3-cü maddələri ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin 29 mart 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixə kimi tutulmuşdur.Bundan sonra, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 4(001)-297/2021 saylı, 31.03.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-554/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti 05 iyun 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 3 (üç) azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 və 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər bir dəfə məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza rəyinə əsasən, o, nakomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – Binəqədi RPİ-də saxlanılan 0,422 qram metamfetamin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, 05 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan metamfetaminin 0, 422 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik a Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-353/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-353/2021
24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver