Məhkəmə qərarları › İş №1(001)-354/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-354/2021

03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-354/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, M.Ə.Əfəndiyev adına 2 saylı X6 şəxsdə həkim-cərrah vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 43, mənzil 308 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasının daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozmuş, yəni insanlar arasında sosial məsafəni gözləmək barədə tələblərə, o cümlədən təcrid olunma qaydalarına riayət etməyib barəsində ev şəraitində müalicə təyin edilərək 16.12.2020-ci il tarixdən 29.12.2020-ci il tarixədək (yəni 14 gün) yaşayış yerini tərk etməsinin qadağan olunması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, 18.12.2020-ci il tarixdə, saat 20:42-də yaşadığı ünvan 2 ünvanda yerləşən 308 nömrəli mənzili tərk etməklə ünvan 3 ünvanda yerləşən 3 nömrəli mənzilə gedib həmin gün saat 23:52-də yenidən yaşadığı ünvana qayıtmış, bununla da epidemiya əleyhinə və karantin rejimləri qaydalarını pozararaq yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, faktiki olaraq ünvan 1-də qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi ev 43, mənzil 308-də ailəsi ilə birlikdə yaşayır. 2014-cü ildə X1 ilə nikaha daxil olmuş, birgə nikahlarından 2015-ci il təvəllüdlü X7 və 2019-cu il təvəllüdlü X4 adında övladları var. Əfəndiyev adına 2 saylı X6 şəxsdə həkimcərrah vəzifəsində işləyir. 15 dekabr 2020-ci il tarixdə Əfəndiyev adına 2 saylı X6 şəxsdə yeni növ koronavirus infeksiyası ilə əlaqədar test nümunəsi vermişdir. O, test verdiyi günün axşamı bədən hərarəti yüksəlmişdir. 16 dekabr 2020-ci il tarixdə, saat 17:34-də yeni növ koronavirus infeksiyası ilə əlaqədar verdiyi testin nəticəsinin pozitiv olması barədə ona its.gov.az elektron saytı vasitəsilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesaj gəlmişdir. Həmçinin həmin mesajda onun və ailə üzvlərinin yaşadığı ünvanı tərk etməməyi ilə bağlı xəbərdarlıq olunmuş, əks halda karantin rejimi qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı göstərilmişdir. Onun yeni növ koronavirus infeksiyasına yoluxmağı barədə xəbərdarlıq mesajı gəldikdən sonra dərhal yaşadığı evə getmiş və özünü təcrid edərək müalicəyə başlamışdır. Həmin ərəfədə ünvan 1-də yaşayan valideynləri də yeni növ koronavirus infeksiyasına yoluxduğu üçün həkim olduğundan onlara tibbi yardım göstərilməli olmuşdur. Bu məqsədlə o, 18.12.2020-ci il tarixdə evdən çıxmamışdan əvvəl E-TƏBİB tətbiqindən evdən çıxmaq məqsədilə icazə üçün müraciət etmiş və icazəyə müsbət cavab verildiyi üçün evi tərk etmişdir. Belə ki, o, son zərurət olduğu üçün 18 dekabr 2020-ci il tarixdə, axşam saat 20:40-da yaşadığı ünvan 4 ünvanını özünə məxus olan “Toyota Camry” markalı **-ZG-*** qeydiyyat nişanlı avtomobili ilə tərk etmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 1 ünvanında yerləşən valideynlərinin yaşadığı 3 saylı mənzilə gəlmişdir. Orada ata və anasına venadaxili infuziya yolu ilə dərman preparatlarını vurub həmin gün gecə saat 23:40-da yenidən yaşadığı evə qayıtmış və heç kimlə kontaktda olmamışdır. O, 19 dekabr 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi ev 43, 308 saylı mənzilə Nərimanov RPİ-nin əməkdaşları gəlmişlər və ondan yaşadığı evi tərk edib-etməməyi barədə soruşmuşlar. O, polis əməkdaşlarını 18.12.2020-ci il tarixdə yaşadığı evi tərk etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona bir daha evdən çıxmamağı barədə xəbərdarlıq edərək çıxıb getmişlər. Həmin gündən sonra o, özünütəcrid müddəti ərzindən bir daha yaşadığı evi tərk etməmişdir. Ona görə də, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs faktiki olaraq ünvan 1-də qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 43, mənzil 308-də ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, Əfəndiyev adına 2 saylı X6 şəxsdə həkim-cərrah vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə Əfəndiyev adına 2 saylı X6 şəxsdə yeni növ koronavirus infeksiyası ilə əlaqədar test nümunəsi vermişdir. 16 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yeni növ koronavirus infeksiyası ilə əlaqədar verdiyi testin nəticəsinin pozitiv olması barədə ona mesaj gəlmişdir. Həmin ərəfədə o, və əri Üzeir Osmanovda yeni növ koronavirus infeksiyasma yoluxduqları üçün Təqsirləndirilən şəxs həkim olduğundan onlara tibbi yardım göstərməli olmuşdur. Belə ki, həmin vaxt evdə yemək olmamış, tibbi yardım üçün təcili yardım stansiyasına zəng vursalar da, cavab verən olmamış, həmçinin vəziyyətləri ağır olmuşdur. Bu məqsədlə, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə, axşam saat 20:40-da yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi ev 43, 308 saylı mənzili tərk edərək özünə məxus olan “Toyota Camry” markalı, **-ZG-*** qeydiyyat nişanlı avtomobil ilə onların yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 1 ünvanda yerləşən 3 saylı mənzilə gəlmişdir. Təqsirləndirilən şəxs ərinə və ona venadaxili infuziya yolu ilə dərman preparatlarını vurub həmin gün, gecə saat 23:40-da yenidən yaşadığı evə qayıtmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış şahid Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v.1) İcbari Tibbi Sığorta üzrə X8 ərazi Bölmələrini İdarəetmə birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli şəhər poliklinikasının 13 yanvar 2021-ci il tarixli, 13 saylı məktubundan görünür ki, ünvan 6 ünvanda qeydiyyatda olan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs haqqında, COVİD-19 infeksiyasının test nəticəsi pozitiv olduğunu 17.12.2020-ci il tarixdə Nərimanov rayonu GEİ tərəfindən poliklinikaya məlumat daxil olmuşdur. Həmin tarixdən sahə həkimi ev şəraitində nəzarət və müalicəsi başlanmışdır. 17.12.2020-ci il tarixdən-30.12.2020-ci il tarixədək xəstəlik vərəqəsində olmuşdur, 31.12.2020-ci il tarixdən işə yazılmışdır. Təqsirləndirilən şəxs 16.12.2020-ci il tarixində COVİD-19 xəstələrin analiz.its.gov.az nəzarət portalına daxil olunmuş və 14 gün, karantin müddəti bitdiyi üçün 29.12.2020-ci il tarixdə portaldan çıxarılmışdır. (i.v.25) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə Xidmətindən 29.01.2021-ci il tarixli 003-1239-1221 nömrəli məktubla daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış üzərində Az ** ZG *** dövlət qeydiyyat nişanı gəzdirən avtomobilin 15.12.2020-ci il tarixdən 29.12.2020-ci il tarixədək olan hərəkəti barədə məlumatların əks olduğu diskə baxış keçirilməsi haqqında 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, “Toyota Camry” markalı, **-ZG-*** qeydiyyat nişanlı avtomobilin hərəkəti Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə 15.12.2020-ci il və 16.12.2020-ci il tarixlərində qeydə alınmışdır. (i.v.33) 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat baş Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (i.v.35) 31 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.41) Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən İstintaq Şöbəsinə daxil olmuş ***-***-**-** saylı mobil nömrəyə 16 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixdək olan müddət ərzində daxil olan, çıxan və cavabsız zənglər, smslər və həmin nömrənin hansı anten dairələrinə düşməsi haqqında məlumatlar müvafiq əks olunduğu CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi 18.12.2020-ci il tarixdə saat 20:42:51-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsi 36, həmin gün saat 20:47:51-də Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu küçəsi 2136, həmin gün saat 20:58:26-da Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 46, həmin gün saat 21:03:00- dan 23:52:22-dək Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllə ünvanına düşməsi müəyyən edildi. Digər vaxtlarda isə ***-***- **-** saylı mobil nömrənin anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli və Naxçıvani küçəsinin kəsişməsi bina 10 düşməsi müəyyən edilmişdir. (i.v.43) 31.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i. v.55) 31.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i. v.67-69) Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan “İphone8” markalı mobil (smartfon) telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 16 dekabr 2020-ci il saat 17:34-də ***-***-**-** saylı mobil nömrəyə xəbərdalıq mesajı daxil olmuşdur. Həmin mesajı mətni aşağıdakı kimidir: - Hörmətli Təqsirləndirilən şəxs. Sizin 15.12.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. Bundan başqa its.gov.az elektron saytı vasitəsilə 29 dekabr 2020-ci il tarixdə saat 18:22-də ***-***-**-** saylı mobil nömrəyə daha bir xəbərdalıq mesajı daxil olmuşdur. Həmin mesajı mətni aşağıdakı kimidir: - Hörmətli Təqsirləndirilən şəxs. Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD- 19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. Sağlamlığınız qoruyun. (i. v.72-73) 08.04.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat baş Azərbaycan Respublikası CPM-nin 53.1.4 -cü maddəsinə əsasən dayandırılmışdır. (i.v.88-89) 21.06.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.91-92) Məhkəmə-tibbi ekspertizasının 606/KEŞ saylı, 29.06.2021-ci il tarixli rəyinə əsasən, 16.12.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid -19 PCR) təyini üçün aparılmış labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virusunun daşıyıcısı olduğu halda sanitar - gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur.(i.v.114-117) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 30.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmədiyi müəyyən olunmuşdır. (i.v.17) Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrindəki ona ittihamda elan olunmuş əməlin son zərurət vəziyyəti kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Təqsirləndirilən şəxs valideynlərinə kömək göstərilməsi üçün başqa alternativ variantları (təcili tibbi yardımın çağırılması, qohumlardan kömək istənilməsi və s.) olduğu təqdirdə sonuncu epidemiya əleyhinə və karantin rejimləri qaydalarını pozararaq evi tərk etmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 139-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. AZ-T 027558 nömrəli, AZ-İV 269316 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.09.2015-ci il təvəllüdlü X7, 28.03.2019-cu il təvəllüdlü X4 adlı azyaşlı uşaqları vardır. (i.v.75-76) Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatdan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar